52
III FƏSİL. AZƏRBAYCANDA TURİZMİN PROBLEMLƏRİ VƏ HƏLLİ
YOLLARI
3.1 Respondentlər arasında aparılan Sorğu-Anket
Turizm bir sektor olaraq yarandığı dövrdən insanların maraq dairəsindədir.
İnsanlar öz asudə vaxtlarını səmərəli şəkildə keçirmək üçün müxtəlif ölkələrə,
şəhərlərə səyahət etməyi seçirlər. Hazırki dövrdə Turizm bir sektor olaraq hər bir
ölkə üçün vacib sahələrdən sayılır. Sözügedən sektor dünya miqyasında gəlirinə
görə ən qabaqcıl sahələrdən birinə çevrilib.
Azərbaycanın sahib olduğu iqlimi, coğrafi şəraiti, tarixi imkan verir ki, istər
yerli, istərsə də xarici turistlərin diqqətini özünə cəlb etsin. Dəniz sahilində
yerləşən şəhər və rayonlar, dağlıq relyefə sahib regionlar, nisbətən isti və ya soyuq
olan regionlar hər biri özünəməxsus şəkildə turistləri qonaq edə bilərlər. Daha öncə
də qeyd edildiyi kimi müasir dünyada hər kəsin səyahətə, gəzməyə marağı
olduğundan, bundan iqtisadi cəhətdən də yararlanmaq mümkündür. Regionlarda
yeni istirahət mərkəzlərinin salınması, dünya təcrübəsinəndən faydalanaraq yüksək
xidmətin göstərilməsi, uğurlu marketinq siyasətinin, reklam-təbliğat fəaliyyətinin
aparılması Turizmin davamlı inkişafı üçün yol aça bilər. Son dövrdə
respublikamızda turizmə artan diqqətlə əlaqədar Azərbaycanda əhalinin əvvəlki
düşüncələrindən fərqli olaraq insanlar istirahətlərinə diqqət yetirirlər. Amma bəzi
turizm qovşaqlarında hələ də problemlərin mövcud olduğu bilinir. Buna görə əhali
arsaında anket vasitəsiylə sorğu keçirdərək onların fikirləeini öyrənildi. Anket 20
sualdan ibaret idi. Anket nəticələri SPSS for Windows 16.0 versisyasında təhlil
edildi. Anketin nəticələri aşağıdakı kimidir:
Cədvəl 3.1. Respondentlərin cinsi
Dəyər
Frekanslar
Faiz
Qarşılaşılan dəyər Kümülyativ
Kişi
66
66,0
66,0
66,0
Qadın
34
34,0
34,0
100,0
Cəmi
100
100,0
100,0
53
Cədvəldən göründüyü kimi respondentlərdən 66 nəfər kişi, 34 nəfər isə
qadındır. Ümumi göstəricidə onların faiz nisbəti 66% və 34% dir.
Dostları ilə paylaş: |