33
II FƏSİL. AZƏRBAYCANDA TURİZM SEKTORUNUN VƏZİYYƏTİ VƏ
İNKİŞAF PERSPEKTİVLƏRİ
2.1. Turizmin növləri
Bildiyimiz kimi, turizmin növləri çoxdur. Bunlardan bəziləri 1-ci fəsildə artıq
göstərilmişdir. İndi isə turizmin bu növləri ilə daha yaxından tanış olaq.
Müalicə məqsədli turizm. Dünya miqyasında geniş yayılmış turizm
növüdür. Hər kəs üçün açıq olan turizmin bu qolunda ən çox pay əsasən yaşlı
insanlara aid edilir. Bəzi səbəblərdən müəyyən yaş dövründən sonra insanlar
sağlamlıqlarına qarşı daha həssas və diqqətli olurlar. Məhz buna görə turizm
sahəsində çalışanlar sözügedən amildən istifadə edirlər. Avropada xidmət
səviyyəsinə görə məhşur olan bəzi məkanlar və turlar aşağıda göstərilmişdir:
Roqaşka Slatina (Sloveniya). Azərbaycan da daxil olmaqla dünyanın bir çox
yerindən bura gələnlərin sayı heç də az deyil. Gözəl təbiəti ilə seçilən bu kurort
xüsusilə Donat Mg kimi tanınan müalicəvi suyu ilə məşhurdur. Turlar “Travel
Case” şirkəti tərəfindən təşkil edilir. Burada bir nəfər üçün 14 gün 15 gecəlik
istirahətin qiyməti təxminən 1880 avronu əhatə edir.
Turskavça –Jeneva (Ukrayna). Bura 4 ulduzlu istirahət mərkəzidir. Qiymət 1
nəfər üçün 335 dolları əhatə edir. Bu qiymətə oteldə gecələmə, gün ərzində 3 dəfə
yemək də daxildir.
Karlovı Varı (Çexiya). Şəhərdə çoxlu sayda bulaqlar mövcuddur. Bunlardan
ən istisi Termal Bulağıdır. Mərkəzdə müalicə kursu 10-14 günü və ya 21 günü
əhatə edir. Bu istirahət mərkəzində istirahətin qiyməti isə 1735 dollar dəyərindədir.
“Heviz gölü” (Macarıstan). “Maxx Travel” şirkəti tərəfindən keçirilən turda
turistlər Hevi istirahət mərkəzində istirahətlərini keçirirlər. Avropanın digər
müalicəvi şəhərlərində olduğu kimi burada da prosedurlar təbii mineral sularla
aparılır. İstirahət mərkəzində 2 nəfərin 14 gün 15 gecə qalması üçün ödəyəcəkləri
məbləğ isə 1600 dollar təşkil etməkdədir.
34
Yessentuki (Rusiya). “Baku Holiday Travel” tərəfindən təqdum olunan turda
14 gün 15 gecəlik istirahətin qiyməti 1367 dollar dəyərindədir.
Azərbaycanda tibbi turizmi inkişaf etdirmək üçün potensial bölgələr vardır.
Ölkəmizin təbii sərvətləri bunu qeyd etməyə əsas verir. Belə bölgələrə misal olaraq
Naftalanı, Naxçıvanda yerləşən “Duzdağ”ı, Qalaaltını göstərə bilərik.
Azərbaycanda tibbi turizmdən söhbət açılırsa ilk ağıla gələn adlardan biri
Naftalanda yerləşən sağlamlıq mərkəzidir. Buranı ziyarətə gələn turistlərin
arasında yerli turistlərlə yanaşı xarici turistlər də çoxluq təşkil etməkdədir. 2018-ci
il üzrə göstəricilərə görə ilin 11 ayında şəhərə 34 515 turist gəlmişdir ki, bunların
da 11 067 nəfəri xarici turistlərdir. Bu göstəriciyə əsasən ötən ilki rəqəmlərə görə
turist sayında 34 faiz artım olmuşdur.
Azərbaycanda fəaliyyət göstərən müasir və dünya standartlarına cavan verən
“Çinar”, “Qaşaltı”, “Qarabağ” istirahət və sağlamlıq mərkəzlərini ziyarət edən
turistlərin sayı son dövrlərdə artmaqdadır. Adı çəkilən mərkəzlərə Latviyadan,
Qırğızıstandan, Rusiya Federasiyasından, Özbəkistandan, Qazaxıstandan,
Türkmənistandan, Ukraynadan,, həmçinin Almaniya, Türkiyə, Kanada, İsrail,
Polşa, Fransa, İtaliya, BƏƏ kimi ölkələrdən turistlər gəlməkdədir.
Naxçıvanda yerləşən “Duzdağ” istirahət və müalicə mərkəzi də ölkəmizin
tibbi turizm sahəsində inkişafı üçün mühüm rol oynayan məkanlardandır.
Nəfəsyolu xəstəlikləri və oynaq ağrılarının müalicə olunduğu mərkəzə həm yerli,
həm də xarici turistlər gəlməkdədirlər. Burada müalicə paketləri bir nəfərlik və iki
nəfərlik olmaqla iki şəkildə təqdim olunur. Hər müalicə paketinin ayrıca qiyməti
vardır. Belə ki, “Single Room” adlanan bir nəfərlik paketin qiyməti 7 gün 8 gecə
olmaqla 630 AZN, “Double Room” adlanan iki nəfərlik paketin qiyməti isə 980
AZN təşkil edir.
Dünyada tibbi turizmlə bağlı ən çox səyahət edilən 5 ölkə vardır ki, artıq bir
neçə ildir ki, bu ölkələr məşhurluğuna görə ilk 5 pillədə yer almaqdadır.
- Malayziya
- Hindistan
35
- Türkiyə
- Brazilya
-
Tayland
( https://travelnews.az, 2018 )
Turizmin digər bir növü İxtisaslaşmış turizmdir. Son dövrlərin ən geniş
yayılmış və demək olar ki, ən çox gəlir gətirən turizm növlərindən birisi sayılır .
Dostları ilə paylaş: |