AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   20   21   22   23   24   25   26   27   28

338 
 
müvafiq icra hakimiyyəti orqanının qərarlarının icra 
edilməməsi 
 
Banklar və ya digər kredit təşkilatları tərəfindən gömrük 
ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin 
ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında 
müvafiq icra hakimiyyəti orqanının vəsatətlərinin icra edilməməsinə 
və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə 
görə- 
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin otuz faizindən yüz 
faizinədək məbləğdə cərimə edilir.  
 
Maddə 507. İdxal olunması üçün lisenziya tələb 
olunan malların belə lisenziya olmadan idxalı 
 
İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya 
olmadan idxalına görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, 
yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx 
faizindən yüz faizinədək məbləğdə  cərimə edilir.  
 
Maddə 508. Aksiz markası ilə markalanmalı olan məhsulların 
(malların) belə marka olmadan idxal edilməsi 
 
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə 
marka olmadan az miqdarda idxal edilməsinə görə- 
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə 
fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək 
olan məbləğ başa düşülür.  

339 
 
 
Maddə  509. Gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli 
iqtisadi operator və ya gömrük daşıyıcısı kimi 
qanunsuz fəaliyyət göstərilməsi, yaxud bu cür fəaliyyət  
qaydalarının və şərtlərinin pozulması 
 
509.1. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin 
tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), 
səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz 
fəaliyyət göstərilməsinə görə- 
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.  
509.2. Gömrük brokerinin (gömrük təmsilçisinin), səlahiyyətli 
iqtisadi operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə 
edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə 
etmələrinə və ya qanunla nəzərdə tutulan hallar istisna olmaqla, 
üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük 
brokeri (təmsilçisi) kimi fəaliyyət göstərilməsinin gömrük 
qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin 
pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
                                                   
FƏSİL 38 
 
İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ MƏNƏVİYYAT 
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə  510. Xırda xuliqanlıq 
 
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər 
üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi 

340 
 
hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya 
zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-  
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin 
hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu 
tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə 
inzibati həbs tətbiq olunur.   
 
Maddə 511. Avtoxuliqanlıq 
 
511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü 
tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə 
şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol 
hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə 
müşayiət olunan qərəzli hərəkətlərə görə- 
nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə 
məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən 
bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən 
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il 
ərzində təkrar törədilməsinə görə -  
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki 
ayadək müddətə inzibati həbs tətbiq olunur.   
511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş 
hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin 
iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət 
sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə - 

341 
 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki 
ayadək müddətə inzibati həbs tətbiq olunur. 
 
Maddə 512. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına 
görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti 
       
On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına 
çatmayanların törətdikləri xırda xuliqanlığa görə- 
valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
 
 
 
Maddə  513. Toplantıların təşkili və keçirilməsi qaydasının 
pozulması 
        
513.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin 
və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 
qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə- 
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə 
cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti 
nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər 
və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 
üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on 
beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 
513.2. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil 

342 
 
edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə 
iştirak etməyə görə- 
üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, 
yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə 
alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki 
ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd: Bu Məcəllənin 513.1 və 513.2-ci maddələrində nəzərdə 
tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin 
əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq 
maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.   
 
Maddə 514. Kütləvi idman tədbirlərinin və idman yarışlarının 
keçirilməsinə mane olma 
 
514.0. Kütləvi idman tədbirlərinin və idman yarışlarının 
keçirilməsinə mane olmağa, yəni: 
514.0.1. bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və 
tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və 
idman haqqında” Azərbaycan Respublikasının Qanununa görə daxil 
olmasına yol verilməyən şəxslərin buraxılmasına; 
514.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və 
tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və 
idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan 
edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə -  
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min 
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir. 
 
Maddə  515. Dini qurumların yaradılması və fəaliyyət qaydasının 
pozulması 
 
515.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının 
pozulmasına, yəni: 

343 
 
515.0.1. dini qurumların müvafiq icra hakimiyyəti orqanında 
dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun 
qaçırmasına; 
515.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin 
təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının 
pozulmasına; 
515.0.3. ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və 
gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini 
ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və 
qrupları, digər dərnəklərin və qrupların təşkilinə; 
515.0.4. dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan 
kənarda fəaliyyət göstərməsinə; 
515.0.5. dini qurumun öz yaranma məqsədlərinə zidd olan 
fəaliyyəti həyata keçirməsinə görə- 
fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  516. Dini etiqad azadlığı haqqında qanunvericiliyin 
pozulması 
        
516.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin 
pozulmasına, yəni: 
516.0.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan 
vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə 
göndərilməsinə, din xadimlərinin mübadiləsinə; 
516.0.2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq 
verilmiş dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron 
daşıyıcılarında), audio və ya videomaterialların, mal və məmulatların, 
yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra 
hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış 
məntəqələrindən kənarda satılmasına görə - 

344 
 
inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, 
mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki 
min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 
səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi 
şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə 
cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min 
manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə 
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 
çıxarılır.  
 
Maddə 517. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması 
 
517.0. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına, 
yəni: 
517.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-
gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin 
məhdudlaşdırılmasının pozulmasına; 
517.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər, 
nümayişlər və ya digər kütləvi tədbirlər keçirilməsinin, müəssisə və 
təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının 
qadağan edilməsinin pozulmasına; 
517.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının 
pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə; 
517.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən 
sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai 
yerlərdə olmağın qadağan edilməsinin pozulmasına; 
517.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin 
azadlığının məhdudlaşdırılmasına, səsucaldan texniki vasitələrin və 
surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik 
törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi 
qaydasının pozulmasına; 
517.0.6. sənədlərin yoxlanmasına, müstəsna hallarda isə fiziki 
şəxslərdə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama 

345 
 
aparılmasına, şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərinin 
yoxlanmasına maneçilik törədilməsinə; 
517.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, 
xüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr və ya 
tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil 
spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların 
gəzdirilməsinin, əldə edilməsinin və satılmasının 
məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına; 
517.0.8. fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, 
zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və 
təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv 
maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə; 
517.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq 
və bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə tədbirlərinin 
pozulmasına; 
517.0.10. təxirəsalınmaz qəza-xilasetmə tədbirlərinin həyata 
keçirilməsi üçün əmək qabiliyyətli əhalinin səfərbər olunması 
(əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə) və 
şəxslərin nəqliyyat vasitələrinin cəlb edilməsinə maneçilik 
törədilməsinə; 
517.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların 
pozulmasına; 
517.0.12. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata 
keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə 
vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin 
pozulmasına; 
517.0.13. gündəlik tələbat mallarının və ərzağın əldə 
olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş 
xüsusi rejimin pozulmasına görə- 
fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə 
edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə 
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş 
günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz 

346 
 
əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş 
yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 518. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya 
yerinə yetirilməməsi 
 
518.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və 
təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya 
digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın 
təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının 
tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz 
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, 
hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
518.2. Eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində 
törədilməsinə görə- 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə 
cərimə edilir.  
518.3. İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin 
ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, 
binaların və qurğuların tikintisi, yenidən qurulması, 
genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların 
istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların 
və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə 
cərimə edilir.    
 

347 
 
Maddə 519. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və 
xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması,  
saxlanılması və onların işlədilməsi qaydalarının pozulması 
 
519.0. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin 
sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların 
işlədilməsi qaydalarının pozulmasına, yəni: 
519.0.1. sertifikatlaşdırılması məcburi olan, lakin 
sertifikatlaşdırılmamış malların buraxılmasına, satılmasına, işlərin 
yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 
519.0.2. yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların 
tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya 
satılmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.    
 
Maddə 520. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış 
yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla 
odlu silahdan atəş açma 
 
Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya 
xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla 
odlu silahdan atəş açmağa görə- 
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli 
manatdan yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə  521. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının 
pozulması 
        
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, 
küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı 

348 
 
saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, 
musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, 
maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-
küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 522. Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə  
gətirilməsi 
     
Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs 
tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə- 
altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. 
 
Maddə  523. Avaralıqla məşğul olma 
 
523.1. Avaralıqla məşğul olmağa görə-  
vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı 
törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət 
sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, 
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya 
iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə 
və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından 
inzibati qaydada kənara çıxarılır.  
523.2. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs 
tərəfindən avaralığa cəlb edilməsinə görə- 
əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin 
hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu 
tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək 
müddətə inzibati həbs tətbiq edilir.  
Qeyd: Bu maddədə “avaralıqla məşğul olan” dedikdə - müəyyən 
yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı 

349 
 
işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 
işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda 
oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.   
 
Maddə 524. Fahişəliklə məşğul olma 
 
Fahişəliklə məşğul olmağa görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə  525. Qumar oyununda iştirak etmə 
 
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə- 
oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya 
digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz 
manatadək məbləğdə cərimə edilir.  
Qeyd: 
1. Bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və 
sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-
müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. 
2. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və 
idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.   
 
FƏSİL 39 
 
İDARƏÇİLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə  526. Məhkəməyə hörmətsizlik göstərilməsi 
 
Məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, 
cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik 
edənin sərəncamına tabe olmamasına görə- 

350 
 
əlli manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 527. Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə 
tədbirlər görülməməsi 
 
Məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs 
tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun 
pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, 
yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab 
verilməməsinə görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə 
əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi 
       
528.1. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə 
əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə 
və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu 
müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən 
çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra 
edilməməsinə görə- 
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə 
edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti 
nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, 
vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir. 
528.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun 
vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin