Azərbaycan döVLƏT İQTİsad universiteti


 Turizmin iqtisadiyyata təsiri



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
liyev-Davud-Rafiq-o-lu

1.2. Turizmin iqtisadiyyata təsiri 
Müasir dövrdə turizm iqtisadiyyat, ekologiya, siyasət, kulturologiya kimi 
sahələrə də öz təsirini göstərmiş olur. Lakin heç şübhəsiz bu siyahıda ön sırada 
duran məhz iqtisadiyyat sahəsidir. Daha öncə də müasir turizmin bizneslə çox sıx 
bağlılığı qeyd edilmişdir. Bu da iqtisadiyyat sahəsinin xüsusi payını artırmış olur. 
Turizm sektorundan əldə edilən gəlir yenidən pul dövriyyəsinə cəlb edilir. 
Həmçinin bu sahədən qazanılan gəlirin bir hissəsi elə bu sahənin inkişafına yönəlir.
Bəzi ölkələr vardır ki, büdcə gəlir əsas hissələrindən birini məhz turizm 
sektoru təşkil edir. Bu sırada ilk ağla gələn bölgələr Avropanın aparıcı ölkələri 
(Fransa, İspaniya, İsveçrə, Avstriya və.s), Asiya ölkələri (Çin, Tayland və.s), Misir, 
BƏƏ, Türkiyədir. Həm kurort məkanları, həm zəngin tarixi yerləri, şəhərləri olan 
bu ölkələrdə əsəs gəlir mənbələrindən biri məhz Turizm sektorudur.


18 
Dünya miqyasında isə 2018-ci il üzrə dünya ölkələrinin turizm gəlirləri 
aşağıdakı kimidir:
1) Amerika Birləşmiş Ştatları (211 milyard Dollar)
2) İspaniya (68 milyard Dollar)
3) Fransa 
(61 milyard Dollar)
4) Tayland 
(57 milyard Dollar)
5) İngiltərə (51 milyard Dollar)
6) İtaliya 
(44 milyard Dollar)
7) Avstraliya (42 milyard Dollar)
8) Almaniya (40 milyard Dollar)
9) Çin
(36 milyard Dollar)
10) Yaponiya (34 milyard Dollar) 
(https://finans.tercihiniyap.net/analiz/turizm-
gelirleri-en-yuksek-ulkeler/, 2018 )
Potensial ölkələrdən Bakıya gələn turistlərin sayındakı artım nəzərə 
alınmaqla, 2020-ci il üçün səksən milyon AZN dolayı, yüz əlli milyon AZN 
birbaşa ümumi olaraqsa iki yüz otuz milyon AZN dəyərində olacağı 
proqnozlaşdırılır. Lakin qeyd edilən məsələyə ailəvi baş tutan səfərlər aid edilmir. 
Həmçinin, turistlərin göstəricisindəki dəyişikliklə əlaqəli olaraq on bir min beş yüz 
ədəd yeni iş yerlərinin yaradılmasına, işlə təminata ehtiyac duyulduğu bildirilir. 
(https://mida.gov.az/documents/Turizm_sənayesinin_inkişafına_dair_strateji_yol_xeritesi.pdf 

2018) 
Turizm sektorunun təklif etdiyi xidmətlərə tələbat ölkənin ümumi olaraq 
iqtisadi şəraitindən, cəmiyyətin hər bir üzvünün maddi-iqtisadi durumundan da 
asılıdır. İqtisadi baxımdan zəif olan ölkənin əgər coğrafi şəraitləri də münasib 
deyilsə, digər sahələrdə olduğu kimi Turizm sektoru da zəif təsir bağışlayacaq. Hər 
hansı bir ölkənin təbii-coğrafi şəraiti imkan verməsə belə onun iqtisadi potensialı 
sayəsində əyləncə məkanları açaraq, beynəlxalq yarış və tədbir keçirərək turistləri 
cəlb edə bilər. Bu səbəbdən iqtisadiyyatı bazar münasibətləri təməlində qurulmuş 
bir ölkənin turizm sektorunda inkişaf etməsi üçün daha əlverişli şərait yaranır. Belə 
ölkələrdə turizmə tələbat da digər ölkələrlə müqayisədə daha yüksək olur.


19 
Hazırda dünyanın bir çox ölkələrinin təcrübəsi göstərir ki, turizm 
iqtisadiyyata çox güclü şəkildə təsir göstərən qüvvədir. Turizm, dövlət büdcəsinin 
formalaşması, ticarət balansının sabitləşmasi, büdcə artımı, yeni xidmət sahələrinin 
yaranması və inkişafı kimi vacib məsələlərdə mühüm rol oynayır. Lakin turizm 
sektorunun verdiyi fayda bununla da bitmir. Turizmin inkişafı ilə ölkədə işsizlik 
probleminin həll olunması məsələsi də gündəmə gəlir. Yeni, təcrübəli, perspektivli 
kadrların bu işə cəlb olunması həm turizm sektorunun inkişafında, həm 
ümumilikdə xidmət sektoruna böyük ölçüdə xeyir verir. Əvvəllər əgər bu növ 
fəaliyyətlər çox zaman könüllü şəkildə təşkil olunurdusa, indi artıq daha peşəkar 
şəkildə yanaşılır. İşsizlik probleminin də qarşısının alınması məqsədilə sırf bu sahə 
ilə əlaqəli ixtisas kursları yaradılır, peşəkarlar tərəfindən təlimlər keçirilir. 
Turizmin inkişafı ölkəyə valyuta gətirməkdədir və bu amil də gələcəkdə bu 
sektor da daxil olmaqla iqtisadiyyatın bütün sahələrinin canlandırılmasına səbəb 
olur. Yuxarıda qeyd edilən kimi gələn gəlirlərin bir hissəsi yenidən turizm sahəsinə 
yönəldilir. Beləcə bu sahə davamlı olaraq inkişaf edir və ölkə iqtisadiyyatını da 
inkişaf etdirir. Əslində elə bu baxımdan da, ölkə iqtisadiyyatı ilə turizm sektoru 
bir-birinə qarşılıqlı şəkildə təsir göstərdiyini bildirmək olar. Ancaq bu 
iqtisadiyyatın yalnız turizm sektorundan asılı olması fikrinə gətirib 
çıxarılmamalıdır. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin