Azərbaycan döVLƏT İQTİsad universiteti


 Turizm və Biznesin qarşılıqlı əlaqəsi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   2   3   4   5   6   7   8   9   10   ...   40
liyev-Davud-Rafiq-o-lu

 
1.1.2. Turizm və Biznesin qarşılıqlı əlaqəsi 
İnsanlar səyahəti 2 şəkildə həyata keçirə bilər: 
1. Sadəcə zəruri xərclər tələb edən səbəblərə pul sərf edirlər və səyahəti öz 
hesablarına edirlər.


15 
2. İnsanlar müəyyən ödəniş müqabilində səyahətlərini istədikləri şəkildə 
həyata keçirə bilərlər və burada da biznes sferasına aid fəaliyyət ön plana keçir.
Sənayə istehsalında əgər müştəriyə təklif edilən məhsullar maddi şəkildə 
təqdim edilirsə, bu özünü turizm sahəsində xidmət şəklində göstərir. Burada təklif 
xidmətin səviyyələrinə uyğun olaraq qiymət bölgüsü aparılır. Məsələn, təyyarə ilə 
səyahət edəcək bir turistə 2 kateqoriya xidmət təklif edilir. a) Biznes klass; b) 
Ekonom Klass. Təbii ki, Biznes klass öz müştərilərinə daha yüksək və çeşidli 
xidmətlər təqdim etdiyindən onun qiyməti də nisbətən daha yüksək olur.
Ölkəyə gələn turistlər üçün hər sahədə xidmət göstərilir. Burada ən böyük 
payı olan Biznes sektorudur. Turistlərin qaldığı otel və mehmanxanalardan tutmuş, 
iaşə obyektlərinə, istirahət mərkəzlərinə, müxtəlif ekskursiya mərkəzlərinə qədər 
hər bir yer təkcə Turizm xidmətləri üçün deyil, Biznes fəaliyyətinin 
genişləndirilməsi məqsədilə istifadəyə təqdim edilir.
Ümumiyyətlə müasir dövrümüzdə turizmi biznessiz təsəvvür etmək mümkün 
deyil. Yuxarıda qeyd etdiyimiz kimi müəyyən qrup turistlər vardır ki, onlar hər 
hansısa şirkətə müraciət etmədən özləri öz hesabına səyahətlərini təşkil edirlər. Bu 
cür hallar daha çox daxili turlarda görülə bilər. Əgər bir və bir neçə nəfər səyahət 
etmək istəyən turistlər ölkənin bir şəhərindən, başqa bir şəhərə, bölgəyə istirahət 
məqsədilə gedirsə bunu hansısa şirkətə müraciət etmədən özü də təşkil edə bilər. 
Bəzən belə səyahətlər zamanı bir neçə günlük gedən (gələn) turistlər qalmaq üçün 
istirahət mərkəzinin ya da, otel və mehmanxanaların xidmətindən deyil, yerli 
bölgənin kirayə üçün təklif edilən evlərində qalmağı seçirlər. Bu üsul demək olar 
bütün dünyada istifadə edilir. Əslində bu addımı da məhz turizm biznesinə aid 
etmək olar, çünki burada da məqsəd turistlərin rahatlığını təmin etmək və təbii ki 
bunun qarşılığında qazanc əldə etməkdir. Turistlərin bu cür evlərdə qalmasına əsas 
3 amil təsir göstərir: 
1) Ola bilər ki, həmin turisti bölgədə fəaliyyəti göstərən istirahət 
mərkəzlərinin və ya otel və mehmanxanalarının xidmət səviyyəsi qane etməsin;
2) İstirahət mərkəzlərində və ya otellərdə xidmət səviyyəsin yuxarı, lakin 
qiymətlərin həddən artıq yuxarı olması. Bu cür hallarda qiymət turistlərin 


16 
büdcəsinə uyğun olmadığından onlar nisbətən münasib qiymətə olan kirayə evlərdə 
qalmağı seçirlər;
3) Və bu amil isə sırf səyahət edən turistin öz şəxsi istəyi və zövqi ilə bağlıdır. 
Ola bilər ki, həmin turist istirahətini yalnız özü və ya yaxınları ilə bərabər daha 
səərbəst şəraitdə keçirsin. Bu fikri bir qədər açıqlamalı olsaq belə bir örnək verilə 
bilər. Məsələn hər hansı bir oteldə səhər yeməyinin vaxtı saat 07:00-dan 10:00 a 
qədər nəzərdə tutulub. Və əgər kimsə yuxudan gec qalxarsa o zaman səhər 
yeməyinə çatmaya bilər. Lakin istədiyi evi kirayələyən turistin belə bir problemi 
olmur. Və buna oxşar digər hallar da var ki, turistlərin özlərini daha sərbəst və 
evindəki kimi hiss etməsi üçün məhz “kirayə ev biznesi” turizmdə son vaxtlar əsas 
rol 
oynamaqdadır. 
(http://medeniyyet.az/page/news/8571/Azerbaycanin-daxili-turizm-
imkanlari.html, 2016 )
Turizm Biznesi bütün mövsümlər üçün xarakterik olan fəaliyyət sektorudur. 
Lakin bu sektorunun ən dinamik dövrü yay və qış mövsümləridir. Buna səbəb 
turistlərin məhz bu dövrdə səyahət etməyə üstünlük verməsidir. Məhz bu 
mövsumlərdə turizmdə biznes fəaliyyətlərini canlandıran bir sıra amillər vardır ki 
onlar, aşağıdakılardır:
 
Təbii ki, ilk öncə bu turistlərin öz istək və maraqları ilə əlaqəli olan bir 
şeydir. Elə insanlar vardır ki, onlar ilin isti fəslini, elələləri də vardır ki, onlar qış 
fəslini sevirlər. Bu da onların hansı fəsildə səyahət etmələrinə təsirsiz ötüşmür.
 
İkinci amil əslində yuxarıdakına bir qədər bənzəsə də, burada fərq 
ondadır ki, insanlar sevdiyi fəsildə deyil, sevmədiyi fəsildə səyahətə üstünlük verir. 
Məsələn, bir turist əgər yayı xoşlamırsa, o zaman o nisbətən soyuq iqlimi olan 
ölkəni seçir. Və yaxud da əksinə qışı sevmiyən turist isti iqlimli ölkəyə səfər edir.
 
İlin hansı fəsli olmasından asılı olmayaraq istədiyi zaman səyahət 
edənlər. Bunlar adətən ya sosial mediada aktiv olan blogerlər, media işçiləri, yeni 
ailə quranlar, və ya təqaüdə çıxmış insanlar ola bilərlər. 
Biznes sferası bu amilləri nəzərə alır və bu fəaliyyəti təşkil edən şəxsin 
bacarığından asılı olaraq müəyyən dövr aralığını seçilir. Ancaq az öncə də qeyd 
edildiyi kimi bu fəaliyyətlər turistlərin yay-qış mövsümlərində daha dinamik 


17 
olması ilə əlaqəli olaraq elə bu aylarda daha aktiv görülür. Əlbəttə ki, burada 
regionlar üzrə istisnalar da ola bilər. Elə ölkələr, şəhərlər vardır ki, orada iqlim
hava şəraiti ilin bütün fəsillərində səyahət etməyə imkan verir. (misal: Dubay) 
Azərbaycanın timsalında misal üzərində izah veriləsi olsa, restoran-kafe biznesini 
bura nümunə gətirilə bilər. Bir çox restoran sahibləri ya aprel-may aylarından 
fəaliyyətə başlayırlar ya da öz bizneslərini daha da genişləndirirlər. Əsasən daxili 
turlar zamanı bunu bölgələrə səyahət edərkən görmək mümkündür. Digər aylara 
nisbətən yay aylarında müştərilərin artdığını və onların say etibarı ilə əksər 
hissəsini paytaxtdan, kənar bölgələrdən, yaxud da elə xarici ölkələrdən gələn 
turistlər təşkil etməsini qeyd edilməlidir.
Turizm Biznesinin qarşısında duran ən vacib məsələ insanların tələbatlarını 
ödəmək qarşılığında qazanc əldə etməkdir. Bu özünü yalnız müxtəlif səfərlər, 
turlar təşkil edən şirkətlərin timsalında göstərmir. Biznes çox böyük bir sahədir. 
Bugünkü gündə turizmi biznessiz təsəvvür etmək mümkün deyil. Turizm sektoru 
müştərilərinə bir xidmət təqdim edir və bunun da qarşılığında gəlir əldə edir. Bu 
amil bizə Biznesin Turizmlə müqayisədə daha geniş olduğunu və həmçinin 
Turizmin Biznesin bir qolu olduğunu deməyə imkan verir. 
(Soltanova H.B., Zeynalov, 
..2013) 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin