27
Belə amillər səyahət edənlərin turizm məkanını seçməsinə öz təsirini göstərir.
Məhz bu səbəbdən də bir çox hallarda səyahət üçün seçilən ölkələr ya vizasız daxil
olmağa icazə verilən ya da sadələşdirilmiş rejim üzrə viza alan ölkələr olur.
Nəqliyyat
. Turistin gedəcəyi ölkə ilə öz ölkəsinin birbaşa nəqliyyat
əlaqəsinin olması onun gedəcəyi yer üzrə seçiminə təsirsiz ötüşmür.
Ölkənin iqtisadi rifah halı.
Ölkədə yaşayan insanların maddi durumu nə
qədər yaxşı olsa, zəngin insanlar nə qədər çox olsa, xaricə edilən səyahətlərin sayı
və onların sərf etdiyi vəsaitlər
bir o qədər çox olar
Əhalinin sayı
. Ölkədən yaşayan insanları sayı da turizmə təsir edir. Belə ki,
ölkədə yaşayan əhalinin sayı çox olduqda edilən səyahətlər də çox olur.
Dil
. Bu amil də turistlər tərəfindən məkan seçildiyində nəzərə alınan amillər
sırasındadır. Azərbaycan üzrə nümunə gətirsək qeyd edilməlidir ki, Türkiyə,
Rusiya kimi ölkələrdən gələn turistlərin bu baxımdan işi bir qədər asanlaşır.
Təşviqat işlərinin görülməsi üçün bazar araşdırılmasının aparılması mütləqdir.
Bu səbəbdən potensial bazarlar aşağıdakı qruplar üzrə təsnifatlaşdırıla bilər:
Birinci qrup ölkələrə əsəsən müəəyən olunmuş meyarlara cavab verən və
böyük potensiala malik ölkələr aid edilir.
Bu qrup ölkələrlə əməkdaşlıq ilə əlaqəli əvvəlcədən hazırlanan
tədbirlər
planı nəzərdə tutulmamaqdadır. Müxtəlif turizm sərgilərində iştirak, nümayəndələr
və media işçiləri üçün tanışlıq səfərlərinin təşkili kimi birdəfəlik tədbirlər həyata
keçirilir.
Sonuncu qrupa təsnifat meyarlarına cavab verə bilməyən ölkələr aid edilir.
Belə ölkələrdə təbliğat-təşviqat işlərinin əsasən elektron marketinq və ya televiziya
vasitəsilə aparılması nəzərdə tutulur.
Azərbaycana turistlərin axın dinamikasına təsir göstərən digər amil ölkədə
keçirilən
beynəlxalq tədbirlərdir ki, bu da təbliğat-təşviqat baxımından ən yaxşı
vasitədir. Televiziya və sosial medialar vasitəsilə dünyanın hər birindən izləyicilər
üçün belə tədbirlər bir bir reklam xarakteri də daşımaqdadır. Məhz bu səbəbdən də
28
əvvəlki illərlə müqayisədə son illərdə Azərbaycanın bir sıra dünya miqyaslı
mötəbər yarışlara ev sahibliyi etməsi ölkəyə turist axının daha da artırmış olur.
Bakı şəhəri hazırda beynəlxalq səviyyədə işgüzar turizm mərkəzlərindən
birinə çevrilməkdədir. Həmçinin uyğun qiymətə (yəni, hər bir turistin qarşılayacağı
qiymətdə) istirahətə üstünlük verənlər də daxil olmaqla,
bəzi kateqoriya turistlər
üçün cəlbedici olsun deyə, Bakı şəhərinin mərkəzində mehmanxana və ya
hostellərin tikilməsi fikrimizcə zəruri haldır.
Dostları ilə paylaş: