3.2 Sorğudan alınan cavabların təhlili və son nəticə
Aparılmış sorğudan aydın olur ki, səfərlər zamnaı insanların təəsüratları,
fikirləri, onların zövqləri, düşüncə tərzləri, xarakterləri, dünyagörüşləri və təhsil
səviyyələri ilə əlaqəli olur. Verilmiş cavablara həmçinin iştirakçıların cinsinin və
yaş kateqoriyalarının da təsir etdiyini görmək mümkündür. Gənc yaşda olan
insanlar istirahət zamanı daha çox əyləncəyə üstünlük verdiklərindən bu özünü
cavablarda da göstərmişdir. Keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti məhz
məhz gənc yaşlarda olan insanlardır. İştirak edənlərin 58%-i 8-24 yaş aralığına,
30%-i isə 25-32 yaş aralığına aid edilirlər. Deməli belə qənaətə gəlmək olar ki,
62
88% respondent gənc və yeniyetmələrdən ibarətdir. Bu isə çox böyük göstəricidir.
Bundan əvvəl də qeyd edildiyi kimi bu qədər böyük göstərici olmasına
baxmayaraq, bu əslində normal sayıla biləcək haldır. Çünki hazırda səyahət etməyə
maraqlı olan insanların əksəriyyətini bu yaşlardan olanlar təşkil edir. Gənclərin
sayının belə çox olmasına səbəb həm istirahət mərkəzləri, həm də turu təşkil edən
agentliklərin təklif etdiyi xidmətlər də təsirini göstərməkdədir. Dünya
təcrübəsindən misal göstərilməli olsa, bir çox iri, tanınmış agentliklər bununla
əlaqədar statistik göstəricilərdən istifadə edir. Belə şirktlər bunu bir neçə yolla
həyata keçirirlər :
- Əhali arasında sorğu keçirməklə ; Bunun özünü də iki üsulla aparmaq
mümkündür :
a) Sosial Şəbəkələr üzərindən istifadəçilərə müəyyən sayda suallarla təqdim
edilməklə, buradan alınan cavablara əsasən nəticə çıxarmaq ;
b) Birbaşa insanların özləri ünsiyyətə girib sorğunu həyata keçirməklə ; Bunun
üçün əsasən insanların daha çox sıxlaşdığı yerlərdən istifadə olunur. Yenə də
gənclərin aktivliyini və marağını nəzərə alaraq, daha çox universitetlərdə,
məktəblərdə, parklarda, istirahət məkanlarında və digər insanların sıx toplaşdığı
yerlərdə bunu həyata keçirmək mümkündür.
- Rəsmi mənbələrdən statistik göstəricilər əldə etməklə. Turizm sahəsində
fəaliyyət göstərən şirkətlər bir çox hallarda rəsmi mənbələrin verdiyi
məlumatlardan istifadə edirlər.
- Digər bir üsul isə şirkətin öz informasiya mənbələrindən istifadə etməsidi.
Daha öncə hansı istirahət mərkəzinə nə qədər turist göndərilməsi, neçə gün
müddətində qalmaqları, ailəvi yoxsa fərdi , yaxud da qrup halında gedilməsi,
hansı yaşlarda oması, gedənlərin arasında kişilərin yoxsa qadınların üstünlük
təşkil etməsi kimi informasiyalar yiğılır. Gələcəkdə hər hansıs yeni bir xidmət
təklif edildikdə, həmin arxiv məlumatlarına dayanaraq müvafiq addımlar
atılmış olur.
63
Səyahətə ailəvi şəkildə gedənlərin də sayı az deyildir. Doğrudur tədqiqat
işində keçirilən sorğudakı insanların cəmi 16% i evlidir. Lakin bu o nəticəni
verməməlidir ki, ailəvi şəkildə səfər edənlər də azdırlar. Subay insanlar da öz
valideynləri, yaxınları ilə səyahət edə bilərlər.
Ailəvi şəkildə istirahətə yollanan zaman istər gediləcək məkanla əlaqəli,
istərsə də təklif edilən xidmətlərlə əlaqəli bəzi amillər özünü göstərmiş olur.
Məsələn, ailə ilə səfər edən insanlar əyləncəyə meyilli məkanlara getməkdə elə də
maraqlı olmurlar. Həm yaş amili, həm maraqlar buna təsir edir. Çox zaman ailə ilə
edilən səyahətlərdə yaşlı valideynlərin istəkləri də daha çox nəzərə alınır və
gedilməkdə olan şəhər, rayon, ölkə də, istirahət mərkəzi də buna əsasən seçilir.
Turizm şirkətləri də öz fəaliyyətlərində bunu nəzərə alırlar. Belə ki, bu
şəkildə səfər etmək istəyən müştərilər üçün daha sakit, daha münasib yerlər təklif
olunur. Bura müalicə məqsədilə getmək istəyən turistləri də misal göstərmək olar.
Bu cür müştərilərə xüsusi turlar təklif edilir ki, Azərbaycanda və dünyada hazırda
bu çox geniş yayılmaqdadır.
Sorğunun 68% iştirakçısının fikrincə istirahətlərinə ölkə daxilində vaxt
ayırmaq onlara görə daha münasibdir. 32% iştirakçının fikrincə isə ölkə
xaricindəki səyahətləri onlara daha maraqlıdı. Bura turistlərin maddi durumu ilə
bağlı amil öz təsirini göstərmiş olsa da, istək və zövqlər də çox zamanlarda ön
plana keçməkdədir. Vətənimizin əlverişli təbiəti, resursları imkan verir ki, daxili
turistlər bundan yararlansın. Lakin qiymətlərdən, xidmət keyfiyyətindən, yeni
ölkələrə getmək marağından dolayı xaricə üz tutanları sayında artım olur.
Sorğudan belə nəticəyə gəlmək olar ki, daxili turistlərin ən çox üz tutudğu
bölgə Azərbaycanın füsunkar yerlərindən birisi olan İsmayıllıdır. Bunu əldə
edilmiş statistik rəqəmlərə baxdıq da daha aydın şəkildə görmək mümkündür.
Gələn cavablardan 46%-də İsmayıllı rayonunun adı yer almaqdadır. İsmayıllının
geniş meşə zonasına sahib olması bu yerin havasında özünü göstərir. Belə ki, bura
gələn turistlərin əksəriyyəti yay mövsümündə, ilin isti aylarında İsmayıllının
havasının sərin və təmiz olduğunu bildirirlər. Rayon yalnız havasına görə deyil
64
həmçinin görməli yerləri ilə zəngin olduğu üçün də ən çox səfər edilən bölgədir.
Lahıca gələn istər daxili, istərsə də xarici turistlərin sayında ildən-ilə artımı görmək
olar. İsmayıllıda bir neçə qoruqlar vardır ki, rayona gəlmiş insanlar buranı ziyarət
etmək fürsəti əldə edirlər. İsmayıllıda yaşı yüz illərlə olan nadir ağaclar var. Bütün
bunlar həm ölkə xaricindən, həmçinin ölkəmizdən olan insanların marağını
qazanmaqdadır.
İstirahət məqsədilə səfər üçün seçilən ikici bölgəmiz Qəbələ şəhəridir.
Qəbələ coğrafi mövqeyinə görə İsmayıllıdan sonra gəlir. Bu iki bölgənin bir-birinə
yaxın yerləşməsi hər ikisi üçün turizm mövzusunda çox ciddi imkanlar qazandırır.
Qəbələyə son zamanlar xarici ölkələrdən gələnlərin sayı xeyli artmışdır. Buranın
özünə xas iqlimi, təbiəti, landşaftı, şəlalələri gəlməkdə olan qonaqlarda xoş
təəsuratlar oyadır. Burada fəaliyyət göstərən “Luna Park” da şəhərə gələnlərin
mütləq ziyarət edəcəyi məkana çevrilmişdir.
Dostları ilə paylaş: |