Meşədə yolu azdıqda nə
etməli?
M
eşəyə səyahət zamanı xəritə, kompas, GPS naviqatordan istifadə etmək olar. Xəritə və
kompasdan istifadə qaydalarını bilməklə ərazidə istiqaməti düzgün seçə bilərsiniz. Ətraf
mühitdə müəyyən əlamətləri yadda saxlamaq lazımdır. Getdiyiniz yol boyu quru budaqlar, rəngli
17
kağızlarla və ya lentlərlə işarə qoymaq olar. Bəzən insanlar şəraitin oxşarlığına diqqət yetirməyərək
səhvə yol verir və çevrə üzrə hərəkət edib başlanğıc əraziyə qayıdırlar. Yadda saxlamaq lazımdır ki,
addımlayan zaman insanın sol ayağının addımının uzunluğu sağ ayaqdan artıq olur. Buna görə də
hiss olunmadan dairəvi olaraq hərəkət edir.
Meşəyə səfər zamanı marşrutdan kənara çıxmaq olmaz. Bəzən meşə sakinlərinin, o cümlədən
kəpənəklərin, dələ və quşların ardınca düşüb, onları izləyənlər özləri də hiss etmədən cığırdan
kənara çıxıb səmti itirirlər. Gəzinti zamanı, göbələk və giləmeyvə toplayarkən tez-tez ətrafa nəzər
yetirib, harada olduğunuzu yadda saxlamağa çalışın. Meşəyə tək-tənha getmək olmaz. Səfərə mütləq
müəllimlərlə və valideynlərlə birlikdə çıxmaq lazımdır. Gəzinti zamanı dəstədən aralanmaq və təklikdə
qalmaq olmaz. Hər hansı maraqlı bir obyektlə rastlaşdıqda yoldaşlarınıza məlumat verib, ayaq
saxlayaraq birlikdə müşahidə etmək olar. Belə olduqda yoldaşlarınızdan ayrı düşmək ehtimalı azalır.
Əgər dəstədən geri qalıb istiqamətin düzgün olmasına əmin deyilsinizsə, uca bir ağaca çıxıb ətrafı
nəzərdən keçirin. Ağaca çıxarkən ehtiyatlı olun. Yalnız möhkəm və yoğun budaqlardan tutub yuxarı
qalxa bilərsiniz. Quru budaqlar qəfildən qırıldıqda yerə düşüb xəsarət almamaq üçün hər addımı
yoxlayaraq irəliləmək lazımdır. Sadəcə oyun və əylənmək xatirinə ağaclara çıxmaq təhlükəlidir. Həm
də artıq səs-küy meşə heyvanlarını narahat edir.
Meşədə tənha qalmaq o qədər də ürəkaçan hal deyil. Qorxu və narahatlıq hissini dəf etmək asan
olmadığına görə ehtiyatlı olmaq lazımdır. Ən çox da qaranlıq düşərkən dəhşətli vahimənin öhdəsindən
gəlmək tələb olunur. Təlaş edərək qaçmaqla meşənin daha da dərinliyinə gedib, soyuqlamaq və ya
yıxılıb yaralanmaq ehtimalı artır. Ətrafınızda tanış olmayan yerləri görürsünüzsə, ilk növbədə təlaş
etməyin. Sakit halda bir yerdə durmaq lazımdır. Yolu axtarıb tapmaq məqsədilə o tərəf bu tərəfə
qaçmaqla yalnız özünüzü yorub əldən sala bilərsiniz. Bir qədər sakitləşmək üçün üst geyimi soyunub
yenidən geyinmək olar. Bu hərəkətlə sakitləşib vəziyyətdən çıxmaq yollarını aramaq olar.
Əgər yoldaşlarınızdan ayrı düşmüsünüzsə və telefon əlaqəsi yaratmaq mümkündürsə, mobil
telefon vasitəsilə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə - 112 nömrəsinə məlumat verin. Sonra
sakit duraraq ətrafı dinləməyə çalışın. Sizi axtaran insanların, avtomobillərin və itlərin səsini eşitdikdə
səs gələn tərəfə getməyə çalışın. İtin hürməsini təxminən 2-3 km məsafədən, işləyən traktorun səsini
3-4 km məsafədən, qatarın səsini isə 10 km məsafədən eşitmək mümkündür.
Yolu azıb tənha qaldıqda ilk növbədə ucadan qısa fasilələrlə valideynlərinizi və yoldaşlarınızı
köməyə səsləməyə çalışın. Lakin sıx meşəlikdə ucadan qışqırdıqda belə səs yaxşı eşidilmir və uzun
müddət köməyə çağırdıqda səs telləri zədələnə bilər. Axtarışa çıxanlar səsi eşitməyə bilər. Buna
görə də ağacların gövdəsinə çubuqla vurmaqla köməyə səsləmək olar.
Meşədə yolu azdıqda vəziyyətdən digər çıxış yolu tapmaq üçün çay kənarına çıxmaq və sahil boyu
suyun axını istiqamətində hərəkət etmək lazımdır. Yaşayış məntəqələri çox zaman çayların sahillərində
salındığına görə axın istiqamətində gedərək yaşayış məntəqələrinə çatmaq olar. Getdiyiniz yolun
kənarında kiçik çay daşlarını təpəcik formasında bir-birinin üzərinə toplayıb işarə qoya bilərsiniz.
18
Meşənin içərisində rast gəldiyiniz çayları keçməyə cəhd göstərməyin. Belə halda islanmış
paltarlarda soyuqlamaq ehtimalı artır. Həm də çay daşları sürüşkən olduğuna görə xəsarət almaq
mümkündür. Kiçik gölməçələrə ayaqyalın girmək təhlükəlidir. Çünki, su axmazlarda, bataqlıqlaşmış
sahələrdə zəlilər və digər qansoran həşəratlar çox olur. Su hövzələrinin yaxınlığında saysız-hesabsız
ağcaqanadlar insanlara hücum edirlər.
Qaranlıq düşdükdə meşədə hərəkət etmək çox təhlükəlidir. Bələd olmadığınız yolda çala-çuxura
düşmək, sürüşüb yıxılmaq ehtimalı artır. Uşaqlar gün ərzində daha çox fiziki hərəkətdə olduğuna
görə qaranlıq düşdükdə daha tez yorulub yuxulamaq istəyirlər. Əgər gəldiyiniz istiqaməti təyin edə
bilmirsinizsə, yaxşısı budur ki, həmin yerdən 100-200 m aralıda su mənbəyi və sığınacaq üçün yer
axtarın. Bu zaman sığınacaq yeri düzgün seçilməlidir və gecələmək üçün təhlükəsizlik təmin olunmalıdır.
Bir çox vəhşi heyvanlar gecələr ova çıxdığına görə tonqal qalamaqla onları uzaqlaşdırmaq olar.
19
Yaxınlıqdakı ağacı sığınacaq kimi seçmək olar. Əgər hava şəraiti əlverişli deyilsə, yıxılmış ağacın
gövdəsinin altında və ya sıx yarpaqlı ağacın budaqları altında daldalanmaq olar. Əlbəttə, yaxşı olar
ki, bu ağac meşə talasının yaxınlığında və ya meşənin kənarında olsun. Belə olduqda azmış insanı
aşkar etmək nisbətən asanlaşır. Sığınacaq yerində uzaqdan diqqəti cəlb biləcək əlvan rəngli parça
və ya digər əşyaları uca dirəkdən asmaq olar.
Sığınacaq tapdığınız ağac sizi həm də rütubətdən və küləkdən qoruya bilər. Ağacların sıx
budaqları qatında torpağın üzərinə quru budaqları və yarpaqları, quru otu döşəyib oturmaq olar.
Süni “döşəmənin” qalınlığı 15 sm olmalıdır ki, torpaqdan soyuq keçməsin. Vəhşi heyvanlardan
qorunmaq üçün ağaca çıxmaq olar. Ağacın budaqlarından müxtəlif alabəzək əşyaları asmaqla
axtarışa çıxanların diqqətini cəlb etmək olar. Yay aylarında yaxşı olar ki, yaşıl, qəhvəyi və tünd rəngli
geyimdən istifadə olunmasın, çünki yaşıllığın arasından bu rəngləri seçmək mümkün olmur. Əksinə
al-əlvan rəngli geyim uzaqdan diqqəti cəlb edir.
Meşədə soyuq, rütubətli yerdə və yaxud daşın üzərində oturmaq olmaz. Bu zaman bədənin istiliyi
itirilə bilər. Bu məqsədlə mamır və quru budaqları bir yerə toplayıb müvəqqəti “oturacaq” hazırlamaq
mümkündür. Meşədə soyuqdan qorunmaq üçün müvəqqəti sığınacaq – “koma” hazırlamaq olar.
Komanın divarları ağac və kol budaqlarından hörülür. Komanın yerliyinə mamır, şibyə, quru yarpaqları
döşəmək olar. Komanın divarlarını təşkil edən budaqların arasına mamır və şibyə hörməklə soyuq
havanın qarşısını almaq olar.
Bəzi hallarda meşədə tək qalan uşaqlar qorxudan gizləndiyi yerdən çıxmağa cürət etmir. Adətən
yolu azdığına və böyüklərdən uzaqlaşdığına görə cəzalanacağından qorxan uşaqlar səssiz durub
gözləməyə üstünlük verirlər. Bəzən də uşaqlar meşədə rast gəldikləri yad insanlardan qorxub
meşənin dərinliyində gizlənməyə çalışırlar. Uşaqlar əmin olmalıdırlar ki, onları axtarırlar və mütləq
tapacaqlar.
Yolu azdıqda uzaqdan diqqəti cəlb etmək üçün yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə
meşənin kənarında açıq sahədə quru budaqlardan tonqal qalamaq olar. Axtarış qrupu açıq yerdə
yanan tonqalı uzaqdan aşkar edə bilər. Lakin yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq tonqalın
yerini əvvəlcədən hazırlamaq lazımdır. Hər şeydən əvvəl tonqalı təhlükəsiz yerdə, yəni bitkilərin
yaxınlığında deyil, açıq talada qalamaq olar. Bu məqsədlə sahədə torpağın üst qatı 1-2 m məsafədə
quru otlardan, tör-töküntüdən, quru budaqlardan təmizlənməlidir və tonqalın ətrafında xəndək
qazılır. Yaxşı olar ki, tonqal su hövzəsinin yaxınlığında açıq yerdə yandırılsın. Belə olduqda yanğın
təhlükəsinin qarşısı tez bir zamanda alına bilər.
Yadda saxlamaq lazımdır ki, isti, quru və küləkli hava şəraitində tonqal qalamaq təhlükəlidir.
Ağacların altında tonqal qalamaq olmaz. Ağacların yaxınlığında yandırılan tonqal bitkilərin məhv
olmasına səbəb olur. Ehtiyatsızlıq nəticəsində ocaqdan sıçrayan kiçik bir qlğılcım sürətlə quru otların
və tör-töküntünün üzəri ilə yayılaraq dəhşətli yanğına səbəb ola bilər. İsti, qızmar yay aylarında
20
tonqal qalamaq çox təhlükəlidir. Təhlükəli vəziyyətin qarşısını almaq üçün odla ehtiyatlı olmalı
və təhlükəsizliyə riayət olunmalıdır. Gərəksiz yerə ocaq qalamaq fikrindən daşınmaqla həm öz
həyatınızı, həm də meşənin canlı aləmini qorumuş olursunuz.
Təsadüfən meşədə yanğın hadisəsi ilə üzləşdikdə dərhal küləyin əksi istiqamətində həmin yeri
tərk etmək lazımdır. Bu zaman yanğının yayılma istiqamətinə perpendikulyar olaraq hərəkət etmək,
üzü və əlləri yaş dəsmalla örtmək tələb olunur. Əgər başqa çıxış yolu yoxdursa, su hövzələrinin
yaxınlığında sığınacaq tapıb gözləmək olar. Geyimi su ilə isladıb yanğından qorunmaq lazımdır.
Nə qədər çətin vəziyyətdə olsanız belə ağac və kolların budaqlarını qırmaq, quş yuvalarını
dağıtmaq, hörümçəyi məhv etmək olmaz. Ağacların koğuşunda rast gəldiyiniz yuvalara əl salmaq
olmaz. Yuvada yaşayan heyvanları hürküdüb qaçıra bilərsiniz.
Qorxu hissinə qalib gəlmək üçün uşaqlar fəlakət vaxtı siqnal vermək üsullarını öyrənməlidirlər.
Əgər siz meşə cığırının yaxınlığındasınızsa, yolun kənarında iri quru budaqları, iri daşları müxtəlif
formada bir-birinin üzərinə qoyub xaç, dördbucaq, ulduz formasında üst-üstə toplaya bilərsiniz.
Cığırın üzərində çubuqla köndələninə zolaqlar çəkmək olar. Bu işarələr axtarışa çıxanlar tərəfindən
aşkar edilə bilər. Açıq meşə talasında və ya çəmənlikdə iri daşların və ya budaqların köməyi ilə SOS
işarəsini və ya digər böyük ölçülü işarələri quraşdırmaqla helikopterlə axtarışa çıxanların diqqətini
cəlb etmək mümkündür.
Əsas odur ki, bu işarələr uzaqdan görünsün. Siqnal nə qədər iri həcmlidirsə, onun görünməsi
ehtimalı da artır. Qışda qarı müvafiq formada bir yerə toplamaqla və ya tonqaldan qalan kül vasitəsilə
siqnal işarələrini təsvir etmək mümkündür. Gündüz açıq rəngli parça, dəsmal, gecə vaxtı isə alovlu
məşəl də köməyə gələ bilər: uçan helikopterin (təyyarənin) səsini eşitdikdə, dəsmaları və ya məşəli
yuxarıya qaldırıb yelləmək lazımdır. Axtarış helikopterini gördükdə dərhal əlləri yuxarı qaldırıb
yelləmək və qaçmaq lazımdır. Belə olduqda hərəkət edən obyekti səmadan görmək nisbətən
asanlaşır.
Fəlakət siqnallarının beynəlxalq kod cədvəli aşağıdakı kimi qəbul edilir:
II – medikamentlər lazımdır;
F – yemək və su lazımdır;
K – istiqamətinizi bildirin;
Δ – burada eniş mümkündür;
LL – hər şey qaydasındadır;
N – yox;
Y – bəli;
┘└ – başa düşmədim;
– kompas və xəritə lazımdır.
Ümumiyətlə, çətinliyə düşməyiniz haqqında NECƏ xəbərdar etməyiniz əsas şərt deyil, əsas odur
ki, SİZİ GÖRSÜNLƏR VƏ YA EŞİTSİNLƏR.
21
Meşədə aclığı necə
dəf etmək olar?
B
əs ərzaq ehtiyatı qurtarıbsa nə etməli? Meşədə təbii qida mənbələri çoxdur. Ətrafdakı ağac
və kolların yeməli giləmeyvələri və meyvələri aclığı dəf etməyə kömək edə bilər. Bir çox bitki
növləri vardır ki, onların şirəli gövdəsi və ya kökləri qida kimi istifadə oluna bilər. Bəzi ağacların
gövdəsinin qabığı da ekstremal vəziyyətdə qidalanma üçün istifadə oluna bilər. Məsələn, at pıtrağının
kökləri B vitamini ilə zəngin olub, qida keyfiyyətinə və dadına görə kartofu xatırladır. Zəncirotunun
çiçəklərindən bəzi ölkələrdə şirələr, salat və şorabalar hazırlanır. Söyüd və qovaq ağaclarının qabığı
qida üçün yararlıdır.
Bir çox meşə bitkilərinin müxtəlif orqanları: meyvəsi,
kökləri, cavan zoğları, soğanaqları, gövdəsi, yarpaqları,
çiçəkləri və hətta tumurcuqları qida üçün istifadə oluna
bilər. Belə bitkilərdən biri gicitkəndir.
Gicitkənin ( Urtica L.)
cavan zoğlarından salatlar və şorabalar hazırlanır. Qədim
dövrlərdə Yaponiyada gicitkənin zoğlarından cəngavər
geyimləri hazırlayırdılar. Bitkinin ağaclaşmış gövdəsindən
qalxan kimi istifadə edir, mumla işlənmiş liflərindən yay
üçün sim hazırlayırdılar. Gicitkən yarpağına bükülmüş balıq
uzun müddət xarab olmur.
At əvəliyinin (Rumex confertus L.) tərkibində çoxlu
miqdarda C, B1, K vitaminləri, efir yağları, üzvü turşular
və mineral maddələr (kalsium, fosfor, dəmir, maqnezium)
vardır. Müxtəlif xəstəliklərin müalicəsində, o cümlədən
avitaminoz, sinqa, qan azlığında tətbiq olunur. Ağrıkəsici,
yarasağaldıcı, iltihab əleyhinə təsirə malikdir.
Zəncirotu ( Taraxacum officinale) müxtəlif salatların,
şorabaların hazırlanmasında istifadə olunur. Odda
qovrulmuş kökləri kofeini əvəz edir. Zəncirotunun yarpaqları
bir qədər acı tam verir. Buna görə də istifadə etməzdən
əvvəl yarpaqlarının üzərinə qaynar su tökülür və bir neçə saat soyuq duzlu suda saxlanılır. Kökləri
torpaqdan təmizlənib xırda doğranılır və tünd-qonur rəng alana qədər qovrulur. Belə “kofe” faydalı
içki kimi məsləhət görülür.
22
Ciyən (su qamışı) ( Typha L.) ) su hövzələrinin kənarında
təsadüf olunur. Bəzən onu qamış bitkisi ilə səhv salırlar.
Kökümsovlarında 46% nişasta, 24% zülal, 11% şəkər vardır.
Yarpaqları C vitamini, toxumları yağlarla zəngindir. Xalq
təbabətində kökümsovları ishal xəstəliyində, yarpaqları isə
qanaxma zamanı, yarasağaldıcı təsirinə görə istfadə olunur.
Yenicə inkişaf edən cavan zoğlarından qida məqsədi ilə istifadə
olunur. Duzlu suda pörtülmüş zoğları yeyilir. Kökümsovlardan və
zoğlardan bəzi ölkələrdə şorabalar, ət xörəkləri üçün əlavələr,
un, çörək, şirniyyat nümunələri hazırlanır. Un hazırlamaq üçün
kökümsovlar 0,5 sm ölçüdə doğranır, qurudulur və üyüdülür.
Qovrulmuş kökümsovlarından kofe hazırlanır.
Turşəngçə (dovşan kələmi) ( Oxalis L.) 10 sm-ə qədər
hündürlükdə olub rütubətli meşələrdə bitir. 100 q çəkidə
olan bitkinin tərkibində 100 mq “C” vitamini vardır. Turş
dadına görə salatlarda, şorabalarda istifadə olunur.
Meşədə azıb çıxış yolunu tapa bilmədikdə bu bitkilərdən
qida məqsədilə istifadə etmək məsləhətdir.
Ot bitkilərindən əlavə meşədə bitən kol bitkilərinin
giləmeyvələrindən də istifadə oluna bilər. Daha çox
təsadüf olunan
böyürtkən kollarının həm giləmeyvələri,
həm də yarpaqları müalicəvi əhəmiyyətə malikdir. İyun-iyul
aylarında çiçəkləyən bitkinin meyvələri avqust-sentyabr
aylarında yetişir. Vitaminlərlə və mikroelementlərlə çox
zəngindir.
Mərcangilə (Vaccinium vitis-idaea L.) bitkisi
həmişəyaşıl kol bitkisi olub, yaşıl rəngli uzunsov yarpaqlara
malikdir. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-
sentyabr aylarında yetişir. Al-qırmızı meyvələri müalicəvi
əhəmiyyətə malikdir.
Meşə gilası (Padus avium Mill) 0,6-1,0m hündürlükdə
kol və ya ağac olub, boz-qonur rəngli gövdəsi vardır.
Cavan budaqları yaşılımtıl və ya qəhvəyi-qırmızımtıl
rəngdə olur. Ən çox meşə talasında, kolluqlarda, çay
sahili meşələrdə təsadüf olunur. Meyvələri alma və limon
turşusu, şəkərlərlə zəngindir.
23
Adi zirinc ( Berberis vulgaris L.) kol və ya ağac şəklində olub, meşə talasında, yamaclarda 2000
m-ə hündürlüyə qədər yayılmışdır. Turş meyvələri həm qida, həm də müalicəvi əhəmiyyətə malikdir.
Qaragilə ( Vaccinium myrtillus) əsasən gilli torpaqlarda, enliyarpaqlı və iynəyarpaqlı qarışıq
meşələrdə təsadüf olunur. Meyvələri görmə qabiliyyətini gücləndirir və vitaminlərlə zəngindir.
Meşədə bitən meyvə ağaclarından biri də
tut (Rubus L.) ağacıdır. Ürəkşəkilli, kənarı mişarşəkilli
yarpaqları ağ və ya qara rəngli turşməzə-süni dada malik meyvələri vardır.
Qara gəndəlaş ( Sambucus nigra) bitkisinə meşənin
kənarında, meşə talasında, enliyarpaq meşədə təsadüf olunur.
Ehtiyatlı olun! Qara meyvəli gəndalaşın yetişmiş meyvələrindən
və çiçəyindən başqa bütün orqanları zəhərlidir. Qırmızı meyvəli
gəndalaşın meyvəsi isə çox zəhərlidir. Xalq təbabətində
soyuqdəymə, revmatizm, və s. xəstəliklər zamanı müalicə
məqsədilə meyvə və çiçəyindən hazırlanmış dəmləmələrdən
ehtiyatla istifadə olunur. May-iyul ayında çıçəkləyir, meyvələri
avqust-sentyabr aylarında yetişir.
Cır mərsin (Vaccinium uliginosum) kolunun hündürlüyü 30-
50 sm-ə çatır. Xarici görünüşünə görə qaragiləni xatırlatsa da
gövdəsi və meyvələri bir qədər fərqlənir. Açıq rəngli gövdəsi
dağ meşələrinin daşlı-çınqıllı yamaclarına uyğunlaşaraq turş
torpaqlara üstünlük verir.
Zoğal (Cornus L.)
3-4 m hündürlükdə kol
bitkisi olub, bəzən 8 m
hündürlükdə ağac forma-
sında sıx tikanlı cən gəllik
əmələ gətirir. Meşə talasında, çay vadisində, dərələrdə bitir.
Tünd qırmızı rəngli meyvələri avqust-sentyabr aylarında
yetişir və növbəti yaza qədər ağacda qala bilir. Turş meyvələri
gec yetişir.
Meşənin meyvə və giləmeyvə bitkiləri çətin vəziyyətdə
aclığın dəf edilməsində köməyə çata bilər. Lakin meyvələri
toplayan zaman ehtiyatlı olmaq lazımdır. Kolların üzərində
müxtəlif zəhərli həşəratların sancmasına məruz qala bilərsiniz.
Ən çox arılar, gənələr, zəhərli hörümçəklər yarpaqların arasında
gizlənə bilər. Giləmeyvələri torplayarkən diqqətlə nəzərdən
keçirmək, zəhərli meyvələrə və bitkilərə toxunmamaq lazımdır.
24
Meşənin bəzəyi olan göbələklər çoxlarının diqqətini cəlb edir. Səyahətçilər və istirahətə gələnlər
göbələk toplamaq həvəsinə düşürlər, lakin bu zaman zəhərli göbələkləri tanımadıqlarına görə
səhvə yol verirlər. Nəticədə ağır zəhərlənmə hadisəsi baş verir. Əgər həyatınızı təhlükə altında
qoymaq istəmirsinizsə, göbələyin zəhərli və ya zəhərsiz olmasını ayırd edə bilmirsinzsə, yaxşısı
budur ki, onlara toxunmayasınız. Zəhərlənmənin qarşısını almaq üçün heç vaxt yeməli göbələyi
çiy halda yemək olmaz. Göbələkləri ayırd etmək üçün bu bitkiləri yaxşı tanımaq lazımdır. Ağacların
gövdəsində parazit həyat sürən qov göbələklərinə əl vurmaq olmaz. Bu zəhərli göbələyin kökləri
ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər
tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə gövdənin qırılmasına səbəb olur. Bəzən
qov göbələyinin rəngarəngliyi insanları cəlb edir və onu qoparıb evə aparmağa çalışırlar. Yadda
saxlayın ki, bu göbləyin qoxusu insanda kəskin baş ağrılarına səbəb olur. Yol kənarında hətta yeməli
göbələklər də zəhərli ola bilər.
Meşədə bitən bəzi bitkilərin zəhərli meyvələri insan üçün təhlükəlidir:
•
Аdi gərməşоv - Viburnum lantana L.
•
Qаfqаz хədicəgülü - Galanthus caucasicus (Baker) Grossh.
•
Qızılçubuq qızıl səbət - Solidago virgaurea L.
•
Hirкаn şümşadı - Buxus hyrcana Pojark.
•
Аvrоpа gərməşоvu - Euonymus europaea L.
•
Hаmаr güyənə - Polygonatum glaberrimum C.Koch
•
Erкəк аyıdöşəyi - Dryopteris filix-mas (L.) Schott
•
Uzunbuynuzcuqlu südləyən - Euphorbia macroceras Fisch.et C.A.Mey.
•
Ziyilоtu - Chelidonium majus L.
•
Şərq кəpənəкçiçəyi - Aconitum orientale Mill.
•
Аyıqulаğı və ya кеçiqulаğı - Verbascum thapsus L.
•
Qаfqаz хаnımоtu - Atropa caucasica Kreyer
•
Qаfqаz cаnаvаrgiləsi - Daphne caucasica Pall.
•
Pаslı üsкüкоtu - Digitalis ferruginea L.
•
Оtvаri gəndəlаş - Sambucus ebulus L.
Qarğagözü, canavargiləsi və ya yalançı dəfnənin, daş sarmaşığı, inciçiçəyinin zəhərli meyvələrinə,
bat-bat, badyan, dəlibəngin yarpaqlarına və gövdəsinə toxunmaq təhlükəlidir. Belə bitkiləri tanımaq
və biliklərinizi yoldaşlarınızla bölüşmək çox vacibdir.
25
Diqqət zəhərlidir!
Аdi gərməşоv
Qаfqаz хаnımоtu
Qаfqаz cаnаvаrgiləsi
Аyıqulаğı
Pаslı üsкüкоtu
Оtvаri gəndəlаş
Şərq кəpənəкçiçəyi
Uzunbuynuzcuqlu
südləyən
Qаfqаz хədicəgülü
Qızılçubuq qızılsəbət
Hirкаn şümşadı
Hаmаr güyənə
26
İçməli suyu haradan
əldə etməli?
M
eşədəki su hövzələrindən içməli su əldə etmək üçün ilk növbədə suyun təmizliyinə əmin
olmaq lazımdır. Susuzluğu dəf etmək üçün yalnız bulaq suyundan istifadə edin. Əgər su
mənbəyinin yaxınlığında tələf olmuş heyvanlara və balıqlara rast gəlmisinizsə bu sudan istifadə
etmək həyat üçün təhlükəlidir. Çay və göllərin suyu içmək üçün yararsızdır. Yalnız yolu azıb, çıxılmaz
vəziyyətdə qaldıqda suyu qaynadıb istifadə etmək olar.
Fövqəladə hallarda susuzluğu aradan qaldırmaq üçün bir çox üsullar vardır. İçməli suyun ən sadə
üsulla təmizlənməsi üçün qalın (yaxşı olar ki, kətan) parçanın içərisinə qum, xırdalanmış ağac kömürü
və kiçik daşlar doldurulur. Torbanın aşağı hissəsində dəlik açılır. Su bu sadə süzgəcdən süzülərək
qarışıqlardan təmizlənir. Adətən müxtəlif su mənbələrindən əldə olunan suyu zərərli qarışıqlardan
təmizləmək üçün süzgəcdən, gümüş qaşıqlardan, yod məhlulundan (bir litr suya 8-10 damcı) istifadə
olunur və sonra mütləq qaynadılır.
Qarışqa yuvası, vəhşi arı pətəkləri içməli suyun yaxınlıqda (təxminən 1 km-ə qədər məsafədə)
olmasına dəlalət edir. Suyu daha sadə bir üsulla da əldə etmək olar. Su çatışmazlığı olduqda hər hansı
ağacın sıx yarpaqlı budağına polietilen paket keçirilir və ağzı kip bağlanır. Bitkinin buxarlandırdığı su
paketin içərisində damcı şəklində toplanır. Bitkinin növündən asılı olaraq 1 saat ərzində 50-80 ml su
toplamaq mümkündür.
Ağac və kolların yoğun yaş budaqlarından vitaminli su almaq olar. Bunun üçün yaş budaqların
yoğun hissəsi tonqalın üzərində maili yerləşdirilir. Budağın ensiz hissəsinin altına stəkan və ya
polietilen paket qoyulur. İstiliyin təsiri altında yaş budaqdan ayrılan su stəkana toplanır. Bu məqsədlə
cökə, söyüd ağaclarının budaqları daha yararlıdır. Ümumiyyətlə, söyüd bitən torpaqda qrunt sularının
səthə yaxın olması məlumdur.
Durğun su mənbələrindən toplanan suyu təmizləyib süzmək və qaynatmaq lazımdır. Toplanmış su
ehtiyatını isti havada mütləq qaynadılmış halda içmək olar. Su isti havada tez bir zamanda köhnəlir
və həyat üçün təhlükəli hala düşür. İsti havada bədənin su itkisinin qarşısını almaq məqsədilə birbaşa
günəş şüalarından qorunmaq, fiziki hərəkətləri azaltmaq və geyimi islatmaq tələb olunur.
Beləliklə, meşədə azan insan öz səhhətini qorumaq üçün ilk növbədə içməli su mənbələrini
axtarıb tapmalı və kifayət qədər su ehtiyatı toplamalıdır. Dağ meşələrində suyu dərələrdə, qayaların
çatlarında axtarmaq məqsədəuyğundur. Qış aylarında iri qayanın üzərinə qoyulan təmiz qar günəşli
havada tezliklə əriyir və bir neçə dəqiqə ərzində 1 litr içməli su toplamağa imkan yaranır.
|