olması heç kəsdə şübhə doğurmur və s.
Sinonimlik dilin həm ən qüvvətli, həm də ən zəif cəhətlərini əks
etdirir. Əgər sinonimlər fikrin rəngarəng, variativ ifadəsini təmin etmək
məqsədinə xidmət edirsə, ifadənin qüvətləndirilməsini, onun praqmatik
potensialının yüksəldilməsini təmin edirsə, seçmə və dəqiqləşdirmə,
izahetmə və sahmanlama funksiyasını yerinə yetirirsə, bu çoxsaylı leksik
elementlər əsl dil güclərini üzə çıxarır, müxtəlif funksional üslublarda mətn
quruculuğunun əsaslarını yaradır. Əksinə, əgər ortaqlı funksional vahidlər
fikri dumanlaşdırmağa, qeyri-dəqiqlik və yayğınlığa, bununla da qeyri-
səmimi ünsiyyətə, “linqvistik terrora” gətirib çıxararsa, dilin mürtəce
mahiyyətini, antihumanist xarakterini aşkara çıxarır. Və onu daim
stimullaşdırır. Eyni əşyanın, eyni hadisənin, obyektin müxtəlif cür
adlandırılması, bir şeyə bir neçə ad verilməsi labüd olaraq yalana, söz
saxtakarlığına, manipulyasiyaya yol açır. Bu, son nəticədə həqiqəti
pərdələmək, müxtəlif rakurslardan təqdim etmək, şeyləri eyni zamanda ən
müxtəlif əlamətlər əsasında nəzərə çarpdırmaq cəhdidir, anlayışları,
qiymətləndirmə meyarlarını təftiş etmək, real denotatları elementlərin
təxribatı yolu ilə atomlaşdırmaq, ifrat linqvistik nisbilik təşəbbüsüdür ki, bu
da ilk növbədə qavrayışın yayğınlığını, qeyri-dəqiqliyini, dərkemənin
rəvanlıq və maneəsizliyini ortaya qoyur.
Sinonimlər birləşdirmədən, bərabərləşdirmədən, tənləşdirmədən
çox, fərqləndirməni, ayırmanı əks etdirir. Bu labüd olaraq onunla
198
nəticələnir ki, dildə sözlərin sayı şeylərin sayını üstələyir, söz dünyası
kəmiyyətcə real qavranılan dünya üzərində üstünlük əldə edir. Daim artan,
çoxalan sözlər, söz sahələri məfhum sahələrini örtür, öz müstəqil
reallıqlarını diqtə etməklə şüura, dərketməyə təsir və təzyiq göstərir.
İşarələrin bir-birinə münasibətindən yeni gerçəkliklər yaranır, qavrayışın
hüdudları genişlənir. Doğrudur, sinonim cərgədəki dominant vahidin
leksik-semantik cazibəsi, ümumiləşdirmə, tənləşdirmə və birləşdirmə gücü,
dərketmə məhdudiyyətləri, sağlam, normal idrak imperativləri ifrat söz
artıqlığını, söz-işarə israfını əngəlləyir, söz sahələrini xaosdan qurtarır,
onları idarə və tənzim edir. Təbiət gerçəkliklərindən, insanın elmi-texnoloji
yaradıcılığından fərqli olaraq söz artımı daim dil sisteminin, ünsiyyət
mexanizmlərinin nəzarəti altında olur, nomenklaturlaşır. Burada Fridrix
Nitşenin belə bir qeydini xatırlatmaq yerinə düşər: “Die Zahl ist das
Erstaunlichste in den Dingen” (Şeylərin ən heyrətamiz cəhəti onların
kəmiyyətidir”). Şübhəsiz, ən heyrətamiz cəhətlərdən biri də dil
dünyasındakı kəmiyyət münasibətləridir, onun açıq sistemi olan leksik
vahidlərin say tərkibi, onların daxili nizam və funksiyalarının
rəngarəngliyidir. Sinonimlik sözün linqvistik enerjisinin doğulmasının ən
mühüm qaynaqlarından biri olan asimmetrik dualizmin təzahürü,
bütövlükdə qeyri-səlis kəmiyyət çoxluqları kimi izah edilə bilər. Əgər
çoxmənalılıq və omonimlərdə vahid söz-işarə oxşar və fərqli mənaları öz
ətrafında toplayırsa, sinonimlərdə vahid semantik nüvə inteqral semantik
məna müxtəlif sözləri öz ətrafında cəmləşdirir. Buna görə də sinonimlik
formal variativliyin, omonimlik isə məzmun variativliyinin son hədləri
kimi nəzərdən keçirilir. İkincilərdə mənaya münasibətdə mərkəzəqaçma,
birincilərdə isə (çoxmənalılıq və xüsusilə omonimlərdə) sözə münasibətdə
mərkəzdənqaçma meyli hakimdir. Bunu belə də ümumiləşdirmək olar ki,
birincilərdə söz reallıqlarına münasibətdə mərkəzdənqaçma, ikincilərdə isə
virtual və real gerçəkliklərə, denotat və referensiyaya münasibətdə
mərkəzəqaçma meylləri üstünlük təşkil edir. Və bunlar hər ikisi dilin
leksik-semantik sistemində geniş qabarma və çəkilmələr, irəliyə və geriyə
intensiv hərəkətlər, yaxınlaşma və uzaqlaşmalar kimi bir-birini daim təqib
edir. Bir çox mənbələrdə sinonimlər eyni denotativ mənaya, müxtəlif
konnotativ mənalara malik olan sözlər kimi şərh olunur. Məhz denotativ,
199
məntiqi-əşyavi mənanın eyniliyi və konnotativ mənaların, emosional-
ekspressiv və qiymətləndirmə çalarlarının müxtəlifliyi ayrı-ayrı
situasiyalarda ekvivalent formaları yalan və aldanışın “dostuna” çevrilir.
Sinonim resursları dil işarələrinin linqvistik enerjisinin mühüm
qaynaqlarından biridir. Antonim cütlərində isə ifrat qütbləri ön plana
çəkmək, əlahiddələşdirmək, necə deyərlər sinqularlaşdırmaq, hüdudlanmış,
sərhədləndirilmiş təkliflər şəklində təqdim etmək səciyyəvidir.
Müasir dilçilikdə sinonimlik ideyasına bir fiksiya, linqvistik
nonsens kimi yanaşma halları var. Lakin nə olursa, olsun, sinonim deyilən
leksik elementlər linqvistik reallıqdır və onları araşdırmaq, təhlil edib
öyrənmək, nitq quruculuğundakı əhəmiyyətini, rolunu aşkara çıxarmaq
zəruridir. Sinonimlərə sözlərin tam məna eyniliyi kimi deyil, məna
yaxınlığı və oxşarlığı (sinnverwandt), ekvivalent-ortaqlı, funksional
vahidlər kimi yanaşmaq geniş yayılmışdır. Başqa sözlə, invariant-semantik
mənaya, məntiqi-əşyavi məzmuna və müxtəlif əlavə-tamamlayıcı
komponentlərə, semantik primitivlərə malik olan leksik vahidlər sinonim
vahidlər adı altında qruplaşdırılır. Məşhur sovet germanisti E.İ. Şendelsin
bir qədər fərqli terminlər işlətməklə sinonimlərə eyni denotativ mənaya və
müxtəlif konnotativ (əlavə) məna çalarlarına malik olan dil vahidləri kimi
yanaşması da bu məntiqdən irəli gəlir. Tədqiqatçı bu ümumi semantik
nisbəti digər səviyyə vahidləri, ilk növbədə morfoloji formalar
müstəvisində genişləndirməyə çalışır. O, məsələn, indiki zaman mənasında
işlənən praesens-historikum, gələcək zamanın birinci formasını (Futurum I)
indiki zaman formasının-prezensin sinonimi kimi nəzərdən keçirir və
onların transpozisiyasından bəhs edir. Sintaktik sinonimlikdə, cümlə
formalarının məna inteqrasiyasında isə daha geniş və mürəkkəb tədqiqat və
anlam sahəsi açılır. Linqvistik ədəbiyyatda leksik sinonimlər (tam) mütləq
və natamam (nisbi), ümumi və kontekstual olmaqla iki cür təsnif olunur.
Natamam sinonimlər də öz növbəsində məfhumi-ideoqrafik (begriffliche,
ideographische Synonyme) və üslubi sinonimlər (stilistische Synonyme)
olmaqla iki yerə ayrılır ki, bu da onların funksional və semantik-ekspressiv
xarakteristikasına uyğun gəlir. Əslində hər yeni situasiyada işarəyə fərqli
münasibət, əşya, predmet və hadisələri yenidən adlandırmaq, yenidən şərh
etmək, onları yenidən dərk etmək deməkdir, məfhumi və funksional-üslubi
200
çalarlanmada yeni, bu vaxtadək dərk olunmamış fərqləri, qiymətləri üzə
çıxarmaq deməkdir. Kontekstual semantika daim yuxarıdan aşağıya nəql
olunur, dili zənginləşdirir. Bu cəhətdən əlavə adlandırmalar, törəmə
nominasiyalar, evfemizmlər, perifrazlar və s. hər bir dilin leksik-semantik
sisteminin ehtiyat hissələri misalındadır.
Sinonim vahidlərin ifadə imkanlarını, kommunikativ-praqmatik
potensialını araşdırmaq dilin bütün leksik-semantik sistemini işə salmaq,
onu hərəkətə gətirmək, hərəkətdə müşahidə etmək deməkdir. Dilin leksik
arsenalından müvafiq sözü seçmə və ayırma texnologiyası mahiyyət
etibarilə tematik qrupun açılması prosesi olan mətnyaratmada ilkin-zəruri
prosedur mərhələ kimi özünü göstərir: əvvəlcə potensial şəkildə yaddaşda
mövcud olan tematik qrup canlanır, sonra semantik qrup, daha sonra
sinonim cərgənin açılması prosesi baş verir. Sosial situasiya və praqmatik
məqsəddən asılı olaraq sözlərin manipulyativ imkanlarına da məhz bu
ümumi fonda, bağlamda yanaşmaq zəruridir. Sinonimlərin reallaşması və
seçimi daha çox konyunktura, dil istifadəçisinin fərdi-utilitar maraq və
meylləri ilə bağlıdır. Hər bir konkret ifadə forması danışanın fərdi-
subyektiv təəssüratları, şüur gerçəkləri ilə daha da zənginləşib genişlənir.
Sinonimlərin stilistikası və koqnitiv-praqmatik imkanları çox geniş bir
mövzudur. Biz burada alternativ-müştərək adlandırmaların bəzi
aspektlərindən bəhs edəcəyik.
Oğlunun bitib-tükənməyən ailə qalmaqallarından təngə gələn ata
onun şikayətinə, narazılığına cavab olaraq deyir: “Mənə niyə deyirsən, mən
səni evləndirməmişəm ki, mən sənin toyunu eləmişəm.” “Evlənmək” və
perifrastik “toy eləmək”/ “evləndirmək” və “toyunu eləmək” sinonim
variantları eyni uğurlu və uğursuz hadisəni adlandırsa da, onlar ayrı-ayrı
həyati və dil situasiyalarının işarələri kimi canlanır. Qarşılaşma, təzad
dinamikası, situasiya və dərketmə perspektivlərini xüsusilə kəskin şəkildə
büruzə verir. Bir müsəlman zehniyyəti, bir qədər arxaik, sadəlövh
azərbaycanlı düşüncəsinə görə ata-ana o vaxt gənc ailədəki hər cür dedi-
qoduya, narazılıqlara görə tam məsuliyyət daşıyır ki, oğul və ya qız qeyd-
şərtsiz olaraq onların dediyi ilə evlənməsə və ya ərə getməsə də, mütləq
ata-ananın məsləhəti, xeyir-duası ilə ailə qurmuş olsun (Belə real çətinlik
və dedi-qodular da çox vaxt onların bir yerdə yaşadığı vəziyyətlərə aid
201
olur). Məsələn, qeyri-millətlə evlənməsin, qanları qarışdırmasın, mütləq
qızı, xüsusilə onun tərbiyə olunduğu ailəni, nəslini-kökünü, xasiyyətini,
vərdişlərini yaxşı tanımış olsun, hətta əqli keyfiyyətlərinə, sağlamlığına,
həmin ailədəki kişi-qadın, böyük-kiçik münasibətlərinə yaxşı bələd olmuş
olsun. Bütün bu potensial mətn əlaqələri sinonim variantların sərrast
seçimi, sözlərin, predmet və hadisələrin fəal qarşılaşması ilə ifadə olunur,
anlayışların təsnifatına, detallaşdırılması düşüncəsi və məntiqinə əsaslanır.
Azərbaycanın yeni tarixinə birinci yalançı Dimitri kimi daxil olmuş
bir siyasət adamının sadəlövh, ya da çox hiyləgər stilistikası indi də nikbin
əhval-ruhiyyə yaratmaqdadır: “Qanunu pozmursan ki, qanundan bir balaca
yan keçirsən, hər şey qurtarıb gedir.” Yaxud: “Sərhədləri qoy, hər şey
qurtarıb getsin!” Sonralar aydın oldu ki, “qanunu pozmaqla” “qanundan
yan keçmək” arasındakı fərq nə az, nə çox, Bakı ilə Kələki arasındakı
məsafə qədərdir! Tarixi təcrübə təkzibedilməz surətdə təsdiq edir ki, böyük,
qlobal aldanış və yalanların, xalqın, dövlətin taleyüklü məsələləri ilə bağlı
uzunmüddətli hiyləgər plan və “layihələrin” gerçəkləşməsinin çətin
yollarında linqvistikanın, daha doğrusu, linqvistik praqmatikanın öz
immuniteti və maddi məsuliyyət payı var! Ə. Elçibəy gözlənilməz gedişləri,
qeyri-adi reveransları ilə siyasi məntiqin, ya da siyasi məntiqsizliyin o
vaxtə qədər görünməmiş nümunələrini yaradırdı. Hadisələrin sonrakı gedişi
bunu deməyə əsas verir ki, onun və bir çox əməkdaşlarının sadəlik və
səmimiyyətindən deyil, çox uzaqlara gedən planlarından xəbər verirdi. “Nə
olsun ki, sovet dövründən, Rusiyadan qalan KQB işçiləri dünən SSRİ-yə
işləyirdi, bu gün də bizə - müstəqil dövlətimizə işləyəcəklər! Əsas odur ki,
onalrda qeyrət və vətənpərvərlik olsun.” (?) Dünyada siyasi əxlaqla bir
fərdə hesablanmış əxlaqi siyasətdən çaşdırıcı, başgicəlləndirici və absurd
heç nə yoxdur. Təcrübəli siyasətçi, yeni dövr və yeni vəzifələrdən daha
yaxşı baş çıxara bilən H. Əliyev hakimiyyətə qayıtmalı idi. O vaxtkı ən
“görkəmli” yazıçılarımız Qoqolun, sonralar da Qorkinin şinelindən çıxdığı
kimi, yeni dövr siyasətçilərimizin, dövlət adamlarımızın çoxu da KQB-nin
cibindən çıxırdı. Bu, labüd, qaçılmazdı. H. Əliyev “getmişdi” və
“qayıtmalı” idi. Görünür, metaforikliklə yanaşı, təzadlığı da təfəkkürün
mühüm paradokslarından biri kimi qəbul etmək lazımdır. Həyatda, ictimai-
siyasi proseslərdə baş verən çaşqınlıq, qeyri-müəyyənlik və xaosu, həqiqət
202
və yalanların bütün şəkil və dərketmə modifikasiyaları dünyanın dil
mənzərəsində, dil şüurunda heç də izsiz ötüşmür, bir güzgüdə olar kimi
bütün sınmaları, sapmaları və simmetrik xətləri, cizgiləri ilə əks olunur.
Azərbaycan dilində “dəfə” sözünün “yol”, “kərə”, “kəz” (klassik
ədəbiyyatımızda və müasir Osmanlı türkcəsində), habelə “mərhələ” kimi
sinonimləri, funksional ekvivalentləri var. Həmin sözlərdən hər birinin öz
işlənmə məqamlarının, normativ və ekspressiv çalarlarının olduğu
şəksizdir. Məsələn, “vurmaq” mənasına uyğun gələn “dəfə” sözü (“5 dəfə
beş”, “7 dəfə 7” və s. kimi) istər riyaziyyat-hesab əməliyyatlarında, istərsə
də canlı danışıq dilində geniş işlənir: “Mən sənə yüz dəfə demişəm ki,
onunla danışma!”; “Bir səhvi neçə dəfə təkrar etmək olar?” “Bu hərəkəti bir
dəfə də təkrar etmək lazımdır” və s. “dəfə” sözü saxta sovet statistikasında,
“pripiska epoxasında” xüsusilə geniş intensivlik, dırmanış kəsb etmişdi.
Adamlar dövlət planlarını iki dəfə artıqlaması ilə yerinə yetirirdilər.
Sosialist öhdəliklərinə nə az, nə çox 50 % artıq, bir yarım dəfə artıq əməl
olunurdu. Hasilə yüksəltmə, Osmanlı türklərinin dediyi “çarpma”
mənasında “yol” və “kərə” sözlərini işlətmək ədəbi dil normalarına görə
məqbul sayılmır. Burada “yol” sözünün işlənməsi tamamilə istisna olunur,
daha doğrusu, normanın müqaviməti ilə rastlaşır. 5 yol beş (?), 7 kərə 7 (?)
səlis sayılmır. Lakin dildə “dəfə” sözünün “kərə” və “yol” sözlərinin
mənaları ilə tamamilə bərabərləşən, yalnız normativ üslub rənginə görə
fərqlənən işlənmələri də mövcuddur: “Üç dəfə getdim, amma qardaşımı
evdə tapa bilmədim”. Bakı dialektində “Üç kərə getdim, səni tapa
bilmədim” də demək olar. “Ondan üç yol səni soruşdum, tanımadığını
dedi”. Göstərilən işlənmə vəziyyətlərində “dəfə” sözü hasilə yüksəltmə,
xalis kəmiyyət qavrayışı kimi deyil, məhz hadisənin, işin baş tutması və ya
baş tutmamasının konkret tarixlərinin məcmusu kimi nəzərdə tutulur.
Ünsiyyətə xələl gəlməmək şərtilə əksər işlənmə məqamlarında “yol” və
“kərə” sözlərini cərgənin dominantı – əsas sözü olan “dəfə” sözü ilə
əvəzləmək mümkündür. Görün, həm özünü, həm də dövləti aldadan
məmur, ana dilinin var-dövlətindən, linqvistik sərvətindən – həmin
sinonim sırasının, semantik cərgənin gizli – latent yalan – aldanış
potensialından necə məharətlə istifadə edir. Təhsillə, təhsilin təşkili ilə
birbaşa əlaqəsi olmayan Nazir 2002-ci ildəki çıxışlarından birində “keçid
203
dövrü müəllimlərinin” vəziyyətini təhlil edərkən demişdi: “Son beş ildə
Azərbaycan müəllimlərinin maaşları 9 dəfə (?) artırılmışdır”. Yəni beş il
əvvəl mövcud olmuş maaşın kəmiyyət ölçüsünün, pul ifadəsinin 9 misli
yox, maaşların artırılmasının say çoxluğu, deyək ki, artırılma tarixlərinin
məcmusu, toplamı (Burada “dəfə” sözü “mərhələ” sözü ilə bərabərləşir).
Məsələn, 1998-ci ildə 70%, 1999-cu ildə 50%, 2000-ci ildə 30%, sonra
20% və s. Müstəqil Azərbaycanın nüfuzlu nazirlərindən biri o dövrdə
aparılan islahatların effektivliyini, ona tapşırılan sahədə işlərin səviyəsinin
inkişaf templərini göstərərkən eyni ustalıq və məharətlə, əksinə, “dəfə”
sözünün hasilə yüksəltmə mənasını önə çəkirdi. Aldanışın miqyaslarını
təsəvvür etmək üçün əlavə edin ki, 2005-ci ildə Azərbaycanda ali məktəb
kafedrasında baş müəllimin maaşı vur-tut 180 min manat və ya xalq
arasında daha anlaşıqlı deyildiyi kimi, 18 şirvan idi. Həkimlərin güzəranı
ilə bağlı belə rəqəm-say akrobatikası geniş yer alırdı, insaniləşirdi,
insanovlaşırdı. Nə edəsən, günəşli Azərbaycanımızda bəzən həyat o qədər
gözəl, mürəkkəb, keşməkeşli və ziddiyyətli, münasibətlər, vəzifələr,
tapşırıqlar o qədər dolaşıq, “səmimi” və anlaşılmaz olur ki, dövlət qulluğu
peşəkarlardan daha çox və daha yaxşı linqvistlər yetişdirir. Vəziyyət belə
davam etsə, gələcəkdə də dil quruculuğu və linqvistik praqmatika sahəsində
məmurlarımızın uğurları daha böyük olacaq, nəinki islahat keçirdikləri
konkret sahələrdə. Bu qalib qvardiya bizim Nobel mükafatı almaq
şansımızı xeyli artırır... Təsəlliverici cəhət odur ki, bu məsələdə deyəsən
artıq şərti-nisbi mənada səlisləşmə, aydınlaşma və durulma prosesi
getməkdədir. Məsələn, “dünyanın ən şərəfli peşə sahiblərinin” əmək
haqlarının həqiqi artımı və ümumi vəziyyəti haqqında məlumat 2008-ci ildə
artıq dəqiqliyi və adekvatlığı ilə seçilirdi, burada “... dəfə artmışdı”
formulunu işlətmək artıq dil işarəsi ilə həqiqi vəziyyət haqqında izomorfluq
yaradırdı.
Sinonimlərin funksional rəngarəngliyinin müxtəlif tarixi və sosial-
siyasi aspektlərini daha aydın və hərtərəfli nümayiş etdirmək üçün
praqmatizm və ideologiyalar zəhəri ilə zəhərlənmiş yaxın-uzaq
tariximizdən daha bir neçə misal göstərək.
Böyük cinayət və xəyanətlər daha böyük yalanlar tələb edir. Zaman
keçdikcə, tarixi həqiqəti və yalanlara münasibət dəyişdikcə bəzən
204
hadisələrin, olayların özlərindən çox onların adlandırılması, linqvistik
tədqiqatı daha artıq əhəmiyyət və aktuallıq kəsb edir. Xüsusilə dominant
sözlərin, sinonim-alternativ əvəzlənməsi, perifrastik müdaxilələr
dərketməni diametral surətdə dəyişmək gücünə sahibdir.
Məlumdur ki, 1813-cü ildə İran və Çar Rusiyası arasında
bağlanmış Gülüstan müqaviləsinə görə Azərbaycan iki yerə parçalandı.
Araz çayının Şimal sahili – indiki Şimali Azərbaycan Rusiyanın əsarəti
altına düşdü. Cənubi Azərbaycan İranın tərkibində qaldı. Öz xarakterinə
görə “adi”, sıravi hadisə öz cinayətinə haqq qazandıran bir qatil
soyuqqanlılığı və riyakarlığı ilə Çar Rusiyası dövründə və sonra da sovet
hakimiyyəti illərində ən müxtəlif adlarla adlandırılmağa başladı. Əslində
hadisənin qiymətləndirilməsi tarixin, tarixçilərin əlindən alınıb,
siyasətçilərin, ideologiya və rejimlərin ixtiyarına keçdi. Fırıldaqçıların,
siyasət dəllallarının əlinə keçdi də demək olar. Məşhur alman filoloqu
Ayxler siyasəti “qeyri-insani dil” adlandırır (unmenschliche Sprache).
“Azərbaycanın Rusiyanın tərkibinə daxil olması”, Azərbaycanın Rusiya ilə
birləşdirilməsi”, “Azərbaycanın Rusiyaya birləşməsi”, “Azərbaycanın
könüllü olaraq Rusiya ilə birləşməsi” (“Azərbaycan xalqının könüllü olaraq
öz taleyini Rusiya ilə bağlaması”), “Azərbaycanın Rusiyaya ilhaq
olunması” və s. Beləliklə, “ilhaq olunmaq”, “daxil edilmək”, “birləşmək”
kimi müxtəlif sözlər, adlar və adlandırmalar eyni hadisəni ifadə edirdi.
Sanki dil özü bu görünməmiş xəyanəti əlahiddə söz, vahid adlandırma ilə
qeydə almaqdan imtina edirdi, yalançı – yayğın və get-gedə daha da
yayılan perifrazları dövriyyəyə daxil edirdi. Hadisəni, anlayışı bir sözlə,
bircə sözlə qeydə almaq onun mahiyyətinə daha artıq yaxınlaşmaq
deməkdir. Konkret tarixi dövrdə rus dövlətinin xarici siyasətindən,
ideologiya və siyasi praqmatizmdən, subyektiv mövqe və modallıqlardan
asılı olaraq adlandırmalar, nominasiya modelləri də dəyişirdi. Hətta məşhur
Azərbaycan tarixçisi Ziya Bünyadov yalnız özünə məxsus olan kəskin və
dikbaş yumorla, görünür, çılpaq tarixi gerçəyin və ramedilməz affektin
təsiri altında, “pərçimlənmə” terminini təklif etmişdi (“Azərbaycanın
Rusiyaya pərçimlənməsinin 150 illiyi”). Daxili etiraz, müqavimət və qəzəb
dolu “pərçimlənmə” sözündən fərqli olaraq ərəb mənşəli “ilhaq” sözündə
ən azı hamının başa düşmədiyi, dərk etmədiyi, hadisəni, real vəziyyəti
205
dumanlara qərq edən nəsə qeyri-adi, müəmmalı və mistik bir güc vardı və
buna görə də həmin söz sinonim ifadə variantları mübarizəsində daha çox
işlənirdi. Dil “işğal” faktını “ilhaq” faktına, amansız tarixi həqiqəti
xoşbəxtliyə, zoru harmoniyaya ədalət, xilaskarlıq jestinə çevirirdi.
Müstəmləkəçiliyi “azadlıq” kimi təqdim etməklə sanki büsbütün
yeni, “kompromis”, əslində çox xaotik, eyni zamanda nizamlı, ahəngdar bir
gerçəklik yaradırdı. Bununla da mübahisə, məsələyə baxış bitir, qapanır,
güclü tərəf üçün arzuolunmaz situasiyanı aşırdı. Sonra “Azərbaycanın
könüllü olaraq Rusiya ilə birləşməsi” dil varsiyası meydana gəldi.
“Birləşdirilməsi” yox, “birləşməsi”.
Beləliklə, tarixi və müasir həqiqətlərə münasibətdə bir tərəfdən
sözün demonizasiyası – iblisləşməsi, digər tərəfdən isə liberallaşması,
meliorasiyası prosesi bir yerdə getdi. Bu isə yalnız dilin mənfur “sinonim
xidməti” ilə mümkün idi. Bu proseslər neçə-neçə nəsillərin dil şüurunda da
əks olundu. Və tarixi hadisələr, onlara münasibətlər əslində büsbütün
köhnəlsə də, aktuallıqdan çıxsa da, söz – mumiyalar kimi həm də yaşayır
və öz qorxunc – mistik təsirini göstərməkdə davam edir. Hadisə bitdi,
yaşasın əlahəzrət söz! Söz həmişə bizimlədir, bizim xidmətimizdədir.
Lakin anlayışın strukturu, işarə təfsirinin adi – normal məntiqi
onların qeyri-həqiqətinin, yalanın üstünü açmaq üçün tamamilə kifayət
edir. Necə ola bilər ki, müxtəlif dinə, dilə, dünyagörüşünə, mentallığa,
inkişaf səviyəsinə, həyat və məişət fəlsəfəsinə, mənəvi-əxlaqi dəyərlərə
münasibət kodeksinə görə fərqlənən iki ayrı-ayrı xalq cani-dildən, “könüllü
surətdə” birləşməyə razı olsun, nəyin bahasına olursa-olsun belə zorakı
izdivaca can atsın? Ümumiyyətlə, böyük bir dövlətlə kiçik bir dövlətin,
böyük bir xalqla kiçik, azsaylı, ən azı nisbətən kiçik bir xalqın, güclü ilə
zənginin bərabər əsaslarla birləşməsi ancaq dil-işarə məntiqi ilə, daxili
semantika ilə əsaslandırıla bilər. Buna yalnız və yalnız nəyisə qurban
vermək və ya zorla almaq müqabilində razılaşmaq mümkündür. Hər bir
zərərli işin həm də xeyirli bir cəhəti ola biləcəyi labüdlüyü ilə, həqiqətən bir
çox faydalı tərəfləri ilə bərabər (Məsələn, biz rusların, sovetlərin sayəsində
bir neçə yüz il irəli düşərək Şərq kontekstindən birbaşa Qərb kontekstinə
daxil olduq), şübhəsiz ki, feodal- patriarxal İranla o vaxt geri qalmış İranla
müqayisədə daha qabaqcıl və perspektivli mədəniyyət və elm-inkişaf
206
qurşağına düşdük, güclü təhsil və səhiyyə sistemi yaratdıq, yüz illərin Dostları ilə paylaş: |