Azərbaycan döVLƏT İQTİsad universiteti


 Azərbaycanda turizmin SWOT təhlili



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
liyev-Davud-Rafiq-o-lu

1.3.2. Azərbaycanda turizmin SWOT təhlili 
Azərbaycanın coğrafi baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşməsi 
ölkə üçün turizm potensialını artıran amillərdən birirdir.Turizm hazırda elə bir 
sahədir ki, o nəinki Azərbaycanda, eləcə də dünyada qeyri-neft sahələri içərisində 
aparıcı mövqelərdən birini tutmaqdadır. Ölkə iqtisadiyyatının bir çox sahələrini 
əhatə edən turizm sektorunun təhlili, öyrənilməsi sistemli şəkildə yanaşmanı tələb 
edir. Bu məqsədlə istifadə ediləcək təhlillərdən biri də SWOT təhlildir.
SWOT təhlil dünyada ilk dəfə 1963cü ildə İngiltərənin Harvard 
universitetinin professoru Kenneth Andrews tərəfindən aparılmışdır. O bunu 
Strateji planlaşdırma aparmaq məqsədilə həyata keçirmişdir. SWOT – Strengths 
(güclü tərəflər), Weaknesses (zəif tərəflər), Opportunities (imkanlar) və Threats 
(təhlükələr) sözlərinin qısaldılmış formasıdır. Günümüzdə bu təhlil turizm 
sahəsində geniş şəkildə aparılmaqdadır. Məhz SWOT təhlil nəticəsində yaranan 
boşluqları, zəif cəhətləri görür və aradan qaldırmaq mümkündür. Azərbaycanda 
turizmin SWOT təhlili aşağıdakı şəkildə göstərilə bilər. 
S – Strength(Güclü tərəflər)Təbii və zəngin sərvətlərə sahib olması, əlverişli 
iqlim şəraiti, tarixi, mədəni abidələrinin, məkanlarının zənginliyi, çoxlu sayda 
mineral su qaynaqlarının mövcudluğu kimi amillər ölkənin SWOT təhlili üçün 
güclü tərəflərinə aid edilir. Geniş dağlıq ərazilərinin olması burada qış turizminin 
də inkişafına şərait yaradır. Son illərdə Qəbələdə, Qusarda belə turizm 
mərkəzlərinin istifadəyə verilməsi ölkəmizdə qış turizminin inkişafına yönəlik 
atılan addımlardır. Ölkənin iqlim şəraiti qışla yanaşı, yay mövsümündə turizm 


29 
üçün əlverişli şərait yaradır. Turizm məqsədli istifadəyə açıq olan Milli Parkların 
ziyarət edilməsi, ekologiya, kənd turizminə münasib olan məkanların istifadəyə 
verilməsi ilin əsasən bu dövründə təsadüf edir. Azərbaycan xalqının tarixən 
qonaqpərvər olması, gələn qonaqlara yüksək mədəni münasibəti göstərilməsi 
xüsusi qeyd edilməlidir.
W – Weaknesses (Zəif tərəflər). Azərbaycanın turizm potensialının 
mövcudluğu ilə yanaşı bu sahədə zəif olduğu cəhətlərini də qeyd etməliyik. 
Marketinq və reklam işlərinin zəif və aşağı templə aparılması, regionlarda turizmin 
inkişafına yönəlik işlərin yüksək səviyyədə olmaması, investisiyaların kifayət 
qədər mövcud olmaması, qiymətlərin yüksək olması kimi amillər təhlilimizin bu 
hissəinə aiddir. Bir çox ölkələrdə mövsümə uyğun şəkildə reklam-təbliğat işləri 
aparıldıqda bu həmin mövsüm başlamamışdan bir qədər tez həyata keçirilir. 
Məsələn, yay mövsümü yaxınlaşdıqda, artıq may ayının əvvələrindən bir çox 
müəssisələr artıq bu yöndə fəaliyyətə başlayırlar. Eyni hal qış turizminin təbliğində 
də mövcuddur. Artıq payız aylarının sonlarından başlayaraq qış turizm 
mərkəzlərinin reklamına start verilir. Azərbaycanda isə bu prosseslər zəif şəkildə 
cərəyan edir. Təbliğat işlərinin yalnız mövsüm gəldikdən sonra görülməsi ilə 
yanaşı, bu fəaliyyət həm də zəif şəkildə gedir. Turizm məkanlarının tanıdılması, 
onlar barədə ətraflı məlumatların verilməsi mütləq şəkildə görülməli olan işlər 
sırasındadır. Azərbaycan zəngin təbii potensialından bu yöndə lazımınca 
faydalanmaq lazımdır. 
Xaricdə 
fəaliyyət 
göstərən tur operatorlarının satış katoloqunda 
Azərbaycandakı turizm imkanlarına lazımınca yer verilməməsi də inkişaf 
dinamikasına mənfi şəkildə təsir göstərən amil sayılır. Bunun da başlıca nəticəsi 
region səviyyəsində tam infrastrukturun yaradılmaması, bu işə daha peşəkar 
şəkildə yanaşmamaq və əldə olan imkanların da lazımi səviyyədə 
tanıdılmamasıdır. Ölkə ərazisində insan sağlamlığı üçün önəmli olan termal su 
qaynaqlarının təbliğ edilməsi və onlar ətraında lazımi insrastrukturun yaradılması 
tursitlərin bu məkanlara axınını artıra bilər.


30 
O – Opportunities (İmkanlar). Daha öncə də qeyd olunduğu kimi, turizm 
digər sahələrlə də qarşılıqlı əlaqədədir. Turizm sektoru inkişaf etdikcə bu özünü 
Nəqliyyat sahəsində də göstərir. Nəqliyyatın inkişafı ilə də turistlər uzun 
məsafələrə rahat şəkildə səyahət edə bilərlər. Bununla yanaşı ekoturizmin müxtəlif 
növlərinə maraq yaranır.Azərbaycana səyahət edən turistlərdə ölkə haqqında 
təsəvvürlər formalaşır, gəldikləri ölkənin tarixi, insanları barədə bilgilər əldə 
edirlər. Bu da turistlərin növbəti səfərlərinin də ölkəmizə olacağını və yeni turist 
axınlarının gəlməsini təmin edir. Turizmin inkişafı iqtisadiyyata böyük töhfə 
vermiş olur və burda əldə edilən gəlirin bir hissəsi yenidən turizm sektorunun 
inkişafına yönəldilir.
T – Threat (Təhlükələr). Sərt rəqabət mühiti, qlobal böhranlar və ən başlıcası 
da rəqib ölkələrin bu sektorda daha təcrübəli olması SWOT təhlil baxımından 
təhlükə sayıla biləcək nüanslardır. Düzdür rəqabətin olduğu şəraitdə inkişaf da 
olur. Lakin rəqib ölkələrin bu sahə üzrə geniş təcrübələri, tətbiq etdikləri 
standartları onlara bazarda daha böyük pay sahibi olmağa şərait yaradır.
SWOT təhlil aparıldıqdan sonra üzləşə biləcək fürsətlər və mövcud olan zəif 
nöqtələr müəyyən edilməli, strateji planaalma həyata keçirilməlidir. SWOT təhlil 
imkan verir ki, yaranan çatışmazlıqları, zəif cəhətləri, neqativ halları görüb 
vaxtında qarşısını almaq mümkün olsun.Güclü tərəflərin olmasında əlbəttə ki, heç 
bir problem görülmür. Lakin çatışmazlıqlar mütləq müəyyən edilməli, buna 
müvafiq işlər planı hazırlanmalıdır. 
(http://azkurs.org/microsoft-word-00-keynote-speakers-materiallar.html?page=99, 2017 )

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin