54
Cədvəldən göründüyü kimi respondentlərdən 10 nəfər orta-ixtisas, 90 nəfər ali
təhsillidir. Ali təhsilli insanlar istirahət məqsədilə səyahətə daha çox üstünlük
verirlər. Bura işlə bağlı ezamiyyələr, məzuniyyət müddətində səyahətlər aid ola
bilər. Digər bir tərəfdən bu insanların çalışdıqları peşəsi ilə, maraqları, zövqləri ilə
əlaqəli olan bir amildir. Misal üçün hər hansısa bir Turizm şirkətində çalışan ali
təhsilli bir işçinin orta ixtisaslı bir bərbərə nisbətən səyahət etmək üçün daha çox
şansı var. Mövcud vəziyyətə həmçinin informasiya amili də təsir göstərir. Ümumi
göstəricidə onların faiz nisbəti 10% və 90% dir.
Dostları ilə paylaş: