Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

sistemini tənzim etməyə yönəlmiş  əslində texniki anlayışları bütövlükdə 


 

 

 



289

əxlaqi-mənəvi dəyərlərə tam şəkildə, ifrat halında aid etmək bütövlükdə 

bəşəri müvazinəti, həyat təməlini sarsıtmaq deməkdir və bu məqamda 

"mentaliteti",  şərq-qərb mədəniyyətinin özəlliklərini,  şəxsi başlanğıcı  əsas 

gətirmək yalan, aıdanış  və yanılmalar doğurmaqdan başqa bir sonuc vəd 

etmir. Bu güb qərb öz texnologiyası, şərq müsəlman dünyası isə əxlaqı ilə 

güclüdür və qarşıda duran ən ümdə  vəzifə bu iki gücü birləşdirməkdir. 

Qarşıdurma davam edərsə, bu savaşda mütləq inam və  əks-təsirin 

doğurduğu fanatizm ilə əxlaqın qalib gələcəyinə heç bir şübhə ola bilməz. 

Bu gün qərbdə ciddi demoqratik problemlərin yaranması, dövlətin, 

dövlətçiliyin, millətin və millətçiliyin əsası olan ailənin içəridən dağılması 

fərdlərarası və dövlətlərarası ünsiyyətdə inamın, əxlaqa əsaslanan etimadın 

zəifləməsi deyilənlərə canlı sübutdur. Dünyada, təbiətdə  hər  şeyi nisbi, 

azadlıq və  sərbəstliyi isə az qala mütləq anlayışlar kimi qavrayan qərb 

düşüncəsi artıq cəmiyyətin idarə olunması, yönəldilməsi ilə bağlı böyük 

çətinliklərlə üzləşir. Bu böhran, qeyd edildiyi kimi, dövlətlərarası, 

dinlərarası  və  mədəniyyətlərarası    münasibətlərdə  də  əks olunur. Ən 

müqəddəs və pozulmaz əxlaqı-insani dəyərlərin üstündən adlayan qərb 

insanı, o cümlədən qərb siyasətçisi üçün hər şey adiləşir, ölçülər, meyarlar 

yayğınlaşır, ifrat azadlıq, sərbəstlik illuziyaları, düşüncələri, idrakı iflic 

edir.  Əgər tarixdə olmuş  və ya olmamış bir hadisə ilə  əlaqədar Amerika 

konqresində 23 nəfər nəyinsə  əleyhinə, 22 nəfər isə lehinə  səs verirsə, 

tarixin gedişi də  dərhal “dəyişir” - yalan həqiqət, həqiqət yalan olur. Dil 

işarələri ilə gerçəkləşdirilən “fakt” gerçək tarixə üstün gəlir. Faktlarla, 

gerçəkliklərlə  sərbət rəftar, davranış  və  hərəkətlərin, qəbul olunmuş 

qərarların məsuliyyətini azaldır, heçə endirir. Dövlətlərarası, fərdlərarası 

münasibətlərin qiymətləndirilməsində ikili standartlar düşüncəsi az qala 

normaya çevrilməkdədir. İkili standartlar – dəqiq olmayan, zorakı linquistik 

qiymətləndirmələr, ixtiyarı, qeyri-dəqiq çoxluqlar hasil edir. Siyasətdə 

rəsmən qəbul olunmuş "ikili standartlar" normativi həqiqətin, mənəviyyatın 

böhranını  əks etdirir. Eyni və oxşar hadisələrə  ən müxtəlif qiymətlərin 

verilməsi, bu cümlədən onların fərqli linquistik qiymətlərlərdə  təqdim 

edilməsi adi bir hala çevrilmişdir.  

2002-ci ildə  şahzadə Diana ərəb milyonçusunun oğlu Dodi ilə 

avtomobil qəzasında həlak olarkən ingilis qazetləri bu hadisədən qürur 


 

 

 



290

duyurmuş kimi yazmışdılar: "Şahzadə Diana öz xoşbəxtliyini axtarakən 

faciəli surətdə həlak oldu.” Əslində isə bu əməlin Şərqdə hamıya bəlli olan 

bircə adı var. Qəribədir ki, Avropa ingilis taxt-tacının rəmzi olan gözəl 

Diananın hərəkətindən vəcdə  gəldiyi halda bütün Şərq  ərəb oğlu Dodinin 

əxlaqından narahat olmuş kimi görünürdü. Sonradan bəlli oldu ki, bir 

kraliça üçün “yüngülxasiyyətli”  ərəb kişisi ilə görüşmək qəbahətindən 

əvvəl Fransa prezidenti ilə oturub-durmaq fəziləti və xeyriyyəçiliyi də 

varmış !.. Söhbət ayrı-ayrı  fərdlərin  şəxsi hayatına aid məsələlərdən və 

bunun məsuliyyətindən deyil, əslində elə buradan nəşət edən cəmiyyətin, 

toplumun  əxlaq və  mənəviyyata, o cümlədən dilə, işarə  dəyərlərinə 

münasibətdən gedir. Bir azərbaycanlı üçün azərbaycanlı qadının, hətta öz 

dindaşına olsa belə qeyri-millətdən olan bir şəxslə oturub-durması, hətta 

ona ərə getməsi heç vaxt qürur mənbəyinə çevrilməz. Fakt  baş tutduqda, 

situasiya çıxılmaz reallığa dönüşdükdə isə yumşaldıcı-etik evfemizmlər işə 

düşər, gerçəkliyə təmkinli-meliorativ münasibət üstün gələr. Bir çox başqa 

xalqlarda, mədəniyyətlərdə bunun başqa təzahürləri də var. Mümkün 

olduqca hər kəsi türklərə qarşı qaldırmağı, müttəfiqə çevirməyi hədəfləyən 

ermənilər olanları da şişirdir, erməni qızlarını dünyanın  ən məşhur 

adamlarına “ərə verirlər”. Beləcə çoxlu xəyali qohumluqlar meydana gəlir, 

olan və olmayan faktlar və hadisələr barədə  şaiələr yayılır, suvorovların, 

kutusovların, qarbaçovların arvadları və ya aşnaları, anaları bir anın içində, 

bir göz qırpımında tarixlərin min illiklərini adlayaraq erməniləşir. Tədriclə 

düşünülmüş saxta reallıqlar  əsil reallıqlara çevrilir və onları da arxada 

buraxır. Bu mentallıq bəzi məqamlarda dilin evfemizlərə, yumşaq 

adlandırma və örtülü, qapalı  təsvirlərə olan marağını azaldır, onu bir çox 

daxili güclərdən, tabuları  dəf etmək səfərbərliyindən azad edir. Əxlaqi və 

sosial-siyasi anlayışlar arasındakı sərhədlər getdikcə daha çox qeyri-dəqiq, 

yayılan xarakter alır.  İndiki ölçülərlə yanaşdıqda mənəvi-əxlaqi dəyərlər 

müasir dünyada və dünya qavrayışında bir zəiflik, gerilik əlaməti kimi dərk 

olunur. Həmin vəziyyət həqiqət, düzlük və obyektivlik illuziyaları ilə 

yaşayan xalqları,  əxlaqa, mənəviyyata dəyər verməyi hər  şeydən üstün 

tutan ayrı-ayrı fərdləri, toplumları çətinliklərlə üz-üzə qoyur. 

Dövlətlərin, ideologiyaların çökməsi ilə yalanların cəmiyyətə 

vurduğu yaralar tamamilə sağalıb unudulmur, yalan ritorikası öz təsirini, 


 

 

 



291

immunitetini uzun müddət qoruyub saxlayır. Çoxlu kinayə-perifarzlar 

doğursa da, ciddiliyini itirmir, vasitəli ifadə üsullarının çoxölçülüyünü, 

çoxşaxəliliyini təmin edir. Sovet dövründə bütün işlərin əla getməsi, dövlət 

planlarının "tamamilə  və artıqlaması" ilə yerinə yetirilməsi görüntüsü 

yaratmaq, bütöv şişirtmə mexanizmlərini reallaşdırmağın dil versiyalarının, 

evfemistik variantlarının yaranması buna misal ola bilər. Bütün tələbələrə 

qiymət yazdırmaq mexanizmi olan “mənimsəmə faizi" ən müxtılif perifaz 

üsulları, sosial nəzakət qaydaları  və  hər növ yanlış mühakimələrlə ört-

basdır edilirdi. İnsanları çaşdırmaq üçün qəsdən yanlış, qüsurlu 

müqayisələr, bənzətmələr işə salınırdı. “Bu necə müəllimdir ki, qrupda 

oxuyan 10 nəfər tələbən 4-ü qiymət ala bilmir?” “Sirkdə ayılara  təlim verib 

öyrədirlər, necə olur ki, sən beş  tələbəni öyrədə bilmirsən.” Nəzərə 

almırdılar ki, sirkdəki ayıların heç birinin adamı, himayədarı olmur. (Bir 

çox ali məktəblərdə belə hallar, stereotiplər hələ  də davam edir.) Gənc 

kadrlara iş yeri təklif olunmayanda, yüzlərlə, minlərlə  gənc mütəxəssis 

taleyin ixtiyarına buraxılanda onlara sadəcə olaraq "azad təyinat" verilirdi. 

Onların heç vaxt göndərilməyəcəyi iş yeri sadəcə olaraq virtual "azad 

təyinat" alternativ nominasiyası ilə qeydləşirdi. Azərbaycanın iqtisadi 

inkişafının "pripiska"mərhələsində  N.  S.  Xruşşovun, sonra isə L. İ. 

Brejnevin Azərbaycana səfərləri münasibətilə yeni, açıq-aşkar qeyri-real 

"öhdəliklər" qəbul olunurdu. Birinci katiblər rayonlara, kəndlərə gedərkən 

qoyunların qoca gəlmək həvəsi birə-min artırdı, ən soyuq və yağışlı payız 

havasında belə pambıq qozaları "ruh yüksəkliyindən" şaqqhaşaqq partlayıb 

açılırdı. Hələ bu harasıdır! Qoca diktatorların səhhəti tibb elminin bütün 

qayda və prinsiplərini vurub dağıdırdı. Onların səhhətində tamam-kamal 

heç bir problem olmurdu. İşləməkdən, zəhmətdən yorulmuşlar tez-tez 

"layiq olduqları istirahətə  çıxırdılar." Amma nədənsə  ən cavan və sağlam 

Siyasi Büro üzvləri (məsələn, Şelepin, Kulakov kimi) və bir çox başqaları 

səhhəti ilə bağlı olaraq pensiyaya göndərilirdi və ya "öz xahişi" ilə  işdən 

azad edilirdi. Həmin şər və qəddarlıq ənənəsi təəssüf ki, bu gün də davam 

edir. Sonrakı zaman və  əyyamlarda "müalicəyə  fəal reaksiya vermək", 

"dərmanların effektiv təsir" mərhələsi başlandı. Mao, Kim İr Sen kimi 

Qoca diktatorlar bir qayda olaraq yüksək həssaslıqla "müalicəyə müsbət 

reaksiya verirdi”, bütün dərmanlar danışıqsız effektiv təsir göstərirdi. 


 

 

 



292

Yeltsinin bədəninin qeyri-adi dərəcədə möhkəmliyi isə tibb elmini tamam 

alt-üst edirdi, təbabətin və  təbiətin qanunlarını bir çürük qoza döndərirdi. 

Elə onun öz dəyərinə qədər aşağı salırdı. 

Totalitar düşüncə  və  əxlaq bütün səviyyələrdə  və  təsir, fəaliyyət 

məkanlarında növbənöv özbaşınalıq və zorakılıqlar, o cümlədən verbal 

zorakılıqlar törədir. Xruşşov əyyamında nüvə başlıqları, atom silahı ilə dolu 

sualtı qayıqlar Kuba sahillərinə yan alarkən bu aksiya açıq təcavüzkarlıq, 

Amerikanın milli təhlükəsizliyini hədələmək, bəşəriyyəti yeni dünya 

müharibəsi ilə üz-üzə qoymaq yox, sadəcə olaraq gizli bir təhdid və fərəhlə 

"qardaşlıq köməyi" idi. (Böyüklərin, dilbilməzlərin dilində də dil elə hesab 

kimidir, birini yazıb birini yadda saxlamaq olur). Sonralar belə özbaşına, 

məsuliyyətsiz "qardaşlıq köməyi" Çexoslavakiya, Macarıstan və Polşaya da 

göstərildi. Sovet ordusu "əfqan xalqının xahişi ilə” Əfqanıstana – Tərakini 

boğmağa göndərildi. 20 Yanvar Bakıya qisasçı erməni-rus birləşmələri 

yeridilərkən və heç vaxt "xahişi yerə düşməyən" sovet xalqı-

azərbaycanlılar, ruslar, yəhudilər, tatarlar qanlarına qəltan edilərkən 

Qarbaçov sadəcə olaraq azadlıq istəyən insanları susdurmaq, "dövlət 

çevrilişinin" qarşısını almaq üçün Azərbaycan Kommunist Partiyasının 

müraciətini, xahiçini yerinə yetirmişdi. Sovet İttifaqı dağılarkən bu prosesi 

sürətləndirmək üçün belə xahişlər, sifarişlər Alma-Atadan, Vilnüsdən, 

Tibilisidən və  İrəvandan da gəldi. Ümumiyyətlə gücə, zora əsaslanan 

totalitar rejimlərdə "xahiş", "müraciət", "zəhmətkeşlərin xahişi ilə", “xalqın 

tələbi ilə” kimi söz və ifadələrdən yersiz istifadə olunmasında  şübhəli bir 

simptom var. Anar "Molla Nəsrəddin"də zəhmətkeşləri bəlkə elə buna görə 

"zəhləmgetmişlər" adlandırır. Hər şeyi bir anda vurub-dağıdan, məhv edən 

minlərlə, millionlarla insanları qardaş  qəbirlərinə dolduran qaniçən 

diktatorlar və onların törəmələri, tör-töküntüləri həlledici anlarda "xalqın 

iradəsini", zəhmətkeşlərin xahişini, arzusunu can-başla yerinə yetirir. Daha 

doğrusu, xalqı "xalqın öz xahişi ilə" susdururlar. Və bunların hamısını 

"xalq naminə", "dövlətin təhlükəsizliyi" xatirinə edirlər. Sonralar keçmiş 

Sovet  İttifaqının idarəetmə  təcrübəsindən geninə-boluna yararlanan 

müstəqil dövlətlərdə əl-qolu açılmış balaca diktatorlar guya hər işdə xalqa, 

zəhmətkeşlərə arxalanma instinktindən, xahiş  və minnət “siyasətindən” 

ustalıqla istifadə etdilər. Zəhmətkeşlərin "təkidli xahişilə" fövqəladə 


 

 

 



293

vəziyyətlər elan olundu, "xalqın çoxsaylı müraciətlərinə" cavab olaraq 

müxalifət liderlərinə divan tutuldu. Vətəndaş müharibələri törədildi. 

“Zəhmətkeşlərin istirahətini pozmamaq", "başqalarının da istirahət 

hüququna hörmət etmək" üçün mitinqlər, küçə nümayişləri qadağan 

olundu. Görkəmli ziyalıların, elm və  sənət adamlarının, çoxsaylı 

zəhmətkeşlərin və "sadə xalqın" dəvəti ilə hakimiyyətə qayıdanlar-keçmiş 

kommunustlər bir bolşevik həssaslığı  və fürsətcilliyi ilə xalqa, 

zəhmətkeşlərə xidmət etməyin hər cür nümunəsini göstərdilər. Sonralar 

islahat, yenilik, yeni dövlətçilik adına "dilini saxlamayan" ən görkəmli 

mütəxəssisləri sıradan çıxarmaqdan, hörmətdən salmaqdan çəkinmədilər. 

Ustalıqla hər mərhələnin, hər yeni məqsəd və  vəzifənin səmərəli 

linquistikasını kəşf etdilər. 

Beləliklə, dərketmənin subyektivliyi, dil işarələrinin, insanların 

istifadə etdikləri linquistik qiymət və qiymətləndirmə normalarının qeyri-

sabitliyi, yayğınlıq və qeyri-dəqiqliyi bir çox yanılmalarımızın mənbəyi 

olmaqla bərabər, həm də  hərəkət və davranışlarımıza fəal  şəkildə  təsir 

göstəririk ki, burada da paralel nominasiyalar, vasitəli-təsviri çoxluqlar 

özünəməxsus yer tutur. 

Cəmiyyət, ideologiya və növbənöv dövlətlər inkişaf edib 

möhkəmləndikcə, liderlər dəyişdikcə dövrün özünə, konkret məqsədlərə 

uyğun açar, daha doğrusu, kilid – müəyyən bir dövr üçün kilidlənmiş sözlər 

ortaya atılır. Ayrı-ayrı  şəxslərə, anlayışlara pərəstiş  əslində sözə 

pərəstişdən, yalançı simvollara pərəstişdən başlayır. Yalana, 

yarımhəqiqətlərə  pərəstişdən başlayır. Belə sözlər, işarələr tədricən 

ünsiyyətdə semantik-praqmatik üstünlüklər  əldə edir, ayrıca linquistik 

səlahiyyətlər, imtiyazlar qazanır. İnsanlar zaman keçdikcə konkret şəxsləri, 

hadisə və faktları bir tərəfə qoyaraq, əslində onları unudaraq cansız sözlərə, 

işarə-obrazlara biət edirlər, onlarla "haqq-hesab" aparırlar. Bəzən elə bir 

şərait yarana bilir ki, hər kəs öz tərəfdaşlarının, hər bir mətbuat orqanı öz 

partiyasının yalanlarını yaymaq, bir qədər keçəndən sonra üzə  çıxarılması 

mümkün olmayan gerçəklərini ört-basdır etmək, nöqsanlarını malalamaqla 

məşğul olur. Beləliklə, cəmiyyət daha çox sözün, söz yalanlarının girovuna 

düşür. Bəzən isə  həmin məqsədlə çoxdan dəfn olunmuş söz-mumiyalar 

yeni formada həyata qayıdır, dirçəlib cana gəlir. Köhnə anlayışlar yenidən, 


 

 

 



294

yeni formada və  formatda baş qaldırır, söz-kabuslar qorxulu və qorxunc bir 

şəkil alır. Söz ilk növbədə vahimə alətinə dönüşür, psixologi silaha çevrilir. 

Bunlar da kifayət etmədikdə dilin daxilən genişlənməsi, fikri, məqsədi 

yayındırmaq, mətləbi dumanlandırmaq üçün mümkün məcaz və ibarə 

ehtiyatlarını səfərbər etmək ehtiyacı qaçılmaz hala gəlir. Dilin yaradıcılıq, 

törədicilik imkanlarından sui-istifadə halları güclənir. Kimyəvi 

birləşmələrdən fərqli olaraq ixtiyari doza və  həcmlərdə birləşə bilən dildə 

heç bir partlayış effekti baş vermir. Biz azərbaycanlılar bu laqeydliyi, 

"qeyri-ixtiyariliyi", "dünya dağılmır ki" formulu ilə ifadə edirik. Səddam 

Hüseyn, Hafiz Əsəd, Saparmurad Niyazov və ötən  əsrin bir çox son 

diktatorlarının zorən öz həmvətənləri tərəfindən yenidən "xalqın atası", 

"xalqın parlaq günəşi", "vətən oğlu", "əbədi rəhbər", "bəşəriyyətə  gərək 

olan dahi şəxsiyyət", "xalqın övladlığından xalqın atası səviyyəsinə qalxan 

rəhbər" və s. kimi adlandırılması buna əyani misaldır. Hətta mövcudluq 

uğrunda mübarizənin bir nəfəri tərifləmək qədər asanlaşdığı dövrlərdə 

ölkənin, dövlətin bu bir nəfərin adı ilə adlandırılması kimi ilginc təkliflər 

baş qaldırır: Saparmurad Niyazov adına Türkmənistan, Fidel Kastro adına  

Kuba və s. Mədhiyyəçilik, "əsrin presidenti", "əsrlərin presidenti", "iki 

əsrin presidenti" “dəyişməz lider” kimi hiyləgər, bic perifraz yaradıcılığı 

baş alıb gedir. Bəşər  Əsəd kimi gənc diktatorların, "qanuni-demokratik " 

monarxistlərin  "ən layiqli davamçı", "siyası varis", "presidentin layiqli 

davamçısı", "yeganə namizəd" kimi siyasi romantika və tərənnüm üsulları 

normal, dialektik dərketməyə mane olur. Dil nə  qədər böyük və 

əvəzedilməz olsa da, bir insanı tərifləməyə, mədiyyəçiliyə yönəldikdə onun 

imkanları maksimal dərəcədə daralır, gerçəkliyi, makro və mikrodünyaları 

təsvir və dərk etməyə  yönəldikdə isə bütün "varlıq evini" əhatə edir, geniş 

qol-budaq atır. Azad insanlarla bərabər böyüyür, içəridən genişlənir. 

  Unutmayaq ki, üstün səciyyələndirmələr,  əlavə-alternativ qiymət 

çoxluqları dünya tərəfindən qəbul olunmuş demokratik ölkələrdə də özünə 

geniş yer alır. Fərq burasındadır ki, birincilərdə belə ifadə şəkilləri ayrı-ayrı 

üfürülüb-şişirdilmiş, öz təbiiliyindən çıxarılmış  şəxsiyyət-bütlərin, 

ikincilərdə isə ümumən rəmzləşmiş dövlətin, xalqın,  əsl intellektual və 

sənət adamlarının, sonda və ilk növbədə dövləti öz çiyinlərində irəli aparan 

sadə  vətandaşın iradə  və obrazını  təmsil edir. Belə olduqda dil də öz 


 

 

 



295

təbiiliyinə qayıdar, şüurun xarici və daxili mənbələri genişlənər, dərk edən, 

düşünən insanların sayı  qədər artar. Bu gün belə anlayışlar, 

superməfhumlar Amerikada cəmiyyəti irəli aparan "Amerika xalqı", 

Avropada isə ümumiləşmiş, simvollaşmış "Avropa dəyərləri" anlayışlarıdır. 

Amerika Birləşmiş  Ştatları, özünü demokratiyanın beşiyi adlandıran 

dövlətlər xalqın, qabaqcıl texnologiya və mədəniyyətin, tərəqqinin adından 

hökm etmək haqqına və  səlahiyyətinə sahibdir. Bu artıq güc və zor, 

zorakılıq kimi qəbul olunmaz, insanlar  tərəfindən könüllü qəbul olunmaq, 

öyrənilmək və sevilmək, təqdir olunmaq həqiqəti (və illuziyası !)yaradar. 

Təbii olaraq yaradar. Hər şey səmimi, doğal  olanda dil də öz təbii həyatını 

yaşayır. Amerika xalqının yaratdığı firəvanlığa qovuşmaq, orada olduğu 

nümunə ilə insan haqlarını qorumaq, seçki keçirmək, yaxud Avropaya 

inteqrasiya etmək, "Avropa standartlarını" qəbul etmək çağırışlarında 

qıcıqlandırıcı, qeyri-təbii heç nə olmamalıdır. Təsadüfi deyil ki, həmin 

dövlətlər öz siyasətlərini daha uyar-yatımlı, yumşaq dil vasitələri ilə, xəfif 

təhrik sözləri ilə  həyata keçirməyə  səy göstərirlər: beynəlxalq qanunlar, 

insan hüquqları, söz azadlığı, sosial ədalət, antiterror koalisiyası, terrora 

qarşı mübarizə, beynəlxalq təhlükəsizlik, nüvə silahlarının yayılmaması, 

məsələnin sülh yolu ilə  həlli, güc işlətməmək siyasəti və s. Lakin bunlar 

məsələnin yalnız zahiri tərəfi, aysberqin görünən yerləridir. Xarici siyasət, 

başqa xalqlara, dövlətlərə münasibət, bu münasibətin özünə yanaşmalar 

bam-başqadır. Diqqətlə  nəzər salsaq görərik ki, əsil həqiqətdə dünyanın 

idarə olunmasının məntiqi, hakimiyyət, zor iradəsi dəyişməz qalır. Gücün 

psixologiyası, əbədi və əzəli məqsədlər, dağıdıcı instinktlər, ehtiraslar yeni, 

təkmilləşdirilmiş linquistik standartlarda, dil stereotiplərində reallaşdırılır.  

Böyük dövlətlər zəifləri, kiçik dövlətləri rahat yaşamağa qoymur, 

lokal müharibələr, konfliktlər törədir, sonra isə "sivil qaydada" bu 

konfliktləri həll etməyin yollarını arayırlar. Həmin məqsədlə BMT-lər, 

ATƏT-lər, "Avropa Birlikləri", "Avropa Şuraları", parlamentləri yaradırlar.  

Böyük dövlətlər öz maraq və "həyati mənafe sahələrinə" uyğun 

sözdə demokratiyanı dəstəkləyər, üzdə isə özlərinə sərf edən "sakit" dövlət 

çevrilişlərinin üstündən sükutla keçər. Və ya özləri onları  əlaltından 

dəstəkləyər, maliyyələşdirər.  



 

 

 



296

Böyük dövlətlər öz hərbi qüdrətinin, nüvə arsenalının durmadan 

təkmilləşməsinə milyard dollarlar xərcləyər, digər dövlətlərə isə 

"təhlükəsizlik naminə" nəinki nüvə silahı hazırlamağa icazə verməz, hətta 

hər cür nüvə tədqiqatlarını da qadağan edər.  

Böyük dövlətlər sözdə  "ərazi bütövlüyünü", "dövlətlərin  

suverenliyini" müdafiə edər, "separatçılığ"a qarşı mübarizə elan edər, 

arxada isə separatçılara kömək göstərər, özləri terror düşərgələri yaradıb 

terrorçulardan istifadə edər, "müstəqillik referendumlarının" keçirilməsinə 

göz yumar, hətta onları müdafiə edər, sözdə ona qarşı olsalar da, əslində bu 

referendumların, hər növ seçkilərin nəticələrini tanıyar və  həvəslə çeşidli 

şərhlər düşünüb tapar.  

Böyük dövlətlər iki tərəf arasına nifaq salar, sonra isə  tərəfləri 

barışdırmaq üçün öz vasitəçiliyini təklif edər, gizlində, ya aşkarda onların 

birinə,  ən ağıllıları isə    hər ikisinə kömək edər, öz maraqları  təmin 

olunmayınca onların heç birindən əl çəkməz. Çox vaxt özləri isə qarışmaz, 

dərhal silaha əl atmaz.  

Böyük dövlətlər bir "təhlükəsizlik zonası" yaratmaq  üçün kiçik 

dövlətləri bir-birinə  və ya başqa bir böyük dövlətə qarşı qaldırar, 

koalisiyaya, müttəfiqliyə girər, vəziyyət kəskinləşincə  hərə öz "həyatı 

mənafe zonasına" çəkilər, yeni fitnələr düşünmək üçün fasilə verərlər. 

Böyük dövlətlər, onların böyük yazıçıları, alimləri, bəstəkarları, din 

xadimləri humanizmdən, insanpərvərlikdən, dini-mənəvi dəyərlərdən, əxlaq 

və  mənəviyyatdan, tolerantlıqdan, dözümdən dəm vurar, lakin başqa 

xalqları, mədəniyyətləri, başqa dinə tapınan insanları asanlıqla tapdayar, 

bunu pərdələmək üçün müxtəlif bəhanələr, dil-üslub hiylələri axtarıb tapar 

və s. və s.  

Bu sadalananlar böyük siyasətin, qlobal yalanların yalnız kiçik bir 

siyahısıdır. Sintaksis, mürəkkəb çoxluqlar siyasi-ideologi mövqelərə,  

münasibətlərə xeyli laqeyd olduğu üçün dil yalanları daha çox sözün 

cövhərinə, leksik semantikaya nüfuz edər. Hər iki akta – həm referesiya, 

həm  də predikasiya aktına daxil olar. Yadınızdadır ki, ABŞ presidenti İraqı 

bombalayandan, İraq vətəndaşlarını kütləvi şəkildə qətlə yetirəndən və hər 

halda müstəqil dövlətin başçısını zor gücünə devirəndən, terrora və 



 

 

 



297

terrorçuluğa yaşıl işıq yandırandan  sonra rahatlıqla dedi: "Amerika özünü 

heç vaxt indiki kimi təhlükəsiz hiss etməmişdir." 

 Tarixi təcrübə göstərir ki, həqiqət iradəsi-insan nəfsi, insan qüruru 

və iddiaları qarşısında duruş  gətirə bilmir. Həqiqət pafosu nə  qədər 

cəlbedici olsa da, hər şeydən öncə bioloji varlıq olan insan qlobal və ya adi 

lokal situasiyalarda həqiqət üzərində inhisar hüququ əldə edərkən, doğru və 

yalanın,  düz və  əyrinin sərhədlərini təyin etmək təşəbbüsünü öz əlinə 

keçirərkən subyektivlik, mənəmlik duyğusu, labüd olaraq əsas, 

hərəkətverici motivə çevrilir. Gerçəkliyi, real vəziyyəti öz xeyrinə  və 

partiya, qrup mənafeinə uyğun  şəkildə  dəyişməyə, reallığı  təshih etməyə 

cəhd göstərir. İnsan  kollektiv və fərdi şüursuzluğun bir-birinə qarışan toz-

dumanı içərisində ilk növbədə özünü, öz məqsədlərini görür, reallıq 

duyğusunu, mənəvi müvazinəti istər-istəməz itirir. Şəxsiyyətin ramedilməz, 

dəfedilməz eqoizmi, qarşısıalınmaz güc və ifrat azadlıq duyğusu insanı öz 

ilkin təbiətinə qaytarır, münbit şəraitdə eqosentrik anlam və düşüncə 

stereotipləri aşırı millətçilik, şovinizm və yeganəlik iddiaları ilə birləşdikdə, 

bu təhdid, bu aqressiya daha geniş miqyaslar alır, özünü reallaşdırmaq üçün 

fürsət,məqam axtarır. Fiziki-bioloji mahiyyəti etbarilə dağıdıcı, məhvedici 

potensiala malik olan insana, bir fərdə  həddindən artıq sərbəstliyin 

verilməsi həmin dağıdıcı  mənfi enerjinin qarşısını açır, özbaşınalığın, 

destruktivizmin maksimum istismara buraxılmasına gətirib çıxarır ki, buna 

heç cür yol vermək olmaz. Yaxın keçmişə aid ümumbəşəri fəlakətlər bunun 

barız nümunəsidir. Diktatorlar, fatehlər nə qədər arxayınlaşsalar da, adətən 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin