İncəsənət. Turizmin əlaqəli olduğu sahələrdən biri də incəsənət sahəsidir.
Beynəlxalq çərçivədə keçirilən musiqi yarışları buna ən bariz nümunədir.
Avropada çox yaxşı tanınan “Eurovision” mahnı musabiqəsi, hər il keçirildiyi
ölkələrə çoxlu sayda turist qazandırır. İnsanlar həmin ölkələrərə səfər edərək həm
mahnı yarışmasını canlı olaraq izləmiş olur, həm də ölkəni səyahət edərək asudə
vaxtını səmərəli keçirir.
Azərbaycanda da 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçirildi. Bu
beynəlxalq tədbirin həyata keçirilməsi ilə ölkəmizə çoxlu sayda turist axını baş
verdi. Artıq Avropada daha geniş kütlə tərəfindən tanınmağa, turistlərin marağını
cəlb etməyə başladı. “Eurovision – 2012” kimi nüfuzlu mahnı müsabiqəsinin
Azərbaycanın paytaxtında keçirilməsi dünyanın dörd bir yanından turistlərin
ölkəmizə səfəri üçün şərait yaratdı və bu mötəbər hadisə ölkədə turizm sənayesinin
inkişafı üçün çox güclü təkan oldu.
25
İdman. Hər ay dünyanın müxtəlif yerlərində müxtəlif növ idman yarışları
keçirilir. Bunlar arasında beynəlxalq əhəmiyyətli yarışlar olur ki, bu da turistləri
cəlb etmək baxımdan əlverişli fürsət yaradır. Belə idman növləri arasında məşhur
sayılan Olimpiya Oyunlarını, Futbol üzrə keçirilən beynəlxalq yarışları, Formula-1
idman növünü qeyd edə bilərik. 4 ildən bir keçirilən Olimpiya İdman oyunları
keçirildiyi ölkəyə çox böyük sayda turist qazandırır. Bu da ölkənin iqtisadiyyatında
irəliləyişə səbəb olur.
Futbol üzrə beynəlxalq yarışlar da bura aid edilə bilər. Təkcə “Çempionlar
Liqası” və “Avropa Liqası” kimi yarışların final mərhələlərində, həmçinin Dünya
və Avropa çempionatları kimi beynəlxalq turnirlərdə ölkəyə gələn turistlərin
sayında digər dövrlərlə müqayisədə artım olduğu görülə bilər.
Azərbaycanda “Bakı 2015 Yay Olimpiya Oyunları”nın ölkəyə turist axınını
daha da gücləndirmiş oldu. Məhz həmin ildə ilk dəfə istifadəyə verilmiş və elə
turnirin açılış və bağlanış mərasimlərinin keçirildiyi Bakı Olimpiya Stadionu 2018-
2019 cu il mövsümləri üçün “Avropa Liqası”nın final mərhələsinə ev sahibliyi
edəcək. Ölkəmizdə təşkil olunan “Formula 1” yarışları da turizm baxımından xeyli
töhfə vermiş oldu.
Siyasət. Turizm xalqlar arasında mədəni əlaqələr yaratmaqla yanaşı dövlətlər
arası münasibətlərin də inkişafına təkan verir. Diplomatik əlaqələri yüksək
səviyyədə olan ölkənin münasibətləri də inkişaf etdikcə bu özünü bütün sahələrdə
göstərməyə başlayır. Bir çox hallarda belə ölkələr aralarındakı viza rejimi də ləğv
olunur. Bu da hər iki ölkə üçün daha çox turistin gəlməyinə səbəb olur.
Ölkədə siyasi sabitliyin qorunması, beynəlxalq səviyyədə də bu şəkildə
tanınması ölkə turizmi üçün ən əhəmiyyətli mövzulardan biridir. Ölkənin coğrafi
imkanları nə dərəcədə əlverişli olursa olsun, turistlər siyasi sabitliyin pozulduğu
ölkəyə getmək istəməzlər. Bunu hal-hazırda dünyada siyai sabitliyi qaydasında
olmayan, siyasi gərginliyi ilə seçilən ölkələrin turizm sahəsinə müvafiq
göstəricilərində görülə bilər.
|