88
II FƏSİL
Omonim aldanışları müxtəlif şeyləri
eyni cür adlandırma çoxluqları kimi
Dilçilik ədəbiyyatında omonimlər ən sadə söz qrupları kimi
qiymətləndirilir. Omonimləri eyni zamanda qeyri-simmetrik (asimmetrik),
müqabil olmayan məna – forma tənasübünün daha dəqiq desək
tənasübsüzlüyünün ifrat – aşırı forması kimi də izah etmək olar. Əgər eyni
səs ardıcıllığı ilə oxşar, birtipli mənalar ifadə olunursa, çoxmənalılıq-
müxtəlif, qeyri-həmcins mənalar ifadə olunursa omonimlik yaranır.
Müxtəlif adlandıranlara eyni adlandırılanların isnad verilməsi hadisəsi isə
asimmetrik ikiliyin, dualizmin başqa bir növü-sinonimlər kimi qeyd olunur.
Buna görə də sinonimlər nisbətən daha mürəkkəb söz qrupları kimi təhlil
olunur. Beləliklə, eyni denotativ mənanı müxtəlif dil işarələri ilə adlandıran
mütləq keçici sinonimlər və leksik-sintaktik sistem daxilində müxtəlif
mənaları eyni fonetik tərkibdə, səs kompleksində birləşdirən omonimlərdə
dilin ideal vəziyyəti olan “bir forma – bir məna” prinsipinin aşkar
pozulması faktı ilə qarşılaşırıq. Sinonimlərdə və çoxmənanılılıqda-
polisemantikada bu prinsip ümumən saxlanılır, çünki birinci halda ayrı-ayrı
leksik-semantik variantlar, əlahiddə, ayrıca sözlə ifadə olunur, ikinci halda
isə mənaca bir-birindən fərqlənən, seçilən, artıq diferensiallaşmış mənaların
eyni formativdə təqdim edilməsi prosesi gerçəkləşir. Lakin bu bir
həqiqətdir ki, hər hansı bir asimmetrik dualizm faktı-çoxmənalılığın
metaforik və metonimik mənalarla zənginləşib mürəkkəbləşməsi,
sinonimliyin kəmiyyət çoxluğu və rəngarəngliyi, digər mühüm leksik
işarələr qrupunun-frazeoloji birləşmələrin onları təşkil edən elmentlərin
mənalarına münasibətdə ziddiyyətli - paradoksal vəziyyyəti omonim
sözlərdə əsas funksiyası virtual denotatları, əşya və hadisələri
fərqləndirmək olan səs kompleksinə, dil məntiqinə rəğmən ən azı iki bəzən
daha çox tam fərqli mənaların təhkim olunması ünsiyyət və anlama
prosesində dil istifadəçisini anlama-dərketmə problemləri ilə üz-üzə qoyur,
ayrı-ayrı hallarda isə bir ləngidici, tormozlayıcı amilə çevrilir. Lakin
89
unutmaq olmaz ki, məhz burada – dil-ifadə orqanizminin bir tərəfdən
qaçılmaz zəruri israfçılıq, artıqlıq halı, digər tərəfdən qənaət prinsipi, dilin
heyrətli zənginlik və dinamikası, sabitlik mexanizmləri ifadə olunur.
Müxtəlif və ən müxtəlif şeylərin eyni cür adlandırılması şübhəsiz ki,
dil işarələrinin şəffaflığını zəiflədir, bununla da yalan və aldanış
imkanlarını da artırır. Daha doğrusu, bu sferada dilin daxili çeviklik və
mobilliyini də qüvvətləndirir. Əvvəlcədən qeyd edək ki, omonimlərin ifadə
formallılığının nisbi kəmiyyət azlığı bu deyilənlərin inkarı kimi də görünə
bilər. Nəzərə almaq lazımdır ki, bu kəmiyyət məhdudluğu dilin bir az əvvəl
qeyd olunan təməl prinsipi ilə ziddiyyyət təşkil etməsi ilə bağlıdır. Lakin
dil faktları təkzibedilməz surətdə təsdiq edir ki, omonim inventarı, oxşar
forma axtarıcılığı – səs refleksləri lüğətdə eyni indekslə işarələnən,
rəqəmlərlə göstərilən leksik vahidlər sırası ilə bitmir. Omonimlik hadisələri
-omoformlar, omofonlar, omoqraflar, paronim və paranomasiyaları, xüsusi
adla başqa bir sözün situativ uygunlaşmalarını və s. nəzərə alsaq, nitq
reallaşmasında mətndə omonimliyin geniş bir sahəsinin açıldığını görərik.
Qeyd etmək lazımdır ki, omonimiya hadisəsinin, səs – məna
fərqliliyinin ayrı-ayrı dillərdə kəmiyyət sıxlığı bərabər səviyyədə və
bərabər intensivlikdə təmsil olunmur, hər bir konkret dilin, ünsiyyət
sisteminin spesifik qanunauyğunluqlarını əks etdirir. Tədqiqatçıların
hesablamalarına görə müasir ingilis dilində 7000-dən artıq omonim söz
vardır. (Bax: Ю. Степанов, 28) Müxtəlif funksional janrlarda, xüsusilə
publisistik və ictimai-siyasi diskursda omonim işlənmələrin mümkün
zənginlik və çoxşaxəliliyini də buraya əlavə etsək, dünyanın ən çox işlənən
və dünyanın hər yerində müxtəlif eksperimentlərə məruz qalan müasir
ingilis dilində omonimlik və omonim qavrayışı hüdudlarının genişliyini
ümumi konturlarda da olsa, təsəvvür etmək mümkündür. Düşünmək olar ki,
daim yeniləşən və inkişaf edən dil şüurundan, forma-məzmun
aldanışlarından, dilin bir-birini təqib edən bu daxili, iç qaynaqlarından
müasir anqlosakson yalanı və ingilis-amerikan diplomatiyasina aydın bir
xətt uzanmaqdadır. Belə ifrat yüklənmə, və capazlaşma dəyişmə-keçid
hədlərinin rəngarəngliyi yaxın-bənzər adlandırma – sistemləşmiş, daşlaşmış
aldanış və manipulyasiya potensialı, məsələn, türk və alman xarakterinə
çox da uyğun gəlmədiyinə görə bu dillərdə ümumi-ortaq nominasiyaların
90
kəmiyyət nisbətləri də xeyli dərəcədə məhdudlaşır. Daha doğrusu, həmin
prizmadan adlandırma və dərketmə mexanizmlərini başqa, azad bir sferaya
– aldanış və oyun sahəsi olan bədii diskursa keçirir.
Ümumiyyətlə omonimlərdə – müxtəlif anlayışları, əşya və hadisələri
eyni cür adlandırma texnologiyasında bilavasitə dil sisteminin özündə,
leksik-semantik paradiqma içərisində yanılmaların, aldanış-oyun və yalan-
manipulyasiya hiyləgərliyinin başlanğıcı, əsası əvvəlcədən qoyulmuş olur.
Omonimlər və omonimik hadisələr üzərində müşahidələrimizi davam
etdirsək bu nəticəyə gəlmək olar ki, onlar dildə məzmun variativliyinin,
məna hüdudlarının son, şərti-nisbi mənada qurtaracaq həddi, geniş planda
bir forma-məzmun aldanışı, şəkil-obraz transformasiyası kimi nəzərdən
keçirilə bilər. Sinonimlərdə formal variativlik, omonimlərdə isə məzmun
variativliyi özünün son, mütləq həddinə çatır. Dilin leksik-semantik
prosesləri bu iki sərhəd, hüdud çərçivəsində geniş bir dərketmə, inikas
sferasında cərəyan edir. Məhz bu iki qurtaracaq, sərhəd zonası
adlandırılanlarla adlandıranlar, ifadə planı ilə məzmun planı arasında ən
müxtəlif münasibətlərin nisbilik meyarına çevrilir. Əgər sinonimlərdə eyni
və ya oxşar məna vahidləri ayrı-ayrı söz-nüsxələrə ayrılıb sonra bir yerə
yığılırsa, omonimlərdə müxtəlif mənalar vahid səs cövhərinin içərisinə
yerləşdirilir. Mübaliğəsiz demək olar ki, omonimlik hadisəsi bir tərəfdən
əlahiddə adlandırmanın, fərqləndirmənin real çətinliklərini əks etdirirsə,
digər tərəfdən də təsadüfi səs uyğunlaşmalarının ətalətini dayandırır,
lüzumsuz söz-işarə israfını məhdudlaşdırmaq kimi mühüm bir funksiyanı
yerinə yetirir. Dilin leksik-semantik sisteminin qurulma və sazlanma
mexanizmlərinə diqqətlə nəzər salsaq onu da müşahidə edə bilərik ki,
forma eyniliyi – omonimlər və çoxmənalılıq bir tərəfdən dilin
asimmetrikliyinə, xaos və qeyri-mütənasibliyə rəvac verirsə, digər tərəfdən
də onun daxili mükəmməllik və operativliyini təmin edir. Hər iki halda
müxtəlif miqyaslar çərçivəsində dil işarəsinin genişlənməsi, vahid səs
kütləsinə müxtəlif məna fərqlənmələrinin yerləşdirilməsi, bununla da dil
işarəsinin tutumunun, daxili imkanlarının genişlənməsi prosesi baş verir.
Sinonimlərdə isə, əksinə, vahid-invariant mənanın şaxələnməsi,
variantlaşma, genişlənmə və sahə törədiciliyi, dilin yeni söz – forma, ifadə
alternativləri tapmaq mütəhərrikliyi əks olunur. Biz əvvəlki fəsildə
91
çoxmənalılığı oxşar – ortaqlı məna və eyni səslənişli dil işarələri, sinkretik-
müştərək linqvistik kodlar kimi şərh etmişdik. Əsl həqiqətdə çoxmənalılıq
və omonimlik vahid semantik prosesin müxtəlif səviyyə və inkişaf
mərhələlərini əks etdirir. Və bu adlandırmaların, nominasiyaların özündə də
bir qeyri-dəqiqlik, elmi aldanış var. Çoxmənalılığı bir-biri ilə bağlı olan
müxtəlif, lakin oxşar, bəzən kifayət qədər uzaq məna vahidlərinin
daşıyıcıları kimi də təqdim etmək olar və bu heç də yanlışlığa, qeyri-
adekvat dərketməyə gətirib çıxarmaz. Əslində belə fenomenal təmas və
yaxınlaşdırmalar, bəzən vahid-ümumi adlandırma omonim və omonimik
işlənmələrin mətn daxilində mümkün məna əlaqələrinin dialektikasının
daha aydın dərk olunmasına kömək edir. Artıq elmdə sabitləşmiş bu
terminlərin hər ikisinin saxlanma zərurətini etiraf etməklə, həmin dil
hadisələrinin mahiyyət fərqlərini belə ümumiləşdirmək olar: omonimlər
müxtəlifliyin eyniliyi, çoxmənılılıq isə eyniliyin müxtəlifliyidir. Məsələnin
bu şəkildə qoyuluşu onların hər ikisinə müxtəlif səviyyələrdə qeyri-səlist
çoxluqlar prizmasından yanaşmağa imkan verir. Çoxmənalılığa müxtəlif
məna və məna variantlarının yayılanlığı, omonimliyə isə bu yayılanlığın
müvəqqəti olaraq kəsilməsi, qeyri-səlistliyin konkret yarusda aradan
qalxması, silinməsi kimi yanaşmaq olar. Mətndə bu kəmiyyət və fərq
münasibətləri xüsusilə geniş və mürəkkəb, real – maddi səs ardıcıllıqları və
məna – məzmun fərqlənmələri ilə getdikcə daha da genişlənən bir
yayılanlıq, əhatəlilik kəsb edir. Əvvəlcədən qeyd edək ki, mətndə sözün
adətən deyildiyi kimi, sadəcə olar yalnız bir mənası reallaşıb potensiyadan
qopmur, əksinə, semantik cəhətdən naqis sözlərdə (dağ I,dağ II; bel I,bel II)
sistemdə fərqlənmə, birmənalaşma sabitləşdiyi halda, nitq reallığında,
mətndə çoxmənalılıq, yayğınlaşma baş verir; sistem daxilində mümkün
olmayan uzaq-yaxın assosiativ oyanış, zəncirvari anlam reaksiyaları baş
verir, forma və məna yaxınlığının mümkün şüalanmaları yaddaşın dərin
qatlarını hərəkətə gətirir. Sözün vahid səsləniş və mənaların dərk olunub
tanınması – identifikasiyası onun daxili valentliyinin işə düşməsi ümümi –
mücərrəd hissi qavrayışı, potensiyanın əhatə olunmazlığını mətn
semantikasının işiğına çıxarır. O yerdə ki, maddi eynilik, ümumilik var,
orada birləşmə, əlaqələnmə potensialı da var. Ümumiyyətlə, omonimlərə
forma və məzmunun vəhdəti kimi yanaşmaq daha doğrudur. Sonra
92
görəcəyik ki , bu tezis təkcə omonimlər üçün deyil, omonim işlənmələr
üçün də öz qüvvəsini saxlayır. Qarşıda duran mühüm vəzifələrdən biri həm
də belə bir fərziyyənin doğru olub-olmamasını yoxlamaqdır ki, ortaq maddi
- səs materiyasına malik olan omonim sözlər arasında bütün nitq aktlarında
və ünsiyyət situasiyalarında doğrudanmı total neytrallaşma, itmə prosesi
gedir, mütləq linqvistiq məsafələşmə, terminallaşma, yadlaşma baş verir.
Bir şey aydındır ki, mətndə, nitq zəncirində sistemin çox qaranlıqları
aydınlığa çıxır və əks - əlaqə ilə sistemin iç qatlarına da işıq salır.
Heç şübhəsiz ki, dildə eyni səs kompleksinə müxtəlif mənaların
təhkim edilməsi və əksinə, eyni bir səs komleksi daxilində tamamilə
müxtəlif məna vahidlərinin toplanması, bu nisbətlərin sabitləşməsi və ya
pozulması uzun sürən bir tarixi proses olub, ümumən sistemin mühüm
quruluş prinsipi olan asimmetrik dualizmi şərtləndirir, işarənin qeyri-
səlistlik və yayğınlığını üzə çıxarır və məhz bunların həm səbəbi, həm də
nəticəsi kimi meydana çıxır. Yaradılışdan, ibtidadan idarə olunmayan bir
sərbəstlik, “xaos layihəsi” (eyni zamanda nizamı) əsasında inkişaf etməli
olan dil zaman-zaman daha böyük həcm və intensivliklə bu prosesi davam
etdirmişdi. Anlayışların, obyektlərin, əşya, predmet və hadisələrin
mahiyyətini, onların az-çox dəqiq sərhədlərini çox vaxt ixtiyari, yayğın,
ümumi və mücərrəd dil işarələri ilə səhmanlı, tam aydın və dəqiq adlandıra
bilmək imkanında olmayan insan gah sözə məcazi-mifik məna vermiş
(metaforiklik), gah eyni denotatı, əşyanı , denotatlar və əşyalar
müxtəlifliyini, hadisəni ən müxtəlif sözlərlə ifadə etmək məcburiyyətində
qalmış (sinonimlik), gah eyni formativə müxtəlif və ən müxtəlif mənalar
isnad vermək həssaslığına yiyələnmiş (çoxmənalılıq və omonimlik), gah da
bir-biri ilə tamamilə əks mənalı sözləri (antonimləri) yaratmaqla özünə az-
çox mükəmməl, nisbətən etibarlı, elastik və tutumlu, əhatəli və dərin, sabit
bir söz - düşüncə təməli qurmağa çalışmış və buna əsasən müvəffəq
olmuşdur. Onu ümumən dərk və idarə olunan hüdudlar, qaydalar və
məhdudiyyətlər sistemi halına gətirmişdir. Heç şübhəsiz ki, semantik
sahələr ideyası, onun nəzəriyyə və praktikası həmcins leksik vahidlərin
daxili əlaqə və təsirlərinin müəyyənləşməsində və aydınlaşmasında önəmli
bir yaradıcılıq mərhələsi olmuşdur.
93
Deyilənlərdən çıxan çox mühüm bir nəticəni qeyd edək: Asimmetrik
dualizm, forma-məzmun ziddiyyətləri və çoxpilləliyi sözün linqvistik
enerjisinin doğulmasının və istismara buraxılmasının ən mühüm
mənbələrindən birini yaradır.
Qeyd etmək lazımdır ki, indiyə qədər omonimlər və omonimlikdən
bəhs edən müəlliflər onları sadəcə olaraq formaca eyni, məzmunca müxtəlif
sözlər kimi şərh etməklə bu semantik kateqoriyanın yalnız “fizikasına”
diqqət yetirmiş, vahid oxşar səsləniş və qavrayışın virtual cəhəti,
metafizikası isə diqqətdən kənarda qalmışdır. Bizə elə gəlir ki, omonim
işlənimini, bunun praqmatik-üslubi və koqnitiv potensialını izah edərkən
məsələyə iki aspektdən yanaşmaq zəruridir. Birincisi: omonimlər müxtəlif
və ən müxtəlif mənaları əks etdirsə də, doğrudan-doğruya iki müxtəlif söz
kimi qavranılsa da, onlar vahid maddi əsasda səs sahəsində və səs
qavrayışında birləşir. İkincisi: omonimlər mikrosistem daxilində, bir-birinə
münasibətdə semantik cəhətdən naqis, natamam sözlər olduğundan, başqa
sözlə semantik çatışmazlıqla müşayiət olunduğundan fəal persepsiya
aktında əks-genetik kodlarla assosiativ səsləşmə yaradır, vahid səsləniş,
maddi substrat ilkin potensial əlaqələri oyadıb fəallaşdırır. Aktual denotat,
referens - sözü, mənanı daxili semantikanın zülmətindən, virtuallıqdan nitq
reallaşmasının konkretikasına, aydınlığına qovuşdurur. Birinci vəziyyət
daha çox aldanış-yalan hərəkətləri, ikinci vəziyyət isə ikibaşlı məna və söz
oyunları, həmin prizmadan da manipulyasiya, yanıltma, əsas fikri, mətləbi
gizlətməklə çevik özünümüdafiə reaksiyaları alternativ çoxluqlar doğurmaq
üçün əlverişli şərait hazırlayır. Bu iki funksiya bir-birilə sıx bağlı
olduğundan onları vahid bağlamda (kontekstdə) və məkanda araşdırmaq
zəruridir. Əvvəlcə etiraf edək ki, burada subyektiv məqamlardan, müəyyən
dolaşıqlıq, qeyri-dəqiqlik və təkrarlardan tamamilə xilas olmaq da yəqin ki,
mümkün olmayacaq. Zira doğruluğun qiymətləri və linquistik
qiymətləndirməyə yanaşmalar müxtəlif və keçici, dəyişkən olur.
Əvvəlcə “omonim şifrləri” ilə kodlaşmış aşağıdakı gizli, müəmmalı
nitq hərəkətlərinə nəzər salaq.
Bizim Bərdənin mal bazarında virtioz dil ifaçısı – məşhur dəllal
boğaz inək almaq istəyən müştərini inandırmaq üçün heyvanın boynunu
sığallaya-sığallaya deyir: “Allaha and olsun ki, bu boğazdır!” Yəqin ki, heç
94
kəs müasir Azərbaycan dilində “boğaz” sözünün mənası nədir sualına
dərhal və qəti cavab verə bilmədiyi kimi, onu dərhal, birmənalı və qəti
şəkildə anlaya və qavraya da bilməz. Bu onunla bağlıdır ki, omonim
sözlərdə bir ümumilik, natamamlıq və semantik qeyri-müəyyənlik yaşayır
və onlar öz bir qədər də mistik, virtual gücünü məhz qarşılaşmada,
kontrastiv işlənmədə reallaşdırır. Azərbayca dilində “boğaz” sözü iki
mənda – bir-birinə həm yaxınlaşan, həm də bir-birindən uzaqlaşa bilən iki
müxtəlif mənalarda işlənir: 1) bədən üzvlərindən birinin adı, boyun-boğaz
(müq.et: qızın boyun-boğazı ləl-cəvahiratla dolu idi), 2) boylu, hamilə,
ikicanlı. Məhz bu real əsasda dil gerçəkliyi “təftiş edir”, onun mənzərəsini
dəyişdirir, öz gerçəklik versiyasını irəli sürməklə yeni, tamamilə fərqli bir
situasiya yaradır.
Şifahi söhbətlərdən eşitdiyim daha bir nümunə. Oğru bizi
pambıqlının qoltuq cibinə qoyub deyir: “Allahın adı haqqı bu oğurluq
məsələsinin bizə dəxli yoxdur”. (yeri gəlmişkən onu qeyd edək ki, həyat,
mövcudluq uğrunda daha fəal və daha çətin mübarizə aparan insanlar
məişət səviyyəsində adi, saf dilin dərinliklərinə daha çox yaxınlaşır, onun
praqmatik-üslubi resurslarından daha səmərəli, operativ və yaradıcı şəkildə
istifadə edirlər; ehtiyac öz orqanını, öz əmək alətini yaradır). Həyatın adi
detallarına diqqət yetirməyə vaxtı və marağı olamyan, sadəlövh dünya
modellərinin fövqündə dayanan, bununla da adi dilin təbiiliyindən və
ilkinliyindən uzaqlaşan intellektuallar çətin ki, “biz” əvəzliyi ilə
“biz”məişət-iş aləti arasında bir uyğunluq “kəşf” edə bilsin, burada mənalı,
əhəmiyyətli bir şey tapmağı bacarsın. Ana dilində belə səs-məna
uyğunluqlarına aid başqa nümunələri də yada salmaq olar.
Müasir alman dilində “Seite” sözü iki müxtəlif mənalarda – “tərəf
”, “cəhət”, “baş” (Jedes Ding hat zwei Seiten – hər işin iki başı var), həm
də “səhifə” mənalarında işlənir (Der Brief hatte nur eine Seite – Məktub
bircə səhifədən ibarətdir). Geniş dairədə yer alan və bəzən alman dilini heç
bilməyənlərin və işlətdiyi “natürlich” sözü məlum “əlbəttə”, “təbii”, “bəli”
mənası ilə yanaşı, həm də “bic”, nigahdankənar uşaq mənasında (das
natürliche Kind) və “doğma” anlamında işlənir (die natürliche Tochter).
Götenin məşhur filosof Herderin xoşuna gəlməyən az əsərlərindən biri belə
adlanır: “Natürliche Tochter”. “brennen” (yanmaq) feli həm də bərk
95
ağrımaq, sızıldamaq mənasında gəlir. Maraqlıdır ki, müasir Azərbaycan
dilində ekvivalent “yanmaq” feli eyni mənada (Ayaqlarım yanır) və məcazi
mənada (Zavod yanır), “zavodda iş başdan aşır, qarmaqarışıqlıq hökm
sürür” mənalarında işlənir. “Vorstellung” ismi həm “tamaşa”, həm də
“təsəvvür” kimi ən uzaq mənaları özündə birləşdirir, bununla da həmin
müxtəlif mənaların müvafiq şəkildə və müvafiq situasiyada reallaşması,
qarşılaşması imkanını sağlayır. Çoxtərəfli məna - surət çarpazliği, xaosu
əmələ gəlir.
Bu yaxınlarda alman dövlətçilik ənənələrinə müvafiq olaraq
Almaniyanın tarixində ilk qadın kansler olan xristian-demokrat Angela
Merkel sabiq alman kansleri – daim müxalifətdə olduğu sosial-demokrat
Qerhard Şröderin portretinin kansleramtda (kansler idarəsidə) təntənəli
şəkildə divardan asarkən dedi: “Ich freue mich, Herr Bundeskanzler, Sie
aufhängen zu können” (“Cənab kansler, bu gün mənə sizi asmaq imkanı
verildiyinə görə özümü xoşbəxt hiss edirəm”). Təkcə öz şəxsiyyəti ilə
deyil, nitqi ilə də unikal bir hadisə olan Qerhard Şröder cavab nitqində
gülə-gülə dedi: “Frau Bunderskanzlerin, ich freue mich schon darauf, daß
sie auch hier aufgehängt werden” (“Frau kansler, mən çox sevinirəm ki,
Sizi də bir vaxtlar buradan asacaqlar”).
Sözə gözlənilməz konnotativ mənalar əlavə etməyi xoşlayan
almanların dil davranışında belə funksional-praqmatik zənginləşmə və
eyhamlar xüsusi bir yer işğal edir. Müşahidələrə əsasən demək olar ki,
əksər dillərdə “kommen” (gəlmək), “gehen” (getmək), “spielen”
(oynamaq), “liegen” (yerləşmək, uzanmaq), “treiben” (aparmaq, daşımaq),
“Tier” (heyvan), “Kind” (uşaq) və s. kimi leksik vahidlər nəm çoxmənalı
söz, həm də omonim kimi geniş miqyasda tətbiq tapır, ikibaşlı, zidd,
gözlənilməz anlam və deyimlər üçün geniş nitq-mətn perspektivləri açır.
Təsadüfi deyildir ki, komik-yumoristik üslubda, baməzə söhbətlərdə,
tapmaca və lətifələrdə, bunlar sıx-sıx işlənir. Daha iki nümunə:
Als der geistreiche französische Schriftsteller Chamfort
schwerkrank darniederlag, fragte ihn sein Arzt: “Wie geht es?” “Es geht
überhaupt nicht mehr”, antwortete Chamfort, “ich gehe”.
(Hazırcavablığı ilə məşhur olan fransız yazıçısı Şamfort ağır xəstə
yatarkən həkimi ondan soruşur: “Kefin necədir?” (hərfi: “Səhhətin
96
necədir?, müalicən necə gedir”) Şamfort cavab verir: “Daha heç nə heç
yerə getmir, mən özüm gedirəm”)
Bir dəfə yaxın dostların məclisində varlı adam olan Rotşild yazıçı
Safirə söz verir ki, ona yüz qulden borc pul versin.
Sabahısı gün Safir Rotşildin kontoruna gəlir. Rotşild onu görcək
deyir: “Hə, yəqin pulunuzu aparmağa gəlmisiniz”.”Yox, Sizin pulunuzu
aparmağa gəlmişəm”.
(Auf einer Gesellschaft hatte der reiche Baron Rothschild Saphir
versprochen, ihm hundert Gulden zu leihen. Am andern Tag meldete sich
Saphir in Rothschilds Kontor. “Ah, Sie kommen um Ihr Geld”, fragte
Rothschild. “Nein, Sie kommen darum”, antwortete Saphir.
Müasir alman dilində „kommen“ feli “um” sözönü ilə işlənmədə
həm “ötrü”, “görə” (puldan ötrü, pula görə), həm də “nədənsə məhrum
olmaq, nəyisə itirmək” (müq. et: ums Leben kommen – ölmək, həyatını
itirmək) mənasında işlənir. Təhlil və araşdırmaları bir qədər önləyərək qeyd
edək ki, belə tərs-avand işlənmələr həmişə nitq-hərəkət perspektivini
tamamilə əngəlləyib dayandırmır, sözü düyünə salmır, əksinə, sonra
görəcəyimiz kimi, yığcam, qapalı mətnlərin yaranması üçün bir stimula
çevrilir. Bu qəbildən olan müqabil işlənmələrdən sonra mətnin davam
etdirilməsi üçün oraya əlavə obraz-stimullar daxil etmək lazım gəlir. Dildə
omonimlərin mühüm funksiyalarından biri də təhkiyənin normal gedişini
ləngitmək, mövzunu, hadisələrin axarını gözlənilməz səmtə yönəltməkdir.
Bunu qısa qapanma effekt ilə müqayisə etmək olar.
Omonimləri dil - sistem və nitq - reallaşma planında geniş
araşdırmaq üçün onların real müxtəlifliyinə və tipoloji fərqlərinə nəzər
salmaq zəruridir.
Ümumi fikir belədir ki, əgər çoxmənalılıqda sözlər vahid semantik-
assosiativ əlaqədə, görünən, sezilən bağlarla bir-birinə bağlanırsa, bir sözün
nitq şəbəkəsinə qoşulması ilə bütün leksik mikrosistem yaddaşda fəallaşıb
canlanırsa, omonimlikdə, əksinə, sözlər semantik cəhətdən daxilən, içəridən
öz-özünü doğura, genişləndirə bilmir. Təsadüfi deyildir ki, yalnız forma,
səsləniş eyniliyi ilə bir-birinə bağlanan omonim sözlər çox nadir hallarda
mümkün minimum kəmiyyət həddini aşır, üçüzvlü sıra əmələ gətirir (müq. Dostları ilə paylaş: |