Sərxan Abdullayev



Yüklə 4.35 Mb.
Pdf просмотр
səhifə11/45
tarix09.03.2017
ölçüsü4.35 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

maraqsız” olduğunu sübut etməyə qadir deyildir. Burada, bu Azərbaycan 

katastrofizmində bizim dilimizin də, məntiqimizin də naqisliyi üzə  çıxır. 

Lakin məsələdən çox uzaqlaşmamaq üçün soyuq linqvistik həqiqətlərin 

təhlilinə qayıdaq. “Az” və “çox” kəmiyyət dəyişəninin, “böyük” və “kiçik” 

uzunluq, ölçü linqvistik dəyişəninin, “gözəl” və “çirkin”- zahiri gözəllik 

dəyişəninin müxtəlif qiymətlərini, dərəcələrini yaradır. “Cavan” və “qoca” / 

ahıl, yaşlı, ixtiyar sözləri yaş (yaş dövrləri) linqvistik dəyişənin; “ilıq”, 

“isti”, “qaynar”, “warm”, “lauwarm”, “heiß” sözləri yüksək, üstün 

temperatur deyilən linqvistik dəyişənin müxtəlif qiymətlərini  əks etdirir, 


 

 

 



180

qeyri-səlist hədlər çoxluğunda müxtəlif dərəcələri, çalarları  fərqləndirir. 

Yayılan, yayğın qiymətləri,  əlamətləri, linqvistik dəyərləri tam 

aydınlaşmayan,  şəffaflaşmayan, görünməyən bir müstəvi üzərinə  gətirir. 

Xatırladaq ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin ana dili olan ingilis 

dilində “fuzzy” sözünün bir mənası da məhz “dumanlı”, hətta “xoşhal”, 

“sərməst” anlamına uyğun gəlir (Fey Zadə. Qeyri-səlis məntiqin atası ilə 

həyatım və səyahətlərim, Bakı, 2006, 342).  

  Nəzərə almaq lazımdır ki, birləşdirici və ayırıcı bağlayıcılar (“və”, 

“və ya”, “həm – həm də”), xüsusilə inkar elementləri ilkin qiymətləri 

qismən və ya diametral surətdə  dəyişmək, yeni, daha zəngin və  fərqli 

çoxluqlar, nisbiliklər yaratmaq gücünə sahibdir. Qeyri-səlis, yayılan 

çoxluqlar yaradıcılığınada zərflər və  kəmiyyət sözləri  əhəmiyyətli rol 

oynayır. Dil işarələrinin qeyri-adekvatlığı və təxminiliyi müxtəlif müdafiə, 

kompensə mexanizmlərini və semantik müdaxilələri zəruri edir. Xatırladaq 

ki, linqvistik qiymətlərin, qeyri-səlis çoxluqların  əsası, etalonu, dayaq 

ölçüləri sistem vahidləri olsa da, konkret olaraq hansı  məna tutumunun 

müəyyənləşməsi, onların ümumi semantik parametrləri kontekst əlaqələri, 

nitq  şəraiti, praqmatik situasiya ilə  tənzim olunur. Yayılanlıq hüdudları 

məhz bu geniş  çərçivədə müəyyənləşir. Sinonim variantlar və onlarla sıx 

semantik-assosiativ  əlaqə  və bütövlükdə  dərk olunan əkslik, qarşılıq 

vahidləri ümumi dəyəərləndirmələr sisteminə daxil olur, ilkin linqvistik 

qiymət göstəriciləri kimi həmin sistemi konkret sıradakı sözlərin sayı  və 

onların mümkün sintaktik variasiyalarının, dəyişmələrinin həcmi,  əhatə 

dairəsi nisbətində zənginləşdirir. Sinonimlər və onların yayılan müqabilləri 

ilkin termlər, hədlər kimi çıxış edir, qiymət və qiymətləndirmələr 

cədvəlində ehtiyat, törəmə, sonradan əlavə  və  dərk olunan sintaktik 

çoxluqlarla birləşir. Beləliklə, linqvistik dəyişənləri yayılan, genişlənən 

çoxluq alternativləri və onların ierarxiyası, qarşılıqlı asılılıq münasibətləri 

kimi izah və şərh etmək mümkündür. 

 Deyilənləri daha geniş leksik-semantik əlaqələr  əsasında 

araşdırmağa çalışaq. 

 “Cəsarət” linqvistik dəyişənini və onun linqvistik qiymətlərini 

aşağıdakı kimi təsəvvür etmək olar. 



 

 

 



181

Cəsarət – cəsur (cəsarətli), igid, qoçaq, hünərli,  şücaətli, qorxmaz, 

ciyərli; cəsarətli (cəsur) olmayan, qorxaq, ağciyər, ehtiyatlı, aciz, qeyri-

cəsarətli; lap cəsarətli, olduqca cəsarətli,  ən cəsur, çox cəsur, daha cəsur, 

dedikcə  cəsarətli, tamamilə  cəsarətli, görünməmiş  dərəcədə  cəsarətli, 

cəsarətlidən də  cəsarətli, nə  cəsarətli, nə  də  cəsarətsiz, cəsarətli olmayan; 

qorxaq, lap qorxaq, dedikcə qorxaq, olduqca qorxaq, tamam qorxaq, 

tamamilə qorxaq, yüz faiz qorxaq, qorxaqdan da qorxaq, ən qorxaq, lap 

qorxaq, daha qorxaq, qorxaq olmayan, qorxaq deyil, nə qorxaq, nə 

cəsarətli, az qorxaq, bir az   qorxaq (qorxacaq, qorxacaq adam), bir qədər 

qorxaq və s. 

  Göründüyü kimi, bu yayılanlıq paradiqmasında toplanan “igid”, 

“qoçaq”, “hünərli”, “cəsur”, “şücaətli”, “qorxmaz” kimi sinonim variantları 

“cəsarət” deyilən vahid linqvistik dəyişənin çoxmənalılıği çərçivəsində 

onların davamı, alternativləri və tamamlayıcıları olan antonim sözlərlə - 

“qorxaq”, “agciyər”, “ehtiyatlı”, “risksiz”, “aciz” və s. kimi sözlərlə 

tamamlamaq mümükündür. Mövcud alternativlər siyahısını daha da 

genişləndirmək və mümkün məhdudiyyət hədlərini, konkret ünsiyyət 

aktında üstün variantı da müəyyənləşdirmək, təyin etmək olar. Hər hansı 

bir adlandırma, qiymətləndirmə  və istifadə faktı predmetə, hadisəyə yeni 

bir baxış bucağını  əks etdirir. Praktik fəaliyyətdə hökmən nəzərə almaq 

lazımdır ki, mütləq mənada, bütün mümkün situasiyaları  əhatə edən 

“cəsarətli”/ cəsur və “ağciyər” adamlar yoxdur. İgidliklə qorxaqlıq arasında 

konkret dövrdə yaşayan insanların sayı  qədər bir yayılanlıq məsafəsi var. 

Biz o vaxtlar “ermənilə qorxaqdır”, “erməni qan gördü” kimi idrak və 

mühakimələrlə kütləvi yanılmaya yol verdik və sonda özümüz qorxaq, zəif 

vəziyyətinə düşdük, Xocalı genosidindən, silsilə terror aktlarından sonra 

“Koroğlunun, Babəkin nəvələri” olduğumuzu tamamilə unutduq.  

 Sözün məfhumi-semantik  şüalanmalarının funksional-praqmatik 

məntiqinin aydın, müəyyənləşmiş, hüdudlanmış  və eyni zamanda geniş 

konturlarda qavranılmaması, təsəvvür olunmaması  dərketmənin qeyri-

adekatlığına, qeyri-mütənasibliyinə  gətirib çıxarır, sonucda həyat 

oriyentirlərinin itirilməsinə səbəb olur.  

 Biz hələ “cəsarət” linqvistik dəyişəni üzərinə başqa bir münasibətlə 

bir daha qayıdacağıq. 


 

 

 



182

 Müasir  avropalıların, ümumən qərblilərin  Şərqi, bəlkə daha geniş 

coğrafiyanı aldatmağa, çaşdırmağa tuşlanmış  əsas, açar sözlərdən, gizli 

silahlardan biri olan “tolerantlıq” (dözümlülük) sözünün, nisbilik, qeyri-

səlislik qavrayışının mühüm anlayışlardan birinin linqvistik qiymətlərini, 

bunların ümumi və fərdi dəyərləndirmələrini aşağıdakı kimi təsəvvür etmək 

olar: dözümlü, dəyanətli, təmkinli, qəlbigeniş/genişqəbli, sadəlövh; 

dözümlü olmayan, dözümsüz, hövsələsiz, çılğın, qeyri-dözümlü, lap 

dözümlü, çox dözümlü, olduqca dözümlü, tamamilə dözümlü, həddən artıq 

dözümlü, çox dözümlü, ən dözümlü, daha dözümlü, dözümlü deyil, az 

dözümlü, çox az dözümlü, bir qədər dözümlü, azca dözümlü, nə dözümlü, 

nə  də dözümsüz, həm dözümlü, həm də dözümsüz, dözümlü və ya 

dözümsüz; təmkinli, lap təmkinli, tam təmkinli, olduqca təmkinli, tamamilə 

təmkinli, təmkinli olmayan, təmkinli deyil və s. Əslində intonasiya 

semantikasını da nəzərə alsaq, bu yayılanlıq tez aldanan, avam sözünə 

qədər genişlənir və hüdudlanır. Ən “qeyri-səmimi” söz olan “səmimi” sözü 

aşağıdakı qeyri-səlis kəmiyyət çoxluqları  şəklində yayılır: Səmimi – 

mehriban, ürəyiaçıq, alicənab, xoşgörülü, xoşxasiyyət, açıq, xoşsifət, 

səmimi olmayan, ikiüzlü, riyakar, hiyləgər, bic, fırıldaq, avanturist, 

kələkbaz, qeyri-səmimi; lap səmimi, olduqca səmimi, tam səmimi, 

tamamilə səmimi, səmimidən də səmimi, görünməmiş dərəcədə səmimi; az 

səmimi, bir az səmimi, lap az səmimi, səmimi və səmimi olmayan, səmimi 

və ya qeyri-səmimi; ikiüzlü, lap ikiüzlü, tamamilə ikiüzlü, olduqca ikiüzlü, 

dedikcə ikiüzlü, ikiüzlüdən də ikiüzlü (riyakar), bir az ikiüzlü, bir qədər 

ikiüzlü (riyakar); ikiüzlü deyil, ikiüzlü olmayan və s.  

Bütün dövrlər, zamanlar, quruluş  və toplumlar üçün həyati, 

eksistensial  əhəmiyyətə malik olan “ədalət” (ədalətli) linqvistik dəyişəni 

hər bir konkret situasiyada, sosial-tarixi kontekstdə öz mənzərəsini, 

intensional-praqmatik yayılan çoxluqlar dairəsini yaradır. Bu ekvivalent 

söz-ifadə  sıralanmasında, təxmini adlandırma və qeyri-adekvat çoxluqlar 

xaosunda  ən həqiqi, düzgün, “ədalətli” variantı,  ədalət etalonunu tapmaq 

qeyri-mümkün, müşgül bir məsələyə çevrilir. Hər dəfə  aşkar subyektiv 

meyl və maraqlar, semantik və koqnitiv, praqmatik motivasiyalar önə 

keçdikdə, başlıca məqsədə çevrildikdə, dilin apelyativ, praqmatik-

təhrikedicilik, təlqin funksiyası ifadə funksiyasını üstələdikdə məsələ daha 


 

 

 



183

da mürəkkəbləşir, sözün təfəkkürə təzyiqi güclənir, bütöv linqvistik enerjini 

doğuran bu səs-məna kütləsi bir anda eyni zamanda həm bir-birini 

şərtləndirir, həm də bir-birini inkar və təkzib edir. Dil istehlakçısının əlində 

(və dilində!) işarə substratı sanki virtual bir şeyə çevrilir, insan obyektivlik 

təməlindən, linqvistik gerçəklik, həqiqilik zəminindən sanki tamamilə 

məhrum olur, dərketmə öz sabitlik və dayanaqlığını itirir. Bu linqvistik-

psixoloji situasiya özünü o vaxt xüsusilə  kəskin  şəkildə göstərir ki, 

ünsiyyətdə kooperativlik, qarşılıqlı əməkdaşlıq həvəsi və ya imtina məntiqi 

və  zərurəti, istisna düşüncəsi və ehtirası  tənzim olunmayan, nəzarət 

edilməyən hərəkət, fəaliyyət sferasına keçmiş olsun. Belə  vəziyyətlərdə 

təkcə bir-birindən tamamilə uzaq, məsafələşmiş sözlər deyil, eyni şeyləri 

adlandıran sinonimlər də  məna-məzmun konturlarını xeyli dərəcədə itirir. 

Cəsarətlə demək olar ki, “ədalət”, “insanlıq”, “humanizm”, “bərabərlik”, 

“obyektivlik”, “insaf”, hətta “savab” və “günah” sözlərində heç vaxt 

tamamilə neytrallaşdırıla, zərərsizləşdirilə, tam dərk və ram edilə bilməyən 

irrasional bir energetika, linqvistik mif, qeyri-səmimi bir dil-ünsiyyət 

psixologiyası yaşayır. Hər halda qarşılıqlı ünsiyyət və münaqişələrdə  həm 

udan, həm də uduzanlar təsdiq edərlər ki, belə sürüşkən praqmemlər, 

aldadıcı söz-obrazlarla yaşayan, aldanan insanlarda yanılma və aldanış, 

yalana uğramaq  risqi, təhlükəsi və  “şansları” xeyli dərəcədə artmış olur. 

Bunlar həqiqətə, həqiqiliyə deyil, cəmiyyətdə yalançı harmoniyaya, 

həmrəylik və komforta xidmət göstərir, daha çox etik mahiyyət daşıyır.  

“Ədalət” sözünün məfhumi və semantik-assosiativ mənalarını 

diqqətlə  nəzərdən keçirdikdə aydın olur ki, müvafiq anlayışın  əhatə 

dairəsinin, məzmun sərhədlərinin qeyri-dəqiqliyi və yayğınlığı linqvistik 

qiymətlərin konkret dil versiyasının xaotikliyi, qeyri-səlisliyi və qeyri-

müəyyənliyi ilə bağlıdır. “Ədalət” (ədalətli) linqvistik dəyişəninin 

qiymətləri,  ədalətli olmağın dərəcələri hər bir dildə  dəqiq, obyektiv və 

sahmanlı üzvləndirmədən daha artıq linqvistik avtomatizmin nəticəsi kimi 

görünməkdə və qavranılmaqdadır. Sinonim deyilən nisbətən mürəkkəb söz 

qrupları əhatəli, nisbətən dolğun adekvat adlandırmaya nə qədər yaxınlaşsa 

da, ümumiliyi, qeyri-səlistliyi tamamilə aradan qaldıra bilmir, əksinə, 

alternativ, qoşa, yaxud silsilə adlandırmalar, müxtəli sintaktik 

müdaxilələrlə yeni, daha mürəkkəb yayılanlıq hədlərinin  əsasını, 


 

 

 



184

başlanğıcını qoymuş olur. Müqayisə etsək görərik ki, mövcud dil-ifadə 

sıraları, işarə potensialı və onların müxtəlif əlaqələnmələri, konbinasiyaları 

“ədalət” anlayışı  və  “ədalət” denotatı haqqında nəinki paradiqma, sistem 

daxilində, hətta dərk olunan mümkün nitq reallıqlarında, aktual denotatlar-

referesiyalar səviyyəsində tam konkret, bitkin, dəqiq informasiya verə 

bilmir. Dil işarələrinin qeyri-adekvatlığı leksik sinonimlərdə, digər 

ekvivalent-ortaqlı ifadə vasitələrində  və onların bir-birinə münasibətində 

özünün böhran həddinə çatır.  

 Paradoksal haldır ki, dil işarələri, semantik sahə  və sistemlər 

dəqiqlik və əhatəliliyə can atdıqca, əksinə, yayılanlıq, nisbilik daha da artır. 

Dil konkret sferada öz işarələrinin sayını artırmaq, ifadə imkanlarını 

genişləndirməklə semantik dərinliklər fəth etdiyi kimi, həm də  ağır, 

ağırlaşan, qeyri-hərəki bir mexanizm halına gəlir.  Əgər insan aydın, 

məhdud, müəyyənləşmiş sayda dil işarələrindən istifadə etməyi öyrənsəydi, 

dərketmənin yolunu xeyli qısaltmış, anlaşılmazlıqlara, aldanışlara, 

yanılmalara səbəb olan təxmini mühakimələrin təxribatından xeyli dərəcədə 

xilas ola bilərdi. Belə bir mümkün məhdudulaşdırma, ixtisar-eliminasiya və 

ya  əksinə genişləndirmə, detallaşdırma və  əhatələndirmə  cəhdi dilin 

müxtəlif funksional sahələrinin formalaşmasında öz əksini tapır. Dilin 

konkret olaraq hansı funksiyasının ön plana keçməsi işarələrin xarakterini, 

keyfiyyət və  kəmiyyət-ölçü münasibətlərini, onların nisbi dayanıqlıq, 

sabitlik və yayılanlıq hədlərini təyin edir.  

Gündəlik, canlı ünsiyyətdə, adi dildə yuxarıda qeyd olunan “ədalət” 

(ədalətli) dəyişəninin linqvistik qiymətlərini, yayılanlığının ümumi 

mənzərəsini aşağıdakı kimi təsəvvür etmək olar.  

Ədalət – ədalətli, adil, insaflı, mərhəmətli, obyektiv, düzgün,   

həqiqi; ədalətli olmayan, ədalətsiz, qeyri-ədalətli, qeyri-həqiqi; lap ədalətli, 

olduca  ədalətli,  ən  ədalətli, çox ədalətli, daha ədalətli, tamam/tamamilə 

ədalətli, yüz faiz ədalətli,  ədalətlidən də  ədalətli, görünməmiş  dərəcə  də 

ədalətli; az ədalətli, bir az ədalətli, azacıq ədalətli, lap az ədalətli, ədalətli 

və  ədalətsiz, həm  ədalətli, həm  ədalətsiz, nə  ədalətli, nə  də  ədalətsiz; lap 

ədalətsiz, olduqca ədalətsiz, ədalətsizdən də ədalətsiz, dedikcə ədalətsiz, ən 

ədalətsiz, çox ədalətsiz, daha ədalətsiz, tam/tamamilə ədalətsiz, bütünlüklə 

ədalətsiz, büsbütün ədalətsiz; ədalətsiz olmayan, bir az ədalətsiz, bir qədər 


 

 

 



185

ədalətsiz, azacıq  ədalətsiz,  ədalətsiz və  ədalətli, həm  ədalətsiz, həm də 

ədalətli,  ədalətsiz və ya ədalətli; insaflı, lap insaflı, olduqca insaflı, 

tamamilə insaflı, təpədən dırnağa qədər insaflı; bir az insafsız, bir qədər 

insafsız və s.  

Göstərilən variantlardan və burada əhatə oluna bilməyən 

versiyalardan heç biri nə ayrı-ayrılıqda, nə də potensial olaraq bütövlükdə, 

bir toplu halında “ədalət” və ya “ədalətsizlik” anlayışlarını tam ifadə edə 

bilməz. Həmin variantlardan yalnız biri az-çox doğru və ya yalan, qalanları 

isə, əksinə, yalan və ya qeyri-həqiqət olacaqdır. Beləliklə, həqiqəti, həqiqi 

biliyi bu variantların birində deyil, mövcud variantların hamısının bir-birinə 

münasibətində, onların arasında axtarmaq lazımdır.  

Adətən ta qədimdən bəri çıraqla axtarılan və hələ tapılmayan böyük 

hərfli  Həqiqət də  hardasa ortalarda, “aralıqda” olur. (Buna görə də ona heç 

kəs sahib durmur).  Əslində belə demək daha doğru olar ki, həqiqət, “xalis” 

anlayış, fikir substansiyası olaraq hardasa linqvistik versiyaların, dil 

gerçəklərinin içində yox, onların xaricindədir, ya da fövqündə, və ya 

əlçatmaz dərinliklərindədir. Heqelin təsvir etdiyi həyat, varlıq bütünlükdə 

rasional olsa da, sanki duyğu orqanlarına əlavə olunan, qavranılan, birbaşa 

informasiyanın hüdudlarından kənara çıxmağa imkan verən dil işarələri bir 

inikas,  əksetmə forması olaraq irrasional, dərkolunmaz arxetiplərə, ilkin 

başlanğıclara gedib çıxır. “Tamamilə  ədalətli”, “bir az ədalətli”, “olduqca 

ədalətli”, “ədalətlidən də  ədalətli” kimi formalar nəinki mücərrədliyi, 

yayılanlığı aradan qaldırmır,  əksinə, yeni yayğınlıq, qeyri-səlislik 

impulsları kəsb edir. Bir çox sinonim vahidləri yayılanlıq radiusunu daxilən 

məhdudlaşdırsa, bəzən minimuma endirsə  də, rəngarənglik, müxtəliflik 

illuziyası formalaşdırır, ünsiyyətin tamlığını, informasiyanın dəqiqlik və 

bütövlüyünü təmin edə bilmir. Beləliklə, eyni şeyləri müxtəlif cür 

adlandıran sinonim formaların yanaşı  işlənməsi yayılanlığın daha da 

güclənməsi ilə nəticələnir. 

Mahiyyət etibarilə daha artıq qeyri səlis olan nitq reallaşmasında 

təxmini mülahizələr, semantik nisbiliklər daha da güclənir, geniş hüdudlar 

kəsb edir. İnsanların, fərdlərin qrşısıalınmaz eqoistik hissləri, bitməz-

tükənməz maraq və meylləri dil-işarə çərçivələrinə sığmır, gizli, kodlaşmış 

praqmemlər üslubdan-üsluba, janrdan-janra, mətndən-mətnə, situasiyadan-


 

 

 



186

situasiyaya dəyişir, çox işlənməkdən,  ədalətli-ədalətsiz mübadilədən 

sürtülüb tanınmaz hala gəlir, biorobotlar kimi əldən ələ düşür. Ən müxtəlif 

ünsiyyət situasiyalarında işlənən, buqələmun kimi tez-tez rəngini, ondan 

fərqli olaraq həm də formasını dəyişən “şərəf” (şərəfli), “şəffaf”, “həqiqi”, 

hətta “təhlükəsizlik”, “qayğı”, “yardım” (humanitar yardım), “obyektiv”, 

“rifah”, “müstəqillik”, “normal”, “anormal”, “təcavüz” (aqresiya), “haqlı”, 

“haqsız” kimi sözlər və onların sözdüzəltmə paradiqmaları, bunlara isnad 

verilən linqvistik qiymətlər “normal” ünsiyyət, daha doğrusu, anlaşma üçün 

əməlli-başlı maneəyə çevrilməkdədir. Bu sözlərin özlərinin yayılanlığı, 

rezin xisləti, çirki-çirkabı bir tərəfə qalsın, onların dildəki mümkün 

sinonimlərinin, tamamlayıcı ideoqrafik və üslubi variantının semantik 

şərhindən birmənalı şəkildə baş açmaq, sərhədlərin haradan başlayıb harada 

qurtardığını, birinin digərinə münasibətdə daha dəqiq, natamam və ya 

yayğın olduğunu səlislik və aydınlıqla müəyyənləşdirmək kifayət qədər 

çətindir. Bunlardan hər birini seçmək və ya istənilən, “lazım olan” kimi 

qavramaqla, dəyərləndirməklə  həqiqətdən qaçmaq və ya yalana 

yuvarlanmaq  şansları  az  qala  eyni  qədərdir. Təsadüfi deyildir ki, nəyinsə 

düzgün, həqiqi olduğunu sübut etmək onu təkzib etməkdən daha asan və 

təbii görünür. Təbliğat, psixoloji yönlük və təkrarlıq imperativləri öz işini 

görür. Nə  qədər ki, işarə ilə onun işarə etdiyi əşya, hadisə arasındakı 

münasibət və bu münasibətin özünə münasibət aydın, səlis və birmənalı 

deyil, belə  də davam edəcək. Sadəlövh insan – kütlə dediyimiz sosial 

standart müəyyən qrup cinayətləri nəinki edə bilmir, bunu heç qəbul 

etməyə də psixoloji cəhətdən hazır olmur. Faktın, hadisənin olmadığı və ya 

gizlədildiyi, həqiqətin və yalanın inhisara alındığı yerdə  nəyisə quru sözlə 

sübut və ya təkzib etmək, nəyinsə  həqiqiliyinə  və ya qeyri-həqiqiliyinə 

inanmaq və ya inandırmaq çox çətindir. Gücün, hiyləgərliyin sözün yolunu 

kəsdiyi yerdə isə bu, nəinki perspektivsiz, həm də təhlükəli olur. Belə bir 

acı həqiqəti qəbul etmək lazım gəlir ki, insanların, güclərin qeyri-bərabər, 

qeyri-mütənasib olduğu situasiyalarda fakt, sübut-dəlil davası deyil, verbal 

savaş, söz qovğası gedir. Söz döyüşünün ömrü isə yalnız gücün, zorun 

başlandığı yerə qədərdir. Linqvistik qiymətlər çoxluğunu bir tərəfə qoysaq, 

alternativ variantlar, məhdudiyyətlər yayılanlığında heç nə “güclü” və 

“zəif” dərəcələri, hədləri qədər kövrək, keçici və dəyişkən olmur. Vəziyyət 


 

 

 



187

onunla çətinləşir ki, linqvistik qiymətlər, artan-azalan, yüksələn-enən, 

parabolik və hiperbolik hədlər, dərəcələr məfhumun dil tədqiqini şərti-nisbi 

mənada tamamlamaq, başa çatdırmaqla yanaşı, həm də son nəticədə 

məfhumun, anlayışın bütövlüyünü, tamlığını  təhdid edir, dil elementinin 

semantik sahə  və mövzu qrupları daxilindəki natamamlığını, 

sinsemantikliyini daha da gücləndirir. Mahiyyət etibarilə anlayışların, 

predmetlərin, hadisələrin təxmini, qeyri-adekvat işarəsi olan dil elementləri 

həm gerçəklik dəyərlərinə (güclü semantika), həm də bir-birinə 

münasibətdə (zəif semantika) havadan asılmış, çəkisizlik mühitinə düşmüş 

kimi görünür. Bu vəziyyət praqmatik meyl və maraqların əbədi və barışmaz 

döyüş meydanı olan siyasi diskursda bütün mümkün və mümkün olmayan 

sərhədləri aşır. Məhz bunun nəticəsidir ki, böyük dövlətlər, siyasi və 

beynəlxalq qurumlar bəşəriyyət qarşısında duran taleyüklü problemləri həll 

etmək  əvəzinə, “azadlıq”, “demokratiya”, “terrorçuluq”, “separatçılıq”, 

“təhlükəsizlik”, “müdafiə”, “müstəqillik” kimi anlayışların, söz-divlərin 

“linqvistik  şərhi” ilə  məşğul olurlar. Və bir-birini çaşdırmaq, aldatmaq 

məharətini və hiyləgərliyini “danışıq”, “dialoq” kimi təqdim edirlər. 

Əslində predmetləri, hadisələri bir tərəfə qoyub onların surətləri, işarələri 

ilə  əlləşirlər. Bunu dövlətlərin daxili siyasətinə  də transformasiya etməyə 

çalışırlar. Xüsusilə  də kiçik, yolayaxın dövlətlərin. Yalan sözdür, nə 

demokratik, nə  də qeyri-demokratik, yarımdemokratik, “dörddə bir 

demokratik” ölkələrdə (bunların dərəcələrini ölçmək, işalərin semantik 

sıxlığını  və ya çəkisini təyin etmək mümkünsüzdür), seçkilərin 

“demokratik”, “tam demokratik”, “bir az demokratik”, “demokratik 

olmayan”; “şəffaf”, “tam şəffaf”, “olduqca şəffaf”, “şəffaf olmayan”; 

“ədalətli”, “tam / tamamilə  ədalətli”, “olduqca ədalətli”, “ədalətsiz”, 

“ədalətli olmayan”, “tamamilə ədalətsiz” ... keçirildiyini sübut etmək qeyri-

mükündür. Ta ki, həmin dövrdə dünyada yaşayan bütün adamları bir yerə 

toplayıb onların hamısı ilə bir yerdə seçki bülletenlərini saymayasan. Bu 

istər prezident seçkilərinə, istər parlament və bələdiyyə seçkilərinə, istərsə 

də konstitusiya dəyişikliklərinə, referendumlara, digər hiyleyi-şər hesab və 

hesablamalara, seçim, gizli səsvermə prosedurlarına aiddir. Düşünürəm ki, 

biz insanlar gizli səsverməni düşünüb tapmaqla, icad etməklə heç vaxt tam 



 

 

 



188

hesabı sorulmayan, rahat, güvənli yalan və aldanışları stimullaşdırmış, 

legitimləşdirmiş olduq.  

“Subyektiv” və “qərəzli” sözləri isə çoxdandır ki, dünyanın  ən 

“obyektiv” sözləri, anlayışları olaraq qalır. Deyəsən dünyada “normal” 

sözündən anormal və  əksinə, “anormal” sözündən normal bir şey tapmaq 

çətindir. Sözün, xüsusilə mürəkkəb sözün, aldanışı, sosial-siyasi mistikası 

üzərində müşahidələri davam etdirdikdə belə  qənaətə  gəlmək olar ki, bir 

çox korrupsiyalaşmış  və mafiyalaşmış  cəmiyyətlərdə “korrupsiyaya qarşı 

mübarizə” idarəsindən daha korrupsioner bir təşkilat, bir təşkilatlanma 

forması, mafioz bir qurum, bir quruluş, bir yapı tapmaq qeyri-mümkündür. 

Fərddən fərdə, subyektdən subyektə, gözdən gözə dəyişən şəffaflıq isə çox 

vaxt predmet və hadisələrdə  nəyi və necə görmək istəyi ilə bağlıdır. Kant 

deyir: “Mən neyləyim ki, biri gölməçədə çör-çöp başqası isə Günəşi və Ayı 

görür”. İlkin dil-görmə dili obrazlı inikas bu gün də dərketmədə aparıcı rol 

oynayır.     

 Bir də görürsən Beynəlxalq Söz Azadlığı Günü münasibətilə söz 

azadlığının yerli-dibli olmadığı bir dövlətdə “Söz azadlığının olub-

olmaması” kmi taftoloji  suala iqtidar “Hesab edirəm ki, söz azadlığı çox 

normaldır, yaxşıdır” şəklində, müxalifət və ya gözü qorxmuş, qorxudulmiş 




Поделитесь с Вашими друзьями:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə