ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə9/24
tarix05.03.2017
ölçüsü2.8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

BAKI. TĠKĠNTĠ MATERĠALLARI 
BAġ ĠDARƏSĠ 
(1938-1942-ci illər) 
 
Vətənə  qayıtdıqdan  sonra,  mən  texniki  kadrlar  sırasına  daxil  oldum.  Bu 
zaman  Azərbaycanda  Tikinti  Materialları  BaĢ  Ġdarəsi  təĢkil  olunurdu.  O  idarənin 
səlahiyyəti  təxminən  nazirlik  səlahiyyətinə  bərabər  idi  və  həmin  idarə  Ġttifaq 
Tikinti Materialları Nazirliyinin tabeliyində idi. Bu idarəyə rəis mühəndis Əlizadə 
Zeynəb  Ġbrahim  qızı  təyin  edilmiĢdi.  Mir  Cəfər  onu  vəzifəyə  təyin  etdikdə, 
tapĢırmıĢdı ki, o, özünə müavin olaraq təcrübəli mühəndis seçsin. Əlizadə qabaqlar 
Bakı  Sovetinin  mənim  baĢ  mühəndis  iĢlədiyim  yerli  sənaye  Ģöbəsinin  sisteminə 
daxil  olan  daĢ  karxanalarında  iĢləmiĢdi.  Əlbəttə  ki,  o  məni  yaxĢı  tanıyırdı  və  o, 
Bağırova  Vəkilovun  namizədliyini  təklif  etdi.  Bağırov  soruĢdu:  “O,  Faris  bəy?” 
Etiraz etmirəm, götürün”. Beləliklə, mən BaĢ idarənin baĢ mühəndisi oldum. 1940-
cı il rəis Əlizadəni mühəndis ġərifov Məmməd Qasım oğlu əvəz etdi. Bu vaxt mən 
                                                           
10
  Liya  xanım  Mirkazım  xan  qızı  Vəkilova  1891-ci  il  fevralın  8-də  Tiflisdə  general-mayor  Mirkazım 
xan  TalıĢxanovun  ailəsində  anadan  olub.  Ġkinci  Tiflis  qadın  gimnaziyasını  qızıl  medalla  bitirib.  Bir 
müddət Tiflisdəki müsəlman məktəbində müəllim iĢləyib. 1920-ci ildən sonra əri Faris bəy Vəkilovla 
Fransada  mühacirətdə  olub.  Vətənə  qayıtdıqdan  sonra  C.Məmmədquluzadənin,  Əbülhəsənin,  Mehdi 
Hüseynin, Mir Cəlalın, Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Süleyman Rəhimovun və baĢqa 
yazıçıların  əsərlərinin  rus  dilinə  tərcüməsi  ilə  məĢğul  olub.  1943-cü  ildən  SSRĠ  Yazıçılar  Ġttifaqının 
üzvü idi. Anası Məsumə xanım Borçalının Təkəli kəndindən olan nüfuzlu Ağabəy Yadigarovun qızı idi. 
Ədəbi ictimaiyyətdə və pedaqoji sahədə görkəmli mütəxəssis kimi tanınan Liya xanım Vəkilova 1965-
ci il fevralın 19-da Bakıda vəfat edib - Ş. N. 
 

73 
 
çox 
əhəmiyyətli  bir  tədbir  həyata  keçirdim.  Mən  qır  biĢirməyin 
mexanikləĢdirilməsini  iĢləyib  hazırladım.  Qır  biĢirilərkən  qazanlarda  qır  kütləsi 
uzun  polad  Ģtanqalar  vasitəsilə  əl  ilə  qarıĢdırılırdı.  Mən  bu  əməliyyatı 
mexanikləĢdirdim.  Elektrik  mühərriki  ilə  iĢləyən  qarıĢdırıcının  layihəsini 
hazırladım. Sınaq yaxĢı nəticə verdi. BaĢ idarədə rəisin təsdiq etdiyi hesablamalar 
göstərdi  ki,  ölkə  ildə  50000  manat  məbləğində  qənaət  etmiĢ  olacaqdır.  Məni 
mükafata  təqdim  etdilər,  lakin  bu  zaman  müharibə  baĢlandı,  mükafatın  məbləği 
çox  böyük  idi,  mən  yalnız  onun  bir  hissəsini  ala  bildim.  Söz  verdilər  ki,  qalan 
hissəsini  müharibədən  sonra  verəcəklər.  Müharibə  baĢa  çatdıqda  (1945-ci  il)  mən 
elə  vəziyyətdə  idim  ki,  mükafat  haqqında  danıĢmağa  belə  dəyməzdi.  Mənə  çatan 
məlumatata  görə  mexanikləĢdirilmiĢ  qırbiĢirmə  prosesindən  Xırdalandakı  qır 
zavodunda  istifadə  edilirdi.  Sonra  mənim  cəbhəyə  kömək  əmək  fəaliyyətim 
baĢlandı.  Hərbçilərin  xahiĢi  ilə  əsgərlərin  səngər  Ģəraitində  inkiĢaf  edən,  artan 
parazitlərlə  mübarizə  üçün  səyyar,  daĢına  bilən  duĢxana  qurğusunu  sınaqdan 
keçirdilər,  kütləvi  buraxılıĢa  razılıq  verildi.  Hazır  qurğuları  hərbçilər  lazım  olan 
yerlərə  çatdırırdılar.  Cəbhəyə  ikinci  xidmətim,  Nalçik  Ģəhərində  yerləĢən  Tırnauz 
kombinatının  mobildən  istehsalında  doğrama  dəyirmanlarında  süxurların 
doğranması üçün kürələr ilə təchiz etməyim oldu. Mən Tırnauz kombinatına təklif 
etdim  ki,  polad  kürələr  güclü  manqalı  çuqun  kürələr  ilə  əvəz  edilsin.  Bu  təklifim 
bəyənildi və çuqunəritmə sexlərindən biri manqalı Ģarların hazırlanması ilə məĢğul 
olmağa baĢladı. Bizim idarədən həmin kombinat minlərlə kürə alırdı.  
1942-ci  ilin  gecələrindən  birində  məni  telefon  zəngi  yuxudan  oyatdı.  Bu 
zəng mənim cəbhəyə üçüncü xidmətimin zəmini oldu. YoldaĢ ġərifov xahiĢ etdi ki, 
onun  iĢ  kabinetinə  gəlim.  Orada  məni  pencəyinin  ilməsində  üç  Ģpal  olan,  DSĠ 
(Dövlət  Siyasi  Ġdarəsinin)  iĢçisi  Medvedyev  gözləyirdi.  O  mənə  müraciət  edərək, 
söylədi: “YoldaĢ Vəkilov, biz bilirik ki, siz cəbhə üçün çox narahatlıq keçirirsiniz. 
XahiĢ  edirik  cəbhə  üçün  üçüncü  bir  iĢ  görəsiniz.  Əl  qumbaraları  üçün  çuqun 
korpuslar  hazırlamaq  lazım  idi.  Mənə  çertyoju  göstərdilər,  gördüm  ki,  çox  çətin 
məsələdir.  Məsələ  onda  idi  ki,  qumbaranın  divarları  çox  nazik  olur,  bunun  üçün 
çox  duru  çuqun  tələb  olunurdu.  Bizim  primitiv  texnika  Ģəraitində  belə  bir  çuqun 
almaq  çox  çətin  iĢ  idi.  Öz  mülahizəmi  bildirərək,  söz  verdim  ki,  çalıĢaram  bu 
məsələni  həll  edəm.  Səhəri  gün  məni  DSĠ-nin  rəis  müavininin  (Yemelyanov  idi) 
yanına çağırdılar. Mən yenə də Medvedyevə dediklərimi təkrar etdim, söz verdim 
ki,  bacardığımı  əsirgəməyəcəyəm.  Yemelyanov  mənim  əlimi  sıxdı  və 
müvəffəqiyyətimə  ümid  bəslədiyini  söylədi.  Mən  zavodda  olan  bütün  qüvvələri 
səfərbər  etdim.  Səkkiz  gün  keçdikdən  sonra  mən  Medvedyevə  zəng  edib,  xahiĢ 
etdim  ki,  gəlib  sınaq  nümunələrini  aparsın.  Bır  neçə  saatdan  sonra  Medvedyev 
mənə zəng çaldı və böyük  sevinclə təbrik etdi. Zavod 10000 qumbara hazırlamaq 
haqqında  sifariĢ  aldı.  Bu  sifariĢ  yerinə  yetirildi.  Yemelyanov  mənə  təĢəkkürünü 
bildirdi. 

74 
 
Müharibə dövrü ilə əlaqədar olan dördüncü tapĢırıq daha böyük həcmli idi. 
Neft  sənayesi  özünün  bəzi  prosesləri  üçün  odadavamlı  kərpic  tələb  edirdi.  Bu 
məhsul  Bakıya  Rusiyanın  cənub  zavodlarından  gətirilirdi.  Bu  rayonlar  düĢmən 
tərəfindən zəbt olunmuĢdu və kərpic gətirilməsi çox çətinləĢmiĢdi. 
Bakıda odadavamlı kərpicin istehsal edilməsi zəruri idi. Odadavamlı kərpic 
sexinin  layihəsini  vermək  və  hazırlamaq  lazım  idi.  Mənə  iki  köməkçi  mühəndis 
verdilər  və  biz  iĢə  baĢladıq.  Bu,  1942-ci  ilin  yayı  idi.  Kərpic  istehsalı  bir  yenilik 
deyildi,  onun  üçün  xüsusi  qurğu  hazırlamaq  lazım  deyildi,  ancaq  həmin  qurğunu 
hazırlamaq üçün çertyoj yox idi  - onu hazırlamaq lazım idi. Biz bu məsələni həll 
edib,  çertyojları  öz  zavodumuza  təqdim  etdik.  Hazırlanma  nəzarəti  də  mənə 
tapĢırılmıĢdı.  1942-ci  ilin  payızında  mən  xüsusi  ayrılmıĢ  bir  binada  qurğunun 
montaj  edilməsinə  rəhbərlik  etməli  oldum.  Ġndiki  kimi  yadımdadır.  Bizim 
yaratdığımız  obyekt  Ģəhərin  qırağında  “Ağ  Ģəhər”  deyilən  yerdə  yerləĢirdi,  ora 
getmək üçün mən iki tramvay dəyiĢməli olurdum. Nahar fasiləsində Ģəhərə gəlmək 
mümkün  deyildi.  Səhərdən  axĢama  qədər  iĢ  yerində  qalmalı  olurduq.  Tərslikdən 
mən  soyuqlamıĢdım,  hər  iki  qulağım  iltihablaĢmıĢdı.  Qulaqlarım,  baĢım  bərk 
ağrıyırdı,  hərarətim  yuxarı  idi.  Doktor  ġıxlinski
11
  evdə  qalmaq  lazım  olduğunu 
bildirdi,  iĢdən  azad  edən  bülleten  verdi.  Lakin  mən  bu  hərəkəti  edə  bilməzdim, 
bülleten cibimdə, baĢı sarıqlı iĢə davam edirdim. Bu vəziyyətdə iĢi baĢa çatdırdım 
və  sexi  təhvil  verməyə  hazırladım.  Sentyabr  ayının  28-də  sex  iĢləməyə  baĢladı. 
Mən  vəzifəmi  bitirdim,  lakin  məni  bülleten  cibimdə,  baĢı  sarıqlı  halda  birbaĢa  iĢ 
yerimdən  DSĠ-nə  apardılar.  Binaya  girdikdən  sonra  mənim  ciblərimi  axtardılar, 
Ģalvarımın  metal  düymələrini  kəsdilər,  mən  bacardığım  kimi  Ģalvarımı  əlimlə 
saxlamalı oldum. Məni zirzəmiyə  saldılar; kiçik qaranlıq  bir otaq idi,  divarlardan 
axan su yerdə gölməçə yaratmıĢdı. BoĢ, soyuq dəmir çarpayının üstündə oturtdular 
və paraĢa
12
 ilə birlikdə qoyub çıxıb getdilər. 
Həyatımın yeni mərhələsi baĢlandı. Mənə qarĢı bu münasibət nə ilə bağlı idi 
- bilə bilmədim. Mənim gizli saxladığım cinayətkar fikirlərimi açmaq tapĢırığı alan 
müstəntiq  ĠĢxanov  aĢağıdakı  sözləri  deməyə  məcbur  oldu:  “Sizin  istehsalat 
fəaliyyətiniz bizə yaxĢı bəllidır - o nöqsansızdır (bu, onun dediyi sözlərdir), ancaq 
siz  düĢüncə  tərzinizə  görə  cəzalanmalısınız”.  O  dedi  ki,  mənim  xəstə-xəstə  iĢə 
çıxmağımdan,  isti  qum  ilə  qulaqlarımı  qızdırdığımdan  xəbərdardır,  ancaq  bütün 
bunlar  mənə  bəraət  qazandırmır.  18  il  keçdikdən  sonra  mənim  cinayət  iĢimə 
yenidən baxan Dövlət Təhlükəsizlik Ģöbəsinin polkovniki Veliçenko mənə dedi ki, 
sənin  heç  bir  günahın  yoxdur,  müstəntiq  ĠĢxanovun  sənin  haqqında  topladığı  iki 
                                                           
11
  Abdulla  ağa  Omar  ağa  oğlu  ġıxlinski  -  1899-cu  il  yanvarın  5-də  Qazaxda  anadan  olub.  1918-ci  il 
aprelin  6-da  Bakı  Realnı  Məktəbini  bitirib.  Azərbaycan  Milli  Ordusunda  yunker  kimi  xidmət  edib. 
MəhĢur generalımız Əliağa ġıxlinskinin əmizadələrindəndir. Sovet  tibb elmində görkəmli mütəxəssis, 
tibb elmləri namizədi kimi məĢhur idi. Abdulla ağa 1970-ci il mayın 23-də Bakıda vəfat edib - Ş. N. 
12
 Həbsxanada ləyən, vedrə 
 

75 
 
cildlik  sənədlər  “heç  bir  çürük  yumurtaya  da  dəyməz”.  Lakin  ömrümün  bu 
mərhələsi ondan baĢladı ki, məni 8 ay ibtidai həbsdə saxladılar, bu müddət ərzində 
müstəntiq ĠĢxanov mənim pis düĢüncə tərzimi açmağa çalıĢır, iki tomluq sənədlərin 
üstündə tərləyirdi. 
Daha sonra hərbi tribunal məni, tanımadığım 32 nəfərlə birlikdə əmlakımız 
müsadirə olunmaqla və cəzanı çəkib qurtardıqdan sonra 5 il seçicilik hüququndan 
məhrum  edilməklə  10  il  həbs  cəzasına  məhkum  etdi.  Böyük  əsəb  və  zehni  əmək 
sərf  etməklə  ağır  zəhmət  çəkdiyim  1926-1942-ci  illər  üçün  Vətən  məni  bu  cür 
mükafatlandırdı.  Bu  zaman  məni  tanıyan  çox  yoldaĢlar  mənə  partiyaya  daxil 
olmağı  təklif  edirdilər.  Mən  bu  təklifləri  rədd  edirdim.  Ġstəmirdim  ki,  məni 
partiyaya “soxulmaqda” günahlandırsınlar. Mən hiss edirdim ki, bu hal baĢ verməli 
idi.  Birinci  iki  ili  mən  Lənkəran  rayonunda  olan  ümumi  həbs  düĢərgələrində 
(cinayətkarın  və  siyasi  dustaqların  bir  yerdə  saxlandırıldıqları  düĢərgələr  ümumi 
düĢərgələr  adlanırdı)  saxlanıldım.  Lənkəran  düĢərgələrində  heç  bir  sənaye 
müəssisəsi  yox  idi,  ona  görə  də  mən  öz  ixtisasım  üzrə  iĢləmirdim.  1946-cı  ildə 
Lənkəran  düĢərgələri  ləğv  edildi.  Dustaqları  baĢqa  düĢərgələrə  payladılar  - 
düĢərgələrin sayı-hesabı yox idi. Mən Bakının KeĢlə rayonunda yerləĢən 3 nömrəli 
düĢərgə məntəqəsinə düĢdüm. Burada məni çoxları bir mühəndis və bir insan kimi 
tanıdı. Bizim düĢərgə məntəqəsinin rəisi əvvələr ġollar su kəmərinin - ikinci Bakı 
xətti tikintisi rəisinin köməkçisi vəzifəsində iĢləmiĢdi. Bizim zavod su kəməri üçün 
xüsusi hissələr hazırlayırdı. O zaman mən, zavodun texniki rəhbəri kimi, iĢçilər ilə 
birlikdə  bizim  hissələrdən  istifadə  edilən  sahələrə  gedirdim.  Məni  su  kəməri 
tikintisindən  tanıyırdılar.  DüĢərgə  məntəqəsinin  rəisi  düĢərgəyə  gəlməyimi  bilən 
kimi,  məni  tikinti  obyektlərindən  biri  olan  BEMZ-nin  texniki  Ģöbəsinə  göndərdi. 
Orada məni tanıyan mühəndislərin əhatəsində idim. Mən bir az rahat nəfəs almağa 
baĢladım.  Lakin,  bu  səadət  uzun  çəkmədi.  DSĠ-də  mənim  Bakıda  olduğumu 
bildilər, bu Mir Cəfər Bağırovun ora rəis təyin etdiyi Yaqubovu dəli kimi coĢdurdu 
və  o,  Bağırova  xoĢ  olsun  deyə  məni  ciddi  rejimli  düĢərgələrdən  birinə  yollamaq 
haqqında əmr verdi. Bu zaman mən Lənkəranda qazandığım malyariya ilə əziyyət 
çəkirdim.  Mən  düĢərgənin  tibb  məntəqəsində  39-40  dərəcə  hərarətlə  yatırdım. 
Ancaq,  xəstə  dustaqları  bir  yerdən  baĢqa  yerə  daĢımağa  icazə  verilmədiyinə 
baxmayaraq, Yaqubovun tapĢırığı ilə məni xəstəxana çarpayısından qoparıb yataba 
göndərdilər.  On  iki  gün  yük  vaqonunda  yol  getdikdən  sonra  -  vaqonda  70  nəfər 
idik  -  məni  Mordoviyada  Penza  Ģəhərinin  Dubravlaq  rayonunda  yerləĢən 
Tamnikovski  düĢərgələrinə  gətirdilər.  Bu  düĢərgələr  ciddi  rejimli  düĢərgələr  idi, 
onlar hər birində 50 min dustaq olan bir neçə düĢərgə məntəqəsindən ibarət idi. Bu 
zaman mən “xoĢbəxt” həyatımın yeddinci onilliyinə qədəm qoymuĢdum. Bu yaĢda 
mən  dustaqların  meĢədə  gördükləri  ağır  iĢi  yerinə  yetirə  bilmirdim.  Məndən 
briqadaların  yerinə  yetirdikləri  iĢlərin  hesabını  aparmaq  üçün  istifadə  edirdilər. 
1952-ci  il-də  mənim  düĢərgədə  qalmalı  olduğum  10  il  həbs  cəzam  tamam  oldu. 
Məni  azadlığa  buraxmalı  idilər.  Lakin,  bir  cinayətə  görə  iki  cəza  vermək  olmaz 

76 
 
qanununa zidd olaraq, məni evə buraxmaq  əvəzinə 10 gün  xüsusi  yaradılmıĢ, çox 
çətin  Ģəraitdə  Stolipin  vaqonunda  Qazaxıstan  vilayətinin  Karaqanda  Ģəhərinə 
gətirdilər.  Orada  məni  yarısökük  kənd  evində  yerləĢdirdilər  və  iĢ  təklif  etdilər  ki, 
özümü dolandıra bilim. Yeni ixtisas - qamıĢdan həsir toxumağı öyrənməli idim. Bu 
iĢi görməklə mən gündə 20 qəpikdən artıq pul qazana bilmirdim. Moskvaya inadlı 
müraciətlərimdən  sonra,  məni  nəhəng  kompleks  olan  Qazaxıstan  Maqnitkası 
tikilən Temir-Tau Ģəhərinə, öz ixtisasım üzrə iĢləməyə göndərdilər. 
 
TEMĠR-TAU. QAZAXMETALTĠKĠNTĠ 
(1952-1958-ci illər) 
 
Burada  ĠMK-da  (Ġstehsalat  müəssisələri  kombinatı)  cürbəcür  tapĢırıqları 
yerinə  yetirınək  üçün  mənə  mühəndis  vəzifəsi  verdilər.  Hər  ehtimala  qarĢı  mənə 
çatdırdılar  kı,  mən  buraya  “həmiĢəlik”  göndərilmiĢəm.  Atalar  sözündə  deyildiyi 
kimi,  hər  anın  bir  hökmü  var;  mən  Temir-Tauda  həmiĢəlik  qalmadım,  ancaq 
ömrümün  yeddi  ilini  orada  keçirməli  oldum.  Nəhəng  miqyaslı  tikinti  Ģəraitində  
mexaniki-konstruktor iĢləri görməkdə lazım gəlirdi. Mən orada olduğum müddətdə 
bir neçə irihəcmli iĢləri yerinə yetirdim, o iĢlərə görə dəfələrlə mükafatlandırıldım, 
təĢəkkürnamələr ilə təltif olundum. 
Dəmir-beton  hissələr  hazırlayan  sexə  mexaniki  betonyığan  tələb  olunurdu. 
Bu,  mənim  ilk  iĢlərimdən  biri  oldu.  Bu  betonyığanı  Rusiyanın  hər  hansı  bir 
Ģəhərindən  almaq  mümkün  olmadı.  Onu  hazırlamaq  üçün  1  və  ya  1,5  il  vaxt 
verilirdi, bu da tikinti iĢlərini poza bilərdi ki, ona yol vermək olmazdı. Onu özümüz 
hazırlamalıydıq  -  Betonyığanı  layihələĢdirdim,  trestin  emalatxanaları  isə  onu 
qurdular. Bizim  ümumi səyimiz  müvəffəqiyyətlə nəticələndi; betonyığan bütün ili 
dayanmadan iĢlədi.  Soyuq qıĢ günlərində, o, açıq havada, buxarvermə  kameranın 
üstündə  buz  bağlayırdı,  buna  görə  onu  Çelyuskinə  yürüĢ  etmiĢ  gəmilərin  Ģərəfinə 
“Çelyuskenli” adlandırırdılar. Beləliklə, mənim köməyimlə böyük bir məsələ  həll 
edilmiĢdi.  Tikilməkdə  olan  beton  qatıĢıq  qovĢağının  təchizatı  zamanı  da  ikinci 
böyük  bir  çətinliklə  rastlaĢdım.  Bu,  hündürlüyü  30  metrə  yaxın  olan  üçmərtəbəli 
bir  tikinti  idi.  Avtomobillərlə  daĢınıb  zirzəmilərə  yığılmıĢ  sement  onun  yuxarı 
mərtəbəsinə  verilməli  idi.  Binadan  kənarda  yerləĢmiĢ  zirzəmilərdə  olan  sement, 
yuxarı mərtəbəyə pnevmatik üsul ilə verilməli idi. Bina tikilmiĢdi, pnevmatika isə 
yox  idi.  Onu  yalnız  2  ildən  sonra  verməli  idilər.  Bu  müddət  dözülməli  deyildi. 
Vəziyyətdən çıxmaq üçün mənə xüsusi tapĢırıq verildi. Sementi yuxarı mərtəbəyə 
vermək üçün mexaniki qurğu hazırlamalı idim. Məsələni çox mürəkkəb bir Ģəraitdə 
həll etmək lazım idi. Mən, 70 yaĢlı bir qoca, 30 metr hündürlüyə qalxıb, lazım olan 
ölçünü  götürməli  olurdum.  Bu  məsələ  də  müvəffəqiyətlə  həll  edildi.  Yuxarı 
mərtəbəyə sement vermək üçün istifadə edilməli qurğunun çertyojunu hazırladım, 
onun  layihəsi  verildi.  Bu,  tikinti  üçün  böyük  nailiyyət  kimi  qiymətləndirildi. 
Mənim  üçüncü  diqqətəlayiq  iĢim,  taxtakəsən  sexlə  əlaqədar  oldu.  Həmin  sexdə  - 

77 
 
böyük  məhsuldarlıqla  taxtakəsən  dəzgah  üç  “Bomender”  iĢləyirdi.  Çoxlu  taxta 
kəpəyi  əmələ  gəlirdi,  təmizləmək  çoxlu  vaxt  aparırdı  və  bu  iĢlə  adətən  qadınlar 
məĢğul  olurdular.  Hər  bir  iclasda  bu  iĢin  yüngülləĢdirilməsi  məsələsi  ortada 
qoyulurdu.  Bu  iĢ  də  pnevmatik  görülməli  idi,  lakin  məsələ  açıq  qalmıĢdı.  Bu 
məsələni  də  həll  etmək  mənə  tapĢırıldı.  Bu  da  çox  çətin  iĢ  idi.  Pnevmatik 
nəqliyyatın  layihələĢdirilməsi  xüsusi  bilik  tələb  edirdi.  Bu  iĢlə  Leninqrad 
Politexnik Ġnstitutunun professoru, gərək ki, ġemyakin məĢğul olurdu. Mən kömək 
üçün ona müraciət etməyi qərara aldım. Professor cavabında mənə bildirdi ki, onun 
kitabı  çox  kiçik  tirajla  buraxılmıĢ,  tez  satılmıĢ,  hətta  onun  üçün  bir  nüsxə  belə 
qalmamıĢdır.  Eyni  zamanda  o,  mənə  məsləhət  görürdü  ki,  çox  ehtiyatlı  olum, 
hesablamalar düzgün aparılmasa, mən böyük müvəffəqiyyətsizliyə uğraya bilərəm. 
Lakin, nə isə etmək lazım idi. Mən bir neçə kitab, o cümlədən də bir ensiklopedik 
lüğət  tapa  bildim,  həmin  lüğətdə  bəzi  hesablamaların  formulları  var  idi.  Öz 
düĢüncəmə  və  bu  formullara  əsasən  mən  pnevmatik  taxta  kəpəkləri  yığan 
mexanizmin  layihəsini  hazırladım.  Mən  müvəffəqiyyətə  əmin  olmadığımı  baĢ 
mühəndisə  bildirdim,  bununla  mən  üzərimə  düĢən  məsuliyyəti  onunla  bölüĢmək 
istəyirdim.  Ġxtisasca  inĢaatçı  gənc  oğlan  baĢ  mühəndis  məsuliyyətə  mənimlə 
birlikdə  cavabdeh  olacağını  söyləməklə,  məni  daha  da  ruhlandırdı.  Ancaq 
mexanizmi iĢə salarkən sexdəki iĢçilər ona sualla müraciət etdikdə cavab verirdi ki
bu  iĢdən  o,  xəbərdar  deyildir.  ĠĢi  bu  təcrübəli,  qocaman  Ģəxs  həyata  keçirir  o  da 
müvəffəqiyyətə  nail  olmalıdır.  BaĢ  mühəndisin  məsuliyyəti  mənimlə  bu  cür 
“bölməyi”  mənim  kefimi  pozurdu.  Mən  hiss  edirdim  ki,  vəziyyətdən  tək  çıxmalı 
olacağam.  Lakin  tale  mənə  yar  oldu,  qurğu  müvəffəqiyyətlə  iĢləməyə  baĢladı. 
Rəhbərlik  mənə  təĢəkkürünü  bildirdi.  Qadınlar  bu  ağır  iĢdən  azad  olmuĢdular. 
Ancaq,  onların  narazı  qalmaları  mənim  təəccübümə  səbəb  oldu.  Onları 
əvvəlkindən də ağır bir sahəyə keçirmiĢdilər. Bir az sonra onlar boyunlarına aldılar 
ki,  iĢ  həqiqətən  də  çox  ağır  imiĢ,  lakin  onlar  əmək  haqqlarının  artmasını  tələb 
etmək  niyyətində  imiĢlər,  mənim  belə  bir  qurğu  yaratmağım  onlara  böyük  zərər 
gətirmiĢdi.  Buna  görə  də  onlar  məni  “lənətə  gəlmiĢ  qoca”  adlandırırdılar.  Temir-
Tau  Ģəhərində  mənim  dördüncü  iĢim  ağackəsən  maĢının  bünövrəsinin 
möhkəmləndirilməsi  oldu.  Bu  aqreqatı  quraĢdırarkən  süxurun  vəziyyətini  nəzərə 
almamıĢdılar.  Süxurun  möhkəm  olmamasına  görə  maĢın  möhkəmliyini  itirirdi. 
Ağackəsən  dəzgah  laxlamağa  baĢlamıĢdı.  Möhkəmlətmək  üçün  onu  bünövrədən 
çıxarmaq  və  yenidən  quraĢdırmaq  lazım  idi.  Bu  da  iĢin  uzunmüddət  dayanması 
demək  idi.  Mən  təklif  etdim  ki,  onu  sökmədən,  bünövrəni  möhkəmlətməklə  bu 
çətinlikdən çıxmaq olar. MaĢına lazım olan möhkəmliyi vermək üçün bünövrə Salı 
ilə  birləĢdirilmiĢ  və  sement  qatıĢığı  ilə  üstü  örtülmüĢ  metal  konstruksiyasının 
layihəsini  hazırlamalı  olduq.  Bütün  əməliyyatı  bir  həftə  ərzində  yerinə  yetirdik. 
Beləliklə,  mən  Timur-Tauda  yeddi  illik  sürgündə  olduğum  illər  ərzində  bir  neçə 
əmək qələbəsinə nail ola bildim. Rəhbərlik mənim iĢimi qiymətləndirirdi, bu haqda 
Ģəhər  və  vilayət  qəzetlərində  yazılar  çap  edilirdi.  1958-ci  ildə  ittifaqda  siyasi 

78 
 
Ģəraitdə  olan  dəyiĢikliklər  ilə  əlaqədar  olaraq  mən  vətənə  qayıtmaq  hüququ  əldə 
etdim. Bu zaman Qazax-metal tikinti trestində mənə iĢ təklif etdilər və söz verdilər 
ki, ailəli yaĢamaq üçün lazım olan hər bir Ģəraitlə təmin edəcəklər. Lakin, bu vaxtı 
Bakıda  Bağırov  və  məni  həbsdə  saxlamağa  çalıĢan  onun  əlaltıları  artıq  həbs 
edilmiĢdilər.  Gələcəkdə  mən  bəraət  qazana  bilərdim,  ona  görə  də  evə  qayıtmaq 
qərarına gəldim. 
 
BAKIYA QAYIDIġ 
 
Vaxtı  ilə  mənimlə  birgə  iĢləmiĢ  və  məni  yaxĢı  tanıyan  mərhum  Bədəlov 
Kamal  Dəmir  oğlu  Temir-Tauya  məktub  yazır  və  təkid  edirdi  ki,  mən  Bakıya 
qayıdım.  Ömrün  18  ilini  müxtəlif  cəza  yerlərində  keçirdikdən  sonra  vətən  məni 
yaxĢı  qarĢıladı.  Bu  zaman  Kamal  Dəmir  oğlu  Sovnarxozun  nəzdində  olan  tikinti 
materialları  idarəsində  rəis  müavini  vəzifəsində  iĢləyirdi.  O,  idarənin  bütün 
iĢçilərini  topladı  və  mənə  Qazaxmetaltikintidə  verilmiĢ  xasiyyətnaməni  onlara 
oxudu.  YoldaĢlar  məni  öz  kollektivlərinə  götürmək  arzularını  bildirdilər.  Məni 
Tikinti  Materialları  və  Qurğuları  Elmi  Tədqiqat  Ġnstitutunun  direktoru  yoldaĢ 
Məlik-Yeqanova Tura xanım idi. Məlik-Yeqanova yüksək səviyyəli iĢçilər sırasına 
daxil idi. Dərin, parlaq zəkaya malik olan bu qadın, öz mənəvi cəhətlərinə görə də 
baĢqalarından  kəskin  surətdə  fərqlənirdi.  Onun  yaratdığı  Ģəraitdə  iĢləmək  özü  də 
böyük  xoĢbəxtlik  idi.  Onun  daxili  aləmi  ruhən  kübar  qadının  aləmi  idi.  Hamı  ilə 
əlaqə saxlayan, dil tapan bu qadın yanındakılardan seçilirdi. Onun mənə qarĢı olan 
münasibəti,  baĢqalarına  qarĢı  olan  münasibətdən  seçilirdi.  Mən  onunla  olan  Ģəxsi 
söhbətlərimdə  heç  bir  vaxt  18  il  cəza  yerlərində  olduğum  illər  haqqında  söhbət 
açmırdım. Ancaq buna baxmayaraq hiss edirdim ki, o, mənə qarĢı olan ədalətsizliyi 
yaddan çıxartmır  və  çalıĢır  ki, institutda  iĢlədiyim  Ģərait  mənə  keçmiĢləri  yaddan 
çıxartmağa  kömək  etsin.  Bütün  bunları  yaxĢı  baĢa  düĢərək  mən  institut  üçün 
yaddaqalan,  xüsusi  əhəmiyyət  kəsb  edən  bir  iĢ  görmək  istəyirdim.  Çox  təəssüflər 
olsun  ki,  bu  mənə,  müyəssər  olmadı  və  institutda  iĢlədiyim  8  il  mənim  üçün 
peĢimanlıq  illərinə  döndü.  Məni  80  yaĢın  da,  böyük  hörmət  və  məhəbbətlə 
pensiyaya çıxartdılar. Mən özümü bu Ģərəfə layiq bilmədiyim üçün əhəmiyyət kəsb 
edən iĢlərimi yada salıb məmnum olurdum. Ancaq sonuncu mərhələdə mən heç bir 
yadda  qalan  iĢ  görmədən  orqanı  tərk  etməli  oldum.  Mən  Məlik-Yeqanovanın 
ümidlərini  boĢa  çıxartmıĢ,  onun  gözlədiyi  fəaliyyəti  doğrultmamıĢ  olduğumu 
düĢündükcə, çox ağır bir hiss keçirirdim. 
 
 
 
 
 
 

79 
 
DAġÇIXARMA LABORATORĠYASININ 
DAġYIĞAN MAġINI 
 
Mənə  institutda  tikinti  materiallarının  hazırlanması  prosesində  lazım  olan 
maĢınların  və  qurğuların  çertyojlarını  iĢləyib  hazırlayan  xüsusi  konstruktor 
bürosuna  (XKB)  rəhbərlik  etmək  tapĢırılmıĢdı.  XKB-nin  birinci  iĢi  institutun 
nəzdində olan daĢçıxartma laboratoriyasının təklifini iĢləyib hazırlamaq oldu, bu iĢi 
xatırladıqca  mən dərin bir peĢimançılıq hissi  keçirirəm. Süxurlardan daĢ kubikləri 
yonularkən, bu kubiklərin maĢınların altından yığılması çox ağır iĢdir. Bu iĢ bir əl 
ilə  yerinə  yetirilirdi.  Bu  iĢi  mexanikləĢdirmək  lazım  idi.  Laboratoriyanın 
iĢçilərindən  biri  Politexnik  Ġnstitutunun  üçüncü  kurs  tələbəsi  Qabrielyan  kəsilmiĢ 
kubikləri  yığan  maĢın  düzəltmək  istəmiĢdi.  O  bu  maĢının  Ģəklini  çəkmiĢ, 
laboratoriyaya  təqdim  etmiĢdi.  Lakin  bu  maĢın  üzərində  dərindən  düĢünmək  və 
maĢınqayırma  zavodlarında  istifadə  edilə  bilən  elmi  çertyojlar  hazırlamaq  lazım 
idi. Bu tapĢırığı ġmidt zavodunun konstruktorlarına vermək istəyirdilər. Bu eskizlə 
tanıĢ  olduqdan  və  onun  çox  savadsız  tərtib  edildiyini  müəyyən  etdikdən  sonra 
ġmidtçilər onu iĢləyib, hazırlamaqdan imtina etdilər. Ġnstitutun nəzdində XKB-nin 
açılmasını  eĢidən  laboratoriya  ilk  növbədə  həmin  tapĢırığı  yerinə  yetiriləcəyinə 
əmin  idi.  XKB-nin  yarandığı  ilk  günlər  idi,  təklifi  rədd  etmək  olmazdı.  Mən 
direktoru iĢin çətinliyindən, eskizin çox savadsız olmasından xəbərdar etdim, eyni 
zamanda ona çatdırdım ki, bu iĢdən imtina etmək lazımdır. ĠĢə baĢlamağa məcbur 
olduğumu  gördükdə,  xahiĢ  etdim  ki,  Qabrielyanı  da  layihələĢdirmə  iĢinə  cəlb 
etsinlər.  FikirləĢdim  ki,  onun  özünün  iĢtirakı  ilə,  onun  müəlliflik  hüququna 
toxunmadan layihədə lazım olan dəyiĢilikləri edərik.  Aqreqatın  üzərində  nə qədər 
çalıĢsaq  da  onu  lazım  olan  tələblərə  cavab  verməli  hala  gətirə  bilmədik.  Mən  bu 
haqda  təkcə  öz  direktorumuza  deyil,  eyni  zamanda  Sovnarxozun  Tikinti 
Materialları Ġdarəsinin rəisinə də məlumat verdim. XahiĢ etdim ki, idarəyə gəlsinlər 
və çertyojlar ilə tanıĢ olsunlar. Rəhbərlik həmin maĢını qurmaq qərarına gəldi. Onu 
qurdular,  zavodda  sınaqdan  da  keçirdilər.  Zavodda  elə  bil  ki,  yaxĢı  nəticə  alındı, 
lakin daĢ karxanasında, əsl iĢ Ģəraitində, o iĢə yaramırdı. Laboratoriyanın təĢəbbüsü 
iflasa  uğradı.  Təklifin  müəllifləri,  o  cümlədən  də  demək  olar  ki,  maĢınqayırma 
iĢindən  tamamilə  xəbərsiz  olan  laboratoriya  müdiri  Qarbulov  özü 
müvəffəqiyyətsizliyi  XKB-da  gördülər.  Onların  fikrincə  guya  XKB  bu  iĢi 
“bacarmamıĢ”,  ya  da  ki,  bu  təklifin  həyata  keçirilməsinə  “bilə-bilə”  -  maneçilik 
törətmiĢdir.  Bu  uzunu  XKB-ya  pis  münasibətlənirdi.  Bir  istiqamətdə  iĢləməli  iki 
orqan arasındakı bu münasibət müsbət nəticə verə bilməzdi. 
 
 
 
 
 

80 
 
1   ...   5   6   7   8   9   10   11   12   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə