Azərbaycan döVLƏT İQTİsad universiteti


II FƏSİL. AZƏRBAYCANDA TURİZM SEKTORUNUN VƏZİYYƏTİ VƏ İNKİŞAF



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   2   3   4   5   6   7   8   9   ...   40
liyev-Davud-Rafiq-o-lu

II FƏSİL. AZƏRBAYCANDA TURİZM SEKTORUNUN VƏZİYYƏTİ VƏ İNKİŞAF 
PERSPEKTİVLƏRİ............................................................................................................. 
34 
2.1. Turizmin növləri............................................................................................................. 
34 
2.2.
Azərbaycanda Turizm sahəsində qeydə alınan statistik məlumatlar və onların 
təhlili........................................................................................................................................ 39 
III FƏSİL. AZƏRBAYCANDA TURİZMİN PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI 53 
3.1. Respondentlər arasıda aparılan Sorğu-Anket ...................................... 
53 
3.2. Sorğuda alınan cavabların təhlili və son nəticə ................................................................. 62 
 
NƏTİCƏ VƏ TƏKLİFLƏR................................................................................................... 66 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT.................................................................................... 69 
 Cədvəllərin siyahısı........................................................................................................................71



GİRİŞ 
Mövzunun aktuallığı: Mövzunu aktual edən başlıca səbəb turizmin bir 
sektor olaraq ölkə iqtisadiyyatı üçün çox mühüm yer tutmasıdır. Çağdaş 
dünyamızda beynəlxalq, iqtisadi münasibətlərin yaranmasında, xalqların, 
mədəniyyətlərin bir-birilə yaxın əlaqələrinin qurulmasında turizm çox önəmli bir 
vasitədir. İstər iqtisadi tərəfdən, istərsə də insanların sosial həyatı baxımından 
turizm hal-hazırda dünyada aparıcı rola çevrilməkdədir. Turizm elə sahədir ki, 
bunun kökü çox qədimlərə gedib çıxır. İnsan yarandığı gündən bəri ətrafda olan 
hər bir şeyə nüfuz etməyə, hər şeyi öyrənməyə, kəşf etməyə can atmışdır. Böyük 
coğrafi kəşflər dövründə tanınmış səyyahlar öz evlərindən, yaşadıqları ölkələrdən 
yüzlərlə kilometr uzaqlara səyahət edərək yeni-yeni torpaqlar, ərazilər kəşf 
etmişlər. Keçmiş zamanlarda uzaq məsafələrə səfər etmək üçün indiki qədər 
inkişaf etmiş nəqliyyat vasitələri yox idi. Bu səbəbdən səfərlər günlərlə, həftələrlə, 
bəzən də aylarla belə çəkə bilirdi. İnsanlar bu dövrlərdə səfərlərini ya atlarla, 
arabalarla, piyada şəklində, dəniz yolu ilə isə gəmilərlə edirdilər. Yeni şəhərlərə, 
ölkələrə səyahət etmə marağı onlarda hər bir çətinliyə tab gətirmək üçün güc 
yaradırdı. Çox zaman bu cür səfərləri edən tacirlər də olurdu. “Həm ziyarət, həm 
ticarət” ifadəsi də məhz buradan yaranmışdır. 
Göründüyü kimi, turizmin kökü keçmiş vaxtlara qədər gedib çıxır. Turizm 
iqtisadi bir sahə kimi meydana çıxmamışdan əvvəl insanlar bundan mənəvi 
tələbatlarını ödəmək üçün istifadə edirdilər. İqtisadi sfera olaraq yarandıqdan sonra 
isə, daha geniş şəkildə inkişaf etməyə başlamışdır. İnsanlarda səyahətə, gəzməyə 
olan istəyi gördükdən sonra biznesə başlamaq istəyən şəxslər məhz bu sahədə 
fəaliyyətə başladı və beləliklə də, Müasir Turizm Biznesinin əsası qoyuldu.
Turizm Biznesi adından da göründüyü kimi Turizm və Biznes sahələrinin 
vəhdətindən meydana gəlmişdir. Biznes fəaliyyəti ilə məşğul olan şəxslər öz 
bizneslərini daha da genişləndirmək üçün turizm sektoruna da vəsait ayırır və öz 
fəaliyyətlərini burada da davam edirlər. Hazırda turizm insanların həyatının bir 
hissəsi sayılmaqdadır. Dünyada elə ölkələr vardır ki, bu sektor həmin ölkə üçün 



başlıca gəlir sahəsidir. Dünya üzrə hər il beynəlxalq daşımaların göstəriciləri 
getdikcə artmaqdadır. Bu daşımalar turistlərin istəyindən, onların gedəcəkləri 
ölkələrin coğrafi şəraitindən, getmək istədikləri ölkənin turizm potensialından, 
qiymət amilindən, turistin özünün gəlirindən asılıdır. Məhz bu amillər aparılan 
tədqiqat işində təhlil edilmiş, müqayisələr aparılmış və müvafiq qeydlər edilmişdir.
Ümumiyyətlə, səyahət son zamanlarda insanların istirahəti üçün ən çox üz 
tutulan seçimdir. Ölkəmizin də turizm mövzusunda tarixi uzaq keçmişə dayanır. 
Qədim zamanlardan ticarət yollarının Azərbaycandan keçməsi, ölkəmizin Asiya ilə 
Avropanı birləşdirən coğrafi məkanda yerləşməsi xaricdən gələn səyyahların, 
tacirlərin, tarixçilərin diqqətini cəlb etmişdir.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin