Sərxan Abdullayev



Yüklə 4.35 Mb.
Pdf просмотр
səhifə12/45
tarix09.03.2017
ölçüsü4.35 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

redaktor, redaksiya işçisi isə,  əksinə, “Söz azadlığı olduqca qeyri-

normaldır, pisdir” şəklində cavab verir və əslində hər ikisi də eyni dərəcədə 

haqlı  və haqsız görünür. Eyni bir məsələ, hadisə haqqında bir-birinə 

tamamilə zidd, iki radikal, barışmaz mövqeyin özü münasibətlərin, “normal 

olanın” anormallığından xəbər verir. Sintaktik yolla düzələn qeyri-səlist 

çoxluqlara (“çox normal”, “olduqca anormal” (qeyri-normal) variantlarına 

əlavə olunan dil versiyaları-sinonim və ya sinonimik variantlar (yaxşı, pis) 

təkcə qiymətdirmənin son hədləri kimi deyil, həm də ortaq hədləri, kəsişmə 

nöqtəsi kimi qavranıldığından fikirlərin, təkliflərin ifrat-mücərrəd 

yayılanlığını sanki bir qədər məhdudlaşdırır, 

ən müxtəlif 

qiymətləndirmələri vahid linqvistik dəyişənə aid etməklə onların 

antoqanizmini qismən zəiflədir.  İnsanlar mübarizə alovunda, mənafe, 

maraq savaşlarında çox vaxt yalnız ifrat qütbləri görməyə və qəbul etməyə 

meylli olur. Nəticədə aralıq pillləri boşuna buraxır. Və səhvə, yanlışlığa yol 

vermiş olur. Dil sisteminin təqdim etdiyi daha intensiv, daha dinamik 



 

 

 



189

variantlara ifrat yayğınlaşdırıcıların,  əslində mübaliğə, yayğınlıq, qeyri-

səlislik yaradan vasitələrin daxil edilməsi təkcə  əşyaların, predmetlərin, 

hadisələrin qiymətləndirilməsinin deyil, həm də fikirlərin, düşüncə  və 

mövqelərin də qeyri-dəqiqliyini qat-qat artırır.  

  Qəzetlərdə rast gəldiyim və  hər bir vətəndaşda haqlı qürur hissi 

doğuran belə bir müddəaya, mülahizəyə diqqət yetirək: “Ancaq Azərbaycan 

dövləti çox qüdrətli dövlətdir və heç kim də Azərbaycanda inkişafın 

qarşısını ala bilməz”.  İkili standartlarla yaşayan və düşünən, Azərbaycan 

həqiqətlərini görmək istəməyən  əcnəbi dövlət adamının qeyri-obyektiv 

mövqeyinə verilən bu cavab tamamilə qəbul olunandır. Yayğınlıq və qeyri-

dialektik baxış orasındadır ki, heç sözün böyük və geniş  mənasında 

Amerika Birləşmiş  Ştatları, Rusiaya və Çin kimi dövlətlərə  də böyük 

ölçüdə “çox qüdrətli” demək dəqiq və konstruktiv görünmür. Əgər bu fikir 

Ermənistan, Tacikistan, Nikaraqua kimi dövlətlər haqqında deyilirsə, deyilə 

bilirsə, dil işarəsinin aşkar iflası başlayır. Söz bu qədər çəkilib uzanırsa, 

əndazəsini dəyişirsə, deməli, dilin ilkin-bioloji xəstəliyi baş qaldırmış  və 

dərhal insana da yoluxmuş olur. Bu hesabla həmin cırtdan dövlətlərə bir 

sıra daha kiçik dövlətlərə münasibətdə “nəhəng”, “çox nəhəng”, “çox 

böyük”, “azman”, hətta müasir, daha etibarsız terminlə “super-dövlət” də 

demək mümkündür. “Dərin”, “yüksək”, “uzaq”, “böyük”, “təmiz” kimi 

sözlərdə semantik məsafələşmə, qeyri-səlislik daha çox olur. İndi dəbdə 

olan “Xəzərin suyu kifayət qədər təmizdir” söyləmini “ölçmək”, kəmiyyət 

baxımından dəqiq səciyyələndirmək, modelləşdirmək qeyri-mümkündür. 

Düşünmək olar ki, keyfiyyət sifətləri, xüsusilə intensiv keyfiyyət sifətləri 

ilə  kəmiyyət sözlərinin birləşməsi yayğınlığın çox mühüm linqvistik 

ölçülərini yaradır. Belə müxtəliflik sifət və  tərzi-hərəkət zərfləri kimi 

işlənmədə  hər iki istiqamətdə - həm irəliyə, həm də geriyə, həm 

həqiqətliyə, həm də yalana, yanlışa doğru geniş yayılanlıq sahələri  əmələ 

gətirir. Yeri gəlmişkən, “normal” sözünün daha bir “anormal” mənası: 

“Azərbaycan dövləti, ya da ki, başqa bir dövlətin gedib Amerikada kimisə 

maliyyələşdirib seçkilərə müdaxilə, ya seçkilərə  nəzarət etməsinə - 

Amerikada, ya İngiltərədə imkan verilirmi? Verilmir. Nəyə görə 

Azərbaycanda belə məsələlər olmalıdır? Mən bunu normal saymıram”. Bu 

da son vaxtlar rast gəldiyim daha bir semantik-praqmatik innovasiyaya – 


 

 

 



190

“demokratik” sözünün ifrat yayılanlığına, daha doğrusu, semantik 

ölçüsüzlüyünə aid bir nümunə: “Sonra da deyib ki, Azərbaycan jurnalistlər 

həbsxanasıdır. Bu nahaq sözdən qəzəblənmədim? İstədim tam demokratik 

yolla deputat olmuş ... Saduqovdan bunu yıxıb sürüyən peşəkar bir məqalə 

yazmağı xahiş edim... “Aqressiya” (təcavüz), “aqressor”, “müdafiə” kimi 

müəyyənləşmiş sözlər də  rənglənmiş, boyalı sözlər sırasına keçməkdədir. 

İsrail tərəfi Qəzza zolağını bombalayarkən və dinc insanları – qadınları, 

uşaqları qətlə yetirərkən “müdafiə haqqından” istifadə etdiyini iddia edirdi. 

XXI  əsr rus-gürcü müharibəsində (məşhur beşgünlük müharibədə) həm 

Gürcüstan, həm də Rusiya bir-birini “aqressor” adlandırırdı. “Yardım” 

(“humanitar yardım”) adı  və bayrağı altında dövlətlərin bir-birinə silah 

göndərməsi heç kimə sirr deyil. Qeyd etmək lazımdır ki, komik-yumoristik 

diskursda sözün çoxluqlar, sayıla, hesablana, əhatə oluna bilməyən 

çoxluqlar, semantik-praqmatik nisbiliklər sisteminə yeni çalarlar, nüanslar 

əlavə olunur, mətnin sinkretikası, partiturluğu artır. Təbiətdə, cəmiyyətdə

müxtəlif elm, fəaliyyət sahələrinə aid biliklərdə  sərhədlər arasında 

dəqiqliyin, bərabərlik münasibətlərinin deyil, geniş yayılanlığın, qeyri-

dəqiqliyin, qeyri-müəyyənliyin olmasını daim nəzərə almaq fərdin 

hərəkətlərinin, o cümlədən də dil hərəkətlərinin tənzim və idarə 

olunmasında böyük rol oynadığını  nəzərə almaq, qiymətləndirmək 

zəruridir. Və bunu nəzərə almamaq həm dərketmədə, həm də 

qiymətləndirmə  və praksologiyada ciddi səhvlərin, yanlışlıq və 

büdrəmələrin əmələ gəlməsinə səbəb olur. 

 

İşarələr və işarələr arasındakı münasibətlərin yayılanlığı bütün dillərə 



xas olan universal bir funksiya kimi özünü göstərir. Müqayisə üçün müasir 

alman dilində Tapferkeit (cəsarət, tapfer – cəsarətli) və  səmimiyyət 

(Freundlichkeit /  Aufrichtigkeit – freundlich, aufrichtig) linqvistik 

dəyişənlərinin qiymətlərini nəzərdən keçirmək kifayətdir. Həmin 

dəyişənlərin term çoxluqlarını 

aşağıdakı 

dərəcələr, qiymətlər, 

müxtəlifliklər, nisbi oxşarlıq, eynilik və  bərabərsizliklər  şəklində 

detallaşdırmaq olar.  

T (Tapferkeit, tapfer) – heldenmutig, heldenhaft, heroisch, unverzagt, 

furchtlos, kühn, mutig, kämpferisch, unerschrocken, draufgängerisch, 

wagemutig, waghalsig, tollkühn, keck, ängstlich, furchtsam, feigherzig, 



 

 

 



191

schwachherzig, pulverscheu, hasenherzig, hasenfüßig, hasenhaft, 

memmenhaft, hasig, weichlich, nicht tapfer, sehr tapfer, ganz tapfer, 

vollkommen tapfer (ein vollkommen tapferer Mann), durchaus tapfer (ein 

durchaus tapferer Mann), gar nicht tapfer, alles andere als tapfer, tapfer 

oder ängstlich, nicht tapfer und auch nicht ängstlich, ganz und gar nicht 

tapfer, weder tapfer, noch ängstlich, nicht ängstlich, gar nicht ängstlich, 

alles andere als ängstlich, überaus ängstlich, nicht kühn / furchtlos, ganz 

kühn və s.    

T (Freundlichkeit, freundlich) – liebenswürdig, herzlich, nett, 

gefällig, gütig, heiter, wohlgesinnt, höflich, unfreundlich, unwirsch, 

unhöflich, ungnädig, unleidlich, grob, düster, finster, barsch, kühl; sehr 

freundlich, überaus freundlich, vollkommen freundlich, nicht freundlich, 

durchaus nicht freundlich, ganz und gar nicht freundlich, freundlich oder 

unfreundlich, nicht unfreundlich, gar nicht unfreundlich, alles andere als 

freundlich, sehr nett, nicht ganz nett, alles andere als nett; aufrichtig, nicht 

ganz aufrichtig, vollkommenaufrichtig, sehr aufrichtig, durchaufrichtig  və 

s. 


   Şübhə etməmək olar ki, ayrı-ayrı dillərdə linqvistik dəyişənlərin 

yayılanlıq dərəcələrinin aşkarlanması xalqların dünyagörüşünü, həyat və 

düşüncə  tərzini, mentallığını, dilin yaradıcılıq, quruculuq meyllərinin və 

enerjisinin öyrənilməsi üçün maraqlı materiallar əldə etməyə imkan verir 

ki, burada da semantik sahələrin struktur tərtibi və sinonimlik əlaqələrinin 

araşdırılması əhəmiyyətli rol oynayır. 

 Yuxarıda sadalanan qeyri-səlist çoxluqlar, “cəsarət”, “dözüm”, 

“ədalət”, “səmimiyyət” linqvistik dəyişənlərinin tam qiymətləri, səviyyələri 

olmasa da, bu qiymətlər və qiymət dərəcələri haqqında müəyyən təsəvvür 

oyadır. Müasir alman dilində  və alman düşüncəsində  də ängstlich / feige, 

tapfer və ängstlich / feige, yaxud freundlich və unfreundlich variantları 

konkret müstəvidə, qiymətlər silsiləsində biliyin sərhədləri yox, keçid, 

aralıq nöqtələrinin sərhədlərini göstərməkdədir. Müxtəlif variantlar 

arasındakı əlaqə birqiymətli deyil, ierarxik, asılı çoxluqlar və müxtəlifliklər 

kimi təzahür edir. Bildiyimiz kimi, ikili məntiqdə, hə  və yox, 1 və 0, 

“doğru”, “yalan” məntiqində hər ada, əlahiddə hər adlandırmaya bir əlamət 

və onun müxtəlif dərəcələri uyğun gəlir. Təəssüf ki, konkret oxucular 


 

 

 



192

dairəsi nəzərə alınmaqla bu məsələlər üzərində geniş dayanmaq imkan 

xaricindədir.  

  Əlbəttə, belə çoxluqlar paradiqmasında  əsas məsələ tapfer (cəsur) 

və feige (qorxaq, agciyər), freundlich (mehriban) və unfreundlich 

(mehriban olmayan, qeyri-səmimi) variantlarının ortaq qiymətini 

tapmaqdan ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, dil riyaziyyat deyil və 

belə haqq-hesab məntiqi həmişə səmərəli olmur, kontekst semantikası işarə 

kütləsinə yeni qeyri-səlistliklər əlavə etsə də, nəinki orta qiymətin, həm də 

hansı qiymət dərəcəsinin aktuallaşması haqqında ümumi normativ 

informasiya gətirir. Məsələni mürəkkəbləşdirən budur ki, bizim 

istəyimizdən asılı olmayaraq adi adamlar, hətta adi intellektuallar və qeyri-

intellektuallar dünya mənzərələrini, predmet və hadisələri çox vaxt ifrat 

hədlər cütlüyü kimi qavrayır, “hə  və yox”, “doğru və yalan”, “1 və 0” 

arasındakı saysız-hesabsız keçid vəziyyətlərini, dəyişmə  hədlərini 

qiymətləndirmədə  nəzərə almırlar. Bu vəziyyət yanlış, birtərəfli 

ümumiləşdirmələrin də əsasını təşkil etməklə qlobal qavrayışı asanlaşdırsa 

da, üzvlənmiş, analitik, dialektik qavrayış, düşüncə  və  dərketmənin işini 

çətinləşdirir, yanlışlıq, qeyri-dəqiqlik, aldanış  və  səhvlər, böyük və kiçik 

yalanlar üçün əlverişli mühit hazırlayır. Hadisələrin dialektikasına tədriclə, 

yavaş-yavaş, pillə-pillə enməklə maddə və ideal obyektlər, onlara xas olan 

əlamətlər bir-birinə qarşı qoyulur. Dünyanın linqvistik tədqiqinin, həqiqilik 

və yalanlıq hədlərinin qiymətləndirilməsi aparılmır. Hər bir konkret 

situasiyada, nitq aktında, subyektiv meyl və maraqlardan, məqsəd və bəzən 

məqsədin tam aydınlaşmamasından asılı olaraq sadalanan variantlardan 

yalnız biri doğru olur, gerçək olur, qalan potensial variantların hamısı, 

bütövü isə qeyri-həqiqi, qeyri-aktual mahiyyət kəsb edir. Qeyri-səlis 

çoxluqlar yalan və aldanışların sarsılmaz linqvistik təməlinə, potensial 

xidmətçilərinə, operativ-növbətçi tərtibçilərinə çevrilir, eyni zamanda bu 

effektin tamamilə itirilməsinə və ya başqalaşmasına aparıb çıxarır. Əslində 

qeyri-səlis çoxluqlar mətn semantikası daxilidə qeyri-səlis, idarə olunan 

sonsuzluqlara çevrilir.   

 Burada bir məqamı da qeyd etmək zəruridir. Adətən daha 

mükəmməl dil biliyi tələb edən leksik-semantik variantlara, artıq məna 

hüdudları etibarilə az-çox müəyyənləşmiş, iç-içə düzülmüş, sabitləşmiş 


 

 

 



193

sinonim variantlara nisbətən linqvistik qiymətlər çoxluğunda həm son, həm 

də ilkin, keçid hədləri olan antonim adlandırdığımız semantik qrupda 

bağlayıcı  və inkar elementlərinin, zərflərin müdaxiləsi ilə yaranan yayılan 

çoxluqlar anlayışların, predmet, hadisə  və fikirlərin, mülahizələrin daha 

asan və aydın fərqləndirilməsinə və qavranılmasına şərait yaradır. Hətta dili 

hələ yaxşı  mənimsəyə bilməyən uşaq da, məsələn, riesig (nəhəng) sözünü 

bilmirsə (sehr groß, çox böyük, olduqca böyük) kimi sintaktik 

dəyişdiricilərin, tamamlayıcıların köməyilə situasiyanı asanlıqla dəf edə 

bilər. Deməli, qeyri-səlisliyin, yayılanlığın asılılığından (ierarxiyasından), 

dərketmənin səviyyəliliyindən danışmaq daha doğru olar. Yuxarıdakı 

mülahizəni belə xülasə etmək olar ki, sərbəst, sadələşmiş, abtomatlaşmış 

ünsiyyətdə operativ qavrayış  və fikir-ifadə quruculuğu daha atrıq sərbəst, 

sintaktik yolla yaranan yayılanlıq və bütövləşmə, toplanma xətti üzrə 

davam edir. Şərti-nisbi mənada ifadə sərrastlığı, adekvatlıq, dəqiqlik azalsa, 

normativlik zəifləsə  də  dərketmə prosesinin ləngiməsi baş vermir. Yəqin 

heç kəs inkar etməz ki, yuxarıda araşdırılan “cəsur” sözünün müxtəlif 

semantik, emosional-qiymətləndirici çalarlarını dərhal tapmaq, ifadə etmək 

nitq gerçəkliyində daha artıq səriştə, səy və yaradıcı gərginlik, deməli, daha 

artıq operativlik, səfərbərlik tələb edir, nəinki “çox qoçaq”, “çox cəsur” 

yaxud “çox qorxaq”, lap/olduqca aciz kimi dil ifadə formaları. Semantika 

mücərrəd və ideal, qeyri-maddi olduğundan, bilavasitə müşahidələrimizlə 

verilmədiyindən “çox böyük” və ya “çox qoçaq” yolu daha asan, zəhmətsiz 

dərketmə üsulu kimi görünür. Beləliklə, işarələrin onsuz da, immanent 

əlaməti olan qeyri-adekvatlığına, təxminilik və qeyri-dəqiqliyinə dilin 

yaradılışının və inkişafının sonrakı  mərhələlərində  əmələ  gələn sinonim 

variantlar, alternativ ifadə  şəkillərinin nitqdə, mətn gerçəkliyində daim 

genişlənən, artan, sərbəstləşən yayılanlığı, qeyri-dəqiqliyi də əlavə olunur. 

Heç kim Azərbaycan dilində “ürək”, “qəlb”, “könül” sözlərinin tam 

semantik  şərhini verə bilməz, onların məna ayrıclarını  dəqiqliyi ilə  təyin 

edə bilməz. Güman etmək olar ki, “ürək” maddi-cismani, “qəlb” isə daha 

çox idealdır, qeyri-maddidir. “Könül” “ürəyə” nisbətən “qəlb” anlamına 

daha çox yaxınlaşır. Bəs “qəlb” özü nədir və  sərhədlər haradan keçir? 

Ümumiyyətlə, bu sərhədlər varmı və əgər varsa konkret olaraq dərk oluna 

bilirmi? Burada komponent, sem-məna elementləri təhlili də tam işə 


 

 

 



194

yaramır, dil işarəsi tam olaraq müşahidəyə gəlmir. Alman dilindəki “Geist” 

və “Seele”, rus dilindəki “dux” və “duşa” sözləri də belədir. “Ruh” (Geist) 

fenomeninin tədqiqində çox da irəli gedə bilməyən ruslar “ruskaya duşa” 

deməkdən xüsusi zövq alırlar və bunu rus çöllərinin genişliyi ilə 

əlaqələndirirlər. “Dux”un, “ruh”un isə  məskəni, vətəni yoxdur, o hər bir 

fərdin cismində  məskən salan və daim onu tərk etməyə can atan 

dərkolunmaz, sonadək təsəvvürolunmaz, qavranılmaz bir şeydir. Mən hələ 

müvafiq maddi dil işarələrinin bəsit-sadəlövh  şərhini,  ən müxtəlif  

subyektiv-fərdi təəssüratları bir tərəfə qoyuram. Əlavə edək ki, söz 

birləşmələri, sintaksis, derivasiya yaradıcılığı  və qeyri-səlisliyi söz 

işarələrin semantik sərhədlərini, mümkün əlaqə  və keçid vəziyyətlərini, 

ümumi müştərək məqamlarını daha da mürəkkəbləşdirib, yayğınlaşdırıb 

təhrif edir, onları tanınmaz, anlaşılmaz bir hala salır. “Rus qəlbi” ifadəsində 

“rus ruhu”, “rus milli ruhu” anlamları xeyli dərəcədə yaxınlaşmış  və eyni 

zamanda daha çox qarışdırılmış, dolaşdırılmış olur, işarənin mücərrədliyi 

aradan qalxmaq, durulmaq əvəzinə daha da tutqunlaşma, bulanma effekti 

hasil olur. Düşünmək olar ki, “sabit söz birləşmələrinin, frazeoloji 

vahidlərin ümumi mənası onları  əmələ  gətirən tərkib hissələrin, 

komponentlərin cəminə  bərabər olmur” tezisi mücərrəd ismlərlə düzələn 

nisbətən sərbəst söz birləşmələrinin semantikasına, onların korrelasiyasına, 

semantik nisbətlərinə münasibətdə  də qismən özünü doğruldur. Buna 

sərbəst olmayan, qeyri-sabit yayılanlıq effekti, qeyri-səlislik frazeologiyası 

da demək olar. “Gesicht”, “Angesicht”, “Antlitz”, “Visage”, “Fresse”, 

“Fratze”; “üz”, “çöhrə”, “camal”, “hüsn”, “sima”, kimi sözlərdə çox vaxt 

subyektiv münasibət və  fərdi-emosional təəssürat konkret, birbaşa 

semantikanı üstələyir; dil işarələri nitq gerçəkliyində referensiyanı, aktual 

denotatı tamamlayıcı, xarakterizəedici və qiymətləndirici praqmatik 

informasiyalarla zənginləşdirir. Nisbətən asan qavranılan və üzvləndirilən 

“zahiri gözəllik” (äußere Schönheit) linqvistik dəyişəninin term çoxluğu, 

linqvistik qiymətləri dominant, özək sözə münasibətdə  aşağıdakı kimi 

yayılır: çox gözəl sifət, olduqca gözəl sifət, lap gözəl sifət, gözəl olmayan 

sifət və s. Həmin təbii, həm də nisbi təyinedicilər sinonim “çöhrə”, 

“camal”, “hüsn”, “sima” sözlərində  həmişə  işlənmir, müqavimətlər, 

məhdudiyyətlər yaranır. Çünki dil sistemində sabitləşmiş, gəlişmiş sinonim 


 

 

 



195

variantlar qiymətləndirmənin konkret həddini üzvlənmiş bütövlükləri qeydə 

alır. Biz bütövlükdə “gözəllik” linqvistik dəyişəninin 

qiymətləndirilməsində, qeyri-səlis çoxluqlar məntiqi ilə 

fərqləndirilməsində, nişanlanmasında dil işarələrinin və onların 

qavranılmasının ölçüsüzlüyünü, qeyri-dəqiqliyini və  təxminiliyini, 

mütləqlik və nisbilik hüdudlarının uzaqlaşa-uzaqlaşa yenidən 

yaxınlaşdığını  və yaxınlaşa-yaxınlaşa sanki yenidən uzaqlaşdığını, 

birləşdiyini və ayrıldığını görmüşdük. “Vicdan”, “qeyrət”, “şərəf”, 

“ləyaqət”, “tərbiyə” (“tərbiyəli/ ?”), “insaf”, “əxlaq”, “mənəviyyat” və s. 

kimi amorf, əslində qeyri – müəyyən, sırf subyektiv sözlərdə linqvistik 

qiymətləndirmə xüsusilə yayğın, qeyri-səlis və mücərrəd xarakter alır. 

Təsadüfi deyildir ki, belə mücərrəd, sərhədsiz sözlərin çoxunun sinonimi 

yoxdur. Həmin mütənasibsizlik elmi-intellektual (etika, pedaqogika) və 

sadəlövh dünya modelində  fərqli məzmun və emosional çalarlar kəsb 

etməklə insanları üz-üzə qoyur, ünsiyyəti, anlaşmanı, ümumən birmənalı 

dərketməni çətinləşdirir. Anlaşılmazlıq qaynağına çevrilir. Ölçü, təyinetmə, 

aidetmə  və qiymətləndirmə xeyli zəifləyir. Hətta elə olur ki, insan söz 

üzərindəki nəzarəti tamamilə itirir və əslində özünü düşünmədən, bilmədən, 

fərqinə varmadan quru sözə, işarəyə  təslim edir. Sözün köləsinə çevrilir. 

Bəzən sözün anlaşılmazlığı ülfət və harmoniyanı pozur, işarənin naqisliyi, 

natamamlığı nifaq almasına çevrilir. Sadəlövh dünya modelində “əxlaq” və 

“tərbiyənin”, “mənəviyyatın” eksistensial mahiyyətlər kimi dərk olunduğu 

toplumlarda  əslində sadəcə olaraq özünü situasiyaya adekvat apara 

bilməyən, “yaxşı  tərbiyə olunmamış” mənasını verən “tərbiyəsiz” sözü 

“əxlaqsız”, “əxlaqsızlıq” mənasında dərk olunur, bəzən fəal müqavimətlə 

qarşılanır. Yanlış, subyektiv, qeyri-dəqiq və qeyri mütənasib qiymət və 

qiymətləndirmələrin konkret, müəyyənləşmiş, istiqamətlənmiş  həqiqət 

gücü kəsb etməsi üçün xeyli idraki-linqvistik mərhələlər, pillələr keçmək, 

yollar, məsafələr qət etmək lazım gəlir. Yəqin ki, gələcəkdə sürətlə inkişaf 

edən “milli pedaqogikamız” belə şeylərdən də bəhs edəcək, çətin anlaşılan, 

mübahisəli mətləblərin, hadisə və qiymətləndirmələrin izahına öz töhvəsini 

verəcək.  İrrasionallığın tədqiqini pedaqogikanın bir sahəsi kimi qəbul 

edəcək.  



 

 

 



196

Yeni, situativ sinonimlərin yaranması, cəsarətli işlənmələrin 

genişlənməsi söz-işarələrin mövcud semantik-praqmatik sərhədlərini 

dağıdır, dilə münasibətdə zorakılıq meyllərini artırır. Bu yaxınlarda  İsrail 

dövlətinin  60 illiyi münasibətilə Tel-Əvivdə  səfərdə olan kiçik Corc Buş 

tam məntiqsizlik məntiqi, ifrat qeyri-səlis mühakimə improvizasiyasında 

dedi: “Azad və demokratik Yaxın  Şərq uğrunda!” Fələstin dövlətinin 

varlığına nəhayət verən, milyonlarla insanları vətənsiz, evsiz-eşiksiz qoyan, 

əlinə silah götürüb qaçaq həyatı yaşamağa məhkum edən bir dövlətin 

başçısı regionda “azadlıq” və “demokratiyadan” danışır, barışması mümkün 

olmayan düşmən tərəflər arasında barışıq yaratmağa çalışır. Get-gedə 

çoxalan, radikallaşan dil faktları bunu deməyə  əsas verir ki, siyasi 

diskursda sinonim işlənmələr omonim işlənmələr qədər olmasa da, hər 

halda getdikcə daha geniş vüsət alır, çoxmənalılıqla mürəkkəbləşərək 

semantik sərhədlərin daha artıq yayılanlığına gətirib çıxarır. Corc Buşun 

təfsirində “azadlıq” əsarət sözünü, “demokratiya” isə əbədi məhkumluq və 

barışılmış tale sözlərinin semantik sərhədlərinə maksimal dərəcədə 

yaxınlaşır, daha doğrusu, onlarla üst-üstə düşür. Cənubi Osetiya və 

Abxaziya separatçılarına havadarlıq edən Rusiya prezidenti Gürcüstan 

ərazilərini zəbt etdikdən sonra belə bir bəyanatla çıxış etdi: “Rusiya tarixən 

Qafqaz xalqlarının təhlükəsizliyinin qarantıdır”.  

  Dərketmənin, deməli, həm də ifadəetmənin ifrat, azğın 

subyektivliyi xüsusilə böyük, qeyri-məhdud səlahiyyət və nüfuz sahibi olan 

dövlət başçılarında, siyasi xadim və ideoloqlarda, dünyanın, dünya 

baxışların mənzərəsini dəyişən aparıcı filosoflarda aşırı, idarəolunmaz, 

ramedilməz miqyaslar kəsb edir, cəmiyyətdə  və dildə valyuntarist, ifrat, 

iradi özbaşınalıq meyllərini alovlandırır. Gözlənilməz, açıq-aşkar səhv, 

zərərli mövqe və baxışların, təxmini mühakimə və fikirlərin müdriklik kimi 

qəbul olunması  tədricən insanlara sirayət edir, norma hüququ qazanır, 

zaman keçdikcə nümunə, örnək gücü kəsb etməklə  fəal ünsiyyət 

dövriyyəsinə daxil olur. Beyinlərə nüfuz edir. Yuxarıdakı nümunələr, daha 

doğrusu, antinümunələr, antifikirlər daha sadəcə olaraq eyni şeyləri 

müxtəlif cür adlandırma deyil, ən müxtəlif şeyləri cəsarətli situativ-müvazi 

dil vahidləri ilə eyni cür adlandırma, işarəetmə örnəkləridir, klassik yalan 

innovasiyalarıdır.   


 

 

 



197

 Sözlərin, adlandırmaların qeyri-səlisliyi fikirlərin, təkliflərin, 

mülahizə  və mühakimələrin yayğınlıq və yayılanlığı, nisbi tamlıq statusu 

ilə yeni bir səviyyəyyə qalxır, rəngarəng, çoxşaxəli modal və emosional 

çalarlarla artan çoxluqlar müstəvisinə daxil olur. (Bu fikir həqiqətə uyğun 

deyil – Bu fikir həqiqəti  əks etdirmir, – Bu fikri həqiqi (doğru bir fikir 

hesab etmək mümkün deyildir (qeyri-mümkündür) – Bu fikir həqiqətdən 

uzaq bir fikirdir – Bu fikrin həqiqətlə heç bir əlaqəsi yoxdur – Bu fikrin 

həqiqətlə  zərrə  qədər də  əlaqəsi yoxdur – Bu fikrin həqiqətlə  əsla  əlaqəsi 

yoxdur – Bu fikrin həqiqətlə  qətiyyən  əlaqəsi yoxdur – Bu fikir heç vaxt 

həqiqi/doğru bir fikir kimi qiymətləndirilə bilməz – Bu fikir qeyri-həqiqi 

bir fikirdir – Bu fikir həqiqi olmayan bir fikirdir – Bu fikir tamamilə 

yalan/yanlış bir fikirdir – Bu fikrin başdan-başa yalan (və saxta) bir fikir 




Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə