17
I. Müasir mühəndisə olan tələbat
Təbiətdə simmetriya oxu çox vaxt şaquli olur. Çünki ağırlıq
qüvvələri aşağıdan yuxarıya doğru yönəlir. Təsəvvürünüzə gətirin
ki, hər hansı bir gölü əks etdirən lövhə və ya foto tərsinə (aşağıdan
yuxarıya) çevrilmişdir. Bu çox təəccüblü görünər, çünki gölün suyu
bu halda ümumdünya cazibə qanununu pozmuş olar. Amma şəkli
və ya fotonu soldan sağa çevirsək, bu o qədər də gözə çarpmaz və
onu qavramaq mümkün olar. Hər hansı bir mənzərənin fotosuna
baxsaq onun tərs üzünə çevrilməsini və ya çevrilməməsini duymaq
çətindir.
Bu şərtlə ki, ikitərəfli simmetriya daşıyan obyekt şəklə
düşməsin.
Tablonun soldan sağa çevrilməsi o qədər adi hadisədir ki,
hətta bunu təsəvvürdə də canlandırmaq mümkündür.
Bu zaman
tablonun estetik qiymətinin dəyişməsi məsələsi meydana çıxır. Bəzi
tənqidçilər deyirlər ki, belə tablo estetik qiymətini bir az itirir. Bunu
Nyu-York fotoqrafı Devid Eyzendrat göstərmişdir. O, bir dəfə teatr
səhnəciklərini əks etdirən, hərəsi iki güzgü əksi variantında 50 foto
düzəltmişdir. Maraqlı burasıdır ki, soldan sağa oxumağı vərdiş
edən şəxslər çevrilməmiş fotoları seçmişlər. Sağdan sola oxuyan
şəxslərə isə (ərəb, qədim yəhudi əlifbaları) çevrilmiş fotolar daha
xoş gəlmişdir.
Bununla
təsviri incəsənətdə, musiqidə və poeziyada
simmetriyaya aid misallar göstərməklə simmetriya haqqında qısa
məlumat verdik. Lakin bu simmetriya haqqında kifayətləndirici
məlumat ola bilməz.
Qeyd etməliyik ki, hazırkı dövrdə və
gələcəkdə asimmetriya da simmetriya kimi sənətdə çox böyük rol
oynaya bilər.
Dostları ilə paylaş: