ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   16   17   18   19   20   21   22   23   24

QACAR - 1912-13-cü illərdə 17-ci Nijeqorod draqun alayında rotmistr rütbəsində 
xidmət  edib.  Birinci  Dünya  Müharibəsində  on  səkkizinci  ġimal  draqun  polkunun 
komandiri,  1918-ci  ildən  isə  Milli  Orduda  üçüncü  Ləzgi  polkunun  komandiri 
olmuĢdur.  1920-ci  ildə  Gəncə  üsyanından  sonra  Türkiyəyə  mühacirətə  getmiĢdir. 
1914-16-cı  illərdə  dördüncü  və  üçüncü  dərəcəli  “Müqəddəs  Anna”  ordenlərilə 
(üzərində “Ġgidliyə görə” yazısı ilə) təltif olunmuĢdur. 
Polkovnik  ƏHMƏD  BƏY  MƏHƏMMƏD  OĞLU  DĠBĠROV  -  Ġkinci 
piyada  Zaqatala  alayının  komandiri.  1860-cı  ildə  Balakən  rayonunun  Mahmalar 
kəndində  anadan  olub.  Müsavat  zabiti  olduğuna  görə  iyirminci  ildə  həbs  edilib. 
ġəki  qalasında  bir  neçə  il  saxlanıb.  Azad  edildikdən  sonra  1930-cu  ildə  yenidən 
həbs edilib. Ġki ay sonra həbsxanada ürək partlamasından vəfat edib. 
Polkovnik  CAHANGĠR  BƏY  KAZIMBƏYOV  -  Üçüncü  piyada  Gəncə 
alayının komandiri. 1920-ci il mayın 24-dən 30-dək bolĢeviklərə qarĢı olan Gəncə 
üsyanının  fəal  iĢtirakçısı.  1888-ci  ildə  Gəncədə  anadan  olub.  Hərbi  təhsilini 
Peterburqda alıb. Birinci Dünya Müharibəsində iĢtirak edib. 1918-ci ildə Gəncədə 
Milli  Azərbaycan  Ordusunun  yaradılmasında  çalıĢıb.  Ġyirminci  ildə  Gəncə  üsyanı 
yatırıldıqdan  sonra  Ġstambula  mühacirətə  gedib.  Az  sonra  marĢal  Yuzef 
Pilsudskinin dəvəti ilə VarĢavaya köçüb. PolĢa ordusunda diviziya komandiri olub. 
“Prometey”  cəmiyyətində  istilaçı  ruslara  qarĢı  mübarizədə  həyat  yoldaĢı  Vəliyə 
xanım Xoyskiylə birgə çalıĢıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəĢr edir, 
“Azəri-türk”  dərnəyini  yaradırlar.  Böyük  Vətən  müharibəsi  vaxtı  PolĢa  iĢğal 
olunanda  əsir  düĢür.  Sovet  əsirliyindən  qaçıb  əvvəlcə  Almaniyada,  sonra  isə 
Ġtaliyada  yaĢayır. Əllinci ildə  yenidən Ġstambula  gəlir, ağır güzəran keçirdiyindən 
Almaniyaya  köçüb, ömrünün sonuna  kimi “Azadlıq” radiosunda  əməkdaĢlıq edir. 
1953-cü  ildə  Amerikada  nəĢr  edilən  “Azərbaycan”  Milli  jurnalının  12-ci 
nömrəsində  polkovnik  Cahangir  bəy  Kazımbəyovun  “Gəncə  üsyanı  haqqında 
xatirələr”  adlı  sanballı  yazısı  dərc  olunmuĢdur.  1955-ci  ildə  Berlində  Sovet 
çekistlərinin əlilə qətlə yetirilmiĢdir. 
Polkovnik  MEHDĠ  BƏY  EYNALl  OĞLU  SULTANOV  -  1880-ci  ildə 
Gəncədə anadan olub. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləĢirdi - ġ.N.) 
komandiri.  1920-ci  ildə  bolĢevik  istilasından  sonra  Azərbaycan  diviziyasında 
üçüncü alayın komandiri olmuĢdur. 1926-cı  ildə  Gəncədə  gizli  fəaliyyət  göstərən 
müsavat  hərbi  təĢkilatının  üzvü  olduğuna  görə  on  il  müddətinə  Solovetsk  həbs 
düĢərgəsinə sürgün edilmiĢdir. 
1937-ci  il  iyulun  26-da  Azərbaycan  Xalq  Daxili  ĠĢlər  Komissarlığı  xüsusi 
üçlüyünün qərarı ilə güllələnmiĢdir. 
Polkovnik HÜSEYNQULU ĠSKƏNDƏR XAN OĞLU XOYSKĠ  - 1912-
14-cü illərdə üçüncü Qafqaz atıcı alayında kapitan rütbəsində xidmət edib. 1917-ci 
ildə  Gəncədə  cavanlardan  ibarət  “Zelyonaya  qvardiya”  adında  əsgəri  təĢkilat 
yaratmıĢdı. 1919-20-ci illərdə Gəncə Ģəhər qubernatorunun müavini olub. Ġyirminci 

180 
 
ildə  bolĢevik-daĢnak  təzyiqindən  mühacirətə  getmiĢdir.  1955-ci  ildə  Ġstambul 
Ģəhərində  vəfat etmiĢdir. Atası Ġskəndər xan Xoyski imperiya  ordusunda  general-
mayor  rütbəsində  xidmət  etmiĢdir.  Ġskəndər  xan  1820-ci  ildə  ġəkidə  anadan 
olmuĢdur. 
Polkovnik  ġAHZADƏ  SƏDRƏDDĠN  BƏHMƏN  MĠRZƏ  OĞLU 
QACAR - 1918-19-cu illərdə Bakı qəzasının  hərbi rəisi. 1919-cu ilin sonlarından 
bolĢevik  çevriliĢinə  qədər  hərbi  Nazirliyin  dəftərxana  rəisi  oiub.  1920-ci  ilin 
aprelində bolĢeviklər güllələyib. 
Birinci Dünya Müharibəsindəki xidmətləri dərəcəli “Müqəddəs Stanislav və 
üçüncü  dərəcəli  “Müqəddəs  Anna  ordenlərilə  qiymətləndirilib.  ġuĢada  Ģahzadə 
Bəhmən Mirzənin ailəsində anadan olub. 
Azərbaycan Respublikasının Xalq artisti, müğənni Sürəyya Qacarın atasıdır. 
Sürəyya  xanım  atasını  belə  xatırlayırdı:  “Atam  Sədrəddin  Qacar  hərbi  qulluqçu 
olsa da, yaxĢı skripka çalırdı. Peterburqda təhsil alanda öyrənmiĢdi. Notları hələ də 
qalır.  Pəsdən  zümzümə  etməyi  də  yadıma  gəlir.  Anam  GünəĢ  xanım 
Tağıbəyovanın  da  hərdən  bir  oxumağı  vardı.  Ev  iĢləri  görəndə  zümzüməsi 
kəsməzdi. Atam güllənəndən sonra ailəmiz ġuĢadan Bakıya köçdü...” 
 
*   *   * 
 
1993-cü ilin iyun ayında Çingiz xanın və sonuncu Krım xanı ġahin Gərayın 
nəslinin davamçısı əlahəzrət Ģahzadə Cezar Gəray dədə-baba vətəni Krımda olanda 
“Moskovskiye novosti” qəzetinin müxbirinə verdiyi müsahibəsində demiĢdir: 
...Sülaləmizin  Rusiyada  qalan  hissəsinə  gəldikdə  isə,  vətəndaĢ  müharibəsi 
və  inqilab  zamanı  bolĢeviklər  bizim  ailənin  bir  neçə  üzvünü  öldürmüĢdülər. 
Qvardiya  zabiti,  Qafqaz  caniĢinin  müavini,  senator,  Sultan  ġahzadə  Krım  Gəray 
Nikolay  Aleksandroviç  (1886-1921)  ingilis  qızı  ilə  evlənmiĢdi.  VətəndaĢ 
müharibəsi  vaxtı  o,  Petroqradda  acından  öldü.  Ailəmizin  digər  üzvü,  inqilabdan 
əvvəl  imperiya  ordusunun  generalı,  Birinci  Dünya  Müharibəsində  “Dikaya 
diviziya”nın  komandirlərindən  biri  general-leytenant  Sultan  ġahzadə  Klıç  Gəray 
(1893  -  1947)  bolĢeviklərə  qarĢı  vuruĢmuĢ,  sonra  mühacirətə  getmiĢdi.  Ġkinci 
Dünya  Müharibəsində  o,  kazak  qoĢunlarının  komandiri  olmuĢ,  ağqvardiyaçı 
general  P.N.Krasnovla  birlikdə  bolĢeviklərə  qarĢı  vuruĢmuĢdu.  Sonra  tutularaq 
Avstriyaya  gətirilmiĢ  və  SMERġ-ə  verilmiĢdi.  Moskvada  isə  gizli  məhkəmə 
tərəfindən  mühakimə  edilmiĢ  və  1947-ci  il  yanvarın  on  yeddisində  edam 
olunmuĢdu. 
*   *   * 
 
1994-cü 
ildə 
“Voennaya  istoriya  jurnalının  yeddinci  sayında 
B.A.Enqelqartın  “Kamertajın  xatirələri  məqaləsi  dərc  olunmuĢdu.  Məqalədə 
həmyerlimiz,  dünya  Ģöhrətli  ĢərqĢünas-alim  Mirzə  Kazım  bəyin  nəvəsi  Lev 

181 
 
Aleksandroviç  Kazım  bəyin  (1876-?)  istedadlı  rəssam,  həm  də  döyüĢkən  zabit 
olmasından  söhbət  açılır.  1896-cı  ildə  Peterburqdakı  Paj  hərbi  korpusunu  bitirən 
Lev  Kazım  bəy  imperatriça  Aleksandra  Feodorovna  alayının  Ulan  leyb-
qvardiyasında  ən  yaxĢı  zabitlər  sırasında  xidmət  etmiĢdir.  Müəllif  onun  Birinci 
Dünya müharibəsindəki fəaliyyəti haqda yazır: 
“  ...Bir  baĢqa  oğlan  yaxınlaĢdı.  Bu  bir  az  monqol  tipini  xatırladan  solğun 
bənizli,  balaca  Lev  Kazım  bəy  idi.  O,  ətrafındakılardan  yaĢ  yarım  böyük 
olduğundan  onlara  bir  az  saymamazlıqla  yanaĢırdı.  O,  həm  də  çox  dalaĢqan  idi. 
UĢaq vaxtı biz onunla çox dalaĢardıq. 
Lakin  bu  təkcə  bizim  korpusun  divarları  arasında  deyil,  lap  saçlarımız 
ağardıqdan  sonra  belə  dostluq  əlaqələrimizin  saxlanılmasına  mane  ola  bilmədi. 
Kazım bəy qeyri-adi rəssam ola bilərdi. Bu qiyməti ona bizə rəsmdən dərs deyən, 
professor  Aleksandr  Novoskoltsev  vermiĢdi.  Lakin  ilk  əvvəl  çılğın  qvardiya 
süvariliyi, sonra isə ailənin  maddi təlabatını ödəmək üçün  məcburi  xidmət Kazım 
bəyin rəssam kimi özünü sınamasına və istedadının inkiĢafına imkan vermədi. 
Müharibə baĢlanarkən, o Reveldə (indiki Tallin Ģəhəri) kəndli bankının Ģöbə 
müdiri  idi.  Lev  Aleksandroviç  dözə  bilmədi,  mundir  geyinərək  qırx  yaĢlı  kornet 
kimi  bütün  müharibəni  birlikdə  keçdiyi  doğma  alaya  qayıtdı.  Cəbhələrdə  süvari 
zabiti  kimi  ad-san  qazandı.  Onun  döyüĢ  xidmətləri  ordenlərlə  təltif  olundu.  
BolĢeviklərə xidmət etmək istəməyən kornet Lev Kazım bəy 1920-ci il fevralın 2-
də Novorossiyskdən “ĠrtıĢ gəmisində ailəsilə birlikdə zadəgən qüruru ilə Rusiyanı 
tərk  edib  xaricə  getdi.  1923-cü  ildə  yaranmıĢ  mühacirlər  təĢkilatında  - 
mladorusların  monarxiya  ittifaqına  rəhbərlik  etdi.  Qaçqın  rusların  arasında  onun 
soyadı çox məĢhur idi. Onun oğlu da mladorusların liderlərindən idi. 
Podpolkovnik  LƏTĠF  BƏY  MƏMMƏDLĠ  OĞLU  ĠBRAHĠMBƏYLĠ  
Bakı  realnı  və  Tiflis  üç  illik  hərbi  məktəblərini  bitirib.  Birinci  Dünya 
Müharibəsində  yüz  əlli  üç  saylı  Bakı  alayının  tərkibində  zabit  kimi  vuruĢub. 
Kapitan  rütbəsində  Qars  vilayətinin  komendantı  olub.  DöyüĢ  xidmətlərinə  görə 
orden və medallarla təltif olunub. 1884-cü il dekabrın iyirmi doqquzunda Salyanda 
anadan olub. Müsavat ordusunda Bakı Qala batalyonunun komandiri idi. 
ġahzadə-kapitan  FĠRĠDUN  MĠRZƏ  SEYFULLA  OĞLU  QACAR  - 
Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmıĢ 
altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüĢlərdə fərqləndiyinə 
görə  üçüncü  dərəcəli  “Müqəddəs  Anna”  ordenilə  (qılınc  və  bantla  birgə)  təltif 
olunub.  1919-cu  il  fevralın  23-dən  Azərbaycan  Milli  ordusunda  kapitan  rütbəsilə 
xidmətə  baĢlayıb.  1920-ci  il  aprelin  28-də  Bakıda  bolĢevik-daĢnak  qoĢunları  ilə 
döyüĢdə  qəhrəmanlıqla  həlak  olub.  ġahzadə  Firidun  Mirzə  1890-cı  ildə  Tiflisdə 
anadan olub. 
ġahzadə  -  podpolkovnik  MƏMMƏDQULU  MĠRZƏ  QACAR  -  1910-cu 
ildən  birinci  Kuban-kazak  alayının  komandiri.  Birinci  Dünya  Müharibəsində 
döyüĢlərdə göstərdiyi fəallığa görə ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav” 

182 
 
(qılınc  və bantla birgə), ikinci və dördüncü dərəcəli  “Müqəddəs Anna” (qılınc  və 
üzərində  “Ġgidliyə  görə”  yazısı  ilə)  ordenlərilə  təltif  olunub.  1872-ci  ildə  anadan 
olub, 1920-ci ilin mayında bolĢeviklər Nargin adasında güllələyiblər. 
Podpolkovnik FUAD XAN HƏSƏN XAN OĞLU TALIġXANOV – Tiflis 
kadet  korpusunu  bitirib.  Çar  ordusunda  rotmistr  rütbəsinə  qədər  yüksəlib.  1918-
1920-ci  illərdə  Birinci  CavanĢir  piyada  alayının  yavəri  olub.  Sovetlər  vaxtı  Qızıl 
Orduda  müxtəlif  hərbi  vəzifələrində  çalıĢıb,  podpolkovnik  rütbəsinə  qədər 
yüksəlib. 1930-cu ildə Gəncədə hərbi müfəttiĢlikdə iĢləyəndə  həbs edilib. 1896-cı 
ildə Lənkəranda zadəgan ailəsində anadan olub. 
Polkovnik  FĠKRƏT  ƏBÜLFƏT  OĞLU  AĞALAROV  -  1868-ci  il 
noyabrın  10-da  Tiflisdə  anadan  olub.  ġuĢa  realnı  məktəbində  və  1885-ci  ildən 
1888-ci  ilədək  Nikolayev  Ģəhərindəki  hərbi  məktəbdə  təhsil  alıb.  Birinci  Dünya 
Müharibəsində  iĢtirak  edib.  Milli  Orduda  birinci  Azərbaycan  süvari  alayının 
komandiri idi. 
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il on dörd 
iyul tarixli teleqramı: 
“Cənab hərb naziri Zati-alilərinə! 
Qarabağın  xalq  milisi  sıralarında  Moskva  Ġnstitutunun  tələbələri  Ġsgəndər 
bəy Sultanov və keçmiĢ Qarabağ süvari alayının  əsgəri XankiĢi Nuru oğlu xidmət 
edirlər.  Onlardan  birinə  -  ləzgi  alayı  ilə  birlikdə  bolĢeviklərə  qarĢı  döyüĢlərdə 
iĢtirak etmiĢ Sultanova Türk hərbi ordeni “Məcidiyyə”, ikincisinə - XankiĢi Nuru 
oğluna  axırıncı  müharibənin  (Birinci  Dünya  Müharibəsi  nəzərdə  tutulur  -  ġ.N.) 
Georgi Kavaleri ordeni verilmiĢdir. 
Axırıncı Qarabağ hadisələri (1918-ci il nəzərdə tutulur - ġ.N) zamanı onlar 
böyük bacarıq və Ģücaət göstərmiĢlər. Bu haqda Siz Zati-alilərinə məlumat verərək 
xahiĢ  edirəm  ki,  Siz  onların  birinci  zabit  rütbəsinə  təqdim  olunmaları  haqqında 
sərəncam verəsiniz.” 
ġtabs-kapitan RƏHĠM ALLAHQULU OĞLU RƏHĠMOV - 1893-cü ildə 
Naxçıvanın  BaĢ  NoraĢen  kəndində  anadan  olub.  1916-cı  il  mayın  birində  Tiflis 
hərbi məktəbini bitirib. 1916-cı il avqustun 19-dan on üçüncü Qafqaz atıcı alayında 
döyüĢüb.  Həmin  ilin  dekabr  ayında  sol  çiynindən  yaralanıb.  Göstərdiyi  Ģücaətə 
görə  üçüncü  dərəcəli  “Müqəddəs  Stanislav”  ordeni  (qılınc  və  bantla  birgə)  təltif 
olunub.  1917-ci  il  mayın  20-də  podporuçik,  dekabr  ayında  isə  poruçik  rütbəsi 
verilib  və  on  ikinci  rotaya  komandir  təyin  olunub.  1917-ci  il  noyabrın  iyirmi 
doqquzunda Ģtabs-kapitan rütbəsi alıb. 
1918-ci  il  dekabrın  on  dördündə  könüllü  olaraq  ikinci  Azərbaycan  süvari 
alayında xidmətə baĢlayıb. Hərbi tədris komandasının rəisi təyin olunub. 1919-cu il 
mayın iyirmi ikisində yeddinci rotanın komandiri təyin olunub. 
Azərbaycandakı aprel çevriliĢindən sonra taleyi məlum deyil. 
ġtab-rotmistri ALLAHYAR MÖVSÜM OĞLU ƏMĠRCANOV - 1907-ci 
ildən  1914-cü  ilədək  Vladiqafqaz  kadet  korpusunda  hərbi  təhsil  alıb  və  orada 

183 
 
xidmət  edib.  Birinci  Cahan  Müharibəsində  “Dikaya  diviziya”da  qulluq  edib. 
Göstərdiyi  hərbi  Ģücaətlərə  görə  dördüncü  dərəcəli  “Müqəddəs  Georgi”  xaçı  ilə 
təltif olunub. 1897-ci il mayın on birində Nuxada (ġəki) bəy ailəsində anadan olub. 
Rotmistr  HACIAĞA  MƏMMƏDƏLĠ  OĞLU  ĠBRAHĠMBƏYLĠ  – 
Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirib. 1914-
15-ci  illərdə  Birinci  Dünya  Müharibəsində  iĢtirak  edib.  1890-cı  il  dekabrın 
səkkizində Salyanda məmur ailəsində anadan olub. 
1946-cı  ildə  nəĢr  olunmuĢ  “Səməd  bəy  Mehmandarov”  kitabçasının 
müəllifi. Həmin kitabçasında Mehmandarovla ilk görüĢünü belə xatırlayır: 
“Mehmandarov mənə yaxınlaĢıb çox nəzakətlə soruĢdu: 
“Rotmistr,  görünür  siz  vaqonda  yer  tapa  bilməmisiniz...  Mənim  kupemdə 
bir boĢ yer vardır.” 
Mən  generala  rəsmi  təzim  edib  cavab  verdim:  “Yox,  general  həzrətləri, 
mənim  yerim  vardır,  özü  də  sizin  kupenizdədir.”  O,  cavabında  “Aha,  yaxĢı  oldu, 
mən  çox  Ģadam”  -  dedi.  Bu  zaman  ikinci  zəng  vuruldu.  General  Səməd  bəy  
Mehmandarovla vaqona daxil olduq. 
Səməd bəy çox söhbətcil və çox yaxĢı yol yoldaĢı imiĢ. O, mənimlə bəzən 
rusca,  bəzən  də  azərbaycanca  danıĢırdı.  O,  ahəstə-ahəstə  danıĢırdı,  hər  sözünü 
ölçüb-biçirdi, fikrini sadə və düzgün ifadə edirdi. Onun danıĢıq tərzi, səsi, sakit və 
qəti tonu, özünü  sərbəst hiss  etməsi göstərirdi ki, bu adam uzun  və  maraqlı  həyat 
sürmüĢ, böyük vəzifə sahibi olmuĢ, Ģanlı igid əsgər həyatı keçirmiĢdir. Səməd bəy 
Mehmandarov yolda mənə bir çox maraqlı və faydalı Ģeylər danıĢdı.” 
ġtab-rotmistri  Ģahzadə  FĠRĠDUN  ALLAHVERDĠ  OĞLU  QACAR  
Tiflisdəki  Klassik  Gimnaziyanı  və  Müəllimlər  institutunu,  1916-cı  ildə  isə  Tiflis 
kadet  korpusunu  bitirib.  1892-ci  ildə  məĢhur  Qacarlar  ailəsində  anadan  olub. 
Müsavat ordusunda ikinci artileriya briqadasında birinci batareyanın zabiti. 
ġtab-rotmistri ZEYNAL BƏY SADIQOV - Ġkinci Qarabağ süvari alayında 
dördüncü bölüyün komandiri. 1917-ci il iyunun 30-dan “Qafqazın yerli əhalisindən 
təĢkil  olunmuĢ  diviziya”nın  Azərbaycan  alayında  kəĢfiyatçı  kimi  hərbi  xidmətə 
baĢlayıb.  Birinci  Dünya  Müharibəsində  Qərb  cəbhəsində  vuruĢub.  Əla  döyüĢ 
xidmətlərinə  görə  1916-cı  il  aprelin  30-da  üçüncü  dərəcəli  “Müqəddəs  Stanislav” 
(qılınc və bantla birgə), yenə həmin il avqustun 30-da üçüncü dərəcəli “Müqəddəs 
Anna” (qılınc və bantla birgə), iyunun 17-də dördüncü dərəcəli “Müqəddəs Anna” 
(üstündə fövqəladə “Ġgidliyə görə yazısı ilə), 1916-cı ilin iyunun 17-dən 1917-ci il 
iyunun  28-dək  Qərb  cəbhəsində  gedən  döyüĢlərdə  ikinci,  üçüncü,  dördüncü 
dərəcəli  “Müqəddəs  Georgi”  xaçı  və  dördüncü  dərəcəli  Georgi  medalı  ilə  təltif 
olunmuĢdur.  ġtab-rotmistr  rütbəsini  23  mart  1918-ci  ildə  Milli  Azərbaycan 
ordusunda almıĢdır. 
ġtab-rotmistri ZÜLFÜQAR NƏZƏR OĞLU SULTANOV - 1894-cü ildə 
Zəngəzurun  Pircəvan  kəndində  anadan  olub.  Ġkinci  Tiflis  kiĢi  gimnaziyasını  və 

184 
 
Petroqrad  Hərbi  Tibb  Akademiyasını  bitirib.  Müsavat  ordusunda  əvvəl  poruçik, 
sonra isə Ģtab-rotmistr kimi xidmət edib. 
Rotmistr  SƏLĠM  BƏY  SULTANOV  -  Kürd  süvari  divizionunun 
komandanı.  
ġtabs-kapitan YUNĠS ġƏKƏROV - Kürd atıcı batalyonun komandiri. 
Poruçik 
OSMAN 
AĞA 
GÜLMƏMMƏD 
AĞA 
OĞLU 
GÜLMƏMMƏDOV-  1914-cü  il  sentyabrın  birindən  1917-ci  ilin  avqustunadək 
Birinci Dünya Müharibəsi illərində süvari alayında döyüĢüb. DöyüĢ yolu Avstriya 
və  Rumın  cəbhələrində  olub.  Sıravi  əsgər  kimi  xidmətə  baĢlayan  Osman  ağaya 
l915-ci  ilin  avqustunda  kiçik  uryadnik  rütbəsi  verilib.  Həmin  il  Avstriya 
cəbhəsində  Briqen  Ģəhəri  uğrunda  gedən  döyüĢlərdə  yaralanıb.  1916-cı  ilin  mart 
ayında baĢ uryadnik və 1917-ci ilin iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub. 
1918-ci  ildə  Kürdəmir,  Müsüslü,  Sanqaçal  döyüĢlərində  bolĢeviklərə  qarĢı 
vuruĢub. Onun süvari dəstəsi düĢməndən yüz altı nəfər aĢağı rütbəli əsgər, üç zabit, 
bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb. 
Poruçik  Osman  ağa  Gülməmmədov  1918-ci  il  sentyabrın  15-də  Bakı 
döyüĢlərinin ən fəal iĢtirakçısı olub. 
Avqustun  on  yeddisində  Bakıya  hücum  zamanı  bolĢeviklərlə  döyüĢlərdə 
kornet  Osman  ağa  Gülməmmədov  süvari  kəĢfiyyat  dəstəsində  olarkən  Balaxanı 
kəndinin  Ģimal-qərb  hündürlüyündən  rəqibin  arxasına  keçərək  onu  Bakı  Ģəhəri 
istiqamətində  geri  çəkilməyə  məcbur  etmiĢdi.  Bu  zaman  özünü  çatdırmıĢ  bölük 
Nobel  çənləri  yanında  mövqe  tutmuĢ  və  düĢmən  bölüyünə  həmlə  etməyə 
baĢlamıĢdı. DüĢmən bölüyünün cinahında olan kornet Osman ağa Gülməmmədov 
pulemyot  və  tüfəng  atəĢi  ilə  qarĢılandı.  O,  yaralıları  itirsə  də,  nadir  Ģücaət  və 
mərdliklə,  fədakarcasına igidlik nümunəsi göstərərək rəqibin güclü  və sayca  xeyli 
çox olmasına baxmayaraq, əlbəyaxa döyüĢdə onun müqavimətini qırdı. DüĢmənin 
bir  hissəsi  qırıldı,  qalanları  isə  qaçdı.  Həmlə  zamanı  cəsur  kornet  Osman  ağa 
Gülməmmədovun  mindiyi  at  yaralandı,  lakin  buna  baxmayaraq,  o,  düĢməni  qıra-
qıra onun sıralarını viran etmiĢdi. Bu güclü hücuma davam gətirməyən düĢmən bir 
zabit, bir həkim, qırx doqquz əsgəri itirdi və üç pulemyotu qoyub qaçdı. 
Bakı cəbhəsində bu həmlə qətedici rol oynadı, çünki rəqib qüvvələri sındı. 
Bizim piyada isə bundan müvəffəqiyyətlə istifadə edə bildi. 
DöyüĢlərdə  göstərdiyi  igidliyə  görə  Osman  ağa  Gülməmmədova  kornet-
süvari qoĢununda birinci zabit rütbəsi və general Nuru paĢanın  əmrilə Türkiyənin 
beĢ qılınclı “Məcidiyyə” ordeni ilə təltif olundu. 
Arxiv  sənədlərində  yazılır  ki,  təsvir  edilmiĢ  döyüĢdə  adını  çəkdiyimiz 
kornet  Osman  ağa  Gülməmmədovun  komandası  altında  vuruĢan  süvarilər  öz 
imzaları ilə onun qəhrəmanlığını Ģəhadət edirlər: Həmzə Ġsmayıloğlu, milis yunkeri 
Kərim Yaqubov, praporĢik PaĢa bəy Rüstəmov, milis yunkeri Dəmir PaĢa oğlu və 
baĢqaları. 

185 
 
Poruçik  Osman  ağa  Gülməmmədovun  1919-cu  ilin  martın  altısında  tərtib 
olunmuĢ Ģəxsi iĢindən öyrənmək olur ki, o, 1892-ci il avqustun on altısında Gəncə 
quberniyasının  Qazax  qəzasındakı  Salahlı  kəndində  bəy  ailəsində  anadan 
olmuĢdur.  Birinci  Dünya  Müharibəsi  illərində  cəbhədə  göstərdiyi  qəhrəmanlığa 
görə ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı, ikinci, üçüncü 
və dördüncü dərəcəli “Müqəddəs Georgi” medalı ilə təltif olunmuĢdur. 
Azərbaycan  Respublikası  hökumətinin  hərbi  rütbələr  haqqında  16  may 
1918-ci  il  tarixli  26  saylı  əmri  ilə  Gülməmmədova  hərbi  Ģücaətlərinə  görə 
starĢinalıq  imtiyazı  ilə  poruçik  rütbəsi  verildi,  vəzifəsi  yüksəldilərək  üçüncü 
bölüyün  komandiri  təyin  olundu.  Əmrin  ikisini  də  Hərbi  Nazir  vəzifəsini 
müvəqqəti icra edən general-leylenant Əliağa ġıxlinski təsdiq etmiĢdi. 
Osman ağa  Gülməmmədov həmin ilin iyul ayında  xidmət  üçün bölüyü ilə 
birgə  Qusara  göndərilir.  ġimal  sərhədlərimizin  qorunmasında  general  Denikinə 
qarĢı  mübarizə  aparan  poruçik  Osman  ağa  Gülməmmədov  nümunəvi 
qəhrəmanlıqlar  göstərir.  1919-cu  ilin  yanvar  ayında  keçirilən  baxıĢ-yoxlamasında 
onun  sıralarında  döyüĢdüyü  birinci  Azərbaycan  süvari  alayı  hərbi  Nazirin  Ģəxsi 
təĢəkkürünü qazanır. 
1920-ci  ilin  martında  Qarabağ  və  Zəngəzurda  düĢmən  təhlükəsi  kəskin 
surətdə  artır.  Erməni-daĢnak  qoĢun  birləĢmələri  martın  iyirmi  birindən  iyirmi 
ikisinə  keçən  gecə  Xankəndində  yerləĢən  birinci  CavanĢir  piyada  alayının 
kazarmalarına  qəfil  basqın  edir.  Novruz  bayramı  axĢamı  Xankəndinə  hücum  edib 
Əskəran  yolunu  bağlayırlar.  Poruçik  Osman  ağa  Gülməmmədov  həmin  odlu 
döyüĢlərin  fəal  iĢtirakçısı  olur.  Aprelin  ikisində  onun  bölüyü  daĢnakların 
Əskərandan qovulmasında mərdliklə vuruĢur. 
Ġyirmi  səkkiz  aprel  istilasından  sonra  müsavat  zabiti  Osman  ağa 
Gülməmməd  ağa  oğlu  Gülməmmədov  Türkiyəyə  mühacirətə  getməyə  məcbur 
olmuĢdur. 
“1937-ci il fevralın yeddisində maarifçi-qadın Mədinə xanım Qiyasbəylinin 
altıncı dindirilməsindən: 
Sual: - Osman ağa Gülməmmədov sizə tanıĢdır? 
Oavab: - Osman ağa mənim həmkəndlimdir. Mən onu 1919 -1920-ci illərdə 
görmüĢəm.  Azərbaycanın  sovetləĢməsindən  sonra  o,  Azərbaycan  alayı  ilə 
Türkiyəyə getdi. 
Sual: - Sizi müsavatçılarla nə bağlayırdı? 
Gavab:  -  Bizim  millətçi  nəzərimiz,  qohumluğumuz  və  bu  adamların 
mədəniyyəti.” 
Respublika  Mərkəzi  Dövlət  Arxivində  praporĢik  Gülağa  Məhəmmədağa 
oğlu Gülməmmədovun cəmi bir səhifəlik Ģəxsi xidmət vərəqi saxlanılır. 
1919-cu  il  martın  birində  tərtib  olunmuĢ  xidmət  vərəqində  göstərilir  ki, 
Gülağa  Gülməmmədov  Birinci  Azərbaycan  süvari  diviziyasında  xidmət  etmiĢdir. 
O,  1899-cu  il  dekabrın  altısında  Qazax  qəzasının  Salahlı  kəndində  zadəgan 

186 
 
ailəsində  anadan  olmuĢdur.  Zaqafqaziya  Müəllimlər  Seminariyasının  Azərbaycan 
Ģöbəsini  və  1918-ci  il  yanvarın  otuzunda  Gəncə  praporĢiklər  məktəbini  birinci 
dərəcə  ilə  bitirmiĢdir.  Az  müddət  Birinci  Müsəlman  süvari  alayında  xidmət  edən 
podpraporĢik  Gülağanı  bilik  və  bacarığına  görə  diviziyanın  qərargah  rəisi  təyin 
edirlər. 
PraporĢik Gülağa Gülməmmədov 1920-ci il aprel çevriliĢindən sonra əmisi 
poruçik Osman ağa Gülməmmədovla birlikdə Türkiyəyə mühacirətə getmiĢ və hər 
ikisi türk ordusunda hərbi xidmətini davam etdirmiĢlər. 
Poruçik  MƏHƏMMƏD  BƏY  ASLANBƏYOV  -  Birinci  Azərbaycan 
süvari  alayının  zabiti,  1894-cü  il  martın  on  altısında  Dağıstan  vilayətinin  Kürə 
nahiyəsində  bəy  ailəsində  anadan  olub.  Teymurxan  -  ġura  Ģəhər  ədadiyə 
məktəbində  və  Tiflisdəki  böyük  knyaz  Mixail  Nikolayeviç  adına  hərbi  məktəbdə 
təhsil alıb. 
Hərbi  xidmətə  1914-cü  il  oktyabrın  birində  baĢlayıb.  1915-ci  il  fevralın 
birində Qafqaz cəbhəsindəki döyüĢən orduda əla xidmətinə görə praporĢik rütbəsi 
verilib. Həmin il fevralın yeddisində, yüz əlli beĢinci Quba piyada alayına keçirilib. 
Noyabrın  birində  podporuçik,  1916-cı  il  dekabrın  on  ikisində  isə  poruçik  rütbəsi 
alıb.  1918-ci  il  martın  on  dördündə  birinci  Azərbaycan  süvari  alayında  birinci 
bölüyün  komandiri  təyin  olunub.  Həmin  il  avqustun  iyirmi  doqquzunda  1207 
nömrəli  əmrlə  Ģtab-rotmistri  rütbəsilə  təltif  olunub.  Bakı  cəbhəsində  daĢnak-
bolĢeviklərə  qarĢı  döyüĢlərdə  igidliklə  vuruĢub.  Poruçik  Məhəmməd  bəyin 
qəhrəmanlığını general Nuru paĢa Türkiyənin “Hərb medalı” ilə qiymətləndirib. 
1918-ci  il  iyulun  səkkizində  BaĢ  Qərargah  rəisi,  polkovnik  Həbib  Bəy 
Səlimov  Birinci  Azərbaycan  alayının  komandirinə  belə  bir  məlumatla  müraciət 
etmiĢdir: 
“Poruçik  Məhəmməd  bəy  Aslanbəyov  özünü  alayda  yararlı  zabit  kimi, 
süvari  Azərbaycan  alayının  bir  çox  zabitlərindən  xeyli  yaxĢı  göstərmiĢdir.  Ona 
görə  də,  onun  təminat  almaq  üçün,  alaylardan  birinə  qəbul  edilməsi  yaxĢı  olardı. 
Alayın  bir  çox  zabitləri  Tiflisdə  eyĢ-iĢrətlə  məĢğul  olduqları  halda,  o  dəstədə 
yorulmadan çalıĢır. 
Əla  və  çalıĢqan  zabit  olduğuna  görə  mən  poruçik  Məhəmməd  bəy 
Aslanbəyovu dəstədən buraxa bilmərəm. Çox təəssüflər olsun ki, iĢə can yandıran 
belə  zabitlər  çox  azdır.  Dəstədəki  xidmətdən  -  kimin  iĢə  sadiq  olduğu,  kiminsə 
paqon və pul üçün xidmət etdiyi aydın oldu. 
Namusla xidmət edən zabiti cəzalandırmaq çox acı hal olardı.” 
Arxiv  sənədlərindən  məlum  olur  ki,  poruçik  Məhəmməd  bəy  Aslanbəyov 
Birinci  Dünya  Müharibəsi  illərində  Azərbaycan  süvari  alayında  da  namus  və 
qeyrətlə  vuruĢmuĢdur.  O,  “Ġgidliyə  görə”  medalı  ilə  və  “Müqəddəs  Anna” 
ordeninin  dördüncü  dərəcəsilə  (1915-ci  il  iyulun  25-də),  “Müqəddəs  Stanislav” 
ordeninin  üçüncü  dərəcəsilə  -  bant  və  qılıncla  birgə  (1915-ci  il  dekabrın  20-də), 
“Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə - bant və qılıncla (1916-cı il iyulun 

187 
 
on  yeddisində),  1918-ci  ildə  Bakı  uğrunda  döyüĢlərdə  göstərdiyi  igidliyə  görə 
Türkiyənin “Hərb medalı” ilə təltif olunmuĢdur. 
Poruçik  SAYAD  ZEYNALABDĠN  OĞLU  ZEYNALOV  -  1918-ci  ilin 
noyabrında  Gəncədəki  podpraporĢiklər  məktəbini  bitirib.  Birinci  Dünya 
Müharibəsində  “Dikaya  diviziya”nın  Tatar-Azərbaycan  alayında  xidmət  edib. 
SSRĠ Mərkəzi Dövlət Hərbi Arxivindən 1975-ci ildə aldığımız sənəd bir daha bunu 
təsdiq edir: 
“Sizin  sorğunuza  cavab  olaraq  bildiririk  ki,  arxiv  materiallarında  Tatar 
süvari  alayının  yunkeri,  praporĢik  Sayad  Zeynalovun  xidmət  dəftərçəsi  saxlanılır. 
Sənəddə  deyilir  ki,  o,  30  avqust  1886-cı  ildə  anadan  olub.  Yelizavetpol 
quberniyasındakı Qazax qəzasının vətəndaĢıdır. 1914-cü ildə könüllü olaraq Tatar 
süvari alayına daxil olub. 1915-ci ildə  uryadnik, 1916-cı ildə praporĢik, sonra isə 
yunker rütbəsi alıb. 
1914-cü  il  sentyabrın  iyirmisindən  Avstriya  -  Macarıstan  və  Almaniya 
döyüĢlərinin  iĢtirakçısı  olub.  “Müqəddəs  Georgi  ordeninin  bütün  dörd  dərəcəsilə 
təltif edilib. 
“Müqəddəs Georgi” ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi 
vardı.  Birinci  dərəcəli  orden  ən  yüksək  hesab  olunurdu.  Ordenin  devizi  belə  idi: 
“Əla  xidmət  və  cəsurluğa  görə”.  Odur  ki,  “Müqəddəs  Georgi”  ordeninin  bütün 
dörd dərəcəsinə yalnız “fövqəladə dərəcədə fərqlənən, xüsusi rəĢadət, mərdlik, əla 
əsgəri rəĢadət göstərən hərbi qulluqçular layiq görülürdülər”. 
1917-ci  ildə  vətənə  qayıdan  Sayad  Zeynalov  1918-ci  ildən  Milli  Orduda, 
əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü ġəki süvari alayında 
xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daĢnak-bolĢeviklərə qarĢı döyüĢlərin 
fəal iĢtirakçısı olub. 
Ġyirmi  səkkiz  aprel  çevriliĢindən  sonra  Qazax  milis  Ģöbəsinin  rəisi,  “El 
yardımı komitəsi”nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə 
iĢləyib. Otuz yeddinci ildə Müsavat zabiti kimi həbs olunub, 1942-ci ildə sürgündə 
dünyasını dəyiĢib. 
Poruçik  MAHMUD  ĠBRAHĠM  OĞLU  ƏFƏNDĠYEV  -  Qoridəki 
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan Ģöbəsində təhsil alıb. 1915-ci 
ildə Telavi praporĢiklər məktəbini bitirib. 1890-cı il iyulun iyirmi dördündə Qazax 
qəzasının  Salahlı  kəndində  kəndli  ailəsində  anadan  olub.  Müsavat  ordusunda  rota 
komandiri idi. 
Poruçik  HACIBALA  HACIMƏMMƏD  OĞLU  ABBASOV  -  ġamaxıda 
realnı  məktəbi  və  Xarkovdakı  texniki  məktəbi  bitirib.  Rus  dilini  yaxĢı  bilirmiĢ, 
savadlı  imiĢ.  1914-cü  ildə  Birinci  Dünya  Müharibəsində  iĢtirak  edib.  Müsavat 
ordusuna  1918-ci  ildə  könüllü  gəlib.  1898-ci  il  iyulun  dördündə  ġamaxıda  kəndli 
ailəsində anadan olub. 
Poruçik  ƏYYUB  MƏQRUB  OĞLU  KÖÇƏRLĠNSKĠ  -  Vladiqafqazdakı 
realnı məktəbi bitirib. 1900-cü il avqustun iyirmi ikisində ġuĢada zadəgan ailəsində 

188 
 
anadan olub. 1918-ci il sentyabrın on beĢində Bakının daĢnak-bolĢeviklərdən azad 
olunmasında iĢtirak edib. 
Poruçik  HÜSEYN  SƏMƏD  OĞLU  RƏHĠMOV  -  Ġkinci  Tiflis  kiĢi 
gimnaziyasının  beĢ  sinfini  və  1920-ci  il  aprelin  iyirmi  dördündə  Gəncə  hərbiyyə 
məktəbini bitirib. 1893-cü ildə Bakıda meĢĢan ailəsində anadan olub. 
Poruçik  MƏMMƏD  HÜSEYN  OĞLU  SADIQOV  -  Gimnaziya  təhsili 
alıb.  1919-cu  ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1893-cü  ildə  Salyanda 
anadan olub. 
Podporuçik  MAHMUD  MƏMMƏD  OĞLU  MAHMUDZADƏ  –  Birinci 
Bakı gimnaziyasını və Gəncə praporĢiklər məktəbini 1919-cu ildə bitirib. Fars və 
türk  dillərini  mükəmməl  bilib.  1893-cü  ilin  yanvar  ayında  Lənkəranda  meĢĢan 
ailəsində anadan olub. 1920-ci ildən sonra Bakı Ģəhər sovetində vergi  müfəttiĢliyi 
idarəsinin  rəisi  iĢləyib.  Bakı  Ģəhər  Sovetinin  üzvü,  1922-ci  ildən  “Azərbaycan 
müstəqilliyi uğrunda!” gizli hərbi təĢkilatın fəallarından biri olub. 1923-cü ilin iyul 
ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, sürgünə göndərib. 
Podporuçik  MĠR  ƏHMƏD  MĠR  AĞAƏLĠ  OĞLU  MĠRCAVADOV  
Bakıda  ruhani  təhsil  alıb.  1919-cu  ildə  Gəncədə  praporĢiklər  məktəbini  bitirib. 
1895-ci il iyunun on səkkizində Bakıda meĢĢan ailəsində anadan olub. 
Podporuçik  MEYDAR  ABBAS  OĞLU  MƏDƏTOV  -  Qusardakı  Ali-
ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Gəncə praporĢiklər məktəbini 
bitirib. 1898-ci ildə Bakının Balaxanı kəndində anadan olub. 
Podporuçik  HƏMĠD  ĠSKƏNDƏR  OĞLU  MUSTAFAYEV  -  Qori 
Ģəhərindəki  Zaqafqaziya  Müəllimlər Seminariyasının  Azərbaycan  Ģöbəsini bitirib. 
1914-18-ci  illərdə  Bakıda  müəllim  iĢləyib.  1918-ci  ildə  Gəncədə  türk  hərbi 
məktəbini bitirib. 1898-ci il sentyabrın səkkizində Qazaxda anadan olub. 
Podporuçik  MƏLĠKMƏMMƏD  SƏTTAR  OĞLU  MƏLĠKOV  –  Bakıda 
üçüncü  ali-ibtidai  məktəbi  və  1920-ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan 
hərbiyyə  məktəbini  bitirib.  1896-cı  il  martın  on  birində  Bakıda  meĢĢan  ailəsində 
anadan olub. 
Podporuçik  MƏSTAN  ZEYNAL  OĞLU  MƏSTANZADƏ  -  BeĢsinifli 
Bakı  realnı  məktəbini  və  1920-ci  ildə  Azərbaycan  hərbiyyə  məktəbini  bitirib. 
1899-cu ildə ġamaxıda meĢĢan ailəsində anadan olub. 
Podporuçik MĠRMEHDĠ MĠRƏHMƏDOV - Ali ruhani təhsili var. 1920-
ci  il  aprelin  iyirmi  dördündə  Azərbaycan  hərbiyyə  məktəbini  bitirib.  1894-cü  ildə 
Bakıda anadan olub. 
Podporuçik  MAHMUD  ƏSƏDAĞA  OĞLU  MUSTAFAYEV  -  1918-ci 
ildə  Gəncə  praporĢiklər  məktəbini  bitirib.  1899-cu  il  martın  on  birində  Qazax 
qəzasının Salahlı kəndində anadan olub. 
Podporuçik  TOFĠQ  ġƏRĠF  OĞLU  MĠRZƏYEV  -  Tiflis  gimnaziyasının 
və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. Ġran 
təəbəsidir.  1900-cü  il  dekabrın  birində  Tiflisdə  anadan  olub.  Sovetlər  vaxtı 

189 
 
Azərbaycan diviziyasının birinci polkunun qərargah rəisi olub. 1930-cu ildə keçmiĢ 
Müsavatçı kimi həbs edilib. 
Unter-zabit  CƏMĠL  BƏY  BAĞIR  BƏY  RƏFĠBƏYOV  -  1918-ci  ildə 
Gəncədə  altı  aylıq  unter-zabit  məktəbini  bitirib.  Həmin  ili  müsavat  ordusunun 
birinci  piyada  polkunda  Qarabağda  erməni  daĢnaklarına  qarĢı  vuruĢub.  Müsavat 
hökuməti süqut etdikdən sonra Qızıl Ordunun on altıncı diviziyasının iki yüz qırx 
dördüncü  polkunda  vzvod  komandiri  kimi  xidmət  edib.  1921-ci  ildə  ikinci  kəndli 
süvari  polkunda  1924-cü  ilə  kimi  xidmət  etdikdən  sonra  ordudan  tərxis  olunub. 
Müsavat zabiti olduğuna görə 1928-ci ilin yayında həbs edilib, iyirmi il müddətinə 
Novosibirsk, Çustinsk və baĢqa həbs düĢərgələrinə sürgün olunub. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin