Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

daha yüksək keyfiyyət, mütləq dəyər ifadə edir. Müq. et: sapsarı – səfəran 

kimi sarı, yamyaşıl – yarpaq kimi yaşıl, bomboz – səhra kimi boz, qapqara 

– qətran kimi qara, ağappaq  – qar kimi ağ, qıpqırmızı – qan kimi qırmızı.  

Sabit müqayisə formaları keyfiyyəti sanki kvadrata yüksəldir, onun 

intensivliyini işarənin sayı  qədər artırır. Mübaliğəli ideomlar, digər 

frazeoloji formalarda da eyni kəmiyyət və keyfiyyət maksimallığını, mütləq 

hədd qavrayışını müşahidə etmək mümkündür: Üz-gözündən ilan-qurbağa 

tökülür, Qaş-qabağı yerlə gedir, Ağzı qatıq kəsmir, Gözləri ilə adamı yeyir, 

Dodağı yer süpürür və s. Yüksələn intensivlik şəkillərinin, xüsusilə 

keyfiyyət sifətlərinin reklamlarda geniş surətdə  işlənməsi faktı da məhz 

bununla bağlıdır. Reklamda hökmən bir şişirtmə, gerçək vəziyyətdə 

olduğundan kənara çıxma, standartları, normativləri aşma elementi 

olduğundan sifət kateqoriyasından olan sözlər və digər xarakterioloji 

leksika reklam sövdəgarlarının diqqətini daim özünə  cəlb edir. Gerçəyi 



 

 

 



442

böyütmə  məqamı olmasaydı, reklama ehtiyac da yaranmazdı. Siyasətdə, 

ictimai həyatda təlqinetmə, təbliğat olduğu kimi, reklam da bir növ 

iqtisadiyyatın siyasətidir. Qeyri adekvatlığın adekvat ifadəsidir. Reklam 

əslində alınacağı ilə bağlı narahatlıq ifadə olunan əmtəənin, satışa çıxarılan 

malın, bir nəsnənin təbliğatıdır, onu bəyənməyə, təqdir etməyə yönəlmiş 

konkret dil hərəkətidir və buna görə də mütləq alıcıların hər gün danışdığı, 

anladığı, qavradığı  və  qəbul etdiyi bir dildə, ilk növbədə sadə bir leksik 

tərtib və sintaktik quruluşda formalaşdırılmalıdır. Həm də sözə, tərifə 

mütləq bir epitet, metafora və ya mübaliğədən qanad taxılmalıdır. Təsadüfi 

deyildir ki, alman mənbələri reklam lirikasından (Werbelyrik) bəhs edirlər. 

Malların real keyfiyyəti, təqdim olunduqları gerçək dəyərləri ilə yanaşı 

mübaliğə  və epitetlər,  əlahiddə adlandırma və elliptik formalar reklam 

sənayesinin zəruri elementləri,  linqvistik detalları misalındadır. Reklam 

diskursu o hərəkətlər silsiləsidir ki, işarə, dil substansiyası  məzmundan, 

koqnitiv vahiddən önə keçir. Reklam linqvistikası o qədər həssaslıq, söz 

zərgərliyi tələb edir ki, pis, qüsurlu reklamdansa, onun olmaması daha çox 

məsləhət görülür. Heç nə yerində,  əndazəsində olmayan mübaliğə  qədər 

gülünc görünmür. Heç nə məddahı, mədhiyyə adamını dinləyici, habelə öz 

sahibi, sifarişçisi qarşısında yerində, məqamında olmayan metafora, epitet 

və perifraz qədər gözdən salmır, müdafiəsiz qoymur. Azərbaycan 

televiziyasının “Space” proqramında belə bir reklam var: “Təmizlik ördəyi. 

Mikrobların qənimi. Mikrobları 99,9 % məhv edir. İdeal təravət, 

saçlarımızın sağlam gözəlliyi, parlaq qələbə!” Yumşaq desək, linqvistik 

baxımdan heç də ideal olmayan bu reklamda  dilin formalaşdırdığı  təsir, 

onun gerçək səmərəsi, həqiqi vəziyyəti haqqında aydın təsəvvür oyada 

bilmir. Reklam üçün zəruri olan konkretlik və  əyanilik – mücərrədlik, 

qeyri-müəyyənliklə  əvəz olunduğundan adekvat təsir və  əks-təsir yarada 

bilmir. Bunun üçün ilk növbədə az-çox adekvat, təravətli, əslinə uyğun dil-

ifadə şəklini tapmaq gərəkir. Tərcümədə axıra qalan, hətta 100 faizdən də 

inandırıcı görünən 99 faiz, bu psixoloji kəmiyyət, rəqəm həddi Azərbaycan 

dilli reklamı xilas edir. Doğrudan doğruya, 99 faiz mütləq çoxluq 

göstəricisindən, son hədd təəssüratından daha inamlı, səmərəli və inandırıcı 

görünür. Çünki qeyd-şərtsiz, ifrat dəqiqlik aldanışı yaradır. Reallığın təhrifi 

onun öz gerçək xarakteristikası üzərində üstünlük əldə edir. Səlis çoxluqlar 


 

 

 



443

özləri qeyri-səlislik kəsb edir, konkretlik, əyanilik, dəqiqlik qavrayışı optik 

sınmalara məruz qalır. Azərbaycanda həm də məcazi, simvolik məna kəsb 

etmiş  məşhur “Hacı  Şakir” sabunu haqqındakı reklam da az qala onun 

özündən və haqqında formalaşmış  təsəvvürdən kənar dəyər və  məna kəsb 

edir. Mütləq kəmiyyətə inamsızlıq görüntüsü, tərəddüd psixologiyası yeni, 

daha inandırıcı bir effektin, keyfiyyətin yaranması, təsəvvür olunması ilə 

sonuclanır, adətən mətni dərinləşməyə qoymayan təkrar burada hər 

həmlədə yeni dərinliklər qət edir: 100 faiz Hacı  Şakir sabunu! 100 % 

təmizlik! 100 % təravət! 100 % rahatlıq! 100 % təbii sabun! (“Təbii sabun” 

sərvaxt Azərbaycan oxucusunun yadına məhz onun yadında olanları salır). 

Ən müxtəlif malların bir etalon kimi qəbul olunmuş standartlarda və verbal 

olaraq onlardan xeyli yüksəkdə təqdim olunması yalan və aldanışa yol açır. 

Və Azərbaycanda reklam linqvistikasının uğurları çox böyük olmasa da, 

belə imkanlardan maksimum dərəcədə yararlanma təcrübələri, yoxu var 

etmək məharətləri, rekordları var. Bir də görürsən ki, adi, o qədər də 

bəyənilməyən, satılmayan bir məhsul, məsələn “Kürdəmir heyvası” “Bığır 

narı” kimi qiymətə mindirilir, müştəri dil aqressiyasına, söz zorakılığına 

məruz qalır və aldanır. Hər  əriyə “Ordubad əriyi”, hər yemişə “Kürdəmir 

yemişi” deyilməsində bir dil saxtakarlığı, yalançı, aldadıcı  təqdimat və 

təminat var. Həm “Bığır narı”, həm də “Ordubad əriyi”, yaxud “Şəki 

ləpəsi”nda ilkin halda bir adi-neytral keyfiyyət ifadə olunsa da, həmin 

adlandırmalarda xəfif bir mübalığə imkanının, analoji məhsullarla 

müqayisədə üstün keyfiyyət həddinin əks olunduğu şəksizdir. 

 Almanlarda belə bir qəribə reklam var: “Ya öy, ya öl!” (Wirb oder 

stirb!). Bunu  belə də tərcümə etmək olar: “Ya al, ya öl!” Reklamların hər 

biri dil istifadəçisinin gerçəklik dəyərlərinə münasibətinin göstəricisi, 

spesifik duyum və düşüncə, görüş tərzini əks etdirən parlaq dil əsərləridir. 

Buradan da mübaliğələr,  şiddət, üstünlük semiotikası  qırmızı  xətt kimi 

keçir. Yüksələn, artan mübaliğələrin geniş işləndiyi reklam diskursunda dil 

vasitələrinin maddi-linqvistik gerçəklər olaraq şeylərin mahiyyətinə, 

keyfiyyət və  kəmiyyət xarakteristikasına virtual reallıqlar  əlavə etdiyini 

söyləmək olar.   

 Böyütmə, maksimallaşdırma qavrayışı canlı xalq dilində,  şifahi 

xalq  ədəbiyyatının nağıl, dastan, yanıltmac, lətifə kimi ən müxtəlif 


 

 

 



444

janrlarında mübaliğə formalarını intensivlik, əyanilik yaradan oyun 

elementlərinə, cəlbedici dil-üslub yarışına çevirir. Azərbaycan xalq şerində 

“qarışqa  şıllaq atdı, dəvənin budu batdı” kimi mübaliğəli dil formulları, 

ritm sahmanlayıcıları  təkrarlana-təkrarlana  əsl hadisələrə bir keçid 

hazırlayır, mətn tədriclə güc və sürət yığır. “Az getdilər, üz getdilər, dərə-

təpə düz getdilər” deyimində  hərəkətin, hadisələrin qısa bir zaman 

kəsiyində  cərəyan etməsi, hüdudlanması deyil, əksinə, məhz intensiv bir 

zaman müddəti, davamlılıq, sürəklilik təəssüratı kodlaşır. “Milçək mindik, 

çay keçdik, yabaynan  dovğa içdik” kimi ilk baxışda heç bir konkret 

informasiya daşımayan amorf kommunikativ düsturda hadisələrin 

dinamizmi, gözlənilməz macəralar, maraqlı  əhvalatlar yaşanacağı 

düşüncəsi implisit şəkildə ifadə olunur, sanki bir dil motivasiyası faktı 

maddiləşir. Bunları nağıl mətninin formal əlaqə vasitələri kimi də 

araşdırmaq maraqlıdır. Koroğlunun hirslənəndə yeddi gün yeddi gecə 

yatması, sevinc və sevgi anlarında yeddi qara erkəyin qovurmasını yeməsi 

bu el qəhrəmanının qarınqululuğu və ya hikkəsi haqqında hekayət və yaxud 

misilsiz, qeyri-adi güc və iradə nümayişi deyil, həm də və ilk növbədə anın, 

gələcək hadisələrin dinamikasını  mətnin dil-ifadə toxumasına daxil 

etməkdir. Bütün xalqların folklorunda belə maraqlı linqvistik detallar var. 

Adətən folklor mətnində mübaliğə  və qeyri-müstəqim nitqin digər 

formalarının intensivliyi ilə  təkrar və yüksələn sadalamaların intensivliyi 

bir-birini tamamlayır, onlar üzvi surətdə bir-biriylə qaynayıb qarışır. 

Görünür, insan real və virtual gerçəkliyi, təsəvvür olunan və arzu olunan 

şeyləri mübaliğələr, çoxaltmalar vasitəsilə daha geniş  və qabarıq, tünd 

boyalarla göstrəməklə dünyanın cansıxıcı darısqallıq, xaos və 

nizamsızlığından, real gerçəkliyin  əsarətindən müvəqqəti də olsa xilas 

olmağa çalışır.  

 Mübaliğə,  şiddət formaları ilə yalan və aldanışların  ən çox 

reallaşdığı ünsiyyət sahəsi - ictimai-siyasi üslub, daha dəqiq desək, siyasi 

diskurs, siyasət və siyasətçilərin dilidir. Biz əvvəlki məqalələrdə yalanın 

bilavasitə siyasətçilərin peşə borcuna (Allah bizi belə peşələrdən saxlasın!), 

onların sənətinə, daha geniş  mənada nitq hərəkətləri sisteminə daxil 

olduğunu qeyd etmişdik. Hər hansı bir qrup mənafeyinin, dünyagörüşünun, 

xüsusən ideologiya və siyasi baxışın təbliği və müdafiəsi, nə qədər ədalətli 


 

 

 



445

və obyektiv olsa belə, mütləq yalan və aldanışlarla, qeyri-adekvat, 

şişirdilmiş  mənalandırma və  əsaslandırmalarla müşayət olunmalıdır və 

olunur da. Hətta  ən demokratik cəmiyyətlərin, toplumların da  öz yalan 

xidməti, yalan təminatı  və  təsisatları olur. Təmiz, təmizlənmiş, xalis 

həqiqətlərlə  nə dövlət, nə  də ailə qurmaq və onları idarə etmək mümkün 

deyil. Siyasətçilər, dövlət xadimləri, diplomatlar, ailə başçıları qadağan 

olunmuş  həqiqətlər və konvensional, şərtləşmiş yalanlar olmadan mövcud 

ola bilməz. Hətta gülüşlərimizdə, emosiyalarımızda da bir konvensionallıq 

hökm sürür. Biz məqalənin ümumi ruhuna, məqsəd və  məntiqinə müvafiq 

olaraq məhz totalitar düşüncə  və üslub materialları üzərində 

müşahidələrimizi davam etdirəcəyik. Demokratiya və demokratik 

rejimlərdə  yalanın psixologiyası, mənəvi, hüquqi, tibbi və sosioloji 

aspektləri, o cümlədən linqvistikası, funksionologiyası daha geniş  və 

mürəkkəb mövzudur, daha ciddi, əhatəli və dərin tədqiqatlar tələb edir. Bu 

haqda bir qədər sonra. 

 Adətən yalan dil aldanışlarının ən bariz, ən kəskin və ifrat forması 

kimi  şərh və izah olunur. Ən böyük, miqyaslı, aşırı yalan və yanılmalar 

məhz sonsuz səlahiyyətlərlə görəvləndirilmiş, psixoloji baximdan özünün 

hər  şeyə qadir, hər  şeyə iddialı  və  hər  şeydə haqlı bilən diktatorların və 

yalançı demokratların fəaliyyətində üzə  çıxır. Hakimiyyət iradəsi, ifrat-

amiranə, qarşısıalınmaz davranış və düşüncə tərzi tədriclə, lakin ardıcıl bir 

güc və təzyiqlə bütün cəmiyyətə sirayət edir, dil şüurunda da əks-səda tapır. 

Getdikcə güc toplayan, daha böyük və qorxunc sürət götürən dil maşını, 

yalan maşını qarşısına çıxan hər şeyi dəyirman dəni kimi üyüdür, “zorakılıq 

aləti” olan dövlətin, dövlət siyasətinin fəal müdafiəçisi və 

müşayiətedicisinə, güc əlavəsinə çevrilir. Əgər adi adamların yalanı bir və 

ya bir neçə  nəfərin, yaxud bir qrup şəxsin zərər çəkməsi ilə  nəticələnirsə, 

bütün cəmiyyəti bir dirijor çubuğu ilə oynadan, öz iradəsinə tabe etdirən 

diktatorun yalanı daha böyük fəsadlara, hətta kütləvi qırğın və  qətllərə 

gətirib çıxarır (Ф. Алекперли, 16). Əgər bu “fövqəlinsan”, fövqəlmacəraçı, 

məsələn, Adolf Hitler, Stalin, Mao kimi böyük xarakterə, üstəlik sarsıdıcı, 

qeyri-adi natiqlik məharətinə, dəmir məntiq və dönməz iradəyə malikdirsə, 

bütün cəmiyyət də tədricən qorxu, vahimə və zorakılığın təsiri altına düşür, 

təkcə zülm və istibdadın yox, həm də dil yalanlarının girovuna çevrilir. 


 

 

 



446

Yalan mütləq zorakılıqla, o cümlədən də linqvistik güc və riyakarlıqla 

müşayiət olunur. Yalanı, cəmiyyətin  şüuru, həm də dil şüuru ilə aramsız 

manipulyasiya hərəkətlərini antihumanist mədəniyyətin tərkib hissəsi kimi 

qiymətləndirmək olar.  

Qəribədir ki, yalan tədricən öz “həqiqət dəyərlərini” formalaşdırır və 

onlara müəyyən bir zaman kəsiyində olsa da, bir qanun-ədalət donu 

geyindirir. Stalin, Hitler kimi diktatorlar təkcə öz böyük cinayətləri ilə 

deyil, həm də  məhdud zaman hüdudlarında həqiqət gücü kəsb edən, çox 

vaxt cəmiyyəti irəli aparan böyük yalanları ilə tarixdə yaşayır. Tarix də 

onlara məftun olmuş, yaşıl işıq yandırmış,  haqq qazandırmış kimi görünür. 

Çünki qalibləri, böyükləri mühakimə etmirlər.  İlk növbədə ona görə ki, 

onlar güclü eksistensiya tipi kimi dərk olunur və adi, sıravi adamlar, kütlə 

tərəfindən qeyd-şərtsiz qəbul olunur. Beləliklə, totalitar rejimlərdə yalan və 

aldanışların effektivliyi məsələsi yalnız sırf linqvistik problem olmayıb, ilk 

növbədə psixoloji və  fəlsəfi bir problemdir. Zəhmli, qaniçən diktatorların 

yaratdığı qorxu və vahimə mühiti, onların konkret tarixi dövrdə  əldə 

etdikləri cəlbedici uğurlarla müəyyən olunur. Təsadüfi deyildir ki, müasir 

dövrdə sosial-tarixi inkişafın nisbətən aşağı pilləsində olan dövlətlərdə, 

şüur səviyyəsi o qədər də yüksək olmayan xalqlarda totalitar və avtoritar 

rejimlər, idarəetmə formaları problemləri həll etməyin ən kəsə yollarından 

biri kimi qiymətləndirilir. Məlum olduğu kimi, Hitler hətta ölkədə müxtəlif 

siyasi partiyaların, deməli fikir, həqiqət pluralizminin olmasını bir 

bölücülük əməli, xalqın birlik və gücünün parçalanması kimi qiymətləndirir 

və onu qətiyyətlə rədd edirdi. Təbii olaraq psixoloji müqavimətlər, etirazlar 

doğuran bu antidialektik mövqe yalnız onun sarsıdıcı nitqləri, səsinin 

ovsunlayıcı-hipnotik təsiri, tez-tez çılğınlığa varan və  ətrafı vahiməyə 

salan,  əvvəlcədən alternativ fikrə yer qoymayan, kin-qisas bağırtıları 

sayəsində özünə  qızğın tərəfdarlar toplamamışdı. Bu mövqe və  qəzəb, 

nifrin frazeologiyası bir fateh və  iblis vəsvəsəsi kimi ona görə bəyənilmiş, 

qəbul olunmuşdu və  fəal  şəkildə, bütün dövlət strukturları  və sosial 

təbəqələr tərəfindən müdafiə olunurdu ki, “fürer” qısa bir müddətdə iqtisadi 

böhrana, işsizlik və yoxsulluğa son qoymuş, almanların Versal müqaviləsi 

ilə  təhqir olunmuş milli vətənpərvərlik hisslərini alovlandırmış, ölkənin 

hərbi qüdrətini misli görünməmiş bir səviyyəyə qaldırmış  və  nəhayət, hər 


 

 

 



447

halda alman bürqerlərini heyrətləndirən parlaq qələbələr qazanmışdı. 

Həmin situasiya həm də nasional-sosializm ideologiyasının qısa bir 

müddətdə  dəfolunmaz linqvistikasını hazırlamışdı. Fürer çox qeyri-adi bir 

şəxsiyyətə oxşayırdı və faşıstlərdən can qurtarmaq mümkün deyildi. Hitler 

sanki hər bir almanın keçmişindən, alman romantiklərinin realist, daha 

doğrusu, artıq reallaşmaqda olan arzularından yol alıb gəlirdi. Romantik 

ideologiyanın  əsl varisi nəhayət peyda olmuşdu, zühur etmişdi. Alman 

ruhunun, alman irrasionalizminin təntənə, zəfər dövrü gəlib çatmış, güclü 

fərdi iradə güclü kollektiv iradə  və  şüursuzluqla birləşərək sanki 

dialektikanın, təbiət və 

cəmiyyətin bütün qanunlarını, 

qanunauyğunluqlarını qüvvədən salmışdı. Belə “xoşbəxt situasiyada” 

alman xarakteri kimi öz-özünə  sığmayan böyük alman dili də  fərdi 

başlanğıcın, güclü eksistensiyanın yaradıcı, dağıdıcı ünsürü, kollektiv 

səfərbərlik və birlik aləti kimi fəal mübarizəyə qoşulmuş, döyüşə atılmışdı. 

Ən böyük güc və təhlükə məhz bu idi. Dil bütünlüklə ruha, üsyankar ruha, 

özünə sığmayan vahid, totalitar xarakterə çevrilmişdi. Bu həmin dərin vəcd, 

ekstaz və kütləvi yüksəliş dövrünün davamı idi ki, dünyaya Götge, Kant, 

Fixte, Hegel, Şopenhauer, Nitsşe kimi dahilər bəxş etmişdi. Milli və zehni-

intellektual baxımından dünyay meydan oxuyan bir çox xalqlardan, hətta 

bütün xalqlardan (?) üstün olduqlarını hiss və  zənn edən almanlar həyatı 

ərazilərinin (Lebensraum), dünyanın bölüşdürülməsində özlərinin tarixi 

haqsızlığa məruz qaldıqlarını bütün dərinliyi, faciəviliyi və ədalətsizliyi ilə 

dərk edirdilər. Almanların,  ən birinci və sonuncu almanın da tarixi 

yaddaşını oyadan, uyudulmuş, təhqir edilmiş hisslərini, duyğularını 

ehtizasa gətirən Hitlerin – heç kəsə  bənzəməyən bu qeyri-adi adamın, 

ümidverici, çox az natiqlərə müyəssər olan sarsıdıcı, cəlbedici, dəfolunmaz 

nitqləri bir təlqin və  həqiqət gücü kəsb edirdi. Bunların çoxu real 

həqiqətlərdən artıq dillə - alman dili ilə yaradılmış, konstruksiya edilmiş 

həqiqətlər idi. Bədnam irqçilik nəzəriyyəsini, nifrət, nifrin psixologiyasını 

dərketmə sistemləri içərisində yalnız dillə bu şəkildə ifadə etmək, şişirtmək 

olardı. Bütün Almaniya Hitlerin nitqləri ilə idarə olunurdu. Sağlam zəka ilə 

deyil, məhz onun  nitqləri ilə idarə olunurdu. İctimai fikrin nəbzi onun 

nitqində döyünürdü. Söz, obraz materiyadan, gerçəklərdən çox-çox 

yüksəklərə qalxırdı. Bu alovlu, çox vaxt real zəmindən mərhum olmuş 



 

 

 



448

nitqlər sərt, amansız gerçəklikdən daha artıq və cazibədar bir gerçəklik 

yaratmaq və onu kultivasiya etmək gücünə sahib idi. Təhdid düşüncəsinə, 

mübaliğə  məntiqinə tam uyğun gəlirdi. Belə situasiyada dərketmə 

bütünlüklə avtomatlaşır, istiqamətlənmiş xarakter alır, rasional təfəkkür 

sıradan çıxarılırdı. Nasional-sosilizm ritorikasında mübaliğələrin bolluğu, 

daha doğrusu, heç də həmişə əsaslandırılmamış ifrat artıqlığı məhz deyilən 

tarixi həqiqət və yalanlardan qaynaqlanırdı. 

 Başgicəlləndirici uğurlar, qarşıya qoyulan nəhəng vəzifələr və 

qızğın mübarizə ehtirası, nəyin bahasına olursa-olsun qalib gəlmək və 

intiqam almaq həvəsi, qalib gəlmək  şövqü sanki dünyanı başqa rəng və 

biçimlərdə göstərir, gerçəkliyin mənzərəsini, təbii ölçü və nizamını dəyişir. 

Mübaliğə qavrayışı ön plana keçir, adi-təbii, insani davranışa güc gəlir. 

Eqoizm, yeganəlik, müstəsnalıq, qiqantamaniya xəstəliyi baş qaldırır və 

bütün cəmiyyəti bürüyür, idrakın normal fəaliyyətini iflic edir. 

  İdarəolunan dildə, totalitar üslubda hər  şey  əla, böyük, misilsiz, 

unikal, “görünməmiş” ölçülərdə  təqdim olunur. Məşhur filoloq V. 

Klemperer III  Reyxin dil-üslub xüsusiyyətlərinin öyrənilməsinə  həsr 

edilmiş “LTİ” (Linqua Tertii İmperii) adlı əsərində belə bir maraqlı misal 

gətirir. Nasistlərin Nürnberqdə keçirilən növbəti qurultayı ilə bağlı məlumat 

yayılmışdı ki, qurultay haqqında çap olunmuş alman qəzet və jurnallarını 

uc-uca düzmək mümkün olsaydı, 20 metrlik radiusda kağız sütununun bir 

ucu stratosferə çatardı (“...die Säule der von der gesamten deutschen Presse 

gebildeten Tagesauflage würde mit 20 Kilometern in die Stratosphäre 

reichen”). Bu artırılmış, ifrat dərəcədə böyüdülmüş,  şişirdilmiş dil-ifadə 

şəkli yalnız “qurultaylar şəhəri” kimi təriflənən Nürnberq şəhərində 

nasional-sosialistlərin keçirdiyi yığnağın təntənəsini göstərən qeyri-adi bir 

mübaliğə deyildi, həm də bir ramedilməz, cilovlanılmaz yalan, aldanış faktı 

idi. Daha bir ağ yalan və kütlə  şüuruna hesablanmış statistika “örnəyi”: 

Mussolininin Berlində qarşılanmasında  təkcə küçələrin  bəzədilməsində 40 

min metr kətan parça sərf olunmuşdu”. (“bei Mussolinis Besuch in Berlin 

gab man an, dass die Ausschmückung der Feststraßen 40 000 Meter 

Fahnentuch gekostet habe.”)  

O dövrü yaşamış insanların yaxşı yadında olar ki, sovet-kommunist 

totalitarizmində  də eyni dəfedilməz, mahiyyət etibarilə qeyri-ciddi yalan 


 

 

 



449

düşüncəsi və mübaliğə avtomatizmi hökm sürürdü. Deyilənə görə bir sovet 

yəhudisi müharibədə alman faşıstlərinin itkiləri haqqındakı  məlumatları 

ardıcıllıqla izləyir və  ədədləri üst-üstə  gələndə görür ki, alınan rəqəm 

Almaniyanın  əhalisinin sayından çox çıxır.  Əlbəttə, bu dəfə  həqiqət olan 

həmin statistika ona həyatı bahasına başa gəlir – SSRİ tərəfindən ölkələrin 

və həmin nisbətdə azaldılan insanların bir nəfər də artması ilə nəticələnir. O 

məşum illərdə - BAM deyilən həqiqətən nəhəng objekt inşa olunarkən 

“Dünyada misli-bərabəri olmayan tikinti” haqqındakı  məlumatlar qəzet 

səhifələrindən düşmürdü (O dövrdə  hələ “analoqu olmayan” ifadəsi kəşf 

olunmamışdı). Ona hətta “əsrin tikintisi” adı verilmişdi. O da bizim Bakı-

Ceyhan kimi əsrin tikintisi idi. Qəzet və elektron  informasiya vasitələrinin 

qaldırdığı hay-küy gerçək faktı  həqiqətdə olduğundan da iri konturlarda 

təqdim etmişdi. “Bakı-Tibilisi-Ceyhan” boru kəməri əsrin tikintisi olsa da, 

maraqları tam təmin olunmayan keçmiş Sovet İttifaqının varisi Rusiyada 

ona qarşı duran qüvvələrin “dilində” az qala adi, perspektivsiz, səmərəsiz 

bir tikinti qədər kiçilirdi. Kiçildilirdi. Dil işarələri öz qeyri-adi nisbilik 

qanunları ilə obyekti yüz dəfələrlə böyütmək və min dəfələrlə kiçiltmək 

gücünə malikdir. Adolf Hitler alman mətbuatında “bütün dövrlərin və 

xalqların  ən böyük füreri” (“der größte Führer aller Zeiten und Völker”) 

formatında üfürdülüb şişirdilirdi. Sanki dil obyektiv ölçü və  həddləri 

qüvvədən salaraq cəmiyyətə öz yeni ölçülərini qəbul etdirmişdi. Dünyanın 

ən iri hərbi zavodları yalnız Almaniyada tikilirdi, dünyanın  ən güclü 

idmançıları alman idmançıları idi, dünyanın  ən gözəl və  ağıllı qadınları 

alman qadınları idi, ən ali irq alman irqi idi və hami da alman dilinin bu 

yalanlarına inanırdı. Həm də ona görə ki, dilin, sözün arxasında sarsıdıcı bir 

güc dayanmışdı. Bu güc hətta keçmişə  də, alman ruhuna da təsir edirdi... 

Təəccüblü deyildir ki, Almaniyanın və alman dilinin bugünkü halında daha 

belə güc nümayişi, mübaliğə ehtirasından sanki əsər-əlamət qalmamışdır. 

Dil susub öz içinə çəkiləndə, sakitləşəndə elm və fəlsəfə yaranır.  

 Totalitar düşüncə  və üslub tarix səhnəsinə ilk növbədə say-rəqəm 

romantikası  və superlativ çılğınlığı ilə daxil olur. Zaman və  məkan 

konturlarının romanrik genişliyi, ölçüsüzlük, qeyri-müəyyənlik duyğusu 

totalitar siyasi mətnlərin müəyyənedici üslub cizgilərini təşkil edir: 

“böyük”, “çox böyük”, “nəhəng”, “analoqu olmayan”, “misilsiz”, 


 

 

 



450

“əlçatmaz”, “təsəvvürəgəlməz”, “ucsuz-bucaqsız” və s. kimi rəqəmləşmiş, 

kəmiyyətə çevrilmiş sözlər  şüurun normal, hamar fəaliyyətini iflic edir, 

bununla da dilin maşınlaşması, avtomatlaşması prosesi başlayır. Kiçik 

totalitar rejimlərin belə özündən böyük rəqəm-ölçü maniyası yalnız istehza 

və gülüş doğurmağa yarayır. Fidel Kastronun güc sözləri, mübaliğə-

şişirtmə iddiaları nəinki bir adaya (“Azadlıq adası”), heç bütün dünyaya da 

sığışmayır. Mən hələ Şərqin, bəzi müsəlman diktatorlarının xalqın adından 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin