AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   2   3   4   5   6   7   8   9   10   ...   28

95 
 
olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə 
məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə 
bilər.   
 
Maddə 110. İnzibati xəta haqqında işin baxılması yeri 
 
110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 
vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə 
baxıla bilər. 
110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar 
haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. 
110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında 
işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya 
sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci 
maddəsində nəzərdə tutulmuş qaydada baxılır.   
 
Maddə 111. İnzibati xətalar haqqında işlərə baxılması 
müddətləri 
 
111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan 
hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında 
protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün 
müddətində baxır. 
111.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının 
vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, 

96 
 
səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə 
işin baxılmasını bir ayadək müddətə uzadır. 
111.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar 
haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, 
inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu 
vaxtdan ən geci 48 saat keçənədək baxılır. 
 
Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası 
 
112.1. İnzibati xəta haqqında işə baxılarkən: 
112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə 
baxılan şəxs elan olunur; 
112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya 
hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında 
iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; 
112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin 
nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri 
müəyyən edilir; 
112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin 
səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma 
və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; 
112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların 
hüquqları və vəzifələri izah olunur; 
112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. 
112.2. Aşağıda göstərilən hallarda işə baxılmanın başqa vaxta 
keçirilməsi barədə qərardad qəbul edilir: 
112.2.1. əgər etiraz etmə işin mahiyyəti üzrə baxılmasına 
mane olursa, özü- özünə etiraz etmə və ya işə baxan hakimə, 

97 
 
vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə 
ərizə daxil olduqda; 
112.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə 
işin mahiyyəti üzrə baxılmasına mane olduqda; 
112.2.3. işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin 
tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda. 
112.3. Bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq 
iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır. 
112.4. Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin 
aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. 
112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında 
protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, 
hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə 
icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, 
ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada 
prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. 
 
Maddə 113. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas  
 
 
     protokolunun məzmunu 
 
113.1. İnzibati xəta haqqında işə kollegial orqan və ya 
məhkəmə tərəfindən baxılarkən iclas protokolu tərtib olunur. 
113.2. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas 
protokolunda aşağıdakılar göstərilir: 
113.2.1. işə baxılmanın tarixi və yeri, iclasın başlanma və 
qurtarma vaxtı; 

98 
 
113.2.2. işə baxan kollegial orqanın adı və tərkibi, yaxud  
hakimin və məhkəmə iclasının katibinin adı; 
113.2.3. baxılan işin qısa məzmunu; 
113.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında 
məlumatlar; 
113.2.5. işdə iştirak edən şəxslərə onların prosessual hüquq və 
vəzifələrinin elan edilməsinə dair məlumatlar; 
113.2.6. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri; 
113.2.7. işə baxılmasında iştirak edən şəxslərin izahatları və 
rəyləri; 
113.2.8. iclas vaxtı edilmiş çıxışların məzmunu; 
113.2.9. işə baxılarkən tədqiq edilən sənədlər barədə 
məlumatlar; 
113.2.10. yazılı sübutların elan edilməsinə dair məlumatlar, 
maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, 
videoyazılara baxılmasına dair məlumatlar; 
113.2.11. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və 
ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair 
məlumatlar; 
113.2.12. protokolun tərtib olunma tarixi. 
113.3. Kollegial orqanın iclasının protokolu iclasa sədrlik edən 
və katib tərəfindən, məhkəmə iclasının protokolu isə hakim və 
məhkəmə iclasının katibi tərəfindən imzalanır. 
113.4. Protokol inzibati xəta haqqında işə baxma ilə əlaqədar 
iclas qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib edilməli və 
imzalanmalıdır. 
 

99 
 
Maddə 114.  İnzibati xəta haqqında işə baxılarkən çıxarılan 
qərar (qərardad) 
 
114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı 
məsələlər barəsində qərar çıxarılır: 
114.1.1. inzibati tənbeh vermə haqqında; 
114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi 
haqqında; 
114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 
haqqında; 
114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi 
haqqında. 
114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi 
haqqında qərar aşağıdakı hallarda çıxarılır: 
114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan 
hallardan biri mövcud olduqda
114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq 
intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün 
materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 
114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri 
olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq 
orqanına göndərildikdə; 
114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq 
inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və 
hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) 
göndərildikdə. 
114.3. İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli 
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta 

100 
 
haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli 
şəxsə) göndərilməsi barədə qərardad  çıxarılır. 
114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta 
haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat 
sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin 
qərarın (qərardadın) formaları müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən olunur.  
 
Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar 
 
115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar 
göstərilir: 
115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, 
soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 
115.1.2. işin baxılması tarixi və yeri; 
115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 
115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 
115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu 
Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən 
inzibati tənbeh növü;   
115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, 
hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və 
bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin 
ödənilməməsi barədə qeyd; 
115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması 
üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 
115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. 

101 
 
115.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni 
vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs 
nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə 
ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri 
hakim tərəfindən həll edilir. 
115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati 
tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə 
ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi 
hakim tərəfindən həll edilir. 
115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş 
əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll 
olunmalıdır: 
115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun 
qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə 
isə dövlətin mülkiyyətinə verilməlidir; 
115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət 
orqanlarına verilməli, yaxud məhv edilməlidir; 
115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta 
haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır 
və ya sahibinə verilir; 
115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni 
sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq 
icra hakimiyyəti orqanına göndərilir. 
115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş 
hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli 
şəxs tərəfindən imzalanır. 
 
Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi 

102 
 
 
116.1. Eyni inzibati xətanı inzibati tənbeh almış şəxs 
tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi 
gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu 
Məcəllənin 209, 279.0.1, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 536, 
537.2, 539 – 544, 551.2, 557.2, 603, 604, 606.2 və 606.3-cü 
maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs 
barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti 
olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.  
116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 
qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 
müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud 
hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün 
əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək 
müəyyən olunur. 
116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan 
müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə 
ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq 
edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. 
Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan 
qaldırılması öhdəliyindən azad etmir. 
116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan 
qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan 
müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana 
(vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın 
verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə 
tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan 
(vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində 

103 
 
bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi 
barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). 
Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, inzibati cərimənin 
şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan 
cərimə ödənilməlidir.   
 
Maddə 117. İnzibati xəta haqqında iş üzrə qərarın elan 
edilməsi 
 
117.1. İnzibati xəta haqqında iş üzrə qərar onun 
baxılmasından dərhal sonra elan olunur. 
117.2. Qərarın surəti iki gün müddətində barəsində qərar 
qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər 
çəkmiş şəxsə verilir.   
 
Maddə 118. İnzibati xəta haqqında iş üzrə qərardad 
 
118.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar 
göstərilir: 
118.1.1. qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, 
soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 
118.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi 
və yeri; 
118.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs 
haqqında məlumat; 
118.1.4. ərizənin, vəsatətin məzmunu; 
118.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən 
müəyyən edilən hallar; 

104 
 
118.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının 
nəticəsi. 
118.2. İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş 
hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs və vəzifəli şəxs 
tərəfindən imzalanır. 
 
Maddə 119. İnzibati xətanın törədilməsinə kömək edən 
səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təqdimat 
 
119.1. İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən 
səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və 
təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün 
tədbirlər görmək haqqında təqdimat verir. 
119.2. Təqdimatın alındığı gündən bir ay ərzində həmin 
müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat 
vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər 
haqqında məlumat verməyə borcludurlar. 
 
FƏSİL 16 
 
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
HAQQINDA İŞLƏRƏ BAXILMANIN XÜSUSİYYƏTLƏRİ 
 
Maddə 120. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati 
xətalar haqqında işlərə baxılmanın ümumi qaydası 
 

105 
 
Bu Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş 
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, 
bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu 
Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 
 
Maddə 121. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta  
     haqqında iş üzrə barəsində icraat aparılan şəxsin  
     səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi 
 
Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə 
tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan 
inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.  
 
 
 
 
 
 
Maddə 122. İnzibati xəta hadisəsi foto və ya  videoqeydiyyat  
     funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi  
     ilə aşkar edildikdə icraatın aparılması qaydası 
 
122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 
346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və 
ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin 
köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları 
müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin 

106 
 
proqram təminatı əsasında real vaxt rejimində elektron formada 
birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati 
xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron 
imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində 
inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin 
mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının 
elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron 
protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin 
məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra 
hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 
122.2. İnzibati xəta haqqında elektron protokol müvafiq icra 
hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına 
əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə 
müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair 
sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu 
dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata 
götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində 
olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə 
nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. 
122.3. İnzibati xəta haqqında elektron protokolda bu 
Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı 
aşağıdakılar göstərilir: 
122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş 
xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta 
hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü 
tərəfindən törədildiyini sübut edən foto və ya videomateriallar əlavə 
edilməklə); 

107 
 
122.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar 
vəsatət verilməsi qaydası; 
122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 
122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1 - 
327.3 və 330-cu maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin 
həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat 
başa  çatanadək saxlanılmalıdır.  
122.5. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi 
texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə 
nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında 
inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh 
tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya 
videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq 
icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya 
olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati 
xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə 
tutulmuş qaydada elektron protokol tərtib olunur. 
122.6. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 
124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta 
haqqında protokol tərtib edilmiş şəxs protokolda qeyd olunan 
cəriməni ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni 
məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir. 
122.7. Barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı 
maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında 
protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı 
nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində 
olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun 
sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla 

108 
 
razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə 
bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 
125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat 
verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud 
internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati 
xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə 
dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən 
məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında 
protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam 
verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb 
edilməsi üçün müvafiq tədbirlər görülür. 
122.8. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-
cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında 
protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində 
nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün 
müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh 
tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün 
müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində 
nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.   
 
Maddə 123. Foto və ya videoqeydiyyat funksiyalarına malik 
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi  
şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən  
 
 
     törədilən inzibati xəta haqqında iş üzrə icraatın  
 
 
     aparılması qaydası 
 
123.1. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş 
xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan 

109 
 
nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq 
icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati 
xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək 
hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin 
hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə 
dərhal sorğu göndərilir. 
123.2. Hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 
gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat 
vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli 
orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan 
(vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 
iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati 
xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra 
hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir 
və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 
həmin protokol barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə 
tutulmuş qaydada məlumat verilir. 
123.3. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş 
sorğuya cavab verməyən hüquqi şəxs bu Məcəllənin 347-ci 
maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 
məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması 
onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə 
törətdiyi əmələ görə məsuliyyətdən azad etmir.  
  
Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs 
tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin