56
Bunlardan biri ölkə daxilində hər hansı bir istirahət mərkəzinə getmək həm vaxt
cəhətdən, həm də məsafə cəhətdən daha münasib görünə bilər. Digər bir nüans isə
səyahət edənlərin aylıq gəlirləri ilə bağlıdır. Belə ki, hər hansı bir xarici ölkəyə
səyahətin daha çox məsrəflə nəticələnəcəyi düşünülür. Başqa bir nüans isə ailə
vəziyyəti ilə və insanların düşüncəsi, zövqləri ilə əlaqədardır. Bir çox hallarda
daxili turistlər səyahəti öz ailələri ilə birgə keçirməyi üstün tuturlar. Bu zaman
yaşlı nəslin də maraqları nəzərə alındığı üçün xaricə deyil məhz ölkə daxili
bölgələrdən birində istirahət etməyə qərar verilir. Bu sorğu üzrə göstərici də faiz
nisbəti 68% və 32% dir.
Dostları ilə paylaş: