34
IV. İncəsənətdə modellər haqqında
nəzərdə tutulur. Digər tərəfdən isə, hər hansı bir hadisəni yaxşı
öyrənilmiş başqa bir hadisə ilə izah etmək istədikdə «model»
məfhumundan istifadə olunur. Modelin fərziyyə, mücərrədlik
anlayışları ilə eyniləşdirilməsi hallarına da çoxlu misallar
göstərmək olar.
Ümumiyyətlə, model məfhumu altında elə bir fikrən təsəvvür
olunan struktur düşünülür ki, ondan istifadə etdikdə tədqiqat
obyektində bu vaxta qədər «görünməyən» hallar «görünsün» və
nəticədə həmin obyekt haqqında yeni məlumatlar almaq müm-
kün olsun.
Qarşıya qoyulmuş məqsəddən asılı
olaraq məzmununa,
növünə və s. görə müxtəlif modellər mövcuddur.
Texniki modellərdən əlavə mənəvi və incəsənət aləmində
tətbiq olunan modellər də vardır.
İncəsənət bir-biri ilə sıx əlaqədə olan çoxnövlüdür və ona görə
də incəsənəti təsnif etmək cəhdləri bu günə qədər inandırıcı
nəticə verməmişdir. Bu, incəsənət modellərinin çox müxtəlifliyi
və eyni zamanda mürəkkəbliyi ilə izah oluna bilər. Ancaq
texniki modellər analogiyasından istifadə edib incəsənəti təsnif
etməyə cəhd etmək olar.
Modelləşdirmədə istifadə olunan model qurma üsullarını
maddi və ideal bölmələrdən ibarət iki böyük sinfə ayırmaq
olar. Maddi modellər istismar tərəfindən yaradılır və obyek-
tiv surətdə mövcud olduğu halda, ideal modellər maddi mod-
el yaratmağa hazırlaşan adamın fikrində yaranır. Hər hansı
heykəl, bina, memarlıq ansamblı yaradılmamışdan əvvəl me-
mar və heykəltaraşların uzun müddətli axtarışları başlanır.
Yaranan eskizlər, cizgilər, yeni kağız üzərində yaranan
layihə və şəkillər ideal modellərə aid olub, əyani obrazlı xarak-
ter daşıyır.
Sonrakı mərhələdə maddi model olan maket yaradılır. Bu
mərhələ zəruri olub cizgi və şəkildən
fərqli olaraq təsviri üç
ölçülü qabarıq formada göstərir. Bu misalda maddi və ideal
modellərin qırılmaz əlaqədə olması əyani izah edilir. K. Marks
yazır ki, ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, o
mumdan yuvanı qurmazdan əvvəl onu öz başında qurur.
Teatr tamaşasının səhnəyə qoyulması prosesi də maraqlıdır.
Burada da modelləşdirmə zəruridir. SSRİ Xalq artisti N. P. Aki-
mov deyir ki, mürəkkəb teatr maşınını hərəkətə gətirmək üçün
tamaşa qoyulmamışdan qabaq onun modeli hazırlanmalıdır.
Beləliklə, əvvəlcə yaranmış ideal model sonra səhnədə həyata
keçirilir. Bu zaman dekorasiya hazırlığı ilə əlaqədar yeni
mərhələ də meydana çıxır. Bu maketləşdirmə adlanan iş maddi
modelləşmədən başqa bir şey deyildir.
Kino sənətində də belə olur. Filmi kinoaparat ilə çəkməzdən
əvvəl onu görmək lazımdır. Çəkilməmişdən qabaq filmi görməyi
35
IV. İncəsənətdə modellər haqqında
Q.Myasnikov «kino sənətinin sintetik əsəri» adlandırır. Məşhur
kino rejissoru S.Eyzenşteyn gələcək filmin ayrı-ayrı sahələrini
qrafik şəkillərlə hazırlayırdı. Hərəkətsiz olan bu şəkillər film
qəhrəmanlarının surətlərini dinamik formada əks etdirirdi.
Göstərilən model növlərindən başqa işarəli modellər də
vardır. Bu modellərdə obyekt ilə model arasında
münasibət
müəyyən işarələrlə ifadə olunur. Bu zaman model və obyekt
elementləri arasında oxşayış olmur. Bu halda belə modelə nə
ehtiyac vardır? Həqiqətən işarəli modellər əvvəl izah olan
modellərdən fərqli olaraq əyanilikdən məhrumdur. Ancaq
burada obyektə xas olan məlum münasibətlər fikrən ifadə ol-
unur. Təcrübəli mütəxəssis işarələrdən istifadə edərək əyani
modeldən heç də az təsirli olmayan incəsənət obyekti barədə
təsəvvür alır.
İşarəli model incəsənəti bir qədər riyaziyyatlaşdırsa da, onu
emosionallıqdan və şairanəlikdən məhrum etmir.
Məlumdur ki, müəyyən ardıcıllıqla yazılmış
notlar musiqi
əsərini ifadə edir. Bu zaman işarəli model əyani modeldən heç
də az obrazlı deyildir. Onu da qeyd etmək lazımdır ki, musiqi
əsərlərini işarəli qeydlərsiz təsəvvür etmək olmaz.
Simfonik orkestrin idarə olunması incə və mürəkkəb işdir.
Hər bir dirijor bu işdə çox fərdidir, eyni bir əsər müxtəlif dirijor
tərəfindən ifadə edildikdə müxtəlif cür səslənir. Dirijorun par-
tituru ifa olunan əsərin modeli olub dirijorun fikrində müəyyən
dəyişikliklərə uğrayır. Məşhur Hans Fon Bulov dirijorları iki
növə ayırır. «Partituru başında olan və başı partiturada olan
dirijorlar». Valter Bruno deyir ki, «partitur başda» halında
əzbərdən dirijorluq tamaşaçılarla musiqiçilər arasında kontakta
səbəb olduğu üçün o özünü belə vəziyyətdə tam xoşbəxt hesab
edir. Sözsüz kor-koranə partituru yaradıcılıq olmadan ifa etmək
ştampa, yeknəsəkliyə səbəb olar. Musiqi insani emosiyasız,
təsəvvür oluna bilməz.
Elə təsəvvür etmək olar ki, musiqini yazmaq texnikasını
mənimsəyən adam bəstəkar ola bilər. Ancaq bu bəstəkarlıq
üçün kifayət olsa ruhu oxşayan əsər yarada bilən bəstəkar ol-
maq mümkün deyildir.
Maşın musiqisi yaradan mütəxəssis P.X. Zaripovun işi
ilə qısa tanışlıq buna cavab verə bilər. P.X. Zaripov musi-
qi modelləri yaratmaq sahəsində müəyyən müvəffəqiyyətlər
qazanmışdır. Çoxlu tədqiqatdan sonra o, bəstəkarların şüurlu,
yaxud şüursuz olaraq istifadə etdiyi qanunları tapmış və bu
qanunları elektron hesablayıcı maşına daxil etmişdir.
Bu qay-
dalardan istifadə edərək maşın bir neçə dəqiqə ərzində musiqi
əsəri yarada bilir. Nəzəriyyə cəhətdən savadlı alınan melodi-
ya tam kamildir. Ancaq maşında bəstələnən musiqi əsəri ruhu
oxşamır, incəsənətdən uzaqdır, yorucu və trafaret formada
36
IV. İncəsənətdə modellər haqqında
olur. Bu misaldan aydın görünür ki, model belə arzu edilməz
nəticəyə səbəb olur. Musiqi fikrin tam ruhlanma şəraitində
yaranır və burada insan emosiyasını heç bir formalizm ilə əvəz
etmək olmaz. Bu misal heç də modelin əhəmiyyətini azaltmır və
təkrar etmək lazımdır ki, notlarsız musiqinin yaşaması müm-
kün deyildir. Bəzən obrazlı-işarəli qatışıq modellər də tətbiq
olunur. Real aləmin tam modelini yaratmaq mümkün olmayan
məsələdir. Xüsusən incəsənət əsərlərində həqiqi aləm müəllif
tərəfindən fotolaşdırılmır və onun müxtəlif
tərəfləri müəllifin
dünyagörüşü nöqteyi-nəzərindən izah olunur.
Müxtəlif incəsənət əsərləri bizi əhatə edən aləmin kiçik
modelləri olub onun həqiqətlərinin ayrı-ayrı tərəflərini göstərir.
Bu kiçik modelləri fəza və məkan, bədii və əyani, görmə və
eşitmə və s. növlərə ayırmaq olar. Ancaq bu bölgü bir qədər
şərti xarakter daşıyır.
Modellər müxtəlif olsa da məqsəd birdir. Onlar həqiqi
dünyanı izah edə bilən öyrənmək məqsədini güdür.