Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

xurafatını, qərəmətini üstümüzdən atdıq. Lakin bu könüllü-zorakı izdivac, 

birləşmə Azərbaycan üçün həm də o demək idi ki, biz kiçik qardaş kimi 

farağat oturub, böyük qardaşın ağzına baxmalıydıq. Bu həm də o demək idi 

ki, biz tariximizin yenidən yazılması,  əlifbamızın dəyişdirilməsi, soy-

kökümüzün danılması ilə  əvvəlcədən razılaşırdıq. Belə  çıxırdı ki, Cənubi 

Azərbaycan da “könüllü olaraq” İranın tərkibində qalırdı  və bundan sonra 

da  şovinist fars millətçilərinin hər cür təhqirlərinə dözmək öhdəliyi 

götürürdü. 

İndi də məsələnin digər aspektlərini araşdıraq. 

Beynəlxalq hüquq və dünya dövlətlərinin iradəsinə zidd olaraq 1939-

cu ildə Hitler Almaniyasının Avstriyanı “könüllü olaraq özünə 

birləşdirməsi”, anşlus (Anschluß) məntiqi isə daha inandırıcı görünürdü. 

Almanlar Vereinigung, Wiedervereinigung (birləşmə, yenidən birləşmə) 

sözlərini deyil, məhz “Anschluß” sözünü və anlamını  qənşərə  çəkdilər. 

Alman dilində sich anschließen – qovuşma, qaynayıb-qarışma mənasını 

verir. Lakin orada da söhbət “bir millət iki dövlət”dən getsə  də, ortada 

təkzibedilməz bir fakt – müstəqil Avstriya dövlətinin, doğrudur, alman dilli 

və alman zehniyyətli bir xalqın, dövlətin suverenliyinə son qoyulması faktı 

var idi və Hitler bunu Avstriya və ya Çexoslovakiyadakı Sudet almanlarına 

qayğıdan etmirdi. Faşist ordularının Avstriya və Sudet almanları tərəfindən 

həqiqətən  böyük vəcd, coşqu ilə, ekstazla qarşılanması “görüş”, 

“birləşmə”, “tarixi görüş”, “yenidən birləşmə”, iki eyni xalqın “qaynayıb-

qarışması”, “bütövləşmə” kimi qələmə verilirdi. İrtica və  işğalı ört-basdır 

etmək, Hitlerin şovinist hərəkətlərinə haqq qazandırmaq üçün artıq siyasi 

termin kimi tarixə daxil olmuş  “Anschluß” sözü və onun sinonimlərindən, 

yalançı, saxta dil məntiqindən məharətlə istifadə olunurdu. Lakin burada 

Hitleri çox qəzəbləndirən bir məsələ də var idi: Dünya, xüsusilə almanlarla 

gizli-aşkar rəqabət aparan böyük xalqların “alman”, milliyyətcə alman 

mənasını verən Österreicher (avstriyalı) sözünü almanlara heç dəxli 

olmayan bir anlamda işlədirdilər və alman mədəniyyətinin böyüklüyünü, 

möhtəşəmlik, təkrarsızlıq təəssüratını  zəiflətmək üçün qəsdən belə 

inkarçılıq, imtina mövqelərindən çıxış edirdilər. Məsələn, Motsart alman 

bəstəkarı deyil, sadəcə Avstriya bəstəkarı idi, Ziqmund Freyd Avstriya 


 

 

 



207

alimi idi. Daha alman deyildi, “arilərin” düşərgəsinə düşmürdü. Belə halda 

böyük Karl Gustav Jung da daha alman alimi deyil, İsveçrə alimi olur və s. 

Necə ki, bu gün “türk” və “azərbaycanlı” sözləri də ikili siqnifikativ-

məfhumi məna taleyini yaşayır. Almanlara xüsusilə  qısqanclıqla yanaşan 

ruslar alman estetik mədəniyyətinin misilsizliyindən, 

təkrarolunmazlığından söhbət düşər-düşməz bu həqiqəti dərhal etirazla 

qarşılayırlar. Motsart, Ştraus almanlar deyil, avtriyalılardır. Bunların 

almanlara nə dəxli var? Bu ona bənzəyir ki, məsələn, Mendeleyevi, yaxud 

Pavlovu Moskvada və ya Leninqradda doğulmadığına görə rus hesab 

etməyəsən. Rus qarayaxalığının daha bir bariz nümunəsi!    

 Heç də ruslardan az kəmfürsət və pis linqvist olmayan emənilər də 

müstəqil Azərbaycan dövlətin  ərazi bütövlyünə son qoyaraq Dağlıq 

Qarabağı Ermənistana birləşdirmək “arzularını” reallaşdırarkən eyni dil-

üslub texnologiyasını  işə saldılar, faşistlərin linqvistik təcrübəsindən, 

şovinist-ideoloji aqressiya örnəyindən gen-bol yararlandılar. “Miatsum” 

sözü o dövrdə nəinki ən çox işlənən və sevilən erməni sözü idi, həm də ən 

aktual, gərəkli erməni həqiqəti, daha doğrusu təxmini düşünülmüş natamam 

erməni yalanı idi. Bu söz tezliklə adlandırdığı mifik obyektdən də yüksəyə 

qalxdı, bir linqvistik monster halına gəldi. Ermənilərin türk 

düşmənçiliyindən bəlkə daha artıq vəcd və enerji doğurdu. Narahat 

qonşular yatmaq istəməyən, daha doğrusu, yuxuya getməyə qorxan erməni 

uşaqlarını türklərlə qorxutduqları kimi, dərinlərə işləmiş “tarixi” kədərdən 

süstləşən böyüklərini də “miatsum” sözü ilə oyadıb ürəkləndirirdilər. Onlar 

gah bağıra-bağıra, işarənin adlandırdığı virtual hadisəni böyüdə-böyüdə, 

gah da sızıldaya-sızıldaya dünya ictimaiyyətini, böyük dövlətləri Dağlıq 

Qarabağ ermənilərinə “ana Ermənistanla” birləşməkdə yardımçı olmağa 

səsləyirdilər. Heç olmayan, olmamış bir hadisə, uydurulmuş bir vaqiə 

işarəyə alınırdı. “Birləşmə”, “vahidləşmə”, bir-birinə “qovuşma” sözləri 

bütün çalarları, fonetik və üslubi registrləri ilə miatsum solosu ətrafında 

“birləşərək” getdikcə daha gur səslənən və aydın eşidilən bir xor halına 

gəldi. Həmməna, həmfikir sinonim sözlərdən bir aldanış, manipulyasiya 

vasitəsi kimi istifadə olunmasının psixologiyası aydındır, yalan bir sözlə 

“doydurula”, tam əhatə oluna bilmədiyindən dil onun bütün aspektlərini, 

çalarlarını  əhatə etmək və eyni zamanda məfhumu bu yolla dolaşdırmaq, 


 

 

 



208

dumanlandırmaq üçün analoji alternativ vasitələri də istismara buraxır, 

yeni, daha yalançı  işarələr doğurur. Qeyri-səlis məntiq səlis məqsədlərə 

tabe edildikdə fərqlər, sərhədlər nəinki yayğınlaşır, bəzən tamamilə aradan 

qalxır. Müəyyən, konkret bir mikroyarusda özünü, öz daxili qüvvələrini 

səfərbərliyə alır. Dildə konkret şeylərin, gerçəklərin tam doğru-dürüst 

adekvat ifadəsi yoxdur, mücərrəd anlayışlara, mücərrəd-mifik söz və 

ifadələrə münasibətdə isə təxminilik, qeyri-dəqiqlik və natamamlıq daha da 

artır, bəzən ifrat həddə  gəlib çıxır. Buna görə də geniş  mənada inkarlıqla, 

yoxluqla bağlı olan yalan və qeyri-həqiqətlərin də tam müəyyənləşmiş, 

mütləq ifadəsini tapmaq, bir çoxlarının düşündüyü qədər də asan vəzifə 

deyil. Linqvistik qiymətlərin konkret ölçü və  sərhədləri itdikdə 

alternativləri və  məhdudiyyətləri müəyyənləşdirmək, onları  dərk və  şərh 

etmək isə müşgül  bir vəzifəyə çevrilir. Biliyin qeyri-dəqiqliyi və yayğınlığı 

“doğruluq” linqvistik dəyişəninin qiymətlər çoxluğunda bir həlqə olan 

yalana yaşıl işıq yandırır (Bax: N. Hüseynli, 261). Bu təkcə anlayışlara 

deyil, fikir, ideya, mühakimə çoxluqlarına da aiddir.  

 1989-cu  ildə Ermənistan parlamenti Dağlıq Qarabağın 

Ermənistanla birləşdirilməsi haqqında qərar qəbul etdikdə dünyadakı bütün 

sözlərdən yayğın-yayılan olan erməni sözünün yalanı növbəti dəfə üzə 

çıxdı. Lakin bu yalanın gücü onda idi ki, müasir dünyanın həqiqəti ilə 

birləşirdi və o qeyri-səlis məntiq və çoxluqlar düşüncəsi ilə əksinə, həqiqət, 

yalanın bir elementi, həqiqlik linqvistik qiymətlərinin hədlərindən, 

dərəcələrindən biri kimi qavranılırdı. Hadisələrin gedişində yeni-yeni 

yozumlar, qiymətləndirmələr meydana gəldi. Lakin ədalət naminə qedy 

etmək lazımdır ki, Azərbayacan parlamentinin “cavab olaraq” Dağlıq 

Qarabağın muxtariyyətının ləğv olunması haqqındakı  qərarında da 

məsələyə qeyri-dialektik yanaşma, situasiyanı düzgün qiymətləndirməmə 

linqvistik dəyişənləri və linqvistik qiymətləri yanlış oxuma, qeyri-adekvat 

və tələsik “kodlaşdırma” vardı. Azərbaycan tərəfi daha çox bir qəzəb aktı 

olan bu qərarla yeni, postmodernist dünyanın subyektiv həqiqətlər 

məntiqini düzgün qiymətləndirə bilməmişdi, dərketmənin nəinki 

insanmərkəzçi, həm də dövlətmərkəzçi, xalqmərkəzçi, dinmərkəzçi 

xarakterini düzgün anlamamışdı, reallığın çoxluğu və linqvistik cəhətdən 

konstruksiya edilə bilməsi düşüncəsinə məhəl qoymamışdı. Digər tərəfdən, 


 

 

 



209

belə bir reallığa da məhəl qoymamışdı ki, Azərbaycan bir müttəfiq 

respublika və müstəqil dövlət olaraq heç vaxt Dağlıq Qarabağa sahib çıxa 

bilməmişdi. Onlara asan, havayı mövcudluğun  şirinliyini hiss etdirə 

bilməmişdi. Məhz bu cəhətlərə görə də Azərbaycan parlamenti və höküməti 

tərəfindən Dağlıq Qarabğın muxtariyyət statusunun ləğv olunması  səhv, 

yanlış bir addım və perspektivsiz, verimsiz bir gözləyiş idi. Nəinki siyasi və 

ideoloji cəhətdən, psixoloji və linqvistik baxımdan da bir yanılma idi. 

Görünür, siyasətdə belə bir psixoloji məqamı hökmən nəzərə almaq 

lazımdır ki, müasir dünyada zorakı, aqressiv mövqe və münasibətlə 

müqayisədə təmkinli, arxayın, mötədil, mütərəddid reaksiya və yanaşmalar 

daha böyük fəallıq və anlaşıqla qiymətləndirilir, özünə daha çox tərəfdarlar 

tapır. Beləliklə, biz həmin ləğv qərarı ilə, tələsik, doğrudur, psixoloji 

cəhətdən izah oluna bilən,  əsaslandırıla bilən qəfil bir ehtiyatsızlıqla 

erməniləri yaxşı tanımayan “erməniləri”, bütün xristian dünyasını, geniş 

siyasi dairələri də hayların tərəfinə  gətirdik, onların sonraki hərəkətlərinə 

bəraət, haqq qazandırdıq. Aqressiyanı stimullaşdırdıq, separatçılığı 

legitimləşdirdik. Sözün güdazına getdik. Məsələ burasındadır ki, 

Azərbaycan heç bir hakimiyyət dövründə Dağlıq Qarabağa muxtar qurum, 

yarımdövlət gözü ilə baxmamışdı, qanuni məhdudiyyətlər tələbkarlığı ilə 

yanaşmamışdı. Dağlıq Qarabağ  hər bir zaman o dövrdə mövcud olan hər 

hansı bir müstəqil dövlətdən, o cümlədən də Azərbaycandan daha artıq 

müstəqil olmuşdu. 

 Tam  sinonimlərin – dubletlərin konkret təsir gücünün 

müəyyənləşməsində sözün müqabil tərəf və ya tərəflər üçün nə  dərəcədə 

anlaşıqlı olması  nə  qədər mühüm, həlledici  əhəmiyyət kəsb edirsə, bəzən, 

əksinə, anlaşılmaz, sirli-müəmmalı olması da eyni dərəcədə  zəruri 

əhəmiyyət kəsb edir. Bu cəhət mütləq sinonimlərin və dubletlərin üslubi 

yararlılıq, gerçək praqmatik imkanlarının sıfra bərabər olması, neytrallığı 

haqqında dilçilik ədəbiyyatında mövcud olan fikri təkzib edir. Deyilənə 

görə ən ucuz saxta brilyantın xüsusi adı var (təəssüf ki, mən bu adı öyrənə 

bilmədim) və  həmin adı  işlətməklə “Brilyantdır, al” deyə  təcrübəsiz 

alıcıları  həqiqətlə asanlıqla aldatmaq mümkündür. Həmin qeyri-adi ad, 

qəribədir ki, brilyantın keyfiyyəti haqqında illuzor bir təsəvvür yaradır. 

Onkoloji xəstəxanada ehtiyatsızlıq edərək qadının “pis” xəstəliyə xərçəngə 


 

 

 



210

tutulduğunu deyən tibb bacısı onun özündən getdiyini, bayıldığını görüb əl-

ayağa düşür. Min-bir bəhanə və söz hiyləsi ilə onu ovundurmağa çalışır. Bu 

o məqamdır ki, söz sərt reallıq qarşısında öz həqiqətini tamamilə itirib 

dəyərsizləşir, gözdən düşür. Özünü tükədir. Digər xəstələrin danlağından 

qurtarmaq üçün tibb bacısı çoxlu bəhanələr fikirləşir. Nəhayət, professora 

xəbər çatır. O, qaçaraq gəlib tibb bacısını  ən ağır sözlərlə  tənbeh edir və 

deyir: “Sən nə danışırsan, rak nədir?” Bu rak deyil, sadəcə olaraq kanserdir, 

kanser. “Что ты говоришь? Это не рак, это кaнсер”. Sən demə “kanser” 

elə latın dilində “rak”, xərçəng xəstəliyi deməkdir! Türklər də bu gün 

xərçəng xəstəliyinə “kanser” deyirlər (Lakin bununla heç də onun bəd 

xassəsini dəyişə bilmirlər). Beləliklə, anlaşıqlı,  şəffaf ad, rus sözü xəstəni 

öldürür, həmin mənanı verən sirli, müəmmalı, gerçək informasiayanı 

dumanlandıran, xeyli dərəcədə zərərsizləşdirən latın sözü isə onu ölümdən 

xilas edir. Palatadakı  xəstələrin çoxu da bu məşum sözün vahiməsindən 

qurtarıb təsəlli tapır. Belə linqvistik müalicə metodlarının, söz terapiyasının 

psixoloji təsir qüvvəsi təsəvvür edildiyindən də qat-qat böyükdür. Yalan 

təkcə həyatı yüngülləşdirmir, dünyanın rənglərini, ölçülərini dəyişmir, həm 

də insanı müvəqqəti də olsa, arzu etdiyi reallığa qovuşdurur. Həkim iflic 

olmaqdan qorxan hipotonikə  and içir ki, sən hipertonik deyilsən, 

hipotoniksən, narahat olma, qorxulu heç bir şey yoxdur. Həkimdən 

öyrəndim ki, “hipertonik” qan təzyiqi yüksək, “hipotonik” isə, əksinə, qan 

təzyiqi aşağı olan adama deyirlər. Elə hər ikisi qan təzyiqi anlamını verir, 

qan təzyiqidir, qan dövranının normativliyini itirməsidir, qanın nəzarətdən 

çıxmasıdır. Bədəni yaşadan  ən zəruri dörd mayedən birinin və  əsasının 

itaətsizliyidir! 

 Eyni şəxsin, predmetin, obyektin, əşya və hadisənin müxtəlif 

sözlərlə adlandırılmasından, ləqəb-ayama hiyləgərliyindən aldanış, 

manipulyasiya vasitəsi kimi istifadə olunmasına aid istənilən qədər misallar 

çəkmək olar. Məşhur mütərcim alman dilində yazıb-yaratmış dahi 

Azərbaycan yazıçısı  Məhəmməd  Əsəd bəydən çevirdiyi yenicə çapdan 

çıxmış romanı  hədiyyə etmək istəmədiyi üçün həmsöhbətinə deyir: “Bu, 

Məhəmməd  Əsəd bəyin romanı deyil ki, Noussenbaumun əsəridir.” 

Yoldaşları ona “yalan danışmağı” irad tutanda tərcümə romanının müəllifi 

deyir: “Xəbəriniz yoxdurmu, Məhəmməd Əsəd bəy Noussenbaum təxəllüsü 


 

 

 



211

ilə yazıb”. Sonra o da məlum olur ki, Məhəmməd  Əsəd bəyin başqa bir 

təxəllüsü də “Qurban Səid” imiş. Həmin bəhanə ilə kitabı oxumaqdan çox 

sadəcə olaraq əldə etmək, yaraşıq üçün rəfə qoymaq istəyən çoxməlumatlı 

adama “Altunsaç” romanı da hədiyyə edilmədi. Və təbii ki, o heç bir ziyana 

da uğramadı. Dünya ədəbiyyatı tarixində ekvivalent adlar, eyni yazıçının 

müxtəlif ləqəblər, gizli ad-kodlar altında yazıb-yaratması geniş yayılmış bir 

hadisə kimi bəzən aldanışa xidmət edir, onu gözləyə bilən müxtəlif 

təhlükələrdən qorumaq üçün yaxşı düşünülmüş bir müdafiə, mühafizə 

tədbiri rolunu oynayır. Dövrünün ictimai bəlalarını, sərt, amansız 

reallıqlarını  və arzuedilməz həqiqətlərini dilə  gətirən böyük sənətkar, 

xüsusilə satira ustaları belə verbal aldanış priyomlarından geniş istifadə 

edirlər. Mirzə  Cəlilin, Sabirin, Əbdürrəhman bəy Haqverdiyevin ilginc 

ləqəblərdən, ayamalardan istifadə etdikləri məlumdur. Yaxşılı-pisli 

müxtəlif fəaliyyət sahələrində insanlara verilən təxəllüslər, ləqəblər, gizli 

adlar  şifrlər haqqında da eyni sözləri demək olar. Kəşfiyyatçıların, 

xəfiyyələrin, keçirilən müxtəlif  əməliyyatların müxtəlif adlar, kodlar və 

hətta rəqəmlər altında aparılması isə daim özünü narahat, mühafizəsiz hiss 

edən insanın, insan ağlı  və hiyləgərliyinin bəlkə  də  ən böyük əsərləridir. 

Sən demə, “mərdlik” , “comərdlik”, “kişilik”, “sözübütövlük”, “vicdan” 

kimi həqiqətlər belə məqamda işə yaramır. Yalansız nə özünü, nə də bütün 

vətəndaşların güvənc yeri, himayədarı olan dövləti, Vətəni qorumaq 

mümkün deyil. Nə  qədər ki, insanların sayı  qədər fərdi həqiqətlər, məkrli 

niyyətlər, gizli məqsədlər, gizli mətləblər və  aşkar təhlükələr var, belə  də 

olacaq. Bəs  Ştirlits – Maksim İsayev nə deyəydi, necə deyəydi ki, Katrin 

Kinnin çamadanını aparan odur? Yalan danışmaq olmaz! Elə  fəaliyyət 

sahələri, elə situasiyalar var ki, mövcudluğunu qorumaq üçün insan öz 

təbiətindən çıxmağa, daha doğrusu, öz təbiətinə qayıtmağa məhkumdur. 

Qeyri-səmimi və qeyri-həqiqi olmağa, vəziyyətə uyğun hərəkət etməyə 

məhkumdur. Dinimizdə də bu barədə birbaşa buyuuruqlar var. Hər bir adi, 

öləri insanın son məqsədi bu geniş,  əlçatmaz dünyanı, dünyanın işlərini 

qaydaya salmaq deyil, öz kiçik dünyalarını,  ən yaxşı halda Vətənini, 

ölkəsini, xalqını, el obasını, indi məlum olur ki, regionunu, tayfasını, 

ailəsini, əhatəsini qoruyub hifz etməkdir. Bu sadalamanı tərsinə də aparmaq 

olar. Bu yaxınlarda məşhur “liberal” – Liberal Demokrat Partiyasıının sədri 


 

 

 



212

Vladimir Jirinovski Rusiyada prezidentin səlahiyyət müddətinin uzadılması 

ilə  əlaqədar dedi: “Prezidentin səlahiyyət müddətinin artırılmasına qarşı 

çıxmaq xalqın, seçicilərin hüquqlarını  məhdudlaşdırmaq deməkdir.”  İndi 

gəl belə dünyada və belə insanlar arasında düzlük, ədalət axtar! Məmur bir 

qədər savadlı olsa,həmin fikri daha münasib reallıqla dəyişə, dəyişdirə 

bilər. 

Buraya qədər deyilənlərdən çıxan nəticə budur ki, sinonim çoxluqları 



və növbənöv alternativ adlandırmalar,  ən müxtəlif situasiyalarda müqabil, 

optimal kommunikativ davranış üçün obyektiv, real əsaslar hazırlayır, 

aldanış, yalan və manipulyasiya, dil hiyləgərliyi üçün əlavə imkanlar 

yaradır. Zərurət və  mərhəmət-şəfqət yalanlarını söyləmək etik, insani 

baxımdan həmişə  məqbul sayılır. Belə yalanları, daha doğrusu, dillə 

konstruksiya edilmiş alternativ-ehtiyat həqiqətləri ifadə etmək insanların 

həyatını yüngülləşdirdiyi, dinclik və harmoniya yaratdığı üçün nəinki 

vacib, hətta savabdır, saədəcə olaraq anın qaçılmaz həqiqətidir. O ki, qaldı 

digər saysız-hesabsız həqiqət və yalan alternativlərinə,  şəxsi və siyasi 

riyakarlıq və bədxah yalanlara, aralıq nəticə olaraq fikirlərimi bir dil resepti 

ilə tamalayıram:  Əgər görsən ki, həqiqəti, doğrunu söyləmək fürsət və 

azadlığı var və bu konkret olaraq heç kəsin mənafeyinə toxunmur, daha çox 

dilin ideal vəziyyəti olan  “bir söz – bir məna” prinsipindən yararlan, 

qorxmadan, çəkinmədən optik işarələrdən istifadə et ki, hər halda səni 

gələcəkdə günahlandırmaq və ya hətta qınamaq, dediklərini təhrif etmək, 

çevirmək mümkün olmasın. Əgər görsən ki, yox, həqiqəti söyləmək imkan 

xaricindədir, susmaqla yalan demək, yarımhəqiqəti söyləmək fəndi ilə 

situasiyanı yola ver, ya da çoxlu sinonimlərdən, boşuna işləyən sözlərdən, 

digər asimmetrik dil işarələrindən, xüsusilə onların qarşılaşdırmalarından, 

bir-birinə keçən məna elementlərindən istifadə et. Psixoloji baxımdan 

önəmli olan isə odur ki, heç vaxt özünü o yerə qoyma, özünü həmişə 

abırsızcasına haqlı hesab et, bunu səsində, hərəkətlərində büruzə 

verməkdən çəkinmə.  

 Tam-mütləq sinonimlər dildə uzun müddət “dinc yanaşı yaşaya” 

bilmədiklərinə, çox vaxt bərabərlik, eynilik ideyası dilin ruhu, ünsiyyət 

vəzifələri ilə ziddiyyət təşkil etdiyindən onlar arasında diferensiallaşma, 

fərqlənmə gedir. Hələ V. Belinski qeyd edirdi ki, təbiətdə mütləq mənada 


 

 

 



213

tam bərabərlik, eynilik mümkün deyildir. Hətta eyni bir ağacda iki elə 

müxtəlif yarpaqları tapmaq mümkün deyildir ki, onlar yüz faiz üst-üstə 

düşmüş olsun, bir-birini təkrar etmiş olsun. Mütləq sinonimlər də vaxt 

dəyişdikcə zövqlərin, zaman və  məkan, milli, sosial və  məhəlli koloritinin 

təsiri altında ya funksional janrlarda, mətn tiplərində  işlənməsinə, ya da 

normativ və ekspressiv üslubi mənalarına görə bir-birindən uzaqlaşır, 

müxtəlif səmtlərə doğru hərəkət edir. Məhz bu təbii məntiq və varlıq 

fəlsəfəsi ilə bağlıdır ki, mütləq sinonimlərin dediyimiz forma-variativlik 

vahidlərində, mümkün olmayan tam eyni şeyləri tam eyni cür adlandırma 

eksperimentlərində yalan və aldanış imkanları daha geniş olur. Eyni cür 

adlandırılan  əşya və hadisələrin tam eyni, izomorf kimi təqdim oluna 

bilməsi illusiyası gerçəklik məntiqini üstələyir. Tam-mütləq sinonimlərdə, 

dubletlərdə ya ideoqrafik, daha sonra isə üslubi sinonimliyə, bu qarışıq 

əlaqədə isə ideoqrafik-üslubi sinonimliyə doğru inkişaf baş verir. Bu gün 

dilçilik  ədəbiyyatında mütləq sinonimlər kimi təsbit oluna bilməyən 

“darülfünun” və “universitet”, “cumhuriyyət” və “respublika”, tam 

sinonimlik, bərabərlik həddində  qərarlaşan “aktiv” və “fəal”, “komputer” 

və “bilgisayar”, “kvorum” və “yetərsay” sözlərinə müasir dildə müxtəlif 

dərəcədə yayılan, hüdudlanan söz-işarələr kimi yanaşmaq olar. Bunlar ən 

azı qavrayışın adekvatlığına, dərketməyə eyni dərəcədə  və eyni 

intensivlikdə xidmət edə bilmir. Onlar denotativ baxımdan eyni şeyləri 

adlandıran fərqli leksik vahidlərdən başqa bir şey deyildir. Paradiqmalar, 

məfhumlar və  məzmunlar dəyişdikcə istər-istəməz üslubi kodekslər də 

dəyişir. “Fəal” və “aktiv”, “komputer” və “bilgisayar”, “kvorum” və 

“yetərsay” kimi sözlər üslubi baxımdan uzun bir differensiallaşma, 

fərqlənmə yolu keçməlidir. Müasir alman dilindəki Radio və Rundfunk, 

Redakteur və Schriftleiter, Lift, Fahrstuhl və Aufzug sözləri də hələ nisbi-

üslubi sükunət, hərəkətsizlik, durğunluq dövrünü yaşayır. Məsələ 

burasındadır ki, xeyli davam edən yaxınlaşma və uzaqlaşma prosesində 

semantik-assosiativ təəəssüratın yaddaşlarda yaşaması  və  fəallaşması söz-

məna aldanışları üçün əsaslar yarada bilir. Müasir dil baxımından 

“cumhuriyyət” və “respublika” sözlərindən birincisi arxaik, retro planında, 

digəri isə norma standartına uyğunlaşan ideoqrafik sinonim kimi 

qavranılmaqdadır. Bizim indi tarixi koloriti hifz etmək baxımından 


 

 

 



214

“cumhuriyyət” dediyimiz anlayış heç də “hazırına-nazir”  

cumhuriyyətçilərin “respublika” anlamı  və gözləyişi ilə eyni şey deyil. 

Daha doğrusu, həm eyni şeydir, həm də eyni şey deyil. Müxtəlif anlam və 

təfsirlərdə “cumhuriyyət” milli demokratik  respublika kimi elan olunmuş 

müstəqil, “suveren dövlət”, “respublika” – məsələn, Mircəfər Bağırov, 

Ruhulla Axundov, Həmid Sultanovların nəzərində çökmüş, daha yaxşısı ilə 

əvəz olunmuş Azərbaycan Sovet Sosialist Respublikası dövlət modeli idi 

(bunların müxtəlif dövrlərdə necə adlandırılmasının artıq  əhəmiyyəti 

yoxdur). Daha sonra “respublika” həm də başqa cür yox, “demokratik 

respublika” uzun müdət yenə də bolşeviklər, kommunistlər tərəfindən idarə 

olunan, obyektiv və subyektiv səbəblərdən kommunist ideologiyasının təsir 

dairəsindən çıxa bilməyən müstəqil dövlət modeli. “Cumhuriyyət” və 

“respublika” adlandırmaları arasındakı  fərq və oxşarlıq, məsələn, 

Məhəmməd Əmin Rəsulzadə ideyaları, müasir respublikaçılar, dövlətçilər, 

daha doğrusu, bunun imitasiyası arasındakı  fərq qədərdir. Tam bağımsız 

milli dövlətçilik, türkçülük, milliyyətçilik idealları ilə yaşayan insanlar 

üçün “cumhuriyyət” bu gün bir siyasi poetizm kimi işlənməkdə  və 

qavranılmaqdadır. Bir çox “demokratik respublikaçılar” üçün isə,  əksinə, 

bir avamlıq, sadəlövhlük simvolu və örnəyi bir şanssızlıq fəaliyyətsizlik 

totemi kimi qəbul olunur. Bu necə dövlət xadimidir, Azərbaycanın 

qızıllarını xaricə daşıyan necə öndərdir ki, hakimiyyətdə olduğu dövrdə heç 

bir “obyekti” olmasın, yaxın qohumlarına, dostlarına gün ağlamasın, 

hökmün, qisasın ləzzətini yaşamasın? Bu necə baş nazir və ya “sıravi” 

nazirdir ki, kənddə yaşayan atasına məktub yazsın ki, uşaqlar acdır, gör bir 

şey göndərə bilirsənmi?! Sözün arxaikləşməsi, zamanın uzaqlaşması, 

yadlaşması da müəyyən qədər onda (işarə substratında) semantik-üslubi 

təsir imkanların artırır. “Cumhuriyyət” sözündə solmaz bir tarixi kolorit, 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin