ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   24

QÜRBƏTDƏN GƏLƏN MƏKTUB 
 
General-topoqraf  Ġbrahim  ağa  Vəkilovun  ailəsində  iki  qardaĢın  yeganə 
bacısı  Reyhan  xanım  idi.  Atasından  və  əmisindən  fərəhlə  danıĢan  Leyla  xanım 
bibisi  haqqında  heç  bir  məlumat  vermir.  Əlbəttə,  bu  səbəbsiz  deyil.  1919-cu  ildə 
Azərbaycan  nümayəndəsi  kimi  Fransada  iĢləyən  Abbas  bəy  Ataməlibəyov  həyat 
yoldaĢı  Reyhan  xanımı  da  özü  ilə  aparmıĢdı.  1920-ci  il  aprel  çevriliĢindən  sonra 
onlar  geri  qayıtmadılar.  ġübhəsiz  ki,  Reyhan  xanım  “Vətən”  deyib,  bolĢevik-
daĢnak  rejimilə  yaĢayan  o  vaxtkı  Azərbaycana  qayıtsaydı,  bəy  nəsilli,  müsavat 
generalının  qızına  da  yaxĢı  məlumdur.  Otuz  yeddinin  qara,  məĢum  günlərində 

19 
 
doqquz yaĢlı uĢağa on bir il həbs cəzası kəsən, ata-anasını, hətta uzaq qohumlarını 
güllələdən  sovet  totalitar  hakimiyyətinə  etibar  edib  qayıtmaq  mümkünmü  idi? 
Əlbəttə  yox.  Bütün  bunları  -  sürgün  və  güllələmələri  onlar  okeanın  o  tayında 
yaĢasalar da, bilirdilər. 
Yadımdadır,  yetmiĢinci  illərdə  Faris  bəylə  tez-tez  görüĢəndə  bir  neçə  dəfə 
bacısı Reyhan xanımın adını çəkib ağladı. 
-
 
Faris bəy, bacınız sizdən böyük idi, yoxsa kiçik? - deyə soruĢdum. 
-
 
Ailəmizin  ən  kiçiyi  idi,  -  dedi.  -  ġən,  Ģıltaq  bircə  bacımız  vardı.  O, 
1896-cı il iyunun 20-də Tiflisdə anadan olmuĢdu. Ġki oğuldan sonra dünyaya gələn 
bacımın Ģərəfinə atam bir qoç qurban kəsdi. Bacım ilk təhsilini Tiflisdəki Nücabə 
qızlar  məktəbində  almıĢdı.  1917-ci  ildə  onun  toyu  oldu.  Əri  Abbas  bəy 
Ataməlibəyov əslən ġamaxıdan olan, lakin çoxdan Bakıda yaĢayan Seyfulla bəyin 
oğlu  idi.  Onlar  varlı-dövlətli,  həm  də  ali  dərəcədə  ziyalı  bir  nəsil  idi.  Abbas  bəy 
Üzeyir  bəyin  qardaĢı  Ceyhun  bəy  Hacıbəyli,  Əlimərdan  bəy  TopçubaĢovla  yaxın 
dost  idi.  Onlar  Fransaya  da  birgə  getdilər,  bir  daha  qayıtmadılar.  Atamın 
sağlığında, qardaĢım və mən həbs olunmamıĢdan əvvəl məktublaĢırdıq. Ġndi isə nə 
öldüsündən, nə də qaldısından xəbərimiz yoxdur... 
Nə  az, nə  də  çox, yetmiĢ  yeddi ildən sonra  general  ailəsinin  yeganə  varisi 
Leyla xanım Amerikadan məktub və fotoĢəkil aldı. Məktub və fotoĢəkli ona bibisi 
oğlu Qalib göndərib. Təbii ki, belə məktubu oxumaq nə qədər sevindirici olsa da, 
həyəcanı  ondan  qat-qat  artıqdır.  Professor  Leyla  xanım  Vəkilova  ingilis  dilində 
yazılmıĢ məktubun mətni ilə məni tanıĢ edir. 
-
 
Bibim Reyhan xanım 1923-cü ildə anadan olan oğluna  mənim atamın, 
yəni  kiçik  qardaĢı  Qalib  bəyin  adını  qoyub.  Mənə  uĢaq  vaxtı  babam  demiĢdi  ki, 
sənin  bibin  oğlu  var.  Hətta  onun  balaca  vaxtı  çəkilmiĢ  iki  foto  Ģəklini  də 
göstərmiĢdi.  1934-cü  ildə  babam  Ġbrahim  ağa  vəfat  etdikdən  sonra  nə  bibim 
Reyhan xanımdan, nə də onun oğlunun taleyi haqında heç bir məlumatım yox idi. 
Ġki  min  birinci  ilin  iyun  ayında  mənə  xəbər  verdilər  ki,  bibin  oğlu  Qalib 
Ataməlibəyov sizi axtarır. Mən ona ev telefonumu və ünvanımı göndərdim. 
-
 
Leyla  xanım,  1919-1920-ci  illərdə  Reyhan  xanım  və  ailəsi  Fransada 
yaĢayıb. Bəs necə olub ki, indi Amerikadan məktub gəlib? 
-
 
Bibim  oğlunun  yazdığına  görə  1920-ci  ildən  sonra  onlar  çox  çətin  və 
əzablı günlər yaĢayıblar. Bu əzablara baxmayaraq, Qalib yaxĢı təhsil alıb, dünyanın 
bir neçə böyük ölkəsini dolaĢıb. Hələ Parisdə yaĢayanda o, Sarbonna universitetini 
bitirib.  Müharibə  vaxtı  fransızların  iĢğalçı  qoĢunlarının  tərkibində  Almaniyada 
hərbi qulluqda olub. 
1946-cı  ildə  onlar  ailəlikcə  Cənubi  Amerikaya,  Çiliyə  köçüblər.  Qalib 
farmokologiya  mütəxəssisi  kimi  firmada  iĢləyib.  Onun  Tayvanda,  Çilidə, 
Hindistanda,  Yuqoslaviyada  və  Misirdə  filialları  olub.  Nəhayət,  altmıĢıncı  illərin 
sonunda  Amerikada  daimi  yaĢayıb.  Bibim  Reyhan  xanım  1966-cı  ildə  Çilidə,  əri 
Abbas bəy isə 1971-ci ildə Amerikada vəfat edib. 

20 
 
Yuqoslaviyada  bibim  oğlu  milliyyətcə  serb,  sənəti  kimyaçı  olan  bir  qızla 
tanıĢ  olub  ailə  qurub.  Onların  indi  iki  övladı  var  -  oğlu  Abbas-Dominik  və  qızı 
Tamara-Mariya adlı. Məktubunda Qalib söz verir ki, 2002-ci ildə dədə-baba Vətəni 
Azərbaycana ziyarətə gələcək. 
 
TĠFLĠSDƏKĠ ĠZĠMĠZ 
 
Azərbaycanlı  seminaristlər  Qoridə  özlərinin  gənclik  illərini  keçirmiĢlər. 
Onlar  Gürcüstan  və  gürcülər  haqqında  ən  yaxĢı  təəssüratlarla  gedirlər.  Gürcüstan 
Azərbaycanın  bir  çox  mədəniyyət  xadimlərinin  mənəvi  vətəni  olmuĢdur.  Belə 
vətəni  unutmaq  olarmı?  Mən  Gürcüstan  və  Qori  Ģəhərinin  sakinlərinə  səmimi 
münasibətlər üçün dərin minnətdarlığımı bildirirəm. 
Firudin bəy Köçərli, 
(1918-ci ildə “Qruziya” qəzetinin müxbirinə 
verdiyi müsahibədən). 
 
Ötən  əsrin  əvvəllərindən  baĢlayaraq  Tiflisdə  bizim  mütərəqqi  fikirli 
ziyalılarımız  daha  çox  məskən  salıblar.  Ona  görə  də  inqilaba  qədərki 
ziyalılarımızın  hansının  ömür  yoluna  nəzər  salırsansa,  istər-istəməz  Tiflislə 
bağlılığına  rast  gəlirsən.  Təəssüf  ki,  belə  görkəmli  Ģəxsiyyətlərimizin  adları 
əbədiləĢdirilmir. Olub-qalan niĢanələr isə bir yandan silinib itirilir. 
General-topoqraf  Ġbrahim  ağa  Vəkilovun  ötən  əsrin  sonlarında  tikdirdiyi 
Ģəxsi  mülkü  UĢ.Çxeidze  küçəsində  əsl  memarlıq  abidəsi  idi.  Ġki  göz  istəyirdi 
tamaĢa  eləsin.  Bu  evi  mən  1985-ci  ildə  generalın  oğlu  Faris  bəyin  çəkdiyi  sxem 
vasitəsilə  axtarıb  tapmıĢdım.  Bakıya  qayıdanda  Faris  bəyə  dedim  ki,  eviniz  sağ-
salamatdı,  getdim, Tiflisdə  ziyarət  elədim. Onda  Faris  bəyin necə  sevindiyinə  bir 
Allah, bir də  mən Ģahidi oldum. Doxsan dörd  yaĢlı tənha  qoca durub qara  Ģkafin 
enli  siyirməsində  saxladığı  həmin  evin  foto  Ģəklini  tapdı,  dönə-dönə  öpdü,  uĢaq 
kimi kövrəldi. 
Ġkimərtəbəli  mülkdə  iki  gürcü,  bir  erməni  ailəsi  yaĢayırdı.  SoruĢdum  ki, 
bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir tatar generalının. 
Bu  dəfəki  gəliĢimdə  də  dözməyib,  yenə  həmin  evə  baĢ  çəkmək  istədim. 
Hansı  gözəgörünməz  qüvvəsə  məni  ora  çəkirdi.  Elə  bilirdim  orda  -  o  mülkdə, 
qarĢısındakı  o  cənnətəbənzər  bağda  Azərbaycanın  bir  parçası  öz  oğlunun 
həsrətindədir. Üstəlik də Faris bəy danıĢmıĢdı  ki,  qapımızdakı ağacların hamısını 
atam  Qarayazıdan,  Salahlıdan  gətirtmiĢdi.  Atam  o  ağaclarla  həmiĢə  həmsöhbət 
olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın boyunu sevə-sevə böyüdərdi. Uzaq 
Ģəhərlərə  topoqrafiya  çəkiliĢlərinə  gedəndə  onlara  da  salam  yazırdı.  Anama,  bizə 
dönə-dönə  tapĢırardı  ki,  ağaclar  amanatdı,  onlara  vaxtında  su  verin,  korluq 
çəkməyə qoymayın. 

21 
 
Veriyski  körpüsünə  keçib  balaca  dikdirə  çıxanda  gözlərimə  inanmadım. 
Generalın  mülkü  yox  idi,  yer  üzündən  silinmiĢdi,  sanki  heç  burda  belə  Ģey 
olmayıbmıĢ.  Yalnız  sahibsiz  bağın  ağacları  qalmıĢdı.  Məni  qınamayın,  mənə  elə 
gəldi ki, o ağaclar yetim uĢaq kimi ağlaĢırdılar. YaxınlaĢıb oxĢadım onları. Əlimi 
gövdələrinə  çəkdim.  Generalın  ruhuna  rəhmət  oxudum,  yaxĢı  tanıdığım  mərhum 
Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya, niyə belə vəfasızsan” - pıçıldadım. 
BaĢım  üstündə  göyə  yüksələn  ağacların  yarpaqları  xıĢıldadı.  Küləkmi  tərpətdi 
onları,  yoxsa  mənim  gəliĢimə  sevinclə  pıçıldaĢdılar?  Deyə  bilmirəm,  bircə  Ģeyi 
bilirəm ki, canıma ad saldı o ağacların qürbətdə yetim qalmağı... 
Xeyli aralıdakı qonĢulardan soruĢdum ki, bu mülkü niyə uçurublar? Cavab 
verdilər  ki,  guya  yanından  keçən  yolu  geniĢləndirınək  istəyiblər,  yol-zad  da 
çəkməyiblər. Evi uçurduqlarına da peĢman olublar... 
Beləcə,  bizim  bir  tarixi  abidəmiz,  tariximiz  keçmiĢ  Tiflisdən  silinib. 
Acınacaqlı haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımızı narahat etmirdi. 
O  vaxt,  1985-ci  ildə  ev  salamat  olanda  Bakıda  rəsmi  idarədə,  bir  rəsmi  vəzifə 
sahibinə dedim ki, Tbilisidə generalın evi qalır. 
-
 
Nə demək istəyirsən? - deyib, boz-boz üzümə baxdı. 
-
 
YaxĢı  olar,  -  dedim  -  Gürcüstan  hökuməti  ilə  danıĢıb  mülkə  bir  lövhə 
vurdurasınız.  Axı,  o  evdə  xalqımızın  yeganə  topoqraf-generalı  Ġbrahim  ağa 
Vəkilov yaĢayıb. General Ġbrahim ağa Vəkilov tarixi Ģəxsiyyətdir... 
Məni axıra qədər dinləməyən rəhbər Ģəxs etinasızlıqla: 

FikirləĢərik, - dedi, - indi vaxt yoxdur. 
Bizim  “ağıllı  rəhbərimiz”  fikirləĢməyə  vaxt  tapana  kimi  “dəli  vurub  çayı 
keçdi”... 
Həmin  il  -  1985-ci  ilin  iyununda  Tbilisidə  Ģahidi  olduğum  bir  hadisəyə 
azərbaycanlı  kimi  hədsiz  sevindim.  Ġndi  unuda  bilmirəm.  Bir  küçədən  keçəndə 
kitab mağazası görüb içəri keçdim. Satıcı yaraĢıqlı cavan bir oğlan idi. Mən rusca 
soruĢdum ki, sizdə tarixi mövzuda yaxĢı kitab varmı? Saxlancın varsa, ver, neçəyə 
desən alaram. Oğlan üzümə baxıb, təmiz Azərbaycan dilində: 
-
 
Var,  -  dedi,  -  buyurun,  alın,  cavan  yaĢında  Gəncədə  vəfat  etmiĢ  Ģair 
Nikoloz  BarataĢvilinin  həyatından  sənədli  povestdir.  Alsanız  peĢman  olmazsınız. 
Burda o dövrün Gəncəsi haqqında maraqlı epizodlar var. 
-
 
Azərbaycanlısanmı? - deyə, sevinclə soruĢdum. 
-
 
Yox, - dedi, gürcüyəm. Meydanda yaĢayıram. Bizim Meydanda yaĢayan 
bütün  millətlər  Azərbaycan  dilində  mənim  kim  təmiz  danıĢırlar,  hələ  sizin 
mahnıları  da  oxuya  bilirəm,  hər  bazar  günü  saat  ikidə  “muğamat  saatı”nı 
səbirsizliklə gözləyirəm. 
Dünən  general  Ġbrahim  ağa  Vəkilovun  mülkünün  uçurulmağı  qanımı 
qaraltmıĢdısa,  bu  gün  dilimizə,  musiqimizə  olan  hörmət  məni  göyün  yeddinci 
qatına qaldırdı. Kitab mağazasından sinədolusu sevinclə çıxdım. 
 

22 
 
HƏRBÇĠ VƏKĠLOVLAR 
 
Ġstər  imperiya  dövründə,  istər  1918-1920-ci  illərdə  Azərbaycan 
“Demokratik  Cümhuriyyəti  Milli  ordusunda  və  aprel”  çevriliĢindən  sonra  da 
Vəkilovlar  nəslinin  silah  tutan  cəsur  övladları  hərbi  sahədə  layiqincə  qulluq 
etmiĢlər. Azərbaycanın Rusiya iĢğalından sonra sevimli Ģairimiz Səməd Vurğunun 
mənsub  olduğu  Vəkilovlar  nəslindən  imperiya  ordusunun  sıralarında  igidlik 
göstərən  hərbçi  oğullar  olmuĢdur.  1855-ci  il  sentyabrın  12-də  Qafqaz  Əlahiddə 
Ordusunun komandanı general N.N.Muravyovun verdiyi əmrdə oxuyuruq: 
“Üçüncü 
müsəlman-süvari 
(Azərbaycan 

ġ.N.) 
alayındakı 
qazaxlılardan  ibarət  bölüyün  komandiri,  kapitan  Mənsur  ağa  Vəkilova 
“Ġgidliyinə görə” və üstü yazılı dördüncü dərəcəli “Müqəddəs Anna ordeni”, 
Qazax  bəy  polusotniyasından  olan  milis  praporĢiki  Mir  Mirzə  Məhəmməd 
ġərif oğluna podporuçik rütbəsi, Borçalı bəy polusotniyasının vəkili Məmməd 
ġah  Ağasultanova  gümüĢ  temlyak  gəzdirmək  hüququ  və  yunker  rütbəsi, 
Qazax  bəy  polusotniyasından  Mustafa  ağa  Mirzəli  ağa  oğlu  Vəkilova  gümüĢ 
temlyak  gəzdirmək  hüququnda  yunkerlik  rütbəsi  verilsin”  (Bax.  “Kafkaz” 
qəzeti, № 85, 24 sentyabr 1855-ci il). 
1889-cu  ildə  Tiflisdə  nəĢr  olunmuĢ  Qafqaz  hərbi-tarix  muzeyinin  “Soraq 
kitabçasında  belə  bir  məlumata  rast  gəldim:  “Polkovnik  Mirzə  Xudadat  bəy 
Vəkilov  1822-ci  ildə  Salahlı  kəndində  anadan  olub.  Ġlk  zabit  rütbəsini  1847-ci  il 
iyunun  2-də,  polkovnik  rütbəsini  1879-cu  il  dekabrın  14-də  alıb.  Hazırda  Qafqaz 
Əlahiddə ordusunda xidmətdədir. Ġgidliyə görə təltif olunduğu ordenlər: dördüncü 
dərəcəli  Müqəddəs  Anna  (1847),  üçüncü  dərəcəli  Müqəddəs  Anna,  bantla  birgə 
(1851), Müqəddəs Stanislav (1858), Ġmperatorun tacqoyma mərasimi münasibətilə 
orden  (1860),  ikinci  dərəcəli  Müqəddəs  Anna,  qılıncla  birgə  (1861),  Dördüncü 
dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883) 
və 1862-ci ildə Ġranın üçüncü dərəcəli “ġire-XorĢid” ordeni”. 
Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimnaziyanı bitirib. 
Qafqaz  Əlahiddə  Ordusunda  ġərq  dilləri  üzrə  mütərcim-tərcüməçi  iĢləyib.  O, 
məĢhur  tibb  alimi  doktor  Məmmədrza  ağa  Vəkilovun  əmisi  oğlu,  müsavat  lideri 
Əlimərdan bəy TopçubaĢovun isə dayısıdır. 
 
 
 

23 
 
ALLAHIN MƏRHƏMƏTĠ ĠLƏ BĠZ 
ÜMUMRUSĠYA ĠMPERATORU VƏ HÖKMDARI 
BĠRĠNCĠ ALEKSANDR 
BĠZƏ SƏDAQƏTLĠ QAZAX XALQINA

 
Bizim  Gürcü  çarlığının  BaĢ  rəisi  general  A.P.Tormasovun
5
  məlumatına 
görə,  keçən  1809-cu  ildə  çoxsaylı  Ġran  qoĢunlarının  Bizim  sərhədlərə  basqını 
zamanı Gürcüstanda yaĢayan
6
 Qazax camaatı misilsiz Ģücaət göstərmiĢ. Bizim taxt-
taca sədaqətli olduqlarını göstərmiĢlər. 
Qazax süvarilərinin bu Ģücaətini və Bizə göstərilən sədaqətini nəzərə alaraq 
(Qazax  camaatına)  Bizim  hökmdarın  təĢəkkür  və  ehtiramını  bu  Fərmanla 
bildirməyinizi lazım hesab edirik. 
Sankt-Peterburq 
Bizim Çarlığımızın onuncu ili 
Ġmperator Birinci Aleksandr. 
Daxili iĢlər naziri: Kozodoyev. 
7 may 1810-cu il 
 
*   *   * 
 
ALLAHIN MƏRHƏMƏTĠ ĠLƏ BĠZ 
ÜMUMRUSĠYA ĠMPERATORU VƏ ÇARI 
ĠKĠNCĠ ALEKSANDR 
 
Qoy,  hər  kəsə  aydın  və  məlum  olsun  ki,  hamımızın  sevimlisi  imperator 
Nikolay  Pavloviç,  Ümumrusiya  padĢahı,  bizim  çar  atamız,  Kornet  Kazım 
Hüseynqulu  oğluna,  onun  xidmətdə  göstərdiyi  çalıĢqanlıq  və  səylərə  görə,  ən 
mərhəmətlimiz,  min  səkkiz  yüz  əlli  birinci  il,  avqustun  otuzuncu  günü  ona 
Podporuçik rütbəsi vermiĢdir. Ona görə də Biz, bütün təbəələrimizə bildirərək əmr 
edirik ki, Kazım Hüseynqulu oğluna Podporuçiklik təsis edib bağıĢlayırıq və onu 
Bizim Podporuçik kimi lazım olan qaydada tanıyıb hörmət edin. Biz inanırıq ki, O, 
ən  mərhəmətli  tərəfindən  ona  verilmiĢ  rütbəyə  layiq,  sadiq  və  mehriban,  zabitə 
yaraĢan  kimi  hərəkət  edəcək.  Buna  əsasən,  Biz  Hərbi  Nazirliyin  MüfəttiĢlik 
Departamentinə, imzalayıb Bizim dövlət möhürü ilə təsdiq etməyi tapĢırdıq. 
Sankt-Peterburqda 1855-ci il dekabrın 26-cı günü verilmişdir. 
                                                           
4
 Səhvdir.Qazax xalqı yox, Qazax camaatı olmalıdır – ġ.N. 
 
5
 A.P.Tormasov 1809-cu ilə kimi rus qoĢunlarının Qafqazda BaĢ komandanı olub – ġ.N. 
6
 Gürcüstanla qonĢu olan yazılmalıdır. Qazax sultanlığı 1801-ci ildə ġərqi Gürcüstanla birgə Rusiyaya 
ilhaq olunmuĢdu. ġübhəsiz ki, bu səhv ordan yaranıb – ġ.N. 
 

24 
 
İmperator Həzrətlərinin Baş Qərargahının Növbətçi Generalının 
 köməkçisi Əlahəzrətin məiyyəti General-mayor – 
Vitse Direktor vəzifələrini yerinə yetirən - Polkovnik – 
Hərbi Nazirliyin Müfəttişlik Departamentində   
9218 sayla təsvir edilmişdir.  
Xarici İşlər Nazirliyində 1519 sayla möhürlənmişdir. 
 
* * * 
 
Bu  rəsmi  sənədlərdə  imperator  Birinci  Aleksandrın  təĢəkkürünü  və 
ehtiramını  qazanan  qazaxlılardan  ibarət  süvari  dəstənin  kapitanı  Mənsur  ağa 
Vəkilov, Vəkil Alı ağa oğlu Hacı Məmmədxan ağa, Xan ġıxlinski, mayor Mustafa 
ağa  Arif  ġıxlinski,  Alqazax  oğlu  Əliağa,  Nəsrulla  bəy,  poruçik  Mehralı  bəy 
Söyünbəyli, Allahyar ağa Dilbazov, Süleyman ağa Usubov, Həsən ağa Kəsəmənli, 
ġərif Zaloğlu, Molla Ġmanverdi TüklübaĢoğlu, Çopur Nəsib və baĢqaları olmuĢlar. 
Ġmperator  fərmanının  əsli  hazırda  (kapitan  Mənsur  ağa  Vəkilovun  nəvəsi) 
Ģair Mənsur Fəxri oğlu Vəkilovda saxlanılır. 
Tarixi  mənbələrdə  belə  bir  fakt  da  var  ki,  1837-ci  ilin  yaz-yay  aylarında 
Qafqazda  olan  çar  birinci  Nikolay  ayrı-ayrı  Ģəhər  və  mahalları  gəzmiĢdir. 
Avqustun  18-də  Dilicandan  Tiflisə  qayıdan  çarı  nüfuzlu  Ģəxs  və  etibarlı  ağa  olan 
Məmmədqulu ağa Vəkilov müĢayət etmiĢdir. 
Bu barədə 1912-ci ildə Tiflisdə nəĢr olunmuĢ “Kavkazski sbornik” (I hissə, 
XXII-cild, səh. 329-da) məcmuəsi daha dəqiq məlumat verir: 
“...Mülki  qubernator  ikinci  dəfə  Əlahəzrət  imperatoru  Dilicanda 
Yelizavetpol  vilayətinin  və  ġəmĢəddin  məntəqəsinin  ağalarından  ibarət  otuz 
doqquz  nəfərlə  qarĢıladı.  Onların iyirmi nəfəri poruçik Təhsi  xanın komandanlığı 
ilə Ġstibulaq kəndinə qədər əlahəzrəti müĢayət etdilər. Burada əlahəzrət imperatoru 
otuz nəfərdən ibarət Qazax ağaları qarĢıladı. Burdan da iyirmi süvari podpolkovnik 
Həsən  ağanın  komandanlığı  ilə  müĢayiətçi  təyin  edilərək  Əlahəzrəti  Qırmızı 
körpüyə qədər yola saldılar. Sonra Sıqnax qəzasının hörmətli sakinləri öz baĢçıları 
ilə Əlahəzrəti qarĢılayaraq əvvəlki qayda ilə knyaz və zadəganlardan ibarət iyirmi 
nəfər  onu  Muğanlıya  qədər  müĢayət  etdilər.  Muğanlı  dayanacağında  Əlahəzrəti 
Borçalı  məntəqəsindən  otuz  nəfər  qarĢıladı.  Onların  iyirmi  nəfəri  nüfuzlu 
Məmmədqulu  ağa  Vəkilovun  komandanlığı  ilə  Əlahəzrəti  Tiflis  qəzasının  Alget 
məntəqəsinə qədər müĢayiət etdi”. 
Birinci  Cahan  savaĢında  və  ondan  əvvəlki  müharibələrdə  Vəkilovlar 
nəslindən  döyüĢən  orduda  xidmət  edib  ad-san  qazananlar  da  az  olmamıĢdır. 
Polkovnik  Əsəd  ağa  Vəkil  ağa  oğlu  Vəkilov  (1853-1921),  Abbasqulu  bəy 
Məmmədhəsən oğlu Vəkilov (1844-1927), Gəray bəy Abbasqulu bəy oğlu Vəkilov 
(1884-1952),  praporĢik  Lütvəli  bəy  Abbasqulu  bəy  oğlu  Vəkilov  (1890-1932)  və 
baĢqaları imperiyanın orden, medalı ilə təltif olunmuĢlar. 

25 
 
Onlardan  biri  -  polkovnik  Abbasqulu  bəy  Vəkilov  imperiyanın  kavaler 
ordenləri  ilə  təltif  olunmuĢdur.  1867-ci  il  oktyabrın  10-da  zabit  rütbəsi  alan 
Abbasqulu bəy uzun müddət Qars Ģəhərində yerləĢən yüz əlli beĢinci Quba süvari 
alayında  xidmət  edib.  Tiflis  hərbi  gimnaziyasını  bitirən  Abbasqulu  bəy  Vəkilov 
1884-cü  il  martın  altısında  podpolkovnik  rütbəsi  ilə  təltif  olunmuĢdur.  O,  qırx  ilə 
yaxın xidmət illərində Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs 
Stanislav  (1873),  dördüncü  dərəcəli  Müqəddəs  Vladimir  (bant  və  qılıncla  birgə, 
1873),  ikinci  dərəcəli  Müqəddəs  Stanislav  (qılıncla  birgə,  1879),  ikinci  dərəcəli 
Müqəddəs Anna (1888) və baĢqa orden, medalla təltif olunmuĢdur. 
Polkovnik Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov 1927-ci ildə yetmiĢ 
üç yaĢında Bakıda vəfat etmiĢdir. 
1918-20-ci  illərdə  Azərbaycan  Xalq  Cümhuriyyətində  Parlamentin  üzvü, 
Bakıda ilk poliklinikaların təĢkilatçısı və 1900-cü ildən Qafqaz Tibb Cəmiyyətinin 
həqiqi üzvü Məmmədrza ağa Vəkilov (1864-1944), daxili iĢlər naziri Mustafa bəy 
Vəkilov  (1899-1943),  Rəhim  bəy  Vəkilov  (1897-1934),  Parlamentdə  Dəftərxana 
Ġdarəsinin  rəisi  Məmməd  ağa  Vəkilov  (1863-1939)  dövlət  xadimi  kimi  fəaliyyət 
göstərmiĢlər. 
Respublika  Mərkəzi  Dövlət  Tarix  Arxivində  bir  siyahı  saxlanılır.  Orada 
Birinci Cahan savaĢı baĢlayanda Qazax qəzasından könüllü olaraq 1915-ci ilin iyun 
ayında  cəbhəyə  getmək  üçün  Tatar-Azərbaycan  süvari  alayında  yazılanların  adı, 
soyadı göstərilir. 
Həmin siyahıda Qazax qəzasnın ayrı-ayrı kəndlərindən 67 nəfər könüllünün 
adı yazılıb. Salahlı kəndindən olan doqquz nəfərin beĢi Vəkilovlar nəslindəndir: 
1. Əhməd ağa Qasım ağa oğlu Vəkilov, 
2. Mustafa ağa Abdulla ağa oğlu Vəkilov, 
3. Mustafa ağa Əbdülkərim ağa oğlu Vəkilov, 
4. Saleh ağa Əhməd ağa oğlu Vəkilov, 
5. Vəli ağa Nəbi ağa oğlu Vəkilov. 
 
POLKOVNĠK GƏRAY BƏY VƏKĠLOV 
 
1918-ci  ildə  yeni  yaranan  süvari  rotalarının  təĢkilatçılarından  olub.  Birinci 
süvari  alayının  komandiri  kimi  Gəncədə,  Tərtər  və  Bakıda  xidmət  edib.  1920-ci 
ilin əvvəllərində isə Bakıdakı birinci kadet korpusunda hərbi təhsil idarəsinin rəisi 
idi. 
Polkovnik  Gəray  bəy  1884-cü  ildə  Abbasqulu  bəy  Məmmədhəsən  oğlu 
Vəkilovun ailəsində anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və 
Birinci Cahan savaĢlarında döyüĢən orduda iĢtirak edib. DöyüĢ xidmətlərinə  görə 
“Müqəddəs  Georgi”  ordeninin  üçüncü  dərəcəsilə  təltif  olunub.  Ġyirminci  ildən 
sonra ġəkidə yerləĢən ikinci qırmızı kadet korpusunda xidmət edib. 

26 
 
Çar və Müsavat zabiti olduğuna görə Ģübhəli Ģəxs kimi dəfələrlə həbs edilib. 
Xalq  Ģairi  Səməd  Vurğunun  məĢhur  “Komsomol  poeması”ndakı  Gəray  bəy 
obrazının  müsbət  keyfiyyətlər  baxımından  prototipidir.  Heç  təsadüfi  deyil  ki, 
ölkədə havanın “tutqun” olduğu tuthatut illərində yazdığı poemada Səməd Vurğun 
daxili bir vüqarla Gəray bəyin mərdliyini, tarixi faciəsini də verə bilmiĢdir. 
Səksəninci  ilin  əvvəllərində  professor  Fatma  xanım  Vəkilova  ilə  tez-tez 
görüĢərdim. GörüĢümün səbəbləri çox idi. O vaxtlar “Qoridən gələn Qatar” sənədli 
povestimi  iĢləyir,  lazımi  materiallar  toplayırdım.  Əsərin  əsas  qəhrəmanı  məĢhur 
ədəbiyyatĢünas-alim  Firudin  bəy  Köçərli  idi.  Arxivlərdə,  xüsusilə  Gürcüstan 
Dövlət  Maarif  Arxivinin  sənədlərində  daha  çox  iki  Ģəxsin  adına  rast  gələrdim. 
Məmmədağa  və  Ġsmayıl  ağa  Vəkilovlar.  Xeyirxah  insan  Mirqasım  Əfəndiyevdən 
öyrəndim  ki,  hər iki Vəkilovlar qardaĢdırlar, Firudin bəyin seminariya  yoldaĢı və 
sonralar qaynı olublar. Fatma xanım Ġsmayıl ağa Vəkilovun qızı idi. 
Fatma xanımla Yusif Məmmədəliyev küçəsindəki mənzilində ilk dəfə 1983-
cü  il  aprelin  üçündə  görüĢdüm.  Bu  tarix  qeyd  dəftərçəmdə  indi  də  qalır.  Mənə 
məĢhur sərkərdəmiz Əliağa ġıxlinskinin müasirlərimizdən heç kəsin bilmədiyi ailə 
Ģəcərəsi  haqqında  geniĢ  məlumat  verdi.  Onun  anası  Növrəstə  xanım,  generalın 
bacısı Bədircahan xanımın qızı, generalın bacısı oğlu, qəza pristavı Ġsfəndiyar bəy 
Muradov Fatma xanımın doğmaca dayısı imiĢ. 
1912-ci  il  təvəllüdlü  Fatma  xanım  Vəkilovların  və  ġıxlinskilərin  ailə,  kök, 
nəsil  qohumluğunu,  necə  deyərlər,  saçaq-saçaq  bilirdi.  Bir  sözlə,  hər  iki  nüfuzlu 
nəslin  ensiklopediyası idi.  O  vaxtlarda  Fatma  xanım əmisi Məmməd ağa  və  atası 
Ġsmayıl  ağa  haqqında  da  mənə  maraqlı  epizodlar  danıĢıb  nadir  fotoĢəkillər 
bağıĢladı.  Onlardan  “Qoridən  gələn  Qatar”  povestində  istifadə  elədim.  Haqqında 
çox  az  məlumatım  olan,  yalnız  adını  eĢitdiyim  polkovnik  Gəray  bəy  Vəkilov 
barədə də ondan məlumat öyrənmək istədim. Professor Fatma xanım mehriban ana 
qayğısı ilə; 
-
 
Oğul, - dedi, - Nazim Ġbrahimovu tanıyırsanmı? TanımamıĢ olmazsan? 
-
 
Respublika Mətbuat və NəĢriyyat Komitəsinin sədri Nazim Ġbrahimovu 
deyirsiniz? 
-
 
Bəli! 
-
 
Tanıyıram,  -  dedim,  -  kitab  nəĢri  sahəsində  bütün  peĢəkar  yazarların 
taleyi  ondan  asılıdır.  Xüsusilə,  yazıçılar  onun  qayğısından  razıdırlar.  Amma 
aramızda  vəzifə,  yaĢ  fərqi  var...  Fatma  xanım,  Nazim  müəllimi  nə  münasibətlə 
yada saldınız? 
- Söhbətimin canı var. Sən bilirsənmi ki, Nazim Ġbrahimovun həyat yoldaĢı 
Nazimə  xanım polkovnik Gəray bəy Vəkilovun nəvəsidir? Nazimə  xanımın anası 
Sona  xanım  indi  də  sağ-salamatdır.  Sona  xanım  da  polkovnik  Abbasqulu  bəy 
Vəkilovun  nəvəsidir.  Yəni  polkovnik  Gəray  bəyin  doğma  qızıdır.  Bizim 
Vəkilovların bir qolu inqilabdan çox əvvəl Ġrəvanda, Naxçıvanda, digəri isə Qarsda 

27 
 
və Tiflisdə yaĢayıb, Gəray bəy də Qarsda anadan olub. Ona görə də Sona xanımla 
da görüĢməyin yaxĢı olardı... 
Aradan  nə  az,  nə  də  çox,  yeddi  il  keçəndən  sonra  “Topoqraf-general 
Ġbrahim  ağa  Vəkilov”  kitabını  nəĢrə  hazırlayanda  o  illərki  qeyd  dəftərçəmi 
vərəqlədim.  Ġstər-istəməz  mehriban  ana,  mərhum  Fatma  xanımın  nurlu  sifətini 
xatırladım. Hər iki nüfuzlu nəsil haqqında mənə qiymətli faktlar söylədiyi üçün ona 
dönə-dönə  rəhmət  dilədim.  Qeyd  dəftərçəmi  vərəqlədikcə  gördüm  ki,  onun 
dediklərindən bir çoxuna hələ əməl etməmiĢəm. Onlardan biri də polkovnik Gəray 
bəyin qızı ilə görüĢmək idi. 
...Aylarla  bir  kamerada  olan  dustaqlar  baĢlarına  gələn  qəzavü-qədəri 
danıĢmaqdan yorulmuĢdular. Üç gündən bir müstəntiqin sorğu-sualı olurdu: 

Gəncə üsyanında harada olmusan? Nuru paĢa ilə sonuncu dəfə nə vaxt 
görüĢmüsən?  Zaqatala  üsyanına  kim  baĢçılıq  edirdi?  “Ġttihad”çılardan  kimləri 
tanıyırsan, onların təĢkilatına nə vaxt qəbul olunmusan? 
Belə sorğuların sonu yox idi. Dustaqlar da yaddaĢına güc verib altı il əvvəl 
harada, kiminlə nahar etdiyini xatırlamağa məcbur idilər. 
AxĢamdan  xeyli  keçmiĢdi.  ġtabs-kapitan  Fərhad  bəy  Əlibəyovla  bir 
kamerada  olan  polkovnik  Gəray  bəy  bikef  halda  oturmuĢdu.  O,  evi,  ailəsini 
fikirləĢirdi. Özünün güllələnəcəyini də düĢünürdü: 

Onsuz  da  bir  can  borcluyam.  Gec-tez  bu  dünyanı  tərk  etməliyəm. 
Məndən sonra Sitarənin dörd uĢaqla qalması, ona ömürlük əziyyət olacaq... 
...Hər  gün  Ģər  qarıĢanda  elə  bil  kameraya  yığın-yığın  qəm-qüssə  ələnirdi. 
UĢaqların  hərəkəti,  danıĢığı,  illah  da  axĢam  iĢdən  qayıdanda  bircə  qız  balası 
Süfiyyənin  onun  qucağına  atılmasını,  Ģaqraq  səsini  yadına  salanda  dəli-divanə 
olurdu. Dustaq Gəray bəyin iztirab dolu qəlbinin ən dərin guĢəsində əziz anasının 
adını daĢıyan Süfiyyəyə ayrıca ata məhəbbəti vardı. Bu sonsuz övlad məhəbbəti bir 
il idi dustaq polkovnik Gəray bəy Vəkilova əzab verirdi. 
Ürəyi köksündə sürətlə döyünən Gəray bəy bikef halda: 
- Fərhad bəy, - dedi, - görünür, bizim qismətimizə belə yazılıbmıĢ... 
Tavanda  tor  məftilə  salınmıĢ  iĢıq  getdikcə  zəiflədi.  Onun  ancaq  közərtisi 
qaldı.  Bu,  dustaqlara  yatmaq  üçün  iĢarə  idi.  Bundan  sonra  növbətçini,  ya  da 
komendantı çağırmağa icazə verilmirdi. 

Aha,  -  dedi,  Fərhad  bəy  -  qismət  dedin,  iĢığımız  da  söndü.  Mən  bir 
Ģeydən qorxuram, Gəray bəy, qorxuram... 
Fərhad bəy sağ əlini irəli uzadıb Ģəhadət barmağını açıb-qatladı. 
-
 
Qorxuram qisas alalar... 
-
 
Axı, nəyə görə, biz nə günahın sahibiyik? - deyə Gəray bəy hüznlü səslə 
soruĢdu. 
-
 
Bəs  altı  ildi  güllələnən  yüzlərlə  Azərbaycanlı  ziyalısı,  zabit  və  əsgəri 
məgər  günahkardı?  Sən  də,  mən  də  Müsavat  zabitiyik,  vəssalam!  Azərbaycanda 
meydan sulayan daĢnak, bolĢeviklərə elə bu bəhanə bəsdi. 

28 
 
-
 
Düz  deyirsən  vallah,  hər  Ģey  ola  bilər  -  Gəray  bəy  bikef  halda  təsdiq 
etdi. 
-
 
Dayan,  -  deyib  Fərhad  bəy  onun  biləyindən  yapıĢdı.  Sol  əlilə  qapını 
göstərdi. Kimsə gəlir, yəqin nəzarətçidir. 
ġiĢpapaq bolĢevik zabiti gözlüyü açıb, bağladı. Kamerada iĢıq yenidən artdı. 
Nəzarətçi  ĢiĢman  qarnı  üstündəki  kəmərini  sığallaya-sığallaya  içəri  girdi.  Hər  iki 
dustaq dərhal ayağa durdu. 
-
 
Polkovnik Gəray bəy Vəkilov hansınızdır? - deyə nəzarətçi xəbər aldı. 
-
 
Mən, - deyib Gəray bəy qəddini düzəldib əsgəri qaydada dimdik durdu. 
Nəzarətçi  onu  ilk  dəfə  görürmüĢ  kimi  laqeyd  nəzərlərlə  baĢdan-ayağa 
süzdü. Özü ilə gələn iki əsgərə iĢarə etdi: 

Çox yaxĢı, “hədiyyənizi” götürə bilərsiniz. 
Gəray bəy irəli addım atanda nəzarətçi əlini qaldırıb, sərt səslə dilləndi: 

Elə yox, elə olmaz, Ģələ-külənizlə, əmr belədir. 
Fərhad bəy qolunu geniĢ açıb geriyə dönən Gəray bəyi bərk-bərk qucaqladı. 
Yaman kövrəlmiĢdi: 
-
 
Allah amanında, qardaĢ, bu nə iĢ idi...  
Bikef Gəray bəy: 
-
 
Niyə  narahat  olursan,  -  dedi,  -  bəlkə  baĢqa  yerə  dəyiĢirlər,  bəlkə 
sürgünə... 
-
 
Artıq  söhbəti  kəsin,  dustaq  Vəkilov,  Ģələ-küləni  götür,  haydı,  -  deyə 
nəzarətçi onlara təpindi. 
Sonra qıyqacı baxıĢlara Fərhad bəyi süzdü: 
-
 
Siz  dostunuz  üçün  narahat  olmayın,  o,  çox  yaxĢı  yerə  gedir.  Onun 
ikibaĢlı danıĢığından daha da Ģübhələnən Fərhad bəy: 
-
 
Hara gedir? - deyə dərhal soruĢdu. 

Hara gedə bilər ki, evə, əzizim, evə, vəssalam!  
Nəzarətçiyə  inanmayan,  onu  dodaqaltı  söyən  Fərhad  bəy  üzünə  bağlanan 
qapıya baxa-baxa quruyub qalmıĢdı. Kamerada iĢıq yenidən zəiflədi... 
ġamaxı yolundakı həbsxananın komendantı əlini zəif yanan peçdə qızdıra-
qızdıra: 
-
 
Hə,  polkovnik  Vəkilov,  belə-belə  iĢlər  -  deyə,  ona  müraciət  etdi. 
Stolun üstündəki əl boyda kağızı göstərib: 
-
 
Buyurun,  hələlik  sizi  bolĢevik  hökuməti  yanında  günahınız  sübut 
olunmadı. Ən yaxın adamınız üzünüzə dursa da “Ġttihad”çılar bunu inkar etdilər. 
-
 
Siz  də  hərbçisiniz,  bilməmiĢ  olmazsınız,  peĢəkar  hərbçilər  həmiĢə 
siyasətdən uzaq olublar. Bu, tarixən belədir, daha doğrusu, əsgəri qaydadır... 
-
 
Oho, Vəkilov, sən çox ağıllı, düĢüncəli adamsan. Görünur, bəy titulunu 
nahaq yerə daĢımırsan. - Komendant iri bir dəftərxana kitabını ona tərəf itələdi:  - 
Burdan  qol  çəkin,  hələlik  azadsınız,  evinizə  buraxılırsınız.  Bundan  sonra  fəxrlə 
deyə  bilərsiniz  ki,  bolĢevik  gülləsi  sizdən  yan  keçdi.  Amma  siz...  -  kinli-kinli 

29 
 
Gəray bəyə baxıb - bolĢeviklərə çox güllə atmısınız, bolĢeviklərin qanını su yerinə 
axıtmısınız, elə deyilmi? 
Gəray bəy dinmədi... 
Bu  epizodu  mənə  ilk  görüĢümüzdə  Gəray  bəyin  qızı  Sona  xanım  danıĢdı. 
1926-cı ildə qarlı qıĢ axĢamı  gecədən  xeyli  keçəndən  sonra Sitarə  xanımın qapını 
açması və atası Gəray bəyin qəfil gəliĢini Sona xanım çox yaxĢı xatırlayır. 

Bu  gözlənilməz  gəliĢdən  özünü  itirən  anam  hey  təkrarən  atamdan 
soruĢurdu ki, a kiĢi, nə yaxĢı səni buraxdılar. 
Atam  isə  sevinclə  bizi  öpür,  qucaqlayırdı.  O,  qardaĢım  Böyükağanın, 
Rüstəmin dərslərini soruĢdu. Balaca Fərruxu və  məni dizinin üstündə oturdu. Ata 
məhəbbətini,  həmin  gecənin  sevincini  mən  indi  də  unuda  bilmirəm.  Həmin  gecə 
evimizin iĢığı səhərə kimi sönmədi. Birdən atam sərt səslə anama dedi: 

Elə  deyirsən  ki,  nə  yaxĢı  buraxdılar.  Axı  mənim  nə  günahım  var  ki, 
buraxmayaydılar. Namərd bir qohumla məni üzləĢdirdilər. 
O  mənə  nə  qədər  Ģər  atdısa  da  faydası  olmadı.  Onda  namərd  dedi  ki,  sən 
Gəray bəy ağqvardiya ordusunda qulluq etmisən. Mən də cavab verdim ki, əvvəla 
Müsavat ordusu ağqvardiyaçılardan ibarət deyildi. Əgər sən deyən kimidirsə, onda 
ikimiz  də  birgə  qulluq  etmiĢik.  Müsavat  ordusunda  sən  praporĢik,  mən  isə 
polkovnik olmuĢam. Mənim qismətimə insaflı müstəntiq düĢmüĢdü. O, milliyyətcə 
HəĢtərxan  tatarı  idi.  Növbəti  istintaqın  birində  məndən  soruĢdu  ki,  1924-cu  ildə 
harada olmusunuz? ġəkidə Qırmızı Kadet korpusunda iĢləmiĢəm,  - dedim. Həmin 
ili kursantların buraxılıĢı münasibətilə 1924-cü il noyabrın 7-də Moskvada kursant 
heyətilə birgə Nərimanovun qəbulunda olmuĢam. Bu görüĢdən fotoĢəklimiz də var. 
Bunu  eĢidən  müstəntiqin  əhval-ruhiyyəsi  tamam  dəyiĢdi.  Dedi  ki,  1918-ci 
ildə Nərimanov HəĢtərxanda olanda məni müalicə edib. Məni ölümdən xilas edib, 
həyata qaytarıb. Ona görə rəhmətlik Nərimanova böyük hörmətim var. 
Atam sonralar da danıĢırdı ki, sağ-salamat buraxılmağımın səbəbkarı həmin 
müstəntiqin  Nərimanova  olan  hüsn-rəğbətindən  irəli  gəlib.  Ona  görə  də  atam 
Gəray bəy ömrünün sonuna kimi Nərimanova rəhmət oxuyardı. 
-
 
Sona  xanım,  atanız  Gəray  bəy  Müsavat  ordusunda  Gəncədə,  Tərtərdə 
hərbi  qulluqda  olub.  1920-ci  ildə  ġəkidə  Qırmızı  Kadet  məktəbinin  rəisi  iĢləyib. 
Bəs o həbs olunan ili - 1926-cı ildə harada yaĢayırdınız? 
-
 
Həmin  ili  Bakıda  Çadrovı  küçəsindəki  onuncu  dalanda  (indiki  M. 
Əliyev - ġ.N.) yaĢayırdıq. Mən 1920-ci il fevralın 11-də Bakıda anadan olmuĢam. 
Atam  Gəray  bəy  bu  xəbəri  eĢidəndə  deyib  ki,  anam  Süfiyyə  xanım  yenidən 
dünyaya gəlib. Atamın eyhamını dərhal anlayan anam Sitarə xanım Məmməd qızı 
Bədəlova  mənə  nənəmin  adını  qoyub.  Sonralar  necə  olubsa  məni  Sona  deyə 
çağırıblar. Atam heç vaxt ikinci adımı dilinə gətirməzdi, acığı gəlirdi. HəmiĢə məni 
Süfiyyə deyə çağırardı. 
Anamın əsli ġəkidən olub. Atam kimi nəcabətli nəsildən olan anamın ailəsi 
o  vaxt  Tiflisdə  yaĢayırmıĢ.  Onlar  1913-cü  ildə  evləniblər.  Ana  babam  Məmməd 

30 
 
məĢhur  tacir  olub.  Tiflisdə  xüsusi  mülkü,  mağazaları  varmıĢ.  Anam  ali  təhsilli 
həkim idi. 
-
 
Sona  xanım,  Tiflis  dediniz  yadıma  atanızın  arxivdə  saxlanılan  bir 
teleqramı düĢdü. Onu poruçik Gəray bəy Vəkilov 1901-ci il oktyabrın 7-də ilk qız 
məktəbinin  açılıĢı  münasibətilə  Hacı  Zeynalabdin  Tağıyevə  vurub.  Atanız  Gəray 
bəy yazır ki, Ünasiyə məktəbinin güĢadı günü ilə Sizi təbrik edib, tofiq istəyirəm. 
-
 
Siz  poruçik  deyəndə  atamın  kinayə  ilə  tez-tez  iĢlətdiyi  bir  məsəli 
yadıma düĢdü. O, acığı gələn zabitə deyərdi: 
-
 
PraporĢik zabit olsa, toyuq da quĢ olar. 
1926-cı ildə tutulanda onun üzünə nahaqdan duranın rütbəsi praporĢik olub. 
Ömrünün  son  illərində  atam  süvari  generalı  Hüseyn  xan  Naxçıvanskini  tez-tez 
xatırlardı. Hüseyn xan Port-Artur döyüĢlərində atamın komandiri olmuĢdu. 
Yadımdadır, danıĢardı ki, 1905-ci ildə yaponlarla döyüĢdə Hüseyn xan əmr 
verdi  ki,  xəncəri  diĢimizə  alaq,  qılıncı  sağ  əlimizə,  tüfəngi  isə  sol  əlimizə.  Belə 
yaraqlanıb hücuma keçdik, yaponlar mövqelərini qoyub qaçdılar. Biz bir güllə belə 
atmadan cəbhəni aldıq. 
 
*   *   * 
 
Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ idi: Böyükağa 
(1914-1995),  Rüstəm  (1916-1998).  Fərrux  (1921-1998).  Bu  sətirlərin  müəllifi 
onların hər üçü ilə görüĢüb söhbət etmiĢdi. 
Böyükağa  EA  Geologiya  institutunun  laboratoriya  rəhbəri,  geologiya-
minerologiya elmləri namizədi, Rüstəm əməkdar mühəndis, Fərrux isə baĢ ədliyyə 
polkovniki və fəxri prokurorluq iĢçisi idi. 
1992-ci  ildə  görüĢlərimizin  birində  Böyükağa  müəllim  mənə  iki  nadir 
fotoĢəkil göstərdi. Ġlk dəfə gördüyüm bu tarixi Ģəkillər altınıĢ səkkiz il əvvəl -1924-
cü  il  noyabrın  yeddisində  çəkilmiĢdi.  ġəkildə  xalqımızın  görkəmli  oğlu  Nəriman 
Nərimanov  və  Zaqafqaziya  Hərbi  Hazırlıq  məktəbinin  kursant  və  zabit  heyəti 
Moskvada  təsvir  olunmuĢdu.  Böyükağa  Vəkilov  da  həmin  kursantlar  arasında 
olduğuna görə fotoĢəklin çəkilmə tarixini mənə nəql etmiĢdi: 

1922-ci  ilin  yazında  atam  məni  “Qırmızı  kadetlər  korpusu”  məktəbinə 
oxumağa qoydu. Onda mənim səkkiz yaĢım vardı. Həmin məktəbə yeddi yaĢından 
on  dörd  yaĢınadək  olan  uĢaqları  götürürdülər.  Məktəb  beynəlmiləl  idi.  Orda 
müxtəlif  millətlərdən  olan  uĢaqlar  oxuyurdu.  Azərbaycanlılar  əksəriyyət  təĢkil 
edirdi.  1923-cü  ildə  bizim  məktəbin  adı  dəyiĢdirilib  Zaqafqaziya  Proletar  Hərbi 
məktəbi, bir il sonra isə Hərbi Hazırlıq məktəbi adlandırıldı. 
Yadımdadır,  məktəbin  tədris  korpusu  Bakıda,  indiki  1  nömrəli  orta 
məktəbdə,  yataq  korpusu  isə  indiki  Zabitlər  evinin  binasında  yerləĢirdi.  Təlim, 
siyasi-tərbiyə  iĢləri  və  mədəni-kütləvi  tədbirlər  tədris  korpusunda  keçirilirdi.  Bu, 
Zaqafqaziyada  yeni-tipli  nümunəvi  hərbi  məktəb  idi.  Məktəbimiz  1921-ci  ilin 

31 
 
oktyabrında Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 
təĢəbbüsü  ilə  yaradılmıĢdı.  Ona  görə  də  həmiĢə  Nərimanovun  diqqət  mərkəzində 
idi. 
Hələ birinci  kursda  oxuyanda Nərimanov tərəfindən qəbul edilməyimiz  də 
yaddaĢıma həmiĢəlik həkk olunub. 
Nəriman  Nərimanov  bir  ata  kimi  bizimlə  xeyli  səmimi  söhbət  etdi. 
Təhsilimizlə,  dolanacağımızla  maraqlandı,  kefimizi  xəbər  aldı.  O,  bizim  hər 
birimizdən  dönə-dönə  soruĢurdu  ki,  məktəbdə  nə  üçün,  hansı  məqsəd  naminə 
oxuduğumuzu  bilirikmi?  Biz  də  onun  bütün  suallarına  ürəkdən,  cəsarətlə  cavab 
verirdik ki, komandir olmaq istəyirik. Bizi ata qayğısı ilə dinləyən Nərimanov Ģad 
bir halda “mərhəba, balalarım, sağ olun!” - deyirdi. 
1924-cü ildə hərbi paradda iĢtirak etmək üçün məktəbimizin yüz iyirmi altı 
nəfər  kursant  və  zabit  heyətini  Moskvaya  dəvət  etdilər.  Noyabrın  üçündə  yola 
düĢdük.  Rostova  qədər  yük  vaqonlarında  getdik.  Gecikdiyimizə  görə  bizi  ordan 
sürət qatarında yola saldılar. Noyabrın yeddisində səhər Qızıl meydana çatdıq. 
Bizi  Moskvaya  aparan  komandirlərimizi  yaxĢı  xatırlayıram.  Zaqafqaziya 
Hərbi  Hazırlıq  məktəbinin  kurs  komandiri  Həqqi  Kəngərlinski,  siyasi  rəhbər 
Allahqulu Mehdiyev,  məktəbin rəisi Hacıağa  Ġbrahimbəyli, tədris hissəsinin rəisi, 
atam Gəray bəy Vəkilov və baĢqaları bizimlə getmiĢdilər. 
Qızıl  meydandan  keçəndə  tribunada  dövlət  rəhbərləri  arasında  dayanan 
Nəriman  Nərimanovu  görüb  daha  gur  səslə  “Ura”!  -  deyə  qıĢqırdıq.  Rəsmi 
keçiddən sonra  bizim batalyonu tribunanının önündə  saxladılar. Dövlət rəhbərləri 
bizim  yanımıza  enib  salamlaĢdılar.  Mənim  kimi  10-12  yaĢlı  balaca  kursantları 
səmimiyyətlə dindirir, bəzələrini də atıb-tutur, öpürdülər. 
Səhərisi bizi SSRĠ MĠK-nin sədrinin sədri Nəriman Nərimanov Kremldəki 
klubda  qəbul  etdi.  Xeyli  səmimi  söhbət  edən  Nərimanovun  sevincinin  həddi-
hüdudu yox idi. O dedi ki, tapĢırıq vermiĢəm, Sizin hər birinizə Xalq Komissarları 
Sovetinin hesabından iyirmi manat pul ayırsınlar. Bu pul sizə gündəlik xərclik və 
valideynlərinizə hədiyyə alıb aparmaq üçün verilir. 
Sonra  bizim kursant batalyonu Kremldə  yerləĢən  hərbi  komandirlər  heyəti 
məktəbində oldu. 
Bu  görüĢlərdən  sonra  Nəriman  Nərimanov,  MĠK  Rəyasət  Heyətinin  katibi 
Avel  Yenukidze bizimlə  birgə  Kremlin həyətindəki  “Çar zəngi”nin  yanında  Ģəkil 
çəkdirdi. 
Bu tarixi fotoĢəkildə görün kimlər var. O vaxt kursant olanların əksəriyyəti 
indi  görkəmli  alim,  hərbçidirlər.  Polkovnik  Əliağa  Babayev,  Respublika  EA 
keçmiĢ  prezidenti,  akademik  Rüstəm  Ġsmayılov,  əməkdar  elm  xadimi,  elmlər 
doktoru Məmmədtağı Nağıyev, SSRĠ Neft Sənayəsi Nazirliyinin idarə rəisi Əlövsət 
Qarayev,  irriqator-alim  Karrar  Əliyev,  Sovet  Ġttifaqı  Qəhrəmanı  Aslan  Vəzirov, 
SSRĠ  xalq  artisti  məĢhur  dirijor  Niyazi,  Çingiz  Hacıbəyov,  akademik  ġəfaət 
Mehdiyev,  əməkdar  mühəndis  Böyükağa  Məmmədov,  elmlər  doktoru  Məmməd 

32 
 
Fərzəliyev,  məĢhur  Ģairimiz  M.Ə.Sabirin  oğlu  Məmmədsəlim  Tahirov,  professor, 
hüquq elmləri doktoru Əyyub Əskərov, polkovnik Səttar Hacıyev, Fərhad Ağayev, 
müharibə  veteranı  Əsgər  Mirzəyev,  fizika-riyaziyyat  elmləri  doktoru  Kamal 
Məmmədov, batalyon komandiri Hüseyn Rəhimov və baĢqaları. 
Onların  əksəriyyəti  dünyasını  dəyiĢib.  Bu  nadir  fotoĢəkil  isə  o  günlərdən 
nəsillərimizə yadigar qalıb. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin