Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   2   3   4   5   6   7   8   9   10   ...   45

et: rus dilində koca I, koca II, koca III; kök I, kök II, kök III; yay I, yay II, 


 

 

 



97

yay III; divan I, divan II, divan III). Hətta bir-birilə tam məna  əksliyi 

üzərində qurulan antonimlərdə  həm sahə daxilində, həm də reallaşama 

səviyyəsində aydın semantik bağlılıq, əks – rabitə yarandığı halda, müxtəlif 

predmetləri, hadisələri adlandıran omonim sözlərdə sistem planında tam 

fərqlənmə, ayrılma təəssüratı daşlaşmış olur. Bu cəhətdən omonim sözləri 

müəyyən mənada formanın paradoksallığı, linqvistik aldanış, təzadlıq 

hüdud versiyası kimi təqdim etmək olar. Belə anlamda, məsələn, “kürək” 

sözü ilə (bel, arxa I; əmək aləti II) “kitab” sözü arasındakı semantik məsafə 

elə onların hər birinin “kitab” sözü ilə əlaqəsi , daha doğrusu, əlaqəsizliyi 

qədərdir. Deməli, omonim sözləri,  ələlxüsus mütləq omonimləri dil 

sisteminin gizli saxlancı, sabit dil – anlam modelləri, unikal, əlahiddə 

leksik formantlar kimi səciyyələndirmək olar. Mütləq, tam omonimlərdə 

semantik  əlaqələr həqiqətən dil sistemində tamamilə qapanmış, 

neytrallaşmış kimi görünür. Lakin omonimlərin müxtəlif tiplərində - leksik, 

leksik – qrammatik və qrammaatik omonimlərdə, omofon, omoqraf və 

omoformlarda           bu əlaqələr və ya əlaqəsizliklər müxtəlif səviyyə və 

hədlərdə özünü büruzə verir. Azərbaycan dilində ilkin qiymətləndirmədə 

“vergi” sözü ilə (dövlətə ödənilən rüsum) “vergi” (qeyri-adi 

qabiliyyət,istedad – səs onda allah vergisidir), “yas” mənasında işlənən 

“vay sözü ilə “vay” nidası, “qoyun” ismi ilə “qoymaq” felindən olan 

“qoyun” sözü (qoyun, bu dünyada qoyun yaşayaq / Qurd ola bilmədik, 

qoyun yaşayaq), “bel” sözü (incəbel) – “ bel” (əmək aləti), “qabaq” 

(balqabaq, boranı) sözü ilə “qabaq” anlamı, “qurum” sözü ilə (evin 

tavanına qurum yığılıb), “institut”, təşkilat forması  mənasında işlənən 

“qurum” sözü arasında ilkin qiymətləndirmədə həqiqətən heç bir əlaqə hiss 

olunmur. Omonimlərin  əsas funksiyası da məhz bu hüdüdlandırma, 

terminal funksiyadır. Qeyd edildiyi kimi, əlaqəli nitqdə, mətndə isə bir 

fiziki hadisə olaraq səs  ətaləti öz hərəkətini davam etdirir, yaddaşda  əks-

səda taparaq öz  analoqu ilə assosiativ exo, əks - əlaqə yaradır. Eyni sözləri 

alman dilindəki “der Kunde” (müştəri) - “die Kunde” (xəbər, məlumat), 

“der Leiter” (rəhbər) - “die Leiter” (nərdivan), “das Tor”(darvaza) – “der 

Tor” (dəli, sərsəri), “der Schild”(qalxan) – “das Schild” (lövhə) və s. kimi 

omonim cütləri haqqında da demək olar. Omonimlik hadisəsini sözün 

dialektikasında ziddiyyətli məqam kimi də şərh və izah etmək olar. Sistem 


 

 

 



98

planında qırılan  əlaqələr mətn daxilində uzaq, ilkin genetik əlaqələrlə 

yenidən canlanır.  

Qeyd etmək lazımdır ki, müxtəlifsistemli dillərdə forma və məzmuna 

səsləniş və denotata – məntiqi-əşyavi mənaya münasibətdə oxşarlıq, fərq və 

eyniyyət nisbətləri müxtəlif olduğundan ayrı-ayrı dil-ünsiyyət sistemlərində 

semantik nisbiliklərin mənzərəsi də  fərqli olur. Təbii ki, burada 

universallar, paralel məqamlar,  ştrixlər də kifayət qədərdir. Linquistik 

qiymətlərin dərk və assosiasiya olunması da fərqlidir. 

Omonimlər və omonim qavrayışı haqqında biliklərimizi bir qədər də 

genişləndirmək və  dərinləşdirmək, sistem və reallaşma planında onların 

daxili  əlaqə  və  vəhdətini daha aydın təsəvvür etmək üçün bu leksik – 

semantik kateqoriyanın tipoloji müxtəlifliyini nəzərdən keçirmək vacibdir. 

Söhbət leksik və leksik – qrammatik, qismən də qrammatik omonimlərdə 

müxtəlifliyin vəhdətini nümayiş etdirmək və onlara diqqəti cəlb etməkdir. 

Bu, ümumən dilin energetik resurslarını, təsir və ifadə güclərini aşkara 

çıxarmaq baxımından çox əhəmiyyətlidir. 

Əvvəlcə tam leksik omonimlər sırasına baxaq. 

ağıl  (dərrakə, intellekt göstəricisi) – ağıl (xırdabaş heyvanların 

saxlandığı yer)  

təpə (dan.d.) – baş, kəllə: Təpəsindən bir güllə vurdu; təpə(coğrafi 

anlayış: yavaş-yavaş təpəyə qalxdı) 

qurd (canavar, yırtıcı heyvan) – qurd (həşarat) 

kağız (məktub) – kağız (sənəd, faktlar, sənədlər toplusu) 

yer (torpaq, ərazi): Bələdiyyələr yer satmaqla məşğuldur; yer (ailə, 

nəsil: Qız çox yaxşı yerə düşüb); yer (vəzifə, qulluq) 

diş (: Onun sağlam dişləri var) – diş (: hər gün bir diş sarımsaq ye) 

boğaz (bədən üzvü) – boğaz (boylu, hamilə) 

kanal (suvarma və ya yükdaşıma məqsədilə tikilən qurğu) – kanal 

(əlaqə :Yaxşı kanalları var). 

dırnaq (: qızın uzun dırnaqları var) – dırnaq  (: Sözü dırnaqda ver) 

qurum (: Evin tavanına yaman qurum yığılıb) – qurum (təşkilat 

forması) 


 

 

 



99

divan  (mebel  əşyası) – divan (ədəbi - bədii forma: Taxta dirəkləri 

torpağa deyil / Qoydular Füzuli divanı üstə - B.Vahabzadə) – divan 

(köhn.s.: məhkəmə: hökumət var, divan var) 

top (silah növü) – top (futbol, voleybol topu) – top (bir top parça) 

hakim (məhkəmə  sədri) – hakim (dövlət başçısı, ixtiyar və iqtidar 

sahibi) 

kəmər (toqqa, qızıl, dəri toqqa) – kəmər (boru, qaz, neft kəməri: 

Çünki kəmərlər dolu neftnən gedir – Baba Pünhan) 

məhkəmə  (hakim) – məhkəmə (prosesin özü: Məhkəmə  təxirə 

salındı) 

oxumaq (təhsil almaq) – oxumaq (mahnı oxumaq, ifa etmək) – 

oxumaq (çox baha qiymət təklif etmək) 

çalmaq (instrumental ifa: Ramiz yaxşı tar çalır) – çalmaq qatıq 

çalmaq, qarışdırmaq) 

oynamaq (rəqs etmək) – oynamaq (futbol, şahmat oynamaq)  

üzmək (çayda, dənizdə) – üzmək  (dərmək) – üzmək  (əlaqəni 

kəsmək) 


bağ  (qaytan; ayaqqabının bağı) – bağ  (bağ-bağat: Onun yaxşı bağı 

var) 


iy (köhn. s.: cəhrənin iyi) – iy (qoxu) 

daş (tikinti materialı) – daş (bahalı əşya, daş-qaş: Sinəm büllur kimi, 

altında daş var – M.Müşviq) 

çəki (ağırlıq) – çəki (çəki balığı) 

iş (iş yeri: Bu yaxınlarda işə düzəlib) – iş  (əmək, zəhmət) – iş 

(proses: Vəkil çox ağır bir işi uddu) 

dənə  (toxum, zərrə; buğda dənəsi:  İydə  dənəsi bayda qurğuşuna  əl 

uzat) – dənə  (ədəd, vahid, əvəzsiz, misilsiz olan): (Gözəllər içrə, sən ey 

mahiparə bir dənəsən / Gözəllərin gözüsən, aşikarə bir dənəsən – Ə.Vahid) 

çən (duman-çən, sis) – çən (su yığılan iri qab)     

  Az qala bir dildə tam leksik omonimləri  əhatə edən bu siyahıda 

mütləq məna uzaqlaşmalarının daha çox substansiyaya, isim 

kateqoriyasından olan sözlərə aid olduğunu görürürük. Sifət – sözlər 

arasında omonim qıtlığı da təsadüfi deyildir. Sifətlər isimlərdən fərqli 

olaraq daha çox əksliyə meyl edir, yayılanlıq daha zəngin və  təfərrüatlı 


 

 

 



100

verballaşma doğurur. Düşünmək olar ki, qədim insan eyni səs ardıcıllığına 

fərqli mənalar verərkən,  ən müxtəlif  əşya, predmet və hadisələri 

adlandırarkən müəyyən arxetipik – ilkin təəssüratlara, uyğunlaşma və 

müqayisələrə əsaslanmış, omonim cütü daxilində ayrı-ayrı anlayışları eyni 

isimlərlə ifadə edərkən  metafora qavrayışına istinad etmiş, sonradan 

çoxmənalılığın son “vida” mərhələsində bu əlaqələr, izlər zəifləmiş  və ya 

silinib getmişdir. Bunu “kağız”, “dırnaq”, “diş”, “qara”, “divan”, “top”, 

“kürək”, “dağ”, “sal” kimi sözlərdə bu gün də hiss etmək mümkündür. Biri 

doğma, digəri alınma təkhecalı sözlərdə mənzərə tamamilə aydındır. Dilin 

omonim ehtiyatında və ehtiyacında mücərrəd isimlərin, demək olar ki, 

təmsil olunmaması da diqqəti cəlb edir. Mütləq, daşlaşmış omonimlərdə 

sistem planında hər hansı bir qavrayış anı, daxiletmə motivi tamamilə 

istisna olunur. Müxtəlif nitq hissələri arasındakı omonimlik əlqalərini isə 

çoxmənalılığın inkişafının nəticələri olmaqla bərabər, həm də tam təsadüfi 

uyğunlaşmalar, avtomatlaşmış linqvotexniki proseslərin yekunu kimi izah 

etmək olar. Məhz bu səs – sahə qavrayışının nəticəsidir ki, leksik-

qrammatik omonimlər qarşılaşarkən mətndə daha artıq energetik güc kəsb 

edir. 

 Leksik-qrammatik omonimlərdə, müxtəlif nitq hissələrinə aid 



eyniformalaşmada, səs bərabərliyində, xüsusilə isim – fel qarşılaşmasında 

sanki kütləyə çevrilmiş, maddiləşmiş hərəkətin, bununla da formanın, kütlə 

enerjisinin oyanışı, canlanması özünü göstərir, əlavə motivləşmə baş verir. 

Maddi-fonetik (səs) substansiyası, kütlə ətaləti hərəkətə başlamış olur. Bu 

hal təkhecalı isim – fel qarşılaşmasında özünü bariz şəkildə göstərir. Eyni 

səs kütləsi, fonetik kompleks yaddaşda  fərqli məna sahələrinin 

canlanmasına, paradoksal hal olaraq vahid səs-obraz bünövrəsində həm də 

məna ümumiliyinin yaranmasına, daha dəqiq desək, bərpa olunmasına 

gətirib çıxarır.  

  Deyilənləri müxtəlif nitq hissələrindən, söz növlərindən təşkil 

olunmuş  aşağıdakı qarışıq (leksik-qrammatik) omonim sıralarından aydın 

müşahidə etmək olar:  

qan (insanı hərəkətə gətirən daxili qüvvə) – qan (başa düş, anla) 

tut (tut ağacı  və tutun meyvəsi) – tut (: Bu beş manatı tut); tut (: 

Adamı it kimi tutur. Tut, tut!) 


 

 

 



101

sal (bərə, suda hərəkət etmək üçün vasitə) –  sal (: Stəkana qənd sal, 

ağzını şirin elə) – sal (bütöv, kütlə halında: sal buz) 

at  (ev heyvanı) – at (: Bu qara fikirləri başından at; Sənədləri at 

getsin) 

qala (qəsr, müdafiə məqsədi ilə tikilmiş qurğu) – qala (: Kaş, bu gecə 

bizdə qala; İdrak karvanını çəkə qabağa / Təkcə öz yerində qala cavanlıq – 

S.Vurğun) 

dürtmə (dirsək zərbəsi, yumruq)(: Bir dürtmə vuraram, gözün 

ovcunun içinə düşər) – dürtmə (: Bu yalançı qovluqları gözümüzə dürtmə) 

boğma (zəhrimar, dərd, azar) – Bakı dialektində geniş yayılmış 

qarğış: Boğma, daha sakitləş da!) – boğma (: Tənqidi boğma) 

yaz  (ilin fəsillərindən birinin adı) – yaz (yaratmaq, qeyd etmək) – 

Rza, durma, Rza, yaz. / Bu işıqlı yaza-yaz (Rəsul Rza) 

ox (ox atmaq) – ox (nida: Sinəmdə ox oyandı) (Bayatılardan) 

yay (qədimdə ox atmaq üçün istifadə olunan alət) – yay (yuxanı yay, 

kündəni yay) 

qırx (kəmiyyət bildirən söz) – qırx (hava istidir, quzunu qırx) 

sağ (sağ tərəf, sağ əl) – sağ (həyatda olan, yaşayan) – sağ (qoyunları 

sağ) 


qara (rəng adı: Qışda çöllər ağ geyinər, yaz qara – A.Ələsgər) – qara 

(aşqara, plovun üstünə qoyulan bişmiş) 

palıd (rəng adı) - palıd (ağac növü: Göyləri qaldıran pəhləvan kimi / 

Palıd              qurşağacan batıb torpağa – İ.Tapdıq) 

dad (ləzzət, şirinlik keyfiyyətinə sahibolma) – dad (:Dad əlindən, ay 

gözəl / bedad əlindən, ay gözəl) (Xalq mahnılarından) 

 Dildə omonim və mümkün omonimləşmənin linqvistik 

coğrafiyasını, energetik qaynaqlarını  və bununla bağlı yalan və aldanış – 

oyun imkanlarını, onların real və potensial qarşılaşması ilə hasilə  gələn 

məntiqi və emosional-ekspressiv çalarlarını daha geniş  təsəvvür etmək 

üçün aşağıdakı leksik və leksik-qrammatik fraqmentlər bir bütöv halında, 

daha sıx  əlaqə  və kontekstdə  nəzərdən keçirmək faydalı olar. Bu, 

omonimlərin dil və nitq planında mümkün formal və məna münasibətlərini, 

söz növlərinə, avtosemantiklik və sinsemantikliyə münasibətdə  əhatə 

dairəsini, dünyanın verballaşmasındakı rolu və hüdudlarını, habelə 


 

 

 



102

semantik və mətn valentliyi imkanlarını araşdırmaq üçün də əhəmiyyətlidir. 

Xatırladaq ki, çoxmənalı  və omonim sözlərdə, sinsemantik vahidlərdə                

mənanın dəqiq olmaması yayılanlığa, mətnin sonraya doğru hərəkətinə, 

başqa sözlə kataforik genişlənməyə potensial imkanlar yaradır. 

bazar  (həftənin günlərindən birinin adı) – bazar (alqı-satqı yeri və 

alqı-satqının özü) 

doğru (düz, həqiqi) – doğru (tərəf, sarı-qoşma) 

şan (şan-şöhrət) – şan (arı pətəyi) 

inci (qiymətli daş) – inci (“incimək” felindən (: İnciyirsən inci) 

iqtidar (hakimiyyətdə olan qüvvə) – iqtidar (imkan, güc, qüdrət)  

tərəf (cəhət, səmt) – tərəf (qoşma: doğru) 

göyərti (göy, səbzə: ucuz göyərti var) – göyərti (pul, dollar) - göyərti 

(: Bədənində göyərtilər var) 

doğru (düzgün) – doğru (qoşma: inkişafa, tərəqqiyə doğru) 

aparat (idarəetmə mexanizmi) – aparat (qurğu, cihaz) 

yan (yan tərəf, ətraf) – yan (: Yan, tonqalım, tüstülən / Yan könlüm 

tək ey ocaq – Ə. Cəmil) - yan (: Yan,imtahandan beş almışam!) – yan 

(aralı, kənar: Ey nigar məni sən eşq oduna yandırdın / Sonra gördün 

yanıram, yan durdun (M.Ş.Vazeh)  

komanda (tağım: idman termini) – komanda (: prezidentin 

komandası) 

donluq (parça) – donluq (maaş) 

diplomat (peşənin adı) – diplomat (içinə sənəd yığılan çanta) 

gəlin (: gəlin yaman tənbəldir) - gəlin (ədat: Gəlin nəğmə oxuyaq) 

aş (plov) – aş (fel: Çəpəri aş) 

bit (informasiya vahidi) – bit (: bit-birə) 

görüş (sevgililərin, dostların bir araya gəlməsi) – görüş (dialoq, 

müzakirə, danışıq) 

çat (yarıq: divarda çat əmələ  gəlib) – çat (informasiya 

texnologiyalarında termin) 

dağ (coğrafi anlayış) – dağ (Sinəmə dağ çəkdin) 

alma (meyvə adı) – alma (Xəstəlik var, toyuq əti alma) 

vurmaq (döymək) – vurmaq (çox içmək) – vurmaq (qisas almaq, 

sıradan çıxarmaq (Katib onu yaman vurdu) 


 

 

 



103

kök (yer kökü) – kök (canlı, dolu) – kök  (əsil-nəsil: Adamın gərək 

kökü olsun) 

tam (bütöv) – tam (dad duyğusu: Xörəyin yaxşı tamı var) 

atmaq (nəyisə tullamaq) – atmaq (birdən içmək) – atmaq (aldatmaq) 

dolu (: dolu yağır) – dolu (kök, canlı) 

mavi (rəng adı) – mavi (cinsi azlıqların nümayəndəsi) 

fəsil (: yay fəsli) - fəsil (: İşin iki fəslini oxumuşam) 

alçaq (balacaboy) – alçaq (rəzil, vicdansız) 

göy (rəng adı) – göy (xəsis, simic) – göy (səma) 

keçinmək (canını tapşırmaq) - keçinmək (birtəhər dolanmaq) 

divan (: Füzuli divanı) – divan (mebel) – divan (məhkəmə) 

bildir (keçən il) – bildir (de, nəzərinə çatdır) 

Beləliklə, müxtəliftipli və müxtəlifxarakterli omonimləri yalnız 

vahid paradiqma daxilində, səs-qavrayış kompleksləri müstəvisində 

nəzərdən keçirdikdə onların hansı situasiya tiplərində, konkret nitq 

reallaşmasında hansı semantik-assosiativ əlaqələr yarada biləcəyi haqqında 

müəyyən ilkin təsəvvürlər  əldə etmək olur. Vahid səs başlanğıcında 

birləşən, lakin müxtəlif energetik gücə malik olan sözlərin sistem qavrayışı 

dilə rasional şüurlu münasibət formalaşdırır. Dil gerçəkliyində sözlərin 

mövcud birləşmə  və  fərqlənmə nisbətləri daxilində  həm bir-birilə bağlı 

olan, həm də bir-birini istisna edən iki başlıca qanunauyğunluğu hesaba 

almaq, onların qarşılıqlı  təsirlərini qiymətləndirmək zəruridir: ya omonim 

cütlərin və ya omonimik çoxluqların hər iki və ya bütün mümkün mənaları 

eyni zamanda reallaşıb istismara buraxır, ya da sözün konkret semantik-

sintaktik valentlik əlaqələrinə müvafiq olaraq dəqiq ayrılma, 

diferensiallaşma gedir, işarənin “dağılması” başa çatır. Birinci halda söz 

semantik cəhətdən tamamlandığı referensiyanın, aktual denotatların  əks 

olunması, işarələnməsi baxımından özünü tükəndirdiyindən potensial mətn 

valentliyini də gerçəkləşdirə bilmir, mətni genişləndirmək, davam etdirmək 

zərurəti çox vaxt aradan qalxır. İkinci halda isə omonim təklərdən konkret 

olaraq birinin mənası reallaşdığından, yəni potensial natamamlıq, semantik 

çatışmazlıq silinmədiyindən sözün mənasını bir və ya bir neçə cümlə ilə 

açmaq, semantik proqramı inkişaf etdirmək lazım gəlir, işarə açdığı boş 

yerləri tamamlamaq üçün mətn daxilində özündən sonraya doğru 


 

 

 



104

hərəkətini, bununla da öz yayılanlığını davam etdirir. Vahid cümlə söyləm 

daxilində qarşılaşan, birləşən mənalar ikibaşlı anlama gətirib çıxarır, 

aldanış və yalan hərəkətlərinin reallaşması üçün daha əlverişli ifadə mühiti 

hazırlayır. Konkret praqmatik məqsəd nitqin açılması,  şəffaflaşması  tələbi 

ilə  tərs mütənasiblik təşkil etdiyindən nitq hərəkətini daha çox 

sinsemantiklik, çatışmazlıq və natamamlıq əlamətini özündə daşıyan cümlə 

çərçivəsində reallaşdırmaq daha münasib olur. Konkret semantik-sintaktik 

valentlik qanunlarına  əsasən omonim cərgəsindəki sözlərdən birinin 

mənasının reallaşmasında isə,  əksinə, vahid maddi əsasda səsləniş 

eyniyyətində birləşən sözlərin tamamilə  əlahiddələşməsi, müstəqilləşməsi 

prosesi tam və  qəti olaraq qərarlaşır. Lakin vahid səslənmə fonunun səs 

substansiyasının qavrayışa, bütövlükdə  dərketməyə  fəal təsiri və 

assosiasiya konstantlığının təsiri tamamilə neytrallaşıb aradan qalxmır, səs 

ardıcıllığı, fonetik kütlə daim öz müqabilini “axtarır”, itirilmiş enerji ilə 

qovuşmağa can atır. Məhz vahid səs tərkibi, səs materiyası bünövrəsində 

gerçəkləşən məna bölgüsü, məna fərqlənmələri, onların bir-birilə 

bəhsləşmə, yaxınlaşma və uzaqlaşma perspektivləri həmin maddi-müştərək 

qütblər arasındakı semantik məsafələşmə konkret söyləmin, yığcam və 

geniş  mətnin törənişinin linqvistik modelinə çevrilir. Həmin linqvistik 

törədicilik, dil yaradıcılığı istər ciddi - publisistik mətnlərdə, istərsə də canlı 

danışıq dili üslubunda və satirik-yumoristik diskursda, dilin aldanış-oyun 

texnologiyalarında orijinal mətn ixtiralarına, dil reallıqı  kəşfilərinə  gətirib 

çıxarır.  

Səs eynilik və oxşarlıqlarının metafizikasını  əks etdirən qafiyə 

uyarlıqlarına da məhz həyatın, zamanın ritmini, ənənəvi dil işarələri ilə, 

mövcud sözlər və onalrın  əlaqələnmələri ilə ifadə oluna bilməyən çoxlu 

alternativ reallıqları “ələ keçirmək” səyləri kimi baxmaq lazımdır (Lakin bu 

haqda bir qədər sonra). Bu təhlil və mülahizələrdən çıxan nəticələrdən biri 

də bundan ibarətdir ki,  müxtəlif  dil sistemlərinə aid omonim inventarının, 

konkret-empirik fakt və materialların araşdırılması  təkzibedilməz surətdə 

təsdiq edir ki, vahid səs-qavrayış formasında oxşar mənaların cəmləşməsi, 

omonim adlandırmalar və omonim hadisələr birbaşa, bilavasitə 

linqvopoetik, perseptiv və idraki əhəmiyyət daşıyır.       



 

 

 



105

 Müxtəlif sistemli dillərdə leksik, leksik-qrammatik və qrammatik 

omonimlərin kəmiyyət və keyfiyyət münasibətləri, işlənmə tezliyi də 

müxtəlif olur. Məsələn, qrammatik cins kateqoriyasının mövcud olduğu 

alman dilində ismin hal, cins, kəmiyyət və müəyyənlik – qeyri-müəyyənlik 

göstəricisi olan artikel formaları həmin göstəricinin bəzən cəm formantının 

(şəkilçisinin) da dəyişməsi ilə omonim cütləri  əmələ  gətirir. Təsadüfi 

deyildir ki, bəzi tədqiqatçılar müasir alman dilində cins kateqoriyasını sırf 

qrammatik kateqoriya kimi deyil, ən yaxşı  vəziyyətdə leksik-qrammatik 

təsnifedici qrup kimi təhlil və izah edir, onun leksik təbiətini önə  çəkirlər 

(O. Moskalskaya, 153). Dildə omonimlərin yaranma mənbələrini geniş 

araşdırmadan (bu bizim mövzumuz da deyildir) qeyd edık ki, səs 

substansiyasının qənaətlə  sərf olunduğu, təkhecalı  və azhecalı sözlərin 

üstünlük təşkil etdiyi dillərdə sistem və situativ omonimləşmə hadisəsi də 

daha güclü olur. Türk dilləri məhz belə bir substansional güc və üstünlüyə 

malikdir. Omonimlər dilin ilkin-genetik qatlarını üzə çıxarır – desək, yəqin 

ki, səhv etmiş olmarıq. Düşünmək olar ki, ingilis dilinin formal zənginlik 

və çevikliyi, bütün dünyada asanlıqla yayılması, öyrənilməsi və 

variantlaşması bu dilin səs-məna kompressiyasının keyfiyyət səviyyəsi, 

heca və sözlərin tələffüzünün təbii tənəffüs qaydalarına nisbi uyğunluğu ilə 

bağlıdır. Bu ilkin tənasüb və qayda, əlbəttə, dilin funksional üslublarının 

inkişafı, praqmatik norma və qaydaların zənginləşməsi ilə hər bir dildə yeni 

miqyaslar və qanunauyğunluqlar kəsb edir. Müqayisə üçün müasir alman 

dilində leksik və leksik-qrammtik omonimlərə aid aşağıdakı örnəkləri 

nəzərdən keçirək. 

  Tam leksik omonimlər:  

die Schnur (gəlin) - die Schnur (bağ, qaytan) 

die Mähre (müştəri) – die Mähre (at, madyan) 

die Miene (üzün ifadəsi, sifət) – die Mine (mina, partlayıcı qurğu) – 

die Miene (quyu, çuxur) 

lesen (oxumaq) – lesen (toplamaq, yığmaq) 

dichten (yaratmaq, şer qoşmaq) – dichten (sıxlaşdırmaq) 

Sie – sie; es, es; Ihnen, ihnen (əvəzliklər) 

 Göstərilən omonimlər bütün səsləniş formalarında üst-üstə düşür, 

tam omonimlik səciyyəsi daşıyır (İskos / Lenkova, 234). Leksik-qrammatik 


 

 

 



106

omonimlər isə müxtəlif sözlərin səs tərkibinə görə uyğunlaşmaları 

bünövrəsində meydana çıxır. 

 Leksik-qrammatik omonimlər bir-birindən həm leksik, həm də 

qrammatik forma baxımından fərqlənir. Məsələn, cins fərqləri (qrammatik 

cins kateqoriyası mövcud olan dillərdə), kəmiyyət fərqi, müxtəlif nitq 

hissələrinə aidlik və s. həm tam, həm də natamam omonimliyin olması 

leksik-qrammatik omonimlərin forma-səsləniş arsenalını xeyli 

zənginləşdirir: Tam leksik-qrammatik omonimlər bir qayda olaraq eyni söz 

növünün daxilində  əmələ  gəlir,  əksər hallarda dəyişməyən nitq 

hissələrindən təşkil olunur:  

die kranke Frau (sifət) – die Kranke (isim) 

während (bağlayıcı) -  während (sözönü)  

allein (bağlayıcı) – allein (zərf) – allein (ədat) 

der Stock (``e) – dəyənək – der Stock (werke) – mərtəbə 

das Tuch (``er) – yaylıq – das Tuch (e) – kətan 

das Wort (``er) – söz – das Wort (e) – nitq, çıxış 

das Tor (e) – darvaza – der Tor (en) – dəli 

das Band (``er) – bağlama – der Band (``e) – cild 

das Messer – bıçaq – der Messer – (yerölçən) 

der Bauer – kəndli – das Bauer – qəfəs 

laut (sözönü) – görə - laut (zərf) – ucadan – Laut (isim)– səs 

kraft (sözönü) – uyğun olaraq – Kraft (isim) – güc  

dank (sözönü) – sayəsində - der Dank (isim) – minnətdarlıq, təşəkkür 

Müşahidələrə  əsasən deyə bilərik ki, alman dilində ilk növbədə 

qrammatik omonimlərin rəngarəngliyi və zənginliyi diqqəti cəlb edir, çoxlu 

eyni və  bənzər səs-məna  şüalanmalarının, leksik və leksik-qrammatik 

omonimlərlə  əlaqədə vizual və  eşitmə-qavrama aldanışlarına, səs 

təkrarlıqlarının artmasına, çoxalmasına gətirib çıxarır. Qrammatik 

mənaların eyni səs versiyasında təqdim edilməsi leksik mənaların ifadəsini 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin