30
III. Elmi axtarışların strategiyası haqqında
Çin filosofu Konfunsiy deyir ki, dərrakə insanların inkişafına
diqqətli müşahidə doğurur.
Monten bu barədə yazır: «Başqasından aldığın biliklə
kifayətlənmə. Özgə biliyi sənə müəyyən şeylər öyrətməsinə
baxmayaraq, ağıllı olmaq üçün öz dərrakən lazımdır».
SSRİ-də aparılmış sosioloji sorğu göstərir ki, yaşdan asılı
olaraq insanın zövqü də dəyişir. Məsələn, 16–18 yaşlı gənclərdə
aydın ritm, yüksək temp və işıqlı surətlər zövqə uyğundur. 19–
20 yaşlarında gənc ideya axtarır, 50 yaşından sonra isə insanın
zövqü uşaq zövqünə yaxınlaşmağa başlayır.
Başqasının nöqteyi-nəzərini
qəbul etmək qabiliyyətinin
olmaması məntiq yoxluğuna bənzərdir.
XX əsrin birinci yarısından başlayaraq elm ictimai tərəqqinin
möhtəşəm qüvvəsinə çevrilmiş və diqqətli öyrənilmə obyektinə
dönmüşdür. Alim və filosoflar ona müxtəlif tərəflərdən
yanaşmış və bir çox yeni fənlər: elmi yaradıcılıq psixologiyası,
məntiq, sosioloji elm tarixi və s. yaranmışdır. Bütün bu səylərin
nəticəsində elm xüsusi növ mürəkkəb dinamik və funksional
sistem şəklini alır.
Bir neçə sözlə «sistem» anlayışını izah edək.
Öyrənilən obyektin təcrid olunmuş və sadə hadisələr
şəklində deyil, daha mürəkkəb, qarşılıqlı
əlaqəli və təsirli
vəhdət vəziyyətində olması təbiətşünas və filosoflar tərəfindən
artıq çoxdan qəbul edilmişdir. Ancaq «sistem» anlayışı alim və
filosofların əsərlərində XIX əsrin axırları XX əsrin əvvəllərində
mərkəzi yer tutmağa başladı.
Klassik təbiətşünaslığın əsas prinsiplərindən biri tədqiq
olunan hər bir mürəkkəb hadisənin sadə tərkib hissələrinə
parçalamağın zəruri olması əqidəsi idi.
Bu elementlərin xassələrinin, hərəkət üsulu dəyişikliklərinin
izahı və öyrənilməsi nəticələrinin cəmi mürəkkəb hadisə barədə
lazımi və kafi məlumat almağa imkan verir.
Bu yol klassik mexanika və fizikanın sürətli inkişafı ilə
əlaqədar daha da geniş tədqiq olunurdu.
Belə dərkedilmə üsulu əvvəllər aydın olmayan bir çox
hadisələrin izahında böyük təkan oldu.
Ancaq XIX əsrin ortalarından başlayaraq toplanmış küllü
miqdarda faktlar əsasında
müəyyən edildi ki, mürəkkəb
təbiət və cəmiyyət hadisələrinin izahında təfəkkürün bu yolu
az səmərəlidir. Bu izah yolu vasitəsilə canlı təbiətin bir çox
prinsipləri anlaşılmaz olaraq qalırdı. Bütün bunlar mürəkkəb
hadisələrin öyrənilməsində mexaniki yaxınlaşmadan
fərqli
daha mükəmməl üsulun zəruriliyini meydana atdı. Sonralar
bu yeni dərketmə üsulu «sistemlilik» prinsipi praktiki olaraq
Marks və Darvin tərəfindən həyata keçirilməyə başladı.
Marks cəmiyyətə vahid əlaqəli bütöv şəkildə baxaraq