65
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Çağdaş dünyada turizm həm insanların həyatında,
həm də istənilən ölkənin
iqtisadiyyatı üçün başlıca faktor sayılır. Bu sahəyə maraq istər turistlər tərəfindən,
istər dövlət tərəfindən, istərsə də özəl sektor tərəfindən getdikcə artmaqdadır.
Xüsusilə mövzu əgər Turizm Biznesidirsə bu maraq əsasən özünü özəl sferalarda
göstərmiş olur. Turizm bütün dövrlərdə mövcud olduğundan bu sahə daima diqqət
mərkəzində olmalı, inkişafı təmin edilməlidir. Bu səbəbdən Azərbaycanda Turizm
Biznesinin inkişafı ilə əlaqəli aşağıdakı nəticə və təkliflər verilmişdir:
1) İlk öncə bu sahə üçün önəmli məsələlərdən biri olan qiymət amilinə
toxunmaq məqsəduyğun olardı. Çünki Azərbaycanda Turizm sektorunda mövcud
olan başlıca problem qiymətlərlə bağlıdır. Bunu
məhz tədqiqat müddətində
aparılmış anket-sorğunun cavabından görmək mümkündür. Belə ki,
respondentlərin böyük əksəriyyəti qiymətlərin yüksək olduğunu bildirmişlər. Bu
sahə ilə bağlı düzgün qiymət strategiyası aparılmalı, cari qiymətlər ətraflı nəzərdən
keçirilməli və dərindən təhlil edilməlidir.
2) Yaşadığımız dünyada hər hansı biznesin uğurlu inkişaf yolu qət etməsi
üçün ən vacib nüanslardan biri dügün reklam, marketing siyasətinin aparılmasıdır.
İnformasiya mübadiləsinin bu qədər sürətlə aparıldığı dövrdə reklam-təbliğat işləri
yüksək dəqiqliklə və zamana uyğun şəkildə aparılmalıdır. İri şirkətlərin belə hər
zaman reklama ehtiyacı vardır. Çünki reklam informasiyanın bir növüdür. Şirkətlər
də öz məhsullarını reklam etdirməli, müştərilərə lazımi informasiya çatdırmalıdır.
Azərbaycan son illərdə bununla bağlı bir sıra addımlar atmaqdadır. Tədqiqat
işində də qeyd edildiyi kimi ölkəmizdə keçirilən mötəbər yarışlar, beynəlxalq
tədbirlər Azərbaycanı turizm ölkəsi olaraq tanınmasında mühüm rol oynaya bilər.
Təsadüfi
deyil ki, Azərbaycana gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə
artmaqdadır. Bununla belə ölkəmizin turizm potensilının təbliğinə yenə də ehtiyac
duyulmaqdadır. Çünki elə bölgələrimiz vardır ki, oranın zəngin tarixi, münasib
iqlimi olmağına baxmayaraq turist axını elə çox deyil.
66
3) Ən vacib faktorlardan biri də infrastruktur məsələsidir.
Məqsəd turizmi
inkişaf etdirməkdirsə, müasir infrastruktura malik olmaq mütləqdir. Azərbaycanda
son dövrlərdə yeni istirahət mərkəzləri, otellər, müəssisələr istifadə verilməsinə
baxmayaraq, hələ də bəzi regionlarımız vardır ki, bununla bağlı yenidənqurmaya
ehtiyac vardır. Bunu daha çox müalicəvi sanatoriyaların, mineral bulaqların, təbii
sərvətlərin bol olduğu regionlar üzrə təşkil etmək məqsədəuyğun olardı.
4) Dünya təcrübəsindən yararlanmaq. Etiraf etmək lazımdır ki, bu sahə üzrə
olduqca güclü inkişafa malik ölkələr vardır ki, onlarda tətbiq edilən bir sıra
xidmətlər hələ ki bizdə istifadə olunmamaqdadır. Yaşadığımız
dövrdə kreativlik,
yaradıcı düşüncə bütün sahələrdə çox mühüm yer tutur. Bundan daha çox xidmət
sferaları yararlanmaqdadır. Turizm də bir növ xidmət sferası olduğundan son
dövrlər ərzində burada bir sıra kreativ yeniliklər tətbiq olunmaqdadır. Ölkəmizdə
də belə yeniliklərin tətbiqi Turizmə öz töhfəsini vermiş olar.
5) Ekoturizmin inkişafı da diqqət mərkəzində olan məsələlərdən biri sayılır.
Turizmin bir növü olaraq ekoturizm son illərdə dünya miqayasında geniş
yayılmışdır. Vətənimizdə də bu sektorla əlaqəli müsbətə yönəlik dəyişikliklər
görmək istəyiriksə, ekoturizmin inkişaf etdirilməsi
də mütləq şəkildə nəzərə
alınmalıdır.
6) Kənd turizminin inkişaf etdirilməsi. Son illərdə Təkcə Azərbaycanda
deyil, dünyanın bütün regionlarda kənd turizmə marağın artdığını müşahidə etmək
olur. Səyahət zamanı insanlar əsasən iri şəhərlərə, tanınmış məkanlara üz tutmuş
olsalar da,
kiçik şəhərlərə, kəndlərə gedənlərin də sayı az deyildir. Bura bəzi
nüanslar təsir edə bilər :
- Həmin məkanın ( şəhərin, kəndin, bölgənin) hansısa bir adla tanınmağı ;
- Füsünkar təbiətə sahib olmaqla diqqətləri özünə cəlb etməsi ;
- Tarixi , memarlıq abidələrilə ;
- Həmin bölgədə yaşayan hər hansı bir məşhur insanla bağlı ( məsələn, kimsə
iaşə obyektinə sahib olmaqla, orada özünəməxsus xidmətlərlə tanına və diqqətləri
özünə cəlb edə bilər) və.s
67
Bu siyahını bir qədər də uzatmaq olar. Lakin əsas məsələ belə yerləri
turistlərə tanıtdırmaq və reklam etdirməkdir.
7) Turizm agentliklərinin səviyyəsinin yuksəldilməsi.
Bu sektorla əlaqəli ən
vacib subyektlərdən biri burada fəaliyyət göstərən şirkətlərdir. Turistlərin cəlb
edilməsi, gediləcək şəhərlər, məkanlarla bağlı reklam işlərinin görülməsi, turların
təşkil edilməsi, qeydiyyata alma və b. Bu kimi işlərin görülməsində agentliklər,
şirkətlər mühüm rol oynayırlar.