Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   17   18   19   20   21   22   23   24   ...   40
liyev-Davud-Rafiq-o-lu

 
Mənbə: Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən tədqiqatı aparan tərəfindən 
yazılmışdır. 


42 
2018-ci ildə Azərbaycanın 6 xarici ölkədə rəsmi turizm nümayəndəliklərinin 
fəaliyyəti üçün müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Almaniyanın 
Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, 
Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində nümayənndəliklər fəaliyyət 
göstərməlidir. Bu layihənin məqsədi ölkəmizə turist axınını daha da artırmaq, 
Azərbaycanın xaricdə tanıdılması, turizm sektorunun inkişafı üçün töhvə 
verməkdir.
Dünya üzrə turist axınına görə bəzən ümumilikdə ölkənin özü, bəzən də ayrı-
ayrı şəhərləri xüsusilə fərqlənə bilər. Dünya Turizm və Səyahət Şurasının 2018-ci 
il üzrə ÜDM-də turizmin payına görə hazırladığı reytinq hesabatında Şanxay şəhəri
otuz beş milyard dollarla siyahının başında yer alıb. Siyahıda ikinci yeri 32,5 
milyard dollar göstərici ilə Çinin paytaxtı Pekin tutub. Fransanın paytaxtı Parisə 
gəldikdə isə bu şəhər iyirmi səkkiz milyard dollarla üçüncü pillədə qərarlaşmışdır. 
Hazırlanan reytinq hesabatında ilk onluğa düşmüş digər şəhərlər isə Tokio, Nyu-
York, Orlando, Las-Veqas, Banqkok, Şençjen, Mexiko şəhərləridir.
Dünya ölkələri turizm sektorunun inkişafı üçün müxtəlif üsullardan istifadə 
edirlər. Misal üçün bir çox ölkələrin təbii-coğrafi şəraitləri yol veridyi üçün, 
füsunkar gözəlliyi ilə seçilən məkanlara sahib olduqları üçün turizm sektorunda bu 
amillərdən yararlanırlar. Bir çox ölkələrdə xidmət sferasında yeniliklər tətbiq edilir 
və bu da turist axınına müsbət təsir göstərir. Misal üçün Lüksemburqda 2019-cu 
ilin yayında ictimai nəqliyyatdan istifadənin pulsuz olması barədə qərar qəbul 
olunmuşdu. Bu da turistlərin bu ölkəyə marağına səbəb olur. Digər tərəfdən ölkəyə 
gələn turistlər nəqliyyat xərclərinin az olmasının, nəqliyyat problemlərinin 
maksimum dərəcədə həll olmasının marağında olurlar. Çünki turistlərin ölkə 
ərazisində rahat hərəkəti üçün nəqliyyat çox önəmli faktordur. 
Dünyada turistlərin axınına görə seçilən regionlar vardır ki, bura Şərqi 
Asiyanı, Qərbi Avropanı, Cənubi Amerikanı, misal gətirə bilərik. Bu turist 
axınlarının sayəsində Regionda aid ölkələr iqtisadi cəhətdən inkişaf edir, növbəti 
mövsümlər üçün turizm sektoruna daha çox investisiyalar yatıtır və buradan gələn 


43 
gəlir ilə də həm digər sahələrə, həm turizm davamlı inkişafı üçün təkrar bu sahəyə 
yatırımlarını edirlər.
Digər örnək isə Kanadada otelçilik sahəsindəki texnoloji yeniliyin tətbiqi ilə 
göstərilə bilər. Belə ki, Kanadada fəaliyyət göstərən “Aprilli Design Studio” şirkəti 
sərbəst şəkildə hərəkət edə bilən otel otaqlarının istehsalına hazırlaşır. 2030-cu il 
üçün istifadəyə verilməsi planlaşdırılan bu otaqlar batareyalar vasitəsilə 
gücləndiriləcək və 10 saata qədər hərəkət edə bilmək (şəhər daxili) gücündə 
olacaqdır. Burada hər bir otaqda 5 nəfər rahatlıqla istirahət edə bilərlər. Belə bir 
layihəyə hələlik dünyada heç bir ölkədə rast gəlinməmişdir. Bu cür təbii ki, bir çox 
turistlərin marağına və bu ölkəyə səyahət etmələrinə səbəb olacaqdır.
(https://travelnews.az/2018/12/10/otellərin-gələcəyi-gəzən-otaqlar/ , 2016 )
Xarici vətəndaşların Azərbaycandakı mehmanxanalarda gecələmələrinin 
şəhərlər üzrə bölgüsü belədir: 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin