Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   2   3   4   5   6   7   8   9   ...   45
I FƏSİL 

 

ÇOXMƏNALILIĞIN YALANI 

VƏ YA DİLİN MİN –BİR DİLİ 

 

Çoxmənalı sözlərdə potensial olaraq fərqli işlənmə  məqamlarının 



toplanması, vahid səs qabiğı içərisində müxtəlif leksik-semantik 

variantların cəmləşməsi faktı, digər tərəfdən bir çox hallarda adlandırmanın 

özünün qeyri-adekvatlığı, gerçəklik dəyərlərinin və linqvistik qiymətlərin 

yayılanlığı, qeyri-səlisliyi yalan və aldanışların reallaşması üçün əlavə 

imkanlar yaradır. Insan yalnız ifrat, qeyri-əxlaqi hərəkət kimi 

qiymətləndirilən ən müxtəlif həyati yalanların deyil, həm də dil yalanlarının 

əhatəsində böyüyür. Obyektiv olaraq dil toxumasının, dil materiyasının 

daxilində bir sıra yanlışlıq, qeyri-dəqiqlik və yalan mənbələri mövcuddur. 

Bunların sırasında qeyd edilən çoxmənalılıqdan, çoxfunksiyalılıqdan əlavə 

müvafiq olaraq formal və məzmun variativliyinin son hədlərini təşkil edən 

sinonimlik və omonimlik, frazeologiya, metafora, formal sual, antitheza, 

kinayə, mübaliğə, inkar və evfemizmlər xüsusi yer tutur. Linqvistik 

praqmatika dil işarələrinin manipulyativ imkanlarını, onların müxtəlif 

situasiyalarda fərdi və kollektiv şüura fəal təsirlərini dərindən və hər tərəfli 

öyrənmək üçün geniş imkanlar açır. Müasir postmodernist düşüncə  tərzi 

əslində  həqiqi və qeyri-həqiqi mühakimələr arasındakı  fərqləri aradan 

qaldırır, faydalı  və  sərfəli olan nə varsa hamisını  həqiqət elan edir. 

Karteziyan məntiqindən, qlobal “hə-yox” binarlığından imtina edilməsi, 

həqiqətin obyektivliyi və yeganəliyi ideyasının qəbul edilməməsi, 

dərketmənin antroposentrik, insanmərkəzçi mahiyyətinin önə  çəkilməsi, 

qavrayışın fərdi-subyektiv xarakterinin əsas götürülməsi, reallığın çoxluğu 

və linqvistik cəhətdən konstruksiya edilə bilməsi ideyası – bütün bunlar 

keyfiyyətcə tamamilə yeni intellektual davranış  və oyun qaydaları irəli 

sürür. Mətləbdən uzaqlaşmamaq üçün hələlik bircə  məqama diqqəti cəlb 

etməklə kifayətlənək: bu gün dövlətlərarası münasibətlərdə geniş miqyasda 

işlənən “ikili standartlar siyasəti”  əslində açıq-aşkar yalanın başqa bir 

adıdır. Etiraf olunmuş, konvensional yalan və illuziyalar adi məişətdə, 

insanlararası, fərdlərarası münasibətlərdə də yetərincədir. 



 

 

 



49

 Digər tərəfdən, danışan (yazan) fərdi maraq və meyllərdən, konkret 

situasiyanın verdiyi imkanlardan asılı olaraq ayrı-ayrı dil elementlərinin 

təyinatını, funksional məzmununu dəyişmək, onları  təhrif etmək, lazım 

gələrsə saxtalaşdırmaq gücünə sahibdir. Qarşı  tərəfi aldatmaq, çaşdırmaq, 

həqiqətdə olmayan, olmamış və ya olmayacaq bir şeyə inandırmaq məqsədi 

izləndikdə dil istehlakçısı ilk növbədə ən saf və təbii dil materialından, ən 

inandırıcı  və  təsirli sözlərdən, etimad və etibar doğura bilən ünsiyyət 

strategiyalarından istifadə etməyə çalışır. Bir qayda olaraq şübhə, 

etimadsızlıq doğura bilən neqativ, ehtiyatsız sözlərdən, nüfuzu, imici 

korlayan dil-ifadə vasitələrindən sərf-nəzər edilir. Yalanın  əlahiddə  və 

birmənalı tanınma nişanları  əslində yoxdur və  nəzəri cəhətdən müsbətli-

mənfili, yaxşılı-yamanlı bütün dil işarələrini onun xidmətinə vermək 

mümkündür. Unutmaq olmaz ki, yalan güclü özünütəsdiq, özünüdərk və 

özünümüdafiə aktı kimi gerçəkləşir. Bu gün həqiqətə “dəyişən” kimi 

yanaşılması zəruridir. 

 Yalanın psixologiyası belədir ki, insan haqsızlığını, qüsur və 

qəbahətlərini, qeyri-səmimi dil davranışını etiraf etməkdən çox onu 

gizlətməyə, ört-basdır etməyə daha çox meylli olur. Biz şirin, sərfəli və 

rahat yalanları arzuedilməz həqiqətlərdən daha həvəslə  qəbul edir və çox 

vaxt yanıldığımızın fərqində də olmuruq. Bununla da zaman keçdikcə yalan 

dərketmənin zəruri elementinə çevrilir. Fərdi qavrayış və idrakı idarə edir 

ki, burada qeyri-adekvat, qeyri-müstəqim dil vasitələrinin rolu da kifayət 

qədər yüksək olur. Uzun müddət bilərəkdən və ya məcburiyyət üzündən 

ikili-konformist həyat yaşayan adamda yalan son nəticədə onun subyektiv 

qavrayışının, fərdi həqiqətlərinin mümkün variantı, alternativi kimi 

neytrallaşıb adiləşir,  şüursuzluğun dərinliklərinə qovulur, xəstəliyə  və 

dağıdıcı qəzəbə çevrilir. Yalanın mahiyyətini daha aydın dərk etmək üçün 

dahi alman irrasionalist filosofu Fridrix Nitsşenin aşağıdakı fikri çox 

maraqlı və ibrətamizdir: “Das habe ich getan”, sagt mein Gedächtnis. “Das 

kann ich nicht getan haben”, – sagt mein Stolz und bleibt unerbittlich. 

Endlich gibt das Gedächtnis nach” (“Yaddaşım mənə deyir: “Sən bunu 

etmisən.” – “Mən bunu heç vaxt edə bilməzdim”, deyə qürurum etiraz edir. 

Nəhayət, yaddaşım təslim olur” (F. Nietzsche (1), 62)) 



 

 

 



50

  Böyük alman filosofunun fikrinə  təkcə bunu əlavə etmək olar ki, 

yalan və riyakarlıq müəyyən bir tarixi dövrdə, nisbətən uzun bir müddətə 

kütləvi xarakter aldıqda tədricən kollektiv şüursuzluğa keçir, cəmiyyətin, 

millətin bütün gələcəyini təhdid edir. 

  Biz bu fəsildə konkret dil strukturları ilə təqdim olunan aldanış və 

yalanlardan bəhs edəcəyik. Sonrakı  fəsillərdə omonim və sinonim sözlər, 

perifraz mübaligə metafora və s. kimi dil-üslub mexanizmlərinin yaratdığı 

linqvistik qiymət çoxluqlarının ifadə imkanlarının araşdırılması  nəzərdə 

tutulur. 

 Yalan və aldanışların  ən çox gizləndiyi yer dilin leksik-semantik 

sistemidir desək səhv etmiş olmarıq. Məlumdur ki, sözün semantikası dörd 

əsas əlamətin varlığı ilə xarakterizə olunur. Məna genişdir (die Bedeutung 

ist weitgespannt), yayğındır (vage), mənada sosiallıq var (sozial), məna 

mücərrəddir (die Bedeutung ist abstrakt) (H. Weinreich, 20). Qeyd olunan 

əlamətlər mətn semantikası çərçivəsində, əlaqəli nitqdə nisbətən aydınlaşıb 

dəqiqləşir, bəzən fərqli, bəzən təmamilə  əks  əlamətlərə çevrilir. Başqa 

sözlə, mətndə söz mənaları  məhdud (engumgrenzt), dəqiq (präzise), fərdi 

(individuell), konkret (konkret) məzmun kəsb edir, nisbətən aydın və 

müəyyənləşmiş konturlar alır. Lakin sözün zəngin semantik şüalanmaları, 

yayğınlıq və yayılanlığı qeyri-səlisliyi mətn səviyyəsində  də tamamilə 

aradan qalxmır, bu cəhət mətni tam dəqiq, birmənalı adekvat, şəffaf bir 

struktur, xalis substansiya olmaqdan məhrum edir. Mətnin təşkil olunduğu 

sözün mənaları genişlik, yayğınlıq, sosiallıq, mücərrədlik, kimi 

əlamətlərdən büsbütün təmizlənə bilmir, aşağıdan yuxarıya, potensiyadan 

reallaşmaya öz qeyri-müəyyən, qeyri-adekvat xarakterini sistemin üst 

qatına da nəql edir, onu bir enerji mənbəyi kimi daim qidalandırır. Görünür, 

dil-nitq və  əksinə,  münasibətlərinə görə göstərilən  əlamətlər kvartetinə 

daha bir əlaqələr cütü – ümumilik və  şərtilik  əlamətlərini də  əlavə etmək 

zəruridir. Mətn semantikası yalnız məhdudlaşdırmaya, dəqiqliyə, fərdilik 

və konkretliyə deyil, həm də şərtilik və nisbi müstəqilliyə, mətnin yaratdığı 

yeni reallığa uyğunlaşmağa can atır. “Qız gözəldir” cümləsində    “gözəl” 

sözü özünün bütün semantik-assosiativ şüalanmalarını, həcm tutumunu öz 

içərisinə alır, qavrayışın tam dəqiqlik və aydınlığını deyil, nisbi-variativ 

genişliyini  əks etdirir. Bu fraqmentdə  hətta ifrat əks qütbə yaxınlaşan  ən 


 

 

 



51

müxtəlif gerçəklik dəyərləri ifadə olunur. Bu başqa məsələ ki, həmin 

valehedici intensiv təəssüratda söz söyləyənin dərin fərdi  şüursuzluğunda 

yaşayan nəsə irrasional, anlaşılmaz başlanğıc da var. Dilin “tutub saxladığı” 

qavrayış anlarının özü də kifayət qədər zəngin və ünsiyyət üçün yetərlidir: 

lap gözəl, gözəldən də gözəl, qənirsiz gözəl, gözəllər gözəli, dünya gözəli 

lap gözəl, əla və s. Mən  inanmıram ki, bu variantlar əsil gözəlliyi və gözəli 

təsvir edən bir şairi qane etsin. Böyük şairlərin qəlbində daim bir 

ifadəolunmazlıq niskili, heç vaxt tam reallaşa, maddiləşmə bilməyən bir dil 

həsrəti yaşayır. Beləliklə, ideyaya, sözə münasibətdə natamamlıq, 

doymazlıq sindromuna bir koqnitiv semantik universallıq kimi yanaşmaq 

lazım gəlir.  Əslində “Seçkilər  ədalətli keçirilməyib!”, “Seçkilərdə 

ədalətsizliyə yol verilib” kimi mühakimələr də  hər hansı bir konkret 

məzmundan məhrumdur və bu yetəricə sürüşkən, dumanlı bir fikir 

substansiyasını ortaya qoyur. “Ədalətsiz” sözü isə yayğınlığı, qeyri-

müəyyənliyi daha da artırır. “Seçkilər ədalətsiz keçirilmişdir” nə deməkdir? 

Seçkilərin tamam saxtalaşdırılması da qeyri-demokratikdir, qismən bir neçə 

faiz saxtalaşdırılması da, ən xırda qanun pozuntuları da (Oğul Corc Buş 

yalnız son sayimlarda bir neçə yüz nəfərin üstünlüyü ilə keçmiş vitse-

prezident Alber Qora “tam demokratik seçkilərdə” qalib gəlmişdi).  

Mübarizənin psixologiyası, həyatın məntiqi belədir ki, seçkilərdə qalib 

gələn, prezident, deputat və ya partiya rəhbəri seçilən adam sonra seçkiləri 

tamamilə  ədalətli,  demokratik seçkilər kimi qavrayır və öz qalibiyyətindən 

büsbütün məmnun qalır. Zaman keçdikcə hadisə fakta çevrilir, fakt 

hadisəyə güc gəlir, hər şey yaddan çıxır. Gerçəklik dəyərlərini, həqiqət və 

yalanı əxlaqi dəyərlər kimi qavramaqda yadırqamış bir çox müasir insanlar 

yalana alışır və onu həqiqətin bir elementi, bir variantı kimi qavrayırlar. 

  Bu situasiya siyasi təcrübədə bir çox hallarda “heç yerdə ideal 

seçkilər keçirilmir”, və ya da “Seçkilərdə  bəzi nöqsanlar da müşahidə 

edilmişdir” kimi ən ümumi  və yayğın formullarla xətm olunur. “Filankəs 

yaxşı adamdır” cümləsində dil riyakarlığı, özünün ifrat həddinə çatır. Biz 

ümumən “yaxşı” və “pis” adamlar arasında fərq qoysaq da, konkret 

situasiyada qərar qəbul edərkən tərəfsizliyimizi saxlaya bilmirik. Bizim 

xeyrimizə iş görənlər  “yaxşı”, zərərimizə bais olanlar isə “pis” adam kimi 

qəbul olunur. Bunu mövcudluq qanunları diktə edir. Nitq gerçəkliyində 


 

 

 



52

“yaxşı”, “çox yaxşı”, “olduqca yaxşı”, “yaxşıdan yaxşı”, “pis”, “lap pis”, 

“olduqca pis”, “təmamilə pis”, “lap pis” və s. kimi “xasiyyət” linqvistik 

dəyişəninin qiymətləri dil istifadəçisinin fərdi-subyektiv qiymətləndirmə və 

münasibətləri ilə zənginləşib geniş çalarlıq kəsb etsə də, natamamlıq, qeyri-

obyektivlik yenə də qalır. Nitq reallaşmasında əlahiddə götürülmüş bir söz 

deyil, bütöv semantik sahələr , onların yaxın sinonim və  əks-əlaqələri 

canlanır. Mətndə işlənərkən söz sadəcə olaraq məhdudluq, dəqiqlik, fərdilik 

və konkretlik kimi əlamətlərin daşıyıcısı kimi çıxış etmir, həm də dilin 

dərin semantik assosiativ  qarlarını oyadır, dil yaddaşında  əks-səda tapır. 

Eksistensiyanın – şəxsi subyektiv başlanğıc və meyllərin rolu xüsusilə 

fəallaşır.  

Beləliklə, istər paradiqmatik, istərsə də sintaqmatik planda linqvistik 

qiymətlər çoxluğunu dilin fundamental əlamətlərindən biri kimi qəbul 

etmək lazım gəlir. Təkin, nüsxə vahidinin, əlahiddənin seçimində “ölçü”,  

fərq qavrayışı  həlledici əhəmiyyət kəsb edir. İ. Kantın ölçüyə verdiyi tərif 

bu cəhətdən olduqca maraqlıdır. “Ölçü -keyfiyyətdə  kəmiyyət və 

kəmiyyətdə keyfiyyət deməkdir” (“Mepa  - это качество в количестве и 

количество  в  качестве”). Etik, estetik və dini normalarla standartlaşan 

ölçü duyğusu çox vaxt insanların həyat mənafeləri, maraq və şəxsi arzular 

ilə uyğun gəlmədiyindən dil həyatında çoxsaylı müdaxilə  və 

“oyundançıxma” təşəbbüsləri baş verir ki, bu da labüd olaraq fərdi-

subyektiv amilin rolunu gücləndirir. Dil eksistensiyanın zəruri elementinə 

çevrilir. 

Bir ümumi funksiyanın yerinə yetirilməsi üçün çoxlu müxtəlifölçülü 

və müxtəlifsəviyyəli vasitələrin mövcud olması dilin təməl qaydalarından 

birini təşkil edir. 

Bu istiqamətdəki müşahidələrimizi davam etdirək. 

L. Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsində “doğruluq” və “ağıl” 

linqvistik dəyişənlərinin qiymətləri aşağıdakı kimi təyin olunur: doğru, lap 

doğru, çox doğru, təmamilə doğru, doğru olmayan, az və ya çox doğru, lap 

az düzgün, doğru, lap yalan, yalan deyil, yalan olmayan, ağ yalan, ən çox 

yalan, görünməmiş yalan, təmamilə yalan; ağıllı, lap ağılsız, bir az ağıllı, 

müdrik, bir az müdrik, tam müdrik, lap müdrik, müdrik olmayan və s. (N. 

Hüseynli, 258, 259-263) Bu sadalanan alternativlər müstəqil linqvistik 


 

 

 



53

dəyişən deyil, müvafiq olaraq “doğru” və “ağıllı” (ağıl) qiymətlərini 

xarakterizə edən müxtəlif dəyərlər kimi nəzrdən keçirilir. Göstərilən nisbət 

sırasından da göründüyü kimi, ifrat hədlər,  ənənəvi dilçilikdə antonimlər, 

əks qoşalıqlar (Gegenstück) kimi qeyd olunan leksik vahidlər doğru və 

yalan, ağıllı və ağılsız / doğruluq və ağıllılığın  qiymətlər çoxluğunda son 

hədlər deyil, həmin dəyişənlərin linqvistik qiymətlər çoxluğunda ilkin 

termlər, həddlər kimi götürülür. L. Zadə həqiqətin (doğruluğun) birqiymətli 

deyil, qeyri-səlis, yayılan olduğunu göstərir. Əgər klassik məntigdə “hə” və 

“yox”, “doğru”/həqiqi” və “yalan”, “1” və “0” biliyin qəti sərhədləri kimi 

nəzərdən keçirilirsə, yayılan çoxluqlar nəzəriyyəsində, qeyri-səlis məntiqdə 

həmin qlobal hədlər yalnız keçid nöqtəsinin sərhədləri kimi qəbul olunur. 

Belə halda dəyişənlər doğruluğun, həqiqətin linqvistik hədlərindən, 

həqiqiliyin dərəcələrindən başqa bir şey olmur, onun qiymətləri isə  məhz 

doğruluğun, həqiqiliyin linqvistik qiymətləridir. Linqvistik qiymətlər 

çoxluğundakı  həmin variantlar arasında – ağ–qara, doğru-yalan, “hə”, 

“yox”, bəli-xeyr,  ədalətli-ədalətsiz və s.geniş aralıq və  sərhəd zonası, 

yayılanlıq, diffuzluq sahəsi yerləşir, həmin dəyər, qiymətləndirmə 

çoxluqları qabarma və  çəkilmə proseslərində olduğu kimi daim bir-birinə 

yaxınlaşma və bir-birindən uzaqlaşma təsirləri içərisində mövcud olur. 

Buna görə də məna bir çox hallarda subyektiv və konteksdən asılı olur. (N. 

Hüseynli, 261) Zadənin nəzəriyyəsi əsasında demək olar ki, təkcə linqvistik 

qiymətlər arasında deyil, ümumiyyətlə, bir küll halında, bütövlükdə  təbiət 

və  cəmiyyətdə, təfəkkürdə, elmi bilik və  məlumatların müxtəlif sahələri 

arasında hərəkət, zaman, məkan, materiya, substansiya mövcud olan hər 

yerdə  sərhədlərdə bir qeyri-səlislik, qeyri-dəqiqlik və yayılanlıq var. 

Insanların mühakimələrdə, müddəalarda (Behauptung) istifadə etdikləri 

təriflər, təsnifat və sistemləşdirmələr həm də ona görə dəqiq və səlis olmur 

ki, ilkin, təməl material – dil vasitələri, xüsusilə sözlər, leksik fraqmentlər 

gerçəkliyi, dünyanı tam adekvat şəkildə əks etdirə bilmir, çoxlu boşluqlar, 

təxminiliklər, paradokslar, nisbiliklər qavrayışımızı  işğal edir. Məhz belə 

hallarda “Seçkilər xalqın iradəsini tam əks etdirir” və ya “Bizim direktor 

vicdanlı adamdır” kimi birtərəfli, yanlış, qeyri-dəqiq, qeyri-obyektiv 

mühakimələr əmələ gəlir. Dil işarələri ilə onların adlandırdığı istər maddi, 

istərsə də ideal obyektlər, predmet və hadisələr, eləcə də onlara münasibət 


 

 

 



54

heç zaman tam dürüst, əslinəuyğun, dəqiq və  səhmanlı ola bilmir. Çox 

təxmini və  ixtiyari, şərti dil işarəsi fotoqraf və ya kino lenti effektinə 

yaxınlaşa bilsəydi, qavrayışımızda, bütövlükdə idrak prosesində, anlam və 

mühakimələrdə  bəlkə  də bir nisbi aydınlıq, səliqə-səhman yaranar, dünya 

dilin mavi qaranlıqlarındab çıxardı. Lakin tam əsasla bunun əksini də 

düşünmək olar: şəffaf və “riyaziləşmiş” dünya mənzərələri bizi daha artıq 

dolaşıqlıq və yeknəsəklik zülmətinə düçar edərdi. Bəlkə  də tam aydınlıq, 

işıq içində beynimiz ətalət və əbədi yorğunlğa, işığın zülmətinə qərq olardı. 

Insan ifrat konkretlik və yeknəsəkliyin girdabına düşər, elmi-nəzəri idrak 

və mühakimələrdən, yaradıcılığa, düşüncəyə  təkan verən məchulluq və 

qeyri-müəyyənlik dumanlarının xəyala qanad verən cazibəsindən məhrum 

olardı. Nəticə belədir ki, təxmini, natamam, naqis biliyi birmənalı  şəkildə 

hə-yox, doğru-yalan şəklində ifadə etmək qeyri-produktiv, səmərəsiz olur. 

Qeyri-səlis məntiq və qeyri-səlis linqvistika, təxmini, nisbi mühakiməlrin 

əsasını  təşkil edir. Bu onunla bağlıdır ki, insan nitqi, ümumiyyətlə, 

mahiyyət etibarilə yayğın, qeyri-dəqiq və çoxçalarlı olur, güzgü 

sınmalarında olduğu kimi təhriflərə məruz qalır.  

Təkcə leksik-semantik sistemin qeyri-mütənasibliyi, natamamlığı  və 

qeyri-adekvatlığı deyil, həm də linqvistik qiymət və qiymətləndirmənin 

subyektivliyi dil-ifadə vasitələrinin bir-biri ilə  əlaqələnməsindən doğan 

boşluq və  təxminiliklər, digər tərəfdən ünsiyyət prosesində motivlər, 

məqsədlər müxtəlifliyi, alternativlər çoxluğu dil toxumasını danışanın 

əlində (və dilində) elastik və asan istifadə olunan bir kütləyə, asanlıqla hər 

yerə axıb gedən bir məhlula - mütəhərrik bir mexanizmə çevirir. Görünür, 

bu dəyişməz paradigma və praqmatika qaldıqca yalan və aldanmaları insan 

həyatından təmamilə  kənar etmək mümkün olmadığı kimi, arzuolunmaz 

həqiqətləri də dilə gətirmək azadəliyi heç vaxt mümkün olmayacaq. 

Deməli, dildə birmənalı  şəkildə, qeyd-şərtsiz, tam diferensiallaşmış 

həqiqət və yalan markerləri axtarmaq yanlış  və yanlış olduğu qədər də 

perspektivsizdir. Əgər heç olmazsa dilin leksik sistemini əlamətsiz “doğru” 

(“həqiqət”) və əlamətli “yalan” (və ya həqiqi-qeyri-həqiqi) semantik oxları 

ətrafında dəqiq qruplaşdırmaq mümkün olsaydı, insanları  həqiqətin 

şərindən və yalanın girovundan, insan şüurunu isə  dilin aramsız, bitib-

tükənməyən təhriflərindən, yanlış və aldadıcı, yayındırıcı müdaxilələrindən 


 

 

 



55

xilas etmək mümkün olardı. Lakin elə buradaca əlavə edək ki, biz bununla 

obyektiv olaraq həm də insanın, ayrılıqda götürülmüş  hər bir fərdin  şəxsi 

həyatını, rahatlıq və firavanlığını da əlindən almış olardıq. Başqa sözlə, 

ümumiliyi, xaotiklik və qeyri-müəyyənliyi, sosiallıq və mücərrədliyi dilin 

həm  ən zəif, həm də  ən güclü tərəfi kimi qiymətləndirmək lazım gəlir. 

Deyilənlərdən çıxan nəticə budur ki, həqiqət və yalan kateqoriyalarına tam 

mütləq, bir-birinə yaxınlaşa bilməyən, antoqonist mahiyyətlər kimi 

yanaşmaq qeyri-elmi olduğu kimi həm də qeyri-humanist və səmərəsizdir. 

Gerçəklik dəyərlərinə, həqiqi və yalnış, doğru və qeyri-həqiqətlərə dialektik 

yanaşma texnologiyası, digər tərəfdən, obyektiv, gerçək dəyərlərə, 

reallıqlara münasibət kontekstində  şəxsi başlanğıcı, insan eksistensiyasını 

nəzərə almaq düşüncəsi həm də ciddi və perspektivli bir sosial-linqvistik 

yanaşma kimi özünü doğruldur. Dünyada dildən kənar və dil prizmasından 

dərk olunmayan heç nə yoxdur. Təsadüfi deyildir ki, M. Haydegger dili 

“varlıq evi” adlandırır. Dil həqiqətləri özlüyündə rahat və  təmin olunmuş 

bir həyat vəd etmir. Elə situasiyalar vardır ki, həyatın müvəqqətiliyini, 

keçiciliyini duyan, daim ölüm qorxusu altında yaşayan insn üzərində əhval-

ruhiyyənin, anın təsiri həlledici olur. Biz çox vaxt bütövlükdə zamanın 

deyil, anın təəssüratını  və linqvistikasını yaradırıq.  İnsan  şəxsiyyətinin 

aprior formaları – qorxu, təşviş, qayğı, həyəcan, habelə  xəstəlikər, onun 

seçiminə, o cümlədın də dil davranışına güclü təsir göstərir, insanın 

subyektiv varlığı həyatın hər bir anının əhəmiyyətinin dərk olunması onun 

rəftarını, davranışı  və  hərəkətlərini  əvvəlcədən müəyyən edir. Bu 

vəziyyətdə insanı daha “insani dəyərlər”, həqiqət və yalan maraqlandırmır. 

O, sonuncu əmlakının – öz canının hayında olur, ilk növbədə öz 

mövcudluğunu qorumağa çalışır. 

Təsəvvür edək ki, əgər dildə hər bir məna vahidinin ayrıca formativ 

variantı, ona müvafiq əlahiddə işarə versiyası olsaydı, səs tünlüyündən, söz 

artıqlığından dil öz başlıca funksiyalarından birini – ünsiyyət funksiyasını 

yrinə yetirə bilməz, aramsız, qarşısıalınmaz “söz daşqınları” dilin digər 

mühüm funksiyalarından biri olan koqnitiv-idrakı funksiyasını da qeyri-

mümkün edərdi. Insanın aramsız əmək və əqli fəaliyyəti ilə dil orqanizmi 

inkişaf edib böyüdükcə, onun leksik-semantik sistemi təkmilləşdikcə 

yuxarıda sadaladığımız təbii qüsurlar da çoxalır, bu linqvistik “uşaq” 


 

 

 



56

xəstəliklərinə çoxlu yeniyetməlik, gənclik və ahıllıq xəstəlikləri, digər 

sonradan qazanılma qüsur və naqisliklər, çatışmazlıqlar  əlavə olunur. 

Məsələ burasındadır ki, dildə min il əvvəl  əmələ  gəlmiş sözlərlə dünən 

yaranan sözlər birlikdə yaşayır və  fəaliyyət göstərir. Çoxmənalılıq və 

çoxfunksiyalılıq, omonimlik və sinonimlik, məcazlıq və ideomayiklik dilin 

leksik-semantik sisteminin getdikcə daha dərin qatlarına işləyir. Buraya 

bütöv sinsemantiyanı, deyktik elementlərin mətnin formal və semantik 

təşkilində rolunun, funksional intensivliyinin getdikcə artmasını, törəmə 

proseslərindəki uzaqlaşmaları da əlavə etmək olar. Çoxmənalılıq, 

omonimlik, sinonimlik və idiomatiklik kimi dilin təbii qüsurları, sonradan 

qazanılma  nöqsanlar, dil yaradıcılığının təxminlik və qeyri-mükəmməlliyi 

– söz mənalarının qeyri-müəyyənliyi, ümumiliyi, yayğınlığı, qeyri-dəqiqlik 

və  mücərrədliyini daha da artırır. Bütün bunlar dili misilsiz, təkrarsız 

semantik sistem, insanın ruhi aləminin yeganə  və  əvəzolunmaz işarələr, 

simvollar kompleksi olmaqla yanaşı, həm də qeyri-mükəmməl, qeyri-

mütəşəkkil və qeyri-dəqiq bir ifadə və idrak mexanizmi halına gətirir. Dildə 

müəyyən rasional hədlərdə sinonimliyə  qədər genişlənmə  və omonimliyə 

qədər daralma prosesi aramsız olaraq davam edir, forma-məzmun 

paradoksları bir-birini təqib edir. Və son nəticədə  həm də dilin təbii 

tənəffüzü təmin olunur. Dil səviyyələrinin yuxarıya doğru inikişaf edib 

genişlənməsi ilə buraya yeni çalarlar, yeni rənglər və yeni paradokslar əlavə 

olunur. Xüsusilə sintaktik səviyyədə dil vahidlərinin bir-biri ilə əlaqələnmə 

və  əvəzolunma imkanları onu daim böyüyən və  hər  şeyi öz içərisinə alan 

nəhəng bir orqanizmə, bir supersubstansiyaya çevirir. Mətn semantikası və 

mətn sintaksisi yuxarıda qeyd olunan dil dəyərlərinin bir tərəfdən 

aydınlaşmasına, təmizlənməsinə, digər tərəfdən isə yeni sistem daxilində 

daha da mürəkkəbləşməsinə gətirib çıxarır.  

Dildəki yanlışlıq və qeyri dəqiqliklər labüd olaraq təfəkkürün də 

yanlışlığına, aldanış  və yanılmalara səbəb olur. Insan dünyanı ana dilində 

və ya hər hansı başqa bir dildə necə üzvləndirirsə, necə görürsə düşüncə  və 

mühakimələrini də ona uyğun  şəkildə qurur. Dili öz sistem mahiyyətinə 

görə sosial, hər dəfə  hərəkətə  gətirilməsi, işlənməsi etibarilə  fərdi hadisə 

hesab etmək olar. Dil fərdin maraq və meyllərini ifadə edərkən sanki 

müvəqqəti olaraq sosiallığını itirir. Sanki kollektivin, sosiumun 


 

 

 



57

nəzarətindən çıxaraq fərdin ixtiyarına keçir, konkret situasiya daxilində sırf 

subyektiv, praqmatik maraq və  məqsədlərə köklənir, fərdin ümumi qlobal 

azadlığının bir elementinə çevrilir. Insanın konkert şəxslər,  şəxslər qrupu, 

kollektivlər, sosial qruplar, bütöv cəmiyyət üzərində üstünlüyü təmin 

olunduğu vaxt, dilin bu “azadlığı” xüsusilə təhlükəli xarakter alır. Hər kəsin 

öz həqiqəti və öz frazeologiyası formalaşır. Dil mövcudluq uğrunda fəal 

mübarizəyə qoşulur. Yalan və aldanış stilistikasının obyektiv məzmunu 

belədir. Beləliklə, dil, söz insan psixikasına, oradan da onun davranışına 

əsaslı surətdə  təsir göstərən fəal bir qüvvə  (В.  Девкин, 5; А.  Кирилина, 

35) kimi şərh olunmalıdır. 

Vahid bir fonetik kompleksdə, səs kütləsi içərisində çoxlu məna 

çalarlıqlarının, bəzən hətta 10-15-ə  qədər və daha çox leksik-semantik 

variantların toplaşması nitq gerçəkliyidə həmin potensialı “qapamaq” əsas, 

dominant mənanı neytrallaşdırmaq  və ikinci dərəcəli, ucqar mənalardan 

birini qənşərə çəkmək, aktuallaşdırmaq  imkanı yaradır. Belə reallaşmada, 

artıq qeyd edildiyi kimi, əlavə  məna komponenti hakim, aparıcı ünsiyyət 

statusu kəsb etsə  də, potensial olaraq operativ yaddaşdakı mürəkkəb və 

çoxqatlı məna strukturları ilə assosiativ rabitəni təmamilə itirmir, qəfil əks-

əlaqə ilə onların oyanması, fəal qavranılması imkanı büsbütün aradan 

qalxmır. Söz assosiasiyaları  bəzən arxetipik formalara, ilkin psixi 

strukturlara qədər yaddaşın ən dərin qatlarını hərəkətə gətirir. 

Deyilənləri konkret misallarla izah etməyə çalışaq. 

XX  əsrin sonlarında Azərbaycanda keçid dövrünün, müstəqillik 

savaşlarının ən ağır və dolaşıq zamanlarında məşhur, doğrudur, ana dilində 

çox da yaxşı danışa bilməyən (belələri bəzən gözlənilmədən dili inkişaf 

etdirir, sözlərə  əlavə, qəribə, qəfil məna çalarları  əlavə edir!) bir dövlət 

xadimi xalqın ağır güzəranı, kütləvi işsizliklə bağlı suala cavab olaraq 

deyirdi: “ Azərbaycanda acından ölən, işsizlik yoxdur, bu gün hamı işləyir, 

zəhmət çəkir, səhərdən axşama qədər çalışıb-çabalayır, alver edir, səhərdən 

axşama qədər  əkib-biçir, bazardan evə, evdən bazara tələsir, balalarını 

dolandırır. Kəndlərdə bir ildə iki, bəzən üç dəfə  məhsul götürən adamlar 

var. Mən onların bu fədakarlığı qarşısında baş  əyirəm. Xalqımız bacarıqlı 

xalqdır, daşdan pul çıxaran xalqdır.” (“daşdan pul çıxarmaq” ifadəsi real 

situasiya haqqında aydın təsəvvür yaradır) 


 

 

 



58

Burada “işləmək” sözünün çoxmənalılığına, linqvistik 

qiymətləndirməyə fikir verin. “Acından ölən yoxdur” (ağır şəraitdə işləmək 

əvəzinə) ifadəsi yalanının üstünü açır, dil istifadəçisini ifşa edir. “Daşdan 

pul çıxarmaq” ifadəsi isə  bu uğursuz nitq hərəkətini içəridən dağıdır. 

“İşləmək” felinin təkcə tükü-tükdən seçən dilçi-leksikoqraflara deyil, 

hətta naşı siyasətçilərə də bəlli olan aşağıdakı mənalarını xatırlayaq. 

1)

 



müəyyən, daimi iş yeri olmaqla müntəzəm fəaliyyət göstərmək və 

bunun müqabilində dövlətdən sabit maaş almaq (mövcud praqmatik 

situasiyada əsas məna); 

2)

 



ümumiyyətlə çalışmaq, zəhmət çəkmək, müəyyən bir iş 

normasını, tapşırığı yerinə yetirmək; 

3)

 

ağır zəhmətə qatlaşmaqla çətin şəraitdə fəaliyyət göstərmək; 



4)

 

nəsə xüsusi, fövqəladə bir tapşığı yerinə yetirmək:  Əməliyyat 



yaxşı keçdi, uşaqlar yaxşı işlədilər

5)

 



saz, qaydasında olmaq: hava pis olduğuna görə bu gün onun səsi 

yaxşı işləmir, keçən dəfə daha yaxşı oxumuşdu

6)

 



məcburi, istəmədən nəyisə icra etmək, kiminsə buyruğunu yerinə 

yetirmək; 

7)

 

ən ağır və dözülməz  şərtlərlə, cüzi əməkhaqqı ödənilməklə 



müəyyən, çox vaxt ağır işi görmək, öz iş qüvvəsini satmaq və s. 

 

Yəqin ki, o dövr azərbaycanlılarının dil şüuruna möhkəm daxil 



olmuş “qul bazarı” söz birləşməsi çoxlarının yadındadır. Həmin çətin dövrü 

insanlardan heç də asan keçirməyən Ana dili “işləmək” sözünün yeni 

mənalarını, “ailəni acından ölməyə qoymamaq” semantikasının yeni-yeni 

çalarlarını  kəşf etdi. Eyni bir sözün, bizim nümunədə “işləmək” sözünün 

müxtəlif mənalarının, fərqli işlənmə  məqamlarının qəsdən qarışdırılması, 

əsas, başlıca semantik funksiyanın qismən neytrallaşması sayəsində sözün 

uzaq, marginal mənalarından birinin ünsiyyətdə başcıl, ön mövqeyə 

çəkilməsi,  original praqmatik strateqiya diqqəti cəlb edir. Bu gedişin 

nəticəsində semantik-assosiativ xaos, qarmaqarışıqlıq, qeyri-müəyyənlik və 

qeyri-dəqiqlik bütöv mətnin aldadıcı konstruktiv prinsipinə çevrilir ki, bu 

da yalan və aldanışın  gerçək, aktual ifadə aktına,  uğurlu dil hərəkətinə 

çevrilməsi üçün münbit şərait hazırlayır. Həmin praqmatik situasiya imkan 



 

 

 



59

verir ki, məsələn,  alver etməyi, səhərdən axşama qədər bazardan evə, 



evdən bazara qaçmağı, çalışıb-çabalamağı “işsizliyin olmaması” kimi 

qələmə verəsən. Bu dil məntiqi ilə, məsələn, dilənməyi də, daha yüksək 

səviyyəli “zəhmətkeşlər arasında” rüşvət almağı da, korrupsiyanı da 

“işləmək” kimi təfsir və təqdim etmək olar. 

  Əlbəttə, başı özünə qarışmış azsavadlı  məmur bunu heç də biz 

deyən kimi fikirləşmir, sözün mənalarını alt-alta düzüb haqq-hesab 

aparmır, o bunu intuitiv şəkildə, ana dili fəhmi  ilə qavrayır, dil 

təcrübəsindən, ünsiyyət praktikasından, kommunikativ-praqmatik ənənədən 

hazır şəkildə əxz edir. Bu qəribə nitq aktı üçün psixoloji cəhətdən maraqlı 

olan  isə budur ki, həmin situasiyada çoxmənalılıq deyilən dil faktı, dil 

riyakarlığı ilə xarakterin riyakarlığı, ikiüzlülüyü birləşir. 

 Qohumluq  münasibətləri sahəsinə daxil olan sözlərin 

çoxmənalılığından yalan və aldanış vasitəsi, linqvistik qiymət çoxluqları 

kimi istifadə olunması xüsusilə geniş yayılmışdır. Məşhur alman yazıçısı 

Teodor Ştormun “İmmen gölü” povestində belə bir yer var: “Sie ist meine 

Mama. Ich will meine Mutter haben. “ (O mənim mamamdır. Mən anamı 

istəyirəm!) Müasir alman dili reallığında “Mama” sözü “Mutter” sözünün 

sinonimi kimi işlənir. Lakin uşaq dili və uşaq təfəkkürünün ən sevimli və 

sehrli sözü, eksistensial başlanğıcı olan “Mama” elementi “uşağa baxan”, 

“dayə” mənasında da işlənir. O uşağın doğma,süd anası olmaya da bilər ki, 

bu da manipulyasıya, yalançı dil hərəkəti üçün fürsət yaradır. Uşaq dilində 

tez-tez işlənən “Papa” sözü də yalnız ata (der Vater) mənasında deyil, bir 

sıra digər mənalar və işlənmələr üçün də əsasların yaranmasına rəvac verir. 

Başqa sözlə, buna sözün semantik tutumu, səs-məna materiyası əsas verir. 

Eşitdiyimə görə müasir azadlıqlar reallığında cavan qızlarla oturub-duran 

yaşlı və imkanlı kişilərə də “Papa” deyirlər. Maraqlı burasındadır ki, həmin 

praqmatik semantika  rus və Azərbaycan dilli ünsiyyət mühitinə də nüfuz 

etmişdir. Oxuduğum müasir alman romanlarından birində cavan qız sirrinin 

gizli qalması üçün onunla istirahətə yollanan yaşlı kişini “ata” (“Vater”) 

kimi təqdim edir və situasiyadan qalib çıxır. Dil yalan və yalançılarla 

nəinki sirdaşlıq, həm də fəal əməkdaşlıq edir.  

 Yaxud Azərbaycan dilində  zəngin siyası-ictimai və  məhəlli, hətta 

hüquqi çalarlar kəsb etmiş günahsız “baba” sözünü götürək. Mən bu sözün 


 

 

 



60

yalanının, çoxmənalılıq və çoxfunksiyalılığının bir qədər sonrakı dövrdə 

insan həyatını xilas etdiyinin şahidi olmuşam. O vaxtlar Heydər  Əliyevə 

təkcə  uşaqlar deyil, bir çox minnətdar yaşlılar da sevə-sevə “baba” 

deyirdilər. “Deyirlər filankəs babanın yaxın adamıdır”, “Baba dünənki 

müşavirədə  məmurların yaman dərsini verdi” və s. İctimai nəqliyyatda 

dostu ilə şirin söhbət edən cavan oğlan qəfildən uca səslə “Bütün günahlar 

babadadır” dedi. Oğlan bunu deyər-deməz iki nəfər mülki geyimli şəxs geri 

çevrildi və onu sorğu-suala tutnağa başladı.  İş  get-gedə  qəlizləşirdi. 

“Baba” sözü mövcud situasiyada özünün bütün mənfi enerjisi, qorxunc 

praqmatikası ilə  işə düşmüşdü. Görünür hüquq-mühafizə orqanı  işçiləri 

oğlanı artıq avtobusdan düşürməyə hazırlaşırdılar. Bu vaxt yaxşı ki, dil 

yaddaşı köməyə  gəldi, o, mövcudluq,  özünümüdafiə instinktinin bütün 

gücü ilə müqavimət göstərə-göstərə qəfildən uca səslə dedi: “ Sizə nə, mən 

öz babamı deyirəm! Babamdan danışmağa ixtiyarım yoxdur?!” Bu 

situasiyada “baba” sözünün çoxmənalılığı bir linqvistik alibi təsiri göstərdi, 

oğlanı ehtiyatsız yaxud səmimi deyilmiş sözün xətasından qurtardı. 

Görünür, bir çoxlarından fərqli olaraq bir qədər də xeyirxah adamlar olan 

“mülkilərin”, təhlükəsizlik orqanı  işçilərinin qolu boşaldı  və onlar “Yaxşı 

rədd ol get!” deyib oğlanı rahat buraxdılar. Əlbəttə, bu gərgin situasiyanın 

sovuşmasında xəfif yumorun, intonasiya semantikası  və mimikanın da 

köməyi az olmadı. Ümumiyyətlə, pozitiv, xeyirxah yalan və aldanış 

hərəkətlərinin qiymət çoxluqlarının uğur qazanmasında intonasiya, söz 

sırası və inkarın rolunu xüsusi qeyd etmək lazımdır. 

  Zərbələrin gücündən çox onların dəqiqliyinə  və aldanış effektinə 

diqqət yetirən karateçilərin belə bir devizi var: “Döyüşçü olmaq, heç vaxt 

döyüşməmək!” Bu “uyudulmuş güc” fəlsəfəsində  həqiqət məntiqi, 

tamamilə, bütün aydınlığı  və realizmi ilə anlaşılsa da, bir paradoksallıq, 

semantik-praqmatik ziddiyyət, aldanış da göz qabağındadır.  Əgər 

döyüşçüsənsə, həm də yaxşı döyüşçüsənsə, onda həmişə döyüşçü olmağın, 

əgər heç vaxt döyüşməyəcəksənsə, güclü olmağın nə  mənası var? Axı 

sözün gücü yetməyən, verbal davranış imkanlarının və  səlahiyyətlərinin 

tükəndiyi, bitdiyi yerdə  hər  şeyi sonda zorakı, “vəhşi” güc  həll edir. Bu 

qorxunc, aldadıcı formulda sülh, barış və dinclik düşüncəsindən çox karate 

ustası ilə döyüşməyin vahiməsi, arzuolunmazlığı ifadə olunur. Həmin 


 

 

 



61

əslində güc nümayişinin, danışanın iradi aktının bünövrəsində “döyüşmək” 

sözünün semantik şüalanmaları, fərqli məna və anlam yozumları, praqmatik 

kompressiya – sıxılma dayanır. Döyüşmək – müharibə meydanlarında 

qəhrəmanlıqlar göstərmək, hərbi  əməliyyatlarda fəal iştirak etmək. 

Döyüşmək – idman yarışlarında öz gücünü sınamaq, özünü təsdiq edib 

yaxşı yer uğrunda mübarizə aparmaq, qalib gəlməyə  səy göstərmək. 

Döyüşmək – axıra qədər mübarizə aparmaq, öz iradəsini başqalarına qəbul 

etdirmək. (O öz təklifinin başqaları  tərəfindən də  qəbul olunması, 

partiyanın parçalanmaması üçün axıra qədər mübarizə apardı, dönmədi, 

sona qədər döyüşdü.)  Döyüşmək – kiminləsə savaşmaq, dava-dalaş 

salmaq, rəqibə öz gücünü göstərmək və s. Məhz bu geniş  və daha da 

genişlənən dil yaddaşı,  əhatəli semantik  və funksional variativlik adi, 

normal güc sahiblərini arxayınlaşmağa, xam xəyallara qapılmağa qoymur, 

onları karateçiyə kor-koranə inam bəsləyib arxayınlaşmaq 

ehtiyatsızlığından qoruyur. 

  Təsadüfi deyildir ki, bütün dillərdə “döyüşmək” (kämpfen), 

“yazmaq”, “gözləmək” (warten), “qorumaq” (schützen), “gözəl” (schön), 

“zəngin” (reich), “görmək” və s. kimi geniş semantikalı sözlərin zəngin 

sinonimləri, dilin digər semantik sahələri ilə çoxtərəfli əlaqələri, assosiativ 

bağları var. “Yazmaq” feli “üzündən köçürmək” (“köçürmək”), “tərtib 

etmək”, “yaratmaq”, “makinadan və ya kompüterdən çıxarmaq” və s. kimi 

mənaları birlikdə daşıyır. Dissertasiyasını başqasına və ya başqalarına 

yazdırtmaqda  şübhələnən bir nəfər magistrant and-aman edirdi ki, “İşi 

özüm yazmışam”. Sonra məlum oldu ki, həqiqətən mətni kompüterdə özü 

yazıb. Göründüyü kimi, sözün çoxmənalılığı aldanmaya, manipulyasiyaya 

yol açır, “sübut”, bəraət imkanlarını, mülahizənin gerçəklik şansını artırır. 

Məlum olduğu kimi, çoxmənalı, çoxçalarlı sözlər olan “yeni” və “müasir” 

sözləri mətndə  həm də bir-birinin yerinə  işlənmək imkanı qazanır. Bu 

cəhətdən “Müasir Müsavat Partiyası” adı “Müsavat Partiyası”nın ideallarını 

gözdən salmaq üçün son dövr siyasi praktikasının unikal tapıntısı hesab 

oluna bilər. 

 Adətən kommunikativ baxımdan intensiv anlayışları adlandıran 

sözlərin daxilində  zəngin və  rəngarəng semantik qatlar, məna çalarlıqları 

yerləşir. Maraqlıdır ki, çoxəsrlik ünsiyyət  ənənələri sayəsində dinamik, 


 

 

 



62

çoxmənalı sözlərin əksəriyyəti universal xarakter daşıyır, tam və ya qismən 

semantik ekvivalentlik, kommunikativ izomorfluq kəsb edir. Belə dildaxili 

və dilllərarası praqmatizmlər  əlaqəli mətndə fikrin müəyyən məqamda 

böyütmək, qabartmaq, ayrı-ayrı  məna fiqurlarını aktuallaşdırmaq, fəal 

dövriyyəyə daxil etmək imkanlarını  şərtləndirir. Müasir alman dilində  də 

“Mann” (kişi), “Mensch” (insan), “Freund” (dost), “Kumpel” (yoldaş), 

“beistehen” (dayaq olmaq), “versichern” (əmin etmək, inandırmaq), 

“schlagen” (vurmaq), “Toleranz” (dözümlülük) və s. kimi sözlərin 

manipulyasiyası geniş yayılmışdır. Istər siyasi-ictimai diskursda, istərsə də 

canlı danışıq dilində  ən müxtəlif fərdlərarası münasibətlərdə    semantik 

çarpazlaşma, aldanış-oyun strategiyaları müasir həyatda, hər hansı bir dil-

ünsiyyət sisteminin mühüm qanunauyğuluqlarından birini təşkil edir. 

 Qohumluq terminlərinin praqmatikası üzərində müşahidələrimizi 

davam etdirsək görərik ki, elementlərin sosial statusu onların 

kommunikativ valentliyi ilə düz mütənasib gəlir. Yaxın qohumluq 

münasibətləri bildirən sözlərin funksional genişliyi xüsusilə diqqəti cəlb 

edir. Söhbət “ata”, “ana”, “dayı”, “əmi”, “qardaş”, “bacı”, qismən də “xala” 

sözlərinin praqmatik-üslubi dəyərləndirilməsindən gedir. Bu siyahıya 

“nənə” və “baba” sözlərinin daxil olmaması, daha doğrusu daxil ola 

bilməməsi də praqmatik mülahizələrlə, dünya bilikləri konteksti və  həyat 

təcrübəsi ilə bağlıdır. O qədər də kara gəlməyən (istisnalar da var!), əlində 

geniş imkanları olmayan “nənə”, xüsusilə “ata nənəsi”, “bibi” sözlərinin 

semantik baxımdan dərinləşməməsi, zənginləşməməsi insanların ümid və 

gözləntilərini əks etdirir. Və belə qohumluq əlaqələrinə kifayət qədər diqqət 

yetirməməkdə dil məntiqi də doğru hərəkət edir. “Dayı” sözündə isə 

vəziyyət təmamilə başqadır. Qəribədir ki, azərbaycanlılar, geniş  mənada 

bütün müsəlmanlar ana qohumluğuna xüsusilə  həssas yanaşır, ana tərəfin 

qohumlarına daha çox inanır və ümid bəsləyir. Bu, daha çox insani diqqət, 

qayğı və ülfətə aiddir. Təcrübə göstərir ki, “dayı” və “xala” bacı uşaqlarına, 

xüsusilə kiçik yaşlı uşaqlara münasibətdə daha artıq dözümlü olur, onların 

hər cür əziyyətinə tablaşmağa hazır olurlar. Buna görə  də xalq dilində 

“dayı” sözü həm də  “ən yaxın adam”, “himayədar” mənası  kəsb edir. 

(Bilirsən onun dayısı kimdir? İcra başçısının özü!) Bir azərbaycanlı-türk 

düşüncəsində    “dayı” sözü ilkin qohumluq semantikasından sonra “arxa”, 


 

 

 



63

“dayaq”, heç vaxt və heç bir şəraitdə adamı darda qoymayan bir qüdrət, 

hətta mistik bir güc kimi implikasiya olunur. “Əmi” sözündə isə  vəziyyət 

bir qədər başqa cürdür. “Dayı”dan fərqli olaraq “əmi” səmimi, qayğıkeş 

statusundan çox bir zəngin, ağır adam, var dövlət və səxavət sahibi, lap son 

məqamda haraya gələn və heç kəsin həll edə bilmədiyi  məsələləri həll edə 

bilən bir arxa, yenilməz güc mənaları ilə assosiasiya olunur. Azərbaycan 

zehniyyətində, xüsusilə  qədim dövrlərdə evfemistik maneələrlə bağlı 

“dayı” andı  hətta ata andını da üstələmişdi. Bu gün iqtisadi imkanları 

yüksək olmayan dayılar and yeri olmaq şansını asanlıqla itirir. Daha bir çox 

əvvəlki yasaqlardan, evfemizmlərdən qurtulmuş azad Azərbaycan qadını 

açıqdan-açığa, mərd-mərdanə “Atanın / papanın canı haqqı!” deyə birbaşa 

öz  ərinin canına and içir. Ictimai yerdə  hətta onun adını  çəkməkdən, 

haqqında  əhvalatlar danışmaqdan belə  çəkinmirlər. Artıq bizə tanış olan 

“papa” sözü təkcə varlı himayədar yox həm də “varlı ailə başçısı” 

mənasında işlənir. Bu gün ailədə nüfuzu, müstəqilliyi xeyli artmış  və 

xüsusilə rus dil ənənəsinin təsiri altında ananın canına and içmək hallarının 

xeyli intensivləşdiyini müşahidə etmək olar. Bu həm də yeni dövrdə 

feminizasiya meyllərinin, matiarxat düşüncəsinin güclənməsindən xəbər 

verməkdədir: Anamın canı haqqı! Məsələ burasındadır ki, belə  sınanmış 

andlarla, super-sözlərlə etimad qazanmaq, manipulyasiya etmək daha asan 

və raht olur. Əlbəttə, burada aldanış və oyunlar da xüsusi aktuallıq və dəyər 

kəsb edir. Bir də görürsən ki, ana dedikləri doğru olanda, həqiqətə uyğun 

gələndə dayının canına (Dayının canı haqqı!), doğru olmayanda və ya 

əhəmiyyətsiz məsələlərdə  əminin canına and içir (“Əminin canı haqqı 

pulumuz yoxdur!”). Madar qardaşları olan bacılar hətta uşaqlarının tez-tez 

dayılarının canına and içməsini qısqanclıqla qarşılayır, bir olan, bircə olan 

“qardaş canını” müdarə edir, ondan oyun-oyuncaq kimi istifadə olunmasına 

yol vermirlər. Bu deyilənlər kontekstində müqabil tərəfi aldatmaq, 

çaşdırmaq və ya onu müəyyən fikirlərdən, hərəkətlərdən yayındırmaq üçün 

“Filankəs mənim dayımdır!” qəbilindən olan nitq hərəkətləri təmamilə təbii 

görünür, aşkar illokutiv güc və    təhdid semantikası  kəsb edir. Hətta  əsl 

həqiqətdə, bioloji mənada dayısı – anasının qardaşı olmayanlar da belə 

aldadıcı dil aktlarından yararlana bilir və dayının gerçəkdən olub-olmaması 

heç bir əhəmiyyət kəcb etmir. Çünki söhbət konkret denotativ 


 

 

 



64

semantikadan, tanınmadan deyil, sözün təmamilə başqa praqmatik 

səmərəsindən gedir. 

 Qohumluq nominasiyaları sistemində boşluqların olması müvafiq 

situasiyalarda aldanış-oyun aktlarının, yalan və manipulyasiya 

hərəkətlərinin reallaşması üçün əlavə imaknlar yaradır. Bir çox Hind-

Avropa dillərində qohumluq əlaqələrinin  dəqiq verballaşmaması belə 

kommunikativ  vakuumun yaranmasının mənbəinə çevrilir. (Onkel – “əmi” 

yoxsa “dayı”?, дядя - əmi yoxsa dayı, тетя – bibi yoxsa xala?) 

  Məna müxtəlifliyi və manipulyativ qarşılaşdırmalara əsaslanan nitq 

hərəkətləri gərgin emosional vəziyyətləri dəf etmək, arzuolunmaz 

situasiyaları sovuşdurmaq üçün təsirli və sınanmış üsullardan hesab olunur. 

Deyilənə görə pambıq toplanışının qızğın dövründə rayona gələn və işlərin 

gedişindən narazı qalan birinci birinci katibin şərəfinə ehtiyatla yüngül bir 

şam süfrəsi hazırlanır və süfrəyə təbii ki, birinci katibin şərəfinə “içkilərin 

şahi” araq da qoyulur. Qaşqadaqlı birinci birinci katibin bunu görəndə lap 

qanı qaralır, zəhmli nəzərlələ zavallı rayon rəhbərlərini, məsul işçiləri 

süzür.  Bu  vaxt  vəziyyətin çox qəliz olduğunu görən qadın – rayonun I 

katibi gözlənilmədən Mərkəzi Komitənin birinci katibinə deyir: “Yoldaş 

Axundov, vuraq? Cəsarətli və qeyri-adi təklifdən özünü itirən, yumşalan 

birinci katib istər-istəməz  əlini qədəhə uzadır və qadının təklifinə cavab 

olaraq “vuraq” deyir. Bir uğurlu dil hərəkəti ilə ifrat-tatolitar sistemin 

davranış kodeksini bir an içində iflic edən qadın  şüşəni götürüb, bəli 

Axundovla qədəh-qədəhə vurur, lakin içməyib yerə qoyur. Bunu görən V. 

Axundov ondan soruşur: “Bəs dediniz vuraq?” “Mən dedim vuraq, 

demədim ki, içək...” Çoxmənalı sözün  situasiyanı  təmamilə  dəyişməsi, 

yeni reallıq konstruksiya etməsi göz qabağındadır. 

 Sözün tutumunun, məfhumi-ideoqrafik həcm və miqyaslarının 

genişlənməsi  bir çox əlavə emosional-ekspressiv məna və qiymətləndirmə 

çalarlarının yaranmasına rəvac verir ki, bu da dil işarələrindən yalan və 

aldanış, sui-istifadə hallarının yaranması üçün əlverişli linqvistik-psixoloji 

mühitin hazırlanması ilə  nəticələnir. Iqtisadi-ictimai formasiyalar, sosial-

siyası situasiya dil istehlakçısına onun ixtiyarında olan leksik materialla 

şərti-nisbi mənada sərbəst davranmağa, konkret vəziyyətdən, ünsiyyət 

şəraitindən asılı olaraq bəzən hətta öz praqmatik məqsədləri naminə onları 


 

 

 



65

təftiş etməyə, yeni, oriqinal, çox hallarda sırf fərdi-psixoloji anlam və 

çalarla zənginləşdirməyə  imkan yaradır. Həqiqətin nisbiliyi, qavrayışın 

insanmərkəzi xarakteri, reallığın çoxluğu və linqvistik baxımdam 

konstruksiya edilə bilməsi düşüncəsi öz işini görür. 

  Təsadüfi deyildir ki, Amerika alimi Morris praqmatik mənanı 

insanın dil işarələrinə münasibəti kimi səciyyələndirir. Lakin unutmaq 

olmaz ki, ünsiyyət prosesi ideologiyaların və  fərdlərin mübarizəsi, dil 

sistemi ilə qrup və sırf subyektiv-fərdi nitq fəaliyyətləri arasında müəyyən 

qaydalar, nisbət və miqyaslar çərçivəsində cərəyan edir, söz assosiasiyaları 

daim genişliyə    və yüksəkliyə, semiotika, dil işarələri sərbəstliyə can atsa 

da, dil sisteminin, canlı dil həyatının dinamik cazibəsi ilə aramsız olaraq 

aşağıya – normaya tərəf dartılır,  onunla fəal  şəkildə    tənzim və  təshih 

olunur. Praqmatik təxribatlar leksik-semantik sistemin bütün qatlarını əhatə 

edə bilmir, daha doğrusu, onun yalnız mövcud bir hissəsini fəal şəkildə, bir 

dünyagörüşü olaraq öz təsiri altına alır, daha çox sözlərə yeni mənaların 

əlavə olunması, anlayışlara yeni münasibət və neologizmlərin meydana 

gəlməsi  şəklində özünü göstərir. Sabitləşmiş, cilalanmış normalar, ümumi 

ünsiyyət standartları, dilin “həyat xətti“  yaşamaqda davam edir, uzun bir 

dövr üçün dəyişməz qalır ki, bu vəziyyət də “varlıq evi” olan dili xaos və 

özbaşınalıqdan qoruyur, ifrat valyuntarizm təhlükəsindən xilas edir, fərdi-

okkazional işlənmələr və praqmatik innovasiyaları, ünsiyyət sərtliklərini 

bütünlüklə olmasa da, qismən öz təsiri və nəzarəti altında saxlayır. Bununla 

da dilin ümumi ünsiyyət  vasitəsi olmaq funksiyası qorunub saxlanır, dil 

içəridən dağılmaqdan, məhv olmaqdan xilas olur. Lakin aramsız 

kommunikativ axın və  dəyişmələr, semantik-praqmatik normaların 

yeniləşməsi öz işini görür, dilin ətalətini, irəliyə  hərəkətini axıra qədər 

dayandırmaq olmur. Sözlər, anlayışlar uzun müddət yaddaşları  fəth edir, 

dilin leksik qatlarına hopur. Sözlərin məvhumi assosiativ çalarlıqlarının 

genişliyinə, qiymətləndirmə, daxiletmə ölçülərinin subyektivliyinə, 

emosional-ekspressiv mənaların, gerçək qavrayışın rəngarənglik və 

çoxşaxəliliyinə  əsaslanan nisbət ölçüləri bizi hər dəfə  fərqli dil-ifadə 

nisbilikləri  sferasına çıxarır. Beləliklə, dil nisbiliklərinin tarixən dəyişən 

semantik-üslubi strukturlarının çoxsəviyyəliliyindən danışmaq münasibdir.  



 

 

 



66

  Praqmatik relyativizm, nisbilik düşüncəsi, konstantlıq və variativlik 

həddləri içərisində dil yeni, fərqli bir qarşılaşdırma münasibətlərinə, 

semantik-koqnitiv paradiqmaya daxil olur, daha  geniş tətbiq sahələri işğal 

edir. Dil materiyasının xüsusilə  həssas və  əhəmiyyətli bir hissəsi olan 

leksika  ideologiyaların, konkret məqsəd və proqramların fəal müdaxilələri 

altında böyük çoxluğun, kütlənin heç cür təsir göstərə bilmədiyi təhrif və 

dəyişmələrə sinə  gərir, cəmiyyətin, bütöv dövlətlərin, xalqların idarə 

olunması, yönəldilməsi həm də müvafiq “dil çevrilişi”, “linqvistik hazırlıq 

işi” sayəsində mümkün olur. Müəyyən, adətən çox da uzun sürməyən bir 

tarixi dövr üçün dilin diktaturası  bərqərar olur. Hər bir ideologiya öz dil 

məramnaməsini, ifadə  əxlaqını hazırlayır. Bu prosesin XIX əsrdən 

başlayaraq xüsusilə sürətlə  getdiyini söyləmək olar. Konkret tarixi şəraitdə, 

tarixin sərhəd situasiyalarında denotativ və praqmatik semantikanın ağırlıq 

mərkəzləri dəyişir, xüsusi dil işarələrinin tətbiq dairələri daim institusional, 

ictimai və  fərdi – subyektiv eksperimentlər içində genişlənib böyüyür, 

çoxlu yeni güc sözləri (Schlagwörter) yaranır. Dil sisteminin üst qatlarında 

bütöv bir zorakı leksikon, konkret, şəffaf denotatı olmayan, bəzən təmamilə 

yanlış, gerçəkliyi təhrif edən leksik elementlər beyinlərə daxil olur, şüuru 

idarə etməyə başlayır. Dil - gerçəklik, fərdi-subyektiv müdaxilə  və 

təhriflərlə öz sinergetik gücləri arasında sıxılır, həmin gərginlik nöqtələri  

içərisində, aramsız xarici və daxili təzyiq altında inkişaf edib böyüyür. Bir 

sistem olaraq özünü yenidən səfərbər eməyə, təmizləməyə,  tənzimləməyə 

cəhd göstərsə də, çoxlu yanlışlıqlara, təhrif və aşınmalara məruz qalır, lakin 

leksik-qrammatik – tamlığını, bütövlüyünü və  vəhdətini poza biləcək 

semantik deformasiyalara uğramaqdan özünü mühafizə edir. Hər bir xalqın 

dili ideologiyaların, əqidələrin, siyasi sistemlərin dəyişməsi, yeniləşməsi ilə 

tarixi proseslərin həm fəal iştirakçısına, həm də varisinə çevrilir, bir canlı, 

daim inkişaf edən orqanizm olaraq tarixin sınaqlarından həmişə qalib və 

daha da güclənmiş halda çıxır. Hər dəfə daha mükəmməl, mübariz və çevik 

bir düşüncə - ifadə mexanizmi formalaşır. Dil cəmiyyətin, saysız-hesabsız 

fərdlərin,  şəxsiyyətlərin təcrübəsinə  əsaslandığından və onu əks 

etdirdiyindən, həm də öz imkanlarını, energetikasını reallaşdırdığından 

gerçək dünyada olduğundan çox vaxt fərqlənən, ona adekvat olmayan öz 

subyektiv-fərdi həqiqətlər və yalanlar dünyasını yaradır. Nəsillər, yeni 


 

 

 



67

ictimai kollektivlər konvensiyaları yeniləşdirməyə, guya təkmilləşdirməyə 

çalışsa da, bu hər dəfə, dil şüurunun müəyyən deformasiyasına, 

konvensiyaların yeni qiyafədə, yenidən dirçəlməsinə  gətirib çıxarır. Fərqli 

praqmatik maraq və  mənafelər yeni konvensiya, sonda yenə  də hamının 

qəbul etmədiyi, edə bilməyəcəyi yeni, daha uğursuz konvensiya 

axtarışlarına start verilir. Sözün mövqeyi zəiflədikcə sanki formallaşır, 

denotatla  əlaqəsini itirir. Dil şüuruna çökmüş yalan və aldanışların, təhrif 

və yalnışlıqların,  əbədi, dəyişməz həqiqətlər nihilizminin başlıca 

qanunauyğunluqlarından biri də məhz budur.  

Sovet imperiyası dövründə Azərbaycanda yaşayan bütün xalqların, 

etnik qrupların ümumi adı kimi düşünülmüş və çoxlu mübahisələr doğuran 

“azərbaycanlı”   sözünə diqqət yetirək. Xalq tərəfindən təbii məntiq və 

ünsiyyət ehtiyacından, sağlam leksik doğuşdan – törənişdən deyil, 

siyasətçilər  tərəfindən quraşdırılan “azərbaycanlı” sözü həm adi söz kimi, 

həm də ictimai-siyası bir anlayış kimi (Azərbaycan vətəndaşı  və 

Azərbaycanda yaşayan bütün millətlərin (türk, ləzgi, talış, kürd, tat, lahıc) 

ümümi adi kimi) dövriyyəyə daxil oldu. Təkcə o dövr üçün toxunulmaz 

super-anlayış bildirən “rus” sözü və ruslar bu məvfumun məzmunundan 

kənarda qalırdı. Təbii ki, leksoikoqrafik ədəbiyyatda çoxmənalı söz kimi 

təsbit olunmayan, sabit “qeydiyyat siyahısına” düşməyən bu söz daha artıq 

leksik deyil, praqmatik çoxmənalılıq istiqamətində  gəlişdi, nitq 

səviyyəsində, kommunikativ-funksional müstəvidə  zəngin və  rəngarəng 

işlənmə  məqamları kəsb etdi. Bütün xalqları, millətləri, vətəndaşları, hətta 

ictimai quruluş  və sistemləri, dövlətləri birləşdirə, bərabərləşdirə bilən 

cazibədar “azərbaycanlı” kəlməsi ilk gündən “yuxarıdan”, ekstralinqvistik 

güclərdən ona qəbul etdirilən zorakı semantikanı, ideologiya və  təbliğatın 

aşıladığı yalan və aldanışı leksikaya, oradan da tədricən dil sisteminə daxil 

etdi. Sən demə  “azərbaycanlı” sözü sovet Rusiyası tərəfindən ilk növbədə 

bu ölkədə yaşayan dominant xalqın - Azərbaycan türklərinin adını, 

kimliyini dumanlara qərq etmək, Azərbaycanı ümumi türk kontekstindən 

ayırmaq, türklük mənşəyini  şübhə altına almaq, sonralar mümkün olarsa 

təmamilə unutdurmaq, bununla da labüd olaraq dağılmalı olan sovet 

imperiyası sonrası separatçılıq, dağıdıcılıq meyllərinə  rəvac vermək 

məqsədi güdürmüş. Belə halda Azərbaycan deyilən məmləkətdə yaşayan 


 

 

 



68

bir sıra digər etnosların, xüsusilə ruslar üçün tarixən “strateji”  əhəmiyyət 

kəsb edən xalqların mövcudluğunu xüsusi nəzərə çarpdırmaq, bu ölkədə 

onsuz da tarixən birliyə, qardaşlığa deyil, etnik müxtəlifliyə, pərakəndəliyə 

diqqəti yönəltmək xeyli dərəcədə asanlaşır. Ehmalca gələcək Azərbaycan 

müstəqilliyinin, milli dövlətçiliyin binövrəsinə qoyulmuş bu dəhşətli söz-

bomba sonradan uzaqdan idarəetmə yolu ilə, zəncirvari reaksiya ilə 

partladılacaqdı. Real separatçılıq təhlükəsi dövründə  və sonralar 

Azərbaycanı hələ xeyli hədə altında saxlayacaqdı. Ilkin emosional qavrayış, 

sözün təəssüratı isə öz bəhrələrini verirdi. Bütün sovet xalqları kimi 

azərbaycanlılar da eyni səy və  əzmkarlıqla sosializm uğrunda bəylərə, 

xanlara, qolçomaqlara qarşı mübarizə aparır, dövlət planlarını, sosialist 

öhdəliklərini artıqlaması ilə yerinə yetirirdilər. Azərbaycan xalqı “sovet 

xalqının” tərkib hissəsi olmuşdu.  Hamı xalq düşmənlərinə qarşı 

mübarizəni eyni kollektiv qorxu və ruh yüksəkliyi ilə aparırdı. Hamı 

“Böyük Vətən Müharibəsində” öz canını eyni fədakarlıq və xoşbəxtliklə 

qurban verirdi, həm də fəal bir psixoloji stimul, az qala sosial instinkt kimi 

qavranılan “azərbaycanlı” sözü bütün Azərbaycan vətəndaşları üçün bir 

güvənc və qürur mənbəyi idi. “Azərbaycanlı”  Həzi Aslanov hərbi 

müdriklik və qəhrəmanlıq göstərib iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı və 

general rütbəsi alırdı, bütün “azərbaycanlılar” eyni qürur və  fərəh hissləri 

keçirirdi. “Baqramyanlar” milliyətindən asılı olmayaraq belələrini 

öldürəndə “azərbaycanlı” kimi öldürürdü. Söz aldanışı  həm xeyir verir, 

həm də ziyan vururdu. Bizim Rəşid Behbudov sehrli səsi ilə bütün dünyanı 

fəth edirdi, Azərbaycan əhalisi, yenə milliyətindən asılı olmayaraq bir nəfər 

kimi bayram edirdi. Müslüm  Maqomayev dünya estrada musiqisinin ən 

yüksək zirvələrinə qalxırdı, bütün azərbaycanlılar ayağa qalxıb  əl çalırdı. 

“Neftçi” hər dəfə uduzurdu, bütün “azərbaycanlılar” təkrar-təkrar yasa 

batırdılar. Bircə söz toplumun bütün şüuraltı  və  şüursuzluq sferalarını 

sarmışdı, zəbt etmişdi. “Azərbaycanlı” sözü leksik sistemin içində, söz 

cəngəlliyində bir ilantutan cəldliyi və hiyləgərliyi ilə milləti ofsunlamış, 

milyonların psixologiyasına daxil olaraq milli hissləri iflic etmişdi, dil 

şüurunda qırmızı bir boya ilə həkk olunmuşdu. Bu kütləvi psixoz, yalan və 

aldanışın bir təqdirəlayiq cəhəti də vardı: Tam dinclik və sakitlik hökm 

sürürdü, hamı xoşbəxt və  məsud idi. Buradaca qeyd edək ki, sadə, 


 

 

 



69

zəhmətkeş insanlar, kütlə çoxluğu etnik əlahiddəlikdən, milli müstəsnalıq 

düşüncəsi və  fərdiyyətçilikdən artıq sosiallığa,  birgəliyə, çoxluğun 

güvənliyi düşüncəsinə tapınır. Və burada dilin, linqvistik şüurun da xidmət 

payı var... 

 Lakin sovet ideologiyasının təsiri zəiflədikcə, böyük və azğın 

məqsədlər aydınlaşdıqca “azərbaycanlı” sözünün praqmatik sehri açılmağa, 

nisbi həqiqətlərin məkrli sifəti görünməyə başladı. Hələ sovet hökumətinin 

amansız təqib və repressiyaları dövründə bir çox açıq fikirli ziyalılar, bu 

amorf “azərbaycanlı” sözünün çoxmənalılığından, çoxfunksiyalılığından 

istifadə etməklə hazır həqiqətlər konvensiyasından çıxmağa, işarənin kələk, 

manipulyasiya imkanlarından özünəməxsus  şəkildə yararlanmağa 

çalışırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olaraq 

Azərbaycan Sovet Sosialist Respublikası  sərhədlərində müstəqil 

Azərbaycan dövləti yaratmaq uğrunda gedən çətin mübarizə  və mücadilə 

illərində, xüsusilə  1991-1993-cü illərdə - müstəqillik paradları dövründə 

məkan, milliyət və dil kontekstində Azərbaycanla bağlı şüar-sözlərdən necə 

ustalıqla və  bəzən xaincəsinə yararlanma hallarına  ən yeni tarix şahiddir. 

Erməni-rus təcavüzünün güclənməsi ilə milli, dövləti birlik ideyasının 

hıyati zərurətə çevrildiyi vaxtlarda “azərbaycanlı” praqmemi bütün aqressiv 

mahiyyəti ilə gündəmə  gəldi. Müstəqilliyimizin, dövlətçiliyimizin 

möhkəmlənməsi və ya zəifləməsi ilə bu söz gah bu, gah da digər qütbə 

yönəlir, semantik məcrasını  dəyişirdi, hər bir milli azlığın, Azərbaycanda 

yaşayan bütün azsaylı xalqların adları etiraf oldunduğu, istək olarsa, hətta 

pasportda açıq mətnlə qeyd oldunduğu halda, təkcə dominant xalqın – 

Azərbaycan türklərinin adı siyasi müzakirə, alver objektinə çevrilir, 

həqiqətən bu mühüm birləşdirici ad digər xalqların, etnik qrupların deyil, 

artıq yalnız Azərbaycan türklərinin milli mənsubluğunun işarəsi kimi 

işlənirdi. Bu, regional şovinizmin, görünməz, iç separatçılığının tüğyan 

etdiyi bir dövr idi. Görünür, açıq separatizm nəzərdə tutulan işlərin gedişinə 

mane olurdu, onu hətta qeyri-mümkün, təhlükəli və arzuolunmaz bir 

situasiya ilə üz-üzə qoyurdu. XX əsrin sonu, XXI əsrin  əvvəllərində 

“azərbaycanlı” sözü  bəziləri tərəfindən hətta az qala “ekzotik xalq”, milli 

azlıq kimi təqdim olunurdu. “Nə türk? Türk nə  gəzir, xalis türk var?!” 

Cidd-cəhdlə belə fikirlər yayan gizli təbliğatçılar, ştatlı ara adamları peyda 


 

 

 



70

olmuşdu. Böyük əksəriyyətin üstünlüyü məhz başqalarının mütləq çoxluqla 

qaynayıb-qarışması faktı qəsdən arxa plana çəkilirdi. Bu fikirlər kimlərinsə 

mifik separatçılıq, dövlətçilik,  yeni azərbaycançılıq mənafelərinə 

uyğunlaşdırılırdı. Azərbaycanda yaşayan erməni  əsilli, bir çox şübhəli, 

qarışıq qanlı siyasilər, dövlət xadimləri, “xalq deputatları” üçün “türk” 

sözündən və türk mənafeindən yan keçməyə imkan verən çoxmənalı, 

dumanlı “azərbaycanlı” sözü göydəndüşmə bir fürsət, bir tale töhfəsi idi. 

Dövlət strukturlarında, idarəetmə  işlərində geniş  təmsil olunan, deyilənə, 

yazılana görə qonşu dövlətlərin xüsusi xidmət orqanlarında, hətta terror 

təşkilatları ilə fəal əməkdaşlıq edən adamlar “Mən azərbaycanlıyam”, “Mən 

azərbaycanlı olmağımdan qürur duyuram!” kimi aldadıcı, yalançı 

şüarlardan gen-bol istifadə edilir. Çünki, “azərbaycanlı” olmaq 

Azərbaycanda yaşayan hər bir millətdən olmaq demək idi, hətta erməni, 

yarımerməni və ya sadəcə vətənsiz olmaq demək idi. Təsadüfi deyildir ki, 

Almaniyada cinayət işləmiş bir erməni qadını bir qadın və bir erməni 

hiyləgərliyi ilə özünü “azərbaycanlı” kimi qələmə vermişdi. O, həqiqətən 

Azərbaycandan olan erməni qaçqını idi Azərbaycanlı idi. (Bu da erməni 

stilistikasının daha bir nümunəsi!) 

 Belə bir məsəl var: Hər bir pis işin xeyirli cəhəti də var. 

Xoşbəxtlikdən hətta  ən mürtəce anlayışların, aldadıcı sözlərin, yalnış 

adlandırmaların onların zaman-zaman təkrarlanması ilə taleyin, həqiqət və 

qaçılmaz tarixi ədalətin töhfəsi və təntənəsi olaraq anlayışın məzmunundakı  

boşluğun, qeyri-müəyyənliyin, qeyri-dəqiqliyin və aldanışın gizlətdiyi bir 

praqmatik pozitivizm də yaşayır. Ədalət naminə  etiraf etmək lazımdır ki, 

Azərbaycan  əleyhinə separatçılığın tüğyan etdiyi vaxtlar təcrübəli H. 

Əliyev başda olmaqla o vaxtkı iqtidar “azərbaycanlı”, “Azərbaycan dili”, 

“Azərbaycan xalqı” sözlərinin ünsiyyət potensialından məharətlə istifadə 

etdi. Axı  dərində,  şüuraltıda “Azərbaycan”, “azərbaycanlı” sözləri “türk” 

anlamını (məvhumunu) istisna etmir! Rusiya və  İran sərhəddində 

separatçılıq meylləri kəskinləşəndə biz hamımız, bütün azərbaycan-

müsəlman vətəndaşları  yenidən “azərbaycanlı” olduq. Eyni toplumun 

nümayəndələri kimi birləşdik. Lakin bu, yalnız anlayışın yayğınlığı, 

genişliyi və yanlışlığı ilə bağlı deyildi, həqiqətən tarixən eyni talei yaşayan, 

doğrudan doğruya bir-biri ilə qayanayıb-qarışmış, qardaşlaşmış, ortaq 


 

 

 



71

mədəniyyətə, qan qohumluğu ənənələrinə, başlıcası vahid ictimai-siyasi və 

dini-mənəvi dayaqlara söykənən dost xalqların, həlledici tarixi anda hamı 

üçün zəruri olan birlik və  həmrəyliyinin təntənəsi, ümumi vətənçilik 

məfkurəsinin doğurduğu təbii müdafiə reaksiyası, özünümüdafiə instinkti 

idi. Məlum oldu ki, “azərbaycanlı”sözü Azərbaycanda yaşayan xalqların, 

etnosların məcmusu və “Azərbaycan türkləri” anlamlarından daha böyük və 

geniş bir anlayış ifadə edirmiş. 

Bir qədər də “Azərbaycan xalqı” və “Azərbaycan dili” qəbilindən 

olan dil aldanışları haqqında. Bu iki söz birləşməsi “azərbaycanlı” sözünə 

nisbətəna daha az ümumilik, birgəlik gücünə malikdir. Görünür ona görə 

ki, cansız -lı formantı ilə düzələn əlahiddə bir sözdən fərqli olaraq son iki 

adlandırma tam mənalı sözlərin  əlaqələnməsindən  əmələ  gəlir. 

“Azərbaycan xalqı” ifadəsi özlüyündə çoxmənalı  və yayğın semantikalı 

olsa da, (Müq. et: Xalq tələb edir ki, günahkarlar cəzalandırılsın!) hər halda 

“Azərbaycan” sözünün mənasını konkretləşdirir və dəqiqləşdirir. Bu sözün 

konkret məzmunu elə  həmin məkanda yaşayan etnoslarıın, xalqların sayı 

qədərdir. “Azərbaycan” dili anlayışı isə manipulyasiya həvəskarlarının 

ümidlərini daha az doğruldur, siyasi alver, təbliğat və yalan həvəskarlarını 

əlibaş qoyur. Çünki praqmatik baxımdan, tam aydın və birmənalı sosial-

siyasi və lingvistik situasiyada, məsələn, talış və ya ləzgi, ya tat və eməni 

dilini “Azərbaycan dili” kimi təqdim etmək nəinki produktiv deyil, hətta 

büsbütün qeyri-mümkündür, kontraproduktivdir . Lakin diqqətlə fikir 

verdikdə bu siyasi-linqvistik formulda daha mühüm, gizli və  məkrli bir 

mətləbin olduğu aydınlaşır. “Azərbaycan dili” söz birləşməsində sözləri 

yaxınlaşdırmaqla,  əksinə, ayrı-seçkilik salmaq, “türk” anlayışını 

düşüncələrdən silmək, Azərbaycan dilinin sadəcə türk dili olmadığını, 

ayrıca, tam muxtar və  fərqli bir dil olduğunu,  əlahiddəliyini sübut etmək 

düşüncəsi gizlənir. Məhz belə siyasi-ideoloji şəraitdə söz başlıca 

funksiyasından  - anlayışı adlandırmaq və səciyyələndirmək funksiyasından 

məhrum olur, əksinə, məfhumları dolaşdırmaq, hadisələri, prosesləri 

çıxmaza salmaq, pərdələmək funkiyasına tabe etdirilir. Təsadüfi deyildir ki, 

uzun müddətdən bəri məhz bu müstəvidə  cəmiyyətdə fikir savaşı, 

mübarizə, mübahisə və müzakirələr davam edir, Azərbaycanda ən adi, təbii 

və silahlanmamış, yalın gözlə aydın görünən şeyləri – vətəndaşlıq, milliyət 


 

 

 



72

və dil mənsubiyyətini konkret olaraq və birmənalı  şəkildə 

müəyyənləşdirmək mümkün olmur ki, olmur! Cəmiyyət, minlərlə, 

milyonlarla ağıllı adamlar təbii halından çıxmış dilin, daha doğrusu 

daşlaşmış dil şüurunun ətalətindən kənara çıxa bilmir, onun müqavimətini 

qıra bilmir ki, bilmir! Dili, sözü öz məcrasına qaytara bilmir. Bu fikri belə 

ifadə etmək daha doğru olar ki, dilin yaratdığı gerçəklik həqiqətə,  əsil 

reallığa üstün gəlir. Uzun müddətdir ki, bu koqnitiv paradoks, bu 

azdırılmış, saxtalaşdırılmış  və  təlim görmüş dil şüuru bir çox 

yanılmalarımızın, çaşqınlıq və  uğursuzluğumuzun  əsil mənbəyi olaraq 

qalır. Həmin anlayışların insanların dil şüuruna daxil olması, ana dilində 

görünən, eşidilən, qavranılan dünyanın əsas, mühüm cizgilərinə çevrilməsi 

normal düşüncə  və  məntiqə mane olur, ən adi təbii sualların cavabsız 

qalması  cəmiyyəti qeyri-müəyyənlik vəziyyətinə salır, çoxlu tərəddüdlərə 

gətirib çıxarır. Mübaliğəsiz demək olar ki, Azərbaycan düşmənləri 

tərəfindən zorla, təbliğatla beyinlərə yeridilmiş bu yanlış adlandırmalar, 

anlayışlar sisteminin xalqımıza vurduğu ziyanlar 1937-ci ilin qırğın və 

represiyalarından heç də az olmamışdır. Bəlkə daha böyük olmuşdur. Yüz 

minlərlə insanların məhvinə, bir milyon “azərbaycanlıların” qaçqın 

vəziyyətə düşməsinə  səbəb olan Qarabağ faciəsi də öz başlanğıcını bu 

mənhus ideoloji frazeologiyadan, linqvistik aldanışladan götürür. Qəribədir 

ki, Yalançı orfoqrafiya anlayışın iç üzünü açır, saxtalığını nişan verir. Necə 

ola bilər ki, “ingilis dili”, “rus dili”, “alman dili”, “ərəb dili” kiçik hərflə, 

“Azərbaycan dili” isə böyük hərflə yazılsın? Orfoqrafiya ideyanı, anlayışı 

sonadək gizlətsin? Sadalanan hadisələr silsiləsi, tarixi həqiqətin zorla 

dəyişdirilməsinə aparan eyni bir fəlakət zəncirinin müxtəlif həlqələridir. 

Dəhşətlisi budur ki, “Azərbaycan tarixi” də  həmin ruhda, eyni siyasi 

ideoloji improvizasiya üslubunda yazılırdı.  Əgər “varlıq evi” olan dil 

həqiqətləri, obyektiv gerçəklər söz ilğımında görünməz olursa, əgər xalqın, 

millətin adı gizlədilirsə, deməli, onun tarixini, mövcudluğunu da gizlətmək 

asanlaşırdı, sırf texniki bir məsələyə çevrilirdi, separatçılıq üçün geniş yol 

açılırdı.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin