40
Azərbaycanda 2018-ci il üzrə mehmanxanalarda 3 milyon 260 minə yaxın
qonaqların gecələdiyi bildirilir. Əcnəbi turistlərin də daxil olduğu bu say
ümumilikdə ölkə ərazisindəki mehmanxanaların yerləşdiyi şəhərlər üzrə belə
bölünə bilər:
Azərbaycandakı mehmanxanaların 2018-ci il üzrə gəlirləri 359 milyon 400
min manat olmuşdur. Bu göstərici 2017-ci il ilə müqayisədə 26,3 % artmışdır.
Göstərilən məbləğin:
- 66,9 %-i otel otaqlarının təqdim edilməsinə;
- 24 %-i içkilərin və müxtəlif qida məhsullarının satışından;
- 3,3 %-i müalicə məqsədli xidmətlərə;
- 5,8 %-i isə başqa xidmətlərdən əldə edilmişdir.
2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsinin
həcminə görə rekord göstərici qeydə alınmışdır. Belə ki, bu il üzrə hava limanında
4 milyon 430 minə yaxın sərnişinə xidmət göstərilmişdir. Bu rəqəmin 2017-ci il ilə
müqayisədə 9% artdığı bildirilir. Həmçinin, AZAL 2018-ci ildə 1 milyon 890 min,
“Buta Airways” isə 442 minə yaxın sərnişin daşımışdır. Ümumilikdə nəzər
saldıqda isə, beynəlxalq səviyyələrdə daşımalarda 3 milyon 810 min, regional
daşımalarda isə 620 minə yaxın sərnişin daşınmışdır.
Cədvəl 2.2. Ölkədəki mehmanxanaların şəhərlər üzrə faiz bölgüsü
Dostları ilə paylaş: