Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

Mübaliğələrin coşqunluq həddləri, bunların yüksələn və ya enən xətt 

boyunca dəyişməsi müvafiq intonasiya, səs fəallığı fonunda, insanların 

ovqatının, ehtiras və temperamentlərinin dəyişməsi – konkret stimullara, 

motivlərə qarşı linqvistik reaksiyaları  şəklində ozünü büruzə verir və 

potensial qeyri-səlis çoxluqların bütöv toplusunu əhatə edir. Heç şübhəsiz 

ki, sosial situasiya ilə yanaşı fərdi başlanğıc, insanın estetik, etik və ya dini 



 

 

 



433

eksistensiya tipinə aid olması faktoru mübaliğə qavrayışında və onun 

tətbiqi formalarında həlledici roll oynayır. Düşünmək olar ki, bir dil-

düşüncə aktı olaraq mübalığə,  şiddət təəssüratı predmet və hadisələrin 

qiymətləndirilməsi  hissi-emosional vəziyyətin adətən dil həyatında olduğu 

kimi tədricən, yavaş-yavaş deyil, gur, qəfil reaksiyalar şəklində 

gerçəkləşməsi situasiyasına uyğun gəlir. Bu mənada mübaliğələri daim 

genişlənən, bəzən dərketmənin hüdudlarına sığmayan ifadə alternativləri, 

dil-düşüncə maksimalizmi aktı kimi öyrənmək zəruridir. Məhz  sözün 

linqvistik enerjisinin artması,  şiddətlənməsi, real kəmiyyət və keyfiyyət 

miqyaslarının ifrat dərəcədə böyüdülməsi, söz assosiasiyaları ilə yaranan, 

getdikcə çoxalan və daxili təzyiqi artıran ruhi-psixoloji oyanış insanın 

rahatlığını, müvazinətini pozur, dil gerçəkləri şəklində yenidən doğurmağa, 

reallaşmağa vaxt və məqam axtarır. Və konkret qavrayış aktını tamamlayır, 

müəyyən bir sferada dərketməni başa çatdırır.  

Dil məhz xəyala qanad verən məcaz və mübaliğələrlə daim 

teleskopik yüksəkliklərə  və mikroskopik dərinliklərə can atır. Bu fikir 

mübaliğənin özü kimi bir qədər mübaliğəli olsa da, şişirtmələrin, 

gerçəksizləşdirmənin qavrayış imkanları, üslubi və mətnyaratma potensialı 

bütövlükdə  şübhələrə yer qoymur. Artırma, aşırı qavrayış  hədlərində dil 

gerçəklərinin hesab qanunu, riyaziyyatı ifadə olunur. Kəmiyyət və 

keyfiyyət ölçüləri bir-birilə qaynayıb qarışır, qovuşub diffuz şəkildə üzə 

çıxır. Kəmiyyət durğunluq, start halında daha çox yuxarıya doğru 

genişləndiyi, artdığı kimi, dildə yüksələn mübaliğələr,  şişirtmələr də  aşırı 

düşüncəyə daha çox meyilli olur və müsbət işarəli mübaliğələr, “dil 

ədədləri” də bu nisbətdə mütləq çoxluq təşkil edir. Müsbət işarəli 

mübaliğələrin mənfi işarəlilərdən, aşağıya, kiçik ölçülü yayılanlıqdan 

müqayisə edilməyəcək dərəcədə güclü verballaşmasını, nişanlaşmasını sadə 

təbii-fiziki uyarlıqla  izah etmək olar. Minimal hədlərlə qavrama 

düşüncəsinin dil bazası, linqvistik nano-texnologiyalar nisbətən zəif 

olduğundan burada qeyri-səlis çoxluqların yaranması prosesi ləng gedir. 

“O, öz fikirlərində  bir  an  da  tərəddüd etmədi”, “Bunun bir qara qəpik 

dəyəri yoxdur” kimi qüvvətləndirmələrdə isə vəziyyət başqa cürdür. Həmin 

mühakimələrin alternativ variantlığı  aşağıdakı kimi reallaşır: O öz 

fikirlərində bir an da olsun tərəddüd etmədi, O öz fikirlərində bir zərrə 


 

 

 



434

qədər də  tərəddüd etmədi, O öz fikirlərindən bir qram da / bir zərrə  də 

çəkinmədi, geri durmadı; Bunun bir qara qəpik qədər dəyəri yoxdur, Bunun 

bir quruş da dəyəri yoxdur, Bunun bir zərrə  qədər də / damla da dəyəri 

yoxdur. Bütün bunlar real kəmiyyət və keyfiyyət ölçüləri, göstəricilərindən 

çox qətiyyətin, qeyd-şərtsizliyin emosional qavrayışı kimi şəkillənir. 

Kəmiyyət və keyfiyyət hüdudlarının linqvistik şərhi dilin alternativlər və 

məhdudiyyətlər çoxluqlarında, təkliflərin emosional-ekspressiv 

variantlaşmasında yeni münasibətlər yaradır, gerçək dərketmənin 

hüdudlarından dil istifadəçisini kənara çıxarır. Dilin semantik-assosiativ 

imkanları genişlənir, minimal, hətta  ən kiçik ölçü və  hədlərin çoxsaylı 

linqvistik şəkillərini təsəvvürdə canlandıra bilir.  

Mübaliğə geniş planda hadisələrə, predmetlərə daha yüksək və ya 

daha yaxın dil-görüş bucağından baxmaq, qavramaq strategiyası kimi 

xarakterizə oluna bilər. Elmdə müşahidə obyekti, hadisələr, proseslər bəzən 

əslində olduğundan yüz dəfələrlə böyüdülmüş və ya kiçildilmiş şəkillərdə, 

iri və ya yığcam konturlarda göstərildiyi, seyr edildiyi kimi, mübaliğə 

fiquru da şeylərin ifrat dərəcədə böyüdülmüş və ya kiçildilmiş obrazlarını, 

surətlərini yaradır. Bunu bu şəkildə müqayisə etmək olar ki, həkim gözü, 

gözdəki xəstəlikləri daha yaxşı görüb müalicə etmək üçün onu, xüsusilə 

gözün görən hissəsini, bəbəkləri qat-qat böyüdür, coğrafiyaşünaslar isə 

yerin, dünyanın modelini, yığcam görüntüsünü hazırlamaq üçün onu uyar 

konturlarda kiçildir, yığcamlaşdırır. Bunların hər ikisi və hamısı obyekti 

münasib, qavranımlı görünüşdə təqdim etmək texnikasıdır.  

Komizm, yumor, zarafat, tizfəhmlik, kinayə  və gülüş nisbilik 

hədlərini, linqvistik kəmiyyətləri yeni qavrayış-anlam mühitinə daxil edir, 

bununla da kəmiyyət miqyaslarına bir keyfiyyət, qiymətləndirmə yayğınlığı 

da əlavə olunur.  

Dörd ordunun – alman, fransiz, ingilis və rus ordusunun zabitləri 

mübahisə edir ki, kimin xanımı daha zərifdir. Baxmayaraq ki, “zərif” (zart) 

sözünün hər bir dildə xeyli sayda sinonimləri, variant formaları var, dil 

resursları bu mübahisəni axıra çatdırmağa, sonadək obyektiv aparmağa 

imkan vermir. Və ya kifayət qədər imkan vermir. (Lakin hər halda sonda 

silah işlədilməsinin də qarşısını alır). Hər şeydən əvvəl ona görə ki, söhbət 

canlı varlıqlardan, predmetdən, hadisədən deyil, onların obrazlarından 


 

 

 



435

gedir. Bu obrazlar nə qədər dərindən, hərtərəfli formalaşsa, verballaşsa da, 

əlavə tamamlayıcılarla qüvvətləndirilsə  də,  əşyanın, predmetin, estetik 

materialın yerini vermir: zərif, incə, lap zərif, olduqca zərif, tamamilə zərif, 

lap incə, tam/tamamilə incə, zərifdən zərif, incədən incə, zərif olmayan, az 

zərif, bir qədər zərif, görünməmiş dərəcədə  zərif və s. Lakin bu linqvistik 

qiymətlərin sayı min dəfələrlə artsa da, yenə  də  hətta bir qadının 

gözəlliyini, zərifliyini, incəliyini, bir sözlə, özünəməxsus cazibədarlığını 

tam  şəkildə, ayrıca və konkret görümlərdə ifadə edə bilməz. Bəs dil 

dünyadakı saysız-hesabsız zərif qadınların, subyektiv-fərdi təəssüratlarla 

daha da çoxalan, zənginləşən bu zərif çoxluqların (Düşünəndə ki, 

qadınların elə hamısı gözəl və  zərifdir!)  ən müxtəlif estetik fərq 

anlamlarını, zəriflik, incəlik versiyalarını necə yaratsın, gerçəklik 

dəyərlərinin az-çox adekvatlığına, səhihliyinə, bəzən arzulanan, istənilən 

rəngarəngliyinə, romantik, bəzən mistik və anlaşılmaz, dərkolunmaz  

təəssüratların zənginliyinə necə nail ola bilsin? Belə halda söz, ifadə çox 

vaxt kasadlıq, natamamlıq, doymazlıq dalanına dirənir, işarənin qeyri-

adekvatlığını obyektiv varlığın, dərk olunan predmetin, əlamətin subyektiv 

obrazını reallıqda, gerçəklikdə olduğundan bəzən min dəfələrlə artırıb 

çoxaltmaq zərurəti yaranır.  Ən münasib, ən müqabil sözləri düşünüb 

tapmaq çətin olduğu kimi, onların hansının daha həqiqi, daha obyektiv və 

az-çox düzgün olduğunu təyin etmək də çətinləşir. Bəzən mümkünsüzləşir. 

Bu məqamda situasiyanı sintaksisin kövrəkliyi və çevikliyi, mətnin 

genişliyi xilas edir. Sintaktik yarusda sözlərin birləşmə,  əlaqələnmə 

imkanları ilə yanaşı xüsusi müqayisə, daxiletmə  və istisna imkanları da 

genişdir. Leksik vahidlərin sinsemantiyanın bir-birilə müxtəlif məqamlarda 

birləşməsindən  əmələ  gələn yeni keyfiyyət, fərq sonsuzluğunun linqvistik 

resursları kifayət qədər zəngin, çoxcəhətli və  rəngarəngdir. Canlı sözün 

zamanı  və  məkanı olan intonasiya (V. Artyomov) eyni leksik tərkibdə  və 

sintaktik quruluşda reallaşan fikirləri rəngarəng forma və  şəkillərdə 

gerçəkləşdirməyə,  əks etdirməyə imkan yaradır. Gizli (implisit) 

predikativliyə malik olan tammənalı söz-konseptlər semantik-assosiativ 

genişlik və yüksəklik, reaktivlik kəsb edir, gerçək təəssüratın sərhədlərini 

aşaraq dil işarəsini yeni bir funksional-koqnitiv səviyyəyə qaldırır. 

Məlumdur ki, dildə  onun daxili dinamizmini, elastikliyini təmin edən 


 

 

 



436

məcaz, metafora və perifraz genişliyi yaşayır. Adətən sevimli, yaxın və 

intensiv təəssüratlarla dərk olunan, xatırlanan obyektdən uzun müddət ayrı 

düşmək nəinki onun haqqındakı təəssüratın zəifləməsi, yayğınlaşması və ya 

tutqunlaşması ilə  nəticələnir,  əksinə, onu daha geniş, dərin və romantik 

vüsətlə, daha iri, böyüdülmüş konturlarda dərk etməyə imkan yaradır. 

Zaman bu dəfə gözəlliyin, materiyanın xeyrinə işləyir...  

Zabitlər – hərb-cəbhə adamları  bəzən uzun müddət evdən, ailədən 

uzaq düşdüklərinə görə zaman keçdikcə  həyat yoldaşlarını uzaqdan-uzağa 

və  əlçatmayan yaxınlılqda da daha gözəl, daha zərif,  əlçatmaz varlıqlar 

kimi təsəvvürdə canlandırmağa başlayırlar, bununla da gözəlliyin, ülfətin, 

dəqiq desək, onların yoxluğunun daha kəskin və intensiv təəssüratlarına 

gəlib çıxırlar. Gözəl arvadlarından ayrı düşmüş  ərlər onları tez-tez 

xatırlayır, bu barədə yerli-yersiz söhbət salmağa meyilli olurlar. Həmin 

situasiyalarda gözəlliyin də, zəriflik və incəliyin də, məstlik və xumarlığın 

da, məhəbbət və həsrətin də ən gizli, mübhəm çalarları kəşf olunar və uyar 

dil formaları ilə qeydləşər. Məhz burdan da fərdi-okkazional 

adlandırmaların, epitet və mübaliğələrin, frazeoloji novatorluğun linqvistik 

romantikası, ritorik folkloru formalaşır... Həmişə olduğu kimi ilk olaraq 

alman zabiti sözə başlayır: “Mənim arvadım o qədər zərifdir ki, hərbi 

təlimdən evə qayıdıb nə görsəm yaxşıdır? Görürəm ki, arvadım mənim ipək 

qalstukumdan özünə don tikib!” Bunu eşidən fransız zabiti lap hövsələdən 

çıxır, alman frausu ona çox kor-kobud görünür. Əsəbiləşərək deyir: “Bu 

nədir ki? Arvadım özünə dəniz kostyumunu nədən tiksə yaxşıdır? – Mənim 

fəxri legion ordenimin lentindən!”  İngilis zabiti əlini  əsəbiliklə stola 

döyərək səmimiyyət və heyranlıqla deyir: “Canım, onun harası  zərifdir? 

Mənim arvadım o qədər zərif, o qədər zərifdir ki, mən ona qızıldan xüsusi 

bir zəncir düzəltdirmişəm ki, çiməndə özünü vannaya bağlasın ki,su onu 

yuyub aparmasın!” Rus zabiti lap əsəbiləşir: “Cənab zabitlər, görün mən 

sizə nə deyəcəyəm. Mənim arvadım o qədər zərifdir ki, səhər mürəbbəli çay 

içərkən təsadüfən albalının çərdəyini udub, indi qarnizonda hamı elə bilir 

ki, arvadım hamilədir.” Yalnız mübaliğəli müqayisə  və metafora yeni, 

orijinal, innovativ dil-qavrayış formaları vasitəsilə qeyri-səlislik, yayılanlıq 

hədlərinin ölçü və miqyaslarını bu qədər genişləndirməyə, birbaşa 

informasiyanın hüdudlarını belə intensivliklə adlayıb keçməyə qadirdir. Dil 


 

 

 



437

labüd olaraq yeni reallıqalr yaradaraq onların dərk olunmasının açarını, 

şifrini də təqdim edir. 

Təəssüratın, virtual reallığın dərk olunan predmet və hadisədən 

uzaqlaşması, linqvisitik-psixoloji məsafənin artması aldanış  və yalan 

illuziyalarını və risklərini artırır. 

Dil məhz çətin, qeyri-adi situasiyalarda öz imkanlarını tam gücü ilə 

reallaşdırır, ehtiyat linqvistik güclər işə salınır. Həqiqətdə olduğundan çox 

və ya az kəmiyyət və keyfiyyət hədlərini fərqləndirmək, verballaşdırmaq 

imkanı verən mübaliğə formaları  nəinki saxtakarlıq, manipulyasiya və 

yalan peşəkarlarının ifadə arsenalında  geniş yer alır, həm də onların dil 

şüurunun modelləşməsində əhəmiyyətli rol oynayır. Zaman keçdikcə qeyri-

real, hiperbolik düşüncə  və ifadə  tərzi bir normaya çevrilir, şüurda dərin 

kök salaraq artıb çoxalır və insan dünyanı  həmin yanlış dil prizmasından 

qavramağa alışır. Beləliklə yalan, aldanış onu normaya, həyat tərzinə 

çevirənlərin dilində adiləşib neytrallaşır, real sərhədlərindən məhrum olur. 

Bədii diskurs xaricində mübaliğənin  ən çox tətbiq tapdığı ünsiyyət 

məkanı canlı danışıq dili, habelə reklam sənayesi, fəal təbliğat-təşviqat, 

təhrik-çağırış  hərəkətlərini reallaşdıran publisistika və  mətbuat üslubudur. 

Fırıldaqçıların, dələduzların, ara adamlarının, cadugərlərin, alverçilərin və 

dəllalların ticarətlə, yalançı mübadilə  və ünsiyyətlə, alış-verişlə günaha 

batmışların dilində onların aşırı, qeyri-adekvat davranışlarını  təmsil edən 

mübaliğə və şiddət sözləri (superlativlər) təbii, səmimi ifadə tərzinə, ruhuna 

və nikbin intonasiyasına görə  əvəzedilməz bir uğur qaynağı, özünütəsdiq 

aktı kimi heç vaxt öz aktuallığını  və cazibədarlığını itirmir. Əgər 

aradüzəldən qadın həqiqətən gözəl və  ağıllı bir qız haqqında “gözəldir”, 

“əladır”, “söz yoxdur”, “tayı-bərabəri yoxdur”, “ağıl dəryasıdır” tipli 

epitetlər işlədirsə, burada həqiqət dəyərlərinə müvafiqlik, nisbi yaxınlaşma 

və  bərabərləşmə baxımından heç bir yalan və aldanışdan söhbət gedə 

bilməz. “Əvəzi / tayı-bərabəri yoxdur”, “ağıl dəryasıdır” kimi 

səciyyələndirmələrdə yalan deyil, sadəcə olaraq bir şişirtmə, positiv 

əlamətlərin böyüdülməsi, qabardılması faktı ilə üzləşirik. Əgər ümumi rəyə 

görə o qədər də yaraşıqlı  və  ağıllı olmayan, ailə qurmaq üçün o qədər də 

yaramayan bir qız haqqında söhbət gedirsə, mübaliğə referensiyanı yanlış 

xarakterizə etdiyinə görə heç şübhəsiz ki, yalançı, qeyri-səmimi təqdimat 


 

 

 



438

faktı üzə  çıxır. Lakin diqqətlə fikir versək görərik ki, son iki misalda, 

habelə “gözəllər gözəli”, “dünya gözəli” kimi qiymətləndirmələrdə hansı 

konkret estetik obyektə, intensiv gerçəklik predmetinə aid olmasından asılı 

olmayaraq mübaliğə öz sərhədlərindən, hətta mümkün xəyali reallıq 

hədlərindən kənara çıxır, qeyri-gerçəkliyə, mütləq yalana qədər genişlənir. 

Çünki əsil həqiqətdə “ən gözəl”, “qənirsiz gözəl”, “dünya gözəli”, “gözəllər 

gözəli” kimi mütləq dəyərlər olmur, hökmən dünyanın harasındasa, hansı 

məmləkətdəsə, hansı ölkədə, böyük şəhər və ya lap ucqar bir dağ 

kəndindəsə, nəhayət, kimin gözündəsə nəzəri cəhətdən “daha gözəl”, “daha 

üstün”, alternativ nüsxələr, estetik nümunə örnəkləri tapmaq istisna 

olunmur. Konkret situasiya, gerçək faktın subjektiv qiymətləndirilməsi, 

nisbilik və  şərtilik düşüncəsi sözün, ifadənin semantikasını  təshih edir, 

sahmana salır. Mütləq əlamət qavrayışı, sərhədsizlik, hüdudsuzluq duyğusu 

məhdudiyyətin aradan qalxmasına gətirib çıxarır. Bununla da dil formasının 

gerçək dəyər, məzmun statusunu şübhə altına alır. Çünki dünyada heç kəs 

nəinki reallığın sonsuzluğunu, heç adi bir əlamətin, keyfiyyətin tam 

mükəmməlliyini, yeganəliyini sonadək təsəvvür və  dərk edə bilməz. 

Ortabab bir alman müğənisi haqqında deyilən Star der Stars mübaliğə 

qavrayışında olduğu kimi. Əgər mübaliğələrə inansaq, bu gün şou-biznesdə 

göstərilən Azərbaycan müğənnilərinin hamısını “star” adlandırmaq lazım 

gələr. Necə ki, bir çoxları üçün “madonna”, “primadonna”, “superstar”, 

“meqastar” artıq azlıq edir. Onlar Puşkinin “Qızıl balığında” olduğu kimi 

dili də, ana dilini də xidmətçi gözündə görürlər. Belə çıxır ki, heç bir son-

innovativ mübaliğə  zərdabı biz azərbaycanlıların yalan və  tərif-mədh 

ehtiraslarını söndürə bilmir... Bir çox sonradan azad olmuş postsovet 

ölkələrində  dərketmənin meyarları, anlayışların sərhədləri qarışdığından 

“xalq artisti”, “elmlər doktoru”, hətta “akdemik” adları da mübaliğə kimi 

qavranılmaq təhlükəsi yaradır. Məşhur Azərbaycan publisistinin söz 

zorxanasında belə bir sərrast müşahidə  də var: “Bu yaxınlarda bir hüzr 

yerinə getmişdim. Molla ilə  məndən başqa hamı xalq artisti idi”. İndi bir 

tərəfdən sözün fetişləşməsi, digər tərəfdən də ucuzlaşması, bayağılaşması 

prosesi paralel şəlikdə cərəyan edir.       

Alman reklamlarında keyfiyyət göstəricilərindən asılı olmayaraq 

mallar, xüsusilə geyim əşyaları “super”, “feinst”, “extrafein”, “superfein”, 


 

 

 



439

“hochfein”, “prima”, “extraprima” kimi  tərif və  təhriflərə  məruz qalır. 

Amma malın keyfiyyətindən asılı olmayaraq həm almanlar, həm də 

azərbaycanlılar, hamı  həmin dil xarakteristikalarını birmənalı  şəkildə 

mütləq həqiqət kimi deyil, bir dil idealizmi, mübaliğə kimi qavrayır. 

Baxmayaraq ki, alman keyfiyyəti başqaları tərəfindən son hədd, nümunə və 

etalon kimi dərk edilir, bu dil təqdimatında da şübhəsiz ki, konkret 

material, növ və biçimlərə münasibətdə bir mübaliğə və yayındırma, xaotik, 

qeyri-mütənasib təcrid hədləri var. Dil – simvolları, hadisələri, predmetləri, 

əlamət və keyfiyyətləri  tam dolğun,  əhatəli, dəqiq və diferensal şəkildə 

adlandıra, səciyyələndirə bilmədiyindən və  əslində  dərketmə prosesində 

buna həmişə  zəruri ehtiyac da olmadığından ümumiləşdirmə, tənləşdirmə, 

kobud bərabərləşdirmə  məntiqi ilə  hərəkət edir. Bunu belə  də ifadə etmək 

olar ki, dil sonsuz reallıqlar, əlamətlər qavrayışına, onların daim genişlənib 

mürəkkəbləşən fərqləndirmə, ayrıma və birləşdirmə nihilizminə tam cavab 

verə bilmir, ifadəolunmazlıq, çarəsizlik mühiti, natamamlıq sindromu 

içərisində öz mövcudluğunu sürdürməli olur.  

Bir azərbaycanlı alverçi öz mallarını  “əla”, “əladan  əla” kimi 

mübaliğəli təyinlər; “baldır bal”, “şipşirin qənd kimi”, “kişmiş kimi”, 

“kəhrəbadır kəhrəba” qəbilindən olan mütləq metafora və müqayisələrlə işə 

keçirdiyi kimi, “Gəl ha, qurtardı”, “bir az da gec gəlsən qalmayacaq” kimi 

malların keyfiyyətindən çox guya ticarətin intensiv gedişini xarakterizə 

edən şişkin, çox vaxt əsl reallığı əks etdirməyən, qeyri-səmimi, lakin həm 

də son dərəcə səmimi dil-ifadə formaları ilə qiymətə mindirər və çox vaxt 

da həmin yalançı dil obrazları ona uğur qazandırar,  əlavə qazanc gətirər. 

Belə aldadıcı, həqiqətdən yan keçən söz və ifadələr əslində yalan və günah 

sayılmaz, bəzən keyfiyyətsiz məhsulun böyük kütlə ilə reallaşdırılmasına 

imkan yaradar, malı zay olub getməkdə olan ticarət, alver adamına haqq 

qazandırar. Dil məharəti sonda uğuru təmin edər, reallığın sözlə  təqdim 

olunan çoxluğu dərketməyə aparan informasiyanın yolunu kəsər.  

Düşünəndə ki, yalan və aldanış bilavasitə ticarət, biznes adamının 

işinə, sənətinə daxildir, bir çox hallarda, bəlli ölçü və hüdudlarda onlara 

müəyyən qədər haqq qazanadırmaq lazım gəlir. Əslində mübaliğəli, qeyri-

adi andlar, alxışlarla mümkün olmayanı mümkün edən, çətin, düzəlməz 

işini asanlaşdıran alverçi və ya dəllal sözün ciddi mənasında qəti ittiham, 


 

 

 



440

rədd edilməli olan yalana və ya yanlışlığa yol vermir, dil işarələrini 

konkret-praqmatik məqsədə uyğunlaşdıraraq, tabe edərək situasiyanı öz 

xeyrinə dəyişməyə çalışır. Bu həqiqəti “təbii zərurət”, şeylərin məntiqi kimi 

qiymətləndirmək  ədalətli və konstruktiv yanaşma olar. Xüsusilə 

fikirləşəndə ki, aldadanla aldadılan eyni dərəcədə  məsuliyyət və 

cavabdehlik daşıyır. 

Canlı söhbətlərdən eşitdiyim iki misal.  

Maşın alverçisi səhər tezdən bazara çıxanda deyir: “Arvad, sən allah, 

bu maşını  məndən beş min manata al”. Arvad mat-məhəttəl kişinin üzünə 

baxır və heç nə başa düşmür. Kişi təkid edir ki, sən de, bu maşını səndən 5 

min manata alıram, qalan şeylə işin yoxdur! Çarəsiz qadın ərinin sözlərini 

təkrar edir. Səhər tezdən kişi maşını 4500 manata almaq istəyən adama 

deyir: “Allaha and olsun, səhər-səhər  bu maşına 5 min manat verdilər, 

vermədim!”  

Təmirdən sonra maşını rəngləyib satmaq istəyən dəllal maşının yaxşı 

rənglənmədiyini söyləyən müştəriyə deyir: “Allah haqqı bu maşın 

rənglənib, lap yaxşı  rənglənib!” Sən demə kişi maşının zavodda 

rəngləndiyini nəzərdə tuturmuş... 

Dil yalanları nəinki ayaq tutur, hətta yeriyir də.   

Mübaliğə texnikasının, qeyri-müstəqim dil hərəkətlərinin yalan-

aldanış imkanlarının zənginlik və  rəngarəngliyini M. S. Ordubadinin 

“”Gizli Bakı” romanından gətirilmiş aşağıdakı parçada aydın görmək olar: 

-

 



Gəl müştəri, gəl!! Damğan püstəsidir! 

-

 



Gəlin dodağıdır! Qara kişmişdir! 

-

 



Xaldan qara, baldan şirin! 

-

 



Badam, ay madam, gəl qadanı allam! 

-

 



Dizmarıdır! Ağa malıdır! 

-

 



Ricindir, pulov üçündür! 

-

 



Almasan da, tamaşasına gəl! 

-

 



Gəl madam, yaxşı püstə-badam, ləbləbi, yar ləbi!  

“Almasan da, tamaşasına gəl”, “Ağa malıdır” kimi emosional ifadə 

üsulları, aldadıcı dil strategiyası müştəriyə  hər hansı bir mübalığəli 

metaforadan heç də az təsir etmir, səmimi, aşkar ünsiyyət görüntüsü 

yaratmaqla müqabil tərəfin psixikasına təsir edir, daha doğrusu, onda bir 


 

 

 



441

məmnunluq, psixoloji komfort, xoş əhval yaradır, arzuolunan qərarın qəbul 

olunmasını sürətləndirir. Belə dil aldanışları situasiyasında müştəri  ən azı 

ayaq saxlamaya bilmir. Ayaq saxlayan müştəri isə artıq aldanmaya, ya 

əşyanın, ya da sözün tilsiminə düşməyə məhkumdur.  

 Sözdüzəltmə səviyyəsində gəlişən mübaliğələr parlaq emosionallığı 

ilə seçilir. Canlı xalq dilində geniş işlənən belə mübaliğə formaları, şiddət 

sözləri və frazeologiyada zəngin yalan və aldanış potensialı yerləşir. Söhbət 

alman dilində 

işlənən sternhagelbesoffen, hundesmiserabelelend, 

splitterfasernackt kimi xalq superlativlərindən (E. Riesel, 204), habelə 

stockdumm, käseblaß, totmüde, Azərbaycan dilində  fəal-emosional 

ünsiyyəti xarakterizə edən, aşkar mənfi münasibət modallığı bildirən “lül-

qənbər”, “lütüryan”, “anadangəlmə”, habelə  “bir həsir, bir Məmmədnəsir” 

tipli söz və deyim formalarından gedir.  Pechschwarz (qətran kimi qara), 

schneeweiß (qar kimi / qardan da ağ), purpurrot (qan-qırmızı) və s. kimi 

mürəkkəb sifətlərdə  də  həqiqi gerçəklik dəyərlərinə münasibətdə bir 

çatışmazlıq, qeyri-mükəmməllik deyil, əksinə, gerçəklikdə olandan yüksək 

keyfiyyət həddi verballaşır. Real həyatda heç bir qara rəngli  əşya qətran 

kimi qara, qar kimi ağ və ya qan kimi qırmızı olmur. Hər halda bərabərlik, 

semantik transformasiya, tənləşmə hökmən aldadıcı xarakter daşıyır. 

Düşünmək olar ki, bunlar hətta sifətin  şiddətləndirmə  dərəcəsinə nisbətən 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin