Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

məntiqini, koqnitiv-idrakı  və sosial-psixoloji məzmununu təşkil edir. 

Nəzakət və tolerantlıq, dözümlülük kimi motivlər isə çox hallarda xoş 

məramdan daha artıq uzağa tuşlanmış gizli-müthəm məqsədlərə, yalan və 

aldanışa hesablanır. Bu gün evferizm-əsil həqiqəti pərdələmək,faktları ört-

basdır etmək, gerçəkliyi, olanı tutqun cizgilərdə təqdim etmək, bəzən təhrif 

etmək, adlandırmanın məzmununu saxtalaşdırmaq, öz həqiqi 

mahiyyətindən kənar etmək, gerçəkliyi bilərəkdən qarışıq, bəzən anlaşılmaz 

ölçülərdə göstərmək, qismən də ibarəbazlıq, cümləpərdazlıq və s. kimi dil 

hərəkətlərinin ümumi adı kimi işlənməkdədir. 

Bir sözdən ibarət olan perifrazların az` öyrənildiyini nəzərə alaraq 

onlar üzərində bir qədər geniş dayanaq. Perifraz təsviri ifadə, dolayı, qeyri-

müstəqim adlandırma  şəkli kimi dərk olunsa da, filoloji ədəbiyyatda 

təktərkibli-yəni bir sözdən ibarət olan struktur vahidlərdən də bəhs olunur. 

Bir sözdən ibarət olan perifrastik kompressiyada ibarə-təsvir minimumunda 

ifadədəki yayğınlıq, vasitəlilik daha yüksək mücərrədləşmə  səviyyəsi ilə 

əvəz olunur. Təktərkibli perifrazlarda, xüsusilə  təkişarəli sözlərdə 


 

 

 



263

(Məsələn, Azərbaycan dilindəki "O" sözündə) sinonumləşmə, bərabərləşmə 

və  bərabərləşdirmə imkanları artır, identifikasiya-dəqiq və birmənalı 

aidetmə, tanınma  şansı  aşağı düşür, nəticədə    sözdə gizli qalan anlayışın 

qiymətləndirilməsində  və  təfsirində çoxlu alternativ variantlar yaranır. 

"Belə  ağır vəziyyətin bütün günahları ondadır\günahkar odur" cümləsində 

"o" sözü heç də sadəcə olaraq bir sinsemantik element, deyksis kimi çıxış 

etmir, bütöv və geniş bir situasiyanın, konteksin işarəsi kimi meydana gəlir. 

Bu mübhəm, mərhəm söz, minimal dil elementi ilə  mətndən asılı olaraq 

fikri gizlətmək də, arzuolunmaz situasiyadan salamat çıxmaq da 

mümkündür. Türk-müsəlman qadınlarının  əxlaqi-etik və meliorativ 

mülahizələrə görə öz həyat yoldaşlarının adını dilə  gətirməmək üçün 

anonim "O" şəxs əvəzliyindən istifadə etmələri də məlumdur. O-yəni,bizim 

uşaqların atası", O-yəni bizim Qulamın babası, O-yəni mənim həyat 

yoldaşım, ərim və s. Əxlaqi-etik və linquistik dəyərlərə münasibətdə xeyli 

sərbəst olan şərq kimisi də bir çox hallarda "O" əvəzliyinin xidmətindən 

istifadə edirdi. O-yəni "mənim arvadım", O-yəni "mənim həyat yoldaşım", 

O-yəni "bizim uşaqların anası", O-yəni "Qəzənfər kişinin qızı", O-yəni 

"bizim gədənin anası, "O-yəni "bizim Qulunun anası",  O-yəni "bizim 

külatan”, O-yəni adının çəkilməsi mümkün, məqbul olmayan bir şəxs və s. 

Göründüyü kimi, kişilərin həyat və  məişəti ilə bağlı o qədər də  məcburi

qeyri-etik xarakter daşımayan perifraz törəmələrinin xeyli hissəsi əyləncə-

oyun təsiri bağışlayırdı  və kinayəli, yumoristik səciyyə daşıyırdı, kişilərin 

real həyatda həm də dil-ünsiyyət üstünlüklərindən, liquistik güc 

nümayişindən xəbər verirdi. Həmin evfemizmlər  şərq dil təfəkkürünün, 

adət-ənənə, etnopsixoloji, sosial-mədəni və ailə-məişət münasibətlərinin, 

qismən də dini dünyagörüşünün emprizmini ifadə edir. Dil əxlaqının 

özəlliklərini ortaya qoyur. III şəxs cəm  əvəzliyinin ümumilik və 

yayğınlığından, qeyri-müəyyən motivləşmə gücündən sui-istifadə halları da 

geniş yayılmış dil-manipulyasiya faktıdır (İch weiss es nicht Bescheid, Sie 

haben es getan, die Schuften!) Əgər bir şəxs qorxu, ehtiyat, yaxud 

comərdlik üzündən kimisə,  əsil qatili, yaxud sadəcə hadisəni obyektiv 

səbəbdən törədən  şəxsi nişan vermək, onun adını  çəkmək istəmirsə, uzun 

müddət "o" və "onlar" əvəzliyinin yayılan, elastik məntiqindən yararlana 

bilər. Ən böyük kommunist V. İ. Lenin "Bu”, - ən ümumi sözdür” - deyir. 


 

 

 



264

“O” sözünü daha ümumi söz hesab etmək olar (Bir vaxtlar “dahi rəhbər” 

adlandırdığımız adama belə münasibət qeyri səlis, sərbəst və (“sərməst”!) 

yanaşmanın bir nümunəsidir) 

Düşünmək olar ki, bir sözə qədər ixtisar edilmiş perifraz strukturları 

mürəkkəbləşmə hadisəsinin, xüsusilə isim sistemində mürəkkəbləşmələrin 

geniş yayıldığı dillərdə daha bariz şəkildə özünü göstərir. Alman dili buna 

misal ola bilər. Anlayışları adlandırmaqda misilsiz imkanlara malik olan bu 

dil, bu nəhəng fikir və enerji generatoru, əksinə, susmaq, nəyisə adsız 

buraxmaq, gizlətmək və ya sadəcə olaraq bir söz nominalına gətirmək üçün 

bircə  səsə, işarəyə  qədər sıxılmaq çevikliyi də nümayiş etdirir. Bir çox 

başqa dillərdə iki və daha artıq sözün birgə  işlənməsi ilə (Kompositum) 

ifadə olunan perifraz forması alman dilində vahid vurğu altına gələrək bir 

söz tərkibində birləşir: Friedensmeer (das Meer des Friedens-Ostsee), 

Parteitagstadt (die Stadt der Parteitage, die Stadt, wo die Parteitage 

abgehalten wurden), Elbestadt (Stadt an der Elbe- Dresden), Messestadt 

(die Stadt, wo traditionell Messen stadtfinden-Leipzig) və s. Həm də söhbət 

sadəcə olaraq “kolxoz sədri" tipli söz birləşməsi modelli 

nominasiyadan,adlandırmadan deyil, məhz bir sözə  qədər qısaldılmlş, 

sıxılmış  təsvirdən, qeyri-müstəqim dil-ifadə sxemindən gedir. Yalnız 

məntiqi perifrazlarda deyil, obrazlı-metaforik perifrazlarda da birikmə, bir 

söz həddinə qədər "sıxlaşma" baş verir. Azərbaycan dilində olduğu kimi rus 

dilində  də belə hallarda adətən anlayışı  işarələmək üçün sərbəst söz 

birləşməsindən, iki sözün əlaqələnməsindən istifadə olunur. Çar Pavelin 

"Qatçina  əsiri" adlandırılması tarixdən məlumdur. Böyük Azərbaycan 

yazıçısı İsa Hüseynov "Kollu Koxa" əsərində Lenini dahiyanə bir kinayə və 

gecikmiş evfemizm duyğusu ilə "ellər atası" adlandırır. Tanınmış üslub 

tədqiqatçısı  E.  Riesel  perifrazın bir sadə söz şəklində realllaşma imkanını 

ayrıca qeyd edir: Napoleon əvəzinə "korsikali" (Korse für Napoleon). 

Deyilənlərdən çıxan nəticə budur ki, perifraz bir sözdən tutmtş cümləyə və 

mətnə qədər genişlənə bilər ki, bu da onun ifadə imkanlarını və dil-qavrayış 

potensiyalını, törədicilik resurslarını xeyli artırır. Perifraz təkcə gerçəyi 

ifadə etmir, həm də onu yaradır, fəal, dəyişdirici bir başlanğıc, süngər  kimi 

fikri, məzmunu özünə çəkir. Bir çox satirik-yumoristik əsərləri, bütövlükdə 

kinayə texnologiyasını, alleqorik əsərləri, simvolizm nümunələrini, müasir 


 

 

 



265

postmoderist  ədəbiyyatda geniş yayılmış  qeyri-standart, qeyri-müstəqim 

təhkiyə quruculuğunu ("иносказaние") perifarastik mətnlər adlandırmaq 

olar. 


Perifraz dünyanın dil mənzərəsinin genişliyini və  zənginliyini, 

qavrayışın həcm və miqyaslarını  əks etdirir, dərketmənin sərhədlərini 

genişləndirməyə imkan verir, dil şüurunun inkişafına, gəlişməsinə qüvvətli 

təsir göstərir.  Biz S. Vurğunun ardınca ceyrana "çöllər qızı" deməklə sanki 

hər dəfə tamamilə yeni bir obyekt görrürük.Onun cazibəsinə düşürük, 

mövcud denotatı yeni informasiyalarla zənginləşdiririk. Ümumi "ceyran" 

sözünə nisbətən onu tipik bir əlamət  əsasında adlandırma obyekti üslubi 

vurğu altına gətirir, koqnitiv reallığın bir elementini sonadək dərinləşdirir.   

Dövrün oyunu olan futbol üzrə çempionlar liqasında  ən qüvvətli 

komandaların toplandığı qrupa "ölüm qrupu" deməklə sanki amansız 

mübarizənin adekvat dil versiyasını  əvvəlcədən yaratmış oluruq. 

 

"Azərbaycan"  əvəzinə "Odlar yurdu" dedikdə sanki bu ölkənin siması 



tamam dəyişir, hətta qaz, işıq gəlməyən uzaq kəndlər də nura qərq olur, 

uzun müddət bir-birini qaralamaq və ya əksinə, tərif yağdırmaqla gün 

keçirən insanlar, bütöv cəmiyyət birdən-birə od-alova bürünür. Bir hərəkət, 

vurhavur başlayır. Artıq qeyd edildiyi kimi, gənclik"  əvəzinə Lenz des 

Lebens, "həyat" əvəzinə "Land der Hoffnung" deyəndə referent dəyişməsə 

də, gözlərimiz qarşısında eyni anlayışın müxtılif proyeksiyaları,  şəkilləri 

canlanır. Şüurlar sanki nurlanır. Əşyanın, pretmetin yeni görüş bucağından, 

təsvir perspektivindən təqdim olunması sanki heç vaxt olmamış yeni, təbii 

reallıqlar yaradır, dil forması bəzən heç görünməyən, olmayan, gizli qalan 

gerçəklərə işıq salır, yeni anlayış və qavramlar hasil edir. Dünya dilin gur 

işığında daha aydın görünür, materiya, gerçək aləm yeni virtual dil 

obyektləri, reallıqları ilə  zənginləşir. Metaforik və metonimik perifraz 

qavrayışa sanki bir predikativ genişlik, daxili bir hərəkət və kommunikativ 

güc bəxş edir, çətin ifadə olunan anlayışların da yığcam, tutumlu və 

operativ ifadəsini mümkün edir. Dil şüuru, koqnitiv mexanizmlər "ən 

yüksək səviyyədə görüş", "prezidentlər səviyyəsində görüş", "səkkiz 

iqtisadi cəhətdən  ən çox inkişaf etmiş dövlət başçılarının görüşü" kimi iri 

bloklarla işləməyi xoşlamır. Belə  ağırtərpənən, həddindən artıq  şəffaf, 

yatımsız dil materialı qavrayışın operativliyini, fikrin irəliyə doğru 


 

 

 



266

hərəkətinin sürət və intensivliyini təmin edə bilmir. Alman dili "ən yüksək 

səviyyədə görüş" məsafəsini bir sözün enerjisi ilə keçir (Gipfeltreffen), 

bununla qavrayışın da maksimal operativliyini təmin edir. Bu söz şəffaf, 

daxili formasına görə ingilis dilindəki Summit (sammit) sözünə nisbətən 

mürəkkəb, genişkütləli olsa da, adamların belə görüşlərə bəslədiyi ümidləri, 

gözləntiləri və  təkrar görüşlərin uğursuz təcrübələrindən doğan aldanışları 

daha doğru, daha dəqiq ifadə edir. Başlıcası bütün dil daşıyıcıları üçün 

aydın, anlaşıqlı olur, qavranılan naməlum, yeni sözdə  nəsə müəmmalı bir 

daxili qüvvə və inam, mistik bir əhvali-ruhiyyə, positiv aldanış hökmranlıq 

edir. Sanki söz asan anlayışdıqca öz təsirini də itirir. Bu vəziyyət bir şox 

konkret hallarda siyası və diplomatik diskursların vəzifə və tələbləri ilə bir 

araya sığmır. 

Bəzən anlayışın, fikir obyektinin bir sözlə adlandırıla bilməməsi söz 

birləşməsi və perifraz formalarının  əsas ad, ilkin nominasiya statusunda 

qərarlaşmasına gətirib çıxarır. Xüsusilə başqa dildə yaranan terminlərin 

hədəf dildə verilməsi prosesində müəyyən qeyri-mütanasibliklər

anlaşılmazlıqlar meydana çıxır. Bu cəhətdən  əsas ad və perifrazların 

müxtəlif struktur tiplərinin, dillərarası ekvivalentlik və transformasiya 

vəziyyətlərinin araşdırılması mühüm koqnitiv aktuallıq kəsb edir. 

"Summit", "Gipfeltreffen" və "zirvə görüşü" dil-ifadə modelləri üzərində 

müşahidələrimizi davam etdirsək görərik ki, ötən əsrin sonlarından ictimai-

siyasi ünsiyyətə möhkəm daxil olmuş, ingilis mənşəli Summit (sammit) 

sözü həm də obrazlı  şəkildə "zirvə görüşü" və ya sadəcə "zirvə" kimi 

tərcümə oluna bilər. Müasir alman dilində dağın  ən uca zirvəsi Gipfel, 

ağacın şah budağının ən yüksək nöqtəsi isə Wipfel adlanır. “Zirvə” sözündə 

həm də xəyal, son hədd qavrayışı, ekspressivlik var. "Ən yüksək səviyyədə 

görüş"ün isə alman dilində Gipfeltreffen adlandırılması alman dili üçün 

artıq bir texniki məsələdir. Dil özü qavrayışın önünə keçir, onu yönləndirir. 

Azərbaycan dilində də həmin anlayış sırf  struktur baxımdan qeyri-müqabil 

kalkalaşdırma kimi "zirvə görüşü"  şəklində ifadə olunmuşdur. Görünür, 

dillərinin təmizliyini qoruyan və amerikalılardan heç olmasa linquistik 

texnologiya almaq istəməyən ruslar uzun müddət bu yığcam, kompakt 

sözün xidmətindən istifadə etmək istəməyərək "zirvə" sözünü işlətməmiş, 

həmin formanı "встреча на самом высоком уровне" kimi transformasiya 


 

 

 



267

etmişlər. Sonda geniş perifrazın özünü doğrultmadığını, operativ və  təbii 

ünsiyyətə uyuşmadığını görüncə yığcam və asan tələffüz olunan "sammit" 

sözünü olduğu kimi qəbul etməli olmuşlar. Belə demək daha doğru olar ki

dil-referensiyalaşma instinkti özü bu doğru linquistik səmtə yönəlmişdir. 

"Sammit" sözünün Azərbaycan dilində  mənimsənilməsi də asan 

olmamışdır. Deyilənə görə  hətta bu sözü şəhər adı kimi qəbul edənlər də 

olmuşdur-Lissabonun sammit şəhəri(?) . Azərbaycan dilində "dağın ən uca 

nöqtəsi”, “dağ silsilələrinin  ən uca yeri" mənasında işlənən "zirvə" sözü ilə 

"ən yüksək,  ən yuxarı  səviyyədə görüş" mənasını verən "zirvə görüşü" - 

modelləri arasında dil yaddaşında asanlıqla bərpa oluna bilən bir əlaqə, 

semantik-assosiativ rabitə mövcuddur. "Zirvə" sözü məcazi mənada daha 

yüksək məsafələr, linquistik qiymətlər kəsb edir. Dünyada hər kəsin öz 

zirvəsi var\ Heç kəs zirvəsindən uca durmasın (N. Xəzri) Lakin biri siyasi 

dildə, digəri isə adi danışıq dilində, gündəlik ünsiyyətdə  işlədilən həmin 

sözlər arasında məna məsafəsi elə siyası şüurla adi şüur arasındakı məsafə 

və ya hüdud elə müvafiq dil daşıyıcıları, onların iddiaları arasındakı  fərq 

qədərdir. Qeyd etdiyimiz kimi, "zirvə görüşü" daha yığcam şəkildə "zirvə" 

kimi də  işlənə bilir (zirvə-"zirvə"). Beləliklə, "zirvə" və "zirvə görüşü" 

(Gipfeltreffen) nominasiyalarını bir-birini əvəz edə bilən funksional 

variantlar kimi nəzərdən keçirmək olar. Bu əlaqə, iç bağlılıq daxili forması 

ilə orta statistik azərbaycanlı və ya rus tərəfindən çətin qavranılan və ya heç 

qavranılmayan "sammit"- "zirvə" sözləri arasında isə ümumiyyətlə yoxdur 

və bunun yaranması üçün xeyli vaxt və ünsiyyət təcrübəsi, hazırlıq və 

səriştə tələb olunur.  

Sintaktik çoxluqlar sistemində xüsusi yer tutan cümlə perifrazları 

işarəyə alınan situasiyanın ən müxtəlif, bəzən gözlənilməz, orijinal və tipik 

referensial cizgilərini, parametrlərini önə çəkir, dil istifadəçisinin gerçəklik 

fraqmentinə subyektiv-emosional təxribatlarını, reallığı  dəyişmək, fərqli 

rakursdan təqdim etmək səylərini üzə  çıxarır. Bununla da mühakimələrin, 

təkliflərin təxminiliyi, natamamlığı yeni düşüncə  və anlam səviyyəsinə 

qaldırılmış, fərqli koqnitiv məcraya yönəldilmiş olur. Mətndə reallaşan 

konkret söyləmlər situasiyanın müxtəlif linquistik qiymət dərəcələrini, 

qiymətləndirmə  hədlərini  əks etdirir. Sintaktik perifrazların evfemistik 

deyimlərin gerçəkliyə müdaxilə etmək, yeni təəssüratlar, alternativ 


 

 

 



268

situasiyalar yaratmaq imkanlarını, törədicilik, konstruktivizm potensialını 

daha aydın müşahidə etmək üçün aşağıdakı misalları  nəzərdən keçirmək 

kifayətdir. 

Əvvəlcə "Qabusnamə" də söylənən bir əhvalat: 

Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, bütün dişləri tökülüb. 

Səhər tezdən münəccimi yanına çağırıb bu yuxunu yozmağı  əmr 

edir.Yuxuyozan deyir: "Əmirəlmöminin ömrü uzun olsun, bütün qohum-

əqraban səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaqdır." Harun Ər-

Rəşid “Bu yuxuyozana yüz çubuq vurun, o belə ağır xəbəri nə üçün mənim 

üzümə dedi, bütün qohum-qardaşım məndən qabaq öləcəksə, onda mən 

kimə lazımam?" 

Əmr etdi, başqa yuxuyozanı çağırdılar, yuxunu ona danışdı. 

Yuxuyozan dedi:"Əmirəlmöminin gördüyü bu yuxu göstərir ki, 

əmirəlmöminin bütün qohum-əqrabanızdan çox yaşayacaqdır." Harun Ər-

Rəşid dedi: "Ağlın hökmü eynidir. Təbir həmin təbirdir, lakin ibarələrdə 

böyük fərq vardır." Əmr etdi, haman kişiyə 100 dinar verdilər. 

"Qabusnamə" bu əhvalatı belə  mənalandırır: "Söz var bir cürə 

deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən, adamın qəlbi 

təzələnər, başqa cürə deyərsən, adamın qəlbi kədərlənər."  

"Qabusnamə"yə  nəyisə  əlavə etmək mümkün olsaydı, buna izn 

verilsəydi,  əlavə edərdim ki, "Əmirəlmöminin" qəlbinə  təsir edən sadəcə 

olaraq onun eşitdiyi sözlər, işarələr yox, həmin sözlərin işarə    kütləsinin 

yaratdığı fərqli situasiyadır, onun eşitmək istəmədiyi acı, dəhşətli həqiqətin 

şirin, rahat yalanlarla, evfemizm aldanışları ilə əvəzlənməsidir. Kultivasiya 

edilmiş,"təmizlənmiş" reallıqdır.  İkinci münəccimin xoşbəxtliyi məqsədin 

düzgün təyin olunması, alternativlər və  məhdudiyyətlər çoxluqlarından 

düzgün baş çıxarmaq, üstün variantı düzgün müəyyənləşdirə bilməsindədir. 

Birinci münəccimi məhv edən də, ikinci münəccimi xilas edən də,  əsla 

əmirəlmöminin mərhəməti və ya mərhəmətsizliyi deyil, Əlahəzrət Dildir! 

Dil gerçəkliyidir.  

Görkəmli Azərbaycan yazıçısı, tarixi romanlar ustası  Fərman 

Kərimzadə  təkcə tarixi abidədən heç də az qiymətli olmayan möhtəşəm 

"Xudafərin körpüsü" romanı ilə  ədəbiyyat tariximizə daxil olmayıb. Həm 

də  məşhur dil yaradıcılığı, verbal reallıq kəşfi, positiv yalan-aldanış 


 

 

 



269

"nümunəsi" ilə yaddaşlara həkk olunub. Söhbət balaca İsmayılın 

gizlədilməsi səhnəsindən gedir. Qoşun böyüyü Şah  İsmayılın verilməsini 

tələb edir. Alınan məlumata görə  şahzadə  həmin  ərazidə idi və onun ya 

ölüsünü, ya da dirisini təslim etmək əmri alınmışdı. Nəyin bahasına olursa-

olsun gələcək  şahı qoruyub-saxlamaq zərurətini dərk edən Axund Mirzəli 

xəyalən yollar aramağa başladı. Əlac sözə və qurana qalırdı.Axund Mirzəli 

inanılmış adam idi. O and içib müqəddəs Qurana əl basmağa hazır 

olduğunu bildirdi. O vaxt insanlar "Kim and içir, o yalan danışır" 

hiyləgərliyini hələ  mənimsəməmişdilər və nüfuzlu din xadimlərinin 

müqəddəs Qurana and içməsi bir qanun gücündə idi. Dünyanın  ən böyük 

kitabı inam və etibarın, həqiqətin son həddi,  şübhələrin bitdiyi, kəsildiyi 

son nöqtə idi. Axund Mirzəli pak olub namaz qılmaq və namazdan sonra 

müqəddəs Qurana and içmək üçün vaxt istədi. Hamı bu mərasimi böyük 

diqqət və  gərginlik içində izləyirdi. Axund Mirzəli namazını  qılıb 

qurtarandan sonra əlini Qurana basdı və hamının eşidəcəyi uca səslə dedi: 

"Bu Quran haqqı, İsmayıl mənim torpağımda yoxdur!" Axund adamlarına 

tapşırmışdı ki,balaca İsmayılı meşəyə aparsınlar və onun beşiyini bir ağacın 

budağından assınlar. Mərasim sona çatdı, qoşunlar çəkilib getdi, hamı rahat 

nəfəs aldı. Bu vaxt balaca İsmayıl ağac budağında asılmış beşiyində mışıl-

mışıl yatırdı.... 

Təəssüf ki, həcm mülahizələrinə görə unikal dil əfsanəsini, xilasedici 

dil yalanını olduğu, romanda təsvir edildiyi kimi vermək imkanımız 

yoxdur.Lakin dünyada heç nə, hətta günahsız, zəruri və məcburi yalanlar da 

cəzasız qalmır. Görünür, təsadüfi deyildir ki, ağacdan asılmış  bəla-yalan 

savabı, daha doğrusu, söz haramı sonradan bütün türk dünyasına çox baha 

başa gəldi. 

Perifrazın  əsas, müstəqim ifadə formasına nisbətən obyekti, fikir 

predmetini, cümlənin təsvir etdiyi situasiyanı daha çox yayğın, qeyri-

səlis,qeyri-adekvat ifadə etməsi yalan, aldanış  və manipulyasiyanın 

gerçəkləşdirilməsi üçün onun cazibədarlığını xeyli dərəcədə artırır.  Əsas 

sözə, birbaşa ifadə şəklinə nisbətən perifraz alternativləri arasında linquistik 

hədd, koqnitiv-psixoloji məsafə daha böyük olur. Geniş izah və şərhləri bir 

qədər sonraya saxlayaraq, çətin, arzuolunmaz situasiyaları sovuşdurmağın 

unikal dil vasitələrindən olan üslubi perifrazlara aid daha iki nümunə: 


 

 

 



270

...Sərkərdə Şamaxı qalasını ala bilməyəndə hiyləyə əl atır: enin aşağı, 

birinizi öldürməyəcəyəm. Onlar da (qoşun,  əsgərlər) enib qəbrstanlığa 

gəlirlər. Hamısını  qırır, birini saxlayır. Deyir: demişdim birinizi 

öldürməyəcəyəm. Sözümə əməl etdim... 

Əmir Teymur Qafqaza hərəkət edərkən hələ eramızdan əvvəl qədim 

türklərin yaşadığı Azərbaycana da az qan uddurmamışdı. Çünki yerli əhali 

öz böyük oğlunu gül-çiçəklə qarşılamaq  əvəzinə  əməlli-başlı müqavimət 

göstərmişdi. Təkcə  İbrahim  şah ağlının və dilinin köməyi ilə  bəladan yan 

keçə bilmişdi. Onun hər hədiyyədən yeddi dənə olmaqla tədarük edib 

böyük  Əmirin hüzuruna gəlməsi faktı, bir tarixi xilas örnəyi kimi 

yaşamaqdadır. Bütün dövrlərin və zamanların  ən böyük sərkərdəsi nədən 

hər şeyin yeddi, qulların isə altı olduğunu soruşduqda İbrahim şah demişdi: 

"Yeddinci qul mən özüməm." Heç kəs  şübhə etmir ki, bu hiylə  və 

manipulyasiyada sədaqət, sevgi görüntüsündən daha çox minlərlə  həyatı 

xilas edən, kəndləri, şəhərləri xarabalığa çevirməkdən saxlayan bir şah və 

diplomat tədbiri konkret situasiyaya galib gəlmək siyasətçilliyi olmuşdur. 

Dil reallığının, dilin yaratdığı reallığın gerçək vəziyyətə üstün gəlməsi 

olmuşdur. Lakin ermənilər Əmir Teymurun qəzəbindən qorunmaq üçün öz 

qədim və  sınanmış tarixi vərdişlərinə-hiylə  və yalana əl atsalar da, buna 

nail ola bilmədilər. Bu müdrik kişini çaşdıra bilmədilər. Müqavimət 

göstərən ermənilər keşişlərini minnət üçün böyük Əmirin yanına 

göndərdilər və  ağlaya-ağlaya qırğını dayandırmağı xahiş etdilər. O vaxt 

hələ "Minsk qrupu" yaradılmamışdı, atəşkəsin də olub-olmamasını yalnız 

türklər müəyyən edirdi, həll edirdi. O dünyanın, yəni o vaxtki dünyanın, 

yerlərin, sonsuz ərazilərin sahibi olan türk xaqanı özünə  məxsus bir 

müdriklik və  tədbirlə  tələb edirdi ki, müqaviməti dayandırsınlar və söz 

verdi ki, qan tökülməyəcək. Sonra nəhəng lağımlar qazıldı  və xainlər 

xəndəklərə doldurulub suda qərq edildilər. (Bu bəlkə də tarixdə yalana görə 

ermənilərə verilən ilk cəza idi.) Əmir Teymur doğrudan da vədinə  əməl 

etmişdi: qan tökülməmişdi. Silah işlədilməmişdi. Ola bilsin ki, bu da 

tarixdə ermənilərin ilk "soyuq genosidi" idi-yaxşı ki, yadlarına hələ 

düşmür. Deyilənə görə ulu Teymur gələcək nəsillərə görk olsun deyə 

onlardan yalnız birini saxlamışdı  və  həmin bir nəfərdən törəyən nəsillər 

boyunlarına saldıqları xaçın köməyi, bir də böhdan və yalanları ilə 


 

 

 



271

gələcəkdə türkləri bütün dünya ilə üz-üzə qoyacaqdı. Həmin əhvalatı başqa 

sərkərdələrə isnad verən versiyalar da var.  

Qarşılaşmalara  əsaslanan analoji situasiyalarda vurğu, intonasiya, 

bəzən fasilə,  yalan və aldanışın, təxmini, qeyri-səlis mühakimələrin  ən 

etibarlı linquistik təminatçıları kimi çıxış edir. Dildə "Canlı sözün zamanı 

və  məkanı olan"intonasiyadan (Şapiro), səs sahmanlayıcılarından çox 

yalana uğramış, biliyin, mühakimənin sərhədlərini yaxınlaşdıran, elə buna 

görə  də konkret obyektdən uzaqlaşmış ikinci bir kosmopolit işarə tapmaq 

çətindir. İnsan nitqinin qeyri-səlistliyinin əsas mənbələrindən biri də məhz 

budur. Perifraz kommunikativ məqsəddən, intonasiyadan asılı olaraq bütün 

funksional üslublarda, nitq janrları və mətn tiplərində geniş miqyasda işlənə 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin