II. KİTABI NECƏ OXUMALI
Kitabı necə oxuyuruq sualına adətən «kitabın necəliyinə baxır»
kimi cavab verilir. Şübhəsiz kitabın oxunmasına vərdişlər; ətraf şərait,
oxucunun psixoloji amilləri və əhval-ruhiyyəsi öz təsirini göstərir.
Bizə elə gəlir ki, kitabı heç də pis oxumuruq. Ancaq bu həmişə belə
olmur. Adətən, kitabı oxuyarkən bir çox nöqsanlardan yaxa qurtara
bilmirik, bəzən çox pis oxuyuruq. Belə oxunuş nəinki faydasız, hətta
zərərli də ola bilər. Nəyi və necə oxumağı düzgün təyin etmək lazımdır.
Sözsüz, insanın mənəvi zövqünə və əxlaqi ruhuna (norma) mənfi
təsir edən ədəbiyyat ziyanlıdır. Oxunma üsulu düzgün olmadıqda
alınan ziyan cismani və mənəvi olur. Kitabı «udmaq» adəti oxucuda
başağrısı törədir. Onun əsəb sisteminə pozucu təsir edir, diqqətsizliyə,
iradə və idrak zəifliyinə səbəb olur. Pis oxunuş ədabazlığa, özgə
fikirləri əzbərləməyə və başqa zərərli hallara gətirir. Mütaliə
həqiqətən məharət tələb edir. Mahir oxucu kitabdan ona lazım olan
dəyərli məlumatları seçməyi və mütaliə üsulunu öz məqsədinə
uyğunlaşdırmağı bacarmalıdır. Mütaliə məqsədi və üsulları müxtəlif
qruplara və növlərə ayrılır.
Mütaliə passiv və aktiv formalarda olur. Passiv mütaliədə oxucu
bir növ müəllifin təsiri altında qalıb, nə tənqidi, nə də aydın mülahizə
yürüdə bilir.
Aktiv mütaliədə «mən» daim özünü ön plana çəkir, müəllifin hər
bir fikri qiymətləndirilir.
Mütaliə səthi və ya dərin mənimsənilmə ilə ola bilər. Bunu belə bir
məcazi misalla aydınlaşdıraq. Fərz edək ki, içərisi su ilə dolu çəlləyə
çubuq batırılmışdır. Çubuğu suya yarımçıq batırıb fırlatsaq, çubuğun
batma dərinliyi qədər suyun hissəsi hərəkətə gələcəkdir. Çubuq suya
nə qədər dərin basdırılarsa, bir o qədər çox suyun hissəsi təlatümə
gələcək. Gətirdiyimiz bu müqayisə səthi və ya dərin oxumanı izah
edə bilər. Səthi oxuma minimal zehni iş olub məzmunu «bir təhər»
qavramağa imkan verirsə, onun da tam «mənimsənilməsinə» imkan
vermir.
Nümunəvi oxucu öyrənmək istədiyi kitabı aktiv, dərin, tam və
təhlillə oxuyur və bundan həzz alır.
Aydın oxunuş yaxşı mütaliənin vacib şərtidir. Məşhur ingilis alimi
Reskin düzgün olaraq qeyd edir ki, əgər bir adam kitabxanada olan
kitabları oxuyub, xatirində saxlasa belə yenə ona təhsilli adam demək
olmaz. Təhsilli olmaq üçün nəinki məlumat, eyni zamanda, xüsusi
«əqli mədəniyyət», düşünmə vərdişi, bilikləri idarəetmə baçarığı və
21
II. Kitabı necə oxumalı
başqa mənəvi hissiyyat tələb olunur.
Fiziki inkişaf üçün idman məşqləri lazım olduğu kimi, zehni
qabiliyyətin inkişafı üçün də məşq tələb olunur. Bu inkişafın yeganə
yolu kitab üzərində ciddi, gərgin və bəzi uzun müddətli işləməkdir.
Diqqətlə və dərin oxunan kitab şüurda çoxlu köklərlə iz salır və
qarşıya qoyulan məqsədin əldə edilməsi üçün zəmin yaradır. Təkcə
məlumat almaq üçün oxunan kitab düşünülüb təhlil olunmadığından
minimal mənəvi inkişafa şərait yarada bilər.
ABŞ-da kitab oxumağın ümumi təhsilə təsiri haqqında bir çox
tədqiqatlar aparılmışdır. Bu tədqiqatlarda oxunan kitab və oxucu
ayrı-ayrılıqda yox, kitabın oxucuya təsiri və oxucunun kitaba olan
tələbatı öyrənilmişdir. Çap olunmuş məzmunun müxtəlif üsullar-
la dərk olunması və interpretasiyası, qavramanı asanlaşdıran və
mürəkkəbləşdirən amillər təhlil olunmuşdur. Bu zaman kitab və yax-
ud çap olunmuş material, müxtəlif oxucu təbəqəsinin bilik səviyyəsilə
təsir edən dəyərli, bədii xüsusiyyətli və s. keyfiyyətli sistem kimi qəbul
edilir. Tədqiqatlarda keyfiyyət-kəmiyyət üsulu (kontent-analiz) tətbiq
olunmuşdur. Dediklərimizi aşağıdakı misalla izah edək.
Kontent-analiz üsulunun tətbiqi göstərir ki, eyni bir kitab qavranması
oxucunun ictimai mövqeyindən, erudisiya və mədəni marağından
yaranan müxtəlif keyfiyyətlərin cəmindən asılıdır. Hər bir şəxsdə
müxtəlif oxuculuq tələbatı, oxuduğu əsərləri müxtəlif amillərdən asılı
olaraq öz maraq və qabiliyyətinə uyğun olaraq qavramaq müşahidə
olunur.
Bir neçə oxucu növü modellərini göstərək.
R. Başberger modelinə əsasən uşaq və gənc oxucular dörd növə
ayrılır:
1. Romantik növ – nağıl və macəra ədəbiyyatına üstünlük verən, re-
alistik və intelektual – mənəvi bədii ədəbiyyatı rədd edən oxucu növü.
Bu növ oxuculara adətən, uşaqlar arasında daha çox təsadüf olunur.
Onlar yeniyetmə dövründə əfsanəvi ədəbiyyata daha çox üstünlük
verirlər.
2. Realistik növ – ətraf aləmi və insanlar arasında qarşılıqlı əlaqəni
təsvir edən kitabları mütaliə edən nağıl kitablarına etinasız olan ox-
ucu. Bu növə adətən yeniyetmələr arasında daha çox təsadüf edilir.
3. İntelektual növ – mütaliə edilən bədii ədəbiyyatdan praktiki fay-
da almağa cəhd edən, idrakı xarakterli kitablara üstünlük verən ox-
ucu. Bu növə adətən, yeniyetmə və gənc oxucular arasında daha çox
təsadüf olunur.
4. Estetik növ – «səsli sözlərdən», ritm və rifmlərlə qənaətlənən və
şənlənən oxucu. Belələri şeir və sevdikləri kitabları dəfələrlə mütaliə
edən oxuculardır. Bu növ oxucular azlıq təşkil edirlər.
Yaşlı oxucular üçün Volqast modeli təklif olunmuşdur:
1. Qeyri-tənqidi çox mütaliə edən oxucu növü.
2. Az mütaliə edən: a) dinamik-proqmatik növ – praktik məqsədlər
üçün mütaliə edənlər, b) yüksək idrak qüvvəsinə malik introvert
|