Azərbaycan döVLƏT İQTİsad universiteti


Cədvəl 2.10. Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının faizə nəzərən



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   22   23   24   25   26   27   28   29   ...   40
liyev-Davud-Rafiq-o-lu

Cədvəl 2.10. Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının faizə nəzərən 
göstəriciləri 
 
İran 
33,6% 
Gürcüstan 
29,2% 
Rusiya Federasiyası 
18,9% 
Türkiyə 
12,3% 
Ukrayna 
1,4% 
BƏƏ 
0,9% 
Digər ölkələr 
3,7% 
Mənbə: ARDSX-nin verdiyi məlumata əsasən müəllif tərəfindən tərtib edilib 
Azərbaycan vətəndaşlarının xarici ölkələrə getməsində vasitə kimi yenə də 
lider olan quru yoludur – 81,4 %. İkinci yerdə hava yolu gəlir ki, bu da 17,8% 
təşkil etməkdədir. Bu siyahıda son yeri su nəqliyyatı ilə gedişlər tutur – 0,8%. 
“azertag.az” saytının “TripAdvisor” internet resursuna istinadən yaydığı mə-
lumata görə aşağıdakı qeyd edilir: “Səyahət edənlər üçün tanınmış “TripAdvisor” 
internet resursu dünya üzrə yirmi beş ən münasib turizm məkanlarının adını 
vurğulayıb. 
“TripAdvisor”un verdiyi məlumata əsasən, dünyanın ən münasib 10 turizm 
məkanına Londonu (Böyük Britaniya), Parisi (Fransa), Balini (İndoneziya), 


50 
Romanı (İtaliya), Barselonanı (İspaniya), Kriti (Yunanıstan), Mərrakeşi (Mərakeş), 
Praqanı (Çexiya), Nyu-Yorku (ABŞ) və İstanbulu (Türkiyə) daxil etmək olar. 
Adı çəkilən şəhərlərlə yanaşı Hanoyu (Vyetnam), Phuketi (Tailand), Yamay-
kanı, Siyem Ripi (Kamboca), o cümlədən Lissabonu (Portuqaliya), Playa-del-
Karmeni (Meksika), Tokionu (Yaponiya), Dubayı (Birləşmiş Ərəb Əmirlikləri), 
Honkonqu (Çin), Katmandunu (Nepal), Yeni Dehlini (Hindistan), Hurqadanı 
(Misir), Rio-de-Janeyronu (Braziliya), Kuskonu (Peru), Sidneyi (Avstraliya) kimi 
yeləri misal göstərmək olar. 
[https://azertag.az/xeber/TripAdvisor_dunyada_25_en_yaxsi 
_turizm_istiqametini_mueyyen_edib-12303511, 2018]
Turizm sahəsində xeyli inkişaf etmiş ölkələrdə xidmət sferasında çalışan 
heyət ixtisaslaşmış peşəkar kadrlardan ibarət olur. Bir çox ölkələrdə bu cür işçilər 
işə götürülərkən xüsusi imtahanlardan və müsahibəlrdən keçirilir və sertifikatla 
təltif olunurlar. Bu da xidmətin keyfiyyətində özünü göstərmiş olur. Ümumiyyətlə, 
nəzər saldıqda görünür ki, Turizm sektoru xidmətlə çox sıx bağlıdır. Ölkəyə gəlmiş 
turistlər hər bir sferadakı xidmətdən yüksək məmnunluq duyarsa, bu həm onun, 
həm də başqa turistlərin bir daha gəlməsinə səbəb ola bilər. Məsələn bir turist bir 
ölkəyə tək və ya hər hansı bir yaxını ilə gəldikdə, buradakı hər bir şeydən razı 
qaldıqda, artıq onda həmin ölkə barəsində xoş xatirələr yaranır. Onun bu barədə öz 
ölkəsində məlumat verməsi kifayət edir ki, başqa turistlər də bu ölkəyə axın 
etsinlər. Bunun üçün aparıcı rolu təbii ki xidmət sektoru oynayır.
Yuxarıda qeyd edildiyi kimi Turizmdə xidmət amili aparıcı rol oynadığı üçün 
bir çox ölkələrdə bu sahənin işçiləri peşəkar kadrlardan ibarət olur. Azərbaycanda 
da bu istiqamətdə işlərin görülməsinə baxmayaraq, bəzi problər gözə çarpmaq-
dadır. Belə ki, turizmdə çalışan bir çox işçilərin peşkarlıq səviyyəsinin qənaətbəxş 
olmaması bu sahədə bəzi problərin yaranmasına səbəb olur. Turizm dünya 
miqyasında ümumiləşmiş sektor olduğundan burada aparıcı dil əsasən ingilis dili 
sayılmaqdadır. Azərbaycanda isə bir çox hallarda xidmət sahələrində bu dili lazımi 
səviyyədə bilməyən işçilərə rast gəlinməkdədir. Buna ən çox regionlarda iaşə 
obyektlərində, restoran biznesində rast gəlinməkdədir. Belə hallarda turistlər hər nə 


51 
qədər əl hərəkətləri və jestlərin köməyi ilə öz istəklərini başa salsalar da bu xarici 
dilin labüdlüyünü azaltmır.
Azərbaycan xalqının mentaliteti, adət ənənələri, məişət özəllikləri barəsində 
tanışlıq xarakterli bilgilər vermək lazımdır. Azərbaycanın əhalisinin böyük 
əksəriyyətinin müsəlman olmasına baxmayaraq, burada multikulturalizm və 
tolerantlıq ənənələri çox güclüdür. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin