Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə



Yüklə 393,44 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix09.03.2017
ölçüsü393,44 Kb.
#10801
1   2   3   4   5

Meşədə düzgün davranış 

qaydaları

M

eşənin qonağı olan insanlar öz davranışlarına nəzarət etməlidirlər. Xoşa gələn heyvanlara 



toxunmaqla  və  ya  bitkiləri  qoparmaqla  ani  olaraq  canlıların  həyatına  son  qoymaq  olur. 

Bəzi üzdəniraq turistlər meşədə xatirə qoymağa çalışaraq ağac və kolların gövdəsində iti bıçaqla 

və ya kəsici alətlərlə müxtəlif yazılar həkk edirlər. Onların təsəvvürünə görə zərərsiz görünən belə 

yazıların  əmələ  gətirdiyi  yaralarda  müxtəlif  xəstəliktörədən  mikroorqanizmlərin  və  zərərvericilərin 

yuva salmasına şərait yaranır. Ağacların zədələnmiş hissələri quruyur, bitkilərin inkişafı zəifləyir.

Meşəyə yürüş edən uşaqlar bəzən yersiz olaraq yaşıl budaqları və yarpaqları qırır, kolları sındırır, 

çiçəkləri toplayıb, bitkiləri kökündən çıxarıb atırlar. Bu hərəkətlə onlar özləri də hiss etmədən bitkilərin 

həyatına son qoyurlar. Bu insanlar dərk etməlidir ki, yarpaqlar və budaqlar bitkilərin əsas qidalanma, 

tənəffüs və nəqliyyat funksiyalarını yerinə yetirir. Bitkinin qol-budaqlarını qıranlar fotosintez prosesində 

əmələ gələn qida maddələrinin, mineral duzların və suyun digər orqanlara daşınmasına mane olur. 

Kifayət qədər qida maddəsi almayan ağac və kol bitkiləri zəifləyib qurumağa başlayır. 

Bəzi insanlar təbiətdə rast gəldikləri hər bir canlını, bitki və heyvanı “zərərli” və “faydalı” olmaqla 

qruplaşdırırlar. Faydalı hesab etdikləri canlılara qayğı göstərir, öz tələbatları üçün istifadə edirlər. 

Lakin zəhərli hesab etdikləri canlıları isə məhv etməyə çalışırlar. Meşədə təhlükəsizliyə riayət etmək, 

o demək deyildir ki, zəhərli həşəratları və göbələkləri məhv edəsiniz. Gəzinti zamanı rast gəlinən 

zərərli bitkiləri kökündən qoparıb atmaq və ya zəhərli göbələkləri tapdamaq “qəhrəmanlıq” hesab 

oluna bilməz. Meşədə zərərli bitkilər və heyvanlar yoxdur. Hər bir canlı meşə mühitinin ayrılmaz 

tərkib hissəsidir və ekosistemin fəaliyyəti üçün əhəmiyyətlidir. Qarışqaların yolunda çadır qurulmasa, 

onlar da insana toxunmazlar. Hətta yırtıcılar da, onların yuvasına və ya balalarına yaxınlaşmayan 

insandan uzaq gəzməyə çalışırlar. 

Yol boyu qarşınıza çıxan qarıışqa yuvalarını dağıtmayın. Hətta maraq xatirinə də olsa, qarışqa 

yuvalarının quruluşunu öyrənmək üçün etdiyiniz cəhdlər yuvanın sakinləri tərəfindən təcavüz kimi 

qiymətləndirilir. Yuvanı quran qarışqaların əməyini nəzərə alaraq meşə sanitarlarının rahat və dinc 

həyatına mane olmayın. Yadda saxlayın ki, meşə ekosistemində bir çox qida və yaşayış əlaqələrinin 

tarazlığının təmin olunmasında , meşənin sağlam həyatının qorunmasında zəhmətkeş qarışqaların 

əvəzi yoxdur. 



54

Meşədə olarkən müəyyən davranış qaydalarını bilmək vacibdir:

 



Meşədə 

səs-küy 


salmaq 

olmaz.  Belə  olduqda  siz  vəhşi 

heyvanları  və  onların  balalarını 

hürküdürsünüz.

 

Ağacların  budaqlarını  qır maq, 



onların  gövdəsində  yazı  yazmaq 

olmaz.  Ağac ların  qabığı  altında 

qida  maddələrinin  hərəkət  etdiyi 

borular  zədələndikdə  yaraya 

zərərverici həşəratlar və ya viruslar 

daxil olub, ağacı məhv edə bilər.

 

Meşədə  və  meşə  talasında  rast 



gəldiyiniz  çiçəkləri  qır mayın. 

Hər  gün  buraya  isti rahətə  gələn 

insanları  bu  gözəllikdən  zövq 

almaqdan məhrum etməyin.

 

Əylənmək 



məqsədilə 

kə-


pənək ləri,  qarışqaları  və  digər 

heyvanları 

tutmaq, 

onların 


yuvalarını dağıtmaq olmaz.

 



Meşəni  tullantılarla  çirk lən dir-

mək  olmaz.  İstirahət  yerlərini 

tərk  edərkən  bütün  tullantıları 

toplamaq  və  təyin  olunmuş 

yerlərə aparmaq lazımdır.

 



Meşədə  unudulmuş  şüşə  qırın-

tıları  yanğına  səbəb  ola  bilər. 

Günəş şualarını top layıb qığılcım 

yaradan  şüşə  qırıntıları  yanğın 

mən bəyidir. 


55

Fövqəladə hallarda ilk tibbi 

yardım 

D

ağ meşələrində dik yamaclarda uçurumun, yarğanların kənarında durmaq və ya gəzmək olmaz. 



Təsadüfən  ayağınız  sürüşüb,  uçuruma  düşə  bilərsiniz.  Asma  körpüdən  yalnız  böyüklərin 

nəzarəti altında keçmək olar. Körpüdə qaçmaq, o tərəf -bu tərəfə əyilmək çox təhlükəlidir. Fövqəladə 

hallarda xəsarət alan insanlara təcili ilk tibbi yardım göstərmək üçün tibbi müdafiə vasitələrindən 

istifadə olunur. Bu vasitələrə antibakterial preparatlar və sanitar vasitələri aiddir.

Əsas  köməkçiniz  səyyar  dərman  qutusu  ola  bilər.  Onun  içində  ilk  tibbi  yardımın  göstərilməsi 

üçün  minimal  sayda  lazımi  vasitələr  olmalıdır.  Fərdi  tibbi  ləvazimat  -  şok  və  stress  vəziyyətinin, 

şüa  xəstəliyinin  qarşısını  almaq  üçün  tətbiq  olunur  və  xüsusi  polimer  qutuda  və  ya  təcili  yardım 

çantasında  saxlanılır.  Bu  vasitələrə  ağrıkəsici  dərmanlar,  fosfor-üzvü  birləşmələrlə  zəhərlənməyə 

qarşı, şüalanmaya qarşı, antibakterial, ürəkbulanmasına və s. qarşı xüsusi həblərdən ibarətdir.

İstənilən dərman çantasında qayçı və ya maqqaş olmalıdır (gənəni bədəndən necə kənarlaşdırmaq 

olar?).  Zədə  və  kəsiklər  zamanı  steril  bintlər  və  sarğılar,  bakterisid  leykoplastır,  qanaxmanın 

dayandırılması üçün jqut, yod, kalium-permanqanat kristalları, hidrogen-peroksidi olmalıdır. Zərurət 

olduqda,  naşatır  spirti,  borat  turşusu,  baş  ağrısı  zamanı  isə  “Zvyozdoçka”  balzamı  köməyə  gələ 

bilər. Mütləq səyyar dərman çantasına ağrıkəsici dərmanları qoyun. Həmçinin balzamı unutmayın: o, 

həşəratların sancması və kəsiklər zamanı, habelə ürəkgetmə və yanğınlar zamanı ən təsirli vasitədir. 

Unutmayın ki, bütün dərman qablaşdırmalarında (və ya içərisindəki təlimatlarda) bu dərmanı NECƏ 

və NƏ ZAMAN istifadə etmək göstərilir.

Çətin vəziyyətdə dərman bitkiləri də kömək edə bilər. Yod əvəzinə ballıcanın (öfkəotu) yandırıcı 

qırmızımtıl  şirəsindən  faydalanmaq  olar.  Qanaxmanı  bağayarpağın  və  ya  yovşanın  təzə  şirəsi, 

habelə yağış göbələyinin yaşılımtıl qəhvəyi tozcuğu saxlaya bilər. Bu təbii müalicə vasitələri ümumi 

dezinfeksiya  xassələrinə  malikdir,  ağrını  sakitləşdirir  və  yaraları  sağaldır;  onları  kəsiklər,  əzilmə, 

ağcaqanad və ya arıların sancması zamanı tətbiq etmək olar. Pambıq yerinə qamışın pərğusunu 

işlətmək olar. 

Ağır hallarda süni nəfəs, ürək massajı və digər tələb oluna bilər. Yaralıya ilk yardımı göstərdikdən 

sonra onu mütləq tibb məntəqəsinə çatdırmaq lazımdır: xəsarətin və ya xəstəliyin ağırlıq dərəcəsini 

yalnız həkim müəyyən edə bilər! 



56

Meşə yanğını zamanı ilk tibbi yardım üsulları:

Yüksək temperaturun azaldılması üçün tədbir görmək.



Zərər çəkmiş insanı hadisə yerindən kənarlaşdırmaq.

Dərinin yanmış nahiyəsinə (steril sarğı üzərindən) soyuq əşya qoymaqla yüksək temperaturu 



azaltmaq.

Yanmış  dəriyə  steril  sarğı  qoymaq. Tibbi  sarğı  materialı  olmadıqda  təmiz  dəsmal  və  ya 



parçanı spirtdə isladıb istifadə etmək.

Yanmış  nahiyəyə  hər  hansı  bir  məlhəmi  qoymaq  olmaz.  Bununla  zədələnmiş  dərini 



çirkləndirmək olar.

Dərindən yanma zamanı xəsarət almış şəxsi təcili tibb müəsisəsinə çatdırmaq lazımdır.



Kimyəvi yanıq zamanı yara 15-20 dəqiqə su ilə yuyulur. İlk tibbi yardım kimyəvi maddənin 

qoxusu azalana qədər davam etdirilir.

Turşu yanıqlarında 5% çay sodasında isladılmış sarğı, qələvi yanıqlarında-limon, bor və 



ya sirkə turşusunda isladılmış sarğı və əhəngdən yanma zamanı 20% şəkər məhlulunda 

isladılmış sarğı qoyulur.

Xəsarət almış şəxsə ağrıkəsici dərmanlar verilir. İsti çay, kofe və ya mineral su təklif olunur. 



Həmçinin 1litr suda 0,5 çay qaşığı çay sodası və 1 çay qaşığı xörək duzu qarışdırılıb xəstəyə 

içirilir. Daha ağır yanıqlar zamanı xəstə təcili tibb müəssisəsinə çatdırılır.



57

Biz meşəni öyrənirik

M

eşədə olarkən uşaqlar sanki sehirli bir aləmə düşürlər. Meşədə yaşayan bitkiləri və heyvanları 



müşahidə etməklə onların bir sıra maraqlı və sirli xüsusiyyətlərini öyrənmək olar. Əgər siz 

meşəyə öz dostlarınızla birlikdə getmisinizsə, təhlükəsizliyə və sakitliyə riayət etməklə bir sıra ekoloji 

oyunları təşkil edə bilərsiniz.

Bu oyunları meşədən kənarda və ya meşə talasında, əlbəttə, canlıların sakit həyatının pozmamaq 

şərti ilə keçirə bilərsiniz. Mənalı istirahət zamanı “Mən meşə haqqında nə bilirəm?”, “Yaşıl məkan” və 

digər mövzularda viktorina təşkil etmək olar. Viktorinada maraqlı suallara cavab axtarılır. Məs, “Hansı 

quş meşənin “sanitarı” adlanır?, “Qarışqa yuvalarını niyə dağıtmaq olmaz?”, “Meşədə niyə səs-küy 

salmaq olmaz?”, “Hansı bitkiilərin müalicəvi əhəmiyyəti vardır?”- bu suallar meşənin sirlərinə daha 

dərindən bələd olmağa kömək edir. 

“Meşənin səsi”

Uşaqlarla birlikdə dairə halında düzülün. Onlara gözlərini yummağı və qulaq asmağı təklif edin. 

Kim daha çox səs ayırd edir. Hansı səsləri eşidirsiniz?

“Gənc tədqiqatçılar”

Böyüdücü şüşə (lupa) vasitəsilə ətrafda gördüyünüz bitkilərin yarpaqlarını və digər orqanlarını 

nəzərdən keçirin. Yarpaqların naxışlarını rəsmlərinizdə əks etdirin. Ağ vərəqləri ağacların gövdəsi 

üzərinə  qoyub  qara  qələmlə  qabığın  izlərini  rəngləyin.  Müxtəlif  ağacların  izlərini  müqayisə  edin. 

Ağacların çevrə uzunluğunu ölçün və alınan rəqəmi π=3,14 əmsalına bölərək ağacın diametrini təyin 

edin. Ağacın təxmini hündürlüyünü, yaşını, çətirinin formasını, bitdiyi yeri təyin edərək pasportunu 

hazırlayın. 

“Bacarıqlı əllər”

Meşəyə səfər zamanı özünüzlə səbət və ya çanta götürün. Yol boyu rast gəldiyiniz maraqlı təbiət 

nümunələrini  (quru  budaqları,  mamır,  şibyə  yarpaqları,  qozaları)  toplayın.  Təbii  materiallardan 

müxtəlif  yaradıcılıq  əsərləri  yaradıb  (mücrü,  panno,  mozaika,  aplikasiya,  ağac  fiqurlar,  toxumla 

işlənmiş rəsmlər) valideynlərimizə və ya məktəbə hədiyyə edin.


58

“Şən yarışlar”

Uşaqlar 2 qrupa bölünərək, çiyələk və moruq toplamaqda yarışa bilərlər. Meşənin nemətlərini 

toplayan  zaman  bitkilərin  budaqlarını  qırmaq,  köklərini  zədələmək,  nadir  bitkilərə  zərər  yetirmək 

olmaz.


“Bu hansı heyvandır?”

Meşə heyvanlarını və quşları təqlid edərək “Bu hansı heyvandır?” oyununu keçirmək olar. Dəstə 

üzvləri növbə ilə heyvanların hərəkətini və ya davranışını yamsılayır. Cavabı düzgün tapan dəstə 

üzvü özü aparıcı olur və oyun bu qayda üzrə davam edir.



“Quş, balıq, heyvan”

“Quş, balıq, heyvan” adlı oyunda aparıcı topu əlinə alıb “Quş!”, “Balıq!” və ya “Heyvan!” deyərək 

onu qarşıda duran oyunçuya atır. Oyunçu müvafiq quşun və ya heyvanın adını söyləyərək topu geri 

qaytarmalıdır. Cavab verə bilməyən və ya cavabı təkrarlayan oyundan çıxmalı olur.



“Əjdaha”

Bu  oyunda  uşaqlar  bir-birinin  belindən  tutaraq  sıraya  düzülür,  işarə  verilərkən  əjdahanın  başı 

quyruğu tutmağa çalışır, axırda duran isə qaçmağa can atır. Bu hərəkətlər zamanı əjdahanın bədəni 

qırılmamalıdır. Bir neçə dəfə cəhd göstərdikdən sonra quyruq və baş hissədə duran uşaqlar yerlərini 

dəyişməlidirlər. 

“Fotoqraf və fotoaparat”

Uşaqlar cütlüklərə bölünür. Birnci oyunçu gözlərini yumur və “fotoaoparat” rolunu ifa edir. “Fotoqraf” 

yəni, ikinci oyunçu onun arxasında duraraq çiyinlərindən tutur və istənilən təbiət guşəsinə doğru 

ehtiyatla  aparır.  Maraqlı  mənzərə  və  yaxud  ekoloji  pozuntu  gördükdə  “Fotoaparat”dan  gözlərini 

açmağı və gördüklərini yadda saxlamağı xahiş edir. Cütlüklər qayıtdıqdan sonra “fotoaparat” rolunu 

ifa edən oyuncu gördüyü mənzərə haqqında kiçik hekayə söyləyir. Digər oyunçu əlavələr edə bilər. 

Daha maraqlı və məzmunlu çıxış edən cütlük qalib gəlir. Oyunçular yerlərini dəyişərək oyunu davam 

etdirirlər.



59

Ədəbiyyat

Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan heyvan, bitki və 



göbələk növləri. I və II c, II nəşr. Bakı, 2013.

Cəfərova  S.O.,  Əhmədov  S.B.,  Bünyatova  S.N.,Əsgərova  S.Ə.  Azərbaycanda  yayılmış 



suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi. Bakı, 2014.

Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002.



Əliyeva R.Ə., Mustafayev Q.T. Ekologiya. Bakı: BDU, 2004.

İbrahimov R., Şükürov Ə., Dadaşova L., Qarayev A. Meşələrin yanğın təhlükəsizliyi. Bakı, 



2012.

Göyçaylı  Ş.Y.,  Mikayılov  N.K.  və  b.  Ətraf  mühiti  mühafizə,  təbii  ehtiyatlardan  səmərəli 



istifadə. Dərs vəsaiti. Bakı: Hərbi nəş., 1996.

Meşədə  həyat  fəaliyyətinin  təhlükəsizliyi.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 



Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bakı, 2014

Məmmədov Q.S., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: Elm, 2002



Məmmədov M.S., Əsədov K.S. Meşə ekologiyası. Bakı: Elm, 2010. 

10  Təhlükəsiz həyat. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və BMT-nin Uşaq 

Fondu, 2013.

11  www.33.mchs.gov.ru/danger/index.php?ID=16305‎

12  www.diagram.com.ua/info/obzhd/index.shtml‎

13  www.eco.gov.az

14  www.fhn.gov.az

15  www.enpi-fleg.org


60

Mündəricat

Giriş ......................................................................................................................................3

Meşənin sehirli aləmi ............................................................................................................4

Meşə səfərinə necə hazırlaşmaq lazımdır? .......................................................................... 5

Meşədə ildırımdan necə qorunmalı? ....................................................................................8

Meşədə yolu azdıqda nə etməli? ........................................................................................10

Meşədə aclığı necə dəf etmək olar?...................................................................................14

İçməli suyu haradan əldə etməli? .......................................................................................17

Meşədə istiqaməti necə təyin etmək olar? .........................................................................18

Təhlükəli həşəratlar və sürünənlərdən necə qorunmalı? ................................................... 24

Vəhşi heyvanlarla qarşılaşdıqda nə etməli? ....................................................................... 26

Ekoturizm səfəri necə təşkil olunur? ...................................................................................29

Tullantısız meşə - sağlam həyat .........................................................................................30

Meşənin yanğın təhlükəsizliyini necə təmin etməli? ........................................................... 32

Meşənin canlılar aləmini qoruyun! ......................................................................................35

Meşədə düzgün davranış qaydaları ...................................................................................37

Fövqəladə hallarda ilk tibbi yardım .....................................................................................38

Biz meşəni öyrənirik ...........................................................................................................40

Ədəbiyyat ...........................................................................................................................41


61

Content

Introduction ...........................................................................................................................1

The magical world of the forest ............................................................................................2

How to prepare your visit to the forest? ................................................................................4

How to protect yourself from the thunderstorms in the forest? ............................................. 7

What should you do if you are lost in the forest?.................................................................. 9

How can we overcome hunger in the woods? .................................................................... 13

How to get the drinking water? ...........................................................................................16

How to identify a direction in the forest?.............................................................................17

How to protect yourself from the insects and reptilian? ...................................................... 23

What to do if you come across the wild animals?............................................................... 26

How the ecotourism visit should be organized? ................................................................. 28

Clean forest - healthy living! ...............................................................................................29

How to ensure the fire safety in the forest? ........................................................................ 31

Protect the world of the forest’s creatures! .........................................................................34

The mode of conduct in the forest ......................................................................................36

First medical aid in emergency situations...........................................................................37

We are exploring the forest ................................................................................................39

Literature ............................................................................................................................40


62

EUROPEAN UNION / AVROPA İTTİFAQI

Rəsmi inkişaf layihələrinə yonəltdiyi yardıma gorə dunyada ən iri donorlardan biri sayılır. Avropa Komis-

siyasının  EuropeAid  -  İnkişaf  və  Əməkdaşlıq  uzrə  Baş  Direktoratı, Avropanın  inkişaf  siyasətinin  forma-

laşmasına və onun dunya uzrə həyata kecirilməsinə cavabdehdir. EuropeAid, Avropa İttifaqı tərəfindən 

edilən yardımı bir sıra maliyyə instrumentləri vasitəsi ilə həyata kecirrməklə, bu yardımın effektivliyini və 

keyfiyyətini təmin edir. İnkişaf sahəsində fəal iştirakcı qısmındə cıxış edərək, biz yaxşı idarəetməni, o cum-

lədən insan və iqtisadi resurslarının inkişafını təşviq edirik. Həmcinin biz aclıq və təbii resursların muhafizəsi 

kimi qlobal problemlərin həlli yolunda fəal mubarızə aparırıq.

http://ec.europa.eu/index_en.htm

 

          WORLD BANK GROUP /  DÜNYA BANKI QRUPU



Ona uzv olan 188 olkə ucun dunyanın ən iri bilik və maliyyə mənbələrindən biridir. Dunya Bankı Qru-

punu  formalaşdıran  təşkilatlar  uzərində  sahiblik  huququ  onlara  uzv  dovlətlərin  hokumətlərinə  məx-

susdur  və  onlar  siyasət,  maliyyə  və  uzvluk  də  daxil  olmaqla  bu  təşkilatların  butun  məsələləri  uzrə 

qərar qəbuletmə səlahiyyətinə malikdirlər. Dunya Bankı Qrupu bir-biri ilə sıx bağlı olan beş təşkilat-

dan  ibarətdir:  birlikdə  Dunya  Bankı  kimi  istinad  olunan  Beynalxalq  Yenidənqurma  və  İnkişaf  Bankı 

(BYİB) və Beynalxalq İnkişaf Assosiasiyası (BİA), həmcinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC), 

İnvestisiyalara  Zəmanət  uzrə  Coxtərəfli  Agentlik  (MIGA)  və  İnvestisiyalarla  bağlı  Mubahisələrin 

Həlli uzrə Beynəlxalq Mərkəz (ICSID). Bu təşkilatların bir biri dunya əhalisinin gundə 1,25 ABŞ dol-

larına  yaşayan  hissəsinin  uc  faizədək  azaldılması  yolu  ilə  kəskin  yoxsulluğa  son  qoyulması  və  hər 

bir olkədə ən aşağı gəlir səviyyəsinə malik 40 faiz əhalinin gəlirlərinin artırılması yolu ilə bərabər ri-

fahın  dəstəklənməsini  nəzərdə  turan  Dunya  Bankı  Qrupunun  umdə  məqsədlərinə  nail  olun-

masında  xususi  rol  oynayır.  Əlavə  məlumat  ucun  aşağıdakı  internet  səhifələrinə  baxa  bilərsiniz. 

http://www.worldbank.org, http://www.ifc.org,

http://www.miga.org

IUCN / TƏBİƏTİN QORUNMASI ÜZRƏ BEYNƏLXALQ İTTİFAQ (İUCN)

IUCN ətraf muhutin qorunması sahəsində calışan dunyada ən boyuk və qlobal fəaliyyət gostərən təşkilat-

lardan biridir. Təşkilata 110 dovlətdən, 800 QHT-dən 10 000-dən artıq ekspert daxildir. İUCNnın missiyası 

dunyanın ən cətin ekoloji problemlərinə və inkişaf məsələlərinə praqmatik həll yollarının tapılmasından 

ibarətdir.

www.iucn.org

WWF / ÜMUMDÜNYA TƏBİƏTİ MÜHAFİZƏ FONDU

WWF dunyanın ən boyuk və mustəqil fəaliyyət gostərən ətraf muhutin qorunması təşkilatıdır. 90 olkədə 

təmsil olunmuş təşkilatın 5 milyon uzvu vardır. WWFın missiyası ətraf muhitin deqradasiyasının qarşısını 

almaq, dunyanın bio muxtəliflikliyinin qorunması və bərpa olunan təbii resursların davamli şəkildə isti-

fadəsini təmin etməkdədir.

www.panda.org



63

EUROPEAN UNION / AVROPA İTTİFAQI

The European Union is the world’s largest donor of official development assistance. EuropeAid Development and Coop-

eration, a Directorate General of the European Commission, is responsible for designing European development policy 

and delivering aid throughout the world. EuropeAid delivers aid through a set of financial instruments with a focus on 

ensuring the quality of EU aid and its effectiveness. An active and proactive player in the development field, EuropeAid 

promotes good governance, human and economic development and tackle universal issues, such as fighting hunger and 

preserving natural resources.

http://ec.europa.eu/index_en.htm

 

           WORLD BANK GROUP / DÜNYA BANKI QRUPU



The World Bank Group is one of the world’s largest sources of knowledge and funding for its 188 member-coun-

tries. The organizations that make up the World Bank Group are owned by the governments of member nations, 

which have the ultimate decision-making power within the organizations on all matters, including policy, financial or 

membership issues. The World Bank Group comprises five closely associated institutions: the International Bank 

for Reconstruction and Development (IBRD) and the International Development Association (IDA), which together 

form the World Bank; the International Finance Corporation (IFC); the Multilateral Investment Guarantee Agency 

(MIGA); and the International Centre for Settlement of Investment Disputes (ICSID). Each institution plays a distinct 

role in the World Bank Group’s mission to end extreme poverty by decreasing the percentage of people living on less 

than $1.25 a day to no more than 3 percent, and promote shared prosperity by fostering the income growth of the 

bottom 40 percent for every country. For additional information please visit:

http://www.worldbank.org, http://www.ifc.org,

http://www.miga.org

IUCN / TƏBİƏTİN QORUNMASI ÜZRƏ BEYNƏLXALQ İTTİFAQ (İUCN)

IUCN, International Union for Conservation of Nature, helps the world find pragmatic solutions to our most pressing 

environment and development challenges. IUCN’s work focuses on valuing and conserving nature, ensuring effective 

and equitable governance of its use, and deploying nature-based solutions to global challenges in climate, food and 

development. IUCN supports scientific research, manages field projects all over the world, and brings governments, 

NGOs, the UN and companies together to develop policy, laws and best practice. IUCN is the world’s oldest and 

largest global environmental organisation, with more than 1,200 government and NGO members and almost 11,000 

volunteer experts in some 160 countries. IUCN’s work is supported by over 1,000 staff in 45 offices and hundreds of 

partners in public, NGO and private sectors around the world.

www.iucn.org

WWF / ÜMUMDÜNYA TƏBİƏTİ MÜHAFİZƏ FONDU

WWF is one of the world’s largest and most respected independent conservation organizations, with almost 5 million 

supporters and a global network active in over 100 countries. WWF’s mission is to stop the degradation of the planet’s 

natural environment and to build a future in which humans live in harmony with nature, by conserving the world’s 

biological diversity, ensuring that the use of renewable natural resources is sustainable, and promoting the reduction of 

pollution and wasteful consumption.  www.panda.org



64

Yüklə 393,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin