Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

zəfərlər, asan , şən qələbələr bir-birinin ardınca düzüldükcə açıq işğalçılıq 

müharibələri, gizli-xəlvəti işğallar, gül müharibələri ilə (Blumenkrieg-

Avstriya və Danimarkanın işğalı)  əvəzləndikcə dil aqressiyası daha da 

şiddətlənirdi, qladiator bağırtıları daha gur eşidilirdi. Dinc əhaliyə 

münasibətdə  aşkar zorakılıq, hədə-hərbə, təhdid psixologiyası açıq 

müstəviyə keçirdi. Heç kəsi və heç nəyi saymayan, arxayınlaşmamış, haqlı 

olduqlarına və görünür son qələbələrinə tam inam, yəqinlik hasil etmiş 

faşistlər daha vasitəli-dolayı ifadə formaları-evfemizmlərə,dil bəhanələrinə 

ehtiyac hiss etmirdilər. həm daxili, həm də xarici siyasətdə semantik 

kakofemizmlərdən, hətta siyasi arqodan istıdikləri kimi istifadə etməkdən 

çəkinmirdilər. Siyasət kimi dil də getdikcə radikallaşırdı, sərtləşirdi. 

Xarakterə çevrilirdi.  

 Endlösung, yəni "məsələnin qəti həlli", son "çarə", son tədbir elə 

"Vernichtung" mənası  qədər hüdudlanmışdı. "Vernichtung"sözü inkarla, 

rədd düşüncəsi ilə birləşib, aşkar-eksplisit "məhvetmə" anlamına müvafiq 

və  tən gəlir. Ausrotten, angreifen, ausmerzen, vernichten,zerstören, 

zertrümmern kimi amansız, emosional-iradi performativlər qəzetləri, efiri 

tutmuşdu, işğal etmişdi (bu da əslində bir təhdid, işgəncə faktı idi). Mövcud 

siyasətlə, gerçək vərdişlə barışmayanlar, müqavimət, hətta verbal 

müqavimət göstərənlər nə az, nə çox "artvergessene Kreaturen" idilər, 

ondan başqa bir şey deyildilər. Artvergessene Kreaturen, yəni "öz 

növündən" xəbərsiz həşəratlar. Amma Hitler "öz" bioloji növünün tam 

fərqində  və fövqündə idi. O vaxtkı peşəkar yaltaqların, mədhiyyəçilərin- 

indi torpağa dönmüş  əsil həşəratların sevgi ilə “xalq kansleri” 

(Volkskanzler) kimi öydükləri adolf Hitler xalqı  məsxərəyə qoymağı çox 

xoşlayırdı. “Xalq kansleri” – keçmiş yefreytor xalqla əylənirdi, 

məzələnirdi. Təbii olaraq şəxsiyyətini, mənliyini itirmiş adamlara 

yuxarıdan baxırdı. Çünki o, kinayənin, rişxəndin, öldürücü yumorun da 


 

 

 



316

güc, zorakılıq faktoru olduğunun fərqində idi, insanları ruhi-mənəvi 

cəhətdən tərksilah etdiyini, əzdiyini bilirdi və  əsil diktator kimi bundan 

sövq alırdı. Yəhudilərin hamılıqla, istisna bilmədən, anlamadan kütləvi 

şəkildə  qətlə yetirilməsi, hərbi düşərgələrə doldurularaq məhv edilməsi - 

"irqi-biologi" əlamətinə görə “dəyərsiz elementlərin” kökündən çıxarılması, 

"qətliamı"  şəklində ifadə edilirdi. ("Ausmerzung aller rassenbiologisch 

minderwertigen Elemente") Bu, istisnasız olaraq bütün ali irq 

mənsublarından, arilərdən tələb olunurdu, onların  şərəf ölçüsü, ləyaqəti 

kimi qiymətləndirilirdi. ("Meine Treue ist meine Ehre" - "Mənim sədaqətim 

mənim  şərəfimdir". Bu aldadıcı, cinayətkar  şüarı biz əvvəllər də 

xatırlatmışdıq. Siyasi opponentlərin isə tamamilə sıradan çıxarılması, "hər 

hansı bir islaholunmaz siyasi rəqabətin radikal surətdə zərərsizləşdirilməsi" 

(die radikale Beseitigung jeder unverbesserlichen politischen Gegnerschaft) 

günün, anın təxirəsalınmaz tələbi, siyasi-ideoloji imperativi idi.  

Azı 3 min illik səltənətin, reyxin yarandığını düşünən Adolf Hitlerin 

nəzərində  və onun üçün, onun şəxsi həqiqətlər, gerçəklər konsepsiyasında 

"Xalqların  ərazi və torpaq uğrunda mübarizəsi təbiətin qanunu idi.("Der 

Kampf der Völker um Raum und Boden ist ein Naturgesetz.) Deməli, 

insanları qırmaq, zorla başqa yerlərə köçürmək, məskənsizləşdirmək, təbiət, 

yaşam qanunauyğynluğudur. Məsələn, yemək, içmək, öz təbii-bioloji 

ehtiyaclarını istənilən vasitələrlə ödəmək kimi təbii bir ehtiyacdır. Həm də 

vazkeçilməz bir ehtiyacdır. Qaçılmaz, yolverilən bir ehtiyacdır.Buna görə 

də qəbulolunandır və güclünün buna haqqı var! Heç kəs öz yerini könüllü 

olaraq başqasına vermir, öz məskənini tərk etmir. 

Milli yeganəlik,  şovinist təbliğat eyforiyasında böyük psixoloji 

təzyiq və  təlqin gücünə malik olan sözlərin təsirinə, sehrinə düşməmək 

mümkün deyildi. Hər gün, hər saat sadə alman bürgerinin başı üzərinə 

"Reich" (reyx), Nation, deutsche Nation (millət, alman milləti), 

"Deutschtum" ("alman ideologiyası", almançılıq), "Herrenrasse" ("ali irq"), 

digər yandan da "Volksfeind" ("xalq düşməni"), Yudentum (yəhudilik, 

semitizm), Weltverschwörung (almanlara qarşı ümumdünya sui-qəsdi), 

Novemberverbrecher (noyabr caniləri) kimi sözlərin, necə deyərlər,  

Niaqara şəlaləsi tökülürdü. Tez-tez dəyişən isti-soyuq su effekti doğururdu. 

İnsanları, hətta o qədər də ağılsız olmayan insanları, kifayət qədər normal 


 

 

 



317

insanları, nəfəs çəkməyə,sərbəst düşünməyə, müstəqil qərar qəbul etməyə 

qoymurdu. Şüurları zorlayırdı, ürək vurğularını dəyişirdi, hər şeydən həssas 

olan millətçiliyi, alman şovinizmini oyadan, aramsız olaraq körükləyən, 

alovlandıran sözlər bir anda yaddaşı sirkələyirdi,  şüursuzluğun dərin 

qatlarına enirdi. İlkin psixi strukturları – arxetipləri oyadırdı. Belə psixoloji 

situasiyada dil reallıqları gerçək reallıqları getdikcə daha çoz sıxışdırıb 

sıradan çıxarır, onların yerinə adlayırdı. Aktuallıqdan məhrum edirdi. 

Reallıqların sərhədləri qarışır, həqiqətlər geniş yayılanlıq, hüdudsuzluq 

kəsb edirdi. Bu vəziyyət adekvat reaksiyanı, düzgün, müqabil-mütənasib 

dərketməni çətinləşdirirdi. Bir çox hallarda isə tamamilə qeyri-mümkün 

edirdi. Versal müqaviləsi ilə  mənliyi,  şərəfi tapdanmış, təhqir olunmuş 

almanlar dilin təqdimatında virtual olaraq illərlə  qəlblərində uyuyan 

misgili, qəzəbi dəf edir, arzuolunan reallıqlara qovuşurdular. Beləliklə, dil 

formalarının, ifadə çoxluqlarının manipulyasiyaları kütləvi  şüurda təkcə 

sadə alman bürgerinin deyil, ağıllı, düşünə bilən almanların nəzərində 

çoxdan bəri davam edən stresslərdən, psixoloji sarsıntılardan qurtarmaq, 

rahatlanmaq imkanı verirdi. Əsil həqiqətdə bir ağrikəsici dərman misalında 

idi. Unudulmuş ağrı həzzi verirdi. Bu sosial-siyasi və psixoloji kontekstdə 

konkret günahkar, düşmən axtarışı birinci dərəcəli, hətta həyatı əhəmiyyət 

kəsb edirdi. “Günah təkələri” (Sündenbock) isə çox uzaqda deyildi, ətrafda 

gəzib dolaşırdı. Əslində yəhudilərdən də qabaq ilk yada düşən fransızlar idi 

- çünki onlar Versal müqaviləsinin, onun alçaldıcı  şərtlərinin qəbul 

olunmasında Bismarkın tacqoyma mərasiminin işğal olunmuş Parisdə 

keçirilməsinin qisasını alırmış kimi xüsusi qəddarlıq və canfəşanlıq 

göstərmişdilər.  

Antisemitizm sərsəmliyindən başqa nasional-sosializmin haqq-hesab 

çəkməli olduğu daha iki böyük düşməni var idi: dünya burjuaziyası  və 

kommunist ideologiyası. 

Bunların hamısını bir obrazda - yəhudi obrazında birləşdirmək daha 

sərfəli idi. Bununla almanlar heç olmasa ilk mərhələdə siyasi-ideoloji 

mübarizə meydanında çoxcəbhəli müharibədən yan keçməyə müvəffəq 

oldu.  

Eyni sözləri fərqli bir sosial-siyasi şəraitdə  və linquistik situasiyada 



fəaliyyət göstərən sovet kommunust təbliğatının uğurları haqqında da 

 

 

 



318

demək olar. Orada milli-bioloji yeganəlik, təkrarsızlıq, ali irq illuziyası,  

burada isə  vətən yolunda ölməyə hazır olan dönməz vətəndaş, 

vətənpərvərlik kultu, qəhrəman sovet xalqının ali qardaşlıq və  bərabərlik 

illuziyası  vardı. Orada qorxunc, məhvedici yəhudi obrazı, burada isə mifik 

"sinfi düşmən” kabusu dövlətə  və millətə qarşı dayanmışdı, cəmiyyətin 

gələcəyini,  varlığını  təhdid edirdi. Semantika dünyanın mənzərəsini, 

gerçəkliyin, həqiqətlərin hüdudlarını maksimal dərəcədə daraltmışdı, 

görməyə, seçməyə,fərqləndirməyə konkret hədəfdən savayı heç nə 

qoymamışdı.  Əslində söz adlandırılandan yayınanda məntiqi-semantik 

çəkisizliyə düçar olur, gerçək referentlə  əlaqəsini tez-tez itirir. Həmin 

amorf, sərhədsiz-hüdudsuz semiotika onsuz da qeyri-səlis olan insan 

nitqinə daxil olarkən istənilən  şəkil alırdı, istənilən formaya düşürdü, 

mühakimələrin təxminiliyi, natamamlığı üçün ideal şərait yaradırdı. 

Danışanın praqmatik məqsədindən, təhdid psixologiyasından asılı olaraq 

gah maksimal dərəcədə yayğınlaşır, gah da daralırdı, kiçilirdi. Heç şübhəsiz 

ki, mühakimələrin, təkliflərin nisbi həqiqət şanslarını artıran, daha doğrusu, 

qəbulolunma, qavrayış  və  təlqin imkanlarını yüksəldən, onların 

qurulmasında, formalaşdırılmasında iştirak edən, istifadə olunan 

anlayışların, təriflərin, hətta antonimlik hüdudlarına qədər gedib çıxan 

ixtiyariliyi, qeyri-dəqiqliyidir, səlis olmamasıdır (S. Abdullayev (8), 20-

51). Qeyri-səlis məntiq həqiqətlərin də yayılan olduğunu göstərir. (N. 

Hüseynli, 261) 

 Belə  vəziyyətlərdə ayrı-ayrı sözlərin, söz birləşmələrinin, 

cümlələrin, söyləmlərin yayılanlığı, qeyri-dəqiqliyi onların daxil edildiyi 

mətinlərin də yayılanlığını müxtəlif hədd və istiqamətlərdə gücləndirir. 

Əgər qeyri-səlis söz çoxluqları  fərqli linquistik qiymətləri təxmini, 

natamam mühakimələrə, müddəalara daxil edirsə  və bunları  təmin edirsə, 

qeyri-səlis, təxmini mühakimə  və müddəalar da yayılanlığı, çoxölçülü, 

çoxsaylı sosial və linquistik kontekstdə daha da artan və getdikcə çoxalan, 

dil işarələrinin dinamik əlaqələri ilə daha da genişlənən,  şaxələnən 

subyektiv həqiqətləri, dil reallıqlarını mətnə daşıyır. 

Elmi dəqiqlik, inandırıcılıq naminə  yəhudi qətliamına, holokost 

faciəsinə haqqa qazandıran həmin mətni olduğu kimi veririk  

(Der Nationalsosialismus, 34-35) : 

 


 

 

 



319

Der Yude zerstört jede völkische Lebensordnung.... 

I. Das Yudentum strebt nach der Weltherrschaft. Dies liegt in seiner 

Weltanschauung begründet... 

II. Die zwei Hauptbegriffe, mit denen das Yudentum sich in die 

İdeen der Völker einschleicht, sind der Materialismus und der 

İndividualismus... 

III. Der Yude verseucht und zerbricht die Lebensordnungen seiner 

Wirtsvölker. Musterbeispiel ist das Deutschland vor seiner 

Machtübernahme. 

1. Der Yude greift durch Beherrschung des Geldes, des Handels, des 

Banken- und Börsenwesens nach den Schlüsselstellungen der 

Weltwirtschaft... 

2. Der Yude durchwühlt mit Hilfe des Freimaurertums, von 

Revolutionen, von Demokratien und Parlamentarismus die völkischen 

Ordnungen jeder Gemeinschaft, jedes Staates... 

3. Der Yude entartet jede völkische Kultur und missbraucht sie zur 

Propaganda für seine internationalen Pläne... 

4. Der Yude unterhöhlt die Sittlichkeit und schwacht damit Zucht, 

Kraft und Kinderreichtum des Volkes... 

5. Die jüdische Verbrechernatur verdreht jede artgemässe 

Rechtsauffasung und verdrangt Recht und Gerechtigkeit... 

IV. Der Yude ist Austifter und Verlanger des gegenwärtigen Krieges. 

1. Der russische Bolschewismus ist eine Ausgeburt jüdischen 

Denkens... 

2. Der Yude stützt den britischen İmperialismus... 

3. Der Yude steht hinter der amerikanischen Plutokratie... 

Mətni tərcümə etməyə çalışaq və mümkün olduqca hədəf mətndə 

tərcümənin adekvatlığını qorumağa, başqa sözlə, mənbə mətndə işlənən 

dil işarələrinin koqnitiv-semantik əlaqələrini saxlamağa,  əks 

etdirməyə diqqət yetirək.  

Yəhudi xalqın hər cür həyati əlaqələrini, həyat intizamını pozur... 

I. Yəhudilər dünya ağalığına can atır. Bunun əsası bilavasitə onların 

dünyagörüşündə mövcuddur. 



 

 

 



320

II. Yəhudilərin xalqların həyatına müdaxilə etməsinə kömək edən iki 

əsas anlayış var: materializm və fərdiyyətçilik. 

III. Yəhudilər birlikdə yaşadıqları xalqların həyatı nizamını korlayır 

və  məhv edir. Bunun bariz nümunəsi Almaniyada hakimiyyət dəyişiliyinə 

qədər onların tərətdikləri əməllərdir.... 

1. Yəhudi çoxlu pul toplamaq, ticarət, bank və birjalara sahiblənmək 

yolu ilə dünya iqtisadiyyatında açar mövqeləri ələ keçirir. .. 

2. Yəhudi masonçuluq, inqilablar, demokratiya və parlamentarizm 

yolu ilə hər bir cəmiyyətin, hər bir dövlətin xəlqi (milli) qayda-qanunlarını 

sarsıdır (laxladır)... 

3. Yəhudi hər bir xəlqi mədəniyyətin mahiyyətini təhrif edir və 

ondan öz beynəlxalq planlarının təbliği üçün sui-istifadə edir... 

4. Yəhudi adət-ənənələri (zehniyyəti) pozur və bununla da xalqın 

artımını, güc və genefondunu təhlükəyə atır... 

5. Yəhudinin təbiətində olan cinayətkarlıq hər hansı hüquq 

qavrayışını təhrif edir, qanun və ədalətə yer qoymur (onları sıxışdırır)... 

IV. Yəhudi indiki müharibənin baiskarı  və onun uzanmasının 

günahkarıdır... 

1. Rus bolşevizmi yəhudi təfəkkürünün şikəst övladıdır... 

2. Yəhudi ingilis imperializminin dayağıdır... 

3. Yəhudi amerikan plutokratiyasının arxasında dayanır.... 

Dünyada heç bir mətnə tam adekvat situasiya, həqiqət analoqu 

tapmaq mümkün olmadığı kimi, heç bir mətnin də tam-adekvat surətini 

başqa bir dildə canlandırmaq mümkün deyildir. Məxəz mətndə işlənən söz-

işarələrin tərkibinə, eyni zamanda say tərkibinə, nominasiya və predikasiya 

əlaqələrinə, onların semantik və funksional münasibətlərinə, ümumən 

koqnitiv strategiyaya nəzər salsaq, tərcümə  mətnində müvafiq 

koordinatların, ekvivalent vahidlərin kifayət qədər fərqli substansional və 

dil məzmunlarına malik olduğunun  şahidi olarıq. Hər bir leksik 

vahidin,adlandırmanın sistem daxilində öz yeri, öz məqamı müəyyənləşir. 

Və o, yeni paradiqmada öz struktur mövqeyini itirib yadlaşdığı kimi, əlaqə 

nizamını  və koqnitiv məzmununu, statusunu da dəyişir. Bir çox hallarda 

hətta itirir. Tərcüməçinin qazandığı isə gerçəklik  əlaqələrinə uyğun 

tammütənasib mətn, bütöv işarə obrazı deyil, hədəf mətndə mənbə mətnin 


 

 

 



321

təxmini, yalnız bənzər modelini yaratmaq, başqa sözlə, əsas mətn işarəsinin 

müəyyən funksional və praqmatik uyğunluğuna, müqabilliyinə nail 

olmaqdan ibarətdir.  

Alman alimi Trendelenburg deyir ki, əgər Aristotel öz əsərini yunan 

dilində yox, başqa bir dildə yazsaydı, indi məntiqin qanunları tamamilə 

başqa cür qavranılardı. 

Bədii mətnlərdə, qeyri-realist, xüsusilə postmodernist əsərlərdə 

yayılanlıq heç bir hüdud, sərhəd tanımır, referentin qeyri-müəyyənliyi, 

ixtiyariliyi ilə  əlaqədar daha artıq çoxölçülü, çoxistiqamətli və 

çoxsəviyyəli-partitur xarakter alır, real gerçəkliyin dərk edilməsinə kömək 

edən bədii həqiqətlər spesifik dərketmə sahələrinə gedib çıxır, dil işarəsinin 

yayılanlığı, getdikcə artıb güclənən qeyri-dəqiqliyi yeni münasibətlər 

ierarxiyası formalaşdırır.  

Söz, cümlə qovluqda saxlanan sənəd, maddi sübut, əşyayi-dəlil yox, 

predmet və hadisələrin, gerçəkliyin təxmini obrazıdır, surətidir. Adekvatlıq  

axtarışlarının mümükün variantlarından biridir, tam dürüst-mükəmməl 

olmayan, başa çatmamış, mütləq olmayan versiyadır. Və onlar müxtəlif 

şəraitdə müxtəlif insanlar tərəfindən fərqli qavranılma və  tətbiqolunma 

potensialına malikdir. Yüksələn çoxluqlara, mətnə doğru getdikcə  həmin 

nisbilik, qeyri-səlislik daha da artır.  

Mətn işarəsinin maksimal dərəcədə gerçəkliyə uyğunlaşdırılması 

cəhdinı yuxarıdakı, bədnam-bədxah dil əsərinin bəlkə  də  əsas məziyyəti 

kimi səciyyələndirmək olar. Lakin məhz hadisələrə, faktlara ifrat-

mübaliğəli münasibət müəllifin və ya  müəlliflərin işarə substratına, onun 

mahiyyətinə qeyri-təbii, qeyri dialektik və qeyri-elmi yanaşma, dəqiqlik 

əvəzinə linquistik qiymətləndirmənin daha artıq yayılanlığına gətirib 

çıxarır.  

Dil vasitələrinin seleksiyası, seçimi ilə  hər bir konkret dövrün, 

zamanın  əhval-ruhiyyəsi, sosial-siyasi və psixoloji, koqnitiv reallıqları 

haqqında təsəvvür  əldə etmək mümkündür. Bu gün dil faktları, linquistik 

simptomlarla o dövr Almaniyasının siyasi temperaturunu, faşist təbliğatının 

hərarətini ölçmək, təyin etmək mümkündür. Əlbəttə, burada siyasi-ideoloji 

terminlərin, güc sözlərinin rolu xüsusilə böyükdür. Almaniyada irqçilik, 

ifrat millətçilik siyasəti,  şovinizm psixologiyasının formalaşdırılması, 


 

 

 



322

psixoz mühüti birdən-birə yaradılmamışdı. Mərhələ-mərhələ  həyata 

keçirilmişdi. Hamı, o cümlədən bizim faşist adlandırdığımız adamlar da öz 

hərəkətlərini götür-qoy edir və  məsuliyyət hiss edir. Növbənöv yalanlarla 

bərabər çeşidli  hiylələrdən, bəhanələrdən də yararlanmağa çalışır.. (Qurd 

da quzunu birdən-birə parçalamır, nəsə bir gərəkcə tapır.)  

O dövr mənbələrindən antiyəhudi tədbirlərinin dörd mərhələdə 

həyata keşirildiyi bəlli olur: 1-ci mərhələ - 1933-1935-ci il; 2-ci mərhələ - 

1935-1938-ci il; 3-cü mərhələ - 1938-1941-ci il; 4-cü mərhələ - 1941-1945-

ci il. Hər dövrün, hər mərhələnin öz semantikası, linquistik mexanizmləri, 

koqnitiv aparatı hazırlanmışdı. Birinci üç mərhələ poqromlar (maraqlıdır ki, 

bu söz rus dilində də var, hansı dildən hansı dilə keçdiyini bilmək olmur!) 

və  yəhudilərin kütləvi  şəkildə polyak hərbi düşərgələrinə "evakuasiya" 

olunması, göndərilməsi mərhələsi idi. Axırıncı, son mərhələ açıq  şəkildə 

onların fiziki cəhətdən məhv edilməsi-güllələnmə  və ya qaz kameralarına 

"köçürülməsi" ilə bitirdi. Həmin hadisələri təkcə o dövrün sənəd və faktları 

ilə deyil, linquistik dəlillərin, dil materiyasının köməyilə rekonstuksiya 

etmək, o zamanın müdhiş reallıqlarını yaddaşda canlandırmaq mümkündür. 

Übermensch (fövqəlinsan), Vorvolk (hərfi:  ən qabaqcıl-avanqard xalq, 

öndə gedən xalq.), Herrenrasse (ali irq ), Weltherrschaft kimi sözlər 

dünyaya və özünə  sığmayan almanların siyasi ehtiraslarının, çılğınlıq və 

vəcd hissinin göstəriciləri, daşıyıcıları idi. Buraya Deutschland über alles", 

"das Dritte, das ewige Reich", Wille zur Macht (hakimiyyət iradəsi) 

qəbilindən olan verbal aldanışlar, illuziyalar da əlavə olunurdu. Nasional-

sosialist totalitar üslubunun özünəməxsus cəhətlərindən biri onsuz da 

kifayət qədər yayğın, mücərrəd olan, gerçəkliyi təhrif edən dil-ifadə 

elementlərinin,  əlavə-paralel adlandırma  şəkilləri olan perifrazların, 

xüsusilə evfemizmlərin çoxmənalı, çoxfunksiyalı vahidlər kimi 

işlədilməsidir. İkinci mərhələdə "Die Lösung der jüdischen Frage"(yəhudi 

məsələsinin həlli), "Dieses Haus ist yudenfrei" (bu evdə  yəhudi yoxdur) 

tipli ümumi-mücərrəd, qeyri-müəyyən, bir qədər dumanlı, sürüşkən 

evfemizmlər işlənirdi. Lakin sonradan bu yumşaq ifadələr də  mənasını 

dəyişdi, anın, zamanın özü kimi sərtləşdi, bulandı. "Die Lösung der 

Yudenfrage" ikinci-son mərhələdə elə  yəhudilərin kütləvi surətdə  məhv 

edilməsi anlamında işləndi, ilkin koqnitiv-praqmatik təyinatını dəyişdi, "die 


 

 

 



323

Massenvernichtung der Yuden", "die Gefangenen wurden linquidiert" - 

kütləvi  şəkildə güllələnmə, məhv edilmə demək idi. Qorxunc-aqressiv 

"vernichten" (məhv etmək) və bir qədər yumşaq-örtülü "linquidieren" 

(aradan götürmək) sinonimləri ilə  həmin dil formaları  tənləşirdi, 

bərabərləşirdi. Sinonim çoxluqlar, verbal paralellər halına gəlirdi. 

"Sonderbehandeln" - xüsusi münasibət də elə faşistsayağı son, 

təxirəsalınmaz tədbir idi. Bir alman vətəndaşı olaraq yəhudilərə verilən 

“son borc”, "xeyir-dua" idi. İlkin mərhələdə işlənən "Lösung"-həll sonrakı 

dövrdə daha qəti və amansız "Endlösung" kəlməsi ilə əvəz olunurdu. Adicə 

maşınlaşmış, sərbəst buraxılmış dil işarələrinin yeni səviyyəli qeyri-

ixtiyariliyi, qeyri-adekvatlığı "ölüm alətinə" çevrilirdi. Minləri, millionları 

bir anda udurdu. Bunlar adi sözlər, ifadələr deyildi, əməlin, cinayət 

hərəkətlərinin elə özü idi. Materiyadan, həyatdan irəli keçən, onları öz 

arxasınca aparan ideyalar idi. Bilmirəm, nəyə görə həmin dəhşətli linquistik 

cinayətləri Nürnberg məhkəməsinin materiallarına  əlavə etmək heç kəsin 

ağlına gəlməmişdi.  

II Dünya müharibəsinin sonlarında Almaniyada kütləvi dəfn və yas 

mərasimləri bir-birini əvəz edərkən sabitləşmiş dil stereotipləri də 

faşistlərin  əhval-ruhiyyəsini, "ali irqin" "məğrur kədərini" doğru -dürüst 

ifadə edirdi. Xalqın, insanların faciəsi dil formalarına köçürülürdü, reallıq 

başqa dona bürünür, bu yolla evfemizm aldanişları ilə, (əlbəttə, müvəqqəti 

olaraq) arzuolunan, xoşbəxt, gözlənilən gerçəklik illuziyalrı ilə əvəzlənirdi. 

İşarə aldanışları ilə  insan taleyi, sonsuz insan əzabları unudulurdu, arxa 

plana keçirdi. "Er fiel für seinen Führer”- yəni "O, öz führeri uğrunda 

həyatını qurban verdi." Yəni: "O ölməyib ki, o yaşayır." "Er starb für 

seinen geliebten Führer" - "O, öz sevimli füreri uğrunda həlak oldu." "Er 

fiel im festen Glauben für seinen Führer" - "O əqidəsi yolunda (fürerin 

yolunda) özünü fəda etdi." Alman intizamının o dünyadakı yadigarları olan 

sıx siralı, yaraşıqlı baş daşları üzərində buna bənzər yazılar yazılırdı: 

"Gefallen im Glauben an Adolf Hitler" - "Adolf Hitlerin uğrunda həlak 

olmuşdur". Dilin, işarənin gəlişdirdiyi bu xoşbəxtliyin məstliyində adamın 

ölməyi gəlirdi. Bombardman nəticəsində  həlak olanların, onların 

yaxınlarının, sadə almanların kədəri belə unutdurulurdu: "Durch tragisches 

Geschick büssten ihr Leben ein" - "Taleyin faciəsi ilə \ faciəli tale ilə öz 


 

 

 



324

həyatlarını itirənlər." İdeologiya dinə çevrilirdi, onu əvəz edirdi. Bu ton, bu 

intonasiya, dil dünyagörüşü əslində yəhudilərə - “aşağı irqə” haman qeyri-

insanı münasibətin humanist, humanitar qəddarlığın, öz xalqına  qarşı 

genosid siyasətinin davamı idi. Yadınızdadırsa, bəzən yəhudilərin də 

ağrıları,  əzabları bu dil ağrıkəsiciləri ilə "yüngülləşdirilirdi", keyidilirdi. 

Sanki, məqbul, mümkün, qəbulolunan təbii-bioloji bir hala gətirilirdi. 

Azaldırılırdı. "Eine Gruppe wurde der Endlösung zugefügt." "Viele wurden 

niedergemacht, liquidiert." ("güllələnmək"  əvəzinə). Artıq misal 

gətirdiyimiz "ligudieren" sözündə  əlavə konnotasiya, həm də  vəziyyətə 

uyğun olaraq dəyişə, başqalaşa bilən konnotasiya, ironik bir çalar da vardı. 

Evlərindən qovulan, hərbi düşərgələrə göndərilən yəhudilərə heç nə 

olmurdu, onlar sadəcə olaraq, "arxaya köçürülürdü" ("Sie wurden einfach 

evakuiert"). Ədalət naminə demək lazımdır ki, irqli sayıqlamalar, işğal və 

müharibə  fəlakətləri, yəhudilərin başına gətirilən oyunlar heç də bütün 

almanların, hətta bütün faşistlərin ürəyincə deyildi. Bütün façistlər heç də 

faşist deyildilər. (Biz sonradan bir çox kommunistlərin də necə sürətlə 

dəyişib demokrat olduğunu gördük.) Sadəcə olaraq, dünya, böyük güclər 

bir çox insanları faşistləşmə, qəddarlaşma, hələ faşist olmamışa qədər 

faşistləşmə aqibətindən qoruya bilməmişdi. Onları Hitlerin, Stalinin 

ağuşuna atmışdı, fərdi-insanı başlanğıcın itirilib ifrat kollektivizmin, 

totalitarizmin bir elementinə çevrilmək aqibətindən xilas edə bilməmişdi. 

Cəmiyyət də, dil də bəzi insanların, daha doğrusu, adamların ifrat dərəcədə 

ideolojiləşməsinə, partiyalaşmasına, radikallaşmasına 

əhəmiyyət 

verməmişdi. (Yeri gəlmişkən qeyd edim ki, müasir böyük dövlətlərin, iri 

güclərin həzər etdiyi terrorizmin anatomiyasını da bu rakursdan daha aydın 

dərk etmək imkanı var.) Bir dəfə faşistlərin ağlasığmaz vəhşiliklərini öz 

gözləri ilə görən,hansı köklərə bağlı olduğunun fərqində olan, yəni o qədər 

də, bizim düşündüyümüz qədər də faşist olmayan bir faşist - gauleiter Kube 

yəhudilərə qarşı yol verilən qeyri-insani rəftara, barbarlıq və amansızlığa 

görə  təhlükəsizlik polisinin komandirinə etirazını bildirmişdi. Polis 

komandirinin 1943-cü ildə yazdığı raportda deyilirdi: "... Kube entgegnete, 

diese Art unseres Vorgehens sei eines deutschen Menschen und eines 

Deutschlands Kants und Goethes unwürdig." (Kube cavab verdi ki, bizim 

bu sayaq hərəkətlərimiz bir alman insanının, Kant və Göte Almaniyasının 



 

 

 



325

adına layiq deyil.) Yeri gəlmişkən əlavə edim ki, bütün dünya bildikləri ilə 

bərabər bunu da bilməlidir ki, faşistlər heç vaxt işğal etdikləri  ərazilərdə 

müasir "demokratik dünyanın" fəal müdafiə etdiyi, bəslədiyi ermənilərin 

Qarabağ torpaqlarında və ya Pol Potun öz vətəndaşlarına qarşı törətdikləri 

qədər vəhşiliklər törətməmişlər. Bu gün dünyanın, insanın özü qədər 

qüsurlu olan insan dili – təbii dil, (mən primitiv dili demirəm, oxumuşların, 

görüb-götürmüşlərin dilini deyirəm) nəinki fundamental anlayışları, heç  

sadəcə "faşist"və "qeyri-faşist" olmanı  fərqləndirmək gücündə  də deyil! 

Əslində bu gün erməni-türk, ərəb-yəhudi və xristian-müsəlman məsələsinə 

baxış müasir dövrdə irqçilik siyasətinin daha ifrat formada davam 

etdirilməsidir.  İrqçilik siyasətindən başqa bir şey deyildir. Həm də daha 

təhlükəli yeni irqçilik – dini-irqçilik siyasətidir. Sözdə erməni genosidi 

"ideyasının" xüsusi bir həvəs və vəcdlə yenidən dirçəlməsi onunla bağlıdır 

ki, bir sıra Qərb dövlətləri getdikcə  kəskinləşən ziddiyyətlər kontekstində 

"erməni genosidini" avtomatik olaraq  "xristian genosid"i kimi qavrayırlar 

və belədə  dərhal özlərini ermənilərin yanında hiss edirlər. Düşünürəm ki, 

bu gün özünümüdafiə reaksiyası kimi doğulan müsəlman fundamentalizmi 

deyil, xristian totalitarizmi qlobal təhlükə  mənbəyidir. Müasir totalitar və 

avtoritar rejimlərin ən qorxulu cəhəti bundan ibarətdir ki, belə ölkələrin hər 

birində istənilən vaxt faşizm baş qaldıra bilər. Bunun  böyük dövlətlərdə 

baş verməsi xüsusilə ağır fəlakətlər vəd edir. Düşünürəm ki, totalitarizm bir 

çox əlamətləri ilə gizli-latent faşizmdən başqa bir şey deyildir.  

Əlbəttə, bizim məqsədimiz yaşadığımız, içərisində olduğumuz 

dövrün fundamental sosial-siyasi və etik-psixoloji problemlərini, bununla 

bağlı totalitar düşüncə, davranış  və üslubun mahiyyətini, ümdə 

xüsusiyyətlərini bir tam halında təhlil və  şərh etmək deyil. Bu, ayrıca bir 

tədqiqat mövzudur və daha geniş, hərtərəfli dil materialının araşdırılmasını 

tələb edir. Ona görə də yuxarıda deyilənlərə kifayətlənməli oluruq. Lakin, 

ümumiyyətlə siyasi və diplomatik diskursun öyrənilməsi baxımından çox 

ibrətamiz olan daha bir məqamı qeyd etməyə ehtiyac hiss edirik. Bu, isrət 

dar, istərsə  də geniş  mənada linquistik qiymət çoxluqlarının, bütöv mətn 

çevrilmələrinin öyrənilməsi, üslub təkamülünün təqib edilməsi baxımından, 

eləcə  də yalan, aldanış  və manipulyasiya strategiyalarının dərk olunması 

yönündə olduqca əhəmiyyətlidir. Çünki totalitar və avtoritar sistemlər 


 

 

 



326

nəzəri baxımdan, kəmiyyət etibarı ilə getdikcə azalmağa, zəifləməyə doğru 

getsə də, öz qorxunc ətaləti və pis nümunə gücü ilə ömrünü sürdürür, hətta 

bir çox “demokratik” dövlətləri də heyrətli bir avtomatizmlə bir yalan 

paradiqmasından başqa birinə sürükləyir. 

İfrat güc, həm da haqlı olaraq, zəiflərə nisbətən daha çox şeyə  və 

daha çox sahiblənmə zorakılıq psixologiyası yaradır, qalib gəlmək, üstün 

gəlmək instinkti doğurur. Bu cəhət bəzilərində tam aşkar, bəzilərində isə 

gizli-qapalı, mübhəm şəkildə özünü büruzə verir. Narahatlıq doğuran budur 

ki, gücün, qəzəbin ramedilməzliyi fərdlər səviyyəsində  də, ayrı-ayrı 

fərdlərin idarə etdiyi, çox vaxt qeyri-məhdud, mütləq hakimiyyət həddinə 

qədər yüksələn, yüksəldilən dövlət başçıları - Ali baş komandanlar, 

prezidentlər səviyyəsində  də özünü göstərə bilər.  Ən təhlükəli məqam isə 

onların böyük çoxluğa, xalqa, ali iradəyə, qanunların gücünə arxalandığı, 

isnad etdiyi vəziyyətlərdir. Xalqın, qanunun adından hərəkət 

etmələridir.Əgər belə adamları  çəkindirən, onların fəaliyyətini 

məhdudlaşdıran mexanizmlər, qanunun aliliyi, hakimiyyətin bölünməsi 

yoxsa, sosial-siyasi sipər, müqavimət məhduddursa (indi buna demokratiya 

defitsiti deyirlər), insan biolojisi labüd olaraq  öz sahillərini aşır, sonradan 

yaradılan, əslində heç nəyə yaramayan mənəviyyat, humanizm, əxlaq kimi 

kateqoriyaların üstündən adlayıb keçir. İnsanların müdafiəsiz qaldığı, 

qanunun işləmədiyi cəmiyyətlərdə  bəzən bir azğın, arxalı idarə müdirini, 

xırda dövlət məmurunu yola gətirmək heç də böyük bir dövlətin başçısını 

yola gətirməkdən asan olmur, gücün ierarxiyası  hərəkətə keçir. İstər 

totalitar və ya avtoritar rejim olsun, istərsə  də demokratik və ya 

yarımdemokratik sistemlər, hüquqi və ya qeyri-hüquqi dövlət olsun, 

idarəetmənin məntiqi zaman-zaman dəyişmir. Əslində instinktlə, avtomatik 

rejimdə  işləyən insanın uyudulmuş gücü, gizli həvəs və ehtirasları  tələb 

olunan yerdə, tələb olunan məqamda, heç nə ilə hesablaşmadan işə düşür. 

İstər homo sapiens, istər homo faber, istərsə də homo demons olsun, fərqi 

yoxdur,  şikarını, qurbanını birdən, qəfildən parçalamır, yavaş-yavaş, dillə 

tovlaya-tovlaya,  ələ ala-ala, süstləşdirə-süstləşdirə, nəhayət, sevə-sevə, 

əzizləyə-əzizləyə onun işini bitirir. Qalibiyyətin  şirinliyini, gücün fərəhini 

yaşayır. Əslində təbiət etibarilə hələ də ibtidai olaraq qalan insan cəngəllik 



 

 

 



327

qanunları ilə hərəkət edir. Bu cəhətdən insan dilini onun təbii instinktinin, 

ilkin bioloji aqressiyanın davamı kimi şərh etmək olar.  

Bunu demək bir xəta deyil ki, nasional-sosialist və kommunist 

rejimlərinin müharibələr, savaşlar yolu ilə  qısa bir müddətə  əldə etmək 

istədiklərini müasir supergüclər qloballaşma, kürəsəlləşmə ideologiyası ilə 

haman  şüur instinkti, artan güc və gizli qəzəb psixologiyası ilə, linquistik 

təcavüzlə  həll etmək istəyirlər. Xüsusilə xarici siyasətdə, diplomatiya 

deyilən gizli quldurluqda heç kəs həqiqi məqsədlərini açıq  şəkildə dilə 

gətirmir, dilə  gətirmək istəmir. Öz gerçək niyyətlərini positiv leksika ilə 

ört-basdır etmək müasir insan davranışının reallığıdır. Sülh istəyən də, 

istəməyən də - hamı sülhdən, demokratiyadan, insan və insanlıq 

hüququndan danışır. Bəzi qruplaşmalar, təşkilatlar kimi mərd-mərdanə 

döşünə döyüb “mən eləmişəm”, “yaxşı eləmişəm” demir. Yaxud açıqca 

“mən oğruyam”, “qulduram”, “rüşvət alıram” demir. Seçkiləri 

saxtalaşdırıram demir. 

Təsadüfi deyil ki, nasional-sosialist təbliğatında Freiheit (azadlıq), 

Frieden (sülh), Demokratie (demokratiya), Humanismus, Gerechtigkeit 

(ədalət), Gewissen (vicdan), Gewissenfreiheit (vicdan azadlığı), 

Selbstbestimmungsrecht (öz müqəddaratını  təyin etmək hüququ), 

Nichteinmischung (bir-birinin daxili işlərinə qarışmamaq), 

Gleichberechtigung (bərabərlik), Menschenrechte (insan hüquqları), 

gegenseitige Achtung (qarşılıqlı hörmət), Nichtanwendung der Gewalt (güc 

işlətməmək) tipli positiv leksika xüsusilə ilkin dövrlərdə kifayət qədər 

geniş yer tuturdu. Führerin qurduğu, quracağı dövlət (“diser Führerstaat”) 

yeganə  həqiqi demokratiya nümunəsi hesab olunurdu, çünki o, “xalqın 

iradəsini” təmsil edirdi. Tez-tez “şüurlu siyasi yalana qarşı mübarizədən” 

(“der Kampf gegen die bewusste politische Lüge”) söhbət gedirdi. Hitler 

təcrübəli siyasət adamı, diplomat və səriştəli avantürist kimi özünə aid olan 

keyfiyyətləri həyasızlıq və ustalıqla siyasi opponentlərinin üzərinə 

köçürürdü: Mörder (qatil), Geisteskranker (ruhi xəstə - Ruzvelt haqqında), 

Verbrecher (cani, cinayətkar), Agressor (təcavüzkar) və s. Yeri gəldi-

gəlmədi – deməli yalan simptomu olaraq – nasional-sosialist Almaniyasının 

sarsılmaz sülh iradəsindən (“der unbedingte Friedenswille des 

nationalsozialistischen Deutschland”) dəm vururdular. Nationalsosializmin 


 

 

 



328

cinayətləri gah “bizim nasionalsosialist azadlıq hərəkatı” (unsere 

nationalsozialistische Freiheitsbewegung), gah da “Almaniyanın azadlığa 

qovuşması, özgürlüyü" ("die Führung Deutschlands in die Freiheit") kimi 

qələmə verilirdi. Yaxud: "Der Kampf um ein gererhtes Deutschland" 

("Ədalətli Almaniya uğrunda mübarizə"). Həmin davranışların, ifadə 

formalarının hər biri mahiyyət etibarilə dil-yalan hərəkəti, özünəməxsus 

evfemizm "yaradıcılığı" idi. Komformizmin təzahürü idi. Bütün totalitar 

rejimlərdə eninə-boyuna istifadə olunan "xalq" ("Volk") sözü haqqında 

danışmaq isə daha geniş  və maraqlı bir yalan səhifəsi açmaq, aldanış 

müstəvisinə daxil olmaq deməkdir. "Xalq" hər yerdə "hakimiyyətin 

mənbəyi" olduğu kimi, "xalq" sözü də bütün dillərdə  ən geniş  və 

məhsuldar, aldadıcı perifraz mənbəyidir. "Demokratiya", "azadlıq" kimi 

daha yayğın və mücərrəd sözlərdən fərqli olaraq daha geniş  əlaqələnmə 

imkanlarına malik olan, kateqoriyalaşmağa,  şərhə asan gələn "xalq" sözü 

yalan, aldanış və manipulyasiya üçün ələdüşməz imkanlar yaradır. O yerdə 

ki, xalq haqqında və xalqın adından danışanların sayı çoxaldı, orada xalqın 

faciəsi də başlayır. Nasional-sosialist ideoloqlarına görə Hitler ona görə 

qalib gəlməli idi ki, "xalq belə istəyir" ("...weil das Volk es will") Bir ənənə 

olaraq bütün qanunlar xalq adından verilirdi və elə beləcə də yazılırdı: İm 

Namen des Volkes. Hitlerin bütün cinayətlərinə haqq qazandıran məhkəmə 

də, təbii ki, "xalq məhkəməsi" ("Voksrichter") adlandırılırdı. Məhkəmə 

hökmü də elə beləcə formulə edilirdi. ... "İm Namen des Volkes ergeht 

folgendes Urteil" ("İndi demokratik Almaniyada da bu ənənə  və 

dəfolunmaz dil stereotipi işləyir, fəaliyyət göstərir.") Artıq qeyri-həqiqətləri 

və ya yarımhəqiqətləri deyil, gerçək reallıqları  əks etdirir. Həqiqətən 

xalqın, bugünkü alman xalqının hüquqi azadlığını  təsbit edir. 

Çexoslavakiyada kompakt halında yaşayan və kifayət qədər yüksək həyat 

səviyyəsinə malik olan almanların separatçılıq hərəkatı dil aldanışı ilə 

ustalıqla gerçəklikdən uzaqlaşdırılırdı. "Die Abtrennung der süddeutschen 

Gebiete" ("Cənubi alman vilayətlərinin ayrılması, müstəqilliyi.") Burada 

yaşayan və çox yaxşı yaşayan "alman xalqı" romantik bir vəcd və günahsız 

körpə məsumluğu ilə, sadəcə olaraq, vətənə - Reyxə qovuşmaq istəyirdilər. 

("Wir vvollen heim ins Reich!") Guya ki, bu Hitlerin siyasəti, istəyi deyildi, 

neyləyəsən ki, "alman xalqı" belə istəyirdi. Sovet mətbuatı Dağlıq 


 

 

 



329

Qarabağda yaşayan separatçı ermənilər, "erməni xalqı" haqqında da çox 

maraqlı materiallar dərc edirdi. Maraqlıdır ki, hər yerdə diktator nə 

istəyirsə, xalq da eynilə onu istəyir. "Xalq" nəyi arzu edirsə, nəyi ürəyindən 

keçirirsə, diktator da onu xalqın adından can-başla, ləngimədən yerinə 

yetirir. Xalqla diktatorların istəyi adətən heyrətamiz bir eyniyyət təşkil edir. 

Coğrafiyasından, tarixindən asılı olmayaraq həmişə, bir qayda olaraq, 

istisnasız olaraq, “xalq seçir”, “xalq üçün seçir.” Heç xalq üçün, xalqın 

adından seçməsə  də, yenə xalq üçün seçir. Çünki xalq “ağı qaradan yaxşı 

seçir.” Seçkilər heç kimin iradəsini əks etdirmir, bir qayda olaraq yalnız və 

yalnız “xalqın iradəsini”  əks etdirir. Diktatura rejimlərinin də yalançı 

demokratiya, demokrat idealının  ən təhlükəli cəhəti (xatırladaq ki, 

demokratiya "xalqın hakimiyyəti" deməkdir) tək və  cəm, fərd və ifrat 

kollektivizm arasınada fərq duyğusunun itirilməsidir.  Şeylər, hadisələr 

arasındakı  sərhədlərin itməsi, silinməsi dildə, semantikada da sərhədlərin 

itirilməsinə  gətirib çıxarır. “Diktatorlar məsləhət bilsə”, "xalqla bir olsa", 

insan hüqularlarının pozulmasını elə insan hüquqları kimi təfsir edər. 

Ədalətsizliyə ədalət, nahaqqa haqq, xaosa, hərcimərcliyə sabitlik deyə bilər. 

Köləliyə, əsarətə azadlıq adı verər. Xeyrə şər və şərə xeyir deyə bilər. Və 

hər ikisinə "xeyr!" deyə bilər. "Xalq", ayrılıqda götürülmüş  hər bir fərd 

diktatorun gücünü öz gücü kimi qavrayar.Özünü xəyalən onun yerində  və 

yanında hiss edər. Xüsusilə, millətçilik,  şovinizm zəminində birlik, 

yekdillik duyğusu özünütəsdiq aktı kimi qavranılar. Bu minvalla insan bir 

çox qüsurlardan, komplekslərdən azad olub yüngülləşər. Hətta tam azad 

olar. Qəribədir ki, diktatordan min-bir əzab-əziyyət görən insanlar, qeyri-

diktator "xalqı" da onun yolunda özünü fəda etməyə hazır olar. Diktatora - 

faciələrinin baiskarı olan adama olmazın təriflər yağdırar, "öz ömrü 

hesabına" onun ömrünün uzanmasını arzulayar. Özünü ona tuşlanan 

güllənin qabağına verər. Sidq ürəklə arzulayar ki, Allah heç vaxt zülümkarı 

onun üstündən  əskik eləməsin! Nəinki başının üstündən, heç öz üstündən 

də  əskik eləməsin! Yeri gəlmişkən qeyd edək ki,2010-cu il Qırğızıstan 

hadisələri başqa bir şeylə olmasa da, keçmiş sovet respublikalarının 

varisləri və davamı kimi meydana gələn bir çox ölkələrin istər iqtidar, 

istərsə  də müxalifət mətbuatında "xalq" anlayışına, "xalq" sözünə bir çox 

maraqlı, ehtiyatlı-demokratik əlavələrlə yadda qaldı. 


 

 

 



330

Totalitar rejimlərin gücü, bəlkə  də zaman-zaman təkrar olunmaq 

ehtiyacı kütlə psixologiyasından müəyyən ictimai-siyasi və tarixi 

vəzifələrin yerinə yetirilməsi üçün istifadə  və sui-istifadə etmək, həmin 

kortəbii, qarşısıalınmaz axını lazımi  şəraitdə, lazımi məqam və 

intensivlikdə lazım olan səmtə yönəltməkdən ibarətdir. Qeyd etmişdik ki, 

diktatura labüd olaraq həm də öz dil manifestini, spesifik yalan və aldanış 

xidmətini hazırlayır. O yerdə ki, dil dəyişmələrinin ierarxiyası pozulur 

(yalan həqiqəti deyil, həqiqət yalanı, yaxud hüquqsuzluq hüququ deyil, 

hüquq hüqusuzluğu xarakterizə edən fenomen kimi qavranılır), linquistik 

qiymətlərin sərhədləri qarışır, ifrat qütblər bir-birinə maksimal dərəcədə 

yaxınlaşmaq və  hətta bərabərləşmək  şansları  əldə edir. Praqmatik 

təxribatlar, semantik müdaxilələr, transformasiyalar nəticəsində mövcud 

linquistik qiymətlər paradiqması dağılır, işarə nisbiliklərinin, qeyri-

səlistliklərin yeni hüdudları formalaşır. Bununla da dərketmənin 

dəyişdirilmiş, dəyişmiş reallıqlarını  əks etdirən subyektiv əsasları 

yaranır.Belə ünsiyyət situasiyası zəruri olaraq yayğın, qeyri-səlis çoxluq və 

təxmini mühakimələrin, qeyri-müstəqim, vasitəli-dolayı adlandırmaların, 

manipulyativ dil formalarının doğulması üçün ideal mühit, münbit zəmin 

hazırlayır.  

Yuxarıda qeyd olunan aldanış, yalan və riyakarlıq ritorikası konkret 

məqsəd və vəzifələrə uyğun olaraq rus-sovet totalitar üslubundan da qırmızı 

xətt kimi keçir.  

Perifrazlar dolayı təsvir, müəyyən bir semantik əlamətin, təəssürat və 

detalın qabardılmasına  əsaslanan yayğın, qeyri-səlist nominasiyalar, 

ehtiyat-alternativ qiymətləndirmələr olduğundan təbii ki, intensiv 

praqmatik münasibətlər sahəsi olan siyasi ünsiyyət sferasında özünə daha 

münbit zəmin tapır, geniş törədicilik, transformasionallıq kəsb edir. Burada 

məqsəd, psixoloji və sosial motivləşmə tamamilə aydındır. Fikrin, ideya və 

baxışların yayğın, qeyri-müstəqim dil formaları ilə  həqiqətdən, gerçəklik 

dəyərlərindən yayındırılması qeyri-adekvat, yanlış qavrayışa, nəticədə 

reallığın təhrif olunmasına gətirib çıxarır. Məqsəd müqabil tərəfi, daha 

geniş dairədə xalq kütlələrini, dinləyici auditoriyasını  nəfəs çəkməyə 

qoymamaq, yayğın, qeyri-dəqiq sözün aldadıcı, ovsunlayıcı sehri ilə 

sehrləməkdir. Burada totalitar linquistika üçün səciyyəvi cəhət ondan 


 

 

 



331

ibarətdir ki, ən müxtəlif dil-üslub elementləri, vasitəsiz və vasitəli 

adlandırmalar bir-biri ilə qaynayıb-qarışır, bir-birinə keçir, dil forması 

qeyri-müəyyənlik, mücərrədlik və xaosu, absurdu arzuolunan bir məcraya 

yönəldir. 

Hər iki nəhəng dil-düşüncə sistemləri - kommunist və nasional-

sosialist totalitar üslubları arasındakı oxşarlıqlar, paralellər üzərində 

müşahidələri bir qədər də genişləndirməyə çalışaq. Qarşısına çıxan hər şeyi 

amansızcasına məhv edib özünə hamar yol açan, yalan və zorakılıq 

yanacağı ilə  işləyən hər iki təbliğat maşınının gücünü, kommunizm və 

nasional-sosialist ideologiyanın üstünlüklərini, görünməmiş yüksəliş 

pafosunu, iqtisadi və  hərbi qələbələr eyforiyasını insanlara təlqin etmək, 

onları buna inandırmaq üçün idman terminologiyasından geniş istifadə 

olunduğu diqqəti cəlb edir. (Bax: V. Klemperer, 234).  Fərdi güc və 

kollektiv  əzmkarlıq nümunəsi olan boks, güləş  və futbol terminlərinə 

xüsusi yer ayrılırdı. O vaxtların linquistik mirası, dil-üslub təcrübəsi siyasi 

vəziyyətin, xalqın  əhval-ruhiyyəsinin dəyişməsi ilə, təbliğat-təşviqat 

strategiyaları ilə çoxlu dini-mistik terminlərin də siyasi-ictimai ünsiyyətə 

axın-axın cəlb edildiyini göstərməkdədir. Hər iki totalitar üslübün ən tipik 

cəhətlərindən biri də dilin daim ifrat gərginlik, daxili təzyiq və dinamizm 

vəziyyətində saxlanmasıdır.  İctimai-siyasi ab-havanın intensiv dəyişməsi 

ilə dilin daxili ritmi, təcili dəyişir, o narahat, əsəbi, isterik bir axın halına 

gəlir. Dil öz ilkin-təbii,  əzəli vəziyyətindən, funksiyalarından sanki 

uzaqlaşdırılır, əvvəlcədən qurulmuş, sazlanmış, dəyişdirilmiş bir mexanizm 

kimi fəaliyyətə başlayır. Burada dil güclərinin iki funksiyası sanki bir-biri 

ilə yarışır və bir-birini tamamlayır. Birincisi, yalançı kooperasiya - işgüzar 

ünsiyyət praqmatikası, ikincisi və əsası - dil hiyləgərliyi, səmimi, mərhəm 

ünsiyyət pərdəsi altında yalan və aldanış  hərəkətlərini ardıcıl və  səmərəli 

şəkildə gerçəkləşdirmək intensiyası. Almanlar xüsusilə müharibənin 

əvvəllərində heç bir ciddi müqavimətə rast gəlmədikdə, çoxsaylı itkilərlə 

üzləşmədikdə sadə xalqda və xüsusilə  gənclərdə xoş  əhvali-ruhiyyə 

yaratmaq məqsədilə "şən müharibədən" ("der lustige Krieg") bəhs edirdilər. 

Bu həqiqətən faşistlər üçün hələ  əsil müharibə  səhnələri, gerçək hadisə 

reallığı deyildi, onlar mahnı oxuya-oxuya sərhədləri keçir, evləri qarət edir, 

pivə içib şənlənirdilər, günlərinin "dəmir alman intizamı" ilə eyş-işrətlə 


 

 

 



332

keçirirdilər. Hələ müharibənin sərt üzünü görməmiş  gənc, "igid" 

təyyarəçilər dünyanın “ən sürətli və rahat maşınlarında” havaya qalxır, 

əmrə tam uyğunluqla, əsil alman soyuqqanlığı ilə şəhərləri. kəndləri yaşayış 

məhəllələrini "səliqə ilə" bombalayır, “yumurta atəşinə” tuturdular. Onlar 

məzhəkə ilə “bombalamaq” əvəzinə Eier legen- yuxarıdan təyyarə ilə 

yumurta atmaq ifadəsini işlədirdilər. Ölümlə, insan əzabları ilə 

məzələnirdilər. Sanki təyyarə yuxarıdan bomba atmırdı, toyuq kimi 

yumurta yumurtlayırdı.  Şən müharibə  tədriclə öz şən linquistikasını 

hazırlamaqda idi. Nifrəti ilə  bərabər iddiaları, döyüş qabiliyyətləri ilə  də 

daim böyüyən və təkmilləşən "dünyanın gələcək sahibləri" - alman gəncləri 

boks terminlərindən xüsusi zövq və heyranlıqla istifadə edirdilər.  

Totalitar və avtoritar rejimlərdə ona görə idmana bu qədər əhəmiyyət 

verilir ki, idman qələbələri dövlətin gücü, diktatorun qüdrəti kimi 

qavranılır. Qiqantamaniya deyilən xəstəliyi, ağrını yüngülləşdirirdi. Futbol 

terminləri şən və asan müharibə təəssüratını xüsusilə artırırdı. Bu aldanış və 

əyləncə əhvali-ruhiyyəsi görünür, almanları həm də gələcək uğursuzluq və 

məğlubiyyətlərin sərt psixologiyasına hazırlayırdı. Müharıbənin çətin 

vaxtlarında təbliğat naziri Göbbels şux və zahirən nikbin bir ovqatla çoxdan 

intizarla gözlənilən Wunderwaffe-nin – sehrli silahın yaxınlaşmaqda olan 

uğuruna, son qələbəyə inandırmaq üçün gənclərə müraciət edərək deyirdi: 

"Jetzt geht das Spiel im Strafraum des Gegners!" ("İndi döyüş  rəqibin 

cərimə  meydançasında gedir.") Oyun rəqibin cərimə meydançasında getsə 

də, bu cərimə meydançası Almaniya sərhədlərinin lap yaxınlığında idi. 

Halbuki o vaxt çoxları yaxşı bilirdi ki, almanlar artıq "müdafiədən 

oynayır", əsil döyüşlər bütün kəskinliyi və sərtliyi ilə  məhz almanlara aid 

cərimə meydançasında, həm də oyunçu azlığı  şəraitində gedir. "Sovet 

millisinin" hücumçularının istənilən vəziyyətdən qol vurmaq şansının 

qarşısını almaq getdikcə müşkülə dönürdü: Bir vaxtlar alman hücumlarının 

"sprinter sürətindən", blitskriqdən (Blizkrieg) ("ildırım sürətli müharibə") 

dəm vuran "bütün dövrlərin və xalqların ın böyük sərkərdəsi” (der grösste 

Feldherr aller Zeiten) Adolf Hitler məğlubiyyətin sprinter sürəti ilə deyil, 

tank sürəti ilə onlara yaxınlaşdığının fərqində idi. Faşist təbliğatının 

müharibənin sonlarına yaxın keçirdiyi görünməmiş qeyri-insani aksiya-

hərbin taleyinin çoxdan bəlli olmasına baxmayaraq, minlərlə kiçik yaşlı 


 

 

 



333

uşaqların, yaralı  və  əlillərin döyüş  cəbhəsinə göndərilməsi "total 

səfərbərlik" (totale Einberufung) ibarəsi arxasında pərdələnirdi, onların da 

iştirak etdiyi ümumxalq müharibəsi isə tarixə "total müharibə" adı ilə düşdü 

(totaler Krieg):"Total səfərbərlik" və "total müharibə" müharibənin 

sonlarında Berlin uğrunda gedən ölüm-dirim savaşlarında artıq sadəcə 

olaraq yalançı perifraz-obrazlar deyildi, qanlı hadisələrin, səhnələrin özü 

idi. Dil işarəsi birbaşa hadisəyə, hadisə isə dil işarəsinə çevrilmişdi, məna 

ilə surət tamamilə birləşmişdi. Sonralar öz mistik başlanğıcını qoruyub-

saxlayan "total" sözü müharibə meydanlarını imitasiya edən yaşıl 

meydançalarda hamılıqla hücum və müdafiə fudbolunun, ölüm-dirim 

mübarizəsinin təxmini nominasiyası kimi işləndi və niderland-german 

şüuruna bir qədər başqa şəkildə sublimasiya olundu.  

Başqa bir paralel. Sovet totalitarizmi dövründə hər bir məhsul yığımı 

əsil mübarizə, hətta müharibə meydanı kimi təsvir və təqdim edilirdi. (Biz 

belə dil-ifadə  əxlaqından başqa bir münasibətlə  də  bəhs etmişdik.) Sovet 

xalqı  "əmək cəbhəsində" kütləvi igidliklər göstərirdi. Halbuki söhbət 

sadəcə olaraq yetişdirilmiş  məhsulun vaxtında və itkisiz yığılmasından 

gedirdi. Vəssalam. Həmin kütləvi qəhrəmanlıqlar Xam torpaqda, 

Özbəkistan və Azərbaycanın pambıq çöllərində, Ukraynanın taxıl 

zəmilərində göstərilirdi. Hamı, bütün sovet xalqı "qəhrəman" olmuşdu. 

Həmin birnəfəsə yürüşdə dil qurama anlayışları ifadə etmək üçün yeni söz 

və vaxt tapmadığından təsviri ifadələr, "transformasiyalar" umuduna 

qalmışdı. Sosialist əməyi qəhrəmanları Sovet ittifaqı  qəhrəmanlarını 

üstələmişdi. Dil yenə də gerçəkliyi saxtalaşdırmaqda, həqiqi vəziyyəti ört-

basdır etməkdə, insanları çaşdırmaqda davam edirdi, siyasi fırıldaqçıların 

yaxın köməkçisi rolunda çıxış edirdi. Nədənsə  hər dəfə Azərbaycanın 

sənaye və  kənd təsərrüfatı istehsalı sahəsində qazandığı "əmək qələbələri" 

daha böyük olardı. Sonralar məlum oldu ki, belə saxta əmək qələbələrinin 

əsil qələbəyə heç bir dəxli yoxmuş. Necə ki, faşistlər geri çəkiləndə 

adamları aldatmaq, yaxınlaşan fəlakəti ört-basdır etmək üçün 

"məğlubiyyət"  əvəzinə “fəal müdafiə müharibəsi” (ein beweglicher 

Verteidigungskrieg) dil yalanını önə  çəkmişdilər. Sonralar ən adi şeylər, 

istehlak malları  qəhətə  çıxanda, Azərbaycan Gürcüstan və Ermənistanın, 

Rusiya və Ukrayna isə Avropanın mağazalarında "iri addımlarla" 


 

 

 



334

irəliləyəndə belə  "əmək qələbələrinin" məzmunu aydın oldu. Məhz belə 

yarımhəqiqətlər, saxta "əmək qələbələri" sonda SSRİ-nin çökməsi ilə 

nəticələndi. Siyasi-iqtisadi məğlubiyyəti qaçılmaz etdi. Amma reallıq 

duyğusunu itirmiş totalitar rejimlər heç vaxt "məğlubiyyət" sözünü dilə 

gətirməz, özünü hər cür tənqiddən, qüsurdan kənar sayar: (Və yanılar.) 

Sonun yaxınlaşdığını hiss edən faşistlər ara verməyən məğlubiyyət, 

məğlubiyyətlər seriyası  əvəzinə "geri çəkilmək", "qaçmaq" əvəzinə, 

"düşmənin həmlələrindən yayınmaq" (sich vom Feinde abweichen) 

yalanlarını uydururdular. Uğursuzluq, məğlubiyyət sözlərini bizdən də 

betər xoşlamayan, məğrur, təkəbbürlü almanlar onları ictimai-siyasi 

leksikondan tamamilə silib atmışdılar. Onları daha müəmmalı,sadə xalq 

üçün bir qədər çətin anlaşılan, məsuliyyətdən qaçmağa imkan verən "Krise" 

(böhran) sözü ilə  dəyişdirirdilər. Həm də bunu mistikcəsinə 

ümumiləşdirərək, sonda təkcə kommunistlər qarşısında Almaniyanın 

məğlubiyyəti kimi deyil, bütün qərb mədəniyyətinin, sivilizasiyanın süqutu 

kimi qiymətləndirirdilər. Müttəfiq dövlətlərin başçıları  ən tünd rənglərlə - 

diffamasiya yolu ilə Hitlerin özünə xas olan əlamətlərlə bəzədilirdi. Hitler 

deyirdi: "Ağ evdə ruhi xəstə, Londonda isı bir cani dünyanı  məhvə 

sürükləyir." ("İm Weissen Haus regiert ein Geisteskranker,in London ein 

Verbrecher.") Stalin və Sovet İttifaqında yaşayan bütün "ruslar" isə bir 

qəpik də  dəyəri olmayan "slavyanlar" kimi gözdən salınırdı. Müharibə 

mövzusu ilə  səsləşən daha bir dəhşətli yalan evfemizmi haqqında. Artıq 

güllələnmiş və ya müxtəlif səbəblərlə köhnə yerində yaşamayan yəhudilərə 

"gələn məktubları" "Daha burada yaşamır" qeydi ilə geri  qaytarırdılar 

("Adressat abgewandert"). - Adresat isə çoxdan harayasa aparılmış  və ya 

öldürülmüşdü. 

Həm təkcə "arilərin" yaşadığı faşist Almaniyasında, həm də 

"sarsılmaz dostluq qalası" olan Sovet İttifaqında bütün cəmiyyət “xoşbəxt 

gələcək” uğrunda mübarizə aparırdı. Anlayışlar, məqsədlər birbaşa öz 

adları ilə yox, ilkin-müstəqim adlandırmaların alternativləri, vasitəli ifadə 

şəkilləri ilə işarələnirdi. Həmin baş məqsəd uğrunda bütün qanuni və qeyri-

qanuni, insani və qeyri-insani vasitələrə  əl atmaq məqbul idi. Əslində 

konkret ideologiya, məfkurə gerçəkliyin fövqünə qaldırılmışdı, böyük hərfli 

Həqiqəti  əvəz və  təmsil edirdi. Onun adından danışırdı, hökm edirdi. 


 

 

 



335

“Xoşbəxt gələcək”, “işıqlı sabah” nə deməkdir? Yalnız ölüm haqqındakı 

həqiqəti, dünyanın keçiciliyini və müvəqqətiliyini səthi də olsa dərk etmək 

kifayətdir ki, xoşbəxt gələcək xülyasının üstündən çalın-çarpaz xətt 

çəkəsən, bu günün gözəlliyini yaşamaq fürsətini və real həqiqəti nisyə 

sahaba, "işıqlı  gələcəyə" qurban vermək sadəlövhlüyünə vida edəsən. 

Əslində partiya ideoloqlarının vəd etdiyi mifik "kommunizm" ideyası 

nasional-sosialistlərin rəmzləşdirdiyi,  ən azı min ilə hesablanmış  "əbədi 

xoşbəxtlik " doktrinası "cənnət" ideyasının bu dünyadakı imitasiyası idi və 

dini-mistik mahiyyət daşıyırdı. Nəticədə axıra qədər düşünülməmiş, sözün, 

dil  şüurunun senzurasından keşməmiş anlayışlar cənnətin, behiştin yox, 

məhz cəhənnəmin nə olduğunu real surətdə yaşamaq üçün daha gərəkli və 

ibrətamiz oldu. Real və  hətta imaginativ-xəyali gerçəkliyə uyğunluq 

dərəcəsi bilinməyən, mahiyyəti tam aydın  və bəlli olmayan "kommunizm" 

və ya “reyx” (Reich) sözünün üstəlik perifraz edilməsi, yayğınlıq və 

yayılanlaşması  məfhumun dərk edilməsinə gedən yolu bir qədər də 

uzaqlaşdırır, uzadır, qeyri-adekvatlığı gücləndirir.  

Totaltar üslubda dini dünyagörüşü ilə reallıq aldanışlarını 

mistikcəsinə bir araya gətirmək kimi qorxulu bir cəhət var. Faktın, 

hadisənin psixologiyası belədir ki, diktatura rejimlərində, totalitar və 

avtoritar cəmiyyətlərdə dövlət başçısının  əlində küllü-ixtiyaratın, qeyri-

məhdud hakimiyyətin cəmləşməsi Kerkaqorun haqqında bəhs etdiyi, kəşf 

etdiyi "Allah dünyası" ilə "bəşər dünyası" arasındakı  məsafəni sanki bir-

birinə yaxınlaşdırır və hər ikisini eyni zamanda məhv edir. Mədhiyyəçilik, 

bəndələrin "ibadətləri", "zikri", kor-koranə inamı artdıqca hakimi-mütləq 

öz “yeganəliyinə”, “əvəzedilməzliyinə” inanmağa başlayır. Yeni dövrün 

bütpərəstliyi yaranır. Buradan da Allah, daha doğrusu, allahlaşma ideyası, 

bütün günah və  cəzaların fövqündə olmaq düşüncəsi, insan talelərinə 

istədiyi kimi hökm etmək haqqı  və bu haqqa sahib olmanın psixologiyası 

formalaşır. Diktator şüursuzluq səviyyəsində, qeyri-şüurilik qatında Allah 

olmadığını bilir, lakin ətrafdakılar inadla ondan Allah olmağı  tələb edir. 

Diktatorun öz əlçatmaz səltənəti olur, onun sözü də dildə işlənən adi, öləri 

sözlərin statusundan çıxıb fövqəlqüdrət kəsb edir. Böyük yaradandan 

canlılara can vermək, yaratmaq kəramətinə sahiblənə bilməsə və bunu heç 

istəməsə  də (?), öldürmək, məhv etmək ustalığına məharətlə yiyələnir. Və 


 

 

 



336

hətta bəzən Ondan irəli gedir.  Özünü yer allahı kimi aparan diktator 

insanları, tək-tək, bir-bir deyil, min-min, milyon-milyon qətl edir. Sadəcə 

olaraq bunsuz keçinə bilmir, bunsuz idarə etmək, itaətdə saxlamaq mümkün 

olmur. Ona görə  də öldürmək, can almaq ehtirasından xüsusi zövq alır. 

Diktaturaların və diktatorların son faciəsində aldadıcı, yalnış ideologiyalar, 

şüurda, eləcə  də dil şüurunda gerçəkliyin, həqiqət dəyərlərinin düzgün 

qiymətləndirilməməsi və qeyri-adekvat əksi həlledici rol oynayır. Müasir 

texniki tərəqqi, nano-texnologiyalar əsrində etibarlı sosial-hüquqi təsisatlar, 

az-çox təsirli, çəkindirici və tənzimedici mexanizmlər yaransa da, iyirminci 

əsr insanının psixikasında davam edən, kodlaşmış destruktivizmi, təbii-

bioloji dağıdıcılıq instinktini cilovlamaq, dayandırmaq mümkün 

olmamışdır. Və heç vaxt mümkün olmayacaq da. Uzun bir zaman kəsiyində 

davam edən totalitar düşüncə və üslub kreativ, yaradıcı dərketməyə olduqca 

pis təsir göstərir, nəticə etibarilə nitq mədəniyyətinin  də inkişafına mane 

olur. Bunlar ümumən mədəniyyətin tərəqqisini ləngidir. Azad, analitik 

təvəkkürü mədhiyyəçilik  əvəz etdikdə isə  şüur da, dil də korşalır, 

inkişafdan qalır. 

Keçmiş Sovet İttifaqından çıxmış müstəqil dövlətlərdə ictimai-siyasi 

hadisə və proseslərin təhlilində və qiymətləndirilməsində totalitar yalan və 

totalitar yalan linquistikasının təsirlərini izləmək də maraqlıdır. Bir neçə 

nümunə: hələ 1992-ci ildə SSRİ-nin dağıdılması planının tərkib hissəsi olan 

Qarabağ müharibəsi dövründə rus hərbi birləşmələrinin erməni 

yaraqlılarına gizli silah-sursat ötürdüyü və bunun müxtəlif vasitələrlə ört-

basdır edildiyi bir vaxtda "Vremya" proqramı belə bir informasiya 

yaymışdı: Dünən Azərbaycanın Laçın rayonunda sovet ordusu hissələrinə 

quldurcasına basqın edilmiş və çoxlu atıcı silah ələ keçirilmişdir." Aydındır 

ki, hadisənin Ermənistanda, Dağlıq Qarabağ Vilayəti ərazisində deyil, məhz 

Azərbaycan rayonlarının birində baş verməsi informasiyanı  dərhal 

ermənilərin xeyrinə  dəyişir, gerçəyi təhrif edərək nadinc, günahkar tərəfin 

ermənilər deyil, məhz azırbaycanlılar olması reallığını 

formalaşdırır.Rusiyanın Gürcüstandan çıxarılmış  hərbi bazalarındakı  ağır 

texnikanın Ermənistana aparılması ilə bağlı Rusiya Federasiyasının xarici 

işlər naziri S. Lavrov dedi: "Söhbət Ermənistana silah verilməsindən yox, 

silahların Rusiyanın bir hərbi bazasından digərinə keçirilməsindən gedir." 


 

 

 



337

Göründüyü kimi,gerçək haman gerçəkdir, yalan haman yalandır, fərq 

burasındadır ki, eyni hadisə, reallıq fraqmenti müxtəlif dil təqdimatlarında 

fərqli çalarlar, rəng və biçimlər alır. Faktın qiymətləndirilməsi onun 

reallığına üstün gəlir. Başqa sözlə, dil gerçək həqiqətdən fərqli bir həqiqəti 

ortaya qoyur, yalanı kultivasiya edir. Həmin informasiya bundan əvvəl də 

Rusiyanın Ermənistana iki dəfə iki milyardlıq silah ötürməsi fonunda 

xüsusilə aydın konturlar alır. Lakin konkret fikir qavranılarkən bu 

presuppozisiyalar, ilkin, ön informasiyalar operativ yaddaşda olmur və dil 

öz dağıdıcı, pozusu işini maneəsiz görür. Yalan dilin təqdimatında asanlıqla 

həqiqətin, daha doğrusu, subyektiv həqiqətin bir fraqmentinə çevrilir. Hətta 

bir çox hallarda əsil həqiqətdən yüksəyə qalxır.  

24 noyabr 2003-cü ildə Gürcüstanda qızılgül inqilabının qızğın vaxtı 

sərhədd xidmətinin rəisi president Şevardnadzenin Tbilisini tərk edib-

etməməsi haqqında informasiyaya "aydınlıq" gətirmək üçün belə bir 

bəyanat vermişdi: "Şevardnadzenin təyyarəsi Gürcüstan ərazisindən kənara 

çıxmayıb."  Şevardnadze doğrudan da Gürcüstan ərazisindən kənara 

çıxmamışdı. Gürcüstanın inzibati ərazisinə daxil olan Acarıstana – Aslan 

Abaşidzenin yanına qaçmışdı... Belə yalanlar sovet gerçəkliyindən çıxmış, 

sovet KQB məktəbini keçmiş balaca diktatorların ifasında daha inamla, 

daha inandırıcı  səslənirdi və diplomatik müdriklik, koqnitiv innovasiya 

kimi qəbul olunurdu.  

XX  əsrin  ən böyük faciələrindən biri olan Xocalı  qətliamının 

törədildiyi həmin məşum günün səhəri Moskvanın "Vremya" kanalı  və 

mənası  həqiqət olan "Pravda" qəzeti belə bir "informasiya" verdi: “Dünən 

gecə Azərbaycanın "Xocalı"  şəhərində qanlı hadisələr törədilmiş, insan 

tələfatı olmuşdur.” Bu informasiyadan kimin hücum edən və kimi hücuma 

məruz qalan tərəf olduğu bilinmirdi, həlak olanların da kimlərdən ibarət 

olması aydınlaşmırdı. Dil məntiqi və mətn əlaqələrindən aydınlaşan bu idi 

ki,  Azərbaycan  şəhərində baş verən hadisələrin qurbanları mütləq  əbədi 

əzabkeş tərəf – ermənilər olmalı idi.  

Böyük dövlətlərdən birinin başçısı  hələ  səslər tam hesablanıb 

qurtarmamış Avropanın göbəyində, Belarusda yeni dövrün ən "kamil" 

diktaturasını qurmuş Lukaşenkonu “seçkilərin uğurla başa çatması” 

münasibətilə  təbrik etdi. Aşkar görünür ki, burada söhbət Lukaşenkonun 


 

 

 



338

heç də lazımi sayda səs toplamasından deyil (bu əvvəlcədən həll 

olunmuşdu), "dost” diktatura rejiminin qoruyub saxlanmasından, qonşu 

dövlətlərə  də örnək ola biləcək Belarus müxalifətinin məğlubiyyətə 

uğradılmasından, 

əzilməsindən gedir. Narıncı inqilabın baş 

tutmayacağından gedir. Belə bir təbrik teleqramını Türkiyənin baş naziri 

heç sevincini gizlətmədən türk dövlətlərindən birinin presidentinə 

ünvanlamışdı: "Seçkilərdə inamlı  qələbə çalmağınız münasibətilə sevgi və 

sayğılarımızı qəbul edin." Əlbəttə, real düşünən, düşünə bilən adam bunun 

fərqində olur ki, "seçkilərdə inamlı  qələbə çalmaq", ümumiyyətlə "qalib 

gəlmək" heç də birmənalı  şəkildə "demokratik, azad seçkilərdə  səslərin 

əksəriyyətini qazanmaq" anlamına gəlməyə də bilər. Özgürlüyün, azadlığın 

təntənəsi olmaya da bilər. "Qalib gəlmək”, həm də  əldə olan və olmayan 

bütün vasitələrlə ölüm-dirim mübarizəsi aparmaq, necə olursa-olsun 

hakimiyyətə gəlmək və ya hakimiyyətdə qalmaq düşüncəsini ortaya qoyur. 

“Qalib gəlmək" dil forması heç də vicdanlı,  ədalətli mübarizədə üstün 

gəlmək mənasını vermir. Əksinə, belə bir mübarizə çox vaxt məğlubiyyətə 

aparır, müxtəlif, bəzən tamamilə  fərqli gerçəklik  şəkillərinə, həqiqət 

dəyərlərinə uyğun gəlir. Daxili semantikadan, işarələrin bir-birinə 

münasibətindən isə tamamilə fərqli gerçəklər hasil olur.  

“Əgər dekan hansısa tələbəyə kömək edirsə, demək onun buna əsası 

var - bu da kosmopolit dil və əməl davranışının, həqiqətdən yan keçmənin 

arxaik nümunəsi! Akademik praqmatizm örnəyi! Qeyri-səlis məntiq və 

təxmini mühakimələrin başqa bir dil səviyyəsindəki obyektiv həqiqəti!  

Sonra. Müstəqillik, tam azadlıq qazanmış keçmiş sovet 

respublikalarında seçkiqabağı  və seçki təbliğatının nəticələrinin 

qiymətləndirilməsinin öz qəribə fövqəlpsixoloji, fövqəlsosial, fövqəlsiyasi 

praqmatikasının formalaşmışdığını söyləmək olar. Bu gün çox geniş 

yayılmış belə bir koqnitiv realllıq xüsusi maraq kəsb edir, sanki eyni 

yanaşma, eyni düşüncə stereotipi mütləq demokratiyadan başqa heç nə 

istəməyən həm iqtidar, həm də müxalifət düşərgəsinin, ən müxtəlif partiya 

və sosial qruplaşmaların mövqeyini eyni dərəcədə ifadə edir. Bilavasitə 

əsas məqsədimizlə bağlı olmayan, xüsusi sosial-psixoloji araşdırmalar tələb 

edən bu mövzunu bir neçə nümunə ilə yekunlaşdırırıq:  


 

 

 



339

"Xalq heç vaxt... tanımadığı bir regiondan deputatlığa namizəd irəli 

sürə bilməz." 

"Dünyanın hər yerində, hətta  ən gəlişmiş demokratik ölkələrdə  də 

seçkilərin keçirilməsində nöqsan və çatışmazlıqlar özünü göstərir. Buna 

görə seçkilərin nəticələrini  şübhə altına almaq, Azərbaycanın demokratik 

imicinə zərbə vurmaq müxalifətə şərəf gətirmir. Dünyanın hər yerində belə 

problemlər var. Azərbaycan dövləti hansısa eksperimentlərin məkanı 

deyil." (ANS) 

Qeyri-standart, orijinal fikirləri, saymazyana çıxışları ilə ad çıxarmış 

keçmiş millət vəkillərindən biri televiziya müsahibəsində tam əminliklə 

deyirdi: "Mitinqlərə, küçələrə çağırışlar seçkilərə  təzyiq vasitəsidir." Dinc 

nümayişçilərin azad, sərbəst toplaşmaq hüququnun “Azərbaycanın 

demokratik imicinə  xələl gətirən” belə  sərbəst - məsuliyyətsiz 

interpretasiyası daha məntiqi, ya koqnitiv bir problem deyil, xalis tibbi-

psixoloji problem kimi araşdırılmalıdır. Müstəqilliyimizi, dövlətçiliyimizi 

təhdid etdiyi üçün araşdırılmalıdır. 

"Müxalifət neçə vaxtdır ki, seçkilərin  ədalətli keçirilməməsindən 

dəm vurur. Bu, ölkənin imicini korlamaqdır, dövlətə qara yaxmaq və 

Azərbaycanın mövqeyini zəiflətməkdir. Mən deyərdim ki, 

mənəviyyatsızlıqdır. Avropada heç kim seçkilərin nəticələrindən narazılıq 

eləmir.”  

Postsovet ölkələrində seçkilərə münasibətdə sonda anlayışın 

strukturunun dağılmasına gətirib çıxaran üç ifrat mövqe bir-birini təqib edir 

və sanki bir-birini tamamlayır: dünyanın heç bir yerində ədalətli, şəffaf və 

demokratik seçkilərin keçirilməsinin mümkünsüzlüyü ideyası, seçkilərdə 

nəticələrə ciddi təsir göstərəcək qanun pozuntularının,  ən azı texniki 

qüsurların olmasının qaçılmazlığı; seçkilərin hökmən saxtalaşdırılacağı ilə 

bağlı nihalizm, seçkilərin demokratik şəraitdə keçirilməsinə inamsızlıq. Hər 

cür  əsaslandırılmış  və  əsaslandırılmamış  şübhələr qeyd olunan anormal 

idrakı situasiya, düşüncə  və psixologiya standartları, həmin semantik 

blokda qeyri-adekvat, qeyri-müstəqim ifadə çoxliqlarının meydana 

gəlməsini  şərtləndirən  əsas amillərdən birini təşkil edir. Siyasi diskursda 

yanılmalara səbəb olan, qavrayışın subyektivliyini şərtləndirən və adekvat 

dərketməyə mane olan leksik-semantik vasitələr, dil strukturları kifayət 


 

 

 



340

qədərdir. Müqayisə üçün cəm  şəkilçisi ilə  işlənən mücərrəd “qüvvə” 

(“qüvvələr”) sözü ətrafında dəyişən qeyri-müstəqim adlandırma və  təsvir 

alternativlərinə  nəzər salmaq kifayətdir. Yayğın, qeyri-səlis qiymət 

çoxluqlarının, təxmini-natamam mühakimələrin yaranmasına rəvac verən, 

biliyin sərhədlərinə sığmayan hazır, növbətçi söz birləşmələri, demək olar 

ki, bütün dillərdə  işlənən universal perifraz modelləri vardır ki, bunların 

sırası "sağlam qüvvələr", "mütərəqqi qüvvələr", "vətənpərvər qüvvələr", 

"tərəqqipərvər qüvvələr", "irticaçı qüvvələr", "qara qüvvələr", "demokratik 

qüvvələr", "inkişafa mane olan qüvvələr"şəklində daha da genişlənir və az 

qala "biz-onlar", "yaxşı-pis", "xeyir-şər" qarşılaşdırmalarının hüdudlarına 

qədər gedib çıxır (müqayisə et: die gesunden Krafte – здоровые силы, die 

fortschriftlichen Kräfte – прогрессивные силы, die patriotischen Krafte – 

патриотические  силы, die reaktionären Kräfte – реакционные  силы, 

demokratische Krafte – демократические  силы, die schwarzen Krafte – 

черные  силы  və s.). Dünyanın demək olar ki, bütün "mədəni" dillərində 

təkrarlanan həmin semantik kalkalar yalan  və aldanış daşıyıcıları, 

dərketmə virusları olaraq dünyanı heç də siyasətçilərdən az qarışdırmır. 

İndi  əsas vəzifə onların heç olmasa dünyanın, ekoloji cəhətdən təmiz 

dillərinə keçməsinin qarçısını almaqdan, dilin ali vəziyyəti və əsil həqiqəti 

olan təbiiliyini, saflığını qorumaqdan keçir. İfadənin cəm formantı ilə 

təchiz edilməsi onun yayğınlığını, qeyri-müəyyənlik və ümumiliyini daha 

da artırır,  şərh, yozum imkanlarını maksimum həddə yüksəldir. Sağlam 

qüvvə  nə deməkdir? Bunun dəqiq, riyazi ifadəsini təsəvvür etmək 

mümkündürmü? Müasir insanın məntiq və düşüncəsi,  şakəri belədir ki, 

məni, mənim partiyamı, yaxşı halda xalqımı, millətimi, vətənimi, 

dostlarımı, ailə üzvlərini, ümumən mənə xeyirli, faydalı olan bir şeyi 

bəyənən, onları təqdir və müdafiə edən qüvvələr "sağlam qüvvələr", bunu 

etməyənlər isə "sağlam olmayan qüvvələrdir". Soyuq müharibə dövründə, 

Sovet İttifaqında bütün kapitalizm cəbhəsi ölkələrini təmsil edən qüvvələri 

"irticaçı qüvvələr", sosialist cəbhəsini təmsil edən qüvvələri isə mütərəqqi 

qüvvələr hesab edirdilər.  Əksinə, "mütərəqqi qüvvələri" himayə edən, 

onları yönəldən Sovet İttifaqı  Qərb üçün bir "şər imperiyası"idi. Sözdə 

erməni soyqırımını  nəinki tanıyan, hətta onun inkarını qadağan edən 

mədəni Fransanın "humanist" parlamentariləri, özlərinə haqlı-haqsız 


 

 

 



341

havadarlar axtaran ermənilər üçün “ən sağlam və humanist qüvvələr”, adı 

normal hüquq düşüncəsi, anlağı olan bütün insanlar, türklər üçünsə  ən 

irticaçı,insanlığını  və  mənəviyyatını itirmiş ünsürlər hesab oluna bilər. 

Seçkilərdə müxalifəti müdafiə edən, nümayişlərə  gələn, onları 

dəstəkləyən,iqtidar nümayəndələrini yamanlayan, hakimiyyəti dəyişmək 

istəyən qüvvələr "sağlam qüvvələr", presidenti, onun siyasətini, siyasi 

kursunu müdafiə edənlər isə müxalifətin nəzərində  əsil irticaçı, qara 

qüvvələr, qeyri-vətənpərvər qüvvələr kimi dərk olunur. Söz aldanışı 

həqiqətləri başqa cür görmək imkanını  əvvəlcədən istisna edir. Burada 

“doğru” linquistik dəyişəni çox bəsit-sadəlövh, sadələşdirilmiş  şəkildə 

“bizdən olmayanlar”, “özümüz - özgələri”  şəklində  və  çərçivəsində 

qavranılır. Belə sosial-siyasi, koqnitiv-psixoloji, ictimai, ideoloji və dil 

xaosunun içərisində həqiqət axtarmaq, nəyin doğru, nəyin yanlış olduğunu 

tapmağa çalışmaq özü dəyərlər məntiqinə, sağlam zəkaya ziddir. Belə 

anlam-düşüncə və dil-ifadə çəkisizliyində F. Nitşenin "bütün mənəvi-əxlaqi 

dəyərlərə yenidən baxmaq lazımdır" tezisi də perspektivsiz görünür. Çünki 

görmək, ayırmaq üçün dəqiq, doğru-düzgün koqnitiv və linquistik 

mexanizmlər hələ tapılmayıb. Çox guman ki, heç vaxt da tapılmayacaq. 

Yəqin ki, linquistik dəyərlərə yenidən baxmaq daha çətin proses olacaq. 

Çünki hər hansı yeni dəyərsizliklərin, yanılmaların mənbəyinə çevriləcək.  

Sonda məlumatın zərərsizləşdirilməsi, təmizlənməsi və  informasiya 

reklamı ilə bağlı bir örnək: 

Ümumən uğurlu  əsr olan 20-ci əsrin son 2000-ci ilində Rusiyaya 

məxsus "Kursk" atom sualtı qayığının batması  xəbəri bütün dünyanı 

sarsıtdı. Hələ tam dəqiqləşməmiş bu informasiyanı dərhal, bütün dəhşəti və 

çılpaqlığı ilə vermək yeni bir fəlakət törətməyə bərabər olardı. Əvvəl belə 

bir məlumat verildi ki, qabaqlar deyildiyi kimi 12 avqustda, şənbə günü 

yox, 14 avqustda – 1-ci gün "gəmi idarəni itirib və  nəzarətdən çıxıb." Bu 

detal o qədər də  əhəmiyyətli olmasa da, hər halda vəziyyəti təhlil etmək, 

xilasetmə  işləri aparmaq, insanlara kömək etmək imkanının olması 

illuziyası, təhqiqat işinin intensiv aparılacağı xülyası yaradırdı. Sonra əsil 

hadisədən danışmaqdansa, gəminin batıb-batmaması haqqında 

informasiyanı  dəqiqıəşdirməkdənsə, gəmidə  hələ 19 avqustadək oksigen 

ehtiyatının olması haqqında "sevindirici" xəbərlər yayılmağa başladı. Vaxt 


 

 

 



342

gəlib çatanda gəmidə oksigen ehtiyatının hələ 25 avqusta qədər 

tükənməyəcəyi  əminliklə  xəbər verilirdi. Sonra hökumət nümayəndəsi 

Klebanov mətbuat konfransında, hətta daha çox, lap 6 ay da suyun altında 

qalmağın mümkün olduğunu bəyan etdi. Məlumatın psixologiyasına bələd 

olanlar artıq başa düşürdülər ki, söhbət olan və ya olmayan bir hadisə 

haqqında xəbər verib-verməməkdən, gerçəklik dəyərlərinə münasibətdən 

deyil, insanları ölüm xəbərinə psixoloji cəhətdən hazırlamaqdan gedir. 

Lakin xəbər xidmətini hələ dayandırmaq olmazdı, ziddiyyətli xəbərlər, çox 

hallarda bir-birini təkzib edən informasiyalar verilməkdə davam edirdi. 19 

avqustda məlumat verdilər ki, gəminin uc hissəsindəki (носовой  часть) 

“ötseklərdə”, kameralarda olanlar yəqin ki, dərhal həlak olublar, amma 3, 4 

və 5-ci  kameralarda sağ qalmaq imkanı itirilməyib. Belə informasiya 

məntiqində  hər kəs qəfil bir ümid və inamla özününkülərin, öz gözlədiyi 

adamın həmin "xoşbəxt" kameralarda olduğunu zənn edər və müvəqqəti də 

olsa, təsəlli tapar. Səsini çıxartmaz. Sonra dil sərtləşməyə, perifrazlar 

açılmağa başladı: "Gəmidikilərin xilas edilməsi üçün praktik olaraq 

(“практически”)  şans yoxdur." Yaxud: insanların xilas edilməsi üçün 

yalnız nəzəri  şanslar qalır (“Остались  лишь  теоретические  шансы  для 

спасения людей”). “Praktik cəhətdən şansın olmaması" və ya yalnız nəzəri 

cəhətdən xilas şansının qalması ümidləri hələ tamamilə kəsmirdi. Dil-təsəlli 

instinkti dünyanın ən böyük nüvə dövlətinin, texnologiya nəhənginin görə 

bilmədiyi işi görən Norveç dənizçilərindən sonra ən böyük xilaskara 

çevrilmişdi. Bir qədər də keçəndən sonra Şimal Dəniz Donammasının rəisi 

Mixail Motsak bəyanat verdi: "Biz ən ağır xəbərlərə də hazır olmalıyıq." 20 

avqust 2000-ci ildə Rusiyanın prezidenti Vladimir Putin özü, nəhayət, 

ekranda göründü və əsil yas xəbəri əhvali-ruhiyyəsi ilə söz verdi ki: "Xilas 

edilməsi mümkün olan hər kəsi xilas edəcəyik. "Köməyə gələn və üç günün 

içində rus xilasedicilərinin bir ayda görə bilmədiyi işi üç gündə görən 

Norveç dalğıclarının məlumatından sonra hamının həlak olduğu bəlli 

olduqda mətbuat xidmətinin rəisi dedi: "Ekipaj üzvlərinin böyük 

əksəriyyətinin həlak olmasını artıq baş vermiş faciəvi fakt kimi qəbul 

etmək lazımdır." ("То  что,  болшенство  членов  экипажа  погибло,  это 

совершивший  трагический  факт.") Hamının deyil, yalnız"böyük 

əksəriyyətin" həlak olması reallığını  təsdiqləyən bu xəbər avqustun 21-də 


 

 

 



343

verilmişdi. Hamı  hər şeydən əlini üzdükdən, ümidlər kəsildikdən,narazılıq 

açıq-aşkar artdıqdan və  bəzən hökumətin  əleyhinə aqressiv şəkil aldıqdan 

sonra psixoloji cəhətdən əhəmiyyətli ola biləcək belə bir informasiya getdi: 

"Ola bilsin ki, kimsə hava balonunda hələ sağ qalır." Hər kəs bu "kimsəni", 

ola bilsin, bu bircə nəfəri özününkü bilib ovunurdu,təsəlli tapırdı, ani olaraq 

ümidlənirdi. Bir qədər də keçdikdən, adamlar artıq vəziyyətlə barışıb 

sakitləşdikdən sonra "xilas etmək üçün praktik şansın olmaması" perifrazı 

bir qədər də  dəqiqləşdi:  “Adamları xilas etmək  şansı praktik olaraq sıfra 

bərabərdir.” İnsanları təkrar sarsıdan, şoka salan bu oldu ki, 22 avqusta İlya 

Klebanov bəyanat verərək ekipajın məhvi faktının hələ avqust ayının 14-də 

bəlli olduğunu bildirdi və bu bircə həqiqətlə karyerasının məhvini hazırladı. 

Görünür, daha ifrata varan psixoloji gərginliyə tablaşmayaraq bu son 

situasiyada acı  həqiqəti növbəti inam yarada biləcək yalanlarla 

neytrallaşdıra bilmədi. Çox keçmədən xilaskar və amansız norveçlilər lükü-

gəminin qapağınğ açdılar və bütün arakəsmələrin su ilə dolduğunu 

bildirdilər. Reallıq imkanları  və aldanışları bitən yerdə dilin imkanları da 

sona çatdı. 

Göründüyü kimi, analoji situasiya və mətn əlaqələrinin təhlili əlavə-

ehtiyat adlandırma və  təsvirin  əhəmiyyətini daha dərindən araşdırmaq, 

linquistik qiymətləndirmənin konkret koqnitiv-praqmatik faktorlardan 

asılılığını izləmək baxımından önəmli  əhəmiyyət daşıyır, tədqiqatçının 

qarşısında müxtəlif  şərh imkanları açmaqla, onu yeni reallıq axtarışlarına 

istiqamətləndirir. Bununla da müxtəlifölçülü, müxtılifqiymətli dil işarələri 

prizmasından dərketmənin yeni qatları üzə çıxmış olur.  

Beləliklə, qeyri-səlis sinonim çoxluqlara əlavə olunan perifraz 

şəkilləri istər leksik, istərsə  də sintaktik sinonimlik dairəsini  əhəmiyyətli 

dərəcədə genişləndirir, qeyri-adekvat, təxmini mühakimələrin 

gerçəkləşməsi üçün zəngin və çoxcəhətli linquistik əsaslar hazırlayır. 

Predmeti, hadisəni xarakterizə edən tipik bir detalın, əhəmiyyətli bir əlamət 

vahidinin önə, qənşərə  çəkilməsi ilə  əmələ  gələn perifraz şaxələnmələri, 

geniş  mənada vasitəli təsvir və adlandırma çoxluqları  mətnin istər 

formalaşması, istərsə  də qavranılmasında mühüm yaradıcı, törədici faktor 

rolunu oynayır.   

 


 

 

 



344


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin