AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

267 
 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 365. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş 
vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi 
 
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın 
aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya 
istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat 
məbləğində cərimə edilir.   
 
Maddə 366. Telekommunikasiya şəbəkələri, vasitələri və 
qurğularının mühafizə zonalarında müvafiq icazə 
olmadan işlərin aparılması 
 
Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə 
zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər 
işlərin aparılmasına görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə  367. Ümumi istifadəli avtomat telefonların zədələnməsi 
 
Ümumi istifadəli avtomat telefonların zədələnməsinə görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 368. Abonentin identifikasiya modulunun və ya mobil 
telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi 

268 
 
 
Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin 
identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya 
mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə - 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər 
min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan 
beş min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 369. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin 
qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi 
 
369.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların 
qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ 
nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna 
olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə 
cərimə edilir. 
369.2. Bu Məcəllənin 369.1-ci maddəsində nəzərdə tutulmuş 
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə 
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar 
törədilməsinə görə- 
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, 
hüquqi şəxslər on altı min manatdan iyirmi min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
Maddə 370. Telekommunikasiya şəbəkələrinin mobil cihazların 
qeydiyyat sisteminə qoşulmasının və (və ya) 
uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi 
   
      

269 
 
Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil 
cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) 
uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə - 
vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, 
hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
FƏSİL 32 
 
İNFORMASİYADAN İSTİFADƏ EDİLMƏSİ, ONUN YAYILMASI VƏ 
MÜHAFİZƏSİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə 371. İnformasiya ehtiyatlarından istifadə qaydalarının 
pozulması 
   
   
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına 
görə- 
fiziki şəxslər əlli manatdan səksən manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 372. Ətraf mühitə dair informasiyanın verilməsinin 
qanunazidd məhdudlaşdırılması 
 
Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd 
məhdudlaşdırılmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 373. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması 
haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması 
 

270 
 
Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, 
idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının 
məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında 
sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə - 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 374. İnformasiya əldə etmək haqqında qanunvericiliyin 
pozulması 
   
   
374.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə 
etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən 
yanlış informasiya verilməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
374.2. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun 
qəbul edilməsindən imtina olunmasına görə- 
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
374.3. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin 
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və 
mühafizə qaydalarının pozulmasına görə- 
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
374.4. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək 
bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi 
məqsəd üçün informasiya əldə edilməsinə və ya qulluq vəzifəsini 

271 
 
yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün 
istifadə edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
  
Maddə 375. Fərdi məlumatlar haqqında qanunvericiliyin 
pozulması 
 
375.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, 
yəni: 
375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət 
qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların 
toplanılmasına və ya işlənilməsinə; 
375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru 
tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, 
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv 
edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, 
işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 376. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış 
foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarının 
qanunsuz yayımlanması 
 
İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya 
videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat 
aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto 
və ya videoçəkiliş, yaxud səsyazma materiallarının kütləvi 
informasiya vasitələrində yayımlanmasına görə - 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 

272 
 
 
Maddə 377. Gizli qaydada informasiya alınması üçün nəzərdə 
tutulmuş texniki vasitələri satış məqsədi olmadan 
qanunsuz əldə etmə 
 
Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki 
vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə - 
gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki 
vasitələr müsadirə edilməklə, iki yüz manatdan dörd yüz manatadək 
məbləğdə cərimə edilir.  
   
Maddə 378. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət 
sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsi 
 
Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən 
istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə - 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir. 
 
Maddə 379. Sertifikatlaşdırılmamış informasiya sistemindən, 
məlumat bazasından (bankından), yaxud bu 
məlumatların mühafizə vasitələrindən istifadə edilməsi 
 
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin 
sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat 
bazasından (bankından), yaxud bu məlumatların mühafizə 
vasitələrindən istifadə edilməsinə görə - 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.   
 
 

273 
 
Maddə 380. Elektron imza və elektron sənəd haqqında 
qanunvericiliyin pozulması 
 
380.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd 
dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə- 
fiziki şəxslər əlli manatdan səksən manatadək, vəzifəli şəxslər beş 
yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min 
manatdan dörd min manatadək məbləğdə cərimə edilir.   
380.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin 
fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya 
sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə 
görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər 
yeddi yüz manatdan min manatadək, hüquqi şəxslər beş min 
manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.   
380.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma 
məlumatlarının və imza sahibi barəsində məlumatların 
mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və 
düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin 
təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz 
dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir 
edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında 
çatdırılmamasına görə- 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə 
edilir.   
380.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, 
qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni 
təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli 
işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və 
mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron 
sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması 
üçün etibarlı sistemə malik olmamasına görə- 

274 
 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər 
beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min 
manatdan üç min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 381. Kütləvi informasiya vasitələrinin yayılmasına 
mane olma 
       
Kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən 
edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin 
tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan 
məhdudiyyətlər qoyulmasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  382. Jurnalistlərin hüquqlarının pozulması 
 
382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna 
cavab verməməyə görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.   
382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə 
informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya 
informasiya verilməsindən imtina etməyə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 383. Teleradio verilişlərindən (proqramlarından) istifadə 
qaydalarını pozma 
 
383.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni 
maneələr yaradılmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.   

275 
 
383.2. Teleradio təşkilatlarının razılığı olmadan onların 
verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya 
mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) 
yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), 
satılmasına və ya kütləvi nümayişinə görə- 
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək, hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 384. Televiziya və radio yayımı haqqında qanunvericiliyin 
pozulması 
 
384.0. Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı 
haqqında qanunvericiliyin pozulmasına görə, yəni: 
384.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi 
inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən 
erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən 
edilmiş xüsusi qaydaların pozulmasına; 
384.0.2. nəzarət fonoqramlarının surətinin müvafiq dövlət orqanı 
tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim 
edilməməsinə; 
384.0.3. insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin 
normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii 
fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının 
dərhal və pulsuz olaraq yayımlanmamasına; 
384.0.4. ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin 
təqdir olunmasına; 
384.0.5. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı 
qaydalarının pozulmasına; 
384.0.6. qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş 
müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən 
edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında 
yayımlamamasına görə- 

276 
 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 385. Teleradio yayımı sahəsində lisenziyanın qayda və 
şərtlərinin pozulması 
 
Teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin 
pozulmasına görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 386. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində 
qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi 
 
Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata 
alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və 
kütləvi nümayiş etdirilməsinə görə-  
iki min manat məbləğində cərimə edilir. 
 
Maddə  387. Kütləvi informasiya vasitələrinə qanunsuz  
sponsorluq etmə 
 
Kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin 
(proqramlarının) hazırlanmasında sponsorluqla bağlı “Televiziya və 
radio yayımı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” 
Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına 
görə- 
fiziki şəxslər min manatdan min beş yüz manatadək, vəzifəli 
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, 
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə 
cərimə edilir.   

277 
 
 
Maddə  388. Kütləvi informasiya azadlığından və jurnalist 
hüququndan sui-istifadə etmə 
 
388.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul 
redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya 
azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, 
yəni: 
388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları 
açıqlamağa; 
388.0.2. mətbu nəşrdə çap olunan materialların “Kütləvi 
informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının 
Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə; 
388.0.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa 
informasiyanı onun mənbəyini göstərmədən yaymağa; 
388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya 
vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad 
məlumatlarını qəsdən yanlış göstərməyə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  389. Statistik məlumatların verilməsi qaydalarının 
pozulması 
        
Statistik müşahidələrinin aparılması üçün zəruri olan məlumatların 
təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud 
hesabatların təhrif edilməsinə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  390. Statistik sirrin yayılması 

278 
 
 
390.1. Statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların 
nümayəndəlik və filiallarının) və ya fiziki şəxslərin razılığı olmadan, 
onlar haqqında məlumatların bu məlumatlardan istifadə etməyə 
hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, 
yaxud fiziki şəxslərə verilməsinə görə- 
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
390.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına 
görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
Maddə 391. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının 
saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının 
pozulması 
 
Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı 
və ya istifadə olunması qaydalarının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan səksən 
manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz 
manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz 
manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 392. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə 
bağlı tələblərin pozulması 
 
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş tələblərin pozulmasına görə - 

279 
 
vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər yeddi 
yüz manat məbləğində cərimə edilir. 
 
FƏSİL 33 
 
YAŞAYIŞ SAHƏLƏRİNDƏN İSTİFADƏ, ŞƏHƏRSALMA, TİKİNTİ VƏ 
ABADLAŞDIRMA QAYDALARI ƏLEYHİNƏ OLAN 
İNZİBATİ XƏTALAR 
 
Maddə  393. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması 
 
393.1. Yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən 
meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz 
saxlanması qaydalarının pozulmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə 
edilir.  
393.2. Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis 
avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların 
təsərrüfatsızlıqla saxlanmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
393.3. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və 
ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün 
istifadəyə görə, əgər bu şəxslərin hüquqlarını və qanuni 
mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real 
təhlükə yaradırsa- 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   

280 
 
393.4. Yaşayış binalarının, onların avadanlığının və abadlıq 
obyektlərinin korlanmasına görə -  
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 394. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində 
qanunvericiliyin pozulması 
 
394.0. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin 
pozulmasına, yəni: 
394.0.1. lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya 
barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların 
layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və 
qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə 
məşğul olmağa; 
394.0.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti 
Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik 
edilməsinə; 
394.0.3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti 
Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti 
layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin 
tikintisinin həyata keçirilməsinə; 
394.0.4. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini 
ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən 
qurulmasına; 
394.0.5. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə 
yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa; 
394.0.6. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara 
verilməsi qaydalarını pozmağa; 
394.0.7. tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı 
müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının 
Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin