Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
liyev-Davud-Rafiq-o-lu

1.3.3. Təşviqedici tədbirlər 
Hazırda Azərbaycanda 300-dən çox turizm şirkəti, 570-dən çox yerləşdirmə 
obyekti fəaliyyət göstərir. Azərbaycanın son illərdə turizm sektorunda apardığı 
islahatlar, keçirilən beynəlxalq görüşlər və tədbirlər, dünyanın müxtəlif ölkə və 
şəhərlərində təşkil edilən turizm sərgiləri bu sahənin inkişafı üçün təkanverici rol 
oynayır. Turizm sektorunda fəaliyyət göstərən müəssisələrin koordinasiyalı işini 


31 
təmini məqsədilə Azərbaycan Turizm Şurası, təbliğat-təşviqat tədbirlərinin 
mərkəzləşdirilmiş qaydada təşkil ediməsi üçün isə Milli Turizm Təbliğat Bürosu 
yaradılmışdır.
Milli Turizm Təbliğat Bürosu 2017-ci il 7 fevral tarixindən etibarən fəaliyyətə 
başlamışdır. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair 
Strateji Yol Xəritəsi”nə müvafiq olaraq turizm sektorunun inkişafı əsas 
məqsədlərdən birinə çevrilmişdir.
Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə 2018-ci ildə Azərbaycan və 
Çinin turizm şirkətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 
Sözügedən şirkətlər sağlamlıq turizmi sahəsində ixtisaslaşmışdır. İlk dövrlərə görə 
Azərbaycan təqribən 2000-ə yaxın turistin səfəri nəzərdə tutulmuşdur. Bu cür 
hallarda əlbəttə ki, ölkəmizin müalicəvi əhəmiyyət daşıyan, təbii qaynaqlara malik 
bölgələri diqqət mərkəzinə gəlir.
(http://www.anl.az/down/meqale/medeniyyet/2010/aprel/116654.htm , 2017 ) 
Həmçinin Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə İtaliayanın bir çox 
media və turizm şirkətlərini təmsil edən nümayəndələr paytaxt Bakıya, Mərəzə, 
Lahıc, Şəki, Gəncə və Azərbaycan digər regionlarına səfərlər təşkil ediblər. 
Bununla əlaqəli İtaliya mediasında Azərbaycanla bağlı bir sıra məqalələr də yer 
almışdır. Məqalələrdə Azərbaycanın turizm potensialı, infrastrukturun inkişafı, iri 
miqyaslı tədbirlər barədə geniş məlumat verilmişdir. Son illərdə paytaxt Bakıda 
keçirilən “Formula 1” yarışlarından da bəhs olunmuşdur. Məqalələrdə İçərişəhər, 
Xalça muzeyi, Heydər Əliyev Mərkəzi, Yanar dağ, palçıq vulkanları, Qobustan
Şəki Xan Sarayı və digər gəzməli-görməli, tarixi yerlər barədə geniş şəkildə 
məlumat əks olunmuşdur.
İdman oyunlarının müasir turizmdə əhəmiyyətli bir yer tutduğunu da xüsusi 
qeyd etməliyik. Əsasən də idmanın futbol növünün üstünlüyünü görmək 
mümkündür. 2018-2019-cu il mövsümü üçün “UEFA Avropa Liqası”nın final 
mərhələsinin paytaxt Bakıda təşkil edilməsi ölkəmizin bu istiqamətdə atdığı önəmli 
addımlardan biridir. Məlum olduğu kimi Final mərhələsinin oyunları bir dəfə 


32 
keçirildiyindən və mahiyyət baxımından həlledici mərhələ sayıldığından bu 
oyunlara maraq həddən artıq olur. Bu amil bir sıra xarici ölkələrdən Azərbaycan 
əcnəbi turistlərin axınını artırmağa imkan yaradacaqdır. Bu cür beynəlxalq 
yarışlarda turistlərin əsasən yaxın ölkələrdən gəlməsi proqnozlaşdırılır. Misal üçün 
bir neçə il əvvəl Gürcüstanda keçirilən yarışda qonşu ölkələrdən, eləcə də 
Azərbaycandan olan futbol azərkeşləri Final oyunu izləmək üçün səfər etmişlər. 
Eyni hadisəni Bakıda keçiriləcək yarışda da proqnozlaşdırmaq olar. Həmçinin 
2020-ci ildə ölkəmizdə təşkil olunacaq daha bir iri miqyaslı idman yarışını – 
“AVRO 2020” –nin 4 oyunun Bakıda keçirilməsi də bura aid edilə bilər.
Azərbaycanda keçirilən Beynəlxalq Turizm Film Festivalı bu sahə üzrə 
keçirilən mötəbər festivallardan birinə çevrilmişdir. 2017-ci ildə Azərbaycanın 15 
filmi 20 ölkədə nümayiş olunmuş və 39 beynəlxalq festivalda çıxış etmiş, 19 dəfə 
mükafata layiq görülmüşdür. Ölkəmizə səfər edən turistlərin istirahətlərini mənalı 
keçirmələri üçün bu istiqamətdə regionlarda da bir sıra addımlar atılıb. 2017-ci 
ildən başlayaraq hər il sentyabrın 15-də ölkədə kino mövsümünün açılışı qeyd 
olunur. Bununla bağlı bir sıra tədbirlər keçirilir ki, bu da turistlərin böyük 
marağına səbəb olur.
Fikrimizcə Turizm sahəsində təşviqat tədbirlərini media, televiziya vasitəsilə 
aparmaq daha çox nəticə verməkdədir. Çünki müasir dövrdə, informasiyanın bu 
qədər sürətlə yeniləndiyi, artdığı bir zamanda media əsas informasiya mənbəyinə 
çevrilmişdir. Azərbaycanın təbiəti, insanlarının qonaqpərvərliyi, müasirliyi, təşkil 
etdiyi beynəlxalq tədbirlər haqqında təbliğat xarakterli müxtəlif qısa metrajlı 
filmlər, videoçarxlar nümayiş etdirilir. Təkcə televiziya və medianı izləyən 
insanların say çoxluğunu nəzərə alınsa, bu addımın çox uğurlu olduğu qənaətinə 
gəlmək olar. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin