Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   2   3   4   5   6   7   8   9   ...   45

tətbiq imkanları – sintaktika, semantika və  məxsusi olaraq praqmatika-

törənən, gəlişən semiotika və siqmatika önəmli əhəmiyyət kəsb edir. Sonra 

görəcəyik ki, dil işarələri səlis məntiqin son qütblər, sərhədlər kimi tanıdığı 

linquistik qiymətləri, onlar arasındakı çoxlu sayda, bəzən saysız sayda 

aralıq, keçid pillələri tam mükəmməl, dolgun şəkildə verballaşdıra, təsbit 

edə bilmədiyindən digər  əlavə alternativlər-sintaksis, mətn semantikası  və 

praqmatikası  işə salınır. Reallıqla qeyri-reallığın, fantastikanın, qeyri-

səlisliyin, saysız ehtimal, təxmin və çalarların, təsadüf və imkanların, 

məlumlarla qeyri-məlumların, gerçək və aldanışların, həqiqətəuyğunlarla 

həqiqətə uyğun olmayanlar arasında əlaqə və keçidləri yalnız və yalnız bu 

şəkildə belə linquistik texnologiya ilə açmaq, keçilməz, görünməz 

maneələri, müəmma və anlaşılmazlıqları bu sayaq dəf etmək mümkündür. 

Məsələ burasındadır ki, ən konkret, mübahisəsiz, aydın və görümlü, 


 

 

 



12

“birmənalı” termlərin, linquistik dəyişənlərin özləri də tam aydın və 

müəyyənləşmiş, sonadək dərk olunmuş, üzvləndirilmiş ola bilmir. Məhz 

belə qeyri-müəyyyənlik, ümumilik və mücərrədliyin, qeyri-dəqiqliyin 

nəticəsidir ki, bizim təfəkkürümüzün elementləri – fikir və düşüncələrimiz, 

mühakimə  və ehtimallarımız, təəssürat və baxışlarımız, hətta ideyalarımız 

adlandırmanın, işarələnmənin solluq uşaq xəstəliyindən daim əziyyət çəkir, 

əslində heç vaxt sonadək, tamamilə sağala, sağlamlaşa bilmir. 

Mühakimələrimiz, müddəalarımız daim təxminlikdən, bitkinsizlikdən, 

qeyri-səlislik və yayğınlıqdan, qeyri-dəqiqlikdən əziyyət çəkir, bu qüsurları 

böyük çətinliklərlə aradan qaldırır və ya heç aradan qaldıra bilmir. Dil 

qeyri-səlislik və qeyri-mükəmməlliyi, yayılanlığı aradan qaldıra-qaldıra 

daha artıq xaos və nizamsızlığa sürüklənir. Qeyri-həqiqilik, aldanış  və 

yalan elementləri müxtəlif diskurs tiplərində  fərqli spesifik ölçülər, 

ölçüsüzlüklər kəsb edir. Siyasi diskursda bu cəhət o qədər güclü və bariz 

şəkildə ifadə olunur ki, siyasi dili hətta “üçüncü semiotika”  da adlandırmaq 

mümkündür. Ikinci, fövqəlsemiotika, metasemantiklik isə, heç şübhəsiz, 

bədii diskursa məxsusdur. Qeyd etdiyimiz kimi, istər  əsas, ümumi-

universal termlərin semantik qeyri-sabitliyi, variativliyi mövcud linquistik 

qiymətlərin eyni zamanda həm yaxınlaşmasına, hətta tənləşməsinə, həm də 

hüdudlanmasına, məsafələşməsinə  rəvac verir, anlam məzmunlarının 

konkret müstəvidə  əhatəlilik və genişliyini təmin edir. Bu uyarlılıq  və 

uyarsızlıq,  uyuşma və daxilolma, aşma və sapmalar dil işarələri ilə 

dünyanı, reallığı tanıma və  mənimsəmə imkanlarımızın məhdudluğunu

dillə dünyanı dərketmənin tam, mükəmməl, kamil olmadığını, natamamlıq 

və  təxminiliyini  şərtləndirir. Dil işarələrinin bizə göstərdiyi, təlqin və 

təqdim etdiyi dumanlı keçid və  sərhədlər hüdud, ölçü və hüdudsuzluq 

təəssüratlarını yeni, dəyişik qaydada tənzim edir, eyni zamanda həm aralıq 

pillələrini, təfərrüat və detalları az-çox fərqləndirməyə, həm də duyğu 

orqanlarının verdiyi sərhədləri aşmağa, qoyulmuş hüdudlardan kənara 

çıxmağa imkan yaradır.  

Ifrat dəqiqliyin və aydınlığın insan düşüncəsini müəyyən mənada 

məhdudlaşdırdığını, təfəkkürün gücünü azaltdığını inamla söyləmək olar. 

Subyektiv amillər, düşüncə və təəssüratlar isə həmişə qarışıq, tam doğru və 



 

 

 



13

aydın olmayan bir mahiyyət, bir dəlil hazırlayır. L. Zadəyə görə dəqiq olan 

bir şey heç də həmişə düzgün olmur. 

Mürəkkəblik, çoxşaxəlilik və çoxaspektlik artdıqca dəqiqlik imkanı 

azalır, tam mükəmməllik, istisnasızlıq məntiqi tükənir. Bütün  qüsurlarına, 

daxili ziddiyyətlərə, tərəddüdlərə baxmayaraq, geniş düşüncə  və 

mühakimələr, bütövlükdə qeyri-səlis təfəkkürün fövqəlmahiyyət kəsb 

etməsi baxımından dil işarələrinin heç bir alternativi yoxdur. Linquistik 

dəyişənlər həmişə qeyri-dəqiq, ümumi anlayışlar olur və müqabil linquistik 

qiymətlər uyuşma, daxilolma funksiyasına tabe olur. Qeyri-səlis məntiqə 

görə istisnasız olaraq bütün elm, bilik sahələrinə aid anlayışlarda qeyri-

dəqiqlik insan təfəkkürünün əsas xüsusiyyətlərindən birini təşkil edir. 

Cümlə, mətn həm yayılanlığı azaltmaq,məhdudlaşdırmaq, həm də, 

əksinə, gücləndirmək imkanlarına sahibdir. Məsələn “Die Freiheit ist über 

alles” (“Azadlıq hər  şeydən üstündür”) cümləsində “Freiheit” sözünün 

mənası tamamilə kiçilir və daralır, məhbəsdə olmamaq, azadlıqda gəzmək 

mənası ilə  bərabərləşir. “Die Freiheit ist ein wichtiges Element der 

Menschenrechte” (“Azadlıq insan hüquqlarının  əsas elementlərindən 

biridir”) cümləsində isə  məna tutumu bütün genişliyi və tamlığı ilə 

istismara buraxılır, ümumilik, yayğınlıq artır. “Gözəllik ondur, doqquzu 

dondur” – Azərbaycan atalar sözündə linquistik qiymət az qala konkret bir 

sözə qədər, zahiri gözəllik, yaraşıq anlamına qədər məhdudlaşır. “Dünyanı 

gözəllik xilas edəcək” (Dostoyevski) formulunda isə linquistik təyinetmə, 

qiymətləndirmə sonsuza qədər yayılır, az qala bütün müsbət, positiv 

anlayışları özünə daxil edir. Nisbilik nəzəriyyəsinin ideya sələflərindən biri 

olan dahi sənətkar  əslində böyük hərfli Həqiqəti də buraya daxil edir. 

Yuxarıda göstərildiyi söyləmdə - “Rusiya Cənubi Qafqazda təhlükəsizliyin 

təminatçısıdır” təklifi erməni diplomatının dilində bir həqiqəti, Azərbaycan 

diplomatının dilində isə başqa bir həqiqəti ifadə edir, fərqli yayılanlıq kəsb 

edir. Birinci halda işğalın davam etməsi, status quonun qalması, ikinci 

halda isə konfliktin birdəfəlik həlli, hərbi qüvvələrin  ərazidən çıxarılması 

nəzərdə tutulur. Və hər iki tərəf öz “həqiqət variantını” məsələnin “ədalətli” 

həlli hesab edir. “Ədalət” və  “ədalətsizlik” sözlərinin yayılanlığı isə elə 

sonsuz reallıqlar qədər sərhədsiz, hüdudsuz bir şeydir. Belə misalların 

sayını geniş  mətnlərdə  də davam etdirmək və istənilən qədər artırmaq da 


 

 

 



14

olar.  Əgər bu gün böyük dövlətlər arasında “terror” və “terrorçuluq”, 

“demokratiya” və “hüquq” sözləri ilə bağlı konkret razılaşma  əldə 

edilsəydi, daha doğrusu, yeni, pozulmaz dil konvensiyası bağlana bilsəydi, 

konfliktlərin tam yarısından yaxa qurtarmaq olardı. Bu konvensiyanın, 

razılaşmanın mümkün olmadığı “həqiqət” və “yalan”, “haqlı” və ”haqsız” 

sözlərinə daha çox aiddir. Bu vaxta qədər mövcud olmuş saysız - hesabsiz 

fəlsəfi konsepsiya və  nəzəriyyələrin, ideologiya və baxışların insanların 

uzunmüddətli inam və  əqidəsinə, davamlı  hərərkət və davranışlarına keçə 

bilməməsı  də dil işarələrinin qeyri – səlisliyi, fikir və mühakimələrin 

təxminliyi, qeyri mükəmməlliyi və natamamlığı ilə bağlıdır.   

Müasir elm sübut edir ki, nə  təbiətdə, nə  cəmiyyətdə, nə  də 

təfəkkürdə, müxtəlif bilik sahələri, anlayış  və onları adlandıran, işarəyə 

alan, bununla da sistemli dərketmə materialına çevirən sözlər arasındakı 

hüdudlar, sərhədd və keçidlər birmənalı, dəqiq və aydın deyil, keçici və 

yayğındır, qeyri-səlis və qeyri-aşkardır (N. Hüseynli,254;, S. Abdullayev 

(4) (5). Tez-tez dəyişən işıqda rəngarəngliyi, müxtəlifliyi aydın görmək 

mümkün olmadığı, gur işıqda gözlərimiz qamaşdığı kimi, predmet və 

hadisələrin arasıkəsilməz, fasiləsiz axını  və daimi dəyişkənliyi üzərindən 

sanki  şüurumuz, düşüncələrimiz də “axmağa”, yayğınlaşmağa və 

dumanlanmağa başlayır. Təfəkkürümüz heç vaxt tamamilə aydınlaşa, 

durula bilmir. Heç nə, heç bir bilik, elm sahəsi, qavrayış, dərketmə obyekti 

tam sonlanmış, hüdudlanmış, sərhədlənmiş kimi deyil. Ilk baxışda belə 

görünsə də belə deyil. Sanki hər şey reallıqla fantastika, gerçəklik və xəyal, 

yuxu ilə  həqiqət, doğru və yalan, mümkün və mümkün olmayan, real və 

virtual, müəyyənlik və qeyri-müəyyənlik arasında tərəddüd edir, bir-birinə 

keçir. Bu nizamsızlıq və nizam, şeylərin, hadisələrin qnoseoloji aqressiyası 

insanın dərketmə imkanlarına da ikili təsir göstərir, üzərində ikili təsir 

buraxır: həm dərketmə imkanlarını genişləndirir, həm də onun 

məhdudlaşması, daralması ilə  nəticələnir. Bizim məna və kontekst, 

obyektiv gerçəklik kimi anladığımız dəyərlər sanki öz məhvərini, sabitliyini 

və dayanıqlığını itirir, subyektiv qavrayış və təəssüratlar ön plana keçir. 

Nəinki qədim insanın səthi, tam müəyyənləşməmiş qavrayış 

təcrübələri və dərketmə səylərinin nəticəsi kimi doğulan dil işarələri, hətta 

müasir dildə yaranan elmi anlayış və terminlər, riyası və kimyəvi formullar 


 

 

 



15

belə şeylərin, hadisələrin mahiyyət və məzmununu tam  doğal, əslinəuyğun, 

dolgun və adekvat şəkildə  əks etdirə bilmir. Təkcə nisbətən bəsit, qeyri-

mükəmməl semiotik sistemlər deyil, ən mükəmməl semioloji sistem hesab 

olunan dil, dil işarələri də adlandırılan, tanınan obyekti, predmet və 

hadisələri simmetrik, mütənasib, bitkin və əhatəli şəkildə, bütün genişlik və 

tamlığı ilə şüurumuza təqdim edə, əks etdirə bilmir. Paradoksal hal olaraq 

dili, dil işarəsini və dərketməni daha da mürəkkəbləşdirən, çətinləşdirən bir 

mistik, mifik cəhət də var: dil işarəsi nəinki işarələdiyi obyektin, 

hadisələrin gerçək mahiyyətini adlamaq, hüdudlarını  aşmaq, sərhədləri 

dəyişmək səlahiyyətinə sahibdir, həm də özünü tükətmək, tükəndirmək 

“gücünə” malikdir. Zəif semantika, dil işarələrinin bir-biri ilə 

əlaqələnməsindən, qovşağından törənən anlam və  mənalar, onların təlqin 

etdiyi, bir araya gətirdiyi reallıqlar, daha artıq virtual reallıqlar insanı çətin 

koqnitiv və kommunikativ sınaqlar qarşısında qoyur. Dərketmə və ünsiyyət 

prosesində bir çox hallarda artıq gerçəklik zəminini itirmiş, ilkin 

substansional dəyərindən xeyli uzaqlaşmış, məsafələşmiş dil işarələrinin 

ətalətini dayandırmaq, onları ram və idarə etmək,  şüşədən çıxmış cini 

yerinə, məqamına qaytarmaq biz insanlar üçün getdikcə daha çətin olur, 

bəzən mümkünsüz olur. Bu cəhətdən bioloji, irsi yolla ötürülən və insanın 

instinktinə çevrilmiç dili, işarə substratını duyğu orqanlarının mühüm, 

genetik  əlavəsi, davamı kimi də  səciyyələndirmək olar. Beləcə dil 

fövqəlintuisiya, fövqəldərketmə  və ünsiyyət aləti kimi qərarlaşır. Bir çox 

situasiyalarda, xüsusilə insanın özünümüdafiə 

və özünütəsdiq 

instinktlərində olduğu kimi bir çox ifrat-aşırı yalan və manipulyasiya 

aktlarında dil işarələri gerçəklik dəyərlərindən, referensiyadan tamamilə 

ayrılaraq müstəqilləşir, sanki texniki, mexaniki bir ünsürə çevrilir,  hətta 

semantik invariantlıqdan məhrum olur. Əslində dil işarələri mental 

reallıqlar olmaqla gerçəklik üzərinə, reallığın fövqünə yüksəlir, bizi təhdid 

edir və  bəzən də yanlış yollara yönəldir. Dil - yeni təkrarsız reallıqlarını 

yaradır və  nəticədə öz həqiqətlərini bizə  qəbul etdirir. Onlar özləri 

bilavasitə obyektiv gerçəkliyə aid olmasalar da, predmet və hadisələri 

adlandırmaq, verballaşdırmaqla gerçək varlığın, reallığın bir elementinə 

çevrilir. Mübaligəsiz demək olar ki, dil işarələrində maddi və ideal təbii-

fiziki və metafizik amillər birləşir, bir-birini tamamlayır və bərtərəf edir.  



 

 

 



16

Doğtuluq qiymətləri artıq müəyyənləşmiş, sərhədlənmiş kimi 

görünən  “Berg” (dağ), Wüste (səhra), Gebüsch (kol-kos) kimi leksik 

vahidləri belə tam dolğun və  dəqiq,  əhatəli və detallı  şəkildə  təsəvvür 

etmək, “hissələrinə ayırmaq”, aydınlaşdırmaq qeyri-mümkündür. Mensch 

(insan), Leben (həyat), Liebe (məhəbbət), Gewissen (vicdan), Ehre 

(namus), Barmherzigkeit (mərhəmət), Glaube (inam), Neid (paxıllıq), 

nadürüst, satqın, “insaf” kimi söz-işarələrdə  vəziyyət daha artıq 

mürəkkəbləşir, qəlizləşir. Ümumiyyətlə, doğruluq qiymətlərinin 

müəyyənləşib-müəyyənləşməməsindən, nə 

dərəcədə müəyyənləşib-

müəyyənləşməməsindən asılı olmayaraq bütün anlayışlara və onları 

işarələyən, adlandıran, “qeyddən keçirən” sözlərə münasibətdə  aşkar bir 

epistemioloji nihilizm hökm sürməkdədir. Heç kim nə daşın, ağacın, nə də 

insanın, insanlığın, xeyir və şərin mahiyyət və məzmununu, bundan da artıq 

dil, anlam məzmunlarının konkret, dəqiq, sahmanlı olaraq nədən ibarət 

olduğunu, nəyə isnad verildiyini aşkar şəkildə deyə bilməz. Şeylərin, hadisə 

və proseslərin, hətta xaotik olmayan proseslərin gerçək mahiyyətini 

müvafiq sözlər, işarə-obrazlarla qəti olaraq, birmənalı, birqiymətli  şəkildə 

dərk, təsvir və təsəvvür edə bilməz. Şeylər, predmet və hadisələr arasındakı 

aramsız, kəsilməz keçid və  təmaslar, fasiləsiz yayğınlıq və yayılanlıqlar, 

qeyri-aşkarlıqlar onların mahiyyətini nə əlahiddə, nə də bütövlükdə, bir tam 

halında sonadək görməyə, tanımağa və dərk etməyə imkan vermir! 

Fiziklər, ”sürətin”, “müqavimətin” qüvvə  və  təcilin, atom və 

molekulun nə olduğunu, nədən ibarət olduğunu, məzmun, mahiyyətini izah 

edə bilirlər, kimya alimləri “suyun”, sulfat turşusunun tərkibinin, siqlətinin 

nələrdən təşkil olunduğunu, nədən ibarət olduğunu deyə bilirlər. Tibb 

alimləri qanın, plazmanın tərkibini, təhlildən keçirib ayırd edə, öyrənə 

bilirlər. Bioloqlar ən xırda, gözəgörünməz canlıları, mikrobları, virusları 

görüb tanıya bilirlər, onları mikroskop altında müşahidə və seyr edə bilirlər. 

Bunları öyrənmək, qavramaq və  dərk etmək ona görə mümkün olur ki, 

insanın əlinin altında, ixtiyarında dəqiq alətlər, cihazlar, qurğularla bərabər 

həm də dəqiq sayıla bilən simvollar, formullar, işarələr  var. Dil işarələri isə  

belə bir funksiyanın öhdəsindən tam gəlməyə, işarələdiyi, nişanladığı və az-

çox tanıdığı, qeydə aldığı obyektləri, predmet və hadisələri, canlı və cansız 

əşyaları doğru-dürüst səciyyələndirməyə, tanımağa və dəqiq adlandırmağa, 



 

 

 



17

dayanıqlı funksionallığa qabil deyil. (Ondan bunlar heç tələb olunmur da, 

çünki belədə dil labüd olaraq, öz genişliyini itirə bilər). Başlıcası isə dil, dil 

işarələri,  əşyaları, denotatları – doğrudur, çox vaxt heç lazım, gərək 

olmayan təfərrüatları, detalları - anlam məzmunları ilə tam əhatə etmək, 

gerçək mahiyyəti, real tutumu və intensivliyi ilə  əhatə etmək gücündə  də 

deyil (Əgər insan  belə optimal, operativ təbii dil-işarə sistemləri yarada 

bilsəydi, bizə nə indiki elm, nə də incəsənət lazım olmazdı, siyasət, bütöv 

siyasi diskurs, yalançı publisistika və diplomatiya, növbənöv saxta janr və 

formalar biryolluq aradan qalxardı, məhv olardı, dünyanı  dərk etmək, 

tanımaq yolunda əngələ çevrilməzdi, insanlar çoxdan it-bata çıxmış 

həqiqətləri, iyrənc yalanları bir-birindən ayırmaq üçün bu qədər vaxt, enerji 

və əsəb sərf etməzdilər.). Biz hər gün min dəfə işlətdiyimiz “su”, “torpaq”, 

“qan”, “həyat”, “dünya”, “eşq”, “nifrət” sözlərini bütün potensial anlam 

məzmunları, hissi-emosional çalarları ilə tam diferensial şəkildə üzvləndirə, 

əhatə edə bilmirik. Müvafiq söz-obrazları sonadək izah və  təsvir edə 

bilmirik, söz-obrazların assosiativ genişliyini, rəngarənglik və 

çoxçalarlığını, çoxşaxəliliyini sonadək təsəvvür və təyin edə bilmirik. Söz-

obrazların mistik materializmini, anlaşılmazlıq və metafizikasını, həqiqi 

metafizikasını genişliyi ilə  dərk və  əhatə etmək də qeyri-mümkündür. 

Görünür, konkret söz-işarələr gerçək mahiyyətdən çox üzdə olan, səthi 

qavrayışla qavranılan və sabitləşən anlam təsəvvür və  təəssüratları ifadə 

etməyə daha çox yarayır. Hər bir sözdə  invariant semiotikanın üzərində və 

bununla yanaşı onun işlənməsinin və onlardan istifadə edənlərin sayı qədər 

fərdliklər, rəngarənglik və müxtəlifliklər toplanır, daşlaşıb  süxurlaşır və 

real işarənin məzmununa tədriclə daxil olur. 

Məsələ burasındadır ki, gündəlik ünsiyyət, fikir mübadiləsi zamanı 

sözün, söz birləşməsinin fenomenoloji keyfiyyətlərinə, doğruluq 

qiymətlərinin dürüstlüyünə, səlisliyinə o qədər də varmırıq, onların 

müəyyənliyini, səthiliyini, gerçəklik dəyərlərinə tam uyğunluğunu 

dəqiqləşdirməmiş, müəyyənləşdirməmiş, konkret fikrə uyğunlaşdırmamış 

linquistik əməliyyatları davam etdiririk, əslində qeyri-səlis, qeyri-müəyyən, 

qeyri-adekvat dil işarələrindən bir dəlil-sübut, artıq müəyyənləşmiş, qəbul 

olunmuş mahiyyətlər kimi istifadə edirik. Operativ olaraq leksik 

elementlərdən yalnız avtomatlaşmış, unifikasiya edilmiş, konkret 


 

 

 



18

situasiyaya uyğunlaşdırılmış  sırf texniki material kimi yararlanırıq.  Əsl 

həqiqətdə predmetləri, hadisələri işarəyə aldıqdan, verballaşdırıb “sahmana 

saldıqdan” sonra onların üzərindən artıq bitmiş fakt kimi ötüb keçirik. Söz 

materialından, söz reallıqlarından gerçək, bəzən əlahiddə, yeganə reallıqlar 

kimi istifadə  edirik. Əsl mahiyyəti onlarla dəyişdiririk. Beləliklə, 

gerçəkliklə işarə, semiotika arasındakı məsafəlilik getdikcə artır, genişlənir. 

Həmin söz reallıqları  səviyyədən səviyyəyə genişlənib çoxalır, sadə, 

mürəkkəb cümlələr şəklində artıb şaxələnir, mətn bütövlükləri formasında, 

özünü yenidən, yeni keyfiyyətdə doğurur. Məhz burada təxmini natamam 

mühakimələrin, təklif və müddəaların bünövrəsi qoyulmuş, nisbi, qeyri-

dəqiq linquistik əsasları hazırlanmış olur.  

Linquistik semantikanın nisbiliyini, dil işarələrinin kövrəklik və 

irrasionallığını  nəzərə alaraq semiotikanı, işarələr haqqındakı elmi 

“linquorelyativistika” kimi nəzərdən keçirmək olar. Digər qeyri-səlis elm 

sahələri – qeyri-səlis fizika, qeyri-səlis sosiologiya, biologiya və s. bu üst 

qat semiologiyanın elementləri kimi düşünülə bilər. Bütövlükdə qeyri-səlis 

dilçilik, linquopsixologiya, psixolinquistika, habelə koqnitiv və praqmatik 

dilçilik də linquorelyativizmın tərkib hissələri kimi alına bilər.  

Əgər kimsə, məsələn, Amerikada, yaxud Almaniyada 

demokratiyanın olmamasından danışırsa, belə bir qəti hökm irəli sürürsə, o 

gerçək reallıqdan – “demokratiya” anlayışının konkret məzmun və 

mündərəcəsindən deyil, dil reallığından, onun dildəki anlam 

məzmunundan, artıq möhkəmlənmiş, qeydləşmiş semantik 

alternativlərindən, bu alternativlərin potensial çoxluğundan, pluralizmindən 

çıxış edir. Səslə, səs materiyası ilə  şüurda  əks-səda oyadan bu versiya da 

artıq reallıq kimi qavranılmaq şansına malikdir. Və baş beyində belə ikinci, 

üçüncü, mininci reallıqlara nəzarət edən, onları fiksasiya və saf-çürük edən 

mərkəzlərin olduğunu da güman etmək olar.  

Konkret denotativ, referensial məzmundan məhrum olması,  dil 

işarələrinin məntiqi-semantik transformasiyası  səs ardıcıllıqlarının daxili 

müqaviməti aşaraq qarşısıalınmaz bir axına, vahid səmtə yönəlməsinə, eyni 

istiqamətdə  təsir göstərməsinə  gətirib çıxarır. Bu vəziyyət adi halda 

semioloji dayanıqlığın, invariantlığın tamamən dağılması, aradan qalxması 

ilə  nəticələnməsə  də, konkret dil aktının gerçəkləşmə prosesini əngəlləyə 


 

 

 



19

bilməsə  də, doğruluq qiymətlərinin, proposiyaların birmənalı  şəkildə 

müəyyənləşməməsi ilə bağlı olaraq xalis fiziki, fizioloji mahiyyət kəsb edir, 

qlobal yayılanlıq, qeyri-səlislik mənbəyinə çevrilir. Mövcud, standart 

semantik və sintaktik qaydaların, struktur normaların saxlanması dil 

formalarının funksionallığını, kommuniklativliyini təmin edir. Bunun 

nəticəsi olaraq bəzən bütöv nitq aktı vahid işarə-səsə  qədər sıxılır, 

kompressiyaya uğrayır. Linquistik qiymətlərin düzgün 

müəyyənləşdirilməməsi, dəyərləndirmələrin qeyri-müəyyənliyi, qeyri-

aşkarlığı  dərketmə prosesində bütöv sintaktik formanı üzvlənməyən, 

hissələrinə parçalanmayan, bölünməz – vahid akustik obraza çevirir. Məhz 

belə  məqamlarda dilin ramedilməzliyi, totalitar mahiyyəti özünü xüsusilə 

kəskin  şəkildə büruzə verir. Dil, canlı söz, ifadə forması  təbii, səmimi 

ünsiyyətin, normal düşünüş  və  dərketmənin deyil, zoraki meyl və 

münasibətlərin, praqmatik çıxarların ixtiyarına verilir.  

Yuxarıda qeyd olunanların nəticəsidir ki, nitq reallığında məntiqi 

cəhətdən bir-birini isrisna və bərtərəf edən, bir-birinə əks formalar - paralel 

formalar  şəklində, alternativ versiyalar kimi tətbiq oluna bilir. Bunu artıq 

bir əsrə yaxındır ki, bir-birini təqib edən söyləmlərin doğruluq qiymətlərinə 

münasibətin müqayisəsindən aydın görmək olar: “1915-ci ildə ermənilərə 

qarşı genosid siyasəti həyata keçirilib” – “1915-ci ildə Türkiyədə 

ermənilərə qarşı genosid siyasəti həyata keçirilməyib/olmayıb”. Sırf 

məntiqi baxımdan bu variantlar bir-birini təkzib etsə  də, dildə, dil 

reallığında onların hər ikisi az qala eyni doğruluq əmsalına malik olan dil 

formaları kimi qəbul olunur və belə  də davam edir. Tarixdən, faktdan 

ayrılanda onların hər ikisi doğru çıxır, güman və qəbulolunan olur. Yaxud 

bu gün daha aktual olan başqa bir misal: “İran atom enerjisindən  dinc 

məqsədlərlə istifadə etmək istəyir” – “İran atom enerjisindən (heç də) dinc 

məqsədlər üçün istifadə etmək istəmir/etmək fikrində deyil”/İran nüvə 

tədqiqatlarından, uranın zənginləşdirilməsindən atom silahı hazırlamaq 

üçün istifadə edir, istifadə etməyə çalışır. Məsələni “dinc yolla”, yəni 

“dillə”, danışıqlar yolu ilə həll etmək istəyən tərəflər bu hər iki, özlüyündə 

təkzibedilməz mühakimələrin təsirini açıq-aşkar dəf etmək gücündə deyil. 

Hər kəs gerçək reallıqlar və onların çoxluğu ilə deyil, dilin yaratdığı yalançı  

reallıqlarla manipulyaiya edir. Və  hər iki tərəf,  əslində ortada olan və ya 


 

 

 



20

olmayan faktların məntiqi ilə yox, aqressiv – totalitar işarə  komplekslərinin 

təlqin etdiyi dil həqiqətləri ilə idarə olunur. Eyni vaxtda həm aldanışa, həm 

də yanılmalara məruz qalır. Fərqi yoxdur, gerçək həqiqətlər tamamilə göz 

qabağındadır, yoxsa yox. Məlumdur ki, uzun müddətdir ki, həm təcavüzkar 

Ermənistan və onun havadarları, həm də Azərbaycan tərəfi bir-birini 

“konstruktivliyin” olmamasında günahlandırır. Və kimin daha haqlı 

olduğunu “sübut etmək” də sanki qeyri-mümkündür: “Bu vaxta qədər 

Qarabağ  məsələsinin həll edilməməsi Ermənistanın/ Azərbaycanın 

destruktiv siyasətinin nəticəsidir”. Bu söz oyununda, söz qovğasında heç 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin