Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   5   6   7   8   9   10   11   12   ...   45
 

 

 

 

 



138

III FƏSİL

 

Siyasi diskursda omonim işlənmələr haqqında 

 

Omonim işlənmə faktı ictimai-siyasi diskursda, siyasi-ideoloji termin 



yaradıcılığında özünün ən yüksək həddinə çatır, çoxmənalılıqla birləşərək 

yalan və manipulyasiyanın  ən dərin və gizli-mübhəm nöqtələrini, iç 

qatlarını üzə  çıxarır. Biz əvvəlki yazılarımızda Vitqenşteynin məşhur 

“Çoxmənalılıq sözün işlənməsidir” prinsipini qəbul etmişdik. Diqqətlə fikir 

versək görərik ki, siyasi diskursda eyni fonetik quruluşa malik olan söz 

yalnız bir-birilə  əlaqələnən mənaları ifadə etmir, həm də bir-birindən 

tamamilə uzaq, fərqli anlamları bildirir, hətta antonimik işlənmə 

hüdudlarına qədər gedib çıxır. Ümumiyyətlə, omonim işlənmə prinsipini 

qeyri-səmimi nitq davranışının  əsas formalarından biri olan siyasi dilin 

təməl qaydalarından biri hesab etmək olar. Omonim işlənməni siyasi 

diskursun məcazlıq prinsipi kimi də  şərh etmək olar. Dildə bilərəkdən, 

qəsdən yanlış kodlaşdırma və deməli, yanlış  dərketmənin  ən dumanlı, 

qaranlıq nöqtələri, yanılma və yalanların  ən dərin kökləri məhz müxtəlif 

mənaları ifadə edən forma aldanışlarından, müxtəlif məna və anlamların 

eyni səs substansiyasında qovuşmasından, birləşməsindən və 

çarpazlaşmasından qaynaqlanır. Deyilənləri icimai-siyasi anlaşma (daha 

doğrusu, anlaşılmazlıq!) sahəsinin açar istilahlarından olan “müstəqillik”, 

“azadlıq”, “sülh”, “bərabərlik”, “suverenlik”, “inqilab”, “birlik”, 

“həmrəylik”, “müasir/lik”, “demokratiya”, “borc”, “qloballaşma”, “insan 

hüquqları”, “azad iqtisadiyyat”, “dövlətçilik”, “siyasi varislik”, “sabitlik”, 

“seçki” (“ədalətli seçkilər”) və s. dil-ifadə versiyalarında aydın görmək 

olar. Siyasi və linqvistik təcrübə  təkzibedilməz surətdə  təsdiq edir ki, 

müvafiq söz-işarələr çox hallarda öz ilkin-etimoloji mənalarında, 

konvensiyaya rəğmən  əsas - siqnifikativ anlamda işlənmir, bunların 

arxasında bir-birindən tamamilə fərqli, çox uzaq fenomenoloji keyfiyyətlər 

nəzərdə tutulur. Heç  bir funksional üslubda dil işarələrinin aktual 

denotatlara münasibətdə yayılanlığı, gerçəklik üzərindəki üstünlüyü belə 

bariz  şəkildə ifadə olunmur. İctimai-siyasi diskursda bəzən hətta adi 

sözlərdə, total ümumiləşmə ifadə edən “günahsız”  əvəzliklərdə belə dil 

işarələrinin genişlənməsi, mürəkkəbləşməsi, öz-özünü ötməsi prosesi baş 



 

 

 



139

verir.  Əslinə qalsa, omonimləşmə, omonim işlənmə prinsipi dilin başqa 

üslublarında da geniş  təmsil olunur, ictimai-siyasi və publisistika 

üslublarında isə bu təməl prinsipi özünün ən yüksək zirvəsinə, semantik 

nişanlanma həddinə çatır. Virtual reallıqları, qeyri-həqiqətləri ifadə edən 

bədii üslubda dil işarələrinin şərtiliyi və çoxmənalılığı qeyri-müəyyənlik və 

məcazlıqla birləşərək fantastik miqyaslar kəsb edir. Dil sanki ölçüsüz bir 

mexanizm, nəhəng hörümçək toru kimi onu öz içinə alır, daha doğrusu, onu 

öz içində gizlədir, həqiqət və reallıq üzərində öz inhisarını, hakimiyyət və 

iradəsini diqtə edir (İncəsənət,  ədəbiyyat, xüsusilə poeziyanı bütünlüklə 

virtual dünyalara aid edənlər, onları yalan kateqoriyasında birləşdirən 

tədqiqatlar var).  

 “Müstəqillik” və “azadlıq” sözlərini götürək. Sovet ittifaqı 

dağıldıqdan sonra keçmiş sovet respublikalarının bir sıra keçmiş 

kommunist rəhbərləri artıq “müstəqillik” sözünü ilkin-etimoloji mənadan 

çox fərqli bir şəkildə - Kremlin asılılığından xilas olmaq, kommunist 

rejiminin bir sıra sərt, bir çox hallarda həqiqətən böyük çoxluğun iradəsini 

ifadə edən sosialist prinsiplərindən yaxa qurtarıb qeyri-məhdud və 

təkbaşına hakimiyyətə sahib olmaq mənasında işlədirdilər. Müstəqillik 

sadəcə olaraq xalqın azadlığa qovuşması, dövlətin öz daxili və xarici 

siyasətini özü müəyyənləşdirməsi, mövcud maddi və  mənəvi sərvətlərin 

xalqın rifahına yönəldilməsi tələbi deyildi, həmin sərvətlərdən vaxtilə 

mərkəzi hökümətin  əlinə baxan və bu günləri arzulayan, hakimiyyəti 

məhdudlaşdırılan respublika səviyyəli dövlət məmurlarının istədikləri kimi 

mənimsəməsi “azadlığı” idi. “Özəlləşdirmə” sözü də  nəyəsə qanuni yolla 

sahiblənmə, “mənimsəmə” qiymətlərinin tam adekvat ödənilməsi 

prosedurundan çox-çox kənara çıxırdı, kollektiv əməklə yaradılmış dövlət 

və xalq malının talan edilməsi “azadlığını” ifadə edirdi. Bu yolla bütöv 

müəssisələr, iri zavodlar, fabriklər,  əkin sahələri ucuz qiymətlərlə vaxtilə 

şübhəli yollarla varlanmış, Sovet İttifaqı dağıldıqdan sonra məhkəmə 

qarşısında durmalı olan adamların  əlinə keçırdi. “Özəlləşdirmə”, 

“privatizasiya” Rusiya, Belarusiya, Türkmənistan kimi dövlətlərdə “qarət”, 

“poqrom” sözləri ilə sinonimləşmişdi, həmmənalaşmışdı. Bir çox ölkələrdə 

bu qarət və oğurluqlar heç də Almaniyadakı məşhur və məşum       yəhudi 

qarətlərindən kiçik miqyas və amansızlıqla aparılmırdi. Fərq burasında idi 


 

 

 



140

ki, heç kəs öldürülmürdü, təhqir edilmirdi, əksinə, “yeniləşmə” gedirdi, 

islahatlar, müstəqillik müstəmləkəçiliyi həyata keçirilirdi. Lakin uzun 

müddət “müstəqillik” sözü eyni səs qiyafəsində bir-birindən tamamilə 

fərqli, tam “müstəqil” mənalarda işlənirdi. Batini məna: heç bir hüquqi, 

dövləti, iqtisadi, əxlaqi və insani qaydaları               gözləmədən, heç bir 

məsuliyyət daşımadan böyük çoxluğa, cəmiyyətə  məxsus sərvətləri talan 

edib mənimsəmək, öz əlinə keçirmək.  Zahiri məna: dövlət hakimiyyətinin 

işçisi,  əlində qanun maddəsi, konstitusiya tutalqası olan dövlət məmuru 

kimi tam sərbəst və “qanuni” fəaliyyət göstərmək, bütün aidiyyəti 

məsələləri heç kəsdən soruşmadan, icazə almadan, heç kəsdən qorxmadan 

“sosialistcəsinə” tam sərbəst şəkildə həll etmək. Əslində iki müxtəlif sözlə 

adlandırılmalı olan bu tamamilı  fərqli, müxtəlif anlayışlar eyni səs 

kompleksində birləşdirilir, beləliklə sözün bütövlük, tamlıq statusu sual 

altına düşür.  

Keçid dövründə demək olar ki, postsovet respublikalarının hamısında 

“müstəqillik” və “azadlıq”, “sərbəstlik”, “demokratiya” sözləri tamamilə 

azad, sərbəst, heç kəsdən qorxmadan və ehtiyat etmədən, heç bir mənəvi 

prinsipləri gözləmədən idarə etmək anlamına gəlirdi. “Müstəqillik”, 

“suverenlik”, “bağımsızlıq” sözlərindən vəcdə  gələn və aldanan, yanılan 

insanlara sonradan “izah” etdilər ki, dünyada ümumiyyətlə, tam müstəqil 

ölkə yoxdur, heç ABŞ-ın, Türkiyənin özü də tam müstəqil ölkə deyil. Bu 

tezis və anlam yalnız müstəqillik, azadlıq yolunun çətinliklərini  əks 

etdirmirdi, həm də xaosa, özbaşınalığa haqq qazandırırdı, daha doğrusu, 

xaosla nizam illuziyasını birləşdirirdi işarəyə sonradan əlavə olunan məna 

elementləri, semantik primitivlər yayğınlıq və mücərrədliyi gücləndirməklə 

sözün, anlayışın inersiyasını,  ətalətini dəf edirdi. Müstəqillik, azadlıq, 

suverenlik və bağımsızlıq anlayışlarının belə leksik-semantik 

transformasiyası aşağı həyat səviyyəsinə, inflyasiyaya, hərcmərcliyə, qeyri-

bərabərliyə, varlılarla yoxsullar arasında sosial məsafənin getdikcə 

böyüməsinə haqq qazandıran informasiyalarla doydurulmuşdu. Sonradan 

bu  əsasda “xalq” və “millət” sözlərinin deformasiyası, az qala öz ilkin 

mənasını itirməsi, yadlaşması kimi semantik innovasiyalar işarənin 

məzmununu tamamilə işğal etdi. Guya müstəqillik və azadlıq, suverenlik və 

demokratiya yolunun çətinlikləri hətta heç də obyektiv səbəblərlə, 


 

 

 



141

idarəetmə  və planlaşdırma ilə bağlı deyil, xalq özü müstəqilliyə, azadlığa 

hazır deyil! Demokratiyanın inkişafı, avtoritar idərəçilik və psixologiyanın 

dəf olunması üçün xalqın, millətin  şüur səviyyəsi buna uyğun olmalıdır! 

Özlüyündə heç də  həqiqətdən tamamilə uzaq olmayan bu tezis xalqın, 

millətin potensiyalına, ilk növbədə dominant xalqın gücünə, imkanlarına 

şübhəni artırmağa, nihilizmə xidmət edirdi. Yadlaşmış, yabancılaşmış, öz 

məhvərindən qoparılmış işarələr prizmasından belə bir təbliğat aparılırdı ki: 

“Bu xalq heç nəyə qadir deyil!” “Belə də xalq olar?...” Belə bir təslimçilik 

psixologiyası, bəraət “fəlsəfəsi” təlqin olunurdu ki, xalq döyüşməyə, 

ermənilərə güc göstərməyə qabil deyil. Daha belə halda hakimiyyət və ya 

müstəqillik neyləsin və buna ilk növbədə “demokratiya”, “sərbəstlik”, 

“azadlıq” illuziyaları günahkardır və belə “xalq materialı” ilə həqiqi azadlıq 

və demokratiyanı, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəni, söz, 

mətbuat azadlığını təmin etmək olmaz. Və belə halda diktaturanın, avtoritar 

rejimin qorunub saxlanılmasının alternativi yoxdur. “Bu necə xalqdır ki, 

bir-birinə addımbaşı  kələk gəlir (?). Çəki daşının içini boşaldıb bir kilo 

əvəzinə 800 qramlıq daş qoyur, öz zibilini özü daşıya bilmir, alman 

firmasını bura dəvət edir, addımbaşı bir-birini satır, paxıllıq edir, 

müəllimlər bilməyən tələbəyə qiymət yazır, həkim pul almamış  əməliyyat 

eləmir, adamlar qaz, işıq sayğacına  əl qatır və s. Bu düşüncə  və anlamda 

varlı adamlar, dövlət məmurları  və inhisarçılar açıq-aşkar “xalq” sözünün 

semantikasını öz məqsədlərinə uyğun gah ifrat dərəcədə genişləndirir, gah 

da eyni ifratlıqla daraldır, məhdudlaşdırır. Halbuki 5-10 manat pensiya alan 

“xalqdan”, 90-100 manat maaş alan “şərəfli” “xalq müllimindən” və ya 

xalqımızın gələcəyi olan uşaqların sağlamlığı keşiyində duran “xalq 

həkimindən” nə əxlaqi-mənəvi dəyərlərə məhəbbət, nə də qanunlara hörmət 

tələb etmək qeyri-mümkündür (O ölkədə ki, cinayət etmədən yaşamaq 

mümkün deyil, orada qanun da yoxdur). Və belə “devolvasiyaya” uğramış, 

daha doğrusu, uğradılmış xalq, millət elə xırda günahları, üzürlü cinayətləri 

etməsə  və böyük yalanları danışmasa, hər cür varolma, mövcudluq 

şanslarını da itirir. Bu konteksdə “xalq” anti-xalq, “millət” sözü antimillət 

anlamına gəlir, bizim olmayan, bizlərə aid və  dəxli olmayan xalq və  hələ 

formalaşmamış xalq, qeyri-millət, heç nəyə qadir olmayan insanlar yığımı, 

kütlə mənaları ilə bərabərləşir, tənləşir. Bir çox hallarda “klan-tayfa”, uzaq 


 

 

 



142

başı güvəndiyi və inandığı adamlar, yaxın  ətraf, həyatını etibar etdiyi 

mühafizəçilər dəstəsi, “ailə” mənalarına qədər kiçilib daralır, bütpərəstlik 

psixologiyasına, feodal dövrü və düşüncəsinə qaytarılır, şəxsiyyətə pərəstiş 

azad fikir və  tənqidin, analitik düşüncənin önünə keçir. Həmin proses 

Türkmənistanda, Rusiyada xüsusilə geniş miqyas aldı. Prezident Putinin 

anadan olduğu yer – Sankt-Peterburq şəhəri tezliklə Rusiya üçün siyasi 

kadrlar yetişdirən “pitomnikə” çevrildi. Dağlıq Qarabağdan  ən “ağıllı” 

adamlar tezliklə Ermənistana daşındı. Türkmənbaşı  hətta zamana əl 

gəzdirdi, təqvimdə düzəlişlər etdi. Maraqlıdır ki, vaxtilə Azərbaycanda 

hətta istedadlı dövlət adamı  və  təcrübəli siyasətçinin məqsəd və 

məramlarına rəğmən bir “Heydər  Əliyev xalqı” deyilən amorf bir anlayış 

və onu adlandıran bəduğur, bədxah bir söz birləşməsi də formalaşmışdı. 

Özlərini evin içində deyil, kənarda hiss edən bəzi regionların təmsilçilərinin 

nəzərində bu, hakimiyyətə yaxın adamlar, onu “qalan xalqdan” qoruyan, 

dövlətə “əsl xalqa” guya fanatikcəsinə xidmət edən təbəqə  və toplumların 

nümayəndələri kimi nəzərdə tutulurdu. Bu, artıq çoxmənalılıq, bir-biri ilə 

əlaqəsini üzməmiş sözlər deyil, əsl omonim işlənmə fenomeni, sözün yad, 

uzaq məna kəsb etməsidir, özgələşməsidir. Ayrı-ayrı  fəfdlərdən fərqli 

olaraq dilin sözün, katarsisi, özünü tənzim və  təmizkəməsi, təşkil etməsi 

daha çətin gedir, bəzən uzun bir tarixi dövrü əhatə edir. 

Artıq tamamilə  dəyərsizləşmiş, sürtülmüş, ilkin məzmunundan 

qismən (çoxmənalılıq) və ya tamamilə (omonimlik) məhrum olmuş, hər cür 

və  hər növ sosial mənalarla doydurulmuş, çirkləndirilmiş “terrorçuluq”, 

“demokratiya”, “birlik” və “həmrəylik” sözlərinə nəzər salsaq, siyasi dildə 

omonimlik prinsipinin real “bəhrələrini” görmək mümkündür. Bir çoxları, 

məsələn, Venesuela diktatoru Huqo Çaves demokratiyaya “ən münasib və 

uyğun idarəçilik üsulu”, qərbin müstəqil dövlətləri zəiflətməyə yönəlmiş 

hiyləsi kimi baxır. Belə halda “demokratiya” sözü, məsələn, “faşizm” və 

“diktatura” sözləri ilə  bərabərləşir. Dilin qondarma və qeyri-real, qeyri-

müəyyən anlayışları bir terminlə adlandırmağa əvvəl-əvvəl gücü və imkanı 

çatmır, dil-ifadə yalanı hüquqi yalanlardan, ictimai-siyasi 

manipulyasiyalardan, ideoloji möhtəkirlikdən xeyli sonra gəlir, təcrübəni 

ümumiləşdirir və sosial “sifarişə” uyğunlaşır (Bax: S.Abdullayev (4),19-

20). Dil bu xaosu uyar adlandırma ilə nizama salmağa çalışır və rast gəldiyi 


 

 

 



143

bu çətinliklərin obyektiv təzahürləri olaraq növbənöv perifrazlara əl atır. 

Sağlam, təbii, birbaşa adlandırmaları dolayı, qeyri-müstəqim adlandırmalar 

əvəz edir. 2007-ci ilin oktyabr ayında, lap dəqiq desək, oktyabrın 8-də 

Bənazur Bhuttonun qayıdışı ilə  əlaqədar Pakistanda baş vermiş  dəhşətli 

terror aktını prezident Pərviz Müşərrəf “demokratiyaya sui-qəsd” 

(Verschwörung gegen die Demokratie) adlandırdı. Qəribədir ki, 

demokratiyadan  ən çox danışılan ölkələr demokratiya olmayan ölkələrdir. 

Bir çox ən radikal, barışmaz siyasətçilər hətta seçkilərin saxtalaşdırılmasına 

yönələn hər cür hərəkətləri “Demokratiya uğrunda mübarizə” kimi qələmə 

verir. Beləliklə, demokratiya, demokratikləşmə real proses olmaqdan çıxır, 

gerçək bir fenomen kimi həqiqi məzmununu itirir, əslində olmayan bir 

şeyə, yoxluğa, noumenə çevrilir. Təəssüflər olsun ki, bir çox siyasətçilərin 

nəzərində fenomenal məzmununu itirmiş “demokratiya” tam sərbəstlik, 

fəaliyyətsizlik, məsuliyyətsizlik, bəzən də özbaşınalıq, zorakılıq, dərəbəylik 

sözləri ilə  qəsdən dolaşdırılır, dəyişik salınır. Bununla da bütöv mənfi 

konnotasiyalar, semantik-praqmatik xaos hafizələri doldurur, yaddaşları 

tutur. Amerika Birləşmiş  Ştatları kimi həqiqətən demokratiya beşiyi olan 

məmləkətdə, xüsusən xarici siyasət, digər xalqlara münasibətdə 

“demokratiya”  təhdid, “gücün haqqı” kimi qavranılır. Biz belə 

“demokratik  şərhləri”  İraqda,  Əfqanıstanda, Türkiyədə  İraqla sərhəddə, 

dünyanın bir çox digər regionlarında görməyə adət etmişik və bu görklər    

indi də bütün gücü və amansızlığı ilə davam etməkdədir.  Əslində bu gün 

Amerika demokratiyası  və onun qeyri-adi, aşkar paradoksal linqvistik 

komparativistikası güclə alınması mümkün olanın və  gəlin etiraf edək ki, 

alına bilənin xoşla, danışıqlar və “kompromislər” yolu ilə  ələ keçirilməsi 

taktikasıdır. Bu özü də bir növ “demokratiyadır” və onun qədrini bilmək 

lazımdır! Bir qədər obyektiv və açıq düşünsək görərik ki, amerikalıların 

nəzərində, onlar dünyanın qalan hissəsinin “yaşamaq hüququna” dəymir, 

əksinə, onu təmin edir. Belə düşüncə və davranış tərzi güclünün “mədəni”, 

“humanist” terrorçuluğudur! Dünya ağalığına can atan Amerika 

siyasətçiləri üçün demokratiya aşağıdan suyu bulandıranların heç bir qeyd-

şərtsiz, mübahisəsiz-filansız qurdla razılaşması kodeksidir. Bu cür 

“demokratiya” təfsiri ilə, Qərb ideoloqlarının, postmodernis filosofların 

işləyib hazırladıqları  həqiqətlərin mütləq nisbiliyi dəyişkənliyi nəzəriyyəsi 


 

 

 



144

bünövrəsində asanlıqla “ağa” “qara” demək mümkündür. “Demokratiya”, 

suverenlik, azadlıq adına dünyada ən güclü silah olan “pambıqla baş 

kəsmək” silahı  işə salınır. Qəribədir ki, terrora və olmayan “genosidlərə” 

qarşı mübarızə  də bu nəzəri “bünövrədə” -  gücün psixologiyası 

konteksində aparılır. Kimə  rəğbət bəsləyirsənsə, ona haqqlı de, kim 

müsəlmandırsa, ona əvvəlcədən “haqsız”, “fundamentalist”, “terrorçu” 

damğası vur! Beləliklə, “demokratiya” insanı, əxlaqi dəyər olmaqdan çıxıb 

bir ideologiya səviyyəsinə yüksəlir, geniş yalan sahəsinə  çıxır. Necə ki, 

kiçik böyük Buş  İraqda demikratiya və insan haqlarının qorunması adına 

dünyada  ən böyük terrorizmə yol verdi, İraqı  və bu qədim ölkədəki 

müsəlman mədəniyyətini yerlə yeksan edərək orada misli görünməmiş bir 

xaos və vəhşilik, terrorçuluq mühiti formalaşdırdı. Əslində bütün regionda 

yeni terror erasının bünövrəsini qoydu. Təəssüf ki, belə paralelləri çox 

aparmaq olar. Düşünürəm ki, əgər dünyada yalan sözün limiti olsaydı  və 

haqq sözün statistikası aparılsaydı, böyük dövlətlərin, sözü keçən 

diplomatların hamısı siyasi təbliğat fəaliyyətini tükətmiş, dayandırmış 

olardı.     

 Qloballaşma özlüyündə bir inkişaf faktoru və bəşəri ideya olsa da, 

onun da öz gizli, linqvistikası yavaş-yavaş üzə çıxmaqdadır. Əslində böyük 

güclərin cidd-cəhdlə  təbliğ etdikləri qloballaşma dünyanın ideal modelinə 

yox, sadəlövh modelinə daha çox uyğun gəlir. Onlar bunu heç də bilməmiş 

deyillər. Milli-mənəvi dəyərlərin, mədəniyyətin, sivilizasiyanın 

qovuşmasında, birləşməsində  həmişə labüd olaraq nəyinsə itirilməsi var. 

Çoxları qloballaşma kürəsəlləşmə ideyasını yalnız milli-mənəvi dəyərlərin 

qorunması  şərti ilə  qəbul edirlər.  Ən böyük aldanış da elə buradan 

başlanğıc götürür. İki qeyri-bərabər kəmiyyət və keyfiyyət çoxluqlarının 

mübarizəsində sağlam, konstruktiv təmasın olacağını gözləmək xülyadan 

başqa bir şey deyildir. Çünki tolerantlıq labüd olaraq pisin, mənfinin, 

cəlbedicinin və asan olanın, psixoloji komfortun xeyrinə  işləyir. Yeri 

gəlmişkən, artıq tam uzaq, uzaqlaşmış omonim impulsları  kəsb etmiş 

“tolerantlıq” (dözümlülük), kooperativlik (qarşılıqlı ünsiyyət) sözləri 

əslində bu gün daha çox “laqeydlik”, “etinasızlıq”, “güzəşt” mənalarını 

gəlişdirir. İş həmin işdir, bircə söz adamı çaşdırır. 



 

 

 



145

 “Müstəqillik”lə yanaşı, “azadlıq”, “suverenlik”, “dövlətçilik”, 

“sabitlik” qəbilindən olan, gah həddən artıq bulanan, gah da həddən artıq 

durulan söz-iksirlərin praqmatikasını izləmək də maraqlıdır.  Əslində 

“azadlıq” cəmiyyətin inkişafında müstəsna rol oynayır, hətta 

müstəqillikdən də artıq bir rol oynayır.  Adətən qeyri-demokratik ölkələrdə 

hansı əsasdır – dövlət müstəqilliyi, yoxsa vətəndaş müstəqilliyi? kimi əcaib 

qəraib suallar qoyulur. Halbuki bu anlayışlar, daha doğrusu, bir-birinə 

münasibətdə qurama anlayışlar heç də bir-birinə qarşı durmur, bir-birini 

inkar etmir, əksinə, bir-birini məzmunca, ideyaca tamamlayıb genişləndirir. 

Vətəndaşın həqiqi müstəqilliyi, sərbəstlik və azadlığı, öz ifadəsini, yaradıcı, 

zehni qüvvəsini reallaşdırması mühiti yaradılmadan, vicdan və söz azadlığı 

olmadan dövlətin uzunmüddətli, həqiqi müstəqilliyi də mümkün deyildir. 

Azadlıq və müstəqillik, insan haqlarının qorunması yalnız və yalnız azad 

cəmiyyətdə, azad ölkədə mümkündür. Dövlətçilik, suverenlik və inkişaf da 

məhz bu amillərlə  qırılmaz surətdə bağlıdır. Kim bu doğma, genetik 

anlayışları bir-birinə qarşı qoyursa, manipulyasiyaya, həqiqətin qəsdən 

dolaşdırılmasına, düyünə salınmasına rəvac verir, sözün qeyri-

səlistliyindən, yayğınlığından, çoxmənalılıq və omonimlik aldanışlarından 

sui-istifadə edir, ictimai-siyasi ünsiyyətdə “sabitlik” sözünün məfhumi, 

terminoloji mənasını bir tərəfə atır. “Terror” və “terrorçuluq” sözlərinin 

psixologiyası belədir ki, onu hamı pisləyir. Terrorçular daha artıq pisləyir. 

Dünyada heç kəs  döşünə döyüb “Mən terrorçuyam”deyə öyünmür. Müsbət 

anlayış ifadə edən sözlərdə isə  vəziyyət başqa cürdür. Demokratiyanın 

kifayət qədər inkişaf etmədiyi ölkələrdə, xüsusilə imperiyanın 

dağılmasından sonra böyük çətinliklərlə rastlaşan bir çox postsovet 

respublikalarda, keçmış kommunist rəhbərləri tərəfindən idarə olunan 

ölkələrdə “sabitlik” dedikdə çoxdan vərdiş etdikləri total, mütəşəkkil itaət, 

dünyagörüşdə, ideologiyada, irili-xırdalı,  əhəmiyyətli-əhəmiyyətsiz bütün 

məsələlərdə bir kommunist həmrəyliyi, “yekdillik” nəzərdə tutulurdu. 

Müharibə vəziyyətində olan ölkələrdə bu siyasət və düşüncə, davranış tərzi 

özünü qismən doğrultsa da, bütövlükdə anlayışın real məzmununun təhrifi, 

çox hallarda omonim işlənməsi ilə yalan və aldanış hərəkətləri reallaşdırılır, 

proseslərin  əsil mahiyyətini gizlətmək, arxa plana çəkmək məqsədi 

izlənirdi. Nə qədər müsbət, konstruktiv anlayış olsa da, “sabitliyin qorunub 


 

 

 



146

saxlanması” adı ilə  vətəndaşların konstitusiyada təsbit edilmiş bir çox 

hüquqları, məsələn, sərbəst toplaşmaq hüququ, öz fikirlərini, mövqeyini 

azad və  sərbəst  şəkildə söyləmək, hətta məhkəmələrdə haqlı olduğunu 

sübut etmək, bildirmək haqqı  məhdudlaşdırılır, tədriclə  sıxışdırılır, aradan 

qalxırdı. Rusiya və onun arxasınca sürünən ölkələrdə belə bir sabitlik 

stereotipi formalaşmışdı: Nümayişə getmək olmaz, çünki çətinliklə  əldə 

olunan “sabitlik” aradan qalxar, haqsızlığa, məmur özbaşınalığına etiraz 

etmək olmaz, çünki kövrək sabitliyimizə xələl gələr. Piket keçirmək olmaz, 

çünki toplumun ən böyük nailiyyəti olan ictimai-siyasi sabitlik pozular. 

Belə anlamda, daha doğrusu , kütləvi yanılmada hətta cəmiyyətin xeyrinə 

olan hərəkətlər də istifadəsiz qalır.  Əks təqdirdə xalqın iqtidara olan 

etimadı  zəifləyər, presedent, pis nümunə yaranar, ümumi müvazinət 

pozular. Dövlətin imici aşağı düşər. Halbuki sabitlik zahiri, süni yaradılmış, 

zorla təşkil olunmuş birlik və həmrəylik deyil, sosial ədalət, ümumi mənafe 

və həqiqi vətəndaş birliyi və hüquq bərabərliyi ilə təmin olunan yüksək bir 

dəyərdir və belə halda onu adi bir şeylə pozmaq əslində qeyri-mümkündür. 

Necə ki, dəryaya daş atmaqla onu dalğalandırmaq olmaz.  

 Yeri  gəlmişkən qeyd edək ki, “terrorçuluq”, “genosid”, 

“dövlətçilik”, “demokratiya” kimi söz-demonların müxtəlif təyinlər, 

epitetlər hesabına daha da mürəkkəbləşmək, genişlənmək imkanlrı var: 

“sosialist demokratiyası”, “demokratik mərkəziyyət”, “dövlət 

terrorlçuluğu”, “diktatura”, “müsəlman terrorçuluğu”, “sosial ədalət”, “türk 

genosidi”, “erməni genosidi”, “demokratik seçkilər”, “ədalətli seçkilər”, 

“obyektiv seçki”, “ədalətli hökm”, “xalq diktaturası”, “faşist diktaturası”, 

“proletariat diktaturası”, “xalq hakimiyyəti” və s. Diqqətlə fikir versək 

görərik ki, bunların hər birində taftologiya, mübaliğə, perifraz yayğınlığı və 

bir çox hallarda omonim işlənmə məqamları gizlənir. Necə olur-olsun, hər 

hansı bir iddiaçı, natiq üçün onun bütün bəyanatlarına, “səmimi” 

etiraflarına baxmayaraq ən  ədalətli, obyektiv və demokratik seçki məhz 

onun seçilməsinə imkan verən, qələbəsi ilə sonuclanan seçkidir. Siyasət 

adamlarından, xüsusilə  məğlub siyasətçilərdən səmimiyyət gözləmək 

əbəsdir. Seçkilərdə uduzmuş siyasətçi rəqibini və ya rəqiblərini “səmimi 

qəlbdən” təbrik etsə, ona və ya onlara gur səslə uğur arzulasa da, yenə  də 

qəlbinin dərinliklərində, narazılıq və nigarançılıq  qövr            edər. Döyüşdə 


 

 

 



147

basılan, yara alan hər bir kəs qürurunu nə  qədər qorusa da, bir müddət 

xəlvətə  çəkilib yaralarını yalamaqla gün keçirər, obyektiv vəziyyətlə, 

məğlubiyyətlə tam barışıb onu həzm edə bilməz. Düşünürəm ki, daha 

iradəli, xarizmalı adamlarda bu hiss daha güclü olur, kin daha artıq 

dərinlərə  işləyir. Hər bir diktatora – ən “yaxşı”, ən ədalətli və “humanist” 

diktatora elə gəlir ki, ən həqiqi diktatura, ən yaxşı, nümunəvi, ən ədalətli və 

“humanist” diktatura məhz onun yaratdığı  və başçılıq etdiyi diktaturadır. 

Və bunların da ən mükəmməli “xalq diktaturasıdır”, xalqın adı ilə, onun 

iradəsi ilə “idarə olunan” diktaturadır. Guya hakimiyyət elə xalqın 

hakimiyyətidir, xalqın diktaturası, çoxluğun hakimiyyətidir. Bu gün qərb 

siyasətçilərinin nəzərində  ən dəhşətli terrorçuluq, məsələn, bütöv ölkələri 

tutmaq, orada öz “demokratik iradəsini” diktə etmək deyil, xalqların, 

dövlətlərin,  ədalətsizliyə dözməkdən zinhara gəlmiş ayrı-ayrı adamların 

qisas aksiyalarıdır, xüsusilə “müsəlman terrorçuluğu”dur. Eyni aktı  bir 

xristianın törətməsi daha az qorxulu görünür, “terror” sözü sanki əvvəlki 

qorxunc mahiyyətini itirir. Güclüyə, haqsıza müqavimət göstərmək, qatilin 

əlindəki bıçağı həyatı bahasına onun əlindən almaq, öz qurbanlarını rahatca 

öldürməkdə ona mane olmaq – bax əsl terrorçuluq və terror aktı budur! 

Həyatının  şirin çağlarını yaşayan gənc insanların belinə bomba bağlayıb 

tankın üstünə yeriməyə və müqəddəs sözü  omonim işlənməyə vadar edən 

məhz bu qlobal haqsızlıq, qlobal qeyri-müəyyənlikdir. Və  cəzasızlıqdır. 

Beləliklə, dil işarəsi  ən müxtəlif məqamlarda, gözlənilməz, ziddiyyətli 

situasiyalarda öz tamlığını,  bütövlüyünü, məfhumi statusunu, bununla da 

semantik müstəqilliyini tədricən itirir, başqa cür desək, sözlərin ilkin-

etimoloji, məfhumi mənalarının yerində, leksik sistemdə boş yuvalar, 

boşalmış taxçalar qalır. Söz bütünlüklə kontekst semantikasının, 

praqmatikanın ixtiyarına keçir, denotatın tamlığı və bütövlüyü şübhə altına 

düşür. Çoxmənalılıqdan fərqli olaraq omonim işlənmənin təhlükəsi vahid 

dil işarəsinin, adlandıranın eyni səs kompleksi, fonetik tərkib daxilində çox 

fərqli yadlaşmış, uzaqlaşmış refentlərə aid edilməsində  və bunların 

subyektiv qiymətləndirilməsi imkanlarının getdikcə daha da 

nisbiləşməsində, yayğınlaşmasında və güclənməsindədir. Həmin vəziyyətdə 

əslində sözün semantik bütövlüyü, vahidliyi və  əlahiddəliyi sarsılır, dilin 

praqmatikası onun ilkin-kommunikativ funksiyasına üstün gəlir, mövcud 


 

 

 



148

konflikt, paradoks getdikcə daha artıq dərinləşməyə doğru gedir. Bu cəhət 

məhz qeyri-səmimi davranış sahəsi olan siyasi diskursda özünü daha bariz 

şəkildə büruzə verir, kontekst semantikası  əks, retro təsirlərlə  həqiqi, 

denotativ semantikaya fəal şəkildə nüfuz edir.  

  Subyektiv mövqe və maraqları, qrup mənafeyini necə olursa-olsun 

müdafiə edib qorumaq, fərdi-konyunktur həqiqətləri nəyin bahasına olursa-

olsun  əsaslandırmaq və  qəbul etdirmək naminə  hər cür konvensiyadan

eləcə  də mümkün olarsa dil konvensiyasından çıxmaq, yaxud heç olmasa 

yayınmaq siyasi diskursda zəruri özünümüdafiə reaksiyası kimi doğulur, 

müstəqil məqsədə çevrilir. Bu sferada həqiqət-qeyri-həqiqət, doğru-yalan, 

haqlı-haqsız, münasib-qeyri-münasib, yaxşı – pis, ədalətli-ədalətsiz 

qarşılaşdırmaları arasındakı  fərqlər xeyli dərəcədə silinib gedir. Linquistik 

qiymətlər gerçək təməlini itirir, semantik elementlər qaynayıb qarışır, bir-

birinə nüfuz edir. Bunlar daha həqiqiliyin, doğruluğun qiymətlər 

çoxluğunda son hədlər olmur, keçid, təmas nöqtəsinin sərhədləri olur. 

 Uzun müddət gerçəklikdən uzaq düşən, yalanla gün-güzəran 

keçirən və  uğur qazanan adamlarda tədriclə yalandan psixoloji asılılıq 

əmələ  gəlir. Uşaq gecə ilə gündüzü səhv saldığı kimi onlar da həqiqətlə 

ilğımı, doğru ilə yalanı səhv salır, reallığın şüursuzluğuna düşürlər. 

 Omonim işlənmələrin əsas mənbələrindən biri eyni adlandırmaların 

adi dildə  və ictimai-siyasi anlaşma sahəsində, bir-para oxumuşların 

sonradan yaratdıqları siyasi-diplomatik jarqonda ən müxtəlif, daim bir-

birindən uzaqlaşan, yadlaşan mənalarda təfsir olunmasıdır. Adi dildə  və 

elmi-akademik diskursdakı yadlaşma, uzaqlaşma daha sürətlə getsə də, elm 

bir qrup seçilmişlərin inhisarında olduğuna görə bu proses ağrısız keçir, 

ümumi ünsiyyət və anlaşamya ciddi təsir göstərə bilmir, insanların çoxunun 

mənafeyinə toxunmur. Kütləvi infomasiya vasitələri sayəsində siyasi 

diskurs və siyasi dil getdikcə daha artıq populyarlaşır, insanların gündəlik 

həyat və  məişətinə daha fəal  şəkildə nüfuz edir. Nəticədə eyni söz, eyni 

ifadə, eyni səs kompleksindən təşkil olunmuş eyni leksik vahid, eyni dil 

işarəsi ən müxtəlif adamlar tərəfindən – istər siyasətçilərin özləri, istərsə də 

qeyri-peşəkarlar tərəfindən müxtəlif  şəkillərdə “oxunur”, fərqli mənafe və 

dünyagörüşlərə,  məqsəd və ideologiyalara tabe etdirilir. Əslində müxtəlif 

funksional üslublara münasibətdə eyni dildə danışan adamlar heç də həmişə 


 

 

 



149

eyni dildə danışmır, onlar sadəcə olaraq eyni qrammatikadan istifadə 

edirlər. Təsadüfi deyildir ki, bəzən adi situasiyada bir-birini başa düşməyən 

adamlar “Biz deyəsən başqa-başqa dillərdə danışırıq” deyə bir-birinə irad 

tuturlar. Şübhəsiz ki, bu yalnız fikir, mövqe anlaşılmazlığı deyil, həm də və 

daha çox dil-ifadə yanılmalarıdır. Üstəlik dil daşıyıcılarının fərasətli, ayıq, 

“daha savadlı” hissəsi mövcud, qəbul olunmuş konvensiyadan, 

razılaşmadan da fürsət düşdükcə daha tez çıxmağa çalışır, hamının 

birmənalı  şəkildə qavramalı, dərk etməli olduqları  həqiqətlərin “qalan” 

hissəsi də praqmatik sintaksisin dumanında, mürəkkəb və dolaşıq cümlə 

cəngəlliyində itib batır. Fikirlər, mətləblər qəsdən dolaşdırılır, bütün 

aydınlığı, gerçəkliyi və  şəffaflığı ilə üzə  çıxmır. Dilin müstəqilliyi, 

adlandırmanın bütövlüyü və ümumiliyi sanki labüd və qaçılmaz bir proses 

kimi getdikcə daha artıq zəifləyir, funksional üslublar arsındakı  fərqlər 

müstəqil dil fərqlərinə çevrilmək dinanizmi ilə insanı təhdid edir, dil bilgisi 

insanlar arasında güc, qeyri-bərabərlik elementinə çevrilir. Bu vəziyyət, heç 

şübhəsiz, insanlar arasında yalnız iqtisadi-ictimai fərqlərin deyil, həm də 

linqvistik, elmi-idrakı  bərabərsizliyin sürətlə  dərinləşməsindən, dil 

daşıyıcıları arasında kooperativliyin, qarşılıqlı ünsiyyət və etimadın 

azalması meylindən xəbər verir. Deməli, biz bu fikri xüsusi olaraq 

vurğulamaq istəyirik, insanlar arasındakı qeyri-bərabərlik həm də dil qeyri-

bərabərliyindən, daha doğrusu, dilə yiyələnmə  və ondan istifadə 

olunmasının fərqli səviyyələrindən irəli gəlir. Dil yeganə “təhlükəli”, güclü 

silahdır ki, insana onu özü ilə gəzdirmək qadağan olunmur. Və heç kəs ona 

görə cəza almır.    

  O dövrü yaşayanlar yaxşı xatırlayırlar ki, mahiyyətcə “sosialist 

eksperimenti” xarakteri daşıyan Sovet İttifaqında “qadir” sovet xalqına 

ünvanlanan “fədakar” və “qəhrəman” sifətləri eninə-uzununa omonim 

işlənmələrin hər cür sınaqlarına məruz qalmışdı. Yalın  əllə  və ac qarınla 

dünya tarixinin görmüş olduğu  ən qanlı müharibədən qalib çıxan sovet 

adamları  həqiqətən kütləvi fədakarlıq və  qəhrəmanlıq nümunəsi 

göstərmişdi. Aleksandr Matrosov, onun ardınca azərbaycanlı Qafur 

Məmmədov, sonra da bir çox igidlər bu günkü komikadzeləri “utandıran” 

bir şücaət göstərmiş, gözləri görə-görə, ağılları kəsə-kəsə özlərini özgələrə 

tuşlanan güllə qabağına vermişdilər. Milyonlarla insanlar atalarını, 


 

 

 



150

qardaşlarını, yaxın,  əziz adamlarını  ət maşınından, qırğın konveyerindən 

keçirmiş Stalinin yolunda vaxtilə  vətənlərini işğal etmiş yadların qələbəsi 

naminə ölümə vermişdilər. Qəribədir ki, heç kəs o vaxt həyatlarını qurban 

verən neçə-neçə fanatik, ölümündən qorxmayan müsəlmana, lap elə deyək 

ki, Qafur Məmmədova indiki “müsəlman terrorçusu” modelində 

“müsəlman fanatiki”, yaxud “fanatik müsəlman” deməmişdi. Aleksandr 

Matrosovun da əsl milli mənsubluğunun üzərindən sükutla keçilmişdi. Və 

heç kəs sovet xalqının bu kütləvi qəhrəmanlığını  və  rəşadətini, ölüm 

təşnəliyini, “sovet-rus fundamentalizmi” kimi qələmə verməmişdi. Yalnız 

sonradan məlum oldu ki, Adolf Hitler kimi cinayətkar, bəşər tarixinin 

görmüş olduğu  ən məşum ölüm mələyi hətta məğlubiyyətin qaçılmaz 

olduğunu, məğlub olacağını biləndə və hər vasitə ilə bunun qarşısını almaq 

üçün  ən ümidsiz tədbirlərə  əl atanda da “bu, alman xarakterinə ziddir” 

düşüncəsi ilə kamikadzelər hazırlanmasına icazə verməmişdi (“Ləyaqət” 

kateqoriyasına düşəcək bu həqiqəti heç kəs təbii ki, dilinə gətirməz). Sovet 

xalqı isə  həqiqətən “qəhrəman”, “fədakar” xalq, Stalin isə  qəhrəman, 

fədakar, qalib diktator idi. Xalq könüllü olaraq bir çox hallarda mənasız, 

lüzumsuz yerə ölümə gedir, diktator isə heç bir situasiyada tərəddüd 

etmədən onları ölümə göndərirdi. Müharibə qurtardıqdan sonra sovet xalqı 

eyni “qəhrəmanlıq” və “fədakarlıqla”, haman və ondan da artıq  əzmlə 

dağılmış  şəhər və  kəndlərin, fabrik və zavodların bərpasına 

başladı.Kommunist rəhbərləri də eyni “fədakarlıq” və “qətiyyətlə” 

repressiya maşınını bütün gücü ilə işə saldı öz övladlarının “böyük Vətənə” 

sədaqət ruhunda tərbiyə edən bütöv (sadəlövh!) xalqların köçürülməsi 

planları hazırlandı. Bu dövrdə - yeni tarixi vəzifələr qarşısında “qəhrəman” 

və “fədakar” sözləri artıq hər zülmə, haqsızlıq və  məhrəmiyyətlərə 

dözməyə hazır olan  naçar, hüquqsuz “müqavimətsiz xalq” anlamına 

gəlirdi. Daha sonralar Özbəkistanın və Azərbaycanın pambıq çöllərində, 

Türkmənistan qışlaqlarında, BAM tikintisində, Azərbaycanın və Sibirin 

neft mədənlərində həmin tipli sözlər tamamilə yeni praqmatik mənalar kəsb 

etdi, sözün özündən isə yalnız onun səs konteksti, səsləyişi yadigar qaldı. 

Külü qorunub saxlandı. 

  Kuba diktatoru Fidel Kastro “azadlıq” (“Azadlıq adası”), “inqilab”, 

“kommunizm” adına “kapital”, “imperalizm”  (“Amerika imperializmi”), 


 

 

 



151

“demokratiya”, “müstəqillik”, “insan haqqları” terminlərinin yeni çalar və 

anlamları ilə ana dilini zənginləşdirə-zənginləşdirə “xoşbəxt” kubalıların 

maddi və mənəvi – ruhi yoxsullaşmasını mütləq həddə, “xoşbəxt” sonluğa 

çatdırdı. Söz aldanışları,  əsaslandırılmamış, qeyri-real və perspektivsiz 

iddialardan, daha çox şəxsi ambisiyalardan doğan ideya - əməl yanılmaları 

Kubanı və Kuba dövlətçiliyini yəqin ki, ən azı bir neçə yüz il geriyə, tarixin 

qaranlıqlarına atdı (Sözün reallıqdan, virtual denotatlardan tamamilə 

ayrılması, şübhəsiz ki, toplumun ayağı altındakı təməli sarsıdır). “Azadlıq 

adası” ilk növbədə insan ruhunun, insan qəlbinin sərhədsizliyini, 

sahilsizliyini nəzərdə tutan azadlığı  və azadlıq ideyasını kiçik bir adanın 

sərhədləri çərçivəsinə saldı. “Demokratiya” ideyası da bir ailənin 

hakimiyyəti, qardaşların və ya ən yaxın adamların ixtiyarında və  nəzarəti 

anında olan idarəçilik təcrübəsinə  qədər kiçildi. Amma Kuba “Xalq 

Demokratik Respublikası” adlandırılmaqda davam edir. Sözün ilkin 

allayışdan belə uzaq linqvistik məsafədə aralanması şübhəsiz ki, böhran və 

yanılmanın mənbələrindən birinə çevrildi. Kuba rəhbərləri bu gün də dövlət 

və dövlətçilik, iqtisadi-siyasi inkişaf, demokratiya, müstəqillik kimi müasir 

dövrə aid təməl anlayışları tam arxaik və qeyri-real, fərdi-subyektiv bir 

məzmunda təqdim edirlər. Və nə qədər ki, diktatura var belə də olacaq.  

 Bütün hesablamalara görə Sovet İttifaqı üzərində  qələbə çalmalı 

olan Hitler, Volk (xalq), Nation (millət), Rasse (irq), Herrenrasse (ali irq), 

Deutschtum (alman ruhu), Herrschaft (hakimiyyət, ağalıq), Wille, Wille zur 

Macht (iradə, amirlik iradəsi), Lebensraum (həyati mənafe sahəsi) və s. 

kimi sərhədsiz, qeyri-müəyyən və yayğın anlayışları təhrif edə-edə, onları 

adlandıran sözlərə tamamilə  əks, yad və  əlaqəsiz mənalar, fərdi çalarlar, 

konnotasiyalar  əlavə edə-edə, tezliklə  əsl reallıqları unudaraq söz 

reallıqlarının arxasınca düşdü, bütöv xalqların öz təbii  ərazilərindən, 

yaşayaış məskənlərindən köçürülməsini əsaslandırmağa, bununla da onların 

tamamilə və ya qismən məhv edilməsi ideyasına gəlib çıxdı və təkcə xəstə, 

sərsəm xəyallarının deyil, həm də dünyaya fəal müdaxilə edən, misilsiz 

sözdüzəltmə imkanları ilə yaradıcı güc, qüdrət kəsb edən alman dilinin 

qurbanı oldu. (“Die Sprache, die für mich dichtet und denkt...”) 

 Omonim işlənmə  və  işlətmə  mərəzi, güc işarələrindən,  şüar – 

sözlərdən (Schlagwörter) məsuliyyətsizcəsinə  sərbəst, azad istifadə etmək 


 

 

 



152

aludəçiliyi yalnız diktatorlar və diktatura rejimləri ilə  məhdudlaşsaydı, dil 

faciələrinin miqyasları bugünkü qədər geniş olmazdı. Müasir demokratik 

idarəçilik üsulları, hüquqi dövlət “rejimləri” bu sahədə  əbədi diktator və 

diktatura rejimləri ilə  rəqabət apara bilməsə  də, onların yanlış, birtərəfli, 

subyektiv düşüncə  və münasibətləri, dini və ideoloji təəssübkeşliyi də 

müasir ictimai-siyasi xaos və qeyri-müəyyənliyə, sabitsizliyə öz 

“töhfələrini” verir. Məsələn, böyük dövlətlər tərəfindən 

Selbstbestimmungsrecht (millətlərin öz müqəddaratını təyin etmək hüququ) 

“kontekstdən”, praqmatik ustanovkadan (yönlükdən) asılı olaraq həm 

“azadlıq”, “azadlıq mübarizəsi” (məsələn, Kosova albanlarına və Qarabağ 

ermənilərinə münasibətdə), həm də “separatçılıq” mənalarında, bir-biri ilə 

tamamilə uzaq, yad, əlaqəsi olmayan anlamlarda işlənir. “İnsan haqqı / 

haqqları (Menschenrecht/e)” gah öz həqiqi, terminoloji mənasında, gah da 

latent olaraq “haqsızlıq”, haqsızlığın himayəsi, ayrı-seçilik mənasında 

işlənir (məsələn,  İraqda kürd icmasına və  Kərkük türkmənlərinə, Qarabağ 

danışıqlarında Ermənistan və Azərbaycana, erməni və Azərbaycan 

icmalarına münasibətdə). Təbii ki, “Məsələnin sülh yolu ilə  həlli” 

praktikası davam etdikcə belə nümunələrin, daha doğrusu, antinümunələrin 

sayı azalmaq əvəzinə daha da artır, həm də adi qaydada deyil, həndəsi 

silsilə ilə artır. “Sülh” və “müharibə” sözlərinin yayğınlaşa-yayğınlaşa az 

qala sinonimləşməsinə aid virtual nümunələr gətirmişdik. Qlobal xarici 

siyasətin açar anlayışlarını ifadə edən həmin sözlər bu gün omonim 

işlənməyə ən çox məruz qalan, başsız, nəzarətsiz sözlər sırasına keçmişdi. 

Nəzarətsiz sözlər heç də  nəzarətsiz  ərazilərdən az təhlükəli deyil. 

Dövlətlərin strateji maraqlarından asılı olaraq “sülh” elə “müharibə” 

(müharibənin davam etməsini, konflikti dəstəkləmək), “müharibə” də 

“sülh” mənasında işlənir. Siyasətçilər müharibənin, müharibələrin qarşısını 

almaq dedikdə bəzən tərəflər arasında həqiqi sülhə, sülh sazişinə mümkün 

qədər yol verməməyi və ya sülh sazişini uzatmağı nəzərdə tuturlar. Minsk 

qrupunun fəaliyyəti bunun klassik nümunəsidir. Həmsədrlərin dilində 

demək olar ki, hər söz hər dəfə omonim işlənməyə, zorlanmaya məruz 

qalır.  “Dostluq” və “düşmənçilik”, “səadət” və “nankorluq” sözləri də 

belədir. Mavi mərmərə hadisəsindən sonra yəhudi rəhbərləri türklərə tarix 

boyu borclu olduqlarını, onlara “hörmətlə” yanaşdıqlarını söylədilər, 


 

 

 



153

ermənilər azərbaycanlılardan azadlıqdan, guya öz torpaqlarından  başqa heç 

nə istəmədiklərini dilə  gətirdilər Nə etmək olar, yaxşılıq heç vaxt cəzasız 

qalmır. 


  Sərbəst, istədiyi kimi hökm etmək fərəhi, idarə etmək  şövqü 

dünyada ən şirin şey olan əmr etmək, buyurmaq istəyi səriştəsizlik, qeyri-

peşəkarlıqla birləşdikdə  vəziyyət daha acınacaqlı olur, ölkəyə, Vətənə, 

millətə  sədaqətlə xidmət etmək səyi də  bəhrə vermir. Azərbaycanda xalq 

cəbhəsi hakimiyyəti dövründə bir çox əsas anlayışların mahiyyət və 

məzmununun düzgün qavranılmaması, ictimai-siyası terminlərin amorf, 

omonim işlənməsi faktları məlumdur.  

 Müxtəlif ictimai-iqtisadi, sosial-psixoloji və tarixi-siyasi 

situasiyalarda sözün semantik-üslubi statusunun, linqvistik enerjisinin 

güclənməsi və ya zəiflənməsi omonim işlənmə perspektivlərində yeni 

münasibətlər formalaşdırır.  

 Vaxtilə Azərbaycanda siyasi-mədəni və etik-əxlaqi termin 

səviyyəsinə yüksəlmiş sadə, çevik, təmiz, aydın “dözümlü” sözü qısa bir 

müddətdə normal-təbii dil həyatına uyğun olaraq “mərd”, “işgüzar”, “aza 

qane olan”, “fədakar”, “qoçaq”, “təmkinli” mənalarından hər şeyə - bütün 

mümkün və mümkün olmayan çətinliklərə sinə  gərən, bütün 

məhruməyyətlərə, təhqirlərə, alçaldıcı şərtlərə tablaşaraq hər əzab-əziyyətə 

qatlaşan, el arasında deyilən dəhşətli bir ifadə ilə dilə gətirəsi olsaq,  “başını 

aşağı salıb işləyən” mənalarından istənilən şəkildə idarə olunan, “tamamilə 

müti” mənalarına qədər uzun bir funksional inkişaf yolu qət etdi. Bu 

sindrom o qədər gücləndi ki, hətta bəzi siyasi xadimlər və müxalifət 

missiyasını öz üzərinə götürən tanınmış jurnalistlər, bəzi baməzə  şairlər 

təkidlə  həmvətənlərini qoyun əti yeməkdən çəkinməyə çağırdılar. 

Dünyanın  ən məşhur liberalı Jirinovskinin məşhur deyimi də o vaxt 

meydana gəldi: “Xalqımız dözümlü xalqdır” formulu özlüyündə doğru, 

tamamilə doğru idi və Qarabağ müharibəsi, erməni-rus təcavüzü, 

görünməz, iç separatçılıq, xəyanət nəticəsində  ağır maddi-iqtisadi və 

mənəvi-psixoloji duruma düşmüş azərbaycanlıların sarsılmaz müqavimətini 

ifadə edirdi, cəmiyyətin, toplumun daxili mütəşəkkilliyindən, mübarizə 

əzmindən, səbr və  təmkinindən, duyğuların müdrikliyindən xəbər verirdi. 

Sadəlövh əfsanə, nağıl məntiqi ilə “Torpaqdan pay olmaz” (sonradan oldu!) 


 

 

 



154

deyə küçələrə, meydanlara axışan qorxunc, təpərli xalq həqiqətən hər şeyə 

dözməyə, bütün əzablara, məhrumiyyətlərə sinə gərməyə və qalib gəlməyə 

hazır idi. Lakin sonradan qeyri-müəyyənliyin, gözlənilməz işğal faktlarının, 

xəyanət və haqsızlıqların doğurduğu sarsıntılardan, stresslərdən, sosial-

iqtisadi durumun daha da pisləşməsindən, dözümsüz hala gəlməsindən 

sonra xalq məğrur və müdrik bir təmkinlə, sakitliklə gözləyib durdu, 

inamını sarsılmağa, imanını  oğulanmağa qoymadı. Sonralar daha çətin 

aqibətlə üzləşməmək üçün “işin sonunu” gözlədi... Az sonra bu daxilə 

tuşlanmış dözüm ən vətənpərvər, vətənsevər insanlar üçün ölmək və ya 

xeyli müddət Vətəndən kənarda yaşamaq “dözümü” ilə  əvəz olundu. 

Dözümün yeni-yeni qatları, çalarları açıldı. Azərbaycan gerçəkliyi 

Azərbaycan dilinin leksik-semantik sisteminə, “dözümlü” adlandırılanına 

qüvvətli və  zəif semantikanın bütün mümkün nüanslarını,  şərhlərini  əlavə 

etdi. Daha doğrusu, söz ifadə etdiyi, işarələdiyi denotatın gerçək sərhədləri 

fövqünə qalxdı, anlayışın real məzmununu genəşləndirib 

mürəkkəbləşdirməklə onun semantik-praqmatik yönünü dəyişdi. 

“Dözümsüz” məmurlar total, ümumi dözüm immunuteti haqqında dözümlü 

camaatı daha rəvan və maneəsiz incitmək  şansı  əldə etdi. Psixoloji 

sarsıntının ağlamaq mərhələsi qurtarıb gülmək mərhələsi başlayanda, 

beynəlxalq və daxili vəziyyət tam aydınlaşanda xalq daha rahatlıqla, ciyər 

dolusu nəfəs aldı, hər  şeyi anlayıb sakitləşdi, küləyin hansı  tərəfdən 

əsdiyini başa düşdü, “dözümlü” sözü (“Xalqımız dözümlü xalqdır!”) 

istisnasız olaraq kinayə  mənasında işlənməyə başladı: Xalqımız dözümlü 

xalqdır, qaçqınlarımız hər  şeyə dözəcək, heç nə olmayacaq. Bizim 

müəllimlərimiz dözümlü müəllimlərdir, həkimlərimizi xalq dolandıracaq. 

“Yaxşı  həkim və müəllimi onsuz da xalq dolandırır” məntiqi linqvistik 

semantikanın tərkibinə, mayasına fəal  şəkildə nüfuz edib onu təftiş etdi. 

Maraqlı cəhət budur ki, sözün təkrar iflasından, anlayışın qürubundan sonra 

yenidənbərpa, yenidəntəshih,  yenidəndərk mərhələsi başlandı. Ana dili 

“dözümlü” sözünün məna quruluşuna “heç vaxt ruhdan düşməyən”, 

“qətiyyətli”, “dəyanətli” anlamlarını da əlavə etdi. Sözün sosial-psixoloji və 

linqvistik dəyişmələri bununla nəticələndi ki, “dözümlü” sözü “mütilik”, 

itaətkarlıq anlamlarını mühafizə etməklə bərabər həm də komik, canlı, təbii 

söz statusunu, əlavə konnotasiyaları öz məzmununa daxil etdi. Mən qəti 


 

 

 



155

əminəm ki, bu tipli mürəkkəb və ziddiyətli sosial-psixoloji situasiyaları, 

ictimai-siyasi prosesləri, mərhələləri izah və  dərk etmək üçün sözün 

semantik strukturunun və linqvistik tarixinin öyrənilməsi heç də 

anlayışların mahiyyətinin öyrənilməsindən, sosial-siyasi tarixdən az 

əhəmiyyət kəsb etmir. Ziddiyyətlərdə  həmişə manipulyasiya imkanı olur. 

Bir qədər dini-mistik mahiyyət daşıyan “səbrli” (Allahın bir adı da 

səbrdir!), habelə “təmkinli”, “soyuqqanlı” kimi sinonim sözlərin də 

omonim işlənmələrinin öyrənilməsi bir çox mübahisəli məsələlərin, 

ictimai-siyasi münaqişələrin həll olunması üçün əhəmiyyətli rol oynaya 

bilər. Hər şeydən maraqlı olan isə sözün psixi strukturlarına nüfuz etmək, 

burada gizlənən nifaq toxumlarını, intriqanı üzə çıxarmaqdır.     

 Sadəlövh dünya modelində “bərabərlik” (Gleichheit), “rəhmdillik” 

(Erbarmen), “düzlük” (Richtigkeit), “ədalət” (Gerechtigkeit), 

bərabərhüquqluluq (Gleichberechtigung), kişi ilə qadının hüquq bərabərliyi 

(Emanzipation) kimi söz və ifadələr müxtəlif semantik yayğınlıqların, 

kommunikativ-praqmatik nisbiliklərin  ölçü vahidi kimi qərarlaşır. Bütün 

ömrünü təbiətin saf qoynunda keçirən, heç vaxt heç bir “böcəkdən”, 

“quşdan” yalan eşitməmiş, doğrudur, sevdiyinə  və yazığı  gəldiyinə görə 

yox, öz ət yemək instinktinə görə qulluq etdiyi saxladığı heyvanlardan heç 

bir pislik, xəyanət görməmiş  kəndli üçün rəhm, insaf, ədalət kimi sözlər 

mütləq məfhumlar kimi dərk olunmaq, işlənmək biolojisini saxlayır. 

Kəndlinin cəmiyyət hadisələrinə münasibəti də çox vaxt belə olur. Saf, 

sadədil kənd adamının, eləcə  də  cəmiyyətin, elmin hələ tam korlamadığı, 

yanıltmadığı normal insanın nəzərində  məhkəmə  əgər istəsə, hətta 

başkəsəni, qatili, adam öldürəni tamamilə bağışlaya bilər, ona azadlıq verə 

bilər, ehtiyac üzündən oğurluq edən, ağır cinayət törədən adama hətta 

sovqat, pay verib onu cinayət məsuliyyətindən azad edə, maşınla evlərinə 

yola sala bilər. Həmin sadəlövh məntiqə görə müasir dövlət başçıları da 

“şah” kimi qavaranılır və  bəzən ondan qanuna zidd, mümkün olmayan 

xahişlər edilir. Sözlərin, anlayışların yalançı  məntiqinə inanan və aldanan 

sadəlövh adamın nəzərində “bərabərlik” mütləq mənada hamının eyni icazə 

və qadağan normalarına həmişə eyni cür, istisnasız olaraq standart ölçü və 

hüdudlarda  əməl etmək azadlığının var olması deməkdir. Bərabərlik 

“həvəskarları” bu sürüşkən anlayışın və onu adlandıran, ondan da sürüşkən 


 

 

 



156

sözün ilkin-emosional qavrayışına daha meylli olurlar və bundan hətta 

daxilən zövq almağa çalışırlar. Onlar hiss etmirlər və ya nəzərə almaq 

istəmirlər ki, hüququ icra edənlər yalnız başqalarının deyil, özlərinin də 

hüquqlarını qorumalıdır, hüquqçular onu öz xeyrinə  dəyişmək fürsətindən 

gen-bol istifadə edə bilərlər və elə istifadə edirlər də! Lap biz 

azərbaycanlıların heç də  ədalətsiz olmayan “bal tutan barmaq yalar” 

bəraətində olduğu kimi. “Normal-anormallar” və autsayderlər bunun da 

məna və mahiyyətinə dərindən varmağa vaxtları və həvəsləri yoxmuş kimi 

görünürlər ki, zaman-zaman cəmiyyəti idarə edənlərin, onların 

ideoloqlarının düşünüb kəşf etdiyi bütün hüquq sistemi ilk növbədə onların 

özlərinin “qanuni” hüquqlarını  təmin etmək üçün düşünülüb. Və burada 

addımbaşı  qəsdən yol verilmiş  dəqiqsizliklərə, aldanış  və  təhriflərə rast 

gəlmək mümkündür. Sovet və ADR hüquq elmi insan hüququ anlayışının 

fiksionallığını, saxtalığını  mərd-mərdinə  bəyan və iqrar etmək məqsədilə, 

guya ayrı-ayrı  fərdlərin deyil, bütövlükdə  cəmiyyətin (məsələn, 

“bəşəriyyətin işıqlı  gələcəyi” olan kommunizm cəmiyyətinin) yaşamaq, 

mövcud olmaq hüququnun daha önəmli olduğunu önə  çəkmək üçün 

“yaşamaq hüququ” (das Recht aufs Leben), “mənzil hüququ” (das Recht 

auf die Wohnung) kimi qondarma anlayışlar sistemi hazırlamışdılar və 

bundan hakim elitanın xeyrinə xəlvət və ya aşkar gen-bol istifadə edirdilər. 

Yoxsa bu tox, mənəviyyatsiz kütlə  bərabərlikdən,  ədalətdən danışıb 

özlərinə xüsusi təminat-təchizat sistemi yaradardılarmı? Demokratik 

sosializmin konstitusiyasında, hüquq sistemində  təkcə “anadan olmaq 

hüququ” təsbit olunmurdu! Halbuki yaşamaq, müəyyən mənzil, mövcudluq 

imkanına malik olmaq, yaşayış  məkanını  dəyişmək, normal qidalanmaq 

insanların hüququ deyil, onların təbii haqlarıdır. Kim ki, insan hüquqları ilə 

insan haqları anlayışlarını qarışdırır, bilərəkdən dəyişik salır, o, yalançıdır, 

qəlp pul kəsəndir. Boş söz-gilizləri ilə insanları, xalqları çaşdırandır, nifaq 

salandır. Həyat yoldaşı ilə “hüquq bərabərliyi-emansipasiya” (die 

Gleichberechtigung von Frau und Mann) davası aparan qadınlar çox vaxt 

sözün həqiqəti ilə yanaşı onun belə bir yalanının, tapmacasının da fərqində 

olmurlar ki, qadın və kişinin bərabərliyi mütləq xarakter daşımır, daha çox 

hüquq müstəvisində  təsbit olunan bir şeydir və bu “bərabərlik” daha çox 

onların qeyri-bərabərliyini təsdiq edən bir dil aldanışıdır. Belə 


 

 

 



157

anlaşılmazlıq, yanılma semantikanın ifrat ümumiliyinin, mücərrədliyinin və 

qeyri-səlistliyinin xətası olaraq meydana çıxır. Kişilərin fiziki, bioloji, çox 

hallarda iqtisadi, psixoloji üstünlükləri təbiət və şüur reallıqlarıdır və yalnız 

gerçək qeyri-bərabərlik fonunda nisbi bərabərlik, daha doğrusu, dərk 

olunmuş  bərabərlikdən söhbət gedə bilər. Bilərəkdən gözəllik həqiqətinə 

tabe olmadan, güzəştə gedilmiş hüquqdan, daha doğrusu, bir tərəfin 

hüququnun itirilməsindən söhbət gedə bilər. Təbiət və  cəmiyyət 

gerçəklərinə münasibətdə “bərabərlik” ən müxtəlif, yad mənaları birləşdirir. 

Belə  dərk olunan bərabərlik sadəcə olaraq sözlə  məfhumun, adla faktın, 

hadisənin qarışdırılmasından başqa bir şey deyildir. Bunu nəzərə almayan 

və sözə, işarə əlamətinə aldanan qadınlar çox vaxt çətin vəziyyətə düşür və 

yalnız təbii haqq və üstünlüklərinin mükafatından, bərpasından sonra həqiqi 

dinclik və xoşbəxtliyə qovuşurlar. Və bu yolda çox vaxt yalan danışmalı 

olurlar.  

Sözün semantikasının  şər və aldanışından xilas olmaq üçün ilk 

növbədə onun illuziyalarını, yalan və əfsununu-maqiyasını dəf etmək tələb 

olunur.   

 Latın dilindəki Transparenz sözünün ekvivalenti kimi Azərbaycan 

dilində  işlənən “aşkarlıq” termini ilkin olaraq bir çoxları  tərəfindən tam 

sərbəstlik, məhdudiyyətsiz dil davranışı, ictimai-siyasi ünsiyyət norması 

kimi dərk edilmişdi.  Əslində Avropa dillərində  işlənən Tranparenz, rus 

dilindəki “гласность” və bizim “aşkarlıq” sözləri müxtəlif qavrayış 

modellərinə uyğun gəldiyindən anlayışı tam adekvat şəkildə ifadə etmirdi 

və tezliklə  əsl aldanış  mənbəyinə, qeyri-sabitlik elementinə çevrildi 

(Tərcümə yalanları xüsusi bir mövzudur (S.Abdullayev (3), 162). Birinci 

modeldə  şəffaflıq, aydın görünüş, ikinci modeldə (“гласность”) eşitmə 

refleksi, üçüncü dil modelində isə tam, maneəsiz görünmə effekti ifadə 

olunur. O dövrün ayrı-ayrı siyasi xadimləri, “tapşırıqlı” hökumət adamları 

“гласность”, “demokratiya” və “plüralizm” adı  və  pərdəsi altında  ən 

məsuliyyətsiz, xətalı bəyanatlar yayır, insanlar işə çıxmır, dövlət planlarını 

yerinə yetirmir, təsərrüfat-iqtisadi  əlaqələr pozulur, ən qüdrətli, sarsılmaz 

kommunist rejimi və  həqiqətən dünyanın ilk əsl sosial və sosialist dövləti 

xaosa, məsuliyyətsizlik girdabına sürüklənirdi. Adamların fitvası sözün şəri 

ilə birləşirdi. Azərbaycanda bir çox adamlar bu yayılan, yayğınlaşan və 


 

 

 



158

azğınlaşan, getdikcə daha da bulanıb tərkibsizləşən anlayışların, üstəlik 

onların yanlış adlandıran sözlərin təsiri altında ümumiyyətlə ictimai 

həyatda, cəmiyyətdə  hər  şeyin mümkünlüyü idealının təcəssümünü 

görürdülər. “Hə olsun, aşkarlıqdır, yolun ortasında rüşvət alıb-alıb!” 

“Aşkarlıqdır, qoy nə deyir desin!” “Aşkarlıqdır, qoy necə geyinir 

geyinsin”! Mübaliğəsiz demək olar ki, bu istilah üçlüyü, bu söz koalisiyası 

dünyanın altıda birini tutan azman ölkənin dağılmasına təkan verən anlayış 

– demon, söz - monster rolunu oynadı. Yüz milyon muzdlu fəhlənin görə 

bilməyəcəyi dağıdıcılıq, viranqoyma xidmətini bu üç söz-anlayış  ən qısa 

zaman içində (əlbəttə, Qarbaçovun iş icraçılığı ilə!) görüb başa çatdırdı.  

  Dərketmənin dəqiqsizliyi, qeyri-mütənasibliyi, natamamlıq və 

təxminiliyi ümumxalq dilində geniş istifadə olunan bir çox humanitar

mənəvi-əxlaqi terminlərin omonimik işlənməsində bütün kəskinliyi və 

problemliliyi ilə üzə  çıxır. Dərinlik semantikasının fəsadları bu müstəvidə 

xüsusilə bariz şəkildə özünü göstərir. Semantik xaos, ölçüsüzlük bütün 

təfərrüatların, detalların sonadək dərk və əhatə olunmazlığı sanki yaddaşın 

hüdud və imkanlarını sual altında qoyur. Mən qəti  əminəm ki, heç kəs, 

məsələn, “mərd” və “namərd” sözlərinin tam semantik-kognitiv  təsvirini 

verə bilməz, onların bütün mümkün ünsiyyət situasiyalarındakı dürüst 

şərhini sözlə ifadə  və  təsbit edə bilməz. “Şərəf”, “ləyaqət”, “insaf”, 

“ədalət”, “mərhəmət”, “düzlük”, “səxavət”, “qəhrəmanlıq” , “vəfa”, 

“sədaqət”, “xəyanət”, “səmimiyyət” sözləri də bunun kimi. Onların hər 

birində, hər dəfə, hər yanaşmada duyğularımızdan, yaddaşımızdan yayınan 

bir element, bir semantik naqislik və ya əksinə artıqlıq, ifrat yüklənmə hiss 

ediləcək. Unutmaq olmaz ki, söz-işarə sadəcə olaraq surətdir, simvoldur, 

predmetin özü deyil. Yadınızdadırsa, “Mərd və namərd” adlı Azərbaycan 

xalq nağılında namərd öz dostundan ona su verməsi müqabilində bir 

gözünü çıxartmasını  tələb edir. Bütün xalqlarda buna bənzər nağıllar, 

əfsanələr yaşayır. Lakin “namərd” adlanmaq üçün bu, bizdə qeyd olunan  

“namərdlik rekordunu” hökmən qırmaq və ya onu təzələmək tələb olunmur. 

Bu gün deyəsən insanlar bir-birini daha namərd adlandırmır. Mərdlərin 

azaldığı yerdə əsl namərdlər də yoxa çıxır, sərhədlər silinib gedir. Əslində 

bu gün ifrat dərəcədə pis, xəyanətkar adlanmaq üçün mütləq klassik 

mənada namərd olmaq tələb olunmur. İnsanlar daha arxaik “mərd-namərd” 


 

 

 



159

kateqoriyaları ilə fikirləşmir. Bu sadəlövh dünya modeli keçmişdə, 

təmizlik,  paklıq  əyyamlarında qaldı. Belə situasiyalarda söz özü reallıq 

statusu kəsb edər, həm köhnəlmiş, yadlaşmış anlayışı, həm də öz gerçək 

varlığını təmsil edər. Bu gün hələ söz fəhmi ilə “namərd” adlanmaq üçün 

dostunun ailəsinə  xəyanət etmək, hətta oğru yoldaşını qoyub qaçmaq, 

dostuna şparqalka ötürməmək və s. kimi “neqativ” hərəkətlər də kifayətdir. 

Müasir ailələrdə kooperativliyə, qarşılıqlı  əməkdaşlığa zidd olan 

“xəyanət”dən deyil, dostluq münasibətlərindən daha çox söhbət gedir. 

İnsanlar bir-birlərinin evinə, ailəsinə gedib gəlirsə, daha xəyanətdən söhbət 

gedə bilməz. Deyilənə görə bu gün Avropda elə “ailəvi dostlar” var ki, 

müştərək, bəzən kollektiv istirahət gecələri təşkil edir, rəngarənglik, 

müxtəliflik naminə bir-birlərinin arvadlarını əyləndirirlər. Yəqin ki, mən bu 

kitabın nəşri üçün sponsor  axtarıb tapana qədər bu mənfur vərdiş bizə  də 

gəlib çatacaq. Bir də göz açıb görərsən ki, mədəni Avropada bu “kolektiv 

əməkdaşlıqdan” imtina edilməsi - xəyanət, qeyri-müasirlik sayılmağa 

başladı. Görünür ki, dilin sematikası, anlam, qavram dünyası insanın 

hərəkətləri, davranışları, meyl və ehtirasları, düşüncələri, dünyagörüşləri, 

psixologiyaları qədər rəngarəng və sonsuzdur, həssas və kövrəkdir. Elə bu 

kəmiyyət və keyfiyyət yayğınlığının nəticəsidir ki, müxtəlif fərdlərin 

dilində  və  fərdi-milli dil sistemində antonim sözlər az qala eyni anlamda 

işlənir, eyni tip hadisə  və insanlara münasibətdə  ən müxtəlif və  fərqli 

mövqeləri ortaya qoyur. Görünür, yalnız dil işarələrinin asimmetrik 

dualizmindən deyil, həm də çoxlaylı, çoxqatlı qeyri-mütənasiblikdən, işarə 

energetikasının aritmiyasından danışmaq dilin semantik mexanizmini daha 

tam və  əhatəli ifadə edir. Bunu  “yaxşı adam” və “pis adam” 

birləşmələrinin semantik-praqmatik təhlilindən müşahidə etmişdik.  Əlavə 

edək ki, bu iki əxlaqi qarşılaşma - aksioliji modallıqla dünyadakı bütün 

insanları  əhatə etmək olar. Sadəlövh adamların dilində, hətta bir çox 

oxumuş, savadlı adamların qavrayış, dərketmə  məntiqində  nə anlayışların, 

nə də sözlərin sərhədlərinin düzgün müəyyənləşməməsi çox güclü aldanış, 

yanılma mənbəyi olaraq qalır. Azərbaycanlıların sadəlövh dünya modelində 

indi də bir çox insanlar üçün  “ədalətli”, “insaflı” müəllim o müəlimdir ki, 

dərsini bildi-bilmədi hamıya ucdantutma qiymət yazsın, “tapşırılanların” 

heç birinin sözünü yerə salmasın. “Müəllim, qiymətdir də, yaz, səndən nə 


 

 

 



160

gedir.” Normal, özünü ağıllı hesab edən avropalı bunu dərk edə bilmir və 

heç vaxt da dərk etməyəcək. Bir sadəlövh azərbaycanlının,  əsl  şərqlinin 

nəzərində “qonaqpərvərlik” kim olursa olsun evinə  gələn adamı hörmətlə 

qarşılamaq,  əl-ayağa düşmək, ona olmazın qayğı  və qulluq göstərməkdir. 

Lakin həmin dil və əməl steriotipi xüsusilə qarışma, şəhərləşmə ilə bağlı bu 

gün bizim üçün də  nəinki arxaik, hətta kifayət qədər təhlükəli görünür, 

təcrübəsiz, ürəyiaçıq adamı bədxahla, hətta düşmənlə üz-üzə qoyur. Bu gün 

Azərbaycan kəndlisi və kəndli ruhunu yaşadan Azərbaycan insanı otağın ən 

yaxşısını qonaq üçün ayırar, bəzən illərlə ondan istifadə etməyib mifik, 

bəzən də heç vaxt gəlib çıxmayan əziz qonaq üçün saxlayar. Avropalılardan 

fərqli olaraq bizdə qonaqpərvərlik qonaq üçün son tikəsini verməyə, hətta 

uşaqlarını, ailəsini ac qoymağa könüllü razı olmaq fədakarlığıdır. Bir 

azərbaycanlı üçün qonaq gələn adamı mehmanxanada yerləşdirmək böyük 

qəbahət sayılar. Ev sahibi süfrəyə qoyulmuş yeməklərin axıra qədər 

yeyilməsində dönə-dönə israr edər, bəzən hətta onu utandırar,  əziyyət və 

narahatlığına bais olar. Nəticədə  xəstəliyə düçar edər. Belə halda 

qonaqpərvərlik dediyimiz şey bir anti-qonaqpərvərliyə, anti-münasibətə 

çevrilər və həmin anlayışdan tam uzaq məna və mahiyyət kəsb edər. Sözün, 

dilin əsəb gərginliyini artırar. Yeri gəlmişkən qeyd edək ki, belə humanitar 

və  mənəvi-əxlaqi dəyərlərin müxtəlif ictimai-tarixi və sosial-milli 

kontekstlərdə qarşılaşdırılması, mədəniyyətlərarası, dinlərarası bağlamda 

araşdırılması müqayisəli semasiologiya və sosial dilçilik, koqnitivistika 

üçün çox maraqlı  və ibrətamiz materialları üzə  çıxarır (S.Abdullayev (5), 

24-29, 33; E. Eichler, 73; İ.Məmmədov, 181). 

Qeyd olunan sözlərə, çox hallarda adlandırmalara isnad verilən 

humanitar-pedaqoji semantika, məfhumi-siqnifikativ məna hüdudları, 

bütün mümkün koloritli konnotasiyalar sözün ümumi-semantik həcm və 

tutumunun yalnız bir qismini əhatə edəcək. Hər dəfə zərrəbinlə baxılarkən 

əşya sanki təzədən, başqa böyüklük və  həcmdə göründüyü, böyüdüldüyü 

kimi, işarə də sanki duyğu orqanlarının vəziyyətindən asılı olaraq hər dəfə 

adlandırılan  əşyanı, predmeti, hadisəni yeni ölçü və konturlarda təqdim 

edir. Hər dəfə predmetin, hadisənin dərkolunmazlıgına və ya çətin 

dərkolunanlığına reallaşmış, əslində sırf təsadüfi səs yığımı ilə reallaşmış, 

maddiləşmiş dil işarələrinin daxili mahiyyətindən də artıq bir ümumilik, 


 

 

 



161

mücərrədlik və qeyri-müəyyənlik dumanı çökür. İki maddi varlıq - predmet 

və  işarə reallıqları sanki üz-üzə dayanır, dərketmə prosesində qoşa 

mövcudluqla, fərqli siqnal siistemləri kimi bir-birini təshih, korrektə edir, 

hər biri öz təsir, cazibə sahəsini sanki yenidən  şüalandırmağa, 

canlandırmağa can atır. 

  Şübhəsiz ki, mücərrəd isimlərdə bu mübahisə həmişə ikinci siqnal 

sisteminin – dilin xeyrinə  həll olunur. Dil işarəsi ilkin reallıqdan daha 

konkret və qavranımlı olur və bunun nəticəsində birinci, aktual reallıq 

statusu dilin, dil işarəsinin ixtiyarına keçir, bütün sonrakı məntiqi-semantik 

əməliyyatlar dil işarələri vasitəsilə aparılır, daxili semantika ön plana keçir. 

İşarənin işarəyə münasibəti işarənin obyektə, denotat münasibətindən daha 

artıq  aktuallıq kəsb edir. Söz getdikcə daha artıq dərəcədə müstəqilləşir. 

Mütəhərrik, canlı  və dinamik substansiya kimi getdikcə inkişaf edib 

genişlənir, təkmilləşir. Kövrək və elastik, canlı bir orqanizm olaraq 

eksperimentlərə, fərdi müdaxilələrə məruz qalır. Biz predmetlərlə, əşya və 

hadisələrlə istədiyimiz  şəkildə davrana bilmərik, onları istədiyimiz kimi 

dəyişə, dəyişdirə bilmərik. Lakin nisbətən asan idarə olunan kövrək, dil 

materiyasını -  sözü öz fərdi maraq və  mənafelərimizə, konkret ovqat və 

meyillərimizə, praqmatik məqsədlərimizə asanlıqla olmasa da mümkün 

ölçülərdə uyğunlaşdıra bilirik. Dərinlik semantikasının mürəkkəbliyi

mistikası, sehri həm də bu cəhətlə bağlıdır. Əlavə mənalar, çalarlar, rənglər 

qatılan söz bəzən anlayışdan önə keçib, gerçək dəyər kəsb edir, sanki 

tamamilə yadlaşır, başqalaşır, yayğınlaşaraq digər anlayışların sərhədlərinə 

qarışır. Ermənilərin zaman-zaman bədnam “genosid” sözünü təkrarlayaraq 

tarixi həqiqətin özündən də güclü, dayanıqlı bir həqiqətə çevirə 

bilmələrinin əsl sirrini də məhz bu şeytani semantikada axtarmaq lazımdır. 

Amerika siyasətçiləri XX əsrin sonları  və XXI əsrin  əvvəllərində 

“müsəlman faşizmi” və qondarma “islam fundamentalizmi” söz 

birləşmələrini fəal dövriyyəyə daxil etməklə yeni, illuzor bir reallıq modeli 

formalaşdırmağa, bununla da ona qarşı “mübarizənin” zəruriliyini 

əsaslandırmağa müvəffəq oldu (Bunlar əslində həyatda, reallıqda olmayan, 

yalnız dil işarələrinin içində, arasında olan reallıqlardır). Halbuki bu dövrdə 

xüsusilə Əfqanıstan və İraqın işğal olunmasından və üç min illik tarixi olan 

qədim dövlətlərin  ərazisi hesabına yeni üzüyola dövlətlər yaratmaq 


 

 

 



162

planlarının üzə çıxmasından sonra dünya üçün ən real təhlükə məhz xristian 

fundamentalizmi təməlçiliyi təhlükəsi  idi.  Burada  artıq neçənci dəfə  də 

olsa, dahi Nitsşenin bir fikrini xatırlatmaq lazım gəlir: “Əsas məsələ faktlar 

deyil, onların qiymətləndirilməsidir”. Dil işarələri isə bütövlükdə fakt deyil 

onalrın qiymətləndirilməsidir,  əksidir. Asanlıqla fakta çevrilə biləndir. 

Qiymətləndirmə dil vasitələri ilə olur, dəyərlərin özünü ortaya qoymaqla 

yox. Mən “qloballaşma” və “inteqrasiya” sözlərində də gələcəyə tuşlanmış 

böyük yalan və aldanışların siluetlərini görürəm.  

 Siyasi mətnlərin daha bir cəhəti haqqında. Burada omonim işlənmə 

nə  qədər geniş inkişaf etmişsə, antonimlik demək olar ki, yox 

dərəcəsindədir. “Müharibə” və “sülh” kimi şəffaf leksik vahidlərin ilk 

baxışda maksimal yaxınlaşması, tənləşməsi faktını qeyd etmişdik. SSRİ 

kimi nəhəng imperiyanı təbliğatla, söz müharibəsi ilə dağıdan R.Reyqanın 

məşhur “Müharibə - sülh deməkdir” (“Война – это мир”) formulunun da 

məsuliyyətsiz müharibə  və sülh macəraçılığının dil avantürizmi yolu ilə 

əsaslandırılmasından, daha doğrusu, dolaşdırılmasından başqa bir 

münasibətlə bəhs etmişdik. Bu, sadəcə olaraq bir siyasət və ya dil oyunu, 

ərköyünlüyü deyildi. Leksik-semantik reallıq idi. Ümumiyyətlə, böyük 

dövlətlərin azsavadlı rəhbərlərinin əsas siyasi anlayışlarla – “müharibə” və 

“sülh”, “kompromis”, “məsələyə tarazlı yanaşma”, “obyektivlik”, 

“tərəfsizlik” sözləri ilə aramsız manipulyasiyası, dil hiyləgərliyi XXI əsrin 

yalan mədəniyyətini  xeyli zənginləşdirdi.  İndi məlum olur ki, Qarabağ 

məsələsinin sülh yolu ilə  həlli yolundakı reallıqdan uzaq olan, daha çox 

verbal axtarışlar sadəcə çox danışmaqla susmaq, daha doğrusu, çox 

susmaqla yalan danışmaq təşəbbüslərindən uzağa gedə bilmədi. Bu, 

“Konfliktlərin həllinin Fələstin modelinin” yeni tətbiq variantı idi. Əslində 

azərbaycanlılarla ermənilər arasındakı mübahisə “sülh” və “müharibə” 

mübahisəsi deyildi, işğal olunmuş torpaqlar əldə saxlamaq və ya onu silah 

gücü ilə qaytarmaq problemi idi. Əgər hər iki tərəf ATƏT qarşısında 

öhdəlik götürüb “məsələnin sülh yolu ilə  həll olunmasına” qol 

çəkmişdilərsə, hansı müharibə  və ya sülhdən söhbət gedə bilərdi? Söhbət 

yalnız “müharibə” və “sülh”ün özündən yox, işarəyə çevrilmiş saxta 

referensiyadan, müharibə  və sülh sözlərindən gedə bilərdi. Dünya 

müvvəqqəti olaraq uduzan tərəfə müharibə etməyi qadağan edirdisə, hər 


 

 

 



163

vasitə ilə onun əl-qolunu bağlayırdısa, başqa, daha real həll variantını 

istisna edirdisə, daha hansı danışıqdan, müharibə  və ya sülh sazişindən 

söhbət gedə bilərdi? Bu siyasi nonsensdə  məntiqi semantika ilə linqvistik 

semantika açıq-aşkar bir-birini rədd edir, ziddiyyət təşkil edir. Burada elə 

müharibə  də, sülh də eyni şeydir, məqsəd qəsdən dolaşıqlıq salmaq, 

“müharibə sözünü “sülh sözündə  və  əksinə “sülh” sözünü “müharibə” 

sözündə  qərq etməkdir. Buna semantik mavilik də demək olar. Belə 

işlənmədə “müharibə” və “sülh” sözlərinin ən müxtəlif məna və anlamlarını 

bir-birinə qarşı qoymaq və bu müstəvidə sonsuz manipulyasiyalar aparmaq, 

oyun-aldanış gedişləri etmək, dil oyunları oynamaq mümkündür. Lazım 

olduqda onların  ən yaxın və  ən uzaq mənalarını  və  mənasızlığını da bir-

birinə qarşı qoymaq olar, eyni formada dəyişik, həm də ən hüdudsuz məna 

və anlamları gündəmə gətirmək, yaxud birləşdirmək olar. Belə görünür ki, 

əsas məqsəd sülhü qorumaq yox, gələcək inteqrasiya “xidməti” prosesində 

izafi əziyyət çəkməmək, nüvə əsrində böyük dövlətlərə sərf etməyən dünya 

müharibələrini uzun müddət sönməyəcək lokal savaşlarla  əvəz etmək, 

xalqları ayrı-ayrılıqda, zəifləmiş halda itaətə  məcbur etməkdir. Bunun da 

əsas, ucuz yolu artıq qeyd etdiyimiz kimi, real predmetin, substansiyanın 

özünü kənara qoyub onların obrazı ilə, söz mumiyası ilə oynamaqdır. Artıq 

dərmanın yan təsirləri tamamilə aydındır və müalicə üsulu tam aydındır: 

İsrail və Fələstin dövlətləri yaradılarkən onların beynəlxalq hüquqla, BMT-

nin qətnaməsi ilə  təsbit olunmuş  sərhədləri var. Həmin sərhədləri sadəcə 

olaraq bərpa etmək tələb olunur. Belə  çıxır ki, Fələstin məsələsinin həlli 

onu həll etmək istəyənlərdən başqa hamıya məlumdur. O vaxtdan bəri 

aparılan predmetsiz sülh danışıqlarının hamısı  əslində sonsuz imtina 

effemizmləridir və bunlar yalnız linqvistik əhəmiyyətə malikdir, perifraz 

bəhsinin öyrənilməsi üçün praktik tapşırıq, tövsiyə gücündədir.  

 Ziddiyyətli həyat təcrübəsi və qeyri-müəyyən, dərkolunmaz 

siyasətlə çaşdırılımış sovet xalqı belə düşünürdü ki, mütləq bəşəriyyətin 

işıqlı  gələcəyi olan kommunizmdə yaşayacaq. Lakin bu vədlər uzun illər 

boyu təkrarlandıqca və  vəziyyət yaxşılaşmağa deyil, əksinə, pisləşməyə 

doğru getdikcə sovet xalqı burada bir dil və  əməl aldanışı olduğunu başa 

düşdü. Başa düşdü ki, baş katib və baş  şərhçi L. İ. Brejnev deyəsən “Biz 

kommunizmdə yaşayacağıq” deyərkən nəsə başqa bir şeyi başa düşür. 


 

 

 



164

Məsələn, siyasi büro üzvlərinin ailə üzvlərini və yaxın  ətrafını  nəzərdə 

tutur. “Kommunizm” sözü ideal dünya modelinin  əsas, sehrli sözü idi. 

Əslində öz dövrünün ideoloji-siyasi ehkamlarının, düşüncə stereotiplərinin 

qurbanı olmuş böyük humanist Leonid İliç Brejnevin mühakiməsi heç də 

gerçək dünyanın həqiqətlərindən büsbütün kənara çıxmırdı, onları inkar 

etmirdi. Çünki “biz” sözü və ya mücərrəd “sovet xalqı” cəlbedici, mücərrəd 

kommunizm anlayışı fövqəl işarələr kimi bütün sovet adamlarının bir yerdə 

və onların hər birinin ayrılıqda öz içərisinə alırdı, hər  şeyi ehtiva edirdi, 

getdikcə ilan boğazı kimi genişlənə-genişlənə gizlədirdi, daxilə ötürürdü. 

Siyasi büronun ailə üzvləri də başqa adamlar, məsələn, Amerika 

vətəndaşları deyil, onların narkomaniyaya, valyuta alverinə qurşanmış oğul 

və  qızları, həyat yoldaşları, qayınata və qayınanaları da, hətta 

“leçkommisiya” siyahısına salınan uzaq qohumları da özgə adamlar deyildi. 

Onlar da “sovet xalq” idi. Lakin “biz” adlanan şəxs əvəzliyi və ya “sovet 

xalqı” adlanan yayğın, amorf söz birləşməsi sanki ikiyə bölünmüşdü: biri 

ən yüksək, qayğısız həyat səviyyəsi, ikincisi isə  ən yoxsul həyat 

səviyyəsini, səfalət və hüquqsuzluğu ifadə edirdi. Mən heç inanmıram ki, 

“мы” (biz) cəm əvəzliyi rus tarixinin hansı mərhələsindəsə hakimiyyətə və 

xalqın müxtəlif təbəqələrinə münasibətdə belə mütləq yayğınaşma, 

yadlaşma, uzaqlaşma və ikiləşmə həddinə çatmış olsun. Sonra görəcəyik ki, 

eyni səs tərkibinə malik olan dil işarələrinin ən uzaq və tam zidd mənalarda 

işlənməsini mənəvi-əxlaqi, deməli, çox yayğın, qeyri-səlist anlayışlar ifadə 

edən “vəfa”, “etibar”, “ədalət”, “şərəf”, “qeyrət”, “namus” və s. çoxmənalı, 

uzaqlaşa-uzaqlaşa omonim həddinə varan dil işarələrində  də müşahidə 

etmək olar. Bunların elmi-hüquqi məzmunu ilə dünyanın adi-sadəlövh 

modelini ortaya qoyan primitiv-saf dildə  işlənməsi çox vaxt diametral 

əkslik təşkil edir. Xatırladaq ki, biz bu məna uzaqlaşma, yaxınlaşma, 

çarpazlaşma və üzülmələrini bir fenomen olaraq “omonim işlənmə” termini 

ilə ümumiləşdirməyə çalışırıq. 

 Yalanı doğuran, kultivasiya edən güclü amillərdən, stimullardan 

biri təkcə ayrı-ayrı sözlərin deyil, bütöv cümlələrin, fikirlərin 

omonimliyidir. Siyasi-diplomatik diskursda cümlələrin omonim işlənməsi 

getdikcə daha artıq dərəcədə adi hala çevrilməkdədir. Yalan ağacı konkret 

məqsəd və  vəzifələri  əks etdirən konkret situasiyalara, mənafelərə 


 

 

 



165

hesablanmış müxtəlif ideoloji konsepsiya və 

nəzəriyyələrin 

hazırlanmasında və  təbliğində, ayrı-ayrı hiyləgər müqavilələrin, 

öhdəliklərin xalqlara, dövlətlərə şirin həblərlə təlqin olunmasında daha artıq 

çiçəklənir və bar gətirir. Daha yalnız impilisit, gizli predikativliyə malik 

olan ayrı-ayrı  qəlp, saxta sözlər deyil, konstruktiv səviyyə, bütöv-aldadıcı 

cümlələr, onların müxtəlif kombinasiyaları  hərəkətə keçir. Bu vəziyyəti 

totalitar faşist və kommunist rejimlərinin, müasir “diktatura demokratiyası” 

nümunələrinin daxili və xarici siyasətində, habelə və xüsusilə qloballaşma 

bayrağı, daha doğrusu, pərdəsi altında dünya ağalığına can atan bəzi böyük 

dövlətlərin xarici siyasətinin ustalıqla pərdələnmiş, güc və sürünən 

zorakılıq, təhrik və təzyiq ritorikasında aydın görürük. Mən hələ ayrıca bir 

mövzu olan yalançı  mətnləri demirəm. O yerdə konkret utilitar maraq və 

meyllərlə dil-ifadə forması adekvatlıq təşkil etmir, daha doğrusu, bir-

birindən tamamilə aralanır, uzaq linqvistik və psixoloji məsafələr qət  edir, 

düşüncə  tərzi, dünyaya, hadisələrə münasibət tam dəyişir, orada yalançı 

cümlələr və  mətnlər meydana gəlir. Məsələn, növbənöv siyasi 

təxribatçıların, KQB “diplomatlarının” cəlb olunduğu çeçen “azadlığına” 

dair danışıqalrın bütün stenoqramlarını, yaxud bütöv mətnlərini,  əsas 

missiyası heç də Qarabağ  məsələsini həll etmək deyil, yalnız vasitəçilik, 

barışdırıcılıq olan, üstəlik açıq-aşkar birtərəfli, proxristian mövqe tutan 

ATƏT-in Minsk qrupunun əksəriyyət razılaşma, təklif və protokol 

mətnlərini yalançı  mətnlər hesab etmək olar. Bunlar müəyyən strukturu, 

məzmunu olan, lakin hər cür kokret funksiyadan məhrum olan mətnlərdir. 

Elə totalitar və avtoritar rejimlərdə radikal iqtidar və müxalifətin qarşı-

qarşıya dayandığı, üz-üzə  gəldiyi (fərqi yoxdur, demokratik və ya qeyri-

demokratik rejimlər olsun) bütün yaxınlaşma, bir araya gəlmə, razılaşma, 

mübahisə-müzakirə çabalarının, şifahi və yazılı mətnləridə yalançı mətnlər 

olur və buna görə də tamamilə nəticəsiz, sonucsuz qalır, heç bir real qüvvə 

kəsb edə bilmir. Cümlə ilə  mətnin sərhədləri bərabərləşdikdə, üst-üstə 

düşdükdə yalançı cümlə  həm də yalançı  mətn statusu kəsb edir. Mətndə 

söz-işarələrin yayğınlığına cümlə-fikirlərin yayğınlığı, cümlə-işarələrin bir-

birinə münasibətindən doğan qeyri-səlistlik və  təxminiliklər də  əlavə 

olunur. Beləliklə, mətn inteqrasiyası çərçivəsində nisbi konkretlik və qeyri-

müəyyənlik sərhədlərinin daim bir-birinə yaxınlaşan və bir-birindən 



 

 

 



166

uzaqlaşan, intensiv olaraq kiçilən və böyüyən geniş qayçısı yaranır, mətndə 

kəmiyyət çoxluqlarının yeni səviyyə  və hüdudları formalaşır. Güman 

edirəm ki, dünyada yalançı  mətnlərin sayı gerçəkçi, real-qavranımlı 

mətnlərin sayından qat-qat çox olur. Və bundan sonra lap çox olacaq. 

Lakin daha konkret və aydın olsun deyə cümlənin omonim işlənməsi 

vəziyyətlərinə qayıdaq. Keçmiş sovet kommunist təbliğatının tipik 

ştamplarından, düşüncə-anlam stereotiplərindən olan “Partiya ilə xalqın 

ittifaqı sarsılmazdır”, “Sovet xalqlarının birliyi və qardaşlığı  əbədidir”, 

“Dünya sosialist birliyini heç bir qüvvə sarsıda bilməz” kimi qeyri-

dialektik və birtərəfli, yanlış hökmlər o dövrün artıq unudulmuş, köhnəlmiş 

dil-düşüncə yadigarlarıdır. Ola bilsin ki, Böyük Vətən müharibəsi deyilən 

müharibə dövründə “Partiya ilə xalq birdir”, “Partiya ilə xalqın birliyi 

sarsılmazdır” tipli şüarlar həqiqəti az-çox adekvat şəkildə ifadə edirdi. 

Qorxu və vahimə ilə yaradılsa da belə bir birlik həqiqətən mövcud idi. 

Lakin Stalinin ölümündən, 60-cı illərdən sonra, yəni ölkənin dağılma 

prosesinin başlanmasından, yadfikirliliyin güclənməsindən, qorxu və 

vahimə psixologiyasının aradan qalxmasından sonra həmin cümlələr 

tamamilə uzaq, müstəqil və  fərqli mənaların vahid işarə kompleksinə 

çevrildi. “Adolf Hitler bütün dövrlər üçün alman xalqının  ən böyük və 

əbədi rəhbəridir”, (“Adolf Hitler ist der größte und ewige Führer des 

deutschen Volkes”), “Nasional-sosialist ideyaları almanların xoşbəxtlik və 

gələcəyinin  əbədi təminatçısıdır” (“Die Ideen des Nationalsosialismus 

bestimmen das Glück und die Zukunft der Deutschen”) kimi şüarlar 

həqiqətlərin yalnız kiçik bir paradiqmasına uyğun gəlirdi. (Görünür, hər 

paradiqmanın öz həqiqətləri, gerçək həqiqətlərin də öz paradiqması var). 

Başlıcası isə dünyanın dialektik dərki, real gerçəklik məntiqi ilə heç bir 

əlaqəsi olmayan son dərəcə məhdud, sona qədər dərk olunmamış nasional-

sosialist düşüncə və klişeləri təkcə söz-məna aldanışları ilə yox, fikir-cümlə 

aldanışları ilə doldurulmuşdu. Cümlə-fikir səviyyəsində mücərrədlik, 

yayılanlıq və qeyri-müəyyənlik, dərkolunmazlıq daha da genişlənirdi, az 

qala real sonsuzluq həddinə çatırdı. Yuxarıda göstərilən hər dörd totalitar 

formulun yalanı, qeyri-həqiqiliyi saysız-hesabsız məna-fikir aldanışlarında, 

fikir və ideyaların, irəli sürülən mövqe və baxışların natamamlığında, qeyri-

səlistliyində öz əksini tapır. Sovet rəhbərləri və idioloqları  tərəfindən tez-


 

 

 



167

tez təkrarlanan “Партия  ум,  честь  и  совесть  нашей  эпохи”  şüarında bu 

yayğınlıq və yayılanlıq, fikir qütblərinin mümkün olan məna variantlarının 

qeyri-səlistliyi məhz mücərrəd və anlaşılmaz miqyaslar aldığına görə daha 

şox təsirli və cazibədar olurdu, dil forması fikri ölçüsünə, daha doğrusu, 

ölçüsüzlüyünə müvafiq gəlmirdi, söz real denotatdan, cümlə isə fikir 

predmetindən uzaqlaşıb havadan asılı qalırdı  və daha çox, psixoloji, psixi 

təsir göstərməyə hesablanırdı. Böyük Azərbaycan  şairi S. Vurğunun 

məşhur poemasında bu miqyaslar və ölçüsüzlüklər poetik semantikanın 

gücü və yayılanlığı ilə daha da genişlənib  şaxələnirdi, sanki mövzunu və 

fikir predmetini tərk edib söz, ifadə vasitəsi olmaqdan çıxırdı: Bəşərin 

vicdanı, eşqi, ürəyi / Zehni, düşüncəsi, fikri, diləyi / Bütün yer üzünün xoş 

gələcəyi / Hər zövqü, səfası partiyamızdır. Əsl poeziyada dil sanki sadəcə 

işarələr sistemi olmaqdan çıxır, artıq müstəqil, təkrarolunmaz bir reallığa 

dönüşmüş olur. Bəşəriyyətin, insanların yaddaşında yaşayan o dövrün 

həqiqətlərindən çox S. Vurğun sözünün həqiqətləri oldu. Bu gün 

demokratiya yolu ilə irəliləyən ölkələrdə  və qeyri-demokratik ölkələrdə 

keçirilən hər seçkidən sonra “Bu seçkilər ötən dəfəki seçkilərlə müqayisədə 

irəliyə doğru atılmış bir addımdır”, “Yol verilən pozuntular seçkinin 

ümumi nəticələrinə  təsir etmir” tipli real vəziyyəti pərdələmək, 

dumanlandırmaq məqsədi ilə ortaya atılan “Dünyanın heç bir yerində ədalət 

yoxdur”, “Dünyanın heç bir ölkəsində tam ədalətsiz seçkilərdən danışmaq 

olmaz” kimi cümlələr geniş diffuzluq, omonim işlənmə perspektivi kəsb 

edir, əslində sonucda bir sabitsizlik, təhlükə amilinə çevrilir.  

Sözün, terminin çirklənməsi bəzən o həddə çatır ki, omonim işlənmə 

vəziyyətləri genişlənə-genişlənə, bir-birindən diametral şəkildə aralana-

aralana antonimlik hüdudlarına, paradoksallıq dərəcələrinə  qədər gedib 

çıxır, işarənin məfhumi və məntiqi statusu, semantik muxtarlığı sual, təhdid 

altına düşür.  Ən aktual ictimai-siyasi anlayışlar, istilahlar həmin prosesə 

daha çox və daha intensiv məruz qalır, sözlərin, işarələrin mənalarına daim 

yeni çalarlar, rənglər əlavə olunur, səs substansiyası sanki ifrat ağırlığa tab 

gətirməyib deformasiyaya uğrayır. Dəyişmələr, yeniləşmələr, 

zənginləşmələr, tutqunlaşma və bulanmalar o qədər sürətlə gedir ki, hətta 

kiçik bir zaman kəsiyində sözün semantikasına, məzmun və mündərəcəsinə 

yenidən baxmaq, düzəlişlər,  əlavələr etmək lazım gəlir. Kitabda təkrar-


 

 

 



168

təkrar bədnam-məşhur “demokratiya” və “terrorçuluq” sözləri üzərinə 

yenidən qayıtmağımız həmin zərurətlə bağlıdır. Bu yaxınlarda  İran 

prezidenti Mahmud Əhmədinejat  İraq prezidenti ilə görüşündəki 

çıxışlarından birində ölkəsində parlament seçkilərinin keçirilməsi ilə bağlı 

dedi: “Amerikanın heç vaxt ikidən artıq seçimi olmayıb (söhbət 

respublikaçı Makeyn və demokratlar – Hilari Klinton və Barak Obama 

cütlüyündən gedir – S.A.). Amerika dünyanın  ən antidemokratik 

dövlətidir.” “Demokratik”, “lap demokratik”, “olduqca demokratik”, “bir 

az demokratik”, “tamamilə demokratik”, “kifayət qədər demokratik”, 

“demokratik olmayan” və s. kimi qeyri-səlist çoxluqlar böyüyə-böyüyə 

“antidemokratik” həddinə  qədər genişlənir, onu da öz içərisinə daxil edir. 

İran siyasətçisinin həmin məntiqi vaxtilə bu ölkədə yaşamış Zadənin qeyri-

səlis çoxluqlar və qeyri-səlist məntiqindən də  kənara çıxır, 

“fövqəlzadə”mahiyyət kəsb edir. Deyirlər ki, o dövrdə İranda islahatçıların 

böyük bir hissəsi ümumiyyətlə seçkilərə buraxılmamışdı, nəticədə seçkilər 

“İranın xeyrinə” olmuşdu. Bu qəbildən olan mühakimələrdə, daha doğrusu, 

anti-mühakimələrdə müasir sosial-siyasi dəyərlərin də saxtalaşdırılması, 

karikaturlaşdırılması göz qabağındadır.  Əslində  İran prezidenti 

“demokratiya” anlayışının və “demokratiya” sözünün iflasını başa çatdırdı. 

Bu sözü təcili olaraq başqa bir sözlə  əvəz etmək gərəkdir!.. Lakin insan, 

ayrı-ayrı  fərdlər nəyi dəf etsə  də  hətta predmetə, hadisəyə materiyaya 

təbiətə üstün gəlsə  də, nəyi inkar və  rədd etsə  də, sözün, işarənin 

konservatizmini, mühafizəkarlıq və  ətalətini dəf etməyə qadir deyil! Bir 

qədər sonra sabiq İran prezidenti Rəfsancani beynəlxalq qurum və 

müşahidəçiləri 

İranda keçirilən parlament seçkilərini “ədalətli 

qiymətləndirməyə” çağırdı. Sonra Rəfsancani dedi: “Seçkinin nəticələri 

İranın düşmənlərini məyus edəcək. Seçkilər göstərdi ki, İran regionun, 

dünyanın öncül demokratiya dövlətidir.” Başqa bir “nümunəvi” demokratik 

ölkənin – Rusiya prezidenti Vladimir Putinin əsl demokratiya və 

demokratik dəyişikliklər haqqında yeni və  ən yeni fikirləri də maraqlıdır. 

O, Münxendə Corc Buşun Rusiyada demokratik islahatların zəif aparılması 

haqqındakı  İradına cavab olaraq dedi: “... Bəli. Rusiyada Amerikanın 

İraqdakı demokratiyası kimi demokratiya yoxdur.” Sonra Putin Almaniya 

kansleri Angela Merkellə görüşdə qalan dünyaya demokratiya dərsi 



 

 

 



169

verirmiş kimi əlavə etdi: “Kosova müstəqillik verilməsi çox böyük səhvdir 

və heç də demokratiya nümunəsi deyil... Demokratiya ya var, ya da yoxdur. 

Onun haqqında hər dəfə bir cür danışmaq yaramaz. Bir az hamilə olmaq 

olmaz.” Demokratiyaya münasibətdə yeni köhnə element bir də odur ki, 

Qarabağ  məsələsində Ermənistanı müdafiə edən Rusiya lideri Moskvaya 

qayıtdıqdan sonra da “demokratiya ya var, ya da yoxdur” prinsipi ilə deyil, 

“demokratiya həm var, həm də yoxdur” formulu və  məntiqi ilə  fəaliyyət 

göstərməkdə davam edir. Və Ermənistanı 20 ildən çoxdur ki, yarımhamilə 

vəziyyətində saxlayır. Ona camış yavanlığı yedizdirir. “Hüquq”, “azadlıq”, 

“iradə”, “dövlət”, “kapital”, “materializm”, “idealizm” kimi sözlər də istər 

elmi-akademik, istərsə də siyasi diskursda çoxlu semantik sınaqlara, qeyri-

dəqiqlik və  təxminiliklərə qabarma-çəkinmələrə  məruz qalır (Bax: 

Ю.Степанов, 17). Sözlərin impilisit predikativliyi onların daxil olduğu 

cümlələrdə fikirlərin, mühakimələrin, təkliflərin yayılanlığına təkan verir.     

   Bir vaxtlar Azərbaycanda işlənən “Məmurlar xalqın xidmətçisidir”, 

“AMİP xalqın partiyasıdır”, “Qarabağ heç vaxt indiki qədər bizim 

olmayıb” kimi cümlələr çoxmənalılıq, çoxfunksiyalılıq və omonim 

işlənmə, ilkin anlamdan tam uzaqlaşmaqla vahid formativ daxilində 

semantik qütbləşmə üçün geniş bir sahə açır.  

  Biz bir az əvvəl bütöv mətnlərin omonim işlənmə və dərk olunma, 

şərh imkanlarından bəhs etmişdik. Eyni paradiqmaya daxil olan alternativ 

mətnləri təhlil və  tərkib edərkən, invariant siyasi mövzuların variantlarını 

tutuşdurarkən, onlar arasındakı  fərqləri, yaxınlaşma və uzaqlaşmaları 

nəzərə alarkən həqiqətən mətnlərin omonimik işlənməsinin müxtəlif 

səviyyələrinin  şahidi oluruq. Bunu siyasi və dövlət xadimlərinin tez-tez 

“Mənim fikirlərim təhrif olunub”, “Mən bunu deməklə başqa şeyi nəzərdə 

tutmuşam” kimi etirafları, təkrar müdaxilələr də təsdiq etməkdədir. Bəzən 

etiraz və mübahisə doğuran ayrı-ayrı söz və cümlələrin həqiqilik və 

yalanlığını müəyyənləşdirmək üçün onları yalnız aid olduqları konkret bir 

mətnə deyil, eyni tipli geniş  mətn paradiqmasına daxil etmək lazım gəlir. 

Doğrudur, belə halda bəzən fikirlərin, müvqelərin qeyri-müəyyənlik və 

yayğınlığının daha da artması  təhlükəsi də yaranır. Demokratiya və 

demokratik seçkilər, sosial ədalət, terrorçuluq və terora qarşı mübarizə, 

insan hüquqlarının qorunması, dövlətçilik və dövlət suverenliyi, 


 

 

 



170

hakimiyyətin bölünməsi, dövlət çevrilişi xalqların öz müqəddəratını  təyin 

etmək hüququ və s. kimi yayğın, sürüşkən mövzulara həsr olunmuş 

mətnlərdə, xüsusilə bir-birinə daban-dabana zidd ideologiyaların, siyasi 

partiya və  təşkilatların, dövlətlərin mövqelərinin  şərh olunduğu mətnlərdə 

addımbaşı, sətirbaşı omonimik işlənmələrin zərərli, dağıdıcı  təsirini hiss 

etmək mümkündür. Hər kəs  az  qala  eyni  söz,  cümlə, bütövlükdə  mətn 

altında, dərinlikdə ayrı bir şey ifadə edər və bunun doğruluğunu, 

həqiqiliyini boynuna düşürmüş kimi sonradan haqq-nahaqq sübut etməyə 

çalışar. Burada kimi və kimləri isə günahlandırmaq da çox vaxt 

məntiqdənkənar, oyundankənar bir şey kimi qəbul olunmaz – sadəcə olaraq 

böyük həqiqətin inkarı olan belə bir həqiqətlə barışmaq, hesablaşmaq 

gərəkdir ki, çoxmənalılıq, çoxqatlıq və omonimlik siyasi diskursun təməl 

prinsiplərindən birini təşkil edir və bunların “ləyaqət”, “insanlıq”, “şərəf” 

kateqoriyaları ilə  fəal surətdə  əlaqələndirilməsi həmin ünsiyyət, fəaliyyət 

sahəsinin məntiqindən kənara çıxır. Təəsssüf ki, bu aydın həqiqəti təkrar-

təkrar xatırlatmaq lazım gəlir. Hər bir dahi siyasət adamının, peşəkar dövlət 

və partiya xadiminin, xalqına, dövlətinə xidmət edən diplomatın diqqətlə 

işlənmiş, ölçülüb-biçilmiş nitq hərəkətinin dərinlik strukturunda bir qeyri 

müəyyənlik, inkarlıq elementi, aldadıcı, arxayınlaşdırıcı yalan və aldanış 

kodu gizlənir. “Ən yaxşı siyasətçi – adamları daha yaxşı aldadan 

siyasətçiyə deyilir” mühakiməsində böyük bir həqiqət və fayda var. 

Siyasətçinin son məqsədi həqiqətləri dilə  gətirmək deyil, inam, etimad 

yaratmaqla öz həqiqətlərini qarşı  tərəfə  qəbul etdirməkdir. Həqiqət 

linqvistik dəyişəninin konkret anını  ələ keçirtməkdir. Və bu məqsədə 

xidmət edən hər  şey, o cümlədən hər cür linqvistik güc vasitəsi məqbul 

görünür. Sadəlövh, rəhmdil xalqlar və bizim kimi kiçik insanlar bunu nə 

qədər tez dərk etsə, o qədər yaxşıdır. “Qalib gəlmək üçün bütün vasitələr 

məqbuldur” prinsipi bu gün bir varolma, yaşam, mövcudluq qanunudur və 

onu mənimsəmək zəruridir.    

 

 

 



 

 


 

 

 



171


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin