Sərxan Abdullayev



Yüklə 4.35 Mb.
PDF просмотр
səhifə1/45
tarix09.03.2017
ölçüsü4.35 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   45

 

 

 



Sərxan Abdullayev 

 

 

 

 

 

 

Qeyri-səlis dilçilik təcrübəsi 

 

 

 

 

 

Azərbaycan Resbublikası Milli Elmlər Akademiyasinin Elmi 

İnnovasiyalar Mərkəzində 0321 AZ 0496 inventar nömrəsi ilə Dövlət 

qeydiyyatina alinmiş və çapa məsləhət görülmüşdür. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2013 

 

 



 

 

 



 

 

 



2

 

Elmi redaktor: fil.e.d., professor D. Yunusov 



          Rəyçilər: fil.e.d., professor F. Zeynalov 

                          dos. M. Məmmədov 

 

Sərxan Abdullayev. Qeyri-səlis dilçilik təcrübəsi. 



Bakı-2013 

 

Kitab bu vaxta qədər örənilməmiş bir sahəyə  - qeyri-səlis dilçilik 



problemlərinin araşdırılmasına həsr edilmişdir. Müəllif müxtəlif sistemli 

dillərin materialı  aəsasnda qeyri aşkar dil və dilçilik nəzəriyyəsini 

əsaslandırmağa, onun başlıca müddəalarını ifadə etməyə çalışır. Ümumən 

dil vasitələrinin koqnitiv, semantik-praqmatik və funksional-üslubi 

perspektivləri geniş  təhlilə  cəlb olunur. Əsərin diqqətəlayiq cəhətlərindən 

biri budur ki, müəllif qeyri-səlis çoxluqlar kimi nəzərdən keçirilən 

linquistik qiymətlərin ierarxik əlaqələrini müəyyənləşdirir, yayılanlığın 

səviyyələrini, qeyri - aşkarlığın intensivlik dərəcələrinin tənzimlənməsi 

mexanizmlərini açib göstərir. S. Abdullayevin orijinal fikir və mülahizələri, 

sərrast müşahidələri, dil-ünsiyyət faktlarına həssas, bəzən gözlənilməz, 

qeyri-adi, qeyri-standart münasibəti dərhal oxucuların diqqətini özünə calb 

edir. Monqrafiyada elmi təhkiyənin, üslubun bir qədər ağırlığı, bəzi 

mühakimələrin dərhal və tam aydın üzvləndirilə bilməməsi faktı da yəqin 

ki, oxucuların nəzər-diqqətindən yayınmayacaq. Oxucular, xüsusilə  əsl 

intellektuallar onun yaratdığı yeni bir janrın – linqvistik publisistikanın 

elementlərini də görüb tanıyacaq və bəyənəcəklər. 

Kitab analitik fəlsəfə, linquistik psixologiya, sosiolinquistika, mətn 

dilçiliyi, praqmatika, linquistk politologiya, üslubittat və s. kimi elm-bilik 

sahələri ilə maraqlanan oxucular, mütəxəssislər üçün faydalı  mənbə ola 

bilər. 


 

 

4602000000                                                      © S. Abdullayev 

N098-2013 

 


 

 

 



3

 

Mündəricat 

 

Giriş (Gizli-aşkar dil)..........................................................................5 



 

I FƏSİL 


Çoxmənalılığın yalanı və ya dilin min-bir dili..................................48 

 

II FƏSİL 



Omonim aldanışları müxtəlif şeyləri eyni cür adlandırma çoxluqları         

kimi...................................................................................................88 

 

III FƏSİL 



Siyası diskursda omonim işləmələr haqqında................................138 

 

IV FƏSİL 



Sinonim çoxluqları və ya eyni şeyləri müxtəlif cür adlandırmanın  

yalanı...............................................................................................171 

 

V FƏSİL 


Təkrar qiymətləndirmə çoxluqları: dəyişən yayılanlıq hədləri.......245 

 

VI FƏSİL 



Qeyri-səlis çoxluqların ierarxiyası: yayılanlığın hüdudları.............344 

 

VII FƏSİL 



Linqvstik qiymətləndirmənin səviyyələri: artan yayılanlıq hədləri 

.........................................................................................................424 

 

VIII FƏSİL 



Metafora şəkilləri – obrazlı – assosiativ çoxluqlar kimi.................504 

 

İstifadə olunmuş ədəbiyyat…………………………..……………593 



 

 

 

 



4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



5

Giriş 

 (Gizli - aşkar dil) 

Məlumdur ki, predmet və hadisələri səlis adekvat adlandıra bilməyən 

dil işarələrində  aşkar bir ümumilik, qeyri-müəyyənlik və yayğınlıq ifadə 

olunur. Burada daim iki meyl – bütün dil – nitq sistemini əhatə edən, bir-

biri ilə mübarizə aparan iki qüvvə, iki gərginlik xətti bir-birinə qarışır. Bu 

harmoniya və ziddiyyət sanki insanın təbbii-bioloji enerjisinin davamı 

olaraq bir-birini tamamlayır və genişləndirir. Dil işarələri bir tərəfdən  

qeyri-müəyyənliyi, ümumilik və mücərrədliyi dayandırmağa, digər tərəfdən 

də,  əksinə, həmin  əlamətləri , əslində qüsurları mühafizə etməyə, hətta 

gücləndirməyə, adlandırılanın,  işarələnənin sərbəstliyini, “azadlığını” 

stimullaşdırmağa can atır. Linquistik işarələr həm gerçəkdən, gerçəklikdən 

geri qalır, həm də adlandırılandan, situasiyadan önə keçir, öz reallıq və 

illuziyalarını formalaşdırır, duyğu orqanlarının verdiyi informasiyaları 

özünəməxsus  şəkildə  dəyişdirir, transformasiya edir. Adlandıranın özünü 

aşmaq, özünü doğurmaq, neytrallaşdırmaq, subyektiv münasibət və 

meyllərdən asılı olaraq fəal, operativ şəkildə  dəyişib situasiyaya 

uyğunlaşmaq, nəhəng bioloji-energetik güc, yaradıcı başlanğıc kəsb etmək 

xisləti sözün semantik qruplaşmalarında, metafora və perifraz formalarında 

özünün pik həddinə, kulminasiya nöqtəsinə çatır. Ayrı-ayri ritorik fiqurlar, 

mürəkkəb işarələr kimi çıxış edən üslubi əməliyyatlar fəal emosional 

qavrayışın, geniş  mənada dərketmənin həm dayaqları, həm də 

reallaşdırıcıları kimi çıxış edir, məzmun, ideya törədicilərinə  və 

ötürücülərinə çevrilir. Ayrılıqda götürülmüş  hər bir dil işarəsi, bütövlükdə 

dil sistemini yaradan bütün dil işarələri hamısı birlikdə, bir yerdə - istər 

indeks və ya ikonika olsun, istərsə  də simvollar, rəmzlər olsun – dünyanı 

dərk etməyə yönəlmiş konkret dil orqanizminin canlı hüceyrələri, işarə 

seqmentlərinin müxtəlif  əlaqə  və kombinasiyaları isə  həndəsi silsilə ilə 

toxumalarda durmadan artıb çoxalan hüceyrə kompleksləri məqamındadır. 

Qeyri-səlis çoxluqlar  və qeyri-səlis məntiq nəzəriyyəsi müəyyənliklə 

qeyri-müəyyənliyin, konkretliklə mücərrədliyin, keçici ilə daimimnin, 

sabitliklə  dəyişkənliyin, məlum olanla hələ  məlum olmayanın və ya 

olmayanların, gerçəkliklə fantastikanın  əlaqə  və keçidlərini öyrənmək, 

araşdırmaq üçün geniş imkanlar, perspektivlər açır. Həmin nəzəriyyələr 


 

 

 



6

bizim dərketmə imkanlarımızın genişliyini, əsil həqiqətdə nəhayətsizliyini, 

hüdudsuzluğunu, eyni zamanda dayanıqsızlığını, nihilizmini açıb göstərir. 

Məhz dil işarəsinin təxmini, qeyri-səlis və mücərrəd olmasının, 

natamamlığının nəticəsidir ki, insanın sərbəst, bəzən həqiqətdən, həqiqi 

vəziyyətdən geri qalan, bəzən isə onu üstələyən, predmet və hadisələrin 

mahiyyətindən uzaqlaşan ifrat sərbəst mühakimələri, təklifləri üçün 

linquistik 

əsaslar, mexanizmlər formalaşır. Qeyri-səlis məntiq 

nəzəriyyəsinin yaradıcısı Z. Zadəyə görə insan təfəkkürünün elementləri 

olan fikirlərimiz, mühakimələrimiz, düşüncələrimiz, təəssürat və 

baxışlarımız son nəticədə qeyri-səlislik, qeyri-dəqiqlik xassəsinə malikdir. 

Və bu cəhət fikirlərimizi, mental fəaliyyətimizi, onsuz da qeyri-səlis olan 

təfəkkürümüzü irəli aparır və stimullaşdırır. Deməli, söz-primitivlərin 

qeyri-dəqiqliyi, qeyri-adekvatlığı  və yayılanlığı fikirlərimizin, düşüncə  və 

ehtimallarımızın nisbiliyini, qeyri-səlisliyini  şərtləndirən  əsas amil rolunu 

oynayır. Mübaligəsiz demək olar ki, dəqiqlik, sərt hədd , hüdud qavrayışı 

insan düçüncəsinin məhdudlaşmasına, bunun əksi isə onun genişlənməsinə, 

şaxələnməsinə  və böyüməsinə, sərbəstliyin, kreativ başlanğıcın 

güclənməsinə gətirib çıxarır.  

Torpaq hər  şeyi götürdüyü kimi, mənəviyyatımızın, mövcudluq və 

birgəyaşayışımızın torpağı olan dil də sanki kortəbii olaraq hər tərəfə axır, 

kefli  əlində silah kimi haraya, necə atəş açdığını bilmir. Dil işarələrinin 

natamamlığı, qeyri-mükəmməllik və naqisliyi, axıcılığı imkan yaradır ki, 

məsələn, işğalçı dövlətin başçısı həqiqəti, gerçək məqsədləri bu sayaq təhrif 

etsin, insanları  əsl mətləbdən yayındıra bilsin: “Fələstin torpaqlarında 

yəhudi yaşayış  məskənlərinin salınması Israil-Fələstin münaqişəsində əsas 

məsələ deyildir.” Yalanın tarixi dil yalanlarının tarixi qədərdir. İnkvizisiya 

dövründə katolik kilsəsi tərəfindən minlərlə, on minlərlə günahsız 

insanların qətlə yetirilməsi sadəcə olaraq “ruhun insan bədənindən azad 

edilməsi” kimi təfsir edilirdi. Məhz dil işarələrinin yayılanlığı, 

ələkeçməzliyi 4 il ərzində 3 milyon insanı  qətlə yetirən Pol Pota imkan 

verirdi ki, öz misli görünməmiş cinayətlərini “Mən hər  şeyi xalqımın 

mənafeyi naminə etmişəm”  şəklində ifadə edə bilsin və canını qurtarsın. 

Görünür, dil vasitələrinin yayılanlığı, qeyri-aşkarlığı siyasi və dini 

diskurslarda (zahiri, institusional dini ünsiyyət sferasında) olduğu qədər heç 



 

 

 



7

yerdə belə təhlükəli hədlər kəsb etmir. Təsadüfi deyildir ki, bu gün verbal 

ünsiyyətin getdikcə daha artıq dərəcədə öz əhəmiyyətini itirməsi haqqında 

səslər eşidilir. “Ərəb baharının” və  “ərəb qışının” da, “Amerika 

demokratiyasının” da İraq və  Əfqanıstan xalqına gətirdiyi “azadlığın” 

nədən, nələrdən ibarət olması  hələ bilinmir. Fransızlar  Əlcəsairdə davam 

edən 132 illik görünməmiş müstəmləkə zülmünü sadəcə olaraq “qəddar” və 

“amansız”, mənsub olduğu dövləti, ümumi Vətəni müdafiə etmək əvəzinə 

işğalçıların tərəfinə keçən  əlisilahlı ermənilərin rəsmi dövlət fərmanı ilə 

ölkənin başqa ərazilərinə köçürülməsini isə “genosid” adlandırır. “Qəddar” 

və “amansız” sözlərinin məna və anlamları isə nəinki tamamilə, heç qismən 

də aydınlaşmır, onlar ən ifrat, aşırı həddən tutmuş mötədil, mülayim həddə 

qədər yayılır. Həmin yayılan, yayğınlaşan semantika yalnız  əlaqəli mətn 

bütövlüklərində, situasiyada nisbətən dürüstləşib aşkarlanır, lakin belə 

əslində mücərrədlikdən, ümumilikdən tam xilas ola, təmizlənə bilməyən 

linquistik qiymətlər də hamı  tərəfindən birmənalı  dərk olunub 

dəyərləndirilə, “ölçülə” bilmir. Yəhudi baş nazir fələstin ərazisində salınan 

yaşayış məskənlərinin “bütün İsrail vətəndaşları” üçün nəzərdə tutulduğunu 

deyir, deyə bilir. “Mən səni sevirəm” universal yalanında isə kimin gerçək 

olaraq nə dediyi, nə demək istədiyi heç vaxt sonadək aydınlaşmır. Kimin nə 

dediyi, nə vaxt dediyi, nə məqsədlə dediyi məlum olmur. 

Insanın düşünüb tapdığı, kəşf etdiyi işarə sistemlərindən heç biri

məsələn, seçki manipulyasiyasını Amerika presidenti Linkolnun “Xalq 

üçün, xalq naminə  və xalqın rifahı üçün” dil formasi şəklində ifadə edə 

bilməz. Bəlkə də doğru olan bu tezis Hitlerin və Stalinin də, Mussolini və 

Frankonun da, əsil demokratların da, müasir “təkmilləşmiş” diktatorların da 

dilində eyni dərəcədə doğru və  əsaslandırılmış görünür. Dil işarəsi bəzən 

sanki öz real zəminini tamamilə  tərk edərək reaktiv sürət və yüksəklik 

götürür, öz hələ tam müəyyənləşməmiş mücərrəd - saxta həqiqətindən 

uzaqlara istiqamət alır, görünməz, qavranılmaz bir axına dönüşur. Diqqətlə 

fikir versək görərik ki, Suriya xalqının  əsarətinə, Suriya dövlətinin 

parçalanmasına yönəlmiş dil işarələrinin həqiqəti ifadə etmə  və onu 

gizlətmə potensialı eyni və ya çox yaxın naqislik potensialına malikdir. 

Bunun müqabilində  və fonunda təsir və özünüifadə funksiyası vüsət kəsb 

edir. “Azad Suriya ordusu” da bunun kimi. Bu yaxınlarda öz xalqına qarşı 


 

 

 



8

əsl soyqırım siyasəti yeridən Bəşər  Əsəd xalqı “düşmənə” qarşı amansız 

mübarizəyə  səsləyərək Hələb uğrunda gedən döyüşləri “tarixi savaş” 

adlandırdı. “Xalq”, “düşmən”, “terrorçu”, “satqın” kimi sürüşkən,  əslində 

asemantik sözlər fürsət yaradır ki, Ermənistan presidenti dil işarələrinin 

qeyri - mükəmməlliyindən, kosmopolitizmindən istifadə edərək Rusiyanı 

“Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı” adlandırsın. Təhlükəni 

təhlükəsizlik kimi təqdim etsin. Azərbaycan torpaqlarının işgal altında 

saxlanmasını, qaçqınların öz yurdlarına qayıda bilməməsini, bu vəziyyətin 

saxlanmasını, saxlanılmaq imkanını “təhlükəsizlik” kimi təfsir etsin. Dil –

obrazlardan belə  sərbəst,  şantajçı istifadəni asanlıqla  şəkil-rəng 

kombinasiyaları ilə müqayisə etmək olar. Siyasətçilər heç bir məsuliyyət

qorxu hiss etmədən, ifşa olunmaqdan çəkinmədən dil işarələrindən bu 

sayaq sərbəst, rahat istifadə edə bilir. Bir diplomat türkləri hədələyir ki, 

“əgər protokollar imzalanmasa, konqresdə yenidən “erməni genosidi” 

məsələsi qaldırılacaq.” Deməli, söhbət həqiqətdən deyil, həqiqətə, faktlara 

münasibətdən, qiymətləndirmədən gedir. Bu baxımdan linquistik qiymətləri 

dəqiq müəyyənləşdirilə bilməyən dil işarələrinin aşkar 

müqavimətsizliyindən, dayanıqsızlığından, dəyişkənliyindən və qeyri-

sabitliyindən söhbət gedə bilər. Yuxarıdakı  mətnlərdə  işlənən “xalq”, 

“azad” kimi yayğın linquistik qiymətlər təkcə aid olduqları  məfhum 

sahəsindəki element-çoxluqlarla deyil, digər qonşu və yaxın söz və məfhum 

blokları ilə  də  fəal assosiativ əlaqəyə girərək, onlar arasındakı aralıq 

zonaları da hərəkətə  gətirərək, fəallaşdıraraq geniş semantik-praqmatik 

şüalanmalar, çalarlıqlar doğurur, öz ətrafında bir-birini təqib, təsdiq və 

təkzib edən xeyli sayda qeyri-səlis çoxluqlar sırası toplayır. Burada bir 

struktur uyarlığı təsbit etmək lazım gəlir ki, ilkin termlər, linquistik qiymət 

çoxluqları, sonra isə detallaşdırmalar,  şərti-nisbi mənada təyin və 

aidetmələr, konkretləşdirmə və fərqləndirmələr başlayır. Bu baxımdan ilkin 

termlərin daha çox qeyri-dəqiq, ümumi - yayğın və mücərrəd, universal 

xarakterli olduğunu söyləmək olar. Biz sistem əmələ  gətirən qeyri-səlis 

çoxluq sıralarina sahə kimi yanaşsaq, ilkin-başlanğıc termləri sahənin 

mərkəzi konstituentləri,  ən müntəzəm və  işlək sinonim çoxluqlarını isə 

mərkəz ətrafında qruplaşan nüvə qatı kimi xarakterizə edə bilərik. Törəmə-

struktur çoxluqları – başlayıcı  və inkar dəyişdiricilərlə yaranan qiymət 


 

 

 



9

çoxluqlarını sahənin periferiyası – ucqarı kimi qiymətləndirmək olar. Bütün 

bu ifadə vasitələri bir ierarxik sistemdə birləşir, bir-birini tamamlayır, 

şərtləndirir və  dəqiqləşdirir. Məsələn, qeyri-səlis çoxluqlar nəzəriyyəsində 

klassik nümunə kimi qəbul edilən “doğru-yalan” termlərini qeyri-səlislik 

sahəsinin mərkəzi fiqurları, “həqiqi”,”gerçək”, “düzgün”, “yalan”, “qeyri-

həqiqi” vəs.kimi qiymət çoxluqlarını, sinonim variantlarını isə sahənin 

nüvə komponentləri kimi almaq olar. “Gözəl” və ”çirkin” termləri 

“gözəllik” sahəsinin mərkəzini, “qəşəng”, “yaraşıqlı”, “əla”, “füsünkar” 

kimi sinonim çoxluqları isə sahənin nüvə fiqurlarını  əmələ  gətirir. Onlar 

eyni zamanda törəmə linquistik qiymətlər, “zahiri gözəllik” dəyişəninin 

müxtəlif hədlərini,  əlaqə  və keçidlərini ayırmağa, detallaşdırmağa imkan 

versə  də, bu sferadakı linquistik qiymətləri tam üzvləndirmək, dəqiq 

seqmentlərə ayırmaq tam mümkün olmur.  

Bəs dil işarələrinin ixtiyariliyi və motivliyi ilə onların səlisli / qeyri-

səlisliyi arasında bir asılılıq, ardıcıllıq tapmaq mümkündürmü? Elə bir 

asılılıq və ardıcıllıq ki, ümumilikdə sistem daxilində dil işarələrinin 

yayılanlığının səviyyələrindən danışmaq mümkün olsun. Düşünmək olar ki, 

predmet və hadisələrlə ilkin-informativ əlaqələrdən məhrum olan işarələrdə 

mücərrədlik, qeyri-səlislik labüd olaraq daha güclü, daha bariz şəkildə 

özünü göstərməlidir.  Əksinə, belə  əlaqələrin, forma-məzmun baglılığının 

mövcud olduğu dil işarələrində yayılanlıq, qeyri-səlislik şərti-nisbi mənada 

zəifləyir, səlislik, dəqiqlik xeyli dərəcədə güclənir. Başqa sözlə, birinci 

işarə blokunda səlislik imkanı azalır, ikinci blok işarələrdə isə, əksinə, artır, 

çoxalır. Bu baxımdan Pirsin simvolik işarələr kimi müəyyənləşdirdiyi dil 

işarələrini qeyri-səlis dil və dilçilik nöqteyi-nəzərindən birinci sıra 

yayılnalıq işarələri, simptom və ikonları-kopiyaları isə ikinci – daha aşağı 

yayılanlıq səviyyəsi kimi qiymətləndirmək olar. Əslində dil işarələrini iki 

böyük təsnifat sırası kimi təyin etmək, fərqləndirmək daha 

doğrudur:harmonik işarələr, qeyri-harmonik işarələr. Motivli işarələr 

harmonik sıranı, motivsiz, sırf ixtiyari işarələr isə qeyri-harmonik işarələr 

sırasını yaradır. Beləliklə, qeyri-səlis dilçilik baxımından dili iki tip 

işarələrin – yayılanlığın, işarə-denotat məsafəsinin daha böyük olduğu 

qeyri-harmonik və  həmin məsafənin kiçildiyi, minimallaşdığı harmonik 

işarələrin məcmusu kimi təsəvvür etmək olar. Bu bölgü əslində dil 


 

 

 



10

işarələrinin klassik təsnifatı, təfsir və qiymətləndirilməsi ilə  də heç bir 

ziddiyyət təşkil etmir. Indekslər (simptomlar) və ikonika reallıqla, gerçək 

dünya ilə, başlıcası isə konkret denotatların qavranılması ilə bir 

həmahənglik, mütənasiblik, bütövlük və tamlıq təşkil edir. Digər tərəfdən, 

məsələyə ümumi-abstrakt sistem əlaqələrindən alınmış, qoparılmış 

yanaşmada simvolika, simvolik işarələr bizi sanki reallıq üzərinə tamamilə 

enməyə qoymur, dərketmə, mənimsəmə  məsafəsini xeyli dərəcədə artırır, 

bir adlandırma – işarə qaycısı yaradır. Belə çıxır ki, qeyri-harmonik, qeyri-

mütənasib,  şəffaf olmayan işarələrdə mücərrədləşmə, yayğınlaşma və 

uzaqlaşma, ümumilik və qeyri-müəyyənlik daha güclü olur, konkret 

denotatdan sapma, yayınma baş verir, birbaşa, direkt assosiasiya zəifləyir. 

Bunu da düşünmək olar ki, simvolika, ixtiyari işarələr mücərrədləşmənin, 

dilin inkişaf və  təkmilləşməsinin, sazlaşmasının daha sonrakı 

mərhələlərində meydana gəlmiş, dilin inkişafının ilkin çağlarında harmonik 

işarələr üstünlük təşkil etmiş, leksik sistem istisnasız olaraq 

motivləşmələrdən, təkrar və yamsılamalardan ibarət olmuşdur. Ilkin, doğal 

yanaşmada qeyri-harmonik işarələr daha rasional, harmonik işarələr isə 

daha emosionaldır – demək olar. Elə təsəvvür yaranır ki, işarə-simvolika dil 

materiyasının, səs substansiyasının, sözün geniş  mənasında formanın 

müstəqilləşməsi, sərbəstləşməsi sayəsində öz sabitlik və dayanıqlığını 

saxlayır, harmonik işarələrin denotata, obyekt və hadisələrə  təhkimliyi, 

bağlılığı isə onların özünə yaxın məsafə və orbitdə qalması ilə nəticələnir. 

Burada qavrayışın tutum və  əhatəsinin daha geniş müstəviyə daxil olmaq 

imkanından danışmaq olar. Bütövlükdə  işarənin obyektə yaxınlaşması, bir 

sıra hallarda onlarla eyniləşməsi, birləşməsi prosesi baş verir. Əlbəttə, son 

nəticədə    hər  şeyi konkret semantik-assosiativ qavrayış, danışanın 

subyektiv meyl və maraqları həll edir, işarə-obrazlar öz hüdudlarını aşmaq 

gücü və  səlahiyyəti kəsb edir, semantik çərçivələri, semiotik invariantlığı 

dağıtmaq, qırmaq imkanı qazanır. Nəzərər almalıyıq ki, danışanla (yazanla) 

dil işarəsi arasındakı münasibət və  təmaslar, işarə resurslarından istifadə 

mətndən mətnə, kontekstdən kontekstə  dəyişir, yeni ölçü və  həddlərdə 

tənzim olunur. (S. Abdullayev(4),20). Məlumdur ki, Pirsin bölgüsü 

(indeksal, ikonik və simvolik işarələr) dil işarələri və onlar arasındakı daxili 

əlaqə və asılılıq münasibətlərini, ümumilik və fərqləri heç də bütün  uyarlıq 


 

 

 



11

və ziddiyyətləri ilə  həll etmək iqtidarında deyil. Əslində geniş  mənada 

linquistik motivlik həm harmonik, həm də qeyri-harmonik işarələri 

xarakterizə edə bilər (Müq.et:qoparma, bükmə (idmanda işlənən terminlər), 

al-ver, get-gəl (Kommen und Gehen), boğanaq, fırfıra və s.). Əslində 

konvensiya aktı bütün işarələri motivli işarələrə çevirir. Əsl həqiqiətdə 

“riyakar” sözü heç də “ikiüzlü” sözündən az motivli və intensiv deyil. 

Təəssüf etmək olar ki, dil işarələrinin adekvatlıq / qeyri-adekvatlığı ilə 

omların optimallıq və qeyri-optimallığı arasında mütənasiblik tapmaq 

çətindir. Bu cəhətdən Morrisin  işarələrinin - “sintaktika”, “semantika”, 

“praqmatika” və “siqmatika”sının daha mühüm əhəmiyyət kəsb etdiyini 

söyləmək olar. C. Pirsin bölgüsü isə işarələrin substantional xarakterini önə 

çəkir, mütləqləşdirir.  Əslində isə  dil-işarə materialının substansional və 

funksional fərqlənmələri, keçid və  sərhədlərin qeyri-sabitliyinin başlıca 

səbəblərindən biri də dil işarələrinin yayılanlığı, qeyri-adekvatlığı və qeyri-

dəqiqliyidir. Mühakimələrin, ümumən insan nitqinin qeyri-səlisliyi də 

bununla  əlaqədardır.  Şübhə etməmək olar ki, işarə-kopiyalarda keçicilik 

daha üstün, inikas daha əyani və dayanıqlı, güvənli olur. İşarə kopiyalarda 

nəsə bir irrasionallığın, mifik başlanğıcın güclü olduğunu güman etmək 

olar. Işarənin substansionallığı  və funksionallığı,  şübhəsiz, burada izah 

oluna bilməyən çoxlu suallar doğurur. 

İşarələrin maddi-substansional xarakteri ilə bərabər onların əlaqə  və 

  1   2   3   4   5   6   7   8   9   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə