Sərxan Abdullayev



Yüklə 4.35 Mb.
Pdf просмотр
səhifə17/45
tarix09.03.2017
ölçüsü4.35 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

təəssüratlar koqnitiv bloklara, linquistik fraqmentlər, anlam seqmentlərinə 

bölünüb bütövləşmək,  şaxələnib çoxalmaq, daha da artmaq potensialına 

sahibdir. Dichterfürst, der Autor von "Faust", der junge Werther, der 

grösste Deutsche, Prometeus seiner Zeit, der Schöpfer des "West-östlichen 

Divan", der Beherrscher des Olymps, der grösste Vertreter des "Strum und 

Drang" və s. 

“Alman torpağında ilk fəhlə-kəndli dövlətinin” (der erste Arbeiter 

und Bauernstaat auf dem deutschen Boden) vətəndaşları olan şərq almanları 

və sovet kommunustləri sırf siyasi motivlərə görə şəksiz ki, böyük filosif və 

dahi iqtisad alimi Karl Marks haqqında çeşidli perifrazlar, bir çox hallarda 


 

 

 



254

konkret ideyadan, referensiyadan yayınan dil reallıqları yaratmışdılar: der 

grösste Philosoph der Welt, der Führer des Weltproletariats, Begründer des 

wissenschaftlichen Kommunusmus, der grosse Revolutionar və s. Nizami, 

Füzuli, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi nəhəng 

şəxsiyyətlər, populyarlaşmış, deməli, üstün səviyyədə  dərk və  qəbul 

olunmuş  sənət adamları  ətrafında da belə geniş, genişlənmiş  və daim 

genişlənən, saflaşan bir koqnitiv halə var. Məsələn, Üzeyir bəy Hacıbəylini 

səciyyələndirmək üçün aşağıdakı sabitləşmiş, hamı  tərəfindən anlaşılan 

"ümumdil perifrazları" işlənir: Şərqdə ilk operanın banisi, Azərbaycanın ən 

böyük ziyalısı / ziyalılarından biri, "Koroğlu" müəllifi, ilk muğam 

operasının yaradıcısı, Azərbaycan klassik musiqisinin banisi və s. 

Qeyd olunan forma və formullar ilkin dentotat qədər tam, dəqiq və 

birmənalı olmasa da, dayaq sözün məzmununu, anlam strukturunu 

bütünlüklə əhatə etməsə də, həmin perifrastik  variantlar, kollektiv ya fərdi 

təəssürat, qiymətləndirmə  və biliklər mövcud məlumatları, konseptual 

biliklərimizi daha da zənginləşdirib genişləndirmək gücünə malikdir. 

Əlavə, müxtəlif ölçülü nominasiyaların, təsviri, qeyri-müstəqim çoxluqların 

konstruksiya edilməsində  əsas məqsəd ifadə  rəngarəngliyinə, semantik-

koqnitiv dərinləşmələrə nail olmaq, mətnə 

əlavə-tamamlayıcı, 

bütövləşdirici, aydınlaşdırıcı, konkretləşdirici  informasiyalar daxil 

etməkdir. Referensiyalar, koqnitiv realilər və fikri obrazlar fərqli dil 

dəyərlərində, başqa hüdud və miqyaslarda verilməklə, təqdim olunmaqla 

onların kontekstə qoşulması, hərəkət mexanikası hazırlanmış, relslər 

üzərinə qoyulmuş olur. Beləliklə, mətn quruculuğu, fikir və duyğuların 

hərəkəti, formal  və  məna  əlaqələrinin genişlənməsi, budaqlanması üçün 

əlverişli linquistik mühit, "start" vəziyyəti yaradılmış olur. 

Perifraz çoxluqlarının mətndüzəltmə imkanları haqqında ilkin 

təsəvvürlərimizi genişləndirmək üçün daha bir neçə nümunə.Thomas 

Mannın "Tonio Kröger" əsərində "Schüler" (məktəbli, şagird) referensiyası 

ilə  əlaqələnən maraqlı perifraz tapıntıarı, alternativ, təkrar adlandırma 

örnəkləri var: 

Die Schule war aus. Über den gepflasterten Hof und heraus aus  

der Gartenpforte strömten die Scharen der Befreiten... 

Grosse Schüler hielten mit Würde ihre Bücherpackchen 



 

 

 



255

hoch gegen die linke Schulter gedrückt...  Kleines Volk  

setzte sich lustig in Trab... 

 

Mətndə  işlənən Befreiter (Scharen der Befreiten - azadlığa 



buraxılmış insan axını), kleines Volk (balaca xalq) heç də birbaşa, sistem 

planında "Schüler" (şagird, məktəbli) perifraz şəkilləri ilə vahid semantik-

konseptual əsasda birləşmir. Həmin perifraz sıraları geniş mətndə, konkret 

qavrayış aktında "Schüler" /Schulkind/ isimlərinin kontekstual-mətni 

sinonimləri, ekvivalent-müvazi vahidləri kimi işlənərək və onları semantik-

praqmatik baxımdan zənginləşdirərək, tamamlayaraq fərqli linquistik 

qiymətlər, yayılan çoxluqlar mikroparadiqması formalaşdırır. Dil-ifadə 

formalarının tam müxtəliflik və rəngarəngliyinə baxmayaraq onlar birlikdə, 

vahid funksional bütövləşmə  və dayanışmada mövzu, ideya-məzmun 

konstantlığının, tematik silsilə  və nizamın  əsasını  təşkil edir. Göstərilən 

linquistik qiymətlər ilk növbədə koqnitiv detalların sərrastlığı,dəqiqlik və 

həqiqiliyi ilə yaddaşlara daxil olur, vahid kommunikativ sahə əmələ gətirir. 

Aydındır ki, hər bir dərketmə, həqiqət anı, fərdi-subyektiv müşahidə  və 

linquistik  şərh işarəyə köçürülən obyekti fərqli görüm və yanaşmalarda 

təqdim edir, qavranılan predmet və ya hadisənin bir cəhəti, bəzən yalnız dil 

işarəsi ilə görünən, görünə bilən bir cəhəti, amma, əlbəttə, assosiativ 

genişlikdə dərk olunan bir cəhəti qənşərə çəkilir. 

Necə ki, ay heç də həmişə bütöv, bədirlənmiş olmur, ay qövsü onun 

haqqındakı tam təsəvvürü, təəssüratı əvəz edir, insanlar ayı hər dəfə bütöv 

halda dərk etmək, hər dəfə tam müşahidə etmək, ondan zövq almaq və ya 

baxıb heyrətlənmək həvəsində olmurlar. Ay heç də  həmişə eyni cür 

görünmür, eyni təəssürat oyada bilmir. Və buna heç ehtiyac da yaranmır, 

biz  İlin, metomüşahidənin müxtəlif vaxtlarında çoxlu "fərqli" aylar, 

ayparalar, nazik, bəzən lap nazikləşmiş disklər, dairələr görürük. Bəzən 

sadəcə müşahidə edirik. Bütün bu görüntüləri, təəssüratları bir bütöv 

halında birləşdirməyə, bəzən isə ayrı-ayrı  əlamətlər  şəklində yenidən 

ayırmağa, seçməyə ehtiyac hiss edirik. Alman şairi H. Hayne ayı (der 

Mond), “göylər gözəli”, “göylər qızı”(Tochter des Himmels) adlandırır. 

Halbuki qərb mədəniyyətinin daşıyıcısı olan almanlar üçün "ay" bizdən 

fərqli olaraq (Ay üzlüm(?)) üzündəki "şübhəli" ləkələrə görə heç də 



 

 

 



256

gözəllik simvolu kimi olaraq dərk olunmur. Azərbaycan şairi S. Vurğun isə 

ayı "göylərin şamı" kimi visuallaşdırmaqla dərketmənin, koqnisiyanın yeni, 

orijinal versiyasını təqdim edir. S. Vurğunun misralarında poetik təəssürat 

o qədər güclü, o qədər parlaq və cazibadardır ki, şer parçasını bədii sözün 

ay sonatası da adlandırmaq olar: Ayazlı, şaxtalı bir qış axşamı/yeddi yoldaş 

olub yola düzəldik/Qarlarla örtülü bir düzə  gəldik/ayazlı,  şaxtalı o qış 

axşamı/O ay dediyiniz göylərin  şamı/O qarlı düzlərə baxıb 

yanardı/Yolçular getdikcə yol uzanırdı ("Komsomol poeması"). Sonradan 

həmin sərrast müşahidə-tablo "Burax gedim ay işiğı"....misraları ilə 

bütövləşərək, mükəmməlləşərək bir fövqəlobraz, fövqəlsöz məqamma 

yüksəldi, etnik-psixoloji imkanlarımızın yeni qatlarını açdı.  Şərqdə poetik 

idrakın, ümumən koqnisiyanın yeni texnoloji imkanlarını üzə  çıxardı. 

Almanların ən təsirli, ən uca və mücərrəd dərketmə sistemi olan musiqi ilə, 

səslə dediyini biz adicə sözlə ifadə edə bildik. Əslində bununla hamının 

olan Ayı azərbaycanlıların əlahiddə etnopoetik obrazına çevirdik. 

Göründüyü kimi, ifadə, təsir gücü, fikrin ekspressiyası aktual 

denotatın bütöv dil obrazı prizmasından deyil, ayrı-ayrı səciyyəvi əlamətlər, 

detallar prizmasından təqdim olunması ilə müəyyənləşir. Məhz bunun 

nəticəsi olaraq əlamət bütövlükdə müşahidə obyektini örtür, ondan qabağa 

keçir. Daha doğrusu, predmeti, substansiyanı  fərqli linquistik qiymət və 

dərəcə ilə  əvəz edir. Belə ifadə faktı hadisəni, obyekti adlandırmaq 

baxımından tam dəqiq və qüsursuz olmasa da, əlavə, kifayət qədər aktual 

semantik informasiyaların daşıyıcısına çevrilir, güclü variativ dil-qavrayış 

faktoru olaraq mətnin praqmatik-üslubi və koqnitik perspektivlərini artırır, 

onu çoxuclu şəbəkı kimi geniş  əhatə dairəsi, semantik-sintaktik 

valentlik,açılım sahəsinə  çıxarır. Aydındır ki, perifrazın formalaşdığı, 

gəlişdiyi zaman və  məkan ölçüləri, perseptual və  məfhumi informasiya 

tutumu, semantik və assosiativ törədiciliyi zəngin olduqca, onun variativlik, 

rəngarənglik və  şaxələnmə imkanları da həmin nisbətdə  zəngin və 

çoxcəhətli olar.  S. Vurğunun məşhur "çöllər qızı" ("ceyran") perifrazı 

aşağıdakı semantik-koqnitiv yayılanlıq çoxluqları  şəklində genişlənir: 

çöllər qızı, çöllər gözəli, təbiətin gözəli, dağlar gözəli, (bizim) çöllərin 

yaraşığı  və s. Qeyd olunduğu kimi, perifrazlar, xüsusilə  də metaforik 

perifrazlar müəyyən nəzər nöqtəsindən təqdim olunduğundan ifadə 


 

 

 



257

çoxluqlarının, linquistik qiymətlərin təsviri xarakter daşıdığı bir dairə 

ətrafında genişlənməsi,törənməsi çətinliklərlə müşayiət olunur. Təsadüfi 

deyildir ki, məntiqi alternasiya, variantlaşma məqamlarında konseptual və 

semantik informasiyaların nisbi zənginlik və rəngarəngliyi ilə bağlı olaraq 

dilin yaradıcılıq, quruculuq imkanları da artır, çoxluqlar çevrəsi böyüyüb 

genişlənir. Müqayisə et: Azərbaycan-Odlar yurdu, neft diyarı, qara qızılın 

vətəni,  şairlər yurdu, Nizamilər, Fizulilər vətəni, qəhrəmanlar yetirən ulu 

torpaq, ulu diyar, şərqdə ilk demokratik cümhuriyyət quran ölkə, ölməz 

muğamlarımızın vətəni, bütün şərqdə operanın yarandığı  məmləkət, 

Babəklər, Koroğlular yurdu, bol sərvətli diyar və s. Hər hansı bir ölkə 

haqqındakı  məntiqi perifrazları bu ölkədəki çox məşhur və  hətta heç 

məşhur olmayan adamların, yerlərin, mədəniyyət obyektlərinin sayı  qədər 

artırmaq olar. Həmin mümkün, hətta ilk baxışda mümkün olmayan, ağla 

gəlməyən təsviri formalar  vahid, ümumi-ortaq denotatı  mətnin semantik 

proqramına daxil edən koqnitiv tellər, informasiya naqilləri misalındadır. 

Fikir, ideya elementlərini, əsas koqnitiv mərkəzləri mətnə daşıyan perifraz 

formaları, dolayı ifadə  şəkilləri, kompleks, genişkütləli, eyni zamanda 

mütəhərrik deyim alternativləridir. Sinonim çoxluqların fərqli ünsiyyət 

mühitində təkrarı və davamıdır. Beləcə, xüsusi coğrafi ad olaraq alternativ 

verballaşma, birsözlü, birqiymətli çoxluq yerləri aça bilməyən "Bakı” tipli 

dil işarələrinin də öz  paralel çoxluq imkanları yaranır, bunun sayəsində 

mətnin, beləcə sözün semantik-sintaktik plastikası artır, donuqluq, statika 

aradan qalxır. Daha doğrusu, yeni koqnitiv istiqamətə yönəldilmiş olur: 

Neft və milyonlar səltənəti (Bakı), dünyanın xəritəsində qara mazut ləkəsi 

(olan Bakı),küləklər  şəhəri, dillər  əzbəri  şəhər, babaların yadigarı, 

gözlərimin işığı olan şəhər və s. Ümumiyyətlə, isimlərin,  əsas adların 

mətnə qoşulmasında sifətlər, təyinedici sözlər sahmanlayıcı rol oynayır. 

Kontekstual perifrazlar ümumdil perifrazlarına nisbətən daha çevik və 

məhsuldar xarakter daşıyır. Onlar mövzudan mövzuya yüksələn xətlə, 

ardıcıllıq ierarxiyası ilə artıb çoxalaraq dil daşıyıcısını seçim qarşısında 

qoyur.Bu variantlar kimi "qara qızıl", "ağ qızıl", "ellər atası", "mavi gəmi" 

kimi təsviri adlandırmalar xarakterik əlamətin böyüdülməsi, nəzərə 

çarpdırılması bünövrəsində meydana gəlir və, heç şübhəsiz,  əsas adlarla, 

ilkin qavrayış aktı ilə müqayisədə informasiyanın dəqiqliyini zəiflətməklə 


 

 

 



258

mətnin qeyri-səlistliyini, yayğınlığını da gücləndirir. "Ağ  qızıl", "qara 

qızıl", "ağ ölüm", "gündoğar ölkə", “yaşıl qitə” kimi qapalı  və birmənalı 

şəkildə  dərk olunan, konvensionallaşmış perifrazlarda, məsələn, "küləklər 

şəhəri" modelinə nisbətən kommunikativ risk bütövlükdə aradan qalxsa da, 

təkrar işlənmə sayəsində ünsiyyət riski xeyli azalmış olur. Sıfra enmiş olur. 

Ola bilər və  yəqin elə belədir ki, dünyada Bakı ilə yanaşı digər "küləklər 

şəhəri" və ya Kuba ilə bərabər digər "Azadlıq adaları"da olmuş olsun. Və 

ya gələcəkdə, Allah eləməmiş, belə bir yeni ada peyda olmuş olsun. 

Yaxud,"Şərqin böyük mədəniyyət mərkəzi" yayğın, az informativlikli 

forma başqa bir şəhərə və ya bir çox şəhərlər qrupuna aid edilsin. Aydındır 

ki, xilasedici kontekst, situasiya olmasa,  birmənalı anlaşma baş 

tutmayacaq, koqnitiv xaos qaçılmaz  olacaq. Beləliklə, perifraz mətni 

doğurduğu, təşkil etdiyi kimi, mətn də, konsituasiya da perifrazlar 

semantikasını  dəqiqləşdirir və istiqamətləndirir, onları linquistik qiymətlər 

şəklində    təsbit edir. Təsadüfi deyildir ki, kontekstual sinonimlər, o 

cümlədən də kontekstual sinonimlərin mühüm qaynaqlarından biri olan 

perifrazlar mətn koheziyasının  ən mühüm vasitələrindən birini təşkil edir, 

daim çoxalan, artıb genişlənən  şaxələr,  əlaqə bağları kimi sağa və sola, 

özündən  əvvələ  və sona doğru dartılıraq yayılan çoxluqlar, ardıcıllıqlar 

kimi, kompleks dil işarəsi olaraq mətnin yayılanlığını, dərinliyini də təyin 

edir. Müvazı, paralel şaxələnmələrin semantik zənginliyi, törədicilik 

potensialı da məhz onların  əlavə gücləndirici linquistik energetikası ilə 

bağlıdır. Alternativ perifraz formasının tematik nüvə kimi qabardılması isə 

onu güclü assosiativ koheziya vasitəsinə çevirir, bütöv mətn fonunda 

mətntörətmə, mətnyaratma potensialını artıraraq şüalandırıcı təsirini bütün 

makromətn üzərinə yayır. Orijinal, bənzərsiz Azərbaycan yazıçısı, 

zəmanəsinin yenilikçilik, yenilik ruhunu təmsil və ifadə edən Cəfər 

Cabbarlı haqqında yazılmış roman belə adlanır:"Bahar oğlu". Perifraz 

yaradıcılığı istər danışan, istərsə  də dinləyən, istər mətni konstruksiya, 

istərsə  də istehlak edən  şəxslər tərəfindən uyğun ensiklopedik bilik, 

müəyyən informasiya minimumu və mental fəallıq tələb edir. Təkrar edirik 

ki, sabitləşmiş, konvensionalllaşmış dil perifrazları  fərdi-kontekstual 

perifrazlarla müqayisədə daha asan və maniəsiz, daha az yayılan 

qiymətlərlə qavranılır. 


 

 

 



259

Beləliklə, sinonimlik, çoxmənalılıq, omonimlik və antonimlik kimi 

tematik dil-ifadə  şəkillərini də linquistik qiymətləndirmələrlə bir sırada 

qeyri-müstəqim adlandırmaları, perifrastik çoxluqları, referensiyanı, 

gerçəklik dəyərlərini xarakterizə edən yayılan çoxluqlar bloku kimi 

xarakterizə etmək olar. 

Bu qısa, ümumi-nəzəri baxış, koqnitiv-üslub tanınma və təqdimatdan 

sonra perifraz çoxluqlarının müxtəlif linquistik qiymət dərəcələrini, 

funksional-praqmatik imkanlarını konkret olaraq araşdırmağa çalışaq. 

Xatırladaq ki, dil işarələri olaraq perifrastik çoxluqları, xüsusilə cümlə 

perifrazlarının qeyri-səlisliyi, yayğınlıq hüdudlarının real genişliyi və 

əhatəliliyi haqqında daha bitkin təsəvvür yaratmaq üçün yeri gəldikcə geniş 

mənada perifraz strukturlarını, xüsusilə  aşağı yayılanlıq, zəiflətmə, 

mülayimləşdirmə vasitələri olan evfemizm çoxluqlarını  təhlillərə  cəlb 

etmək zərurəti yaranır. 

Dəqiq seçilmiş, düzgün qavranılmış perifraz variantlarında, ələlxüsus 

da metaforik perifrazlarda semantik və emosional informasiyalar birləşmiş, 

qaynayıb-qarışmış bir energetik güc halında toplanmış olur. Kontekstual-

situativ perifrazların məhz bu cəhəti yalan və manipulyasiya imkanlarını 

daha da artırır, qeyri-səlis çoxluqların müxtəlifliyi, tematik genişlənmə  və 

kütlə  ağırlaşmaları  təxmini mühakimələrin müxtəlifliyi və  rəngarəngliyi 

üçün ilkin əsaslar formalaşdırır. Linquistik qiymətlərin yeni keyfiyyət 

müstəvisinə daxil olması, qeyri-səlis çoxluqların kəmiyyət və seçim 

müxtəlifliyi dərketmənin yeni perspektivlərini açır, semantik-koqnitiv 

sahənin hüdudlarını genişləndirir. 

Perifrazlar eyni şeyləri müxtəlif cür adlandırma alternativləri  olan      

(S. Abdullayev ( 8), 15) sinonimlərin birbaşa davamı, əlavəsi olsa da, onları 

yalan, aldanış  və manipulyasiya imkanlarının zənginliyinə  və 

rəngarəngliyinə görə çoxmənalılıqla da müqayisə etmək olar. Orada bir 

sözdə toplanmış  mənaların kəmiyyət çoxluğu və ümumiliyi, burada isə 

məna yayğınlığı  və forma elementlərinin potensial çoxşaxəliliyi həlledici 

əhəmiyyət kəsb edir. Əlbəttə, bu deyilənlər daha çox obrazlı, metaforik 

perifrazlara aiddir, məntiqi perifrazlarda başqa cür adlandırılan, ifadə 

formasında "yer almayan" denotat tam aydın və  şəffaf, adətən birmənalı 



 

 

 



260

şəkildə  təsəvvürümüzdə  bərpa olunur, qavrayış üçün əlavə enerji sərfi 

gərginlik yaratmır. 

Perifraz formalarının cümlələrə, bütöv mətnlərə transformasiyasını, 

bunun yayğınlıq hədlərini izləmək üçün əslində saxtalaşdırılmış, qeyri-

səmimi mövqe və münasibətlər, gizlədilmiş, geriyə qovulmuş  həqiqətlər, 

yarım-həqiqətlər mənbəi, ifrat vəziyyətdə isə yalan və manipulyasiya 

vasitəsi olan bəzi evfemistik çoxluqlara diqqət yetirək. Bu daim atran, 

genişlənən sintaktik çoxluq dairələrini təqib etmək baxımından da maraq 

doğurur.  Əlbəttə, erfemistik ifadə  və cümlələr hansısa bir tipik əlaməti 

nəzərə çarpdıran, dar, məhdud mənada perifraz deyil, geniş  mənada 

perifraz rubrikası altına düşür. Hər cür erfemizmin mənası "yaxşı 

danışmaq", yatımına söz söyləmək (gut sprechen) deməkdir. "Yaxşı 

danışmaq" isə ilk növbədə xeyrə danışmaq, gerçəyi, həqiqəti sərfəli reallığa 

dönüşdürmək,uyğun  şəklə salmaq səylərindən başqa bir şey deyildir. 

"Yaxşı danışmaq", "iyi konuşmaq" isə  ən müxtəlif münasibət və 

mövqelərlə bağlı ola bilər: Nəzakət, konkret halda zamanın, sosial-siyasi 

situasiyanın tələblərinə, sifarişlərinə uyğunlaşmaq, dövrün, epoxanın 

meyllərini,təhlükələrini, zövqünü nəzərə almaq, şəxsi güvənliyi təmin 

etmək, birgəyaşayış  və çox hallarda birgəmövcudluğun tələbləri ilə 

ayaqlaşmaq, psixoloji və dini tabulara, qaydalara riayət etmək, etik-əxlaqi 

standartları gözləmək anlamına gəlir. Siyasi diskursda isə "yaxşı danışmaq" 

çox hallarda  "yaxşı yalan, danışmaq" mənası ilə  bərabərləşir. "Yaxşı 

danışmağın", adamları öz verbal hərəkətləri ilə razı salmanın, ətrafdakıları 

incitməməyin qızıl qaydalarından biri də heç şübhəsiz, sərt, arzuolunmaz 

həqiqətləri gizlətmə, yayındırma motividir.Təsadüfi deyildir ki, elmi 

ədəbiyyatda evfemizmlər Hüllwörter (gizli, örtülü sözlər), Hehlwörter 

(riyakar sözlər, vəziyyəti ört-basdır etməyə xidmət edən sözlər), 

Glimpfwörter (xəfif sözlər), Schmeichelwörter (yaltaq, yaranma məqsədi 

ilə  işlənən sözlər) kimi nominasiyalarlarla qeyd olunur. Bir çox linquistik 

mənbələrdə evfemizmlər ümumi şəkildə Glimpflichtkeitsumschreibungen 

(yumşaldıcı, mülayimləşdirici təsvir) adlandırılır (W. Schneider (1), 155-

156). Terminlərdən də göründüyü kimi, evfemizmlərdə həqiqiət, gerçəklik 

dəyərlərinə münasibətdə çoxlu aldanışlar, sapmalar baş verir. Mühakimə və 

təkliflərin,müddəaların qeyri-səlisliyi, təxminiliyi artan miqyaslar kəsb edir. 


 

 

 



261

Təsəlli, təmkin, nəzakət, mötədilləşdirmə, hiylə və riyakarlıq və ya sadəcə 

olaraq ləffazlıq-sofistikanı evfemizmlərin başlıca mənbələri, eyni zamanda 

motivləri hesab etmək olar. Konkret praqmatik məqsədlərə xidmət edən bu 

dil davranışında anlayışın, söyləmin məzmununu yumşaltma, deyilənləri 

ört-basdır etmə, etika, meliorasiya düşüncəsi üstünlük təşkil edir. Perifrazın 

bu növü yalnız siyasi dildə, diplomatik diskursda işlənməklə 

məhdudlaşmayaraq geniş ünsiyyət dairələrini-canlı danışıq dilini, 

publisistikanı da əhatə edir. Funksional intensivliyi ilə seçilir. Evfemistik 

təsvirlər tələsik, birbaşa dərketməni, dikbaş, düşünülməmiş nitq davranışını 

önləyərək dil istifadəçisinə vaxt və imkan qazandırır.  

Məsələn, bir çox postsovet ölkələrində durmadan artan bahalaşmanı, 

qiymət artımını “qiymət islahatı” adlandırmaqla özünü bir çox 

təhlükələrdən hifz eləyə bilərsən. Yaxud, Azərbaycanda professorlara 

verilən yardımı-ianəni "əlavə  əmək haqqı" adlandırmaqla onları xeyli 

sevindirmək olar. Aldadıcı, meliorativ sözlər öz “peşə borcunu” həmişə 

məharətlə yerinə yetirir. “Qarovulçu”ya nisbətən "gözətçini" daha asan 

tapmaq mümkündür. Halbuki hər iki adlandırmada söhbət oxşar və ya eyni 

referensiyadan, eyni məzmunlu və məzmunsuz işdən və işləməkdən gedir. 

Əcnəbi mənşəli "ofisiant", "xörəkpaylayandan"  daha modern və abırlı, 

ürəyəyatan görünür, yaxşı imic formalaşdırır. "Xidmətçi"liyə nisbətən 

qadınlar "xadiməliyə"daha həvəslə  gəlirlər. Bugünkü Azərbaycan 

reallığında "uşaqsaxlayan"a, "dayə"yə nisbətən rus mənşəli "nyanka" 

nominalı ilə ev sahibi ilə daha sərfəli şərtlərlə razılaşmaq mümkündür. Və 

daha artıq sayılmaq, qəbul olunmaq  imkanı qazanmaq mümkündür. 

Zibildaşıyana “ekologiya işçisi” deməklə onu əməlli-başlı xoşbəxt etmək 

olar. Bir vaxtlar "prezident aparatının işçisi" aldanışı ilə sürücüyə 

professorden çox maaş verirdilər. Halbuki, kimin maşın sürməsindən asılı 

olmayaraq sürücü elə sürücü, kimi qaldırmasından asılı olmayaraq "liftçi" 

elə "liftçidir". "Laborantı" eyni funksiyada yalan gerçək "assisent"lə  əvəz 

etməklə  işçilərin  əhval-ruhiyyəsini yaxşılaşdırmaq, ovqatını düzəltmək, 

hətta  əmək məhsuldarlığını yüksəltmək mümkündür. "Şəkər xəstəliyi" 

"diabetdən" qat-qat dəhşətli, qorxunc görünür. Maraqlı  və psixoloji 

cəhətdən tamamilə anlaşılandır ki, əcnəbi,  "qapalı" söz doğma sözə 

nisbətən dil işarəsinin içindəki mənfi enerjini sanki 


 

 

 



262

zərərsizləşdirir,anlayışın, hadisənin üzərindəki qorxu, vahimə örtüyünü 

qaldırır. Biz əcnəbi dildə söyüş sözlərini daha asan və rahat həzm edirik. 

Onlar bizə o qədər də  zərərli, təhqiramiz görünmür. Çünki doğma, təbii 

deyil, ilkin psixi strukturlarla fəal səsləşmə yarada bilmir.  

Nəzərə almaq lazımdır ki, cəmiyyət təkcə gerçək reallıqların deyil, 

dil reallıqlarının da növbənöv təxribat və aldanışlarına məruz qalır. 

Məsələ burasındadır ki, əgər mən nəyin bahasına, kimin və ya 

kimlərin xeyrinə “yaxşı danışmağa” çalışıramsa, həqiqətdən yan keçməyə, 

əsil, real vəziyyətdən, fakt və hadisələrin gerçək halından uzaqlaşmağa, 

onları fərqli görüş bucağından, praqmatik rakusdan təqdim etməyə təşəbbüs 

göstərmiş oluram. Erfemistik çoxluqların işlədilməsində  əsas məqsəd 

həqiqi, gerçək biliklə aldanış, yalan və manipulyasiya arasındakı o qədər də 

yaxın olmayan məsafəni qət etmək, fikir və mühakimələrin qəti-diametral 

qarşılaşdırma ilə deyil, tədrici yayılanlıq pillələri, mərhələləri ilə 

verballaşdırmaqdır. Bununla da linquistik qiymətlərin səlisliyi, dəqiqliyi 

illuziyasını aradan qaldırmaqdır. Belə müxtəlifölçülü linquistik 

qiymətləndirmənin azaltma, pozitivləşdirmə  və mülayimləşdirmə 

funksiyası, xoş görü, müsbət təəssürat yaratma gücü onun başlıca ifadə 




Поделитесь с Вашими друзьями:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə