Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

yumşaldılması, kiçildilməsi və ya böyüdülməsi bu sistemi daha da 

zənginləşdirib mürəkkəbləşdirir:  

nicht unschön, nicht ganz unschön, ganz und gar nicht (so) unschön, 

ganz und gar nicht unschön, durchaus nicht unschön, weder schön noch 

unschön, weder unschön noch häßlich, nicht unschön / sondern / keine 

unschöne Frau / aber eine attraktive Frauenperson, keine schöne Frau, 

sondern eine durchaus akzeptable Mitarbeitern, nicht (besoders) schön, 

doch ziemlich hübsch və s.  

Təkcə obyektiv aləmin subyektiv obrazlarının yaradılmasında deyil, 

həm də qeyri-səlis, təxmini mühakimələrin, ideal, daha doğrusu, maddi-

ideal mahiyyət daşıyan semantik reallıqların  əks olunmasında mövcud 


 

 

 



362

variantların, dil-işarə “nüsxələrinin” öz yeri və rolu var. Yalnız hər bir 

üslub fiquruna yox, hər bir perifraz tipinə, sintaktik bütövə, konstruksiyaya 

da bir qavrayış modeli, onların konkret, spesifik təzahürlərinə, forma 

müxtəlifliyinə isə model variantları kimi yanaşmaq mümkündür. 

Minimallaşdırma strukturlarını da məhz bu kontekstdə qiymətləndirmək və 

şərh etmək zəruridir. 

 Kantın belə bir dahiyanə fikri də var: Dəqiq tərif və təsnifat yalnız 

riyaziyyatda ola bilər.  Əslində “gözəllik” linqvistik dəyişənini qlobal 

“gözəl” və “çirkin” ölçüləri ilə qavramaqla  biz əvvəldən böyük səhvə  və 

yanlışlığa yol vermişik. (Kartezian məntiqi də öz mənbəyini belə dil 

yanılamlarından götürür). Sonra bunu sonsuz işarə - adlandırma versiyaları, 

kompleksləri və törəmə ifadə modelləri ilə düzəltməyə, təshih etməyə 

çalışırıq. Dil yaradıcılığını sonu olmayan bir axtarış və yanılmalar sistemi 

kimi təsəvvür etmək olar. İnsan gözəlliyi “zahiri” və “daxili gözəllik” deyə 

iki yerə ayırarkən  əslində özünü yeni bir çıxmaza salmış olur. Əxlaqi 

keyfiyyətlərin, müsbət, xoş  rəftar və davranışların, humanist, insanpərvər 

münasibət təzahürlərinin “gözəllik” kimi dərk olunması isə insanı ciddi 

aldanış  və yanılmalara sürükləyir.  Əxlaqi ölçülər estetik ölçülərlə 

qarışdırılmış olur. Bu “gözəlliklər” artıq real gerçəklik dəyərləri və ya bu 

dəyərlərin olmaması, yoxluğu və ya natamamlığı deyil, yanlış düşünülmüş 

bir metaforadır ki, qavrayışın təxminilik, qeyri-adekvatlıq effektini daha da 

güclədirir, çoxlu məntiqi səhv, aldanış və yalanlara yol açır. Belə çarəsizlik 

sindromu ona görə baş verib ki, “daxili gözəllik” anlayışını ayrıca sözlə 

adlandırmaq mümkün olmamış və dil istehlakçısı əlacsızlıqdan metaforaya 

əl atmışdır. “Dünyanı gözəllik xilas edəcək” düsturu da “şair sözündən” 

başqa bir şey deyildir. Dünyanı xilas etmək mümkün deyil. Və  bəlkə heç 

lazım da deyil. Əvvəlcə dili “solluq uşaqlıq xəstəliklərindən” qurtarmaq, 

semantikanın yanılma mənbələrindən təmizləmək, aldadıcı  təsirlərindən 

xilas etmək gərəkdir! Bu sözün təvəllüdündən bu yana “gözəllik” nəinki 

dünyanı xilas etmədi,  əksinə, daha da dolaşığa saldı. “Daxili gözəlliyə” 

münasibətdə digər eynicinsli, amorf linqvistik qiymətlərin təxminiliyi, 

uyuşmazlığı  və yayğınlığı da bununla əlaqədardır.  İnsanın daxili 

“gözəlliklərini”, əxlaqi-mənəvi keyfiyyətlərini, məsələn, unschön, häßlich, 

nicht unschön, nicht häßlich, weder schön / unschön noch häßlich və s. 


 

 

 



363

kimi adlandıra, təsvir edə bilmirik. Anlayış, konseptual metafora buna 

imkan vermir. Dildə linqvistik qiymət dərəcələri reallıqdan, gerçəklik 

dəyərlərindən uzaqlaşdıqca yayğınlıq və yayılanlıq, qeyri-səlislik daha da 

artır və  işarələrin bir-birinə münasibətdə  kəsb etdikləri mənalar daha çox 

ilkinlik, müstəqillik statusu kəsb edir. Adlandırmanın qeyri-adekvatlığı, 

birbaşa informasiyadan yayınan informasiyanın çoxluğu dil işarələrini 

müstəqil yaradıcılığa, duyğu orqanlarının təqdim etdiyi informasiyalara 

əlavələr etməyə sövq edir. Daha doğrusu, bu inforamsiyaları tamamlamaq, 

bütövləşdirmək və zənginləşdirmək zərurəti yaranır. 

 Qeyd etmək lazımdır ki, müxtəlif linqvistik dəyişənlərdə, ifrat son 

hədd və ya xətti ortaq, ilkin hədd gərginliklərində linqvistik qiymətlərin 

kəmiyyət çoxluğu, yayılanlıq dərəcələri də müxtəlif olur. Məsələn, biz 

insanları  ənənəvi məntiqdə olduğu kimi yalnız “ağıllı” və yalnız “dəli” 

əlamətləri ilə nişanlaşmaqla daha ciddi və bağışlanmaz bir səhvə yol 

veririk.  Əslində  təfəkkürümüzü  əvvəlcədən yalanın hökmünə  təslim etmiş 

oluruq. Qeyri-səlis məntiq bu ifrat hədləri bir-birinə yaxınlaşan, keçici, 

yayılan keyfiyyətlər kimi şərh edir, şərh etməyi öyrədir, aralıq hədd və 

ölçülərlə bütöv sistem daxilində semantik harmoniya, yaxınlaşma, uyuşma, 

tədricilik dərəcələri aramağa yol açır. Biz kiməsə birmənalı şəkildə yalnız 

“ağıllı” və yalnız “dəli” kimi yanaşdıqda mütləq  ədalətsizliyə, daha 

doğrusu, yanlışlığa yol vermiş oluruq. Təkcə yanlışlığa yox, həm də yalana, 

həqiqət dəyərlərinin təhrif olunmasına, qeyri-dialektik yanaşmaya 

yuvarlanmış oluruq. Qavrayışımızı  əvvəlcədən səhvlə modelləşdirmiş 

oluruq. Təkcə bunu xatırlatmaq kifayətdir ki, kommunist hakimiyyəti və 

nasional-sosialist diktaturası zamanlarında dövrün bir çox “ən ağıllı” 

adamları – alimlər,  şairlər, yazıçılar, konstruktorlar, hərbi zəka sahibləri 

“dəli” adı ilə  məhbəslərə atılmışdılar. Halbuki Runge, Seçenov, Saxarov 

kimi “ağıllı  dəlilər” öz dövrünü bir neçə  əsr qabaqlamış, müasir elm və 

texnologiyanın inkişafına təkan vermiş qeyri-adi ağıl sahibləri idi. Deyirlər 

ki, dəliliklə dahilik arasında bircə addım məsafə var. Əslində intellektual 

dəyərlərə münasibətdə daha “ciddi” və üstün keyfiyyət kimi də qavranıla 

bilən “dəlilik” ağıl linqvistik dəyişənlər və qiymətlər cədvəlində ən yüksək 

dərəcəyə, pik həddinə yüksəlmək və bu həddə qavranılmaq imkanını 

saxlayır, normativlik, ağıllılıq keyfiyyətlərini xeyli arxada buraxır. Biz 


 

 

 



364

“ağıllı” və “dəli” anlayışlarının etik-pedaqoji və intellektual anlamlarını 

qarışdırmaq, səhv salmaqla yalana və qeyri-obyektivliyə  uğramış oluruq. 

Dil bir tərəfdən “ağıllı” (ağıl) və “ağılsızlıq”, digər tərəfdən də “ağıllı” və 

“dəli” arasında daha geniş  və dinamik qiymətlər və qiymətləndirmələr 

sahəsi açır: ağıllı, lap ağıllı, dərrakəli, ağıl dəryası, çox ağıllı, olduqca 

ağıllı, müdrik, dahi, qeyri-adi (dərəcədə  ağıllı), ağılsız, ağıllı olmayan, nə 

ağıllı, nə  də  ağılsız və s. Bu linqvistik qiymətlər bir tərəfdən “savadlı”, 

“bilikli”, “oxumuş” sözləri ilə, digər tərəfdən də “təmkinli”, “dözümlü”, 

“mərhəmətli” sözləri ilə assosiativ əlaqəyə girir, onların hər birinə inkarlıq 

əlamətlərinin  əlavə olunması ilə yeni semantik-emosional çalarlar kəsb 

edir. Biz çox vaxt yaxşı  təhsil görmüş, savad kəsb etmiş adamı, həm də 

“ağıllı” kimi dərk və təqdim etməklə daha ciddi səhvə yol vermiş oluruq. 

Bir qədər diqqətli olsaq görərik ki, ətrafımızda kifayət qədər bilikli, savadlı, 

lakin elementar ağıl və düşüncəyə malik olmayan adamlar dolaşır. Şekspir 

“ən axmaq adam ağıllılardır” deməklə bu həqiqətə və ya anti-həqiqətə işarə 

etmiş olur. Adi insan ömrünün, həyat təcrübəsinin və qocalıq kədərinin 

zirvəsindən baxanda kəsbkarlıq edən, el arasında deyildiyi kimi başını aşağı 

salıb ailəsini dolandıran, başını saxlayan, dünya nemətlərindən bol-bol 

yararlanan, öz mövcudluğunu sürdürməyə daha çox vaxt və enerji sərf edən 

adamlar ömür-gününü kitab-dəftərlə keçirən, savad-elm qazanmağa sərf 

edən adamlardan daha artıq “ağıllı” rubrikası altına düşür. Dünyanın  ən 

realist və  həssas xilqəti olan qadınlar belələrini lazımınca qiymətləndirir, 

onlara daha həvəslə  ərə gedirlər. Bu konteksdə “ağıllı” sözü daha artıq 

realizm, gerçəkçilik, güc və qüdrət sözləri ilə implikasiya olunur və “dəli” 

anlamından daha artıq uzaqlaşır. Görünür, dahilər bir də adi həqiqətləri, 

gündəlik eksistensial dəyərləri, mövcudluq prioritetlərini aydın dərk edə 

bilmədiklərinə, daha doğrusu, heç dərk edə bilmədiklərinə görə daha çox 

dəlilik, qeyri-adilik qütbünə doğru meyllənir və məhz belə həm mənfi, həm 

də müsbət xarakteristikaya məruz qalırlar. Dahilər, intellektuallar dünyanın 

“pay bölgüsündə” qismətinə  ən az pay düşənlərdir. Nəinki  ən az pay 

düşənlərdir, həm də çox vaxt bunun heç fərqinə varmayanlardır. 

Autsayderlərdir. Dahi Azərbaycan  şairi Hüseyn Cavid deyir: “Dahilər 

dövrünün yetimləridir“. Yünqer deyir ki, “siz ağıllı adamların elm yoluna 

düşməsinə çalışın, onların professor olmasına kömək edin, belə halda onları 


 

 

 



365

başınızdan etmiş olarsınız”. Düşünürəm ki, müasir dövrümüzün ən böyük 

fəlakəti bəzən çox savadlı, hərtərəfli, oxumuş, lakin çox ağılsız adamların 

dünyanı idarə etməsindədir. “Savadlı”, “ağıllı” və “müdrik” üst-üstə 

düşmədiyi kimi “savadsız” və “ağılsız”, bu çevrədəki linqvistik dəyərlər də 

üst-üstə düşmür. Bu söz-işarə müxtəlifliyinin  əks semantik qütbə 

yönəldilməsi və koordinativliyi dil ifadəsinin zənginliyi, rəngarəngliyi üçün 

yeni əsaslar hazırlayır.  

 L. Zadə  təbiətdə, cəmiyyətdə, təfəkkürdə, elmi biliyin müxtəlif 

sahələri arasında sərhədlərin dəqiq, dəyişməz, birmənalı olmadığını 

göstərir. Həmin tezisdən çıxan ilkin nəticələrdən biri budur ki, bilavasitə 

duyğu orqanlarımıza təsir edən “xalis materiyadan”, xarici aləmin 

qıcıqlandırıcılarından fərqli olaraq yalnız ikinci siqnal sistemi olan dilin 

işarələri bizə obyektiv aləmin cisim və hadisələri, onların heç olmasa aydın 

görünən, aydın dərk olunan, duyğularımıza birbaşa, real surətdə təsir edən 

xarici və daxili əlaqələri və  nəhayət, elmi və  fəlsəfi mahiyyəti haqqında 

səthi, qeyri-səhih, təxmini məlumatlar verə bilir. Hətta daha doğrusu və 

obyektivi budur ki, hələ indiyə  qədər dərk olunmayan, işarəyə alınmayan, 

dil işarələri ilə adlandırmalardan kənarda qalan çoxlu həqiqət dəyərləri, 

daxili  əlaqə  və asılılıq, sistem münasibətləri və sistemdən yayınma 

təfərrüatları vardır ki, dil onları adlandırmaqdan, qeydə almaqdan çox, 

onların üstündən “sükutla keçməyə” məhkumdur, daha doğrusu, onları 

aydın və  dəqiq ifadə etməyə qadir deyildir. Dünyanın koqnitiv 

sistemlərindən biri olan dillə  dərk və ifadə olunmasındakı nihilizm elə 

buradan irəli gəlir. Çoxlu boşluqlar, yanlışlıqlar, dəqiqsizliklər mənbəyi 

olan dil öz inkişafının indiki mərhələsində yeni, daha şəffaf, mükəmməl, 

hər şeyi əhatə edən dairə yaratmaq gücündə deyil. Əksinə, dilin inkişafının 

gedişi bunu qeyri-mümkün edir. Dili, dil işarələrini sadələşdirmək, təshih 

və ya əvəz etmək cəhdləri həmişə daha çox anlaşılmazlıqların, yanılma və 

aldanışların meydana çıxması ilə nəticələnir. Bundansa, əksinə, gerçəkliyin 

tamamilə adekvat, birmənalı semiotik təsvirini verməyin 

mümkünsüzlüyünü qəbul etmək və buradan çıxış etmək daha səmərəli 

başlanğıcdır. Bu gün bəlkə  də dil-ifadə vasitələrinin çatışmazlığından, 

qeyri-mükəmməllik və  təxminiliyindən daha çox ünsiyyət prosesində, dil 

vasitələrinin tətbiqində onun insanlar tərəfindən ciddi təhrif və  əngəllərə 


 

 

 



366

məruz qalmasından, ümumən dərketmənin real çətinlikləri ilə bərabər onun 

subyektivliyindən, ifrat praqmatizmindən bəhs etmək daha doğru olar. 

Birinci vəziyyət obyektiv vəziyyətdir və bir semantik sistem olaraq dilin 

ümumiyyətlə gerçəkliyi tam adekvat, əslinə uyğun şəkildə əks etdirməsinin 

mümkünsüzlüyü ilə bağlıdır. Bu, indi də belədir və  gələcəkdə  də belə 

olacaqdır.  İkinci vəziyyət getdikcə daha intensiv xarakter alır, dilin 

sabitliyini, bütövlüyünü təhdid edir. Digər tərəfdən, hər iki vəziyyət dilin 

kommunikativ və praqmatik funksiyasını az-çox uğurlu, nisbətən effektiv 

və sahmanlı  şəkildə yerinə yetirə bilməsinin təməl qaydalarındandır. Biz 

şeylərin mahiyyətini aydın və birmənalı şəkildə dərk edə bilmiriksə, yaxud 

bu  əlaqələrin paradiqması bizi təmin etmirsə, onları necə  dəqiq adlandıra 

bilərik? Yaxud adlandıra bilmiriksə, onları necə tam dərk edə bilərik? 

Puankare qeyd edir ki, əgər dünyanı,  şeylərin mahiyyətini tam dərk edə 

bilən allah adlı bir qüdrət olsaydı belə, onları adlandırmaq üçün lazım olan 

sözləri tapa bilməzdi.  İnsan həm sözləri tapmaqda, həm də onları 

seçməkdə,  əlaqələndirməkdə  çətinliklərlə üzləşir. Həmin çətinlikləri, 

müşgülləri dəf etməyin bir yolu da perifraz texnologiyasıdır. Hərçənd ki, 

dil dərketmə vasitələrindən yalnız biridir. Yeganə idrak vasitəsi deyildir. 

Yuxarıda linqvistik dəyişmələr  ətrafında qruplaşan və  təkrar-təkrar 

sadalanan ifadə  şəkilllərinin, linqvistik qiymətlər alternativlərinin 

bolluğuna baxmayaraq, nə ayrıca götürüldükdə, həmin vasitələrin heç biri, 

nə  də bütövlükdə onların hamısı bir yerdə nisbətən kiçik bir semantik 

radiusda konkret linqvistik dəyişəni tam dürüstlüyü, əslinə uyğunluğu ilə 

ifadə edə bilmir. Nəinki ifadə edə bilmir, həm də bir çox dəyərləri qarışıq 

salır, onların üstündən keçir. Burada paradoksal bir vəziyyətlə qarşılaşırıq. 

Daha doğrusu, konkret sistemdən seçilib ayrılmış, götürülmüş konkret ifadə 

forması bütöv sahə ilə müqayisədə  və bütöv sahə fonunda həqiqət 

dəyərlərini nisbətən dürüst və  dəqiq ifadə edir. Çünki bilavasitə 

müşahidələrimizlə verilməyən, ideal xarakter daşıyan məna ümumiyyətlə 

dəqiq olmur, kontekstdən asılı olur. Əlahəzrət kontekst konkret qavrayış 

dairəsini qapayır, bizi bir tərəfdən subyektivlikdən, şeyləri nisbətən  əslinə 

uyğun, az-çox istədiyimiz versiyada ifadə etmək nigarançılığından qismən 

azad edirsə, digər tərəfdən də yeni nisbiliklər, yayılanlıqlar silsiləsinə daxil 

edir.  


 

 

 



367

Biz bu məsələ üzərində ona görə bu qədər geniş dayanırıq ki, 

deyilənlər inkar alternativlərlə formalaşan kiçiltmə strukturlarının üslubi 

qiymətlərinin düzgün təyin olunması baxımından həlledici əhəmiyyət kəsb 

edir. O informasiyalar ki, gerçəklikdən aydın və sahmanlı şəkildə əxz oluna 

bilmir, onlar işarələrin bir-birinə münasibəti, seleksiyası ilə  əldə edilir. 

Burada minimallaşdırma və maksimallaşdırma qavrayışı, idraki əhəmiyyətə 

malik olan üslub fiqurları – litota və mübaliğə, müqayisə  və metafora, 

təkrar və sadalamalar, digər perifraz tipləri xüsusi rol oynayır. Bunlar 

təxminiliyi, natamamlıq və yayğınlığı yalnız qismən aradan qaldırır, 

gerçəklik dəyərləri ilə fəal assosiativ əlaqə  və təmaslarda real məzmun və 

dəyər qazanır. Çünki hər bir perifraz və metafora (metaforanı leksik 

perifraz adlandıranlar da var) yalnız fikrin variaitiv ifadəsinə xidmət etmir, 

həm də dil işarələrinin təması və assosativ əvəzlənmələri sayəsində hökmən 

əlavə informasiyalar da gətirir. Məsələ burasındadır ki, biz anlayışları, 

məna bütövlüklərini dəqiq və müəyyənləşmiş  şəkildə adlandırmamış, bu 

sferada özümüzə möhkəm təməl hazırlamamış fikir və mühakimə sferasına 

qədəm qoyuruq. Daha doğrusu, adlandırmanın qeyri-səlisliyini, 

perspektivsizliyini predikasiya əlaqələri, mətn gerçəklikləri ilə ört-basdır 

etməyə çalışırıq. Bununla da yalanın, təxmini mühakimələrin obyektiv 

əsası qoyulmuş olur. Artıq qeyd etdiyimiz kimi, düşüncə, fikir 

kontekstində,  əlaqəli mətndə dil işarələri bir-birinə  və ümumi kontekstə 

münasibətdə daha artıq nisbi müəyyənlik və konkretlik kəsb edir, ünsiyyət 

nisbətən real və möhkəm relslər üzərinə qoyulmuş olur. Lakin bu son yeni 

yayılanlıqların, təxminiliklərin yalnız başlanğıcı olur. Cəsarətlə demək olar 

ki, qüvvətli semantika ilə müqayisədə  zəif, daxili semantikada gerçəklik 

əlaqələri daha səthi, ümumi, qeyri-səhih və  təxmini  şəkildə ifadə olunur, 

semantik şəffaflıq daha da zəifləyir, söz reallıqla əlaqəsini daha çox itirir, 

sırf ruhi, mental mahiyyət kəsb edir. Onsuz da qeyri-dəqiq, yayğın dil 

işarələrinin bir-birilə  əlaqə  vəziyyətlərində, qarşılıqlı  təsir və asılılıq 

münasibətlərində semantik nisbiliklər güclənir. Zəif semantikada dil 

işarələrinin referensiya ilə  əlaqəsi,  əyaniliyi daha da azalır, mücərrədləşir. 

Bunun sayəsində birbaşa, vasitəsiz inikas xeyli çətinləşir, hər cür praqmatik 

niyyətlərin, koqnitiv aldanışların reallaşdırılması üçün daha geniş meydan 

açılır. 


 

 

 



368

 Alternativlərin müəyyənləşdirilməsi və seçilməsi danışanın konkret 

məqsədindən, müqabil tərəfə münasibətindən asılı olur. Və məhz burada, L. 

Zadənin də  nəzərə almadığı, hesablamadığı  ən böyük yayılma və 

yayğınlıqlar, təxminiliklər başlayır. Canlı ünsiyyətdə bəzən yalnız danışana 

məlum olan, yalnız onun ixtiyarında olan, yalnız onun praqmatik maraqları 

prizmasından dərk oluna bilən elə qaydalar, daha doğrusu, qaydasızlıqlar 

hökmranlıq edir ki, sistemdəki, məsələn,  ən zəif intensivləşdirmə, 

qüvvətləndirmə faktoru onun ən yüksək zirvəsindəki linqvistik qiyməti 

üstələyə bilər. Burada L. Zadənin riyazi formullarla dəqiq hesabladığı 

(maksimal dəqiqliyi, tam istisna düşüncəsini də riyaziyyatın qüsuru hesab 

etmək olar!) qeyri-səlis çoxluqlardan, linqvistik qiymətlərdən artıq ehtimal, 

subyektiv dəyərləndirmə, konkret linqvistik qiymətləndirmə amili ön plana 

keçir. Bəzən dil istifadəçisinin fərdi dərketmə “kodeksi” hər cür qiymət və 

qiymətləndirmələri alt-üst edir. Subyektiv şərtlənmə söyləmin doğruluq və 

yalanlıq statusunu diametral surətdə dəyişir, onu hər cür həqiqilikdən, real 

obyektivlik-subyektivlik meyarının təsirindən kənara çıxarır. Qeyd 

etdiyimiz kimi, subyektiv informasiyada, məsələn, “pis deyil” - “yaxşıların 

yaxşısı”, “ən yaxşı” anlamları; “az deyil” - “olduqca çox”, “lap çox” 

mənaları ilə bərabərləşə bilir. Belə sürüşkən qiymət və qiymətləndirmələr, 

subyektiv düşüncə  və  dəyərləndirmələrin düzgün, adekvat şəkildə 

qavranılmaması  səhvlərə, yanlışlıqlara gətirib çıxartmaqla bərabər dil 

istifadəçisinin konkret ünsiyyət situasiyalarında yalan və aldanış 

hərəkətlərinin reallaşa bilməsi üçün də  şərait yaradır. Bilik və 

məlumatların, informasiyaların qeyri-dəqiqlik, qeyri-mükəmməllik, 

mücərrədlik və ümumiliyinə, dil işarələrinin qeyri-mütənasiblik və 

yayğınlığına, ifadə vasitələrinin, linqvistik qiymətlərin çoxplanlıq və 

çoxfunksionallığına daha mürəkkəb, hüdudsuz və  dəfolunmaz bir çoxluq 

əmsalı – insanın subyektiv qiymətləndirmələrinin sonsuzluğu və 

sərhədsizliyi, maraq və  mənafelərin tükənməzliyi, doyumsuzluğu da 

qoşulur.  Əgər linqvistik qiymətlərdə müəyyən məhdudiyyətlər sistemi 

tətbiq etmək, bu seçimi müəyyən qədər tənzimləmək mümkünsə, insanın 

iradəsinə, davranış və meyllərinə, subyektiv mənafe və maraqlarına heç bir 

məhdudiyyət tətbiq etmək mümkün olmur. İstər dil istifadəçisinin, istərsə 

də müqabil tərəf və  tərəflərin dərketmə imkanları  və başlıcası  dərketmə 


 

 

 



369

motivləri dil işarələrini geniş  və qaranlıq bir sahəyə istiqamətləndirir. Bu, 

amirlik iradəsinin, insana qeyri-məhdud, hüdudsuz hüquq və 

səlahiyyətlərin verildiyi situasiyalarda xüsusilə  təhlükəli və idarəolunmaz 

xarakter alır.  

 Mühakimələrin doğruluq, həqiqilik dərəcələrini qiymətləndirərkən 

iki cəhəti – danışanın dünyagörüşünün, idrak imkanlarının məhdudluğunu 

və  əksinə, hər  şeyi inadla öz istədiyi kimi qavramaq, görmək səylərini 

fərqləndirmək lazımdır.  Əslində  hər kəsin, dünyada yaşayan 7 milyard 

insandan hər birinin öz gördüyü, öz eşitdiyi, öz konstruksiya etdiyi və 

sonda özü və hamı üçün əbədi olaraq itirdiyi bir dünya var. Və bir 

anlayışlar, koqnitiv dəyərlər sistemi var. Bu dəyişməz həqiqəti belə də ifadə 

etmək olar ki, bu dünyada hər kəsin öz barmaq izləri olduğu kimi, həm də 

öz mövcudluq, yaşam tərzi, öz kitabı, öz vurma, bölmə, çıxma və üstəgəl 

əməliyyatları, öz əlifba və ana dili kitabı, öz həqiqət və yalan meyarları var. 

Fundamental anlayışlar olan həyat,  əxlaq, etika, dövlət, qanun və 

qanunçuluq, azadlıq və haqq-ədalət, cinayət və  cəza haqqında öz 

təsəvvürləri var. Beləliklə, söyləmin gerçəkliyə uyğunluq dəyərlərinin 

müəyyənləşməsində aşağıdakı üç amilin təsirlərini nəzərə almaq zəruridir: 

1) Linqvistik qiymətlər və onların yayılanlıq hədləri, keçiciliyi, 2) 

Danışanın dünya bilikləri və konkret situasiya haqqındakı  təsəvvürləri, 

anlam səviyyəsi, 3) Hadisə  və faktları subyektiv qiymətləndirmə anı. 

Həmin an da hər an dəyişə bilər, insan ən müxtəlif situasiya və psixoloji 

vəziyyətlərdə  ən müxtəlif qərarlar qəbul edə bilər,  əlavə  təxminlər, 

ehtimallar irəli sürülə bilər.  Bir dərketmə, qiymətləndirmə 

paradiqmasından başqa birinə keçə bilər, tamam fərqli qayda və motivlərlə 

idarə olunar. 

 Bütün bunları dil işarələrinə münasibət faktlarının müxtəlifliyi 

əsasında aydınlaşdırmağa çalışaq.  Əslində dünyada mövcud olan, insanın 

düşünüb tapdığı  və  hələ düşünüb tapa bilmədiyi bütün kəmiyyət və 

keyfiyyət fərqlərini “böyük” və “kiçik” indekslərinə yerləşdirmək 

mümkündür. Söhbət yalnız riyazi ölçülərdən getmir. Diqqət yetirsək 

görərik ki, real həyat və  məişətdə  hər kəsin özünə, öz dünyagörüşünə, öz 

maraq, meyl və münasibətlərinə, daxil olduğu sosial qrupun, cəmiyyətin, 

toplumun mənafelərinə uyğun öz “böyüklük” və “kiçiklik” tənasübləri, 


 

 

 



370

fərdi-subyektiv maksimallıq və minimallıq qavrayışları var. Əgər söhbət 

müəyyən bir siyasi və ya dövlət xadiminin, partiya rəhbərinin “böyük 

xidmətlərindən” gedirsə, burada mübahisə etməyə tələsməyin. Bu şüalanma 

mərkəzindən xalis həqiqət və yalana doğru hər kəsin  şəxsi münasibəti, 

linqvistik qiymətlər çoxluğu və anlam-düşüncə  səviyyəsinə uyğun xeyli 

müxtəlif ölçülü həqiqət və yalan xətləri uzanır. Böyük – yəni nə  qədər 

böyük, “böyük adamdır” – yəni nə  qədər böyük adamdır, kimdən böyük 

adamdır və kimin nəzərində böyük adamdır. Dildə mövcud olan, daha 

doğrusu, dilin bizə hazır  şəkildə  təqdim etdiyi linqvistik qiymətlərin 

kəmiyyət çoxluğu və onların keçiciliyi, bəzən diametral transformasiya 

vəziyyətləri söylənən fikrin, eyni zamanda onların bir neçəsi ilə uyğun 

gəlməsi, bir və ya bir neçə nöqtədə  kəsişməsi imkanı yaradır. “Böyük 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin