3. Başqalarının fikirlərini nəzərə almaq haqqında Hər hansı bir məsələnin düzgün izahında çətinlik hiss olunduqda
başqa adamlarla məsləhətləşmək və həmin məsləhətləri düzgün
təhlil edib səmərəli nəticəyə gəlmək vacibdir.
Başqaları ilə məsləhətləşmə özünü yoxlamağa, müxtəlif texniki
məsələlərin həllində hər hansı bir prosesə təsir göstərən başlıca
və ikinci dərəcəli amilləri aşkara çıxarmağa köməkdir. Aşağıdakı
misalda neft istehsalına təsir edən əsas amili aşkar etmək üçün
başqa şəxslərin fikrini necə nəzərə almaq üsulu izah olunur.
Məsələn, neft hasilatının artmasında aşağıdakı beş amillərin
hansı birinin daha əsas olduğunu göstərək:
1. Quyuların yataqda yerləşmə şəbəkəsi;
2. Layın işləmə rejimi;
3. Neftin çıxarılma üsulu;
4. Neftli süxurların kollektor xassələri;
5. Neftin özlülüyü.
İzahat üçün 4 adamdan sorğu aparılır. Sorğu zamanı alınan
cavabları aşağıdakı cədvəldə yerləşdirək.
Qısaca olaraq 2-ci cədvəli izah edək. Birinci məsləhətçi təsir edən
amilləri əhəmiyyət dərəcəsinə görə 1, 3, 4, 5 və 2-ci yerlərə düzmüşdür.
Üçüncü və dördüncü məsləhətçilərin nöqteyi-nəzərincə, əhəmiyyətinə
görə ardıcıllıq 3 və 4-cü sətirlərdə göstərilir.
İkinci məsləhətçi isə quyuların yataqda yerləşmə şəbəkəsinə
birinci dərəcəli əhəmiyyət verdiyi halda qalan 4 amili qiymətləndirə
bilmir. Ona görə də amillərin sıra nömrələri cəmindən (15) birinci
yerin qiymətini çıxıb qalanlarını (14 : 4 =3.5) qeydə alırıq, yəni
(2+3+4+5+)/4 = 3.5. Eyni ranqların hesablama əmsalı aşağıdakı kimi
tapılır
t = p 3
- p burada p – eyni ranqların sayıdır.
t = 4
3
- 4 = 64 - 4 = 60
41
V. Qərarı necə qəbul etməli Cədvəl 2 Məlumat verən