24
13 “Wizz Air “ – Macarıstan (7.95)
14 “FlyBe” – Birləşmiş Krallıq (7.94)
15 “Türkish Airlines” – Türkiyə (7.94)
(https://www.dunya.com/foto-
galeri/gundem/2018in-en-iyi-15-havayolu-sirketi-galeri-418547, 2018 )
Hava yolları ilə yanaşı turistlərin böyük bir qismi avtomobil və ya dəmiryolu
ilə səyahəti seçirlər. Təbii ki, təsir göstərən amillər sırasında qiymətlərin bir qədər
daha aşağı olmasını, gedilən məsafənin daha yaxın olması qeyd oluna bilər. Bu
nəqliyyat vasitəsindən istifadə edən edən turistlər əsasən qonşu ölkələrə gedənlər
olur. Çünki avtomobil və dəmiryolu yolu üzrə beynəlxalq şəkildə gedilən
marşrutların əksər hissəsi məhz qonşu ölkələrə olur.
Və sonuncu vasitə su nəqliyyat növüdür. Bu əsasən Okeana birbaşa çıxış olan
ölkələr arasında yaradılan marşrut üzrə təşkil edilir. Hər il milyonlarla insan ya
beynəlxalq sularda, ya da daxili sularda bu nəqliyyat növü ilə səfərlər edirlər.
Bundan başqa ölkəyə gələn turistlər kiçik və böyük paraxodlarda təşkil olunan
gəzintiləri sevirlər. Bu ya dənizdə, ya geniş hövzəsi olan çaylarda həmçinin böyük
göllərdə təşkil edilir. Turistlər tərəfindən belə gəzintilər böyük maraqla qarşılanır.
Dostları ilə paylaş: