ĠƏMĠstan nəZĠRLĠ


Gəray bəyin oğlu Rüstəm Vəkilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   24

Gəray bəyin oğlu Rüstəm Vəkilov: -  Atam 1920-ci ilə kimi Ģərəfli ömür 
yaĢadığını tez-tez xatırlardı. Amma Müsavat dövründəki döyüĢ yolunu xatırlamaq 
ona çox çətin idi... 
Yadımdadı,  otuzuncu  illərdə  Səməd  Vurğun  bizə  tez-tez  gələrdi.  Onların 
ikilikdə  elədikləri  söhbət  gecədən  xeyli  keçənə  qədər  davam  edərdi.  Bəzən 
mübahisələri qızıĢıb, səsləri ucalanda anam Sitarə zarafatla deyərdi: 

Balam, bu sinfi düĢmənlərin söhbəti qurtarmır ki, qurtarmır. 
O da  yadımdadır ki, bir dəfə  çay aparanda atamın 1924-cü ildə Moskvada 
Nəriman Nərimanovla görüĢündən danıĢdığını eĢitdim. Qorxu hissiylə bunu anama 
bildirdim. Anam narahatlıqla dedi: 

Bu kiĢinin gözünü qan örtüb, yenə bizi iĢə salacaq... 
Axı, o illərdə Nəriman Nərimanovun Ģəxsiyyətinə haqsız olaraq qara kölgə 
salmıĢdılar. Onun silahdaĢları həbs edilirdi. 
1924-cü  ildə  ordudan  təxris  olunan  Gəray  bəy  ömrünün  axırınadək 
Respublika  Maliyyə  Nazirliyində  iĢləyib.  1952-ci  il  martın  on  dördündə  Bakıda 
vəfat edib. 
Görkəmli  müğənnimiz  RəĢid  Behbudovun  anası,  maarifçi  qadın  Firuzə 
xanım Vəkilova (1889-1933) polkovnik Gəray bəy Vəkilovun doğma bacısı idi. 
ġtabs-kapitan  Nəsib  ağa  Əsəd  ağa  oğlu  Vəkilov  1899-cu  ildə  Qazaxda 
anadan  olub.  Qori  Seminariyasının  Azərbaycan  Ģöbəsini  bitirib.  1919-cu  ildə 
Gəncədə  praporĢiklər  məktəbində  hərbi  təhsil  alıb.  Müsavat  zabiti  olduğuna  görə 
1940-cı  ildən  1955-ci  ilə  qədər  Maqadan  və  Norilskiyə  sürgün  edilib.  1954-cü  il 
mayın  səkkizində  qohumu,  xalq  Ģairi  Səməd  Vurğuna  məktub  yazıb,  Vətənə 
qayıtması üçün ondan kömək istəyib. ġair günahsız həbs olunmuĢ əmisi oğlu Nəsib 
ağanın  ailəsinə  maddi  kömək  etmiĢdir.  Yeri  gəlmiĢkən  onu  da  qeyd  edək  ki, 
otuzuncu illərdə  Vəkilovlar  nəslindən bir çoxları repressiyaya  uğramıĢdır. Səməd 
Vurğun onlardan yalnız birini - xalq müəllimi Teymur bəy Vəkilovu həbsdən azad 
etdirə bilmiĢdi. 
Nəsib ağa Vəkilov Norılsk sürgünündən yazırdı: 
“Hörmətli və əziz Səməd! 
On  altı  il  ayrılıqdan  sonra  sən  mənim  məktubumu  alıb  yəqin  ki, 
təəcüblənəcəksən. Mən qohumlardan heç kəsə məktub yazmırdım ki, onları narahat 
etməyim.  Onlara  xətər  gəlməsindən  qorxurdum.  İndi  mən  demək  olar  ki,  yarı  da 
olsa  azad  vətəndaşam.  Ona  görə  də  məktub  yazıb,  özümü  xatırlatmağa  cürət 

33 
 
edirəm.  Bu  məktubu  sənə  Norilskidən  evə  qayıdan,  bizim  ümumi  tanışımız  Əli 
Səbri
7
 çatdıracaq. 
Əli Səbri mənim haqqımda məlumat verəcək. Xahiş edirəm, əgər sənin üçün 
çətin  olmazsa  və  mümkünsə  uşaqlarımın  xatirinə  mənim  Vətənə  qayıtmağıma 
imkan daxilində kömək edəsən. 
Mən  çox  qocalmışam,  ömrümün  son  illərini  uşaqlarımın  yanında,  doğma 
diyarda keçirmək istəyirəm. Mənə elə gəlir ki, sən mənim xahişimi rədd etməzsən, 
çünki  indi  zaman  o  zaman  deyil.  Burdan  qohumlarının  və  tanışlarının  vəsatətinə 
əsasən çoxları evə qayıdırlar. Mehdixana və Xavər xanıma mənim ürəkdən gələn 
salamımı  çatdır.  Öpürəm  səni,  Mehdixanı,  Yusifi  və  Vaqifi.  Xoşbəxtlik  və  əmin-
amanlıq arzulayıram. 
Hörmətlə: Nəsib ağa. 
 
1955-ci ildə Vətənə Qayıdan Nəsib ağa  Vəkilov 1963-cü ildə Bakıda vəfat 
edib. O, polkovnik Əsəd ağa Vəkilovun oğlu idi. 
 
*   *   * 
 
1919-cu  il  fevralın  on  dördündə  praporĢik  Lütvəli  bəy  Vəkilov 
Azərbaycan süvari alayının komandirinə belə bir məlumat göndərmiĢdir: 
“Sizin  nəzərinizə  çatdırıram  ki,  1918-ci  il  iyunun  on  səkkizində  dördüncü 
Borçalı alayının polkovniki Tuqanov  cəbhədəki döyüş xidmətlərimə görə  min beş 
nömrəli əmrlə məni Müqəddəs Georgi xaçı ordeninin bütün dörd dərəcəsi ilə təltif 
olunmağa təqdim etmişdi. Və buna əsasən mənə birinci Mozdok Dağ Kazak alayı 
min  yüz  qırx  altı  nömrəli  attestatı  da  verilmişdir.  Orada  ordenlərin  hər  birinin 
nömrəsi də  yazılıb. Həmin döyüşlərdə  mən dörd dəfə  yaralanmışam  və kontuziya 
olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi işimdə göstərilib.” 
Vərəqin  o  biri  üzündə  praporĢik  Lütvəli  bəy  Vəkilovun  dəsti-xəttilə 
yazılmıĢ qeydi də var: “Mənim şücaətlərimin və təltifatlarımın cəbhədə şahidi olan 
rotmistr  Çayevski  idi.  O,  hazırda  Hərbi  Nazirliyin  Baş  Qərargahında  baş  zabit 
kimi xidmətdədir.” 
Əlbəttə, praporĢik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi 
ərizə kimi görünə bilər. Lakin unutmaq olmaz ki, o dövrdə belə bir yüksək ordenlə 
zabitlər  çox  nadir  hallarda  təltif  olunurdu.  Qeyri-adi  igidlik  göstərən,  müqəddəs 
Georgi  ordeninin  bütün  dərəcəsinə  layiq  görülən  oğullarımızı  barmaqla  saymaq 
olar:  rotmistr  Teymur  bəy  Novruzov,  praporĢik  Səyad  bəy  Zeynalov,  poruçik 
Osman ağa Gülməmmədov. 
Yüz  qırx  birinci  səhifədə  Lütvəli  bəyin  silahdaĢı  Çayevskinin  BaĢ 
Qərargaha  təqdimatı  saxlanılır.  O,  yazır  ki,  dördüncü  Borçalı  süvari  alayının 
                                                           
7
 Əli Səbri (1892-1983) nasir, tərcüməçi olub. 

34 
 
praporĢiki  Lütvəli  bəy  Vəkilovla  Birinci  Dünya  müharibəsinin  ilk  günlərindən 
1918-ci ilin sentyabrınadək birgə döyüĢlərdə olub. Onun bütün qəhrəmanlıqlarının 
canlı  Ģahididir.  Qazaxda,  Lori  dərəsində,  Borçalıda  erməni  daĢnaklarına  qarĢı 
döyüĢlərdə,  Bakı,  Qarayazı  və  ġamxorda  bolĢeviklərlə  vuruĢlarda  onun  cəsur 
süvari kimi igidlik göstərdiyinə zəmanət verir. Belə bir igid zabitin yüksək rütbəyə 
layiq olduğunu tamamilə qanuni hesab edir. 
Rotmistr Çayevskinin BaĢ Qərargaha iftixarla yazdığı təqdimatı iki general 
məmnuniyyətlə  təsdiq  edib,  dərkənar  qoyublar:  süvari  diviziyanın  rəisi,  general-
mayor ġahzadə Əmir Kazım Qacar və qərargah rəisi general Zaxar AmaĢukeli. 
Çox  təəssüf  ki,  sənədlərin  izi  elə  buradaca  itir.  1890-cı  il  təvəllüdlü 
praporĢik Lütvəli bəy Abbasqulu bəy oğlu Vəkilovun bundan sonra hansı rütbəyə 
layiq görüldüyü məlum olmur. 
Polkovnik  Gəray  bəy  Vəkilovun  kiçik  qardaĢı,  praporĢik  Lütvəli  bəy 
Vəkilovu  Zaqafqaziya  BaĢ  Siyasi  Ġdarəsi  1932-ci  il  fevralın  2-də  antisovet  ruhlu 
zabit kimi həbs edib beĢ illik sürgünə göndərmiĢdi. Minlərlə günahsız Azərbaycan 
zabiti kimi qırx iki yaĢlı Lütvəli bəyin də ömrünün hansı həbs düĢərgəsində sona 
yetdiyi məlum deyil. 
Podporuçik  Sadıq  Əsgər  oğlu  Vəkilov  1895-ci  ildə  Qazax  qəzasının 
Salahlı kəndində anadan olub. Müsavat ordusunda üçüncü Gəncə piyada alayında 
kiçik  zabit  kimi  xidmət  edib.  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasının 
Tatar-Azərbaycan  Ģöbəsini  və  1918-ci  ildə  Gəncədəki  praporĢiklər  məktəbini 
bitirib. 
Azərbaycan  Milli  Ordusunun  kapitanı  Bahadır  bəy  Ġbrahim  ağa  oğlu 
Vəkilov  da  bu  nüfuzlu  nəslin  nümayəndəsidir.  1889-cu  il  martın  24-də  Qazaxda 
zadəgan  ailəsində  anadan  olub.  Ġlk  təhsilini  Tiflisdə  birinci  kiĢi  gimnaziyasında 
alıb. 1918-ci il mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub. 
Sentyabrın  1-dən  piyada  qoĢunlarında  kiçik  yunker,  böyük  yunker  rütbəsində 
xidmət  edib,  noyabrın  18-də  isə  Gəncədəki  praporĢiklər  məktəbini  birinci  dərəcə 
ilə  bitirib.  Məktəbi  əla  qiymətlərlə  bitirdiyinə  görə  o,  hərbi  məktəbdə  rota 
komandiri  vəzifəsində  saxlanılıb.  Məktəbin  rəisi  polkovnik  ġirin  bəy  Kəsəmənski 
28 fevral 1919-cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə qeyd edir 
ki, əla davranıĢa və yüksək əxlaqa malikdir. Zabit kadrlarının yetiĢdirilməsinə tam 
layiqdir.  Siyasi  hazırlığı  var.  Martın  iyirmi  ikisində  hərbi  nazir,  tam  artilleriya 
generalı Səməd bəy Mehmandarov Gəncə praporĢiklər məktəbinin rəisinə belə bir 
əmr göndərib: 
“Gəncə  praporşiklər  məktəbinin  əlli  nəfərdən  çox  məzununa  əziz  Novruz 
bayramı  ərəfəsində  praporşik  rütbəsi  verilsin.  Onlar  xidmət  üçün  birinci 
Azərbaycan süvari diviziyasına, üçüncü Gəncə süvari alayına, Əlahiddə Zaqatala 
batalyonuna  yüngül  artilleriya  divizionuna  göndərilsin.  Gəncə  praporşiklər 
məktəbini əla bitirdiklərinə görə podpraporşik İsrafil ağa Şıxlinskiyə, Bahadır bəy 
Vəkilova,  Musa  bəy  Şəmsəddinskiyə,  Həşim  bəy  Sultanova,  Həmid  Mustafayevə, 

35 
 
Mahmud  Mustafayevə,  Əli  Ağa  oğlu  Şıxlinskiyə  və  Süleyman  xan  Sultanov-
İlisuluya bayram münasibətilə pul mükafatı verilsin”. 
Həmin ilin mart ayında bacarıqlı zabit Bahadır bəy Vəkilov üçüncü Gəncə 
süvari alayının tərkibində ölkənin ġərq-Qərb cəbhəsinə ezam olunur. O, Ordubad 
rayonunda  yerləĢən  hərbi  dəstənin  komandanı  təyin  olunur.  Naxçıvan  və  ġərur 
qəzasının  komandanı  Kəlbalı  xan  Naxçıvanski  1919-cu  il  mayın  9-da  BaĢ 
Qərargahın  rəisinə  göndərdiyi  raportda  praporĢik  Bahadır  bəy  Vəkilovun  Ġran 
quldur  dəstələrinə  və  daĢnak  generalı  Andronikə,  qarĢı  döyüĢlərdə  göstərdiyi 
qəhrəmanlığı haqqında məlumat verir. 
O,  yazır:  “Martın  17-də  Yaycı  kəndinə  hücum  edən  səksən  nəfərlik  İran 
quldur  dəstəsi  yerli  əhalinin  iki  yüz  yetmiş  beş  iri  buynuzlu  mal-qarasını 
oğurlamışdı.  Praporşik  Vəkilov  mənim  ərimlə  otuz  nəfər  süvari  dəstə  ilə  onların 
dalınca  gedib  quldurları  Araz  sahilində  yaxalamışlar.  Güclü  döyüşlərdən  sonra 
mal-qara geri alınmış və on beş nəfər quldurun meyidi Araz sahilində qalmışdır. 
Martın  26-da  Parağa  kəndinə  hücum  edən  ermənilər  iki  yüz  iribuynuzlu 
mal-qaranı aparmışlar və yeddi müsəlman kəndlisini öldürmüşlər. Səhərisi erməni 
kəndini süvari dəstəsilə mühasirəyə alan praporşik Vəkilov tələb etmişdir ki, mal-
qara  qaytarılsın  və  cinayətkarlar  cəzalandırılmaq  üçün  bizə  verilsin.  Lakin 
ermənilər  atəşlə  cavab  vermişlər.  Praporşik  Vəkilovun  cəld  və  bacarıqlı 
komandanlığı  sayəsində  üç  saatlıq  döyüşdən  sonra  ermənilər  mal-qaranı  və 
cinayətkarları qaytarmışlar.  Döyüşdən sonra məlum  olur ki, praporşik  Vəkilovun 
üç nəfər əsgəri yaralanmışdır. 
Aprelin 10-da ermənilərin “qəhrəmanı” Andronik ingilislərlə danışığından 
sonra Gorusdan Ordubadın 25 kilometrliyindəki  Karçevan  kəndinə  gəldi.  Nizami 
erməni  dəstəsi  Ordubadın  ayrı-ayrı  kəndlərini  zəbt  etmək  üçün  Nüsnüs  kəndinə 
hücum  etdi.  Praporşik  Vəkilovun  bacarıqlı  döyüş  əməliyyatı  sayəsində  Nüsnüs 
kəndi  ermənilərdən  təmizləndi.  Digər  müsəlman  kəndləri  də  erməni  hücumundan 
xilas oldu. 
Aprelin  15-də  ermənilərin  nizami  hərbi  dəstəsi  Ordubadın  səkkiz 
verstliyindəki darvazaya yenidən hücum etdi. Erməni hərbi dəstəsinin güclü qüvvə 
ilə hücum etməsinə baxmayaraq, beş saatlıq ara verməyən döyüşdə düşmənin əksər 
qüvvəsi  öldürüldü,  qalanları  isə  qaçmağa  məcbur  oldu.  Bu  döyüşdə  praporşik 
Vəkilov Bahadır bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə yaralandı. 
Bütün göstərilənlərdən sonra xahiş edirəm ki, üçüncü Gəncə süvari alayının 
praporşiki  Bahadır  bəy  döyüşlərdə  yüksək  səviyyədə  komandanlıq  etdiyinə  və 
qəhrəmanlığına görə ona podpruçik rütbəsi verilsin”. 
Bundan  sonra  respublika  Mərkəzi  Dövlət  Arxivinin  sənədlərində  mərd 
kapitan  Bahadır  bəy  Ġbrahim  ağa  oğlu  Vəkilovun  heç  bir  sənədinə  rast  gəlmək 
mümkün  olmadı.  Lakin  Milli  Təhlükəsizlik  Nazirliyinin  arxivində  Bahadır  bəy 
Vəkilova  məxsus  21392  saylı  çox  nazik  bir  qovluq  var.  1920-ci  il  iyunun  25-də 
həbs olunan Bahadır bəyin istintaq iĢini müstəntiq Akopcanov və Levitski aparıb. 

36 
 
Sorğu-sual  qısa  və  yığcamdır.  Həbs  vərəqində  “cinayətin  xarakteri”  qrafasının 
qarĢısında  oxuyuruq:  “Müsavat  ordusunun  zabiti  və  rota  komandiri  olub. 
Güllələnsin!” 
Ġstər-istəməz  düĢünürsən  və  təəccüb  edirsən:  öz  xalqının  Milli  ordusunda 
qulluq etmə nə vaxtdan cinayət sayılıb? Bu da XI ordunun xüsusi Ģöbə rəisi, cəllad 
Semyon  Pankratovun  təsdiq  etdiyi  dərkənar:  “Güllələnsin,  hökm  dərhal  yerinə 
yetirilsin. 3 iyul 1920-ci il”. 
Bəli, torpağını yağılardan qoruyan iyirmi bir yaĢlı mərd kapitan Bahadır bəy 
Vəkilovun ömrü belə bitdi. 
Bu məĢhur soyadın oğlunu Bakıda heç kəs tanımadı. Qazaxda ulu nəslinin 
hərbçi,  maarifçi  oğulları  haqqında  səbrlə  söhbət  edən  Ədilə  xanım  ġıxlinskaya 
“Nikolaydan  qalma”  bir  albomu  stolun  üstünə  qoydu.  Albomun  ilk  səhifəsində 
çərkəzi geyimli cavan bir zabit Ģəkli... Ġri,  ala  gözləri necə  də  tanıĢ və  doğmadır. 
Mənim Ģəklə diqqətlə baxdığımı görən Ədilə xanım: 

Dayımdı,- dedi,- müsavat zabiti olduğuna görə bolĢeviklər iyirminci ildə 
güllələyiblər. 
Onun səsinə hopan təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası varlığımı 
titrətdi.  Adam  belə  anlarda  qarĢısındakına  təsəlli  verməkdən  də  məhrum  olur. 
Daxili  təlatüm,  vicdanın  səsi  olub  keçmiĢ  ədalətsizliyi,  vəhĢiliyi  ittiham  edir. 
Dərindən köks ötürüb, “heyf” deməkdən baĢqa əlindən bir Ģey gəlmir. Çünki nahaq 
qan tökənləri,  heç  nədən insan güllələdənləri  ittiham etmək gecdir. O  vəhĢilikləri 
indi tarix mühakimə edir. Tarix öz səhifələrində onlara amansız cəza verir, gec də 
olsa əyrini-əyri, düzü-düz yazır. 
Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruĢdum: 
-
 
Dayınızın adı necədir, Ədilə xanım? 
-
 
Bahadır bəy Vəkilov, rütbəsi kapitan... 
-
 
Ola  bilməz,  -  dedim.  Özümdən  asılı  olmayaraq  səsim  bərkdən  çıxdı. 
Onda bu Ģəkillərə baxın, zəhmət olmasa... Mən özümlə götürdüyüm bir qrup Milli 
Ordu əsgər və zabitinin iki fotoĢəklini ona göstərdim. 
-
 
Bu, tən ortada oturan Bahadır dayımdı,  - dedi. Ġkinci  Ģəklə baxır: - Bu 
da odu, dayımdı... Bu Ģəkillər bizdə yoxdu. Sizdə hardandı? - deyə kədərlə soruĢdu. 
-
 
Arxivdən tapmıĢam, - dedim. 
-
 
Oy,  nə  yaxĢı  görmüsünüz,  çox  sağ  olun...  Heyf  dayımdan,  cavankən, 
cəmi  iyirmi  bir  yaĢında  güllələnib,  heç  evlənməyibmiĢ.  Sizin  tapdığmız  Ģəklin 
arxasında yazılıbmı neçənci ildə çəkilib? 
- 1919-cu ildə çəkilib, - deyə cavab verdim. 

Mənimlə yaĢıddı dayımın Ģəkli, - dedi. 
Ədilə  xanım  qəmli-qəmli  köksünü  ötürür.  Ovcundakı  xırdaca  güllü 
dəsmalla nəmli gözlərini silir. 
-
 
Ədilə xanım, dayınız Bahadır bəyin niĢanlısı, istəklisi olubmu? 
-
 
Mən bilmirəm, rəhmətlik anam danıĢardı, deyəsən olub. 

37 
 
-  Mən  bilirəm,  -  dedim,  -  olub.  Dayınıza  məxsus  həbs  qovluğunda  dörd  əl 
boyda  məktub  var.  Onların  da  üzünü  çıxartdırmıĢam.  Sonuncu  məktubu  sevgilisi 
iyunun 24-də yazıb. Həmin gecə Bahadır bəyi Milyutin küçəsindəki dörd saylı evin 
üçüncü  mərtəbəsində  həbs  ediblər.  Orqan  iĢçiləri  əĢyayi-dəlil  kimi  məktubları  da 
iĢə tikiblər. Ġcazə verirsinizmi sonuncu məktubu oxuyum. 

Buyurun, əlbəttə... 
“Bahadır,  sən  niyə  narahatsan?  Neçə  dəfə  soruşdum,  araya  söz  qatdın. 
Mən heç vaxt səni belə qəmli görməmişdim. Axı, sən özün dünən mənə yalvardın ki, 
görüşək.  Mən  bütün  gecəni  yata  bilməyib  sənə  məktub  yazıram.  İndi  mən  sənə 
yalvarıram.  Sabah  mütləq  görüşə  gəl.  Başa  düşə  bilmirəm,  son  günlər  niyə  sənin 
varlığın qəm, kədərlə doludur. Xüsusilə kədərli gözlərin məni yandırıb-yaxdı. 
Dözəcəm,  bütün  gecəni  allahıma  dua  edəcəm  ki,  səhər  tez  açılsın  səni 
yenidən görüm, amma kədərsiz, qəmsiz. Həmişəki kimi təbəssümlü, gülərüz. 
Sənin Səfurən.” 
 
Təəsüf ki, açılan səhər onlara xoĢbəxtlik nədi, heç görüĢ də qismət eləmədi. 
Kapitan Bahadır bəy Vəkilovun səhəri bolĢevik zirzəmisində açıldı... 
 
*   *   * 
 
MƏMMƏD  AĞA  MUSTAFA  AĞA  OĞLU  VƏKĠL  (1863-1939
Gürcüstan Mərkəzi Dövlət arxivinin 1920-ci ilə qədərki sənədlərində adı hörmət və 
ehtiramla  çəkilən  Məmməd  ağa  Vəkilov  əsrin  əvvələrində  -  1905-1906-cı  illərdə 
Azərbaycan dilində qəzet açmaq üçün təĢəbbüs göstərmiĢdi. O, “Ġqbal” adlı qəzeti 
dostu Cəlil Məmmədquluzadə ilə birgə nəĢr etmək istəyirdi. 
“...Qafqazda türklərin mətbuatı ölü, bəlkə də yox bir halda idi. Onunçün biz 
tək  öz  dərdlərini  qələmlə  meydana  qoymağa  həris  olan  yazıçılar  -  gah  bizim 
millətdən,  gah  qonşu  millətlərdən  hökumətdən  qəzet  icazəsi  istəməyə  başladılar. 
Biz türklərdən bu icazəni istəyən - Bakıdan Əhməd bəy Ağayev idi, Tiflisdən belə 
icazə istəyən Məmməd ağa Vəkilov, Rəşid bəy İsmayılov idi və yenə bir Nuxa əhli 
idi ki, onun adı gərək Mustafayev ola: Batumidən Məmməd bəy Sancaqbəyzadə idi 
və  Tiflisdən  də  mən  idim”.  (Cəlil  Məmmədquluzadə.  “Xatiratım,  Əsərləri,  3-cü 
cild, 1967- il nəşri, səh. 666-da”) 
Uzun  yazıĢmalardan  sonra  Məmməd  ağa  “Ġqbal”  adlı  qəzeti  buraxmağa 
dövlətdən  icazə  ala  bilmiĢdi.  Lakin  qəzeti  buraxmamıĢdır.  Həmin  dövrdə  Cəlil 
Məmmədquluzadənin  “Molla  Nəsrəddin”  jurnalını  nəĢr  etmək  təĢəbbüsünü 
alqıĢlamıĢ yə demiĢdi ki, mən rəsmi dövlət qulluğunda çalıĢdığıma görə “Ġqbal”da 
xalqımızın  nəfinə  cəsarətli  yazılar  verə  bilməyəcəyəm.  Belə  qəzetin  də  millətə, 
xalqa  heç  bir  faydası  olmayacaq.  YaxĢısı  budur  ki,  “Molla  Nəsrəddin”i  qoruyub 
saxlayaq. 

38 
 
Qafqaz  caniĢinliyinin  nəĢr  etdiyi  kitab  və  məcmuələrdə  göstərilir  ki, 
Məmməd ağa Mustafa ağa oğlu Vəkilov Qori Seminariyasını bitirdikdən sonra az 
müddət kənd müəllimi iĢləyib. Bilik və bacarığına görə saray müĢaviri vəzifəsinə 
də dəvət olunur. Məmməd ağa BaĢ Hərbi Ġdarədə türk dili tərcüməçisi, 1901 -1917-
ci  illərdə  isə  Qafqaz caniĢinliyinin Dəftərxanasında  ġərq dillərinin baĢ  mütərcimi 
vəzifəsində iĢləyir. Məmməd ağa Vəkilov 1904-cü ildə “Xalq qanmağa asan olan 
füqəra əhalilərə məxsus vəba azarı haqqında bir inĢadır” kitabını Azərbaycan dilinə 
tərcümə edir. 
Abbasqulu  ağa  Bakıxanov  və  Mirzə  Fətəli  Axundovdan  sonra  Qafqaz 
caniĢinliyində yüksək vəzifədə çalıĢan üçüncü azərbaycanlı Məmməd ağa Vəkilov 
olmuĢdur. Məmməd ağa Vəkilov həm də Tiflisdəki ġərq dilləri üzrə zabit hazırlığı 
məktəbində  türk  dilindən  dərs  deyir.  1914-cü  ildə  həmin  məktəbin  müəllimi, 
general-mayor  M.D.Qutorla  müĢtərək  “Türk  dilinin  qısa  qrammatikası”nı  tərtib 
edir. 
1918-ci  ilin  mayında  Azərbaycan  Demokratik  hökuməti  yarananda 
Məmməd  ağa  Bakıya  köçür.  1920-ci  ilin  aprel  çevriliĢinə  qədər  Respublika 
Parlamentində Dəftərxana idarəsinin rəisi vəzifəsində iĢləyir. 
OĞLU MUSTAFA AĞA VƏKĠLOV (1899-1943) 1924-cü ildə Sarbonna 
Universitetmin  hüquq  fakültəsini  bitirib.  Hüquq  magistri  elmi  dərəcəsi  alan 
Mustafa  ağa  vətənə  qayıtdıqdan  sonra  ədliyyə  orqanlarında  iĢləyib  və  ali 
məktəblərdə  dərs  deyib.  Elmi-tədqiqatla,  tərcümə  və  hüquqi  əsərlərin  redaktəsilə 
məĢğul  olan  gənc  alim  Mustafa  ağa  Vəkilov  “Ġnqilabdan  əvvəl  Azərbaycanda 
nigah münasibətləri” kimi sanballı əsər yazıb. O, 1939-cu ildə əksinqilabi-millətçi 
təĢkilatın üzvü olmaqda günahlandırılaraq həbs edilib. 
Professor Mustafa ağa Məmməd ağa oğlu Vəkilov dörd illik əzablı sürgün 
həyatından  sonra  1943-cü  il  aprelin  30-da  Komi  Muxtar  Vilayətində  həbsxanada 
vəfat edib. 
 
MƏMMƏDRZA AĞA MƏNSUR AĞA OĞLU VƏKĠLOV 
(1864-1944). 
 
1902-ci  ildə  ġamaxıda  zəlzələnin  dəhĢətlərini  eĢidən  bir  qrup  Azərbaycan 
ziyalısı,  baĢda  görkəmli  maarifçi,  naĢir  Həsən  bəy  Zərdabi,  Hacı  Zeynalabdin 
Tağıyev,  doktor  Məmmədrza  ağa  Vəkilov  və  bir  neçə  imkanlı  Ģəxslər  olmaqla 
ġamaxı  camaatına  köməyə  getmiĢlər.  Doktor  Məmmədrza  ağa  Vəkilovun 
yaralılara təmənnasız yardımı barədə o dövrdən qalan xatirələrdə və bədii əsərlərdə 
çoxlu xatırlamalar var. 
Məmmədrza  ağa  Vəkilovun  təĢəbbüsü  ilə  1901-ci  ildə  Bakıda  ilk 
müalicəxana  açılmıĢdır.  Həmin  ambulatoriyanın  açılıĢında  o,  Hacı  Zeynalabdin 
Tağıyevə və Musa Nağıyevə müraciət edərək demiĢdir: 

39 
 
-  Cənablar,  kim  xalqını,  millətini  sevirsə,  onun  ağrısını  və  əzabını  yaxĢı 
baĢa  düĢməlidir.  Xalqını  sevən  hər  bir  kəsin  ona  yardım  əli  uzatmaq  müqəddəs 
borcu  olmalıdır.  Allah  da  kasıbı,  zəhmətkeĢi  çox  sevir.  Kasıba  ruzi  verən 
dövlətlinin  payını  gözə  görünməz  allah  həmiĢə  artıqlaması  ilə  qaytarır.  Çinlilərin 
qədim  bir  məsəlində  deyilir  ki,  yeddi  mərtəbəli  budda  məbədi  tikməkdənsə,  bir 
insan ömrünü xilas etmək daha böyük savabdır. 
Bir il əvvəl (1900-cü ildə) yenə Bakıda altı ambulatoriyanın yaradılmasının 
təĢəbbüskarı  da  Məmmədrza  ağa  olmuĢdur.  Aprel  inqilabından  əvvəl 
Azərbaycanda  tez-tez  baĢ  verən  epidemiyalara  qarĢı  mübarizədə  və  yerli  əhali 
arasında  sanitariya  mədəniyyətinin  yüksəldilməsində  Məmmədrza  ağa  Vəkilovun 
böyük  xidmətləri  olmuĢdur.  Onun  əvəzsiz  xidmətlərini  çar  hökuməti  layiqincə 
qiymətləndirib. 
Azərbaycanda,  Zaqafqaziyada  doktor  Vəkilov  kimi  Ģöhrət  qazanan 
Məmmədrza  ağa  1900-cü  il  mayın  2-də  Qafqaz  Ġmperatoru  Tibb  Cəmiyyətinin 
həqiqi  üzvü  də  seçilib.  Azərbaycanda  ilk  ali  təhsilli  həkim  olan  Məmmədrza  ağa 
Vəkilov 1887-ci ildə Birinci Tiflis klassik gimnaziyasını, 1893-cü ildə isə Xarkov 
Universitetinin tibb fakültəsini əla qiymətlərlə bitirib. 
Ġlk  həkimlik  fəaliyyətinə  Tiflisdəki  Mixaylovsk  xəstəxanasında  baĢlayan 
Məmmədrza  ağa  Vəkilov  Qars  dəmir  yolu  tikintisində  əlli  çarpayılıq  səyyar 
xəstəxananın  müdiri  olub.  1900-cü  ildən  isə  Bakıda  doğma  xalqının  sağlamlığı 
keĢiyində dayanıb. 
Təəsüf  ki,  ömrünü  xalqının  sağlamlığına  həsr  edən  belə  bir  görkəmli  Ģəxs 
unudulub.  Yalnız  ağsaqqal  adamlar  Bakıdakı  ikinci  Ģəhər  poliklinikasına  (indi  S. 
M.Əfəndiyevin  adını  daĢıyan  -  ġ.N.)  hələ  də  “doktor  Vəkilovun”  müalicəxanası  
deyirlər.  Axı,  yuxarıda  xatırlatdığımız  kimi  Məmmədrza  ağa  bu  poliklinikanın 
yaradıcısı  olmuĢdur.  Nə  az,  nə  çox  həmin  poliklinikaya  düz  qırx  üç  il  rəhbərlik 
etmiĢdir. Görkəmli tibb xadimi 1944-cü il dekabrın 30-da Bakıda vəfat etmiĢdir. 
BADĠSƏBA  XANIM  MUSTAFA  AĞA  QIZI  VƏKĠLOVA  – 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin