IV FƏSİL
Sinonim çoxluqları və ya eyni şeyləri
müxtəlif cür adlandırmanın yalanı
Mübaliğəsiz demək olar ki, dil sistemində sinonimlik, alternativ
adlandırma yaradıcılığı semantik detallaşdırmanın, aidetmə, dəqiqləşdirmə
və fərqləndirmənin səmərəliliyini təmin etmək, bir çox hallarda işarənin
aşkar naqisliyini, natamamlıq və hətta yararsızlığını kompensə etmək,
anlayışı, obyekti, predmet və hadisələri daha geniş və əhatəli, daha dəqiq,
aydın və sahmanlı şəkildə ifadə və dərk etmək ehtiyacının qanunauyğun
nəticəsi olaraq meydana gəlmişdir. Bu cəhətdən sinonimlərə yalnız formal
variativliyin son həddi və məzmun variativliyinin başlanğıcı, ibtidası kimi
deyil, həm də adlandırma və dərketmənin fasiləsizliyi və sonsuzluğu,
hüdudsuzluğu kimi yanaşmaq olar. Sinonimlərə, paradoksal hal olaraq,
dildə həm qənaətin, sərrastlıq, yığcamlıq və mobilliyin, həm də israfın, bir
çox vəziyyətlərdə həqiqətən lüzumsuz israfın qanunauyğun, arzuolunmaz
nəticəsi, sonucda daha səmərəli dil işarələrinin axtarışları, seçmə və
əvəzetmə proseslərinin davamı, müəyyən mənada ifadə eksperimentləri
kimi baxmaq olar. Əgər dil sistemində heç nəyin artıq, ya əksik, lüzumsuz
olmadığını nəzərə alsaq, sinonim variantların funksional imkanlarının
genişliyini, semantik-praqmatik perspektivlərinin zənginlik və
mükəmməlliyini aydın təsəvvür etmək olar. Dil insanların yiyələndiyi,
istifadə etdiyi yeganə işlək mexanizmdir ki, qavrayış prosesində bizə
birbaşa informasiyanın hüdudlarından kənara çıxmağa, qavranılmaz olanın
qavranılmasına, uzaq olanın yaxınlaşdırılmasına imkan verir, dərketməni
stimullaşdırır, maddi, real, görünən, hiss edilən bir istiqamətə yönəldir. Biz
sinonimlərlə qənaətcillik dedikdə onu nəzərdə tuturuq ki, bəzən dəqiq
variantın seçilməsi geniş, yerli yataqlı bir ifadəni, əhatəli bir təsviri əvəz
edir. Sinonimləri - alternativ, yanaşı, əlavə ifadə variantlarını
formalaşdırmaqla dil təkcə özünü “ucuz”, bol xammalla deyil, həm də çox
vaxt konkret məqsəd və dəb üçün yararlı, keyfiyyətli və kifayət qədər
səmərəli, uyar leksik detallarla, uzunmüddətli sabit söz-işarə ehtiyatı ilə
təmin etmiş olur. Burada ilkin linqvistik qiymətlərin verbal zənginliyi və
fərqi ifadə olunur. Sinonim formalarının kəmiyyət çoxluğunun, deyə bilərik
172
ki, həm də qeyri-səlis kəmiyyət çoxluqlarının yaranmasının əsas
səbəblərindən biri də məhz linqistik işarələrin dil istifadəçisini heç vaxt
tamamilə təmin etməyən qeyri-adekvatlığı, doymazlığı, linqvistik
qiymətlərin natamamlığı və qeyri-dəqiqliyidir. İnsanlar, dil kollektivləri,
hər hansı bir konkret dil kollektivi vahid məna bütövlüyü daxilində ehtiyat,
paralel adlandırmaları gəlişdirməklə, əlahiddə sözləri, muxtar, yanaşı
vahidləri yaratmaqla anlayışların (məfhumu sinonimlər), predmet və
hadisələrin (denotativ sinonimlər), qavrama, dərketmə prosesində mühüm
və zəruri olan əlamətlərini, fərqlərini, detallarını, təfərrüatlarını və onlar
haqqındakı təsəvvürləri, təəssüratları nişanlamış, diferensiallaşdırmış,
dəqiqləşdirmiş olur. Sərhədləndirici, hüdudlandırıcı dayaqları gözəyarı da
olsa, yerinə qoymuş, düzmüş olur. Dil gerçəklərinə əsasən demək olar ki,
paralel, müştərək-alternativ vahidlərin qənaət prinsipi daha çox həqiqət
kimi dərk olunan biliyin, əksinə, israfçılıq, artıqlıq qaydası və vəziyyəti isə
qeyri-həqiqətin, yanılma, aldanış və yalanın, ifrat səciyyələndirmələrin
xidmətində dayanır. Sinonimlər sadəcə olaraq onsuz da təxmini, qeyri-
mükəmməl, qeyri-adekvat inikas vasitəsi olan dil işarələrinin yayılanlığını
ya maksimal həddə çatdırır, ya da minimuma endirir, sıfır həddə qədər
kiçildir, maksimum dərəcədə məhdudlaşdırır. Söz seçimi əhəmiyyətli
dərəcədə mülahizənin, təklifin həqiqilik və ya yalanlığını təyin edir.
Operativ qavrayış, persepsiya prosesi də bütövlükdə sinonim təklərlə
müəyyənləşən, ilkin işarəyə alınan həmi variantlar, hədlər, ayrıclar,
birləşdirici və fərqləndirici inikas parametrləri əsasında cərəyan edir,
bununla da dil işarələrinin bir-biri ilə fəal təmas və çarpazlaşmaları,
semantik əlaqələri ilə təəssüratın, təsəvvür dairələrinin şərti-nisbi mənada
bütövlüyü, tamlığı və az-çox mükəmməlliyi, effektivliyi təmin olunmuş
olur. Bəzi paralel, yanaşı adlandırmalar müstəsna olmaqla (belələrinə
dilçilik ədəbiyyatında mütləq sinonimlər deyirlər) əlahiddə götürülmüş
sinonim vahidlərdən, formal variantlardan hər biri bir qayda olaraq ya
məfhumi, ya semantik, ya da spesifik emosional-ekspressiv, subyektiv-
qiymətləndirmə çalarlığı ifadə edir, əlavə informasiya daşıyır, konkret nitq
aktında, mətn daxilində spesifik, fərqli, tamamlayıcı, yaxud yayındırıcı
məlumat mənbəyinə çevrilir. Ümumən dilin leksik-semantik sisteminə,
sinonim ehtiyatlarına yaxından bələd olan insanlar predmet və hadisələri
173
daha yaxşı detallaşdırır və paradoksal hal olaraq onları daha yaxşı
bütövləşdirməyə müvəffəq olur.
Dil öz idraki və ünsiyyət funksiyalarını, praqmatik, estetik və digər
funksiyaları yerinə yetirmək üçün daim öz daxili qüvvələrini, ehtiyat
mənbələrini və energetik resurslarını səfərbərliyə alır, zəif, çatışmayan
cəhətlərini islah və kompensə etməyə çalışır, ona müvəqqəti olaraq lazım
olmayan detalları kənara atır. Başqa mexanizmlərdən fərqli olaraq təkcə
kənara atmır, həm də ən uzaq kapilyarları yaşadan qanla təmin edən canlı
orqanizm kimi, sıradan çıxmağa, paslanmağa qoymur. Köhnə ehtiyat
hissələr, vintlər, dayaqlar tamamilə kənara atılmır, öz taxçasında durub
məqam gözləyir, sistemin, mexanizmin içində, öz potensial yerini,
mövqeyini qoruyub saxlayır, lazım gələndə işə düşür, dövriyyəyə buraxılır.
Dil sanki hər dəfə özünü yenidən doğurur. Xilaskar, qənətcil, həm də
zəngin və rasionallaşmış dil konkret yaradıcılıq, reallaşma anında
mobilliyə, mütəhərrikliyə mane olan “artıq çəkidən”, lüzumsuz, boş
kütlədən xilas olduğu kimi, özünü heç vaxt ifrat yük, izafi təzyiq altında da
qoymur, bununla da bir canlı orqanizm olaraq öz normal təbii həyatını
sürdürür və ifadə imkanlarını, çeviklik və mütəhərrikliyini mühafizə etmiş
olur. Buna dilin iradəsi də demək olar. Məlum olduğu kimi, Hartman və
Artur Şopenhauer Günəşin, Ulduzların, Yerin, ümumən Varlığın
iradəsindən bəhs edir. Göte “Ob nicht die Natur zuletzt sich doch
ergründe?” deyə özünə üzücü, məhvedici suallar verir. Yəqin ki, həmin sual
yalnız çılpaq forma deyil, həm də canlı varlıq, səs materiyası olan dilin
qurulma mexanizmi, onun leksik-semantik sistemi üçün də aktualdır. Dil
anlayışların, əlamət və keyfiyyətlərin oxşar və fərqli cəhətlərini, ümumi və
xüsusi parametrlərini verballaşdırmaqla, sözə köçürməklə əsl təsnifat,
kateqoriallaşma və intizam nümunəsi təqdim edir. Tematik qruplara,
semantik və məfhum sahələrinə, sinonim cərgələrə kifayət qədər bələd
olmayan, onları yaddaşına, hafizəsinə hopdurmayan, köçürə bilməyən dil
istehlakçıları özlərini dərketmə və ifadəetmə fərəhindən, dilin heç nə və heç
kimlə müqayisə oluna bilməyən misilsiz himayə və mühafizəsindən,
yaradıcı qüdrətindən məhrum etmiş olurlar. Dilin leksik sistemi, işarə
əmsalları hər bir xalqın şüurunda yerləşdirilmiş, yerləşmiş şəbəkə kimidir.
Və bu şəbəkə də elə şüurun özüdür, varlıq iradəsidir! Funksional-üslubi
174
baxımdan differensiallaşmış, xüsusiləşmiş lüğət ehtiyatında dilin
sinonimlik, alternativ ekvivalentlik imkanları, anlama, dərketmə fəallığı və
törədiciliyi daha geniş bir sferaya daxil olur, linvistik paradiqma dünya
mənzərəsinin, şeylərin, predmet və hadisələrin bilavasitə mahiyyətinə,
strukturuna nüfuz edir.
Lakin dil işarələri təkcə immanent şəkildə əşyaya, hadisəyə,
predmetə, maddi obyektlərə xas olan əlamətləri deyil, bir-biri ilə
əlaqələnmədə onlardan çox-çox kənara çıxan, şüur və idrakımızın
hüdudlarını aşan, duyğularımızın, hisslərimizin inersiyasını ötüb keçən,
metafizik, fövqəlreal, başqa sözlə, transsendental qiymət və
dəyərləndirmələri, assosasiyaları da öz gerçək cazibə sahəsinə daxil edir.
Bu cəhətdən dili çox vaxt sırf rasional qavrayışa sığmayan, öz-özünü
doğuran, inkişaf edən, müstəqilləşən, səs və elektromaqnit dalğaları ilə
(yazıda) dərk olunan maddi işarələr sistemini duyğu orqanlarına əlavə
olunan və daha yüksək, intensiv energetik güc kəsb edən müstəqil,
tamamlayıcı bir mexanizm irrasional-iradi bir yaradılış kimi izah etmək
olar. Bu baxımdan dili dördüncü idrak, dil işarələrinin isə təsir radiusu daha
böyük, potensial imkanları daha zəngin olan altıncı duyğu, fövqəlsistem
kimi dəyərləndirmək olar.
Beləliklə, dildə formal variantlığın son həddi kimi qəbul olunan
sinonimləri şeylərin real kəmiyyət-say münasibətlərindən kənara çıxan söz
kateqoriyası kimi təhlil və izah etmək münasibdir. Həm məfhumi-
siqnifikativ, həm də denotativ, məntiqi-əşyavi mənaları, müxtəlif
emosional-ekspressiv çalarlıqları ifadə edən, bir-birilə birləşdirən müştərək-
ekvivalent variantlar bütöv bir sistem, paradiqma əmələ gətirir.
Belə dil faktlarının, söz-işarələrin zənginliyi sinonimlərə - eyni
şeyləri müxtəlif şəkillərdə, fərqli görüş bucaqlarından, mövqelərdən
adlandırma və dərketmə vahidlərinə dilin kifayət qədər işlək, səfərbər,
çevik, geniş və rəngarəng vahidləri kimi yanaşılmasını zəruri edir.
Sinonimlərin sayı adi, sıravi dil daşıyıcıları üçün birbaşa qavranılan, aktual
informasiyalardan qat-qat çoxdur. Sinonimlərə birmənalı və mütləq şəkildə,
qeyd-şərtsiz dilin ifadə imkanlarının zənginliyi, bir qüdrət, güc ölçüsü kimi
yanaşılması fikrində də bir həqiqət vardır. Buraya yalnız onu da əlavə
etmək lazımdır ki, söz bolluğu, adalandırma və işarələmə zənginliyində və
175
rəngarəngliyində
həm də qavrayışın, dərketmənin, sonucda
diferensiallaşmanın gücü ifadə olunur. Geniş semantik qrup, söz sahəsi
fonunda sinonim vahidlərin ifadə əlaqələrini, məna strukturunun
özünəməxsusluğunu nəzərdən keçirmək ümumən dil işarələri ilə
gerçəkliyin əks olunmasının izomorfluğunu, bunun ayrı-ayrı aspektlərini
müşahidə etmək baxımından olduqca maraqlı və ibrətamizdir. Bu uyarlıq
təkcə adlandırma, nominklatur baxımından deyil, həm də artıq qeyd
edildiyi kimi, idraki, evristik baxımdan ciddi əhəmiyyətə malikdir.
Görünür, şeylərin, hadisələrin mahiyyətini sonadək dərk etmək, “oxumaq”
mümkün olmadığı kimi, onların işarələrini, çoxlu adda adlandırma
variantlarının gerçək məntiqini də sona qədər dərk etmək, adekvat şəkildə
mənalandırmaq, yayılanlıq, funksionallıq hüdudlarını müəyyənləşdirmək
mümkün deyil. Sinonim çoxluqları və ortaqlı adlandırma axınları bir çox
funksional üslublarda, məsələn, elmi anlaşma sahəsində, əksinə, aldanışa,
yanılmalara səbəb olur, dərketmənin operativliyinə, səlisliyinə maneçilik
törədir. “İnformasiya təhlükəsizliyinin” real mənbəyinə çevrilir. F. Engels
“Kapital”ın ingiliscəyə tərcüməsi haqqında danışarkən deyir ki, eyni
anlayışın ən müxtəlif sözlərlə ifadə olunası (görünür, rəngarənglik xatirinə)
onun parçalanmasına, dağılmasına gətirib çıxarır. Bu fikri belə də ifadə
etmək olar ki: söz artıqlığı dil istifadəçisini bir çox hallarda zəruri və ya
lüzumsuz olaraq “seçməyin əzabları” qarşısında qoyur, dərketmənin
intensivliyinə xələl gətirir. Alternativ, yanaşı adlandırmalar fikri, ideyanı,
onların qiymətləndirilməsini, ardıcıl və birmənalı şəkildə təqib edilməsini
çətinləşdirir, eyni zamanda fikir predmeti, obyekt haqqındakı təsəvür və
təəssüratı yayğınlaşdırır, bir çox hallarda diqqəti əşyanın özünə deyil, söz
reallığına yönəldir, bununla da gerçək koqnitiv və linqvistik maneələr
yaradır. Beləliklə, sinonim, eyni və yaxın mənalılıq ehtiyatları yalnız
bütövləşdirməyə, əhatəliliyə, tamlaşdırmaya, digər tərəfdən də
detallaşdırma və dəqiqləşdirməyə xidmət etmir, həm də düzgün və
sahmanlı istifadə olunmadıqda lüzumsuz olaraq anlayışın, obyektin
xırdalanmasına, qlobal qavrayış prosesində bütövlük təəssüratının
azalmasına, zəifləməsinə və ya tamamilə itirilməsinə səbəb olur. Bu onunla
bağlıdır ki, sinonimlər dildə ən müxtəlif nominativ və üslubi-praqmatik
funksiyaları yerinə yetirir: Sinonimlər – dəqiqləşdirir; sinonimlər –
176
anlayışa, predmet və hadisələrə, digər dil işarələrinə insanın müxtəlif
intellektual və emosional təxribatlarını üzə çıxarır; sinonimlər – fikri,
obyekt haqqındakı təəssüratı qüvvətləndirir, neytrallıqdan çıxarır;
sinonimlər fikir və hisslərin variativ, rəngarəng ifadəsini təmin edir;
sinonimlər – aydınlaşdırır, şərh edir; sinonimlər – müxtəlif sememləri –
leksik-semantik variantları qarşılaşdırmaq, özündə ehtiva etməklə
kontraslıq düşüncəsi, təzadlıq yaradır; sinonimlər – müxtəlif mövqe və
münasibətləri yumşaltmaq, meliorativləşdirmək, bəzən arzuolunmaz
məqamları, detalları yayındırmaq, gizlətmək işini görür; sinonimlər – nəzər
nöqtəsini, hədəfləri dəyişməklə görüş bucağını da dəyişir, dil istifadəçisinin
subyektiv mövqeyinin, praqmatik gözləyiş və maraqlarının ruporuna
çevrilir, eyni zamanda tərəf mənsubiyyətini, siyasi-ideoloji dünyagörüşünü
“qeydə alır” və s. Subyektiv fikir və münasibət isə adətən yanlışlıq, aldanış
və yalanla müşayiət olunur, predmetlə, fikir obyekti ilə dil işarəsi
arasındakı qayçını getdikcə daha da genişləndirir. Kim qəsdən, bilərəkdən,
əvvəlcədən hadisəni, faktı təhrif edərək “Bu mənim subyektiv
mövqeyimdir” deyə heç nə olmamış kimi arxayınca danışırsa, bilin ki,
yalan danışır. Nə deyirsə yalan deyir. İşarə - predmeti, hadisəni tam
adekvat ifadə edə bilmirsə, birbaşa informasiyadan yayınan saysız-
hesabsız, doğrudur, konkret vəziyyətdə dərketmə prosesində o qədər də
aktual olmayan informasiya itkisi baş verirsə, bir neçə müştərək, yaxud
əlavə, bəzən qeyri-müəyyən sayda, qeyri-mütənasib ölçüdə işarənin cəlb
olunmasının risk və fəsadlarını təsəvvür etmək çətin deyildir.
Dilin qurulma, sazlanma mexanizmləri bunu deməyə əsas verir ki,
sinonimlər dil səviyyəsində qeyri-səlis linqvistik çoxluqların, ümumən
yayılanlıq düşüncəsinin ilkin-maddi əsaslarını təşkil edir. Bütün dillərdə
“insan” (der Mensch), “üz” (das Gesicht), “kişi” (der Mann), “qadın” (die
Frau), “gözəl” (schön), “təmiz” (sauber, rein), “çirkin” (häßlich), “kök”
(dick), “arıq” (mager), “dünya” (die Welt), “ölmək” (sterben), “evlənmək”
(heiraten), “yemək” (essen), “ağıllı” (klug), “isti” (warm), “soyuq” (kalt),
“böyük” (groß), “kiçik” (klein), “bic” (listig), “göy” (der Himmel), “baş”
(der Kopf), “getmək” (gehen), “şən” (froh), “səmimi” (freundlich)
sözlərinin çoxlu sinonim variantları mövcuddur. geschehen – sich ereignen
– sich abspielen – sich zutragen – passieren (baş vermək), sich ansehen –
177
sich anschauen – sich angucken (baxmaq, tamaşa etmək), Kleidung –
Gewand (paltar, libas), verscheiden – verbleichen – krepieren – verrecken –
abkratzen (ölmək, dünyadan getmək), gehen – sich schleppen – trippeln
(getmək), essen – fressen – speisen (yemək), Falter – Schmetterling
(kəpənək), Leu – Löwe (şir), Adler – Aar (qartal), verstehen – begreifen –
kapieren (başa düşmək, anlamaq), qəm – qüssə – kədər, dünya – cahan –
aləm kimi sinonimlər vahid məntiqi-əşyavi, denotativ əsasda birləşsə də,
onlardan hər birinin öz əlavə, spesifik mənaları, funksional, normativ-
üslubi və ekspressiv çalarlıqları, özünə məxsus işlənmə məqamları da
vardır. Hələ mən daim leksik-semantik sistemi dağıdan, təftiş edən
praqmatik mənaları demirəm. Əgər bir adam eyni işi mənim, mənim
dövlətimin xeyrinə görürsə, “kəşfiyyatçı”, mənim, mənim dövlətimin
əleyhinə işləyirsə, onun ziyanına bais olursa “şpion” (casus) adlandırılır.
Biri üçün “partizan”, “azadlıq mübarizi” (Freiheitskämpfer), “qisasçı”,
“fədai olan”, başqa birisi üçün “quldur”, “cinayətkar”, “separatçı”,
“duşman”, “narkoman” olur. Xüsusilə ideoloji arxafon, tendensiyaçılıq,
partiyalılıq olduqda söz öz mənasını, anlamını diametral surətdə dəyişmək,
hətta öz əksinə çevrilmək gücü kəsb edir, bəzən tamamilə başqalaşır,
bütövlüyünü, tamlığını xeyli dərəcədə itirir. İdeologiya, təmayülçülük,
partiyalılıq, “hər zaman əbədi olan” mafiya, tərəfkirlik olan yerdə mütləq
yalan və aldanış və aldadılmaq təhlükəsi də var. Dil kosmopolitizmi də var.
Məsələn, Karl Marks kimi bir dahi ideologiyanın, məfkurənin, heç vaxt
çoxmənalılıği çərçivəsindən çıxa bilmədiyi “proletar həqiqətinin” şərinə və
ətalətinə uyaraq (və aldanaraq!) əsərlərinin birində iddia edir ki, burjua
cəmiyyəti həkimi, hüquqşünası, keşişi, şairi, elm adamını muzdlu fəhlələrə
çevirib. Halbuki məsələnin belə qoyulması daha doğru olardı ki, kütləvi
işsizlər cəmiyyətindən fərqli olaraq yamanlanan, lənətlənən burjua
cəmiyyəti, kapitalizm həmin adamlara iş təklif edir, onların həyatının,
mövcudluğunun təminatçısı kimi çıxış edir. Başqa bir dahi – “proletariatın
sevimli rəhbəri” Vladimir İliç Lenin belə bir çox dəqiq tezis irəli sürür ki,
burjua anlayışlar sistemində hər bir söz burjuaziyanın mənafeyinə
uyğunlaşdırılır. Heç bir əsr keçməmiş dahi rəhbərin üzünə ağ olmaq fürsət
və cəsarətindən yararlanaraq həmin fikri belə təshih etmək olar: Hər bir
söz, hər bir şəkilçi, formant, hər bir yeni cəmiyyətin, “suveren dövlətin”
178
anlayışlar sisteminə, maraq və mənafelərinə (xüsusilə totalitar və avtoritar
rejimlərdə) tabe etdirilir. Böyük şair Bertold Brext, görünür, kapitalist
Almaniyasını nəzərdə tutaraq bunlardan da böyük bir ədalətsizliyə və
yanlışlığa yol verir. O, istismar olunan əməkçi insana – fəhləyə münasibəti
belə dəyərləndirir: “Cəmiyyət əzab çəkən insanı, muzdlu fəhləni
(Lohnsklave) sonda həkimin yanına gətirir ki, onu “təmir” etsin.” Qeyd
etmək lazımdır ki, haqqında bəhs olunan ideoloji yalan və aldanışların
gerçəkləşməsində nisbi sinonim çoxluqların, müvazi adlandırmalar və
onların davamı olan perifrastik formaların özünəməxsus mənfi rolu var.
Əlbəttə, burada söhbət siyasi diskursdan gedir. (Fərdi maraq və ehtiraslar
önə keçdikdə, aparıcı, təyinedici motivə çevrildikdə insanlar daha böyük
yalanlara hazır olurlar). Avqust hadisələri zamanı Gürcüstan – Cənubi
Asetiya sərhəddində gürcü polsinin rus əsgərləri tərəfindən atəşə tutulması
ilə əlaqədar mətbuat konfransında müxbirin sualına cavab olaraq Rusiya
prezidenti dedi: “Gürcü polisi rus əsgərləri tərəfindən deyil, sülhməramlı
qüvvələr tərəfindən atəşə tutulmuşdir”. Həmin ərazidə isə yalnız rus mavi
dəbilqəliləri keşik çəkir, asayişi rus sülhməramlı qüvələri qoruyurdu... Bir
qədər irəli gedərək qeyd edək ki, praqmatik semantika mənalar ümumən
söz mənalarının ifrat yayğınlığının əsas mənbələrindən biri kimi özünü
göstərir.
İstər bütöv söz sahəsi daxilində, istərsə də eyni-ortaq sememə
(leksik-semantik varianta) malik olan sinonim cərgələrində semantik-
assosiativ əlaqələnmə, qrammatik-üslubi şüalanma müxtəlif yayılanlıq
məsafələri qət edir. Əlbəttə, tematik qrup, bütöv leksik-semantik sahə,
qavrayış blokları, təsəvvür dairələri çərçivəsində yayılma, keçmə və
daxiletmə daha geniş miqyaslar alır. Təkcə tam-mütləq sinonim adlanan
leksik vahidlərdə bu yayılanlıq-yayğınlıq donmuş, dondurulmuş, sona, son
nöqtəyə çatmış olur. Xüsusilə dəqiq antonimlərə, birmənalı əks-müqabillərə
malik olan sözlərdə yayılanlıq, qeyri-səlistlik həndəsi silsilə ilə artır, bütöv,
bir-birinə ilk baxışda əks sahələr üz-üzə gəlir. Dil işarəsi, çoxluqlar məntiqi
semantik nisbiliklər, təxminiliklər çərçivəsində öz hərəkətini müxtəlif
istiqamətlərdə davam etdirir. Bu cəhətdən antonimlərə ümumi-ortaq dil-
ifadə yaradıcılığının davamı kimi yanaşmaq olar. Antonim sözlər eyni
qiymətləndirmə meyarının müxtəlif, doğrudur, hüdudlanmış dərəcələrini
179
əks etdirir, vahid linqvistik dəyişənin hüdudlarından kənara çıxmır.
Məsələyə qeyri-səlis məntiqlə yanaşdıqda aydın olur ki, antonimlər deyilən
sadə söz qurupları, ənənəvi mənada tamamilə əks mənalı sözlər vahid
linqvistik dəyişənin qiymətlər çoxluğunda son hədlər deyil, bu dəyişənin
term çoxluğunda, qiymətlər sistemində ilkin hədlər, keçid nöqtəsinin
başlanğıcı kimi çıxış edir. (Bax: N. Hüseynli, 255) Antonimlər biliyin,
məlumatın qəti sərhədlərini deyil, keçid nöqtəsinin sərhədlərini ayırır.
Təbiidir ki, antonim sözlərin dildə sinonimliyin müvazi adlandırma
yaradıcılığının davamı olması fikri heç də onların sinonim cərgələrinə daxil
olması, “sinonimlərin sinonim”i olması anlamına gəlmir. Qeyd edildiyi
kimi, antonimlər qeyri-səlis çoxluqlar sisteminə daxil olur ki, sistemdə də
həmin semantik qrupların hər ikisi, hər iki qütb ilkin termlər, qiymətlər,
vahid linqvistik dəyişənin dərəcələri kimi çıxış edir. Məsələn, əslində “dəli”
də elə ağıllıdır, xeyli dərəcədə, ən azı müəyyən dərəcədə ağıllı adamdır,
sadəcə olaraq ümuminin, “biz ağıllıların”, konkret cəmiyyət və insanların
müəyyənləşdirdiyi “ağıl”, ağıllı olmaq normativlərinə tam və ya qismən
uyğun gəlməyən adamdır. “Maraqsız” roman da az da olsa maraqlıdır,
kimlər üçünsə maraq, əhəmiyyət kəsb edir, kimlər tərəfindənsə maraqla
qarşılanır, təqdir olunur. Bu qısa və uzun ömrümüzdə nə qədər “maraqsız”
kitablar yazıb “maraqlı” adlar, təltiflər, təqaüdlər alanlar gördük! Sovet
dövründə nə qədər zəmanəsini, əsrini qabaqlayan böyük fikir
bahadırlarının, elm və sənət adamlarının “dəli” adı ilə psixi xəstəxanalara,
“islah” döşərgələrinə doldurulduğunun, təcrid edildiyinin şahidi olduq. Bu
gün heç kəs, hətta ən dahi tənqidçi də son vaxtlar çap olunan, çox nəfis
şəkildə, insafsızcasına nəfis şəkildə çap olunan kitabın “tamamilə Dostları ilə paylaş: |