Azərbaycan döVLƏT İQTİsad universiteti


Dissertasiya işinin strukturu və həcmi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   2   3   4   5   6   7   8   9   ...   40
liyev-Davud-Rafiq-o-lu

Dissertasiya işinin strukturu və həcmi. Tədqiqat işi giriş, 3 fəsil, nəticə və 
təkliflər və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya 31 adda 
mənbədən ibarət ədəbiyyat siyahısı, 30 cədvəl daxil olmaqla, ümumi həcmi 62 
kompüter səhifəsini əhatə edir. 
 
 



I FƏSİL. TURİZMİN ÖLKƏ İQTİSADİYYATINDA YERİ 
 
1.1. Turizm nədir 
Əgər bir sahə araşdırılırsa, ilk olaraq həmin sahənin adının hardan gəldiyini, 
hansı mənbəyə aid olduğunu öyrənilməlidir. Turizm – fransız sözüdür və mənası 
“gəzinti”, “səfər” səyahət anlamını verir. Turizm tarix boyunca daima insanların 
maraq əhatəsində olmuş sahədir. İnsanlar hər zaman öz yaşadıqları coğrafiyadan 
kənara çıxmağa, başqa-başqa ölkələri gəzib, xalqları ilə tanış olub, onların adət-
ənənələrinə, yaşam tərzinə maraq göstərmişlər. Turizm o qədər geniş bir anlayışa 
çevrilib ki, bu gün əminliklə deyilə bilər ki, bu sahədə məşğul olan insanların 
zövqləri 
və 
maraqları, 
məqsədləri 
bir-birindən 
fərqlənə 
bilər. 
(https://kayzen.az/blog/turizm/1145/turizm-və-turizmin-növləri.html, 2018)
Turistlər bir neçə kateqoriyada göstərilə bilər: 
– Məsələn, bir qrup turistlər səyahət edən zaman yuxarıda qeyd edildiyi kimi 
daha çox müxtəlif ölkələrin, xalqların mədəniyyəti ilə tanış olmaq marağında olur.
– Digər kateqoriya turistlər var ki, onları yalnız təbiətin füsunkarlığı, 
ecazkarlığı cəlb edir. Və onların əsas məqsədi dünyanın ən gözəl mənzərəli 
məkanlarına səyahət etməkdir.
– Araşdırma, tədqiqat işləri ilə məşğul olan və bu məqsədlə həm də səyahət 
edənləri də ayrıca qrupda qeyd etməliyik (Məsələn, nadir növ bitkinin inkişaf 
mühitinin dərindən öyrənilməsi). Hər hansısa bir sahə əlaqəli araşdırma 
aparıldıqda, başqa bir ölkəyə səyahət etməyə ehtiyac duyula bilər. Düzdür bu sırf 
işlə bağlı olsa da, insanlar dincəlməyə və həmin ölkəni gəzməyə də imkan tapırlar. 
Bu halda da Turizm xüsusi çəkisi artmış olur.
– Hər hansı Beynəlxalq tədbir və yarışlar üçün xarici səyahət edənlər. Müasir 
turizmdə məhz bu kateqoriya turistlərin xüsusi payı artmaqdadır. Təbii ki, buna 
səbəb olan amillər sırasında Beynəlxalq səviyyədə tədbirlərin sayının artması, 
düzgün şəkildə aparılan marketinq-təbliğat işləri, və səfər edən turistlərin bu 
tədbirlərə yüksək dərəcədə maraqlarının artması dayanır. Qeydə alınan statistikalar 


10 
da, bu dövrlər üçün turistlərin gəlmə dinamikasında artma olduğunu göstərir. 
(http://ier.az/uploads/IIETI-UNDP_Turizm-az.pdf ,2018) 
Bütün sahələrdə olduğu kimi turizm sahəsində tələbat anlayışı vardır və bu 
tələbatın yaranmasında da istehsal proseslərinin inkişafı özünü göstərir. Turizm 
sektorunda təklif edilən məhsula olan tələbat aşağıdakı amillərdən asılıdır:
– gəlir;
– xidmətin qiyməti;
– asudə (boş) vaxt.
Aparılan araşdırmalara görə qeyd edə bilərik ki, dünya milli məhsulunun 10, 
investisiyalarının 11 faizi, dünya istehlak xərclərininsə təxminən 11 faizi turizm 
sahəsinin payına düşür. (
https://kayzen.az/blog/turizm/4157/turizmin-idarəedilməsinin-əsas-
xüsusiyyətləri.html, 2011

Turizmin geniş növü sayılan ekoturizm və ya digər adı ilə desək ekoloji 
turizm təbiət turizminin bir forması olaraq, ətraf aləmlə dərindən maraqlanmaq, 
qayğı ilə yanaşmaq fikrini yaradır. İlk öncə qeyd edilməlidir ki, Ekoturizm, 
insanlar tərəfindən daha az şəkildə zərər görmüş, daha az dəyişikliklərə məruz 
qalmış təbii ərazilərdə həyata keçirirlir. Belə yerlərə misal olaraq, təbii qoruqları, 
şəlalələri, çayları, dağları, dənizləri, gölləri, meşələri, bir sözlə təbiətin bizlərə bəxş 
etdiyi bütün gözəllikləri sadalana bilər. Düzdür belə məkanların yaxınlığında da 
qazanc əldə etmək, biznes qurmaq məqsədi ilə insan tərəfindən yaradılan guşələr 
də var. Lakin bunlar ümumilikdə təbiətin bizə verdiyi gözəlliklərdən zövq almağa 
mane olmur. Ekoturizmin ən başlıca məqsədi də məhz elə insanların bu kimi 
gözəlliklərdən mənəvi olaraq məmun qalmasıdır. Prinsip olaraq isə aşağıdakıları 
göstərmək olar: 
- Yerli təbiət və adət-ənənələrlə tanış olmaq;
- Səyahət zamanı ekologiyaya qarşı yarana biləcək neqativ halların qarşısını 
almaq;
- Ekoloji maarifləndirmə və məlumatlandırma;
- Səyahət 
edənlərin 
turistik 
fəaliyyətində 
gəlir 
əldə 
edilməsi; 
(https://kayzen.az/blog/turizm/1145/turizm-və-turizmin-növləri.html, 2011)


11 
İdman turizmi ilə əlaqədar olaraq səyahət edənlərin də sayı az deyil. Bəzən 
səfər edilən regionun (ölkə, şəhər, vilayət) coğrafi şəraitləri, iqlimi idman turlarının 
keçirilməsi üçün əlverişli imkanları yaradır. Bu tip idman növlərinə alpinizm, su 
idman növləri, qış olimpiya oyunları və başqa bu kimi növlər daxil edilə bilər. 
Təbii ki, hansı idman növünün təşkil edilməsi həmin ölkənin iqlimi ilə sıx bağlıdır. 
Misal üçün Rusiya, Avstriya, İsveçrə, Skandinaviya ölkələrində Qış mövsümünə 
xas oyunların keçirilməsi daha münasib görünür. Və təsadüfi deyil ki, məhz bu 
amil qış turizminin bu kimi ölkələrdə inkişafına yol açır.
Lakin Qış turizmini təkcə idman oyunları əlaqələndirmək düzgün olmazdı. 
Belə ki, idman tədbirləri keçirilməyən, lakin Qış turizmi üçün əlverişli şəraiti olan 
regionlar da vardır. 
Tədqiqatlara əsasən, yalnız yaşayan insanlar, yaxud iki nəfərdən ibarət olan 
ailələr səyahət etməyə daha çox maraqlı olurlar. Belə turistlər xidmətlərin 
keyfiyyətinə xüsusi tələbkarlıqla yanaşırlar. Turistin tələblərinə təsir edən amillərə 
onun təhsili, dünyagörüşü, peşəsi aid ola bilər. Eyni zamanda turistin səyahət 
təcrübəsi də onun tələblərinə təsir göstərmiş olur. Belə ki, bir turist hər hansı bir 
məkanda gördüyü yüksək keyfiyyətli xidmətdən məmnun qalır. Daha sonra başqa 
bir məkanı seçdiyində bu dəfə də əvvəl qarşılaşdığı yüksək xidməti gözləyəcəkdir. 
Bu hal əslində turizm sahəsində fəaliyyət göstərən müəssisələrin rəqabət 
qabiliyyətini gücləndirir. Bu da öz növbəsində turizmin canlanması, keyfiyyətin 
yüksəlməsinə gətirib çıxarır. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin